Xəbər lenti
22/01/2019 [07:59]:
"Bu dünyaya diqqətlə baxsanız - ölümdən sonrakı gerçəkləri görə bilərsiniz..."
21/01/2019 [23:22]:
Mirqafar Seyidov: "Milli Şuranın mitinqinə icazə verilməməsi ilə bağlı BŞİH qarşısında vəsatət qaldıracağam"
21/01/2019 [22:04]:
“Biz deputatların günahı o olub ki, göstəriş altında sözümüzü deyə bilməmişik...”
21/01/2019 [22:00]:
İlham Əliyev İsveçrədə - Dünya İqtisadi Forumunun prezidenti ilə görüşdü
21/01/2019 [21:57]:
Dövlət Xidmətinin rəisi vəzifəsindən azad olundu - Fərman
21/01/2019 [21:53]:
Aksiyada ölənlərin sayı 24 oldu - 200-dən çox yaralı var
21/01/2019 [21:44]:
Azərbaycanda avtomobil istehsalı 31 dəfə artıb
21/01/2019 [21:05]:
"Struktur islahatları zamanı bir çox hallarda qiymətli kadrlar belə, kənarda qalır..."
21/01/2019 [21:01]:
Tufandan sonra Neft Daşlarında meydança çökdü
21/01/2019 [20:49]:
“Donuz qripi”ndən ölənlərin sayı 19-a çatdı
21/01/2019 [20:37]:
Makiyajsız Cenifer Lopez hər kəsi təəccübləndirdi - FOTOLAR
21/01/2019 [20:19]:
Bu qidadan istifadə etmək beyin qanamasına yol açır - Bazarlarda diqqətli olun
21/01/2019 [20:12]:
"Siqarət çəkən, hamının qorxduğu, avtoritet qadın..." - Azərbaycanlı aktrisa
21/01/2019 [20:11]:
“İntihar edənlər-cəmiyyətdəki haqsızlıq və ziddiyyətlərin qurbanlarıdır...”
21/01/2019 [20:07]:
Ronaldu keçmiş komanda yoldaşını “Yuve”yə keçməyə razı salmağa çalışır
21/01/2019 [20:00]:
İlham Əliyev Meksika prezidentinə başsağlığı verdi
21/01/2019 [19:53]:
Qazinin heykəli - Şirməmməd Hüseynov
21/01/2019 [19:52]:
Moskva “Twitter” və “Facebook”-a qarşı tədbirlərə başladı –Sosial şəbəkələrdən serverlərini Rusiyada saxlamaq tələb olunur
21/01/2019 [19:45]:
Vəkillər kollegiyası rəyasət heyətinin növbəti iclası keçirildi
21/01/2019 [19:33]:
Azərbaycanda doğulan körpələrin çoxu oğlandır, ya qız?
21/01/2019 [19:32]:
"Qarşı tərəf o qədər arxayındır ki, hətta Ağdamın Şelli kəndində məktəb açılışı edir..."
21/01/2019 [19:28]:
“WhatsApp”da hər kəsin gözlədiyi YENİLİK
21/01/2019 [19:19]:
Prezident Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verdi
21/01/2019 [19:14]:
Bakı mağazalarından Krım dondurmaları yığışdırıldı - Ukrayna səfirliyi işə qarışdı
21/01/2019 [18:58]:
Dumanla bağlı sürücülərə XƏBƏRDARLIQ
21/01/2019 [18:57]:
Əli Həsənovun başı dərddə: “Qaçqınkom”dakı ciddi pozuntular prokurorluğa göndərildi...
21/01/2019 [18:54]:
Müstəntiqin SON QƏRARI: “Hacı Mazan”ı 5 ilədək həbs gözləyir
21/01/2019 [18:43]:
Cahangir Hacıyevin məhkəməsi başlayır - 4,7 milyardlıq cinayət işi
21/01/2019 [18:40]:
Kosmik otelin fotoşəkilləri yayıldı
21/01/2019 [18:38]:
Ucqar bölgələrdə qəbula hazırlıq – “Bəzi materialları ümumiyyətlə, tapa bilmirik”
21/01/2019 [18:34]:
"“Nəsimi dil araşdırmaları qrupu” yaradılacaq" - İnstitut direktoru
21/01/2019 [18:31]:
Ədəbiyyatdan qəbul proqramına salınan yeni mövzular – Fikrət Qoca, Eyvaz Zeynalov...
21/01/2019 [18:29]:
Səfəvi bayrağı Azərbaycan tarixi dərsliyində səhv göstərilib? – Tarixçidən izah
21/01/2019 [18:25]:
Şagirdlərin intellektini müəyyən edən maraqlı metod- Müəllimlərin əl çəkməyəcəyi üsullar
21/01/2019 [18:23]:
11 ayda 13 min 655 boşanma - Əhalinin sayı açıqlandı
21/01/2019 [18:20]:
Hacı İsmayılova “Şöhrət” ordeni verildi - SƏRƏNCAM
21/01/2019 [18:18]:
UNEC-də startap müsabiqəsi keçirildi -FOTOLAR
21/01/2019 [18:07]:
Ulyanovsk vilayətində 20 Yanvar faciəsinin 29-cu ildönümü anılıb - FOTO
21/01/2019 [17:41]:
Yanında siqaret çəkərkən öskürən reklam lövhəsi -MARAQLI...
21/01/2019 [17:38]:
Hacı İsmayılovun 75 yaşına...
21/01/2019 [17:34]:
Dünyanın bir sıra ölkələrində 20 yanvar hadisələri ilə bağlı tədbirlər keçirildi
21/01/2019 [17:31]:
MMP toplandı, qərarlar verildi - Partiya rəhbərliyi kampaniyaya başlayır
21/01/2019 [17:25]:
Qərbi Kaspi Universitetində qış imtahan sessiyası davam edir
21/01/2019 [17:09]:
Nazirliyin Aparat rəhbərinin yeznəsi direktor TƏYİN OLUNDU
21/01/2019 [16:59]:
Əsgəranda 4 erməni dəm qazından zəhərləndi
21/01/2019 [16:51]:
İşləmədiyi cinayətə görə, 22 il edamını gözləyən məhbus - FOTOLAR
21/01/2019 [16:48]:
Usta işlədiyi evdən xeyli pul OĞURLADI
21/01/2019 [16:31]:
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçildi
21/01/2019 [16:19]:
Mehman Hüseynov Prezidentə müraciət etdi
21/01/2019 [16:16]:
AŞPA üzvlərinin 2019-cu il üçün səlahiyyətləri təsdiq edildi
21/01/2019 [16:15]:
AŞPA-nın sədri seçildi
21/01/2019 [16:10]:
Kirayənişin ev sahibini küt alətlə vurdu
21/01/2019 [16:08]:
“Məhəmməd  rüşvət alır!..”  –Əməllərimiz adlarımıza uyğundurmu?..
21/01/2019 [16:03]:
Sürücülərin nəzərinə! - BNA müraciət etdi
21/01/2019 [16:00]:
Elnarənin açıqlaması ətrafında qalmaqal bitmir - "Müğənnilik nə vaxtdan eyib peşə olub?"
21/01/2019 [15:58]:
“Bu qanun muğam sənətimizin inkişafına, mədəniyyətimizin təbliğinə təkan verəcək”
21/01/2019 [15:47]:
Ötən il Gürcüstan Azərbaycana 98 mln. dollar dəyərində siqaret satıb
21/01/2019 [15:35]:
Adamın diriykən Ruhu yoxdusa, öləndən sonra necə yarana bilər...?
21/01/2019 [15:25]:
ADP İdarə Heyətinin növbəti toplantısı keçirildi
21/01/2019 [15:13]:
Dünya ədəbiyyatında yer alan və ən çox oxunan şairlər - SİYAHI
21/01/2019 [15:09]:
ADNSU-nun rektoru Azərbaycan nümayəndə heyətinin tərkibində İsraildə işgüzar səfərdədir
21/01/2019 [15:00]:
Bu məşhurlar qrafiklə sekslə məşğul olur - Cədvəl intimi müntəzəmləşdirirmiş...
21/01/2019 [15:00]:
Rektor: “Şəhidlərin xatirəsi UNEC-də daim ehtiramla yad edilir, əziz tutulur”
21/01/2019 [14:52]:
Aİİ-də imtahan sessiyasının gedişatını müşahidə etmək məqsədilə mediatur təşkil olundu
21/01/2019 [14:50]:
“Vikipediya”da məşhur bəstəkar Elza İbrahimova haqqında 8 dildə məqalə yaradıldı
21/01/2019 [14:47]:
Həbsdə olan erməni general Fransaya getmək istəyir
21/01/2019 [14:40]:
101 dövlət əmlakı özəlləşdirilir
21/01/2019 [14:37]:
Evdən qızıl və pul oğurlayan şəxs tutuldu
21/01/2019 [14:35]:
Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı
21/01/2019 [14:34]:
Şəfiqə Axundovanın anadan olmasından 95 il ötür
21/01/2019 [14:33]:
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
21/01/2019 [14:29]:
Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ
21/01/2019 [14:28]:
Doğmaları şəhid olan məşhurlar - Gülüstan, Elariz, Nadir...
21/01/2019 [14:26]:
Ucarda yeniyetmə qız qaçırılıb - "Bizə ev və maşın təklif edirlər ki, şikayətimizi geri götürək"
21/01/2019 [14:15]:
Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri aşkar edildi
21/01/2019 [14:01]:
Erməni yazıçı heç vaxt olmayan “ermənilərin Bakı qətliamı”na görə dünyanı ayağa qaldırır...
21/01/2019 [13:53]:
Mehriban Xanlarova anası üçün göz yaşı tökdü - VİDEO
21/01/2019 [13:34]:
60 ölkənin dövlət başçısı Davos Forumuna toplaşır
21/01/2019 [13:26]:
Qatı duman Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir edib?
21/01/2019 [13:25]:
"Kriminal aləmdən bəhs edən kitabların nəşri sahəsində nəzarətsizlik var...” - EKSPERT
Bütün arxiv bir sırada
08/11/2018 [21:02] - Köşə - ( 3074 dəfə baxılıb)

“Mentalitet” sözünü işlədəndən ƏXLAQIMIZ İTMƏKDƏDİR...

Prezident İlham Əliyev: ”Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil...”
Sultan Laçın

Görünür, sümürgəçi güclər qoyun sürüsünə, mal naxırına aid edilən termini bilərəkdən bizlərə sırıyıblar...

Açığı, bu mövzunu çoxdan işləmək istəyirdim. Amma məqam yetişmirdi. Nəhayət,  bu günlərdə cənab Prezident İlham Əliyevin 1-ci Vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə Ağdamda Muğam Mərkəzinin açılışı zamanı dilimizin saflığı haqda etdiyi çıxış lap ürəyimdən xəbər verdiyindən bu yazıya başladım. Mətləbə keçməmişdən öncə dövlət başçısının həmin çıxışındakı əsas dəyərli fikirlərini eşitməyənlərin nəzərinə çatdırıram:

“Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm digər sahələrdə dilimizə yad kəlmələr daxil edilir. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün bu fürsətdən istifadə edərək bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq...”
Bəli, dövlət başçısı çox yerində işlədib bu ifadəni “lüzumsuz xarici kəlmələr”. Prezident çox incə bir məsələyə toxunub. Əslində o lüzumsuz sözlər milli dilimizlə yanaşı, həm də milli ruhumuz, mənəviyyat, əxlaq və mədəniyyətimiz üçün də təhlükədir. Nədən ki, hər sözün yazılışı, zahiri görünüşü, deyilişi olduğu kimi, ruhu da vardır. Bu da ilk növbədə özünü həmin sözün insanda ilk yaratdığı təəssüratda, Avropa dili ilə desək, assosiasiyada özünü göstərir. Və hər hansı bir anlayışı ifadə edən söz dəyişiləndə həmin məhfuma yanaşma ruhu da dəyişilir...
Qədimdən bəri Azərbaycanı istila edən hər bir imperiya öz ruhunu məhz bizə yad sözlərlə də bu xalqa yeritməyə çalışıb. Bu minvalla XX əsrdə sovet imperiyası zamanında da, eləcə də  sovetlər dövrünün “yenidənqurma” adlanan illərindən bəri də dilimizə belə lazımsız, lüzumsuz, gərəksiz, ruhumuza yad məhfumlar daxil olub. O vaxtkı təzə sözlərin önündə, təbii ki, Qorbaçovun tez-tez işlətdiyi “demokratiya”, “plüralizm”  gəlirdi. Düzü, ilk vaxtlar bu “demokratiya” məhfumu bir az ürəyimə yatırdı... Çünki “kommunizm”, “sosializm” nağıllarından bezmişdik artıq... Nəsə yeni bir abı-hava gərək idi... “Plüralizm” sözündən isə elə o vaxtdan lap zəhləm gedirdi. Birincisi, bu sözün yerinə Azərbaycan türkcəsində gözəl ifadələrimiz(fikir azadlığı, düşüncə, ifadə azadlığı, fikir müxtəlifliyi və s.) ola-ola bunu işlətməyimiz yersiz idi. İkincisi də,  “plüralizm” deyəndə nədənsə yadıma rusların, üzr istəyirəm, “plyunut”-“tüpürmək” sözü düşürdü. Doğrudan da  zaman göstərdi ki, bu, çox da uğursuz müqayisə deyilmiş. Çünki keçmiş sovet məkanında, o cümlədən Azərbaycanda Qərbin ixrac etdiyi demokratiyanın verdiyi imkanlardan yararlanan Jirinovski tipli bir para siyasətbazlar fikirlərini, düşüncələrini adam kimi danışmağa yox, sanki, üzr istəyirəm, tüpürməyə başladı. Və illər getdikcə bəlli oldu ki, “sosializm”, “kommunizm” sovetlərin əlində başqa ölkələri, xalqları işğal və istismar etmək vasitəsi olduğu kimi, “demokratiya” da ABŞ, Avropa və onların yerlərdəki canişinləri üçün eyni məqsədə xidmət edir. Odur ki, tədricən bu işğal metodları da iflasa uğradıqca demokratiya da, onun yetirdiyi yeni sözlər də lüzumsuz kəlmələrə çevrilir. Çünki həmin məhfumların mahiyyəti gerçək həyatda yalnız  bir para ali millət və nəsillər, transmilli oliqarxlar üçün özünü doğruldur. Bu, xüsusən müsəlman və türk xalqlarına aid deyil. Məsələn, elə götürək 1980-ci illərindən sonundan bəri dilimizə pərçimlənmiş “mentalitet” sözünü... Bu sözün dilimizə daxil edilməsi kimlər üçün vacib idi? Bu suala cavab vermək üçün  öncə “mentalitet” anlayışının mahiyyətini açıqlayaq. “Vikipediya”da bu məhfuma belə izahat verilir: 
“Mentalitet - bir qrup insanın eyni dövrdə eyni cür hərəkət etməyə özünü məcbur hiss etməyidir. İngilis dilində tam qarşılığı "sürü davranış və ya düşüncəsi" olaraq gedən mentalitet elmdə daha çox qoyun, at kimi heyvanlara aid edilsə də, bəzi, xüsusilə də Şərq cəmiyyətlərində bu formalaşmış sistemə tez-tez rast gəlinir. Mentalitet insanların inkişafının qarşısını alan, hətta geriləməyə aparan, onları öz dövrlərinə görə yox, özlərindən qabaq yaşamışların adətləri və şərtləri ilə yaşamağa vadar edən bir məfhumdur. Elmdə bir növ psixoloji xəstəlik kimi də qəbul edilən mentalitetin əslində "sürüdən dala qalma" qorxusu əsasında formalaşdığı müəyyən edilib. Lakin qəribə tərəfi odur ki, bu qorxunu "sürü"nün bütün üzvləri keçirir.
Mentalitet ilk canlının yaranmasından bu yana mövcud olmuşdur. Lakin bu məfhum ilk dəfə XIX əsr fransız sosial psixoloqları Qabriel Tarde və Qustav Le Bon tərəfindən elmə qazandırılmışdır. Mentalitet həmçinin "Sülh və müharibədə sürü instinktləri" kitabının müəllifləri Ziqmund Freyd və Uaylfred Trotter tərəfindən də araşdırılıb…”  
Deməli, sadaladığımız digər sözlər kimi, “mentalitet” məhfumu da digər xalqlara, ölkələrə kölə, müstəmləkə, hətta qoyun sürüsü  kimi baxan özlərini ali irq hesab edən, materiyanı ruhdan, maddiyyatı mənəviyyatdan üstün sayan bir sıra imperiya ruhli insanlara, sümürgəçi transmilli oliqarxlara və onların yerlərdəki  mikro-oliqarx canişinlərinə gərəkdir. Bəşəriyyətə insanı ruhun yox, şəhvət hissinin idarə etdiyini təlqin edərək insanları nəfs köləsinə xidmət edən  Z.Freydin araşdırdığı işdən nə gözləmək olar? Və açıq-açığına görünür ki, bunlar qoyun sürüsünə, mal naxırına aid edilən termini bilərəkdən bizlərə sırıyıblar. Çünki gözəl bilirlər ki, onların cəmiyyətlərə tətbiq etdiyi digər “demokratik dəyərlər”, insan azadlığı, qadın azadlığı, cinsi azadlıq və s. hər hansı xalqın “mentalitet” adlandırdıqları əsrlərlə, min illərlə formalaşmış əxlaqi xüsusiyyətləri ilə toqquşanda fəsadlar törədəcək və  bu zaman gənc nəsillə yaşlı nəsil, atalarla oğullar, analarla qızlar arasında qarşıdurma başlanacaq. Odur ki, məsələn, Azərbaycan xalqı üçün “əxlaq”, “milli əxlaq”, “dini əxlaq” məhfumlarını sıxışdırmaq lazımdır ki, ata-ana, böyüklər hər hansı bir gəncə, qıza filan hərəkətin əxlaqsızlıq olduğunu deyəndə cavab versinlər ki, nə əxlaq e, bu köhnəlmiş mentalitetin qalıqlarıdır, indi azadlıqdır, demokratiyadır… Bu minvalla “mentalitet” sözü “milli əxlaq” məhfumunu tədricən leksikondan da,  yaşam tərzimizdən də sıxışdırıb çıxarır və ata-analar, baba-nənələr tədricən gənc nəslin qeyri-əxlaqi şıltaqlıqlarıyla razılaşmağa məcbur olurlar. Nəticədə bütövlükdə xalqın milli əxlaqı, milli dəyərlər sistemi aşınmaya uğrayaraq gələcək onilliklərdə ölkədə nəinki din, milliyyət, həm də cinsiyyət anlayışı olmayan ifrat kosmoplit, ifrat dözümlü, yəni, Avropa dili ilə desək, tolerant bir cəmiyyət üçün zəmin hazırlanır. Və 30 il öncəki Azərbaycan gerçəkliyi ilə bu günkünü müqayisə edəndə görürük ki, doğrudan da “mentalitet” sözünü işlədəndən nəinki mənəvi cəhətdən inkişaf etmişik, əksinə, əxlaqımız pozulub. İndi ailəsi içində, küçələrdə, gecə klublarında tam pozğun, anormal, nataraz bir həyat sürən milliyyəti, cinsiyyəti bəlli olmayan məxluqların dilindən “milli mentalitet” sözü düşmür və onlar teleekranlardan, saytlardan cəmiyyətə əxlaq dərsi keçirlər… 
Bütün bunlar bizlər dövlət başçısının  lüzumsuz sözləri dilimizdən çıxarmaq barədəki dəyərli fikirlərini rəhbər tutaraq “milli mentalitet” söz birləşməsini də təcili şəkildə leksikonumuzdan çıxarmalıyıq… Onun əvəzinə həmişəki kimi, “milli əxlaq”, “milli mənəvi dəyərlər sistemi”, “milli adət ənənə” və ya “milli yaşam tərzi” kimi ifadələri rahatlıqla işlədə bilərik... 
Bəziləri də deyə bilər ki, “əxlaq” da ərəb sözüdür. Əvvəla, digər bir sıra sözlər kimi, əxlaq, namus məhfumları da artıq min ildən çoxdur ki,  dilimizdə oturuşub. Bu cür sözləri danışığımzdan xaric etmək mənasız bir cəhd olardı(Dilimizdə aydın qarşılığı olmayan bəzi Avropa sözləri də var ki, onları da olduğu kimi işlətməyə məcburuq)… Onda gərək 80-90 faizi  ərəb-fars mənşəli olan adlarımızı da  dəyişək. İkincisi də, “əxlaq” sözü bilavasitə dinimizlə, müsəlmanlıqla bağlıdır və bunu artıq ərəb, türk, fars, talış və s. olmağa da dəxli yoxdur. Kim müsəlmanlıqdan imtina etmək istəyirsə, əxlaqdan da imtina etsin… Və ən əsası, bizim dini, milli əxlaqımız  milli mentalitetdən fərqli olaraq hər hansı bir davranışda öncə ayrı-ayrı insanların, cəmiyyətin, xalqın deyil, Allah-Təalanın razılığını əsas götürür. Yəni əgər, məsələn, azərbaycanlı, müsəlman ata qızına dizdən yuxarı gödək ətək, yaxud cırıq-curuq cins şalvar geyinməyi qadağan edirsə, burada öncə ətrafdakıların, qonum-qonşunun yox, Allahın buna razı olmadığını nəzərdə tutur. Amma “milli mentalitet”ə görə ata diktatorluq edərək özünün və camaatın nəzərİni əsas götürür. Baxın, məsələnin kökü buradan başlanır… Milli əxlaqımız davranış, geyim, həyat tərzi normalarını Allahın qanunlarına görə müəyyən edib və bunlar Qurani-Kərimdə və mötəbər Peyğəmbər(s) hədislərində əks olunub…
Dilimizə pərçimlənmiş adi məişət, küçə danışıqlarında işlənən, təəssüf ki, mətbuat və telekanallarımıza sirayət edən sözlə çoxdur. Məsələn, rus dilindən keçən(deyildiyi kimi yazıram) “uje” (daha, artıq), “imenni”(məhz), “koneşna”(əlbəttə) , “marojna”(dondurma), “xaladinnik”(soyuducu) və s., ingilis dilindən  “okey”(oldu, yaxşı, tamam), “super” (əla), “bravo”(afərin) və s. fransız dilindən  “pardon”(bağışlayın, üzr istəyirəm) və s.     
Siyasi-publisistik, elmi-publisistik nitq və yazılarımızda da bir sıra sözlər var ki, onların dilimizdə kifayət qədər qarşılıqları ola-ola onları işlətməkdən əl çəkmirik. Məsələn, “analoqu olmayan”, yaxud “kreativ” kimi sözlər... Anlaya bilmirəm ki, niyə biz uğurlarımızdan, yeniliklərimizdən danışanda “bənzəri olmayan”, yaxud “oxşarı olmayan” sözləri əvəzinə “analoq” sözünü işlədirik. Yaxud,“kreativ düşüncə” deyirik.  Bu “kreativ” sözünü eşidəndə ilk olaraq yadıma əsasən baytarların ev heyvanlarındakı dəri-zöhrəvi xəstəliklərinə qarşı işlətdiyi krealin(yazılışda “kreolin”) dərmanı düşür.  Halbuki, bunun yerinə asanlıqla “yaradıcı” sözünü işlətmək mümkündür... Eləcə də  “modern” yerinə “çağdaş”, “müasir”, “tolerant”(bu sözü eşidəndə gözümün önünə tamplier cəngavərlərinin, səlib yürüşçülərinin toplaşdığı qaranlıq məbədlər, zirzəmilər gəlir)  yerinə, “dözümlü”, “skandal” yerinə “qalmaqal” və s. söyləmək, yazmaq heç də çətin deyil... 
Xülasə, çox danışmaq yerinə hər kəs, hər bir vətəndaş, xüsusən bütün səviyyəli dövlət məmurları, televiziya aparıcıları, aktyorlar, jurnalistlər və başlıcası, müəllimlər, dilçi alimlər  dövlət başçısının dilimizin saflığının qorunması barədə son fərman və çıxışlarından nəticə çıxarmalıdır...

Sultan Laçın

Əli Həsənovun başı dərddə: “Qaçqınkom”dakı ciddi pozuntular prokurorluğa göndərildi...
"Kriminal aləmdən bəhs edən kitabların nəşri sahəsində nəzarətsizlik var...” - EKSPERT
Kişilər qalın qaşlı qadınları bəyənir -ARAŞDIRMA
Məşhur milyarder 3 dollarlıq hamburger üçün sıra gözlədi - MARAQLI... +FOTO
600 il 3 qitəyə hökmranlıq etmiş imperiya: Hansı ölkələri neçə il idarə edib + SİYAHI
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Yanında siqaret çəkərkən öskürən reklam lövhəsi -MARAQLI...
Maraqlı
İşləmədiyi cinayətə görə, 22 il edamını gözləyən məhbus - FOTOLAR
Maraqlı
Bu məşhurlar qrafiklə sekslə məşğul olur - Cədvəl intimi müntəzəmləşdirirmiş...
Gündəm
Erməni yazıçı heç vaxt olmayan “ermənilərin Bakı qətliamı”na görə dünyanı ayağa qaldırır...
Cəmiyyət
20 yanvar...
Həftənin ən çox oxunanları
Bakıda gözlənilən tornado Elman Rüstəmovla Əhməd Əhmədzadəni Londondan vurdu - FOTOLAR
Bakıda dəhşətli qəza: "Mazda" 2 ayın gəlinini vurub öldürdü - FOTOLAR 18+
Bu ölkədən idxal olunan 7 ərzağı başınıza silah dirəsələr də YEMƏK OLMAZ!!!
“Sabah ölkədə elə proseslər baş verə bilər ki, eşidəndə adamın tükləri biz-biz olar...”
Xalqı hansı sülhə hazırlayırlar? - Təhlükə başımızın üstündədir, yoxsa...?
Putin Paşinyanı qucaqlayır, Lukaşenko İrəvan yolçuluğunda... - Bəs biz nəyi gözləyirik?
Soydaşlarımız Moskvada "Vı, pustoy narod" sözlərinə etiraza toplaşır - SON XƏBƏR... + VİDEO
"Nənəm erməniyə ərə gedə bilməzdi..." - Həcərin nəticəsi
Ucarda dəhşət: 16 yaşlı qız qaçırılıdı, zorlandı, sonra ailəsinə qaytarıldı - VİDEO
Şəhər meri 30 il kirayədə yaşayan süpürgəçiyə ev verdi-İbrətamiz- FOTOLAR  
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə