Xəbər lenti
18/03/2019 [21:51]:
12 il sonra üçəmləri oldu, üçotaqlı mənzil bağışlandı -FOTOLAR
18/03/2019 [21:44]:
Gürcüstanlı deputatlar əlbəyaxa dava etdilər - VİDEO
18/03/2019 [21:42]:
Parisin son iğtişaşlardan sonrakı görüntüləri - FOTO
18/03/2019 [21:33]:
Salyan Rayon Mərkəzi Xəstəxanasının təmirinə pul ayrıldı - SƏRƏNCAM
18/03/2019 [21:06]:
50 il əvvəl ölən qoç "ata" oldu - MARAQLI
18/03/2019 [20:42]:
İnsan oğlunun son qurbanı: Mədəsindən 40 kiloqram plastik tullantı çıxdı...
18/03/2019 [20:41]:
Ruhani ABŞ-ı beynəlxalq məhkəməyə verir
18/03/2019 [20:28]:
Yeni Zelandiya canisini qorxudub qaçıran qəhrəman danışdı: "Pos terminal cihazını üzərinə atdım"
18/03/2019 [20:23]:
“Dövlət jurnalistlərə dəstəyi şəffaf şəkildə həyata keçirir...” - Əli Həsənov
18/03/2019 [20:02]:
Şeyx Novruz bayramı münasibətilə xalqı təbrik etdi
18/03/2019 [19:43]:
Ülvi Quliyev: “Prezident gəncləri əfv etməklə onlara şans verdi”
18/03/2019 [19:14]:
Mədət Quliyev oğlunun klip təqdimatında -FOTOLAR
18/03/2019 [19:10]:
İraqlı şagirdlər Azərbaycanda təhsil almaq istəyirlər
18/03/2019 [19:04]:
Şəkidə 22 yaşlı oğlan itkin düşüb
18/03/2019 [18:58]:
Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib
18/03/2019 [18:39]:
Özbəkistan KTMT və “Putin İttifaqı”na geri qayıdır
18/03/2019 [18:37]:
İki ayda büdcə gəlirləri 3 milyarddan çox olub
18/03/2019 [18:34]:
Azərbaycan səfiri 10 banka kürü oğurladı və... - Yarım milyon mənimsəmədə ittiham edilir
18/03/2019 [18:28]:
Vasif Talıbovdan icbari tibbi sığorta ilə bağlı - Fərman
18/03/2019 [18:25]:
Dağlıq Qarabağda Novruz şənliyi keçirilib
18/03/2019 [18:01]:
“Bazarstore”da prezervativ satılır – FOTOLAR
18/03/2019 [17:59]:
Cocuq Mərcanlının əkin sahələrində gərgin iş gedir
18/03/2019 [17:56]:
Körpünün altı taksi dayanacağına çevrilib – DYP və Nəqliyyat Agentliyi xəbərsizdir? - FOTOLAR
18/03/2019 [17:48]:
"Nə qədər iddialı danışsa da belə bir şəxsin xalqdan dəstək alacağı mümkünsüz görünür"
18/03/2019 [17:45]:
Səhiyyə Nazirliyinə 6,8 milyon manat ayrılıb - SƏRƏNCAM
18/03/2019 [17:42]:
ADP İdarə Heyəti özünün növbəti toplantısını keçirib
18/03/2019 [17:37]:
İran və Türkiyə PKK-ya qarşı birgə əməliyyatlara başladı
18/03/2019 [17:33]:
Novruz şənliklərilə əlaqədar sabahdan Bakının bir sıra yollarında nəqliyyatın hərəkət istiqaməti dəyişdirilir
18/03/2019 [17:33]:
"Bəziləri bunu elə təqdim edirlər ki, elə bil birinci sərəncamdı..."
18/03/2019 [17:25]:
ABŞ Slovakiyada hərbi baza yaratmayacaq
18/03/2019 [17:22]:
Gürcüstanda 2385 nəfər qızılcaya yoluxub
18/03/2019 [17:21]:
Jurnalist Anar Məmmədova hökm oxunub
18/03/2019 [17:20]:
Səudiyyə ərəbistanlı nazir: "Dünyada ilk neft quyuları Azərbaycanın ərazisində olub"
18/03/2019 [17:20]:
Gömrükdə 900 mindən çox pirotexniki vasitə aşkarlandı -FOTOLAR
18/03/2019 [17:18]:
“Seriallar insanı xəyanətə sürükləyə bilər, amma hər kəsi yox!”
18/03/2019 [17:15]:
Bu gündən yenilənmiş 10 manatlıq dövriyyəyə buraxılır -FOTOLAR
18/03/2019 [17:09]:
Avtobus elə bir şou göstərdi ki... Özü də Bakının mərkəzində!
18/03/2019 [17:04]:
Azercell-dən rəqəmsallığa doğru daha bir addım
18/03/2019 [17:03]:
“Əli İnsanov Qərbi azərbaycanıların adından danışa bilməz!” - Fəzail Ağamalı
18/03/2019 [16:58]:
Dünyanın dini liderləri terrora qarşı bəyanat verdilər - Direktorlar Şurasında Şeyx də var
18/03/2019 [16:55]:
Azərbaycan tütün idxalına çəkdiyi xərci 28% artırıb
18/03/2019 [16:49]:
Lukaşenko Türkiyəyə səfər edəcək
18/03/2019 [16:48]:
Türkiyə ilə İran terrorçu PKK-ya qarşı antiterror əməliyyatına başlayıb - YENİLƏNİB
18/03/2019 [16:47]:
Siyavuş Novruzovdan Əli İnsanova sərt sözlər: “Mələk cildinə bürünüb...”
18/03/2019 [16:46]:
“Nar” nömrə ilə xaricdə Wi-Fi pulsuzdur
18/03/2019 [16:45]:
Nazir: "Venesuela neft satmaq üçün yeni yollar axtarır"
18/03/2019 [16:42]:
“Bakı Metropoliteni” gücləndirilmiş iş rejiminə keçir
18/03/2019 [16:41]:
Gömrükçülər 306 kiloqramdan çox heroin aşkarladı -FOTOLAR
18/03/2019 [16:30]:
Milli Məclisin növbəti iclasının GÜNDƏLİYİ
18/03/2019 [16:28]:
“Bakcell”dən gənclərin məşğulluğuna növbəti töhfə
18/03/2019 [16:25]:
"Ermənistan işğalı sülh olaraq qəbul edir" - PA rəsmisi
18/03/2019 [16:22]:
Martın 21-dən havanın temperaturu yüksələcək
18/03/2019 [16:05]:
Deputat 850 seçicisinə bayram sovqatı çatdırdı - FOTOLAR
18/03/2019 [15:47]:
Azərbaycan ət idxalını 56% artırıb
18/03/2019 [15:43]:
“Azərxalça”nın Goranboy və Tərtər filiallarında ilk xalçalar kəsildi
18/03/2019 [15:41]:
“Azərbaycanın da səbrinin bir həddi var” - Hikmət Hacıyev
18/03/2019 [15:41]:
Azərbaycanın ilk metallurq qadını Zəminə Həsənova
18/03/2019 [15:39]:
Bayram günlərində "ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günü
18/03/2019 [15:35]:
Millət vəkilləri Xocalı məktəbindəki Novruz tədbirində iştirak edib
18/03/2019 [15:24]:
“O yerlərdən şəhidlərimizin qanıyla sulanmış torpaq götürdük...” Şəhid əsgərimizin anası...
18/03/2019 [15:05]:
Azərbaycanda 4000 nəfərə “pul atan” dəstə ələ keçdi
18/03/2019 [15:01]:
Amerikanın simvolu, yoxsa tarixi şəxsiyyət? - "Sem dayı" kimdir?
18/03/2019 [14:59]:
Yeni 10 manatlıq pul dövriyyəyə buraxılıb - FOTO
18/03/2019 [14:44]:
"Ağıl öyrənmək istəsəydi, 15 il əvvəl məni dinləyərdi..." - Əli Nağıyevdən Əli İnsanova irad
18/03/2019 [14:27]:
Qazaxda şəhid oğlu olan bəydən ibrətamiz addım
18/03/2019 [14:25]:
Ombudsman bəyanat yayıb
18/03/2019 [14:23]:
“Bir neçə istedadlı gəncin kitabının çapıyla bağlı müraciət edəcəm...” Qulu Ağsəs...
18/03/2019 [14:22]:
1.25 milyon avroya göyərçin satıldı - İNANILMAZ...
18/03/2019 [14:22]:
Yəsəvi vəqfində novruz tonqalı...
18/03/2019 [14:16]:
Un və çörəklə bağlı tətbiq olunan vergi güzəştlərinin müddəti artırılır
18/03/2019 [14:15]:
“Cümhuriyyət ordusunun döyüş yolu tariximizin ən şərəfli səhifələrindəndir”
18/03/2019 [14:10]:
Gürcüstan parlamentində dava düşüb – VİDEO
18/03/2019 [14:00]:
Alimər qəhvədə prostat xərçənginin dərmanını kəşf etdilər
18/03/2019 [13:58]:
Dənizçilər adından Novruz bayramı münasibətilə əsgərlər üçün konsert təşkil olundu
18/03/2019 [13:55]:
Cahangir Hacıyevin məhkəməsində Beynəlxalq Bankın əməkdaşı dindirilib
18/03/2019 [13:50]:
“Bakcell”dən gənclərin məşğulluğuna növbəti töhfə
18/03/2019 [13:45]:
Sabaha olan hava proqnozu açıqlanıb
18/03/2019 [13:33]:
"Hadı Rəcəbli özünə heykəl qoyub, milyonları var, camaata deyir 180 manatla yaşayın"
18/03/2019 [13:31]:
Zakir Fərəcov Coratda Novruz şənliyində iştirak edib – FOTOLAR
18/03/2019 [13:29]:
"Xüsusi Yay Olimpiadasında Azərbaycan idmançıları 4 gündə 15 medal qazanıblar"
Bütün arxiv bir sırada
09/11/2018 [09:39] - Cəmiyyət - ( 631 dəfə baxılıb)

Cümhuriyyətin poçt-teleqraf naziri: Cəmo bəy Hacınski



Azərbaycanın görkəmli dövlət və siyasi xadimi Cəmo bəy Süleyman oğlu Hacınski 1888-ci ilin iyunun 14-də Azərbaycanın Quba rayonunda anadan olub. 

O, görkəmli siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Parlamentin katibi olmuş Mehdi bəy Hacınskinin (1879-1941) kiçik qardaşıdır.

C.Hacınski gənc yaşlarından Bakıya köçmüş, burada gimnaziyada təhsil almışdır. Onun 1907-ci ildə "Kaspi" qəzetində müxbir olaraq çalışması haqqında da məlumatlar var.

C.Hacınski sovet dövründə həbsdə olarkən istintaqa ifadələrində hələ 1905-ci ildən Eser Partiyasının (Sosialist İnqilabçılar Partiyası) üzvü olduğunu bildirir.

C.Hacınski Peterburq Universitetinin hüquq fakultəsinə daxil olmuş və 1914-cü ildə oranı bitirmişdir.

Qeyd edək ki, Azərbaycan Dövlət Himninin Cəmo bəy Hacınskiyə aid olması haqqında da Azərbaycan mətbuatında məlumatlar çap olunmuş və istinad olaraq 1919-cu ildə nəşr edilən "Milli nəğmələr" kitabında Himnin mətninin sonunda "Cəmo bəy" yazılması əsas götürülür. Eyni zamanda, "Cəmo bəy" adını əsas götürən tanınmış ictimai xadim Cəmo Cəbrayılbəylinin yaxınları isə Himnin ona aid olduğunu söyləyirlər.

C.Hacınski 1915-ci ilin dekabrından 1917-ci ilin aprelinə qədər Batum vilayətində və Dənizkənarı rayonda Birinci Dünya müharibəsi dövründə zərər çəkənlərə kömək göstərmək üzrə müsəlman qaçqın komitəsinin müvəkkili vəzifəsində işləmişdir.

1917-ci ilin aprelində o, Rusiyada baş verən Fevral-burjua inqilabından sonra yaranmış Müvəqqəti Hökumətin Zaqafqaziya Komitəsinin müvəkkili kimi, həmin ilin iyul ayınadək bu vəzifəni icra etmişdir. C.Hacınski iyul ayında Zaqafqaziya Kəndli Deputatları İcraiyyə Komitəsinin sədr müavini seçilmiş və oradan nümayəndə kimi Rusiya Müəssislər Məclisinə yeni seçkilər üzrə Zaqafqaziya Mərkəzi Komissiyasının sədri vəzifəsinə göndərilmişdir.

1918-ci ilin fevralında C.Hacınski Zaqafqaziya Seyminin üzvü, fevralın 28-də isə Seym tərəfindən təsdiq olunmuş Müsəlman fraksiyasının tərkibindəki Müsəlman sosialist blokuna daxil idi.

1918-ci ilin mayın 28-də Tiflisdə keçmiş Qafqaz canişininin sarayında Milli Şuranın sədr müavini H.Ağayevin sədrliyi ilə keçirilən ilk iclasda müzakirə edilən 3 məsələdən biri də "Seymin buraxılması və Gürcüstanın öz müstəqilliyini elan etməsi ilə əlaqədar Azərbaycanda vəziyyət" idi.

Üçüncü məsələ ilə bağlı məruzə edən X.Xasməmmədov Azərbaycanın müstəqil cümhuriyyət elan etməsinin vacibliyini bildirdikdən sonra N.Yusifbəyli, Ə.Şeyxülislamov, M.H.Seyidov və digərləri də bu fikri dəstəkləyən çıxışlar etdilər. Geniş müzakirədən sonra 24 nəfərlik Milli Şura üzvündən 22-si (S.M.Qəniyev və C.Axundov bitərəf qalmaqla) səs verməklə Xalq Cümhuriyyətinin elanı barədə qərar qəbul edilir. Azərbaycanın İstiqlal Bəyannaməsinin qəbuluna səs verib imza atanlardan biri də Cəmo bəy Hacınski idi.

Azərbaycan Milli Şurasının tapşırığı ilə F.X.Xoyski Azərbaycan Xalq Cümhuriyyətinin birinci müvəqqəti Hökumətini təşkil edir və C.Hacınski Dövlət nəzarətçisi vəzifəsini yerinə yetirir.

O, Azərbaycan Cümhuriyyəti dövründə rabitə sisteminin inkişaf etdirilməsində mühüm xidmətlər göstərmişdir. Görkəmli iqtisadçı Məmmədhəsən Baharlı (1896-1943) bununla bağlı 1921-ci ildə məqalə də yazmışdır.

C.Hacınski N.Yusifbəylinin yaratdığı dördüncü (14.031919 - 24.12.1919) və beşinci (24.12.1919 - 01.04.1920) Hökumət kabinələrində Poçt-Teleqraf Naziri vəzifəsini icra etmişdir. O, həm də 1918-ci ilin dekabrın 7-dən fəaliyyətə başlayan Azərbaycan Parlamentinin üzvü seçilmişdir.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk olaraq 1918-ci ilin iyulun 3-də Poçt və Teleqraf  Nazirliyinin əsası qoyuldu. 1918-ci ilin sentyabrından başlayaraq poçt-teleqraf xidmətinin, poçt daşınmalarının, dağıdılmış teleqraf xətlərinin bərpasına başlanılır.

1919-cu ilin sonlarına doğru Azərbaycanda 54 poçt-teleqraf xətti və bir şəhərlərarası telefon stansiyası yaradılmışdı.

Bundan əlavə, Azərbaycanda teleqraf stansiyası, radiostansiya və poçt-teleqraf məktəbi də açılmışdı.

1919-cu ilin martın 3-də Azərbaycan Hökumətinin qərarı ilə Poçt və Teleqraf Nazirliyi nəzdində Azərbaycan Teleqraf Agentliyi - Azərtag yaradıldı (8, v. 103).

Eyni zamanda, Gürcüstan və Ermənistanla Poçt-Teleqraf müqavilələri imzalanır, poçt-teleqraf məlumatlarının çatdırılması bərpa olunurdu.

Bundan əlavə, Azərbaycanın Parisdə olan Nümayəndə heyəti Fransanın Poçt və teleqraf şirkətləri ilə Azərbaycan Respublikasında dünya standartlarına uyğun poçt-teleqraf işlərinin aparılması və Gəncə radiostansiyasının Eyfel qülləsindəki ötürücü vasitəsi ilə Avropa radiostansiyalarına qoşulmasının təmini haqqında razılaşma əldə edilmişdi. Razılaşmaya uyğun olaraq Azərbaycana lazımi avadanlıqlar və mütəxəssislər göndəriləcəkdi.

Azərbaycan Nümayəndə Heyətinin rəhbəri Ə.M.Topçubaşovun, 1919-cu ilin noyabrın 6-da Eyfel qülləsindəki radiostansiyadan birbaşa Gəncə radiostansiyasına Nazirlər Sovetinin adına göndərdiyi teleqramda yazılırdı: "İlk Azərbaycan radiosunun fəaliyyətə başlaması münasibəti ilə Sizi  təbrik edirəm və bu, bizim Vətənimizin iqtisadi-mədəni həyatında mühüm rol oynamalıdır".

Azərbaycan Poçt-Teleqraf sisteminin inkişafında ilk nazir Aslan bəy Səfikürdskinin xidmətləri böyükdür. O, ölkənin ən ağır vəziyyətində bu sahəyə rəhbərlik etmişdi.

1919-cu ilin martın 14-dən 1920-ci ilin aprelin 1-nə qədər isə Azərbaycanın Poçt və Teleqraf  Naziri vəzifəsini Cəmo bəy Hacınski yerinə yetirmişdi. Əsası A.Səfikürdski tərəfindən qoyulan Poçt və Teleqraf sisteminin inkişafında C.Hacınskinin də böyük xidmətləri var.

Cəmo bəy Hacınskinin Azərbaycan Parlamentində fəaliyyətinə az rast gəlmək mümkündür. Onun Parlamentdə müzakirə edilən məsələlərdə iştirakı faktı 1918-ci ilin dekabrın 15-nə aiddir. Həmin gün Parlamentin üçüncü iclası keçirilir. İclas H.Ağayevin sədrliyi, Ə.Cövdətin (Pepinovun) katibliyi ilə açılır. İclasda yeddiyə qədər məsələ müzakirəyə çıxarılıb: 1) Daxil olan kağızlar; 2) Etibarnamə komissiyasının məruzəsi; 3) Tərtibat və təzminat komissiyasının məruzəsi; 4) Heyəti-rüsayə Baş katib seçilməsi; 5) Büdcə komissiyası intixabı; 6) Fəhlə komissiyası intixabı; 7) Məclisi-müəssisan dəvəti üçün intixab qanunu verəcək komissiya seçkisi.

Parlamentdə müzakirə edilən 3-cü məsələ Tərtibat və Ləvazimat Komissiyasının sədri Abbasqulu Kazımzadə tərəfindən təqdim edilir. A.Kazımzadə Parlamentin birillik büdcəsinin üzvlər tərəfindən qəbul olunmasını xahiş edir. Sonra müzakirələr başlanır.

Müzakirələrdə ilk olaraq M.Ə.Rəsulzadə, Ə.Şeyxülislamov, A.Səfikürdski çıxış edir.

Bu müzakirədə çıxış edən Cəmo bəy Hacınski deyir: "Mən özüm Tərtibat və Ləvazimat Komissiyasının üzvüyəm. Bu məvacib müzakirə edildikdə Parlament üzvlərini də nəzərə aldıq. Komissiya qərar verdi ki, nəinki qulluqçular və bəlkə üzvlər də lazım olan bir para şeyləri ucuz ələ gətirsin".

Sonra C.Məlikyeganov çıxış edir, M.Ə.Rəsulzadə, A.Kazımzadə, Ə.Cövdət müdaxilələr edir. Növbəti dəfə C.Hacınski müzakirəyə qoşulur: "Üçüncü üsul fraksiyanın cərgəsində mən də varam, onlardan komissiyaya nümayəndə olaraq sədr də, katib də iştirak etmişdir. Mən sədr olduğuma görə təbiidir ki, etiraz edənlərə deyil, qulluqçular mənə müraciət edəcəklər. Ona görə də mən burada smetanın təsdiqini təklif edirəm. Beləliklə, smeta geri qaytarılmaz".

Parlamentin 1919-cu ilin yanvarın 16-da keçirilən səkkizinci iclasında 9-a yaxın məsələ və 10-cu olaraq "Nuxa və Zaqatala qəzalarının adi yolları haqqında Əhrar Komissiyasının Hökumətə təqdim etdiyi sorğu" müzakirəyə qoyulur.

Bu məsələyə ilk münasibəti C.Hacınski bildirir. O deyir: "Məlum olduğu üzrə, Parlament məbuslarının bir qismi Hökumətə daxil olub, bir qismi də Avropaya getmişdir. Ona görə də sosialistlər fraksiyası təklif edir ki, kvorum hazır məbusların yarısı, yəni 33 təyin olunsun".

Parlamentin sonrakı iclaslarındakı müzakirələrdə C.Hacınski fəallıq göstərmir. Qeyd edək ki, C.Hacınski Parlamentdə sosialist firqəsinin üzvü olaraq təmsil edilirdi.

1920-ci ilin 27 aprelində Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra C.Hacınski Ədliyyə Komissarlığında inzibati-maliyyə şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Lakin sonrakı illərdə onun sovet rejimində rahat yaşaması qeyri-mümkün olmuşdur. Bolşeviklər Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş Dövlət müfəttişi və nazirinə inamlı yanaşmırdılar. Odur ki, 1922-ci ilin 27 aprelində C.Hacınskini əsassız ittihamlarla həbs edib, üç il məhbəsdə saxladılar. Üçillik həbs cəzasından sonra onu üç il müddətinə də Arxangelsk vilayətində olan Solovki adasına sürgünə göndərdilər.

C.Hacınski Sovet hakimiyyətinə qarşı əksinqilabi fəaliyyətdə günahlandırılırdı. O, həm də Azərbaycanda Eser (Sosialist İnqilabçılar) Partiyasının Zaqafqaziya təşkilatının liderlərindən olmuş şəxs kimi də ittiham edilirdi.

İstintaq prosesində müstəntiq istədiyi cavabları əldə etməsə də, C.Hacınskiyə 3 il azadlıqdan məhrum edilməklə cəza kəsilir.

C.Hacınskinin də daxil olduğu 12 nəfərlik dustaq qrupunu 1923-cü ilin aprelin 11-də Moskvaya Butırsk həbsxanasına göndərirlər. Həbsxanada onlara qarşı çox sərt rejim yaradılır. Mövcud həbsxana qaydalarına etiraz olaraq məhbuslar aclıq edirlər. Aclıq edənlər arasında Azərbaycan Xalq cümhuriyyətinin iki naziri də var idi: C.Hacınski və A.Səfikürdski.

C.Hacınski həbsxana həyatını başa vurduqdan sonra, 1928-ci ilin iyulunda azad edilərək Bakıya qayıtmışdır. Həmin aydan etibarən Respublika Kənd Təsərrüfatı Kooperasiyası İttifaqında (Göybirliyi) plan şöbəsinin katibi və sonra müdiri olmuşdur.

1937-ci ilin oktyabr ayında C.Hacınskini yenidən həbs edirlər. Bu dəfə o, Azərbaycan SSR Cinayət Məcəlləsinin 72, 73-cü maddələri əsasında məsuliyyətə cəlb olunmuşdu.

Həbs zamanı aparılan qeydlərdən məlum olur ki, o, Bakıda Krasnaya küçəsi, bina 23-də olan mənzildə yaşayır, həyat yoldaşı Mariya Lvovna Hacınskidir, oğlu Camal 11 yaşında, qızı Nelli isə iki aylıqdır.

C.Hacınski eser təşkilatının üzvü olmaqda təqsirləndirilir. İstintaqda səsləndirilir ki, eser təşkilatının başlıca məqsədi silahlı üsyan yolu ilə sovet hakimiyyətini devirmək, ziyankarlıq, təxribat aksiyaları və partiya, hökumət rəhbərlərinə qarşı terror törətməkdir.

C.Hacınski cəzasını çəkmək üçün Kirov vilayətinin Vyatka 3-cü həbs düşərgəsinə göndərilir və 1942-ci ildə orada həlak olur.(525.az)

Yeni Zelandiya canisini qorxudub qaçıran qəhrəman danışdı: "Pos terminal cihazını üzərinə atdım"
"Bəziləri bunu elə təqdim edirlər ki, elə bil birinci sərəncamdı..."
Dünyanın dini liderləri terrora qarşı bəyanat verdilər - Direktorlar Şurasında Şeyx də var
Amerikanın simvolu, yoxsa tarixi şəxsiyyət? - "Sem dayı" kimdir?
"Hadı Rəcəbli özünə heykəl qoyub, milyonları var, camaata deyir 180 manatla yaşayın"
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Müsahibə
"Nə qədər iddialı danışsa da belə bir şəxsin xalqdan dəstək alacağı mümkünsüz görünür"
Cəmiyyət
Millət vəkilləri Xocalı məktəbindəki Novruz tədbirində iştirak edib
Dünya
Alimər qəhvədə prostat xərçənginin dərmanını kəşf etdilər
Gündəm
“Bunu etsək, hətta Bakıdakı bəzi insanlar da bölgələrə üz tutar”
Cəmiyyət
“O, az sözlə böyük mənzərələr yaratmağın ustası idi...” - Cavanşir Yusifli...
Həftənin ən çox oxunanları
"Azərbaycan tərəfinin "Bako Saakyanla Bərdədə və ya Gəncədə görüşməyə hazırıq" deməsi..."
Bakirəliyini yapon iş adamına satan azərbaycanlı model elə görüntüsünü paylaşdı ki... FOTO
Deputatlar “eşşək” ləqəbli sədrlərini hər dəfə belə qarşılayır...-FOTO+VİDEO
"Təkcə bizə məxsus ticarət obyektlərində qışda 47, yayda 60 min azərbaycanlı çalışır"
“Azərbaycan nəinki hücuma, ildırımsürətli əməliyyata hazırlaşır” + İşğalçı səksəkədə...
Mürəkkəbi qurumamış əfv sərəncamına görə Prezidentə məhbus atasından minnətdarlıq məktubu
“Gözləyirdim ki, həmin raketləri atacaqlar...” – Zakir Həsənov erməniləri təəccübləndirdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlər bunları görsün və dərk etsinlər ki..."
Cavid Qurbanova qarşı növbəti təxribat: Onlar qanun, yoxsa Allah qarşısında cavab verəcək?
Zaxarova da susur, Bakı da...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə