Xəbər lenti
18/11/2018 [15:57]:
Qazaxıstanda Mәmmәd İsmayıl haqda məqalə dərc olunub
18/11/2018 [15:50]:
Fransada keçirilən etiraz aksiyasında 409 nəfər yaralanıb
18/11/2018 [15:30]:
“Belə çıxır ki, sürücülər ötən hadisədən özlərinə dərs götürməyiblər”
18/11/2018 [15:15]:
Ermənistanın müxalifət partiyası Azərbaycana avto-yürüş keçirəcək – Qarabağın de-yure birləşdirilməsi tələbi ilə...
18/11/2018 [15:14]:
Ölən ərinin dərisini soydurub tablo düzəltdirdi- FOTOLAR
18/11/2018 [14:46]:
Bu ərazilərdə 4 gün elektrik enerjisi fasilələrlə veriləcək
18/11/2018 [14:46]:
Əli Həsənov: "Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir"
18/11/2018 [14:44]:
Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var
18/11/2018 [14:10]:
ABŞ süni ətin istehsalına hazırlaşır
18/11/2018 [14:06]:
Ötən gün paytaxtda keçirilən mitinqlə bağlı RƏSMİ MƏLUMAT
18/11/2018 [13:55]:
Dövlət Komitəsinin nümayəndə heyətinin Vaşinqton görüşləri davam edir - FOTOLAR
18/11/2018 [13:54]:
Nazirlik 120 minə yaxın ağac payladı
18/11/2018 [13:42]:
Buludlu, bəzi yerlərdə yağış... - SABAHIN HAVASI
18/11/2018 [13:14]:
Tatlısəsi azərbaycanlı həkim sağaltdı
18/11/2018 [12:55]:
"Ölkədən 4 milyard oğurlamış Fazil xəstəliyə saldığı şairin xərclərini niyə ödəməsin ki?"
18/11/2018 [12:45]:
39 yaşlı kişi borca görə bıçaqlandı - BALAKƏNDƏ
18/11/2018 [12:21]:
"Həmişə narahat idim ki, bu 50 ildə nəsə etmişəmmi, konsert mənə həyatı daha çox sevdirdi"
18/11/2018 [12:09]:
Mazımçay gömrük postunda bir gün - FOTOLAR
18/11/2018 [11:57]:
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı...
18/11/2018 [11:33]:
Gəncədə 17 yaşlı qız itkin düşdü
18/11/2018 [11:11]:
Fransızlar benzinə görə etiraza qalxdı: 1 ölü, 106 yaralı
18/11/2018 [11:08]:
Qaşıqçı ilə bağlı daha bir şok məlumat - Gizli evlilik
18/11/2018 [11:05]:
Bu gün hava çiskin olacaq
18/11/2018 [11:00]:
Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq
18/11/2018 [10:57]:
Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı
18/11/2018 [10:44]:
"Əlimdə imkan olsaydı televiziyalardan bütün şou verilişlərini yığışdırardım" - TƏKLİF...
18/11/2018 [10:35]:
Belarusdan Paşinyana sərt cavab: “Deyəsən, bu adam...”
18/11/2018 [10:21]:
Tramp: "ABŞ Qaşıqçının qatillərinin adlarını açıqlayacaq"
18/11/2018 [10:12]:
Viktor Yanukoviç təcili xəstəxanaya çatdırıldı
18/11/2018 [10:10]:
Cəmil Həsənli: "Məni başqa otağa apardılar, Əli Kərimlidən xəbərim yoxdur”
18/11/2018 [10:04]:
Qaradağda idman edərkən köməksiz qalan şəxs xilas edilib
18/11/2018 [09:57]:
Atəşkəs 29 dəfə pozuldu
18/11/2018 [09:19]:
Azərbaycanda çantada daşına bilən minilaboratoriyaların istehsalı təklif edilir
18/11/2018 [08:58]:
ABŞ-da İkinci Dünya Müharibəsi dövründən qalan təyyarə qəzasında 2 nəfər ölüb
18/11/2018 [00:37]:
"FETÖ təhlükəsinin bu gün ayaqda durmasının Azərbaycana da Türkiyə qədər zərəri var"
18/11/2018 [00:03]:
Azərbaycanlı müğənni tanınmaz halda - "Bomj" olub küçələrə düşdü - FOTO
17/11/2018 [23:18]:
BDU-da işləyən vəzifəlilər: Sabiq nazir, vitse-spiker, deputatlar, səfir qızı…
17/11/2018 [23:16]:
Tramp hadisə yerində - Mindən çox insan itkindir
17/11/2018 [22:40]:
“İsmət Qayıbov vertolyota minəndə Tamerlan Qarayev TƏKİDLƏ ONA DEYİB Kİ...”
17/11/2018 [22:24]:
Məşhur müğənni qəfil dünyasını dəyişdi
17/11/2018 [22:15]:
“Ərdoğan güclü və ağıllı adamdır”
17/11/2018 [22:03]:
Messi və Poqbadan “Nüsrət” performansı – VİDEO
17/11/2018 [21:49]:
Rəisin qızına cərimə yazan polis mükafatlandırıldı
17/11/2018 [21:44]:
Tramp ən böyük səhvini etiraf etdi
17/11/2018 [21:30]:
Azərbaycan yığması Farer adaları ilə oyunda hesabı artırıb - YENİLƏNİB
17/11/2018 [21:17]:
Tovuzda piyadanı avtomobil vuraraq öldürüb
17/11/2018 [20:51]:
Əli Kərimli və Cəmil Həsənli saxlanıldı - Cəmil Həsənlinin halı pisləşdi- YENİLƏNİB
17/11/2018 [20:43]:
Əl-ələ verib Azərbaycanı yaşıla boyayacağıq: Möhtəşəm aksiyada 120 min ağac əkildi...
17/11/2018 [20:25]:
Tramp: “Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün yollar axtarırıq”
17/11/2018 [20:07]:
Yol qəzasında 7 nəfər ölüb
17/11/2018 [20:00]:
Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək
17/11/2018 [19:49]:
Dövlət qulluğuna qəbula dəyişiklərin edilməsi təklif olunur
17/11/2018 [19:46]:
Cennifer Lopes 20 dəqiqəyə 2 milyon dollar qazandı
17/11/2018 [19:37]:
Qadın kamikadze özünü partlatdı
17/11/2018 [19:28]:
Nazirlik əməkdaşları şəhid ailələri ilə görüşdülər
17/11/2018 [19:25]:
“Bir qarış torpağın belə azad edilməsi böyük hadisədir”
17/11/2018 [19:13]:
Vannadakı görüntüsündən danışdı...
17/11/2018 [19:13]:
"Atalar nə demiş: "El üçün ağlayanın gözü kor olar!""
17/11/2018 [19:07]:
Lüks hoteldə qeydə alınan görüntülər ölkəni ayağa qaldırdı - FOTO+VİDEO
17/11/2018 [19:06]:
Azay Quliyev: "BMT Təhlükəsizlik Şurası təsirli addımlar ata bilər"
17/11/2018 [19:02]:
Dənizdə xilasetmə işləri üçün qurğu hazırlanıb
17/11/2018 [18:46]:
Saysız-hesabsız medal sahibi olan cazibədar idmançı telekanalda aparıcılıq edir – MARAQLI
17/11/2018 [18:33]:
"Millət qarşısında etdikləri naqislikləri unutdurmaq üçün bunu edirlər"
17/11/2018 [18:32]:
Çin NATO-nun proqram təminatını satın alıb
17/11/2018 [18:27]:
Hər il minlərlə heyvanı xilas edən körpülər – MARAQLı + FOTOLAR
17/11/2018 [18:24]:
Qəza zamanı 6 azərbaycanlı xəsarət aldı
17/11/2018 [18:19]:
“Bir şəxsin uzun müddət vəzifədə qalması neqativ nəticələrə səbəb olur”
17/11/2018 [18:14]:
Direktor vəzifəsinə imtahan mərhələsi başlayır
17/11/2018 [18:07]:
Bu Meydan - bu da Şeytan!.. - 30 ildir Şeytana uduzmaqdayıq, bəylər!..
17/11/2018 [18:06]:
"Qarabağ müharibəsi əlillərinə ev veriləcək" -Nazir konfrans keçirdi
17/11/2018 [18:05]:
Yanğın zamanı xəsarət alan montyor öldü
17/11/2018 [17:53]:
"Tənqid edilən bayağı verilişlərlə bağlı addımlar atıla bilər" - Nuşirəvan Məhərrəmli
17/11/2018 [17:52]:
Soyuducudan 44 it cəsədi tapıldı - DƏHŞƏT...
17/11/2018 [17:51]:
Ana öz körpəsini öldürdü
17/11/2018 [17:39]:
19 milyon dollar qazandı, pulu bitincə 10 dəfə bank soydu - MARAQLI
17/11/2018 [17:20]:
Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq etdi
17/11/2018 [17:18]:
Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib
17/11/2018 [17:14]:
Ermənistan ordusunun zabitləri cəzalandırıldı
17/11/2018 [17:06]:
Fazil Məmmədov müalicəsini tamamlayıb Bakıya qayıtdı - Təyyarədə FOTO DA ÇƏKDİRDİ
17/11/2018 [16:21]:
"Vəzifədə olana yaltaqlanmaq, gedənin isə dalınca danışmaq ənənəsini tərgitməliyik”
Bütün arxiv bir sırada
08/11/2018 [21:10] - Cəmiyyət - ( 2242 dəfə baxılıb)

"Töhmətin əvəzini Mədəniyyət Nazirliyindən deyil, Məmməd Arazdan çıxıb..." - İTTİHAM



Deməli, belə. Məmməd Arazın bu il 85 illik yubileyi idi. Bununla bağlı Bilik Fondu (şair Qardaşxan Əzizxanlının zəhmətini xüsusilə qeyd etmək istərəm) Azərbaycan Yazıçılar İttifaqı ilə birlikdə, «birlik» sözündən xoşum gəlmir deyə «ittifaq» yazdım, bu ili «Məmməd Araz ili» elan eləmişdilər, sağ olsunlar. Regionlarda, Bakıda şairlə bağlı görüşlər, şeir müsabiqələri, poeziya gecələri keçirirdilər, eləcə də orta məktəblərdə bu tədbirlər silsilə şəklində keçirilirdi. Şairin şeirlərini ən gözəl səsləndirən şagirdlər mükafatlandırılırdı, eləcə də şair haqqında yazılan şeirlər müsabiqəsi təşkil edilirdi. Hətta bu müsabiqədə nəinki Azərbaycandakı yaradıcı insanlar, eləcə də Cənubi Azərbaycanda, Gürcüstanda yaşayan soydaşlarımız da iştirak edirdilər və onların da arasından qaliblər müəyyənləşdi. Bu tədbirlərin bir çoxunda şairin qohumu kimi mən də iştirak edirdim. Və hamısı da çox yüksək səviyyədə keçirilirdi, tədbirdə bəzən oturmağa yer tapılmırdı, insanlar ayaq üstə dayanmaq məcburiyyətində olurdular. Xüsusilə Qazaxda, Neftçalada və Xəzər Universitetində keçirilən tədbirlər möhtəşəm idi.

Məmməd Araz necə bir şairdi, necə bir şəxsiyyətdi – bu barədə danışmaq mənə düşməz. Amma bu bir faktdır ki, şair Səməd Vurğun kimi, Rəsul Rza kimi, Bəxtiyar Vahabzadə kimi bu xalqın ruhuna, qanına hopub. Ölkədə kimi dindirsən mütləq onun şeirlərindən hansınısa əzbər söyləyə bilər.

İndi keçək mətləbə. Noyabrın 6-da Azərbaycan Dövlət Filarmoniyasında şairin 85 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Televiziyasının «Mədəniyyət» kanalı bir ədəbi-bədii gecə təşkil eləmişdi. Gecənin ədəbi-bədii hissəsinə söz ola bilməz. Yazıçılar İttifaqının katibi İlqar Fəhminin apardığı bu gecədə ölkənin tanınmış sənətkarları, söz xiridarları, bədii qiraət ustaları iştirak edirdilər. Amma…
Amması bu gecənin təşkilatçılarının Məmməd Araza hörmətsizliyi çox ayıb olan bir iş idi. Əvvəla, gecənin keçirilməsi ilə bağlı xalq düzgün məlumatlandırılmamışdı. Deyilənə görə, hardasa bir binanın küncünə bircə afişa vurulubmuş. Bir də televiziyada bir anons verilib. Amma hardasa bir müğənniciyin konserti haqqında ölkənin bütün televiziyaları az qala onlarla anons verir. Və təbii ki, elə bir geyimdə ki insanları cəlb eləsin, olsun, ona bir sözümüz yox. Gecədən az-çox xəbəri olanlar mənə telefon açır, dəvətnamə istəyirdilər. Bəlkə 100-ə qədər belə telefon açan oldu. Mən də hamısına cavab verirdim ki, vallah, bu gecəni kim təşkil edir, o qədər də məlumatlı deyiləm, mən də bir dəvətliyəm, dəvətnamə necə paylanır və kimlərə verilir bu haqda məlumatım yoxdur .

Məni gecəyə dəvət edənə telefon açdım ki, bu dəvətnamələri kim paylayır və necə əldə etmək olar. Bildirdi ki, dəqiq məlumatları yoxdur, bu dəvətnamələri kimlər paylayır və kimlərə paylayır. Yuxarıda qeyd etdiyim kimi, mənə telefon açanlara bildirdim ki, and olsun Həzrət Abbasa, mənim sizi tədbirə buraxdırmaq səlahiyyətim yoxdu.

Nə isə… Gecəyə dəvətnaməsiz gələnlər qalmışdı qapı arxasında. Filarmoniyanın giriş qapısında özündənrazı bir cavan oğlan dayanmışdı və qapını hamının üzünə bağlamışdı. Mənim özümü də sinəmdəki nişana görə, minnətlə içəri buraxdı. İnsanlar qalıb qapı arxasında, hamısı da məndən xahiş edir ki, deyin, bizi də içəri buraxsınlar. Kimə deyim? Gələnlərdən nəinki dəvətnamə, hətta dəvətnamədə yazılan yerləri soruşurlar.

Rəşad Məcidlə bayırda siqaret çəkirik. Rəşad Məcid vəziyyətə baxıb maraqlı bir hadisə danışdı.
Deməli, bir nəfəri məscidin qapısına qoyurlar ki, içəri girənlərə nəzarət eləsin. Gələnlər dəstəmaz almaq üçün aftafa götürərkən nəzarətçi özünə bir ciddiyyət verib deyir ki, sən o aftafanı yox, bu aftafanı götür. 

Soruşurlar ki, nə fərqi var?
Nəzarətçi:
- Bəs, məni bura niyə qoyublar?

Giriş qaprısında duran gənc dostumuz da həmin aftafa nəzarətçisi kimidi.

Yenə sağ olsun, bildirdi ki, tədbirin başlamasına beş-on dəqiqə qalmış dəvətnaməsiz gələnləri imkan daxilində içəri buraxar.

Tədbirin başlamasına beş-on dəqiqə qalıb, zal bomboşdu, dəvətnamə ilə cəmi 15-20 adam gəlib. Qısası, tədbirin ədəbi-bədii hissəsinin iştirakçılarının sayı dəvətnamə ilə gələnlərin sayından beş dəfə çoxuydu.
Nəhayət, qapıları açdılar, dəvətnaməsiz gələnlər içəri daxil olub zalın üçdə birini doldura bildilər.

Yeri gəlmişkən, hətta Məmməd Arazın qardaşı oğlu Qorxmaz İbrahimli mənə zəng etmişdi ki, dostlar gəlmək istəyir, dəvətnaməyə kömək elə. Dedim, Qorxmaz, vallah, mənlik deyil. Dedi, onda heç olmasa ailəmi içəri buraxdır. Dedim, o da mənlik deyil, amma səni içəri buraxdıraram. Qorxmaz da məcbur olub tək gəlmişdi. Onu da içəri «Məmməd Arazın oğludu» deyib buraxdırdım.

Çox çətinliklə öyrənə bildim ki (elə bil dövlət sirridi), dəvətnamələri Dövlət Filarmoniyası paylayıb. Filarmoniyanın əməkdaşları ərinibmi, ya nə, dəvətnamələr görünür paylanmayıb. Paylananlar da elə bir biabırçı dəvətnamələrdi ki, şəklini dərc edəcəm özünüz görəcəksiniz. Filarmoniyanın direktoru Murad Adıgözəlzadə özü orda yox idi. Görünür, işi-gücü çoxdu, problemi çoxdu, olsun. Və bir də onu eşitdim ki, iki gün qabaq bilmirəm, nəyə görəsə ona töhmət veriblər. Bəlkə ona görə, türklər demiş, sinirlənibmiş. Və o töhmətin əvəzini Mədəniyyət Nazirliyindən çıxa bilmədiyinə görə, Məmməd Arazdan çıxıb.

Çox ayıb olan bir tədbir. Nəinki Məmməd Araza, hətta adi bir şairə də layiq olmayan bir tədbir. Amma dəvətnamə unikal bir dəvətnaməydi, dünyada analoqu olmayan dəvətnaməydi. Belə qərara gəldim ki, həmin dəvətnaməni Nizami adına Ədəbiyyat Muzeyində açılmış Məmməd Araz guşəsinə təqdim edim. Bu həmin muzeydə ən nadir eksponatlardan biri olacaq. Bu dəvətnamə muzeyə gələnlərin sayını artıra bilər.

Məmməd Arazın belə bir gecəyə, belə bir tədbirə qətiyyən ehtiyacı yoxdu.
«O olmasın, bu olsun» filmində deyildiyi kimi, bəndənizi təhqir etmək istəyirdizsə, onda niyə onu bəndeyi-xanənizə dəvət edirdiz?

İndi, ay Murad Adıgözəlzadə, Məmməd Arazı təhqir etmək istəyirdizsə, onda niyə onu sevənləri bəndeyi-xanənizə dəvət edirdiz? Özünüz şəkildə görəcəksiniz, qəzet kağızında və printerlə çoxaldılmış dəvətnamələrdə nə dəvət olunanın adı var, nə də onların hansı gecəyə dəvət olunmaları göstərilir. Və bir də gülməlisi odur ki, bir dəvətnamədə aşağısı üç yer göstərilir.

Allah olmayan ayıbınızı örtsün.Mədəniyyət Nazirliyinin bu yazını oxumasını qəti qadağan edirəm.Və bu yazının mənim Məmməd Arazla qohum olmama heç bir dəxli yoxdur. (adalet.az)

Aqil Abbas, millət vəkili

BDU-da işləyən vəzifəlilər: Sabiq nazir, vitse-spiker, deputatlar, səfir qızı…
Əl-ələ verib Azərbaycanı yaşıla boyayacağıq: Möhtəşəm aksiyada 120 min ağac əkildi...
"Millət qarşısında etdikləri naqislikləri unutdurmaq üçün bunu edirlər"
Soyuducudan 44 it cəsədi tapıldı - DƏHŞƏT...
"Vəzifədə olana yaltaqlanmaq, gedənin isə dalınca danışmaq ənənəsini tərgitməliyik”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Belə çıxır ki, sürücülər ötən hadisədən özlərinə dərs götürməyiblər”
Gündəm
Ermənistanın müxalifət partiyası Azərbaycana avto-yürüş keçirəcək – Qarabağın de-yure birləşdirilməsi tələbi ilə...
Maraqlı
Ölən ərinin dərisini soydurub tablo düzəltdirdi- FOTOLAR
Cəmiyyət
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı...
Dünya
Hər il minlərlə heyvanı xilas edən körpülər – MARAQLı + FOTOLAR
Həftənin ən çox oxunanları
Xəzər TV rektorun qovulmasının səbəbini açıqladı: Akademiki qara günlər gözləyir - VİDEO
"Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi"
"KİA Motors" Azərbaycanda 1 milyon kilometr maşın sürən şəxsi ŞOKA SALDI...
“İsmət Qayıbov vertolyota minəndə Tamerlan Qarayev TƏKİDLƏ ONA DEYİB Kİ...”
"Başa düşə bilmirəm ki, hansı məntiqlə qadınları 65 yaşda pensiyaya çıxarırıq?"
Abel Məhərrəmovun rektorluq "kitabını bağlayan" SENSASİON SƏBƏB...
Xatirənin geyimi başına bəla oldu - FOTOLAR
“Bu reklama çəkilməklə bir ailə başçısını üç il yarım həbsdən azad etdirdim...” - VİDEO
Bu cavan erməni aqronom Azərbaycan torpağında 115 min nar tingi əkdi...
Ərdoğan yarım milyard dollarlıq ikimərtəbəli təyyarəsi ilə ilk dəfə uçdu - FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə