Xəbər lenti
16/01/2019 [13:45]:
Rusiyada 15 yaşında ana olan azərbaycanlı qız uşağını bacısına verdi - Bacı isə deportasiya olundu
16/01/2019 [13:41]:
Küçədə tapılan çılpaq cəsəd fahişəyə aid imiş - FOTO
16/01/2019 [13:30]:
Tanınmış jurnalistə vəzifə verildi
16/01/2019 [13:28]:
Bəlkə də ailəsi qəhrəman olacağını bildiyi üçün onun adını Rövşən qoymuşdu- Milli Qəhrəman...
16/01/2019 [13:27]:
35 ildir sarı rəngə “boyanan” adam: Eşq simvolu, yoxsa şifrəli mesaj?
16/01/2019 [13:22]:
Ermənistan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
16/01/2019 [13:12]:
Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadə 10 faiz azaldıla bilər
16/01/2019 [13:06]:
İlham Əliyev iranlı Baş Qərargah rəisini qəbul etdi
16/01/2019 [12:50]:
Qafqaz Müsəlmanları İdarəsi bəyanat yaydı
16/01/2019 [12:49]:
“Hər bir vətəndaşımızın tarixi faciələrimizə öz münasibəti olmalıdır”
16/01/2019 [12:47]:
Gəncənin məşhur polis rəisinin işdən çıxarılması xəbəri yayıldı- Faiq Şabanovu Sumqayıtın rəisinin əvəz edəcəyi deyilir
16/01/2019 [12:40]:
ADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirilib
16/01/2019 [12:39]:
Yol polisi sürücülərə XƏBƏRDARLIQ etdi
16/01/2019 [12:27]:
Ağacları qanunsuz kəsənlər saxlanıldı
16/01/2019 [12:24]:
“Qarabağın azadlığına gedən yol şəhidlikdən keçir” adlı Dəyirmi Masa keçiriləcək
16/01/2019 [12:22]:
“Rəsulzadə ilə bağlı bu addım prezidentin siyasi iradəsinə qarşı olan davranışdır” - ETİRAZ
16/01/2019 [12:21]:
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlib
16/01/2019 [12:21]:
ADPU-nun müəllimləri LDU-da payız semestrinin imtahan sessiyasının gedişini izlədi
16/01/2019 [12:20]:
Hüquqşünas: “Zina” maddəsinə görə, ərinə xəyanət edən qadın cinayət məsuliyyəti daşıyırdı...”
16/01/2019 [12:13]:
Rüfət Aslanlı üçün “qəfəs” hazırlığı - istintaq gedir, ifadəsi alınır
16/01/2019 [12:08]:
Polis İdarəsi: “Rəsulzadənin barelyefini Novxanı bələdiyyəsi çıxarıb”
16/01/2019 [12:05]:
“Azərenerji” də hava şəraiti ilə bağlı xüsusi rejimə keçdi
16/01/2019 [11:51]:
Taksi sürücülərinə qənim kəsilən Nəsimiyə hökm oxundu- 11 il
16/01/2019 [11:49]:
Dövlət qulluğuna qəbul üçün keçirilmiş müsahibələrin nəticələri açıqlandı
16/01/2019 [11:38]:
Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanıldı -FOTOLAR
16/01/2019 [11:36]:
Aqrar Xidmətlər Agentliyinə sədr təyinatı oldu
16/01/2019 [11:34]:
Ötən gün narkotiklərlə əlaqədar 11 nəfər tutuldu
16/01/2019 [11:27]:
Dünya daşnakları Qarabağa toplaşacaq
16/01/2019 [11:22]:
Media məkanında dil və mədəniyyət...
16/01/2019 [11:19]:
İşğal edilmiş torpaqlarımızda toy sədaları çoxalır : SOS
16/01/2019 [11:18]:
"Ərinə xəyanət edir, kişi də videosunu paylaşır"
16/01/2019 [11:04]:
İlham Əliyev “SOCAR karbamid” zavodunu işə saldı
16/01/2019 [10:54]:
Dünya siyasətçilərinin cangüdən seçimi - bilinməyən detallar
16/01/2019 [10:49]:
“Jurnalistlər bu cür videolar üzərindən reytinq və izləyici toplamağa cəhd etməməlidirlər”
16/01/2019 [10:44]:
Ümumdünya Səhiyyə Təşkilatı: "Azərbaycanda siqaret çox ucuzdur və qiyməti artırılmalıdır"
16/01/2019 [10:35]:
Rusiyada dəhşət: ana 8 aylıq körpəyə araq verib öldürdü
16/01/2019 [10:24]:
Ruslar bu hərəkətləri ilə hamını şoka salır - Onlar hesab edirlər ki, bununla körpələr daha sağlam böyüyür - VİDEO
16/01/2019 [10:16]:
Ermənistan atəşkəsi 26 dəfə pozdu
16/01/2019 [10:08]:
"Qəbələ"nin Almaniya klubu ilə 3 hissəlik oyunu
16/01/2019 [09:57]:
Bakıda anbar yandı, alov avtomobilə keçdi
16/01/2019 [09:47]:
Bu gün Parisdə Azərbaycan və Ermənistan XİN başçıları görüşəcəklər
16/01/2019 [09:37]:
“Daşnaksütyun” Azərbaycanda 8 günlük ümumi iclasa başladı...
16/01/2019 [09:35]:
Azərbaycanda 5111 nəfər adını, ata adını, soyadını dəyişmək istəyib - RƏSMİ
16/01/2019 [09:33]:
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
16/01/2019 [09:24]:
Manat və dollar bu gün hansı məzənnədə olacaq?
16/01/2019 [08:49]:
Şəhər meri 30 il kirayədə yaşayan süpürgəçiyə ev verdi-İbrətamiz- FOTOLAR  
16/01/2019 [07:51]:
Yuxunuzu yalnız mömin şəxslərə danışın...
16/01/2019 [01:03]:
Ən gözəl qadınların yaşadığı ölkələr - İLK BEŞLİK...
16/01/2019 [00:38]:
İdmançı döyüşlərə olmayan ölkənin himni altında çıxacaq
16/01/2019 [00:11]:
İngiltərə parlamenti "Brexit" anlaşmasını rədd etdi
15/01/2019 [23:04]:
"Ört-basdır əməliyyatında aparıcı media orqanlarının gücündən belə yararlanmağa çalışırlar..."
15/01/2019 [22:50]:
Gürcüstanın baş naziri Bolnisidə erməni həmkarının pişvazına çıxdı - FOTOLAR
15/01/2019 [22:47]:
Hadi Rəcəbli slavyan xanımla belə rəqs etdi – VİDEO
15/01/2019 [22:44]:
Ərdoğan Suriyaya hücumu dayandırdıqlarını elan etdi: "Trampın verdiyi mesajlar məni üzdü..."
15/01/2019 [21:45]:
Ramil Usubovdan Səttar Mehbalıyevin oğlu ilə bağlı qərar
15/01/2019 [21:36]:
Saakaşvilinin oğlu da “donuz qripi”nə yoluxdu –Tbilisidə müalicə olunur
15/01/2019 [21:21]:
Tanmmış KIV nümayəndələri BSU-da imtahanların gedişini izləyib -FOTOLAR
15/01/2019 [21:08]:
MTRŞ-dan telekanal rəhbərlərinə xəbərdarlıq: " Xalq narazıdır"
15/01/2019 [21:03]:
Bakıda iki bina arasındakı boşluğa yıxılan şəxs xilas edildi
15/01/2019 [20:45]:
Bakıda külək ağacı maşının üzərinə aşırdı
15/01/2019 [20:42]:
Rəsulzadənin barelyefinin oğurlandığı təsdiqləndi: Çox qiymətli materialdan hazırlanmışdı
15/01/2019 [20:32]:
Baş katib Bakıda logistika və gömrük müəssisələrinə baş çəkdi
15/01/2019 [20:30]:
Rüfət Aslanlının Gədəbəydəki villasının - FOTOLARI
15/01/2019 [20:27]:
Sarkozi Bakıda - İlham Əliyevlə görüşdü+ Foto
15/01/2019 [20:15]:
Debrecen Universitetində təhsil alan Yusif: "Zədə üzündən "Qarabağ"dan ayrıldım və..."
15/01/2019 [20:14]:
Azərbaycan sərhədini pozmuş konqresmen ABŞ prezidentliyinə namizədliyindən danışdı
15/01/2019 [20:04]:
37,1 milyard manatlıq məhsul satılıb...
15/01/2019 [19:43]:
ADPU-da payız semestrinin imtahan sessiyasının monitorinqi keçirildi -FOTOLAR
15/01/2019 [19:35]:
Aİİ-də “20 Yanvar” faciəsinə həsr edilmş “Qan yaddaşımız” mövzusunda tədbir təşkil olundu
15/01/2019 [19:20]:
Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edildi
15/01/2019 [19:18]:
Pedaqoji Unversitetin İctimai Şura üzvləri imtahanların gedişini izlədilər
15/01/2019 [19:04]:
İrəvan Moskva, Bakı və Tehrandan öndədir? – Daha bir absurd araşdırma...
15/01/2019 [18:58]:
Novruz Məmmədov tapşırıqlar verdi
15/01/2019 [18:54]:
Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir - XƏBƏRDARLIQ
15/01/2019 [18:48]:
Qulu Məhərrəmli Arif Alışanovun işdən çıxarılmasından DANIŞDI
15/01/2019 [18:46]:
Dubayda “Azərbaycan Ticarət Evi” açıldı
15/01/2019 [18:46]:
Müdafiə Nazirliyi Tibb Xidmətinin rəhbər heyətinin toplantısı keçirildi - FOTOLAR
15/01/2019 [18:44]:
Prezident səfiri geri çağırdı
15/01/2019 [18:43]:
“ASAN”da konsulluq xidmətləri göstəriləcək
15/01/2019 [18:39]:
DİM qəbul imtahanlarındakı 6 milyon sualı necə yoxlayacaq? - Obyektivlik necə qorunacaq?
Bütün arxiv bir sırada
09/11/2018 [19:19] - Müsahibə - ( 738 dəfə baxılıb)

"Ssenari oxuyandan sonra babam keçirən hissləri mən də yaşayırdım" -Rəsulzadənin nəvəsi



«Hərə öz sahəsində gərək iş görsün. Bu musiqi kompozisiyasına daxil olmaq mümkün deyil. Onu gərək Üzeyir bəydən daha yüksəkdə duran insan desin ki, neyləmək olar, neyləmək olmaz. Bayraq da, himn də dəyərdir. Bu dəyərlər uğrunda nə qədər şəhidlər gedib. Qürur mənbəyimizdir – «qürur» sözünü çox işlədirəm bu gün – himn çalınanda hansı hissləri keçiririk?! Onu da çox görürlər? İxtisara salmaq istəyirlər?»

Moderator.az xəbər verir ki, Azərbaycan Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, rəssam Rais Rəsulzadə “Azadlıq” radiosuna müsahibəsində belə deyir.

Bayraqla bağlı xatirələrini bölüşür:

– İlk dəfə üçrəngli bayrağı 1988-ci ildə Meydan Hərəkatı başlayanda gördüm. Onda Azərbaycan Sovet Sosialist Respublikasının bayrağı ilə yanaşı, üçrəngli bayraq da qaldırılırdı. Əvvəl az-az, iki-üç yerdə, sonra daimi qaldırmağa başladılar. İlk dəfə Azadlıq meydanında görmüşdüm. Onda atam da gəlmişdi Bakıya. Onu da meydana apardım, baş verənləri görsün istədim. Axşamtərəfi aparmışdım onu. Bayrağı isə çıxışlar ediləndə görmüşdüm.


– Rais bəy, atanız Meydan Hərəkatına qoşulmaq üçün gəlmişdi Bakıya?

– O tonqallar qalanırdı meydanda, xatırlayırsınız? Bax, onda gəlmişdi. Bayrağı o görməmişdi, mən görmüşdüm. Azadlıq meydanında gəzişdik. Baxdı, dedi ki, bu, xatalı işdir, sovet hökuməti bunu bağışlamayacaq, bunun axırı pis olacaq, mən bilirəm. Düzdür, qürurlanırdı. Amma deyirdi ki, bu uşaqların başına oyun gətirəcəklər, sovet hökuməti bunu bağışlamaz. Sonradan yanvar hadisələri baş verdi, 1990-cı ildə.

– Atanız özü Sizə üçrəngli bayraq haqqında nəsə danışmışdı?

– Atam – Allah ona rəhmət etsin – bu şeyləri məndən yaxşı bilirdi. O, 1991-ci ildə də burda oldu… Amma bayraq haqqında mənə danışmırdı. Özüm oxumuşdum. O, Karaqandada yaşayırdı, başqa qayğıları var idi. O bura gələndə artıq başqa haqq-hesablar gedirdi.

– Siz özünüz bu bayrağı indi görəndə nə düşünürsünüz, nə hiss edirsiniz?

– Qürur duyuram. Bundan gözəl mənzərə yoxdur. Bayraqdan gözəl heç nə yoxdur. Çoxlu filmlər çəkiblər, həmişə də çalışıblar o bayrağın önündə çəksinlər. Bayrağı başqa ölkələrdə görəndə də qürur duyuram. Hər bir azərbaycanlıya baş ucalığı gətirir. Bayraq xarici ölkələrdə tədbirlərdə asılır, Rusiyada, ABŞ-da, Almaniyada, Türkiyədə, hər yerdə.

– Bu günlərdə deputat Tahir Kərimli himnin qısaldılmasını təklif etdi. Siz necə qarşıladınız həmin təklifi?

– Düzü, bunu eşidəndə çox təəccübləndim. Ola bilməz ki, bizim hörmətli deputatlarımız indiki dövrdə bu məsələ ilə məşğul olsunlar. Heç başqa dövrdə də olmaz! Ortada mühüm məsələlər ola-ola himn məsələsinin qaldırılması təəccüb doğurur. Azərbaycanda çox vacib məsələlər var, problemləri çoxdur. Prezident özü də bunu deyir, xaricdən gələnlər də. Qarabağ məsələsidir, o biridir, bu biridir. Onları həll etmək əvəzinə, bu haqda dərindən düşünmək əvəzinə himn məsələsini qaldırırlar. Bu himnin böyük tarixi var. Onu Üzeyir bəy yazıb. O da dahi bəstəkarıydı. Bu kompozisiyaya heç nə əlavə etmək olmaz, heç ixtisar etmək də olmaz. Dahi bəstəkar bunu bəstələyəndə tam bəstələyib. Bu haqda danışmağa dəyməz, bunu heç müzakirə etmək də olmaz. Hərə öz sahəsində gərək iş görsün. Bu musiqi kompozisiyasına daxil olmaq mümkün deyil. Onu gərək Üzeyir bəydən daha yüksəkdə duran insan desin ki, neyləmək olar, neyləmək olmaz. Bayraq da, himn də dəyərdir. Bu dəyərlər uğrunda nə qədər şəhidlər gedib. Qürur mənbəyimizdir – «qürur» sözünü çox işlədirəm bu gün – himn çalınanda hansı hissləri keçiririk?! Onu da çox görürlər? İxtisara salmaq istəyirlər?.. Özü də himn uzun deyil, normaldır.

– Bu il Xalq Cümhuriyyətinin yüzilliyi tamam oldu və Rais Rəsulzadə «Son iclas» filmində babasının obrazını canlandırdı. Onun obrazına girmək, duruşunu-yerişini canlandırmaq çətin olmadı?

– Rəsulzadənin obrazı mənə çoxdan tanışdır, ona çoxdan girmişəm, atamın da hərəkətlərinə həmişə fikir verirdim. Bioloji faktordan danışıram, hələlik. O ki qaldı tarixi hadisələrə, onları izləmişəm, öyrənmişəm. Rəsulzadənin məktublarını da oxumuşam, mühacirətdə olduğu ağır günlər haqqında yazırlar, bu çətinliklər məktublarında da əks olunub… Mən hələ bilmirdim nə məsələdir, dedilər ki, Rəsulzadə haqqında film çəkirik, çox gözəl film olacaq. Cavab verdim ki, ssenarini oxumadan razılıq verə bilmərəm. Ssenarini göstərdilər oxudum, tarixçimiz Aydın Balayev redaktə etmişdi, başqa tarixçilər də orda iştirak etmişdi. Gördüm çox normal ssenaridir, razılaşdım. Daha doğrusu, filmdə çəkilmək fikrim yox idi. Mən aktyor deyiləm. Amma dedilər ki, yaşlı vaxtını çəkməkdən ötrü sizin Məmməd Əminlə oxşarlığınız filmdə lazımdır. Dəvət etdilər, sınaq çəkilişləri oldu. Dedilər ki, yarayırsınız. Çəkiliş İstanbulda oldu, dörd gün çəkdi. Orda uşaqlar sağ olsun, çox əziyyət çəkdilər.

– Nədə?

– Çəkilişlər elə yerdə aparılmalı idi ki, orda müasir elementlər olmasın, məsələn, elektrik xətləri, reklam lövhələri, avtomobillər zad. Çətin idi. Uşaqlar küçədən maşınları yığdırırdılar, keçmişə oxşasın deyə. Asan başa gəlmirdi. Səhərdən axşamadək çəkiliş gedirdi, ağır idi. Amma vəzifələrini uğurla başa vurdular.

– Dediniz ki, Rəsulzadənin obrazı Sizə çoxdan tanışdır. Bəs kamera qarşısında oynamaq çətin olmadı?

– O paltarları geyinəndən, qrimdən sonra, ssenari oxuyandan sonra babam keçirən hissləri mən də yaşayırdım. Amma rejissora dedim ki, icazə verin mən bildiyim kimi hərəkət edim. O da razılaşdı. Bir hissəsi rejissor dediyi kimi oldu. Amma sonra gördülər alınır, qəbul etdilər, dedilər: «Bildiyiniz kimi hərəkət edin». Hətta elə oldu ki, rejissor təriflədi: «Çox gözəl, çox əla, yerinə düşdü bu…». Təsəvvür edin, çəkiliş gedir Qız Qülləsində. Ora böyük axın var. Çəkiliş gedəndə camaat yığışırdı ki, nə məsələdir. Biləndə film nə haqqındadır, çox yaxşı qəbul edirdilər. Elə hər yerdə Rəsulzadəni çox yüksək dəyərləndirirlər, ümumiyyətlə, Azərbaycana münasibət çox yaxşıdır.

– Orda bir səhnə var, üzü dənizə doğru dayanmısınız…

– Hə, bax, Qız Qülləsində çəkilirdi. Düzdü, hava isti idi, mən də plaşda-zadda. Çətin də olsa, maraqlı idi. İki saat çəkdi.

– Rolunuza görə qonorar verdilər?

– Hamıya verdikləri kimi… Filmə də baxdım, pis deyil. Ümumiyyətlə, pis deyildi.

– Bu il Xalq Cümhuriyyətinin yüzilliyidir. Film çəkildi, bir neçə kitab yazıldı, daha nələrin edilməsini istərdiniz?

– Bu il zəngin keçdi, ilin əvvəlindən bu günəcən canlanma oldu. Mən öz gördüyümü deyirəm. Bu gün də yüzilliklə bağlı tədbirə dəvət ediblər. Tək Azərbaycanda yox, başqa ölkələrdə də, Rusiyada, Türkiyədə, Amerikada, Almaniyada, İsveçdə tədbirlər keçirildi, məni də dəvət etdilər. Mən universitetdə dərs deyirəm, bir də görürsən gəlirlər ki, sizi görmək istəyənlər var. Kimdir? Baxırsan nümayəndə heyəti gəlib, ağ koftada, geyinmiş-keçinmiş, əllərində gül… Müsahibələr alırlar. ASAN Xidmətdən, məktəblərdən gəliblər, universitetlərə, kitab təqdimatlarına dəvət edirdilər və s… Çox zəngin keçdi.

– Amma bibiniz qızı Rəna Əliyeva razı qalmayıb, “Azadlıq” radiosuna müsahibəsində demişdi ki, tədbirlərin səviyyəsinin fərqli olmasını istərdi.

– Yox, niyə razı qalmasın? Yəqin razı qalıb. Bəlkə başqa şeylə əlaqədardır…

– Onda yekunlaşdıraq söhbəti.

– Mənim adımdan bütün xalqımızı bayramla əlaqədar təbrik edin, hər kəsə uğurlar azrulayıram, Azərbaycanın da bütün problemləri həll olunsun.

Saakaşvilinin oğlu da “donuz qripi”nə yoluxdu –Tbilisidə müalicə olunur
Rüfət Aslanlının Gədəbəydəki villasının - FOTOLARI
Pedaqoji Unversitetin İctimai Şura üzvləri imtahanların gedişini izlədilər
Görənləri ovsunlayan göyqurşağı dağının sirri - MARAQLI...+ FOTOLAR
“Azərbaycanda əsasən, bu universitetlər birləşdirilməlidir” – Fazil Mustafadan etirazlara cavab
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Mədəniyyət
“Hər bir vətəndaşımızın tarixi faciələrimizə öz münasibəti olmalıdır”
Cəmiyyət
Yuxunuzu yalnız mömin şəxslərə danışın...
Ədəbiyyat
“Kriminal elementləri olan ədəbiyyat nə qədər çox yayılırsa, cəmiyyət bir o qədər də sakitləşir”
Gündəm
İrəvandakı “soyqırım muzeyi” yalançı sübutlarla “zənginləşdirildi”
Gündəm
Ermənistan parlamentindən 20 Yanvar faciəsi ilə bağlı tükürpədici yalan...
Həftənin ən çox oxunanları
ABŞ prezidentinin Stalinə verdiyi məxfi məktubda Azərbaycan haqda nə yazılmışdı?..
Qarşı cinsə marağı azalan, intim hissləri qaydasında olmayan cütlüklər onu çeynəsələr...
"Bu ölkənin şeyxi hara baxır, Anar, Çingiz Abdullayev, Ramiz Rövşən və digərləri hara baxır?"
Putin Paşinyanı qucaqlayır, Lukaşenko İrəvan yolçuluğunda... - Bəs biz nəyi gözləyirik?
Azərbaycanda boşanma iddiası qaldıranların çoxu kişilərdir - Səbəb UTANCVERİCİDİR
“102-ci baza ləğv edilsə, Qarabağda  genişmiqyaslı müharibə başlayacaq...”
"Hamımız nədənsə düşmüşük televiziyalarda Xoşqədəmlərin, Zaurların üstünə, ancaq..."
“Şəhidlər Xiyabanına gedəndə xəcalət çəkirəm, mənə elə gəlir şəhidlər dil açıb deyir ki..."
Ucarda dəhşət: 16 yaşlı qız qaçırılıdı, zorlandı, sonra ailəsinə qaytarıldı - VİDEO
Sən xəstə deyilsən, susuzsan! - Xəstələrini adi su və duzla müalicə edən məşhur həkim...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə