Xəbər lenti
17/01/2019 [10:34]:
ABŞ-da qətlə yetirilən azərbaycanlı barədə səfirlikdən AÇIQLAMA
17/01/2019 [10:26]:
“Dövlətqaçqınkom”un kollegiyasının yeni tərkibi TƏSDİQLƏNDİ
17/01/2019 [10:17]:
“UNEC-100” İnkişaf Strategiyası: əsas hədəflər
17/01/2019 [10:07]:
Ekologiya Nazirliyi: Küləyin sürəti 34 m/saniyəyə çatdı - FOTO
17/01/2019 [10:02]:
Əflatun Amaşovdan mətbuata ÇAĞIRIŞ: “Buna qətiyyən yol vermək olmaz!”
17/01/2019 [09:47]:
Azərbaycanın Türkiyədəki keçmiş səfiri: “Tansu Çillər düz bir ay məni qəbul etmədi” - MÜSAHİBƏ
17/01/2019 [09:35]:
Manat bu gün yeni məzənnədə olacaq?
17/01/2019 [09:17]:
Biz Bakıda küləkdən daldalanarkən onlar  pişikləri soyuqdan xilas edir...-FOTOLAR
17/01/2019 [08:11]:
Unutmayaq:”Kimik, haradan gəlmişik və hara gedəcəyik?..”
17/01/2019 [01:45]:
"Yaxın 4-5 saata Bakıda güclü külək başlayacaq"
17/01/2019 [00:23]:
Qasırğa qonşu ölkəni vurdu: Ciddi fəsadlar var – Foto
16/01/2019 [23:59]:
"Allah Azərbaycanı AB-ABŞ demokratiyasından və insan haqları imperializmindən qorusun"
16/01/2019 [23:47]:
“Universitetlərimiz AMEA-nın institutları ilə bərabər işləyəcək qədər yüksəlməyib”
16/01/2019 [23:24]:
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
16/01/2019 [23:20]:
“Bakı və Ankara ilə birgə sabitliyə dəstək veririk” - İrakli Kobaxidze
16/01/2019 [23:17]:
Alimlər insanda stress və təşvişi 60% azaldacaq musiqini tapdılar - VİDEO
16/01/2019 [23:15]:
Çin ayda pambıq yetişdirdi – Dünya tarixində ilk...
16/01/2019 [23:10]:
İfrat təhlükəli hava hansı xəstəlikləri kəskinləşdirəcək? - Bu insanlar ehtiyatlı olsun
16/01/2019 [23:01]:
Azərbaycanda bir gecədə ifrat çörək tələbatı - Rəfləri bir neçə saata boşaltdılar
16/01/2019 [22:55]:
Bu ölkədən idxal olunan 7 ərzağı başınıza silah dirəsələr də YEMƏK OLMAZ!!!
16/01/2019 [22:49]:
Türkiyədə 80 minədək hərbçi hazır vəziyyətə gətirildi
16/01/2019 [22:26]:
Prezident sərəncam imzaladı
16/01/2019 [22:22]:
Azərbaycanla Rusiya arasında ikitərəfli sənədlər təsdiqləndi
16/01/2019 [22:21]:
Sarkisyan baş nazirin müavinlərini də dəyişmədi
16/01/2019 [22:19]:
Tbilisidə yaşayış binasında partlayış - 3 nəfərin cəsədi çıxarılıb
16/01/2019 [21:28]:
Ermənistan sakini minaya düşdü - Ayağı kəsildi...
16/01/2019 [21:11]:
Bakıda həyat nə qədər rahatdır?
16/01/2019 [21:01]:
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirildi
16/01/2019 [20:55]:
Azərbaycanlı “donuz qripi”nə yoluxdu
16/01/2019 [20:32]:
Dəmiryolunda təcili yardım lokomotivi istifadəyə verildi
16/01/2019 [20:30]:
Seysmoloji Xidmət zəlzələ olacağı ilə bağlı məlumatlara CAVAB VERDİ
16/01/2019 [20:10]:
2500-dək neftçi təxliyyə edildi
16/01/2019 [20:08]:
Ac qal, sağlam ol - Alimlərdən tövsiyə
16/01/2019 [20:04]:
Pərvin dekoltesi ilə gündəmdə - "Ondansa paltarsız gəz"
16/01/2019 [19:49]:
Ermənistanda sığorta agentləri də etiraza qalxdı
16/01/2019 [19:48]:
İranla Azərbaycan arasında hərbi sahədə protokol imzalandı
16/01/2019 [19:46]:
Xarici işlər nazirləri fevralda yenidən görüşəcək
16/01/2019 [19:45]:
SOCAR-ın 2500-ə yaxın neftçini dənizdən təxliyyə edib
16/01/2019 [19:44]:
Peşəkar rejissorların rəhbəri: “Gəlmək istəyəni qapıdan qovmamışıq”
16/01/2019 [19:34]:
Səfər Mehdiyev səfir və generalla görüşdü
16/01/2019 [19:33]:
Putinlə Ərdoğanın görüş tarixi və yeri açıqlandı
16/01/2019 [19:31]:
Tereza Meyin qərarı qətidir - “Ölkə Aİ-dən çıxacaq”
16/01/2019 [19:30]:
Prezidentdən ETSN-lə bağlı fərman - Yeni xidmətlər və agentlik yaradılır
16/01/2019 [19:20]:
Anar qurultayın təxmini vaxtını açıqladı: “Oktyabrda daha konkret cavab verə bilərəm...”
16/01/2019 [19:13]:
BSU-da 20 Yanvar faciəsi anıldı
16/01/2019 [19:07]:
Soçidə Azərbaycan və Rusiya prezidentləri arasında imzalanmış Birgə Bəyanat təsdiq edilib
16/01/2019 [19:02]:
Əli Əmirli: “Teatrların özlərində gənc dramaturqlarla münasibət zəifdir”
16/01/2019 [18:50]:
Dövlət Gömrük Komitəsinin Akademiyasında mediatur keçirildi - FOTOLAR
16/01/2019 [18:47]:
Agentlik 50-ə yaxın obyekti cərimələdi
16/01/2019 [18:43]:
Orxan Fikrətoğludan “YUĞlama”: “Biz Avropaya Mirsahibin tamaşasını çıxara bilərik, ona görə də...”
16/01/2019 [18:41]:
Rövşən Rzayev Sabunçuda köçkünlərlə görüşdü - FOTO
16/01/2019 [18:39]:
Rektor universitetdə imtahanları dayandırdı
16/01/2019 [18:31]:
“Erməni probleminin araşdırılması üçün ayrıca institutlar yaradılmalıdır”
16/01/2019 [18:28]:
800 min işçi 25 gündür maaş ala bilmir -MARAQLI
16/01/2019 [18:20]:
"Bir dəfə doğulub əbədi yaşayanlar" adlı bədii-sənədli gecə keçirildi
16/01/2019 [18:13]:
Dmitri Peskov: "Bəzən məmur olduğumu deməyə utanıram"
16/01/2019 [18:11]:
Bakıya niyə Makron yox, Sarkozi gəldi? –Keçmiş prezident növbəti seçkiyə hazırlaşır
16/01/2019 [18:07]:
Aksizsiz spirtli içkilər aşkarlandı
16/01/2019 [18:06]:
Daxili orqanlarından narkotik çıxdı
16/01/2019 [18:04]:
“Bir Zamanlar Çukurova”da gərginlik - Maaş verilmir
16/01/2019 [18:03]:
Zakir Qaralov da görüşün vaxtını dəyişdi
16/01/2019 [18:03]:
Dünyanın ən soyuq nöqtəsində şaxtaya meydan oxudu - MARAQLI
16/01/2019 [17:59]:
Azərbaycan məscidinin bağlandığı Moskvada yeni erməni kilsəsi üçün yer ayrıldı...
16/01/2019 [17:52]:
Mətbuat Şurasında bəzi saytlarla bağlı şikayətlər araşdırılıb – Komissiyanın növbəti iclası keçirilib
16/01/2019 [17:50]:
Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı açıqlama verib
16/01/2019 [17:35]:
“Əgər Hacı Allahşükür Paşazadə olmasaydı, bu cür fotoları çəkə bilməzdim...”
16/01/2019 [17:34]:
ABŞ-ın Miçiqan Universitetinin alimləri “Facebook”dan psixoloji asılılığı qiymətləndiriblər
16/01/2019 [17:24]:
“7000 min məqalə və müsahibələrimin heç birində özümü ekspert kimi təqdim etməmişəm” –Nadir İsrafilov
16/01/2019 [17:21]:
Mübariz İbrahimovun sinif yoldaşı: “Onu, yalvara-yalvara şənliyə gətirdə bildik, çünki...”
16/01/2019 [17:19]:
Alimlər qışda dondurma yeməyi məsləhət görürlər – Çünki…
16/01/2019 [17:18]:
Erkən ölümün qarşısını almağın yolu tapıldı
16/01/2019 [17:17]:
Canavar vasitəsilə yetişdirilən məktəblilər – Qeyri-adi metodun fotoları
16/01/2019 [17:13]:
Zakir Həsənov Milli Orduya göstəriş verdi
16/01/2019 [17:08]:
Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə protokol imzaladı
16/01/2019 [17:07]:
“Azərsu” da gücləndirilmiş rejimə keçdi
16/01/2019 [17:04]:
Nazirlk: "Pensiya, müavinət və təqaüdlərdə artım tempi davam edib"
16/01/2019 [17:03]:
Bakıdakı sosial sığınacaqlar da gücləndirilmiş iş rejiminə keçdi
16/01/2019 [17:01]:
Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu
16/01/2019 [16:57]:
Ayaq izləri aşkar edildi - Sərhəddi keçmək istəyən silahlı şəxs saxlanıldı
16/01/2019 [16:51]:
“UNEC-100” İnkişaf Strategiyası: əsas hədəflər
Bütün arxiv bir sırada
09/11/2018 [10:07] - Cəmiyyət - ( 601 dəfə baxılıb)

"Milli Azadlıq Hərakatı Ensiklopediyası" nəşr olundu



Tarix Elmləri doktoru Nəsiman Yaqublunun Azərbaycan Milli Azadlıq Hərakatı Ensiklopediyası adlı kitabı nəşr edilib. 

Moderator.az kitabdan byrağımıza aid dəyərli materialları təqdim edir:

Bu gün Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir-  Dövlət Bayraq Günümüzdür.Bu hadisə münasibəti ilə “Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası” kitabımdan bəzi məlumatları oxucuların diqqətinə çatdırıram.Geniş məlumatları həmin kitabdan oxumaq mümkündür.


İLK  MİLLİ  BAYRAĞI  HAZIRLAYANLAR:

Bəxtiyar  Tuncayın anası - Şahverdiyeva Sura Səfər qızı.
1939-cu ilin oktyabrın 1-də Bakı şəhərində anadan olub. 2012-ci  ilin fevralın 16-da rəhmətə  gedib. Bakıda Neft-Kimya Prosesləri İnstitutunun zavodunda “operator” vəzifəsində  işləyib. İlk milli Bayrağımızın rəngli çap formasını oğlu Bəxtiyar Tuncay evə gətirib onlara vermiş və mitinqə  aparmaq üçün hazırlamağı tapşırmışdı. Sura  xanım  həmin Bayrağı üç rəngli parçadan (göy, qırmızı, yaşıl) hazırlamış, ağ ayparanı isə qızı Arzu parçanın üzərinə toxumuşdur.
Şahverdiyeva Arzu  Adil qızı - Sura xanımın qızı, Bəxtiyar Tuncayın bacısıdır.  1970-ci ilin fevralın 2-də Bakıda anadan olub. 1992-ci ildən 2015-ci ilə qədər DİN QBİ-də Dayaq Rabitə Qovşağında “Rabitə Anbar” rəisi vəzifəsində işləyib. Hazırda təqaüdçüdür.
Bəxtiyar Tuncay söhbətində bildirdi ki, üç rəngli Bayrağımızın şəklini ilk dəfə Ankarada nəşr edilən “Azərbaycan Kültür Dərnəyi”nin nəşr orqanı olan “Azərbaycan” jurnalında gördük  və onun əsasında evdə anamla bacım bayrağı tikib hazırladılar və 1988-ci ilin noyabr mitinqinə apardıq. 

Qaynaq:
Bəxtiyar Tuncayın şəxsi arxivi.


GÜLTƏKİN   SƏFƏRLİ
Üçrəngli bayraqlarımızı hazırlayan qadın

Gültəkin Həsən qızı Səfərli 1928-ci ilin aprelin 22-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi və musiqi məktəbini fortepiano sinfi üzrə bitirdikdən sonra Naxçıvan şəhəri ikillik Pedaqoji İnstituta daxil olur. Sonra isə təhsilini Bakıda APİ-nin dil-ədəbiyyat fakultəsində davam etdirir. Hələ 14 yaşında özünün yaratdığı ansamblla hərbi hospitallara konsert verməyə gedərdi. Qırx iki il müəllimə işləmişdir. 1989-cu ildə öz ərizəsi ilə işdən çıxaraq   yun əlcəklər və corablar toxuyub Qarabağa göndərir. Hər bağlamaya bayraq və məktub da qoyurdu. Xəstəxanada yatan yaralılara baş çəkir, meydan hərəkatı zamanı qutab  bişirib oraya aparardı. İrandakı zəlzələ zamanı öz pulu ilə iki top ağ parça və xeyli ərzaq alıb yardım yığılan məntəqəyə aparmışdı. O başqalarına yardım etməkdən zövq alırdı. Amma vaxtının çoxunu bayraq tikməyə həsr edirdi. Bayraqları xüsusi sevgi və həvəslə tikərdi. Kənarlarına saçaqlar toxuyardı (onu da qeyd edim ki, muncuq və saplarla gözəl əl işləri yaradardı. Bu, onun xobbisi idi). Lakin özünün  də dəfələrlə qeyd etdiyi kimi, Meydana ilk gətirilən  Bayrağı başqa qadın tikmişdi (Bəxtiyar Tuncayın anası və bacısı). Ertəsi gün meydanda ikinci daha böyük Bayraq göründü. Bu, Gültəkin ananın tikdiyi ilk Bayraq idi. Qısa müddətdə bütün meydanı bayraqlar bürüdü, onların sayı-hesabı yox idi. Kim istəsə verərdi. Xarici ölkələrə də göndərirdi. O, tikdiyi bayraqlarla fəxr edirdi. Təəssüf ki, 20 Yanvar gecəsi tikdiyi əlvan bayraqların üstünə öz əli ilə qara bağlamalı oldu. Bu hadisəyə heç dözə bilmirdi. Gecə hətta qara paltarlarını kəsib ağlaya-ağlaya xeyli bayraq düzəltmişdi... Fəxr etdiyi, qürur duyduğu bir də altı övladı var idi. Həyat yoldaşı dünyasını dəyişdikdən sonra onları tək böyüdüb hamısına ali təhsil verdi. Ona görə də iki oğul itirməsi ona çox pis təsir etmişdi. Uşaqlıqdan şeir həvəskarı idi, özü də yazardı. Həyat yoldaşına və oğlanlarına həsr etdiyi çoxlu şeirləri var idi. 
Xəstə yatağında hər övladına ayrı-ayrılıqda vəsiyyətini bir dəftərə yazmışdı. Siyasətçi olmasa da müxalifət liderlərinin bir araya gəlməməsi onun ən böyük dərdi idi.
Gültəkin Ana 2014-cü ilin  20 may gecəsi dünyasını dəyişdi.

Qaynaq:
Xatirə Musayevanın(Gültəkin Səfərlinin qızı)şəxsi arxivindən.


ÜÇRƏNGLİ  BAYRAĞIMIZI  MEYDANA  İLK  GƏTİRƏNLƏR:
 SALMAN, ELŞAD

MİTİNQLƏRDƏ ÜÇRƏNGLİ  BAYRAĞIMIZIN  
İLK DƏFƏ  DALĞALANDIRILMASI

1988-ci ilin 17 noyabr mitinqlərində ilk günlər  Sovet Azərbaycanının bayrağı dalğalanırdı. Həmin bayrağı tribunada bir neçə gün dayanıb dalğalandıran Sakit Həsənov olub.
Üçrəngli Bayrağı ilk dəfə meydana 1988-ci ilin 19 noyabrında Bədən Tərbiyəsi İnstitutunun tələbələri –Salman Hüseynov, Elşad Ziyadov gətirmişdilər. Mitinqdəki komsomolçular onların əlindən bayrağı alıb cırmaq istəyirdilər. Odur ki, Salmanla Elşadı qovur, onları tutmaq istəyirdilər. Onlar isə müxtəlif istiqamətlərə qaçır, Bayrağı vermirdilər. Belə məqamda M.Hatəmi onları yanına çağırıb, başçılıq etdiyi “qızılbaşlar” dəstəsinin əhatəsinə aldırdı. Komsomolçular buraya yaxınlaşmağa cəsarət etmədilər.
Sonralar üçrəngli Bayrağımızı meydana gətirənlərin sayı çoxaldı.
Qeyd: 1989-cu ilin noyabrın 17-də Meydan hərəkatının bir illik yubileyi ilə bağlı keçirilən mitinqdə isə üçrəngli Bayrağın dalğalandırılması Sakit Həsənova tapşırıldı. S.Həsənov 1988-ci ilin noyabrın 17-də Azərbaycan sovet bayrağını ilk dəfə tribunada dayanıb dalğalandırmışdı. 
_________________________ 
Qaynaq:
Hatəmi Tantəkin. Acı həqiqətlər. Bakı, 2006.



BAYRAĞI  MEYDANA  İLK  GƏTİRƏN  
SALMAN  HÜSEYNOV

1988-ci ilin noyabr mitinqlərinə üçrəngli Bayrağımızı ilk hazırlayıb gətirən Salman Hüseynov olub. O, əvvəlcə kağız parça üzərində bayrağın təsvirini çəkib və 19 noyabrda meydana gətirib. Sadəcə mavi rəngi daha çox tünd olaraq çəkib. Onu Bayrağa görə təqib ediblər. 20 noyabrda isə Salman bəy Bayrağı parça üzərində hazırlayıb.
S.Hüseynov bildirir ki, Bayraq haqqında ilk məlumatı M.Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabından öyrənib. Ona əsasən də Bayrağı hazırlayıb meydana gətirib. Meydana çatanda Elşad bəy də ona köməklik göstərib. 
Qeyd: Salman Hüseynov 1970-ci ildə Bakıda anadan olub. 1987-1991-ci illərdə Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 1992-ci ildə könüllü olaraq Qarabağ döyüşlərində iştirak edib – Şuşada, Ağdamda, Ağdərədə olub. Sonra bir müddət ixtisası üzrə çalışıb, müəllimlik edib. Mühafizə sistemində çalışıb.

1988-Cİ  İLDƏ  MEYDANA  AZƏRBAYCAN SOVET BAYRAĞINI  
GƏTİRƏN  SAKİT  HƏSƏNLİ

1988-ci ilin noyabr mitinqlərində  iki gün – 17, 18 noyabrda − sovet Azərbaycanının bayrağını kürsüdə dalğalandıran Bakı Dövlət Universitetinin fizika fakultəsinin tələbəsi, “Yurd” birliyinin üzvü Sakit Həsənli oldu.
1988-ci ilin noyabrın 19-da isə S.Həsənli əvvəlcədən dostu Nəsimi Məmmədli ilə yataqxanadakı otaqlarında ağ mələfənin üstünə üçrəngli Bayrağımızın təsvirini çəkib birlikdə mitinqə gətirdilər (sadəcə ayparanı bir az böyük çəkmişdilər). 
1989-cu ilin noyabr ayının 17-də meydan hərəkatının bir illik yubileyində bayrağın kürsüyə gətirilməsi S.Həsənliyə həvalə edildi.
Qeyd: Sakit Həsənli 1970-ci ildə Tovuz rayonunda anadan olub. 1986-1990-cı illərdə Bakı Dövlət Universitetinin fizika fakultəsində təhsil alıb. 1987-ci ildən “Yurd” birliyinə qoşulub, tədbirlərdə fəallıq göstərib. 1990-cı ilin noyabr-dekabr aylarında “Azərbaycan” qəzetində orduya getməklə bağlı müraciəti çap olunub. 1990-cı ildə könüllü olaraq tələbə dostları ilə Qarabağın döyüş bölgələrinə gedib. Döyüşlərdə on bir ermənini əsir götürüb. S.Həsənli sonradan orta məktəbdə müəllimlik edib.
__________________ 
Qaynaq:
Sakit Həsənlinin şəxsi arxivi.
MİLLİ  AZADLIQ  HƏRƏKATININ  BAYRAQDARI -
YAŞAR  TÜRKAZƏR

1988-ci ildən başlayan-milli Azadlıq Hərəkatı tarixində Yaşar Türkazərin ayrıca xidmətləri vardır. Üçrəngli Azərbaycan Bayrağını  o, mitinqlərdə dəfələrlə dalğalandırmış və bu fəallığına görə döyülmüş, həbs edilmişdir.
Yaşar Cəlil oğlu Məmməd Türkazər 1956-cı ilin aprelin 17-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Peşə Texniki məktəbini bitirmiş, müxtəlif zavodlarda fəhlə işləmişdir.
1987-ci ilin dekabrın 27-dən “Çənlibel” Elmi-Ədəbi Birliyinin toplantılarında iştirak edib. 1988-ci il mayın 16-dan 1991-ci ilin dekabrına qədər bütün yürüş və mitinqlərdə fəallıq göstərib. 1988-ci ilin sentyabrında işlədiyi Elektron-Hesablama Maşınları zavodunda yaradılan “Şah İsmayıl Xətai” adlı Elmi-Ədəbi Birliyin İdarə Heyətinə seçilib. Həmin ilin oktyabrın 29-da isə Məhəmməd Hatəmi Tantəkinin yaratdığı Azərbaycan Xalq Hərəkatı Cəbhəsinin Müvəqqəti Məsləhət Şurasının üzvü seçilir. 1989-cu ilin mayın 21-də Birlik Cəmiyyətinin təsis yığıncağında İdarə Heyətinin üzvü olur və bu vəzifəni həmin ilin noyabrın 19-na qədər icra edir.
1989-cu ilin Mayın 28-də Həsən Meracın və Azər adlı bir şəxsin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti yaradılmasının 71-ci ildönümü ilə bağlı “Parapet” bağında (indiki “Fəvvarələr” meydanı - red.) nümayiş başladı. 50-60 adamın iştirakı ilə başlanan bu nümayiş  Fəxri Xiyabanda Şıxəli Qurbanovun məzarı önündə yekunlaşdı. Sonda nümayişə toplaşanların sayı 10 minə yaxın idi. Bu nümayişdə Üçrəngli Bayrağı daşımaq şərəfi məhz Yaşar Türkazərə qismət oldu.
Yaşar Türkazərin “Azadlıq” meydanında 17 noyabr - 5 dekabrda keçirilən mitinqlərdə, 28 May nümayişlərində, 4-11 iyun yürüş-mitinqlərində Üçrəngli Bayrağımızı daşıdığını nəzərə alan AXC lideri Əbülfəz Elçibəy 1989-cu ilin iyunun ortalarında Məhəmməd Hatəmi Tantəkinin, Ənvər Əliyevin və Nemət Pənahlının dustaqxanadan çıxması ilə bağlı Səttarxan adına zavodun yataqxanasında keçirilən qonaqlıqdakı çıxışında demişdi: “Yaşar – Hərəkatımızın Bayraqdarıdır!”
1989-cu ilin oktyabrında “Birlik”, noyabrın 10-da isə “Yeni Müsavat” adlı qəzetlər nəşr edilməyə başladı. Həmin vaxt Yaşar sovet dövründə ləğv edilmiş, mətbuatın küçə yayımını bərpa edərək 1992-ci ilin martın 4-nə qədər Bakıdan Naxçıvana kimi 25 şəhər və rayonda qəzet yaymışdı.
1989-cu ilin noyabrın 26-da Azərbaycan Milli Demokrat Partiyası - Yeni Müsavata daxil olub və həyatını bu təşkilatla bağlayıb.
Yaşar 1992-ci ilin martın 21-dən sentyabrın 12-nə qədər Eldar Bağırov adına 845 saylı Ağdam taburunun sıralarında döyüşüb.
1992-ci ilin oktyabrından 1993-cü ilin aprelinə qədər AXC Mərkəzi Qərargahında təlimatçı vəzifəsində çalışıb.
Bu mücadilə həyatında o, dəfələrlə döyülüb, həbs edilib, xəsarətlər alıb, bir gözünün görmə qabiliyyətini itirib. 
Yaşar Türkazər bu gün də azad, demokratik Azərbaycan cəmiyyətinin qurulması uğrunda mücadilə aparır.

Qaynaq:
Yaşar Türkazərin şəxsi arxivindən.




"Allah Azərbaycanı AB-ABŞ demokratiyasından və insan haqları imperializmindən qorusun"
Anar qurultayın təxmini vaxtını açıqladı: “Oktyabrda daha konkret cavab verə bilərəm...”
Dövlət Gömrük Komitəsinin Akademiyasında mediatur keçirildi - FOTOLAR
800 min işçi 25 gündür maaş ala bilmir -MARAQLI
Dünyanın ən soyuq nöqtəsində şaxtaya meydan oxudu - MARAQLI
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Alimlər insanda stress və təşvişi 60% azaldacaq musiqini tapdılar - VİDEO
Maraqlı
Bu ölkədən idxal olunan 7 ərzağı başınıza silah dirəsələr də YEMƏK OLMAZ!!!
Gündəm
“Erməni probleminin araşdırılması üçün ayrıca institutlar yaradılmalıdır”
Maraqlı
35 ildir sarı rəngə “boyanan” adam: Eşq simvolu, yoxsa şifrəli mesaj?
Mədəniyyət
“Hər bir vətəndaşımızın tarixi faciələrimizə öz münasibəti olmalıdır”
Həftənin ən çox oxunanları
ABŞ prezidentinin Stalinə verdiyi məxfi məktubda Azərbaycan haqda nə yazılmışdı?..
Qarşı cinsə marağı azalan, intim hissləri qaydasında olmayan cütlüklər onu çeynəsələr...
Putin Paşinyanı qucaqlayır, Lukaşenko İrəvan yolçuluğunda... - Bəs biz nəyi gözləyirik?
"Bu ölkənin şeyxi hara baxır, Anar, Çingiz Abdullayev, Ramiz Rövşən və digərləri hara baxır?"
Azərbaycanda boşanma iddiası qaldıranların çoxu kişilərdir - Səbəb UTANCVERİCİDİR
“102-ci baza ləğv edilsə, Qarabağda  genişmiqyaslı müharibə başlayacaq...”
Ucarda dəhşət: 16 yaşlı qız qaçırılıdı, zorlandı, sonra ailəsinə qaytarıldı - VİDEO
"Hamımız nədənsə düşmüşük televiziyalarda Xoşqədəmlərin, Zaurların üstünə, ancaq..."
Şəhər meri 30 il kirayədə yaşayan süpürgəçiyə ev verdi-İbrətamiz- FOTOLAR  
“Şəhidlər Xiyabanına gedəndə xəcalət çəkirəm, mənə elə gəlir şəhidlər dil açıb deyir ki..."
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə