Xəbər lenti
18/11/2018 [16:36]:
Uşaq parkında şok mənzərə - KƏSİLMİŞ AYAQLAR TAPILDI
18/11/2018 [16:31]:
"Azərbaycanda yerli pomidoru Rusiyaya satırlar, əhali isə Çin pomidoru yeyir..."
18/11/2018 [16:14]:
Bakı Dövlət Universitetinin giriş-çıxışı bağlandı - Abel Məhərrəmov həbs olunur?
18/11/2018 [15:59]:
Sabiq deputat “Nəsimi” bazarında satıcı işləyir - FOTO
18/11/2018 [15:57]:
Qazaxıstanda Mәmmәd İsmayıl haqda məqalə dərc olunub
18/11/2018 [15:50]:
Fransada keçirilən etiraz aksiyasında 409 nəfər yaralanıb
18/11/2018 [15:30]:
“Belə çıxır ki, sürücülər ötən hadisədən özlərinə dərs götürməyiblər”
18/11/2018 [15:15]:
Ermənistanın müxalifət partiyası Azərbaycana avto-yürüş keçirəcək – Qarabağın de-yure birləşdirilməsi tələbi ilə...
18/11/2018 [15:14]:
Ölən ərinin dərisini soydurub tablo düzəltdirdi- FOTOLAR
18/11/2018 [14:46]:
Bu ərazilərdə 4 gün elektrik enerjisi fasilələrlə veriləcək
18/11/2018 [14:46]:
Əli Həsənov: "Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir"
18/11/2018 [14:44]:
Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var
18/11/2018 [14:10]:
ABŞ süni ətin istehsalına hazırlaşır
18/11/2018 [14:06]:
Ötən gün paytaxtda keçirilən mitinqlə bağlı RƏSMİ MƏLUMAT
18/11/2018 [13:55]:
Dövlət Komitəsinin nümayəndə heyətinin Vaşinqton görüşləri davam edir - FOTOLAR
18/11/2018 [13:54]:
Nazirlik 120 minə yaxın ağac payladı
18/11/2018 [13:42]:
Buludlu, bəzi yerlərdə yağış... - SABAHIN HAVASI
18/11/2018 [13:14]:
Tatlısəsi azərbaycanlı həkim sağaltdı
18/11/2018 [12:55]:
"Ölkədən 4 milyard oğurlamış Fazil xəstəliyə saldığı şairin xərclərini niyə ödəməsin ki?"
18/11/2018 [12:45]:
39 yaşlı kişi borca görə bıçaqlandı - BALAKƏNDƏ
18/11/2018 [12:21]:
"Həmişə narahat idim ki, bu 50 ildə nəsə etmişəmmi, konsert mənə həyatı daha çox sevdirdi"
18/11/2018 [12:09]:
Mazımçay gömrük postunda bir gün - FOTOLAR
18/11/2018 [11:57]:
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı...
18/11/2018 [11:33]:
Gəncədə 17 yaşlı qız itkin düşdü
18/11/2018 [11:11]:
Fransızlar benzinə görə etiraza qalxdı: 1 ölü, 106 yaralı
18/11/2018 [11:08]:
Qaşıqçı ilə bağlı daha bir şok məlumat - Gizli evlilik
18/11/2018 [11:05]:
Bu gün hava çiskin olacaq
18/11/2018 [11:00]:
Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq
18/11/2018 [10:57]:
Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı
18/11/2018 [10:44]:
"Əlimdə imkan olsaydı televiziyalardan bütün şou verilişlərini yığışdırardım" - TƏKLİF...
18/11/2018 [10:35]:
Belarusdan Paşinyana sərt cavab: “Deyəsən, bu adam...”
18/11/2018 [10:21]:
Tramp: "ABŞ Qaşıqçının qatillərinin adlarını açıqlayacaq"
18/11/2018 [10:12]:
Viktor Yanukoviç təcili xəstəxanaya çatdırıldı
18/11/2018 [10:10]:
Cəmil Həsənli: "Məni başqa otağa apardılar, Əli Kərimlidən xəbərim yoxdur”
18/11/2018 [10:04]:
Qaradağda idman edərkən köməksiz qalan şəxs xilas edilib
18/11/2018 [09:57]:
Atəşkəs 29 dəfə pozuldu
18/11/2018 [09:19]:
Azərbaycanda çantada daşına bilən minilaboratoriyaların istehsalı təklif edilir
18/11/2018 [08:58]:
ABŞ-da İkinci Dünya Müharibəsi dövründən qalan təyyarə qəzasında 2 nəfər ölüb
18/11/2018 [00:37]:
"FETÖ təhlükəsinin bu gün ayaqda durmasının Azərbaycana da Türkiyə qədər zərəri var"
18/11/2018 [00:03]:
Azərbaycanlı müğənni tanınmaz halda - "Bomj" olub küçələrə düşdü - FOTO
17/11/2018 [23:18]:
BDU-da işləyən vəzifəlilər: Sabiq nazir, vitse-spiker, deputatlar, səfir qızı…
17/11/2018 [23:16]:
Tramp hadisə yerində - Mindən çox insan itkindir
17/11/2018 [22:40]:
“İsmət Qayıbov vertolyota minəndə Tamerlan Qarayev TƏKİDLƏ ONA DEYİB Kİ...”
17/11/2018 [22:24]:
Məşhur müğənni qəfil dünyasını dəyişdi
17/11/2018 [22:15]:
“Ərdoğan güclü və ağıllı adamdır”
17/11/2018 [22:03]:
Messi və Poqbadan “Nüsrət” performansı – VİDEO
17/11/2018 [21:49]:
Rəisin qızına cərimə yazan polis mükafatlandırıldı
17/11/2018 [21:44]:
Tramp ən böyük səhvini etiraf etdi
17/11/2018 [21:30]:
Azərbaycan yığması Farer adaları ilə oyunda hesabı artırıb - YENİLƏNİB
17/11/2018 [21:17]:
Tovuzda piyadanı avtomobil vuraraq öldürüb
17/11/2018 [20:51]:
Əli Kərimli və Cəmil Həsənli saxlanıldı - Cəmil Həsənlinin halı pisləşdi- YENİLƏNİB
17/11/2018 [20:43]:
Əl-ələ verib Azərbaycanı yaşıla boyayacağıq: Möhtəşəm aksiyada 120 min ağac əkildi...
17/11/2018 [20:25]:
Tramp: “Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün yollar axtarırıq”
17/11/2018 [20:07]:
Yol qəzasında 7 nəfər ölüb
17/11/2018 [20:00]:
Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək
17/11/2018 [19:49]:
Dövlət qulluğuna qəbula dəyişiklərin edilməsi təklif olunur
17/11/2018 [19:46]:
Cennifer Lopes 20 dəqiqəyə 2 milyon dollar qazandı
17/11/2018 [19:37]:
Qadın kamikadze özünü partlatdı
17/11/2018 [19:28]:
Nazirlik əməkdaşları şəhid ailələri ilə görüşdülər
17/11/2018 [19:25]:
“Bir qarış torpağın belə azad edilməsi böyük hadisədir”
17/11/2018 [19:13]:
Vannadakı görüntüsündən danışdı...
17/11/2018 [19:13]:
"Atalar nə demiş: "El üçün ağlayanın gözü kor olar!""
17/11/2018 [19:07]:
Lüks hoteldə qeydə alınan görüntülər ölkəni ayağa qaldırdı - FOTO+VİDEO
17/11/2018 [19:06]:
Azay Quliyev: "BMT Təhlükəsizlik Şurası təsirli addımlar ata bilər"
17/11/2018 [19:02]:
Dənizdə xilasetmə işləri üçün qurğu hazırlanıb
17/11/2018 [18:46]:
Saysız-hesabsız medal sahibi olan cazibədar idmançı telekanalda aparıcılıq edir – MARAQLI
17/11/2018 [18:33]:
"Millət qarşısında etdikləri naqislikləri unutdurmaq üçün bunu edirlər"
17/11/2018 [18:32]:
Çin NATO-nun proqram təminatını satın alıb
17/11/2018 [18:27]:
Hər il minlərlə heyvanı xilas edən körpülər – MARAQLı + FOTOLAR
17/11/2018 [18:24]:
Qəza zamanı 6 azərbaycanlı xəsarət aldı
17/11/2018 [18:19]:
“Bir şəxsin uzun müddət vəzifədə qalması neqativ nəticələrə səbəb olur”
17/11/2018 [18:14]:
Direktor vəzifəsinə imtahan mərhələsi başlayır
17/11/2018 [18:07]:
Bu Meydan - bu da Şeytan!.. - 30 ildir Şeytana uduzmaqdayıq, bəylər!..
17/11/2018 [18:06]:
"Qarabağ müharibəsi əlillərinə ev veriləcək" -Nazir konfrans keçirdi
17/11/2018 [18:05]:
Yanğın zamanı xəsarət alan montyor öldü
17/11/2018 [17:53]:
"Tənqid edilən bayağı verilişlərlə bağlı addımlar atıla bilər" - Nuşirəvan Məhərrəmli
17/11/2018 [17:52]:
Soyuducudan 44 it cəsədi tapıldı - DƏHŞƏT...
17/11/2018 [17:51]:
Ana öz körpəsini öldürdü
17/11/2018 [17:39]:
19 milyon dollar qazandı, pulu bitincə 10 dəfə bank soydu - MARAQLI
17/11/2018 [17:20]:
Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq etdi
Bütün arxiv bir sırada
08/11/2018 [23:42] - Dünya - ( 837 dəfə baxılıb)

Rusiyada müsəlman prezident olacaqmı? –Burada müsəlmanlar öz Barak Obamasını gözləyir



Rusiyada müsəlmanların sayı çoxalır. Bəzi ekspertlər ölkənin tədricən dəyişləcəyini xəbər verirlər. Kilsələr cari əsrin sonuna doğru məscidlərlə ayaqlaşmayacaq, rusiyalıların çoxu isə  Məkkəyə sarı ibadət edəcək. Pravoslav dövlətini ölüm gözləyirmi və yaşıl bayraq Rusiya üçrənglisini əvəzləyəcəkmi? Rusiyanın özündə buna özgə sayaq yanaşırlar…

Rusiya ötən illər ərzində mənfi demoqrafik tendensiyalara üstün gəlməyə nail olub. Doğum artır, ölüm azalır. Rusiya prezidenti Vladimir Putin bunu martın başlanğıcında ölkədə işlərin durumu haqda çıxışla Federal Məclisin hər iki palatasına müraciət edərək bildirib. Sovet İttifaqının dağıldığı andan davam edən demoqrafik böhranın aradan qaldırılması Putinin əsil və əsas qələbələrindən biri olub.

Rusiya əhalisi səkkiz il qabaq 143 milyondan aza yetirdisə, indi 149 milyona yaxınlaşır. Rusiya statistika qurumunun məlumatına görə, əhalinin sayı ildən-ilə çoxalır.

Amma Rusiya prezidenti üçün çox gözəl yeniliyin bir əmması var. Slavyan mənşəli rusiyalıların sayı artmır – ənənəvi olaraq Şimali Qafqazın Dağıstan və yaxud Çeçenistan kimi müsəlman bölgələrinin əhali sayı çoxalır. Bundan başqa, rəsmi məlumatlara görə, Rusiya vətəndaşlarının sayı “təbii” deyilən üsulla deyil (doğuş əvvəlkitək azalır), miqrasiya sayəsində çoxalır.

Rusiya əhalisi ötən il 262  min nəfər mühacirin hesabına artıb. Bunların çoxu keçmiş sovet respublikalarının, əsasən Orta Asiya vətəndaşlarıdır.

Rusiyada islam inqilabı təhlükəsi varmı?

Rusiyanın “Komsomolskaya pravda” bulvar nəşrində bu yaxınlarda yazıblar ki, ola bilsin, Rusiyanı islam inqilabı təhdid edir. Məqalə müəllifi, cərrah German Petrov Rusiyanın islamlaşmasından xəbər verən amilləri sadalayıb. O, sözügedən demoqrafiya və ənənə üzrə müsəlman Orta Asiyasından mühacirətdən savayı Rusiya slavyanlarını məhv edən alkoqolizm epidemiyası və narkotik düşkünlüyünü, habelə Rusiyanın orta sinfinin Qərbə mühacirətini yada salıb. Öz növbəsində Rusiyada yaşayan müsəlmanlar islamçı təbliğat üçün əlverişli hədəfdir, bu isə, Petrovun hesab etdiyi kimi, onların radikallaşmasına gətirə bilər. Rusiyada özünü müsəlman sayan 15 milyona yaxın adam yaşayır. Rusiyaya mühacirlərin kütləvi şəkildə gəldikləri Orta Asiyada 53  milyon adam yaşayır (böyük çoxluğun hamısı müsəlmandır). Bu, ölkənin islamlaşması üçün çıxış nöqtəsidirmi? Guya ancaq ilk baxışdan. Politoloq Aleksandr Afanasovun sözlərinə görə, hər şey durumu necə dəyərləndirməkdən asılıdır. Rusiya eksperti “Tiscali.cz” portalına müsahibədə bildirib: “Bəli, müəyyən bucaq altında baxılsa, doğrudan da, görünə bilər ki, Rusiyada müsəlmanların sayı artır, ruslar və başqa xalqlar və ənənəvi dinlərin təmsilçiləri azdır və ya sayları dəyişilmir. Rusiyanın bəzi bölgələrində durum, həqiqətən, belə görünə bilər”.

Amma, onun vurğuladığı kimi, müxtəlif bölgələrdə demoqrafik vəziyyət başqa-başqadır. O, Moskvada, məsələn, Uzaq Şərq və ya Şimali Qafqazdakı durumdan seçilir.

Rusiya elmlər akademiyası Şərqşünaslıq institutunun elmi əməkdaşı, Qafqaz xalqlarının Rusiya konqresi İcra komitəsinin sədri Ruslan Qurbanov Afanasovla razılaşmır. Qurbanovun fikrincə, Rusiyada müsəlmanların sayı artır və hökumət bunu gizlədir.

Ruslan Qurbanov “Tiscali.cz”-yə müsahibədə bildirib: “Dərc edilən rəsmi statistika Sovet İttifaqı dağılmazdan qabaqkı 90-cı illərin durumuna uyğundur və buna əsasən, Rusiyada müsəlmanlar 20%-dən 25%-ə qədərdir. İyirmi il boyunca statistika dəyişmir. Niyə? Çünki bu,  son dərəcə prinsipial siyasi məsələdir. Əlçatar ictimai statistika üzrə müsəlmanların sayı ildən-ilə artsaydı, bu, Rusiya cəmiyyətinin müəyyən qismində qorxu və narazılıq doğurardı. Bu, hər şeydən qabaq, islama son dərəcə mənfi yanaşanlara aiddir”.

Ksenofob cəmiyyət

Rusiyanın müstəqil “Левада Центр” sosioloji mərkəzi Rusiya cəmiyyətində ksenofob əhvalıi-ruhiyyənin öyrənildiyi sorğunun nəticələrini dərc edib. Nəricələr təsdiq eidir ki, rusiyalılar “yad” xalqlara qarşı artıq o qədər də ədavətli köklənməyiblər və bununla belə, Şimali Qafqaz və Mərkəzi Asiyadan çıxanlara qarşı qorxu və düşmənlik yetərincə böyükdür.

Sorğulananların 54%-i beş il qabaq Rusiyanın Şimali Qafqazından çıxanların ölkə üzrə yerdəyişməsini məhdudlaşdırmağı istəyirdisə, indi bu baxış nöqtəsinə rusiyalıların cəmi 23%-i tərəfdardır. Şübhəsiz, bu, həm də onunla izah olunur ki, Şimali Qafqazda hökumət güclərilə islamçı terrorçular (Çex, yəni slavyan müəllif Çeçenistanın müstəqilliyi uğurunda vuruşmuş çeçen mücahidlərini terrorçu adlandırması təsadüfi deyil-red.) arasındakı münaqişə dayanıb. Orta Asiyadan çıxanlara münasibətdə də ədavətin azalması hiss olunur. 2013-də sorğulananların 45%-i onları  Rusiyada görmək istəmirdi, indi isə belələri 20% azdır. Qurbanov deyib: “Müsəlmanların sayının çoxalması Rusiya cəmiyyətinin bir bölümünü, hər şeydən qabaq, islamxoflu və millətçi köklənmiş hissəsini rahatsız edir. Çeçen savaşlarından sonra Qafqazdan və islamdan açıqca qorxan Rusiya elitasının müəyyən qismi də narahatdır. Çeçenistan əməliyyatına qatılmış və müsəlmanlara çox mənfi yanaşan təhlükəsilzik qurumlarının çoxsaylı əməkdaşları da istisna deyil”.

Ekspert vurğulayıb ki, Rusiyada qafqazlıların dövlət hakimiyyətində və təhlükəsizlik xidmətlərində yüksək post tutması imkanını məhdudlaşdıran yazılmamış qayda var.

Aleksandr Afanasov razılaşır ki, müsəlman bölgələrindən çıxanlara münasibət düşməncəsinədir, amma bu onların inancıyla bağlı deyil. Politoloq izah edib: “Rusiyanın böyük şəhərlərində müəyyən gərginlik var, amma bu, istisnasız olaraq mühacirlərin sayının artmasilə, ya da islama düşmənliklə bağlı deyil. Məsələn, Moskvada Orta Asiyadan çıxanların etdiyi cinayətlərin sayı artır. Lakin bu cinayətlər dinlə heç cür bağlı deyil: bunun ictimai altqatı var. Bunu işini itirmiş mühacirlər edirlər”.

Onun fikrincə, Rusiyada ksenofobiyanın kəskin sıçrayışı Sovet İttifaqı dağıldıqdan sonra baş verib. Mühacirətin yeni növü meydana çıxıb: adamlar keçmiş sovet imperiyasının ucqarlarından mərkəzinə gəliblər. Rusiyanın özündə də milli münaqişələr qızışıb. Afanasov qeyd edib: “Qəzetlər o zaman neonasistlərin başqa xalqların təmsilçilərinə hücumundan müntəzəm yazıb. İndi bu cür hücumlar praktik olaraq baş vermir”.


Mədəni ekspansiya


Ola bilsin, Rusiya şəhərləri, o cümlədən başqa mədəniyyətlərin təsiri alında dəyişilir. Çayxana adlanan Orta Asiya mətbəxli restoranlar Moskvada getdikcə böyük populyarlıq qazanır. Onlar ənənə üzrə populyar gürcü və Azərbaycan mətbəxiylə rəqabət aparır. Moskvalılar alçaq divancıqlarda əyləşir və qəlyandan həzz alırlar, elə bil, haradasa Yaxın Şərqdədirlər.

“Komsomolskaya pravda” nəşri bir neçə həftə  qabaq Orta Asiya mühacirlərinin Rusiya paytaxtında istisnasız olaraq mühacirət diasporası üçün özəl paralel dünyanı necə yaratdıqları haqda böyük reportaj dərc edib. Orta Asiya miqrantlarının Rusiyada leqal şəkildə olmağını təmin edən, hüquqi məsələləri həll edən və işə düzəlməyə yardım göstərən nəsə öz orqanları kimi bir şey var. Dəlləkxanadann başlayaraq doğma vətəndən baratın çatdırılması üzrə xidmətə qədər müxtəlif xidmətlər bazarı istisnasız olaraq mühacirlər üçün işləyir.

Orta Asiya hadisələrini işıqlandıran “Fergana.ru” serveri mühacirlərin Rusiya cəmiyyətinə özünəməxsus təsirindən yazıb. Artıq Orta Asiya fahişələri cinsi xidmət bazarına təsir edirlər. Rusiya fahişələri gileylənirlər ki, asiyalı rəqibləri “iş” deyilən şeyə görə qiymətləri öldürürlər.

Ancaq Aleksandr Afanasov əmindir ki, Rusiya Orta Asiya və yaxud müsəlman elementləri tərəfindən mədəni assimilyasiyaya məruz qalmır. Onun fikrincə, Orta Asiya restoranlarının populyarlığı yad qastronomik ənənələrin ənənəvidən üstün çıxdığından xəbər verməyən ötəri bir  hadisədir.

“Moskvada hansısa bir anda susi (düyü və ədviyyatla hazırlanan yapon xörəyi-red.) populyarlıq qazanmışdı, addımbaşı da satırdılar. Amma məgər bu, sintoizmin və ya Yaponiya mədəniyətinin ekspansiyasını bildirirdi? Sizdə Praqada kabablı xeyli qəlyanaltı var, amma bu, heç nədən xəbər vermir. Sadəcə, yeni dəb trendi meydana çıxıb. Çayxanadan sonra molekulyar mətbəx dəbə minə bilər. Bu, şəhərin tamamilə normal inkişafıdır”.

Müsəlman prezidentin intizarında

Rusiyanın əndişlənməsinə dəyərmi ki, hökumətin gizlətdiyi və müsəlmanların hissolunmaz sayartımı ölkənin siyasətinə təsir edər? Ruslan Qurbanovun fikrincə, çətin ki, Rusiyada, məsələn, Misirdəki “Müsəlman qardaşlar” nümunəsində partiya meydana çıxsın. Rusiyada dini yönlü partiyalar qurmaq yasaqlanıb.

Kreml islam amilindən daha çox öz xeyrinə faydalanır. Rusiya müşahidəçi ölkə kimi İslam əməkdaşlıq təşkilatına qoşulub. Habelə Çeçenistan prezidenti Ramzan Kadırov islam dünyasında güclü mövqe tutur.

Qafqaz xalqları Rusiya konqresinin İcra komitəsinin sədri izah edib: “Müsəlmanların Rusiya siyasətinə təsirinin güclənməsi uzaq perspektivdir, çünki Rusiya müsəlmanlarının təhsilinin ümimi vəziyyəti və siyasi şüuru qeyri-qənaətbəxşdir”.

Və Qurbanov yenə də əmindir ki, Rusiya öz Barak Obamasını gözləyir. Madam ABŞ-da ilk dəfə Afrika amerikalısı prezident meydana çıxa bilir, Qurbanovun sözlərinə görə, onda Rusiyada da istisna deyil ki, gələcəkdə Rusiya dövlətinin başçısı müsəlman olacaq.

“İslamın yaşıl bayrağı Rusiyanın üzərində hələ yellənmir. İddia etmək olmaz ki, Rusiya xristian sivilizasiyasıyla müsəlmanlar arasında döyüş meydanıdır. Bu, gerçəkliyə uyğun gəlmir, – Aqleksandr Afanasov deyib. – Bizim vəziyyətimiz Fransa, yaxud Böyük Britaniyanınkından seçilir”.(strateq.az)

BDU-da işləyən vəzifəlilər: Sabiq nazir, vitse-spiker, deputatlar, səfir qızı…
Əl-ələ verib Azərbaycanı yaşıla boyayacağıq: Möhtəşəm aksiyada 120 min ağac əkildi...
"Millət qarşısında etdikləri naqislikləri unutdurmaq üçün bunu edirlər"
Soyuducudan 44 it cəsədi tapıldı - DƏHŞƏT...
"Vəzifədə olana yaltaqlanmaq, gedənin isə dalınca danışmaq ənənəsini tərgitməliyik”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Belə çıxır ki, sürücülər ötən hadisədən özlərinə dərs götürməyiblər”
Gündəm
Ermənistanın müxalifət partiyası Azərbaycana avto-yürüş keçirəcək – Qarabağın de-yure birləşdirilməsi tələbi ilə...
Maraqlı
Ölən ərinin dərisini soydurub tablo düzəltdirdi- FOTOLAR
Cəmiyyət
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı...
Dünya
Hər il minlərlə heyvanı xilas edən körpülər – MARAQLı + FOTOLAR
Həftənin ən çox oxunanları
Xəzər TV rektorun qovulmasının səbəbini açıqladı: Akademiki qara günlər gözləyir - VİDEO
"Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi"
"KİA Motors" Azərbaycanda 1 milyon kilometr maşın sürən şəxsi ŞOKA SALDI...
“İsmət Qayıbov vertolyota minəndə Tamerlan Qarayev TƏKİDLƏ ONA DEYİB Kİ...”
"Başa düşə bilmirəm ki, hansı məntiqlə qadınları 65 yaşda pensiyaya çıxarırıq?"
Abel Məhərrəmovun rektorluq "kitabını bağlayan" SENSASİON SƏBƏB...
Xatirənin geyimi başına bəla oldu - FOTOLAR
“Bu reklama çəkilməklə bir ailə başçısını üç il yarım həbsdən azad etdirdim...” - VİDEO
Bu cavan erməni aqronom Azərbaycan torpağında 115 min nar tingi əkdi...
Ərdoğan yarım milyard dollarlıq ikimərtəbəli təyyarəsi ilə ilk dəfə uçdu - FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə