Xəbər lenti
13/12/2018 [19:40]:
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib
13/12/2018 [19:25]:
Oğurluq üçün girdiyi binada 48 saat bu şəkildə qaldı - FOTO
13/12/2018 [19:12]:
“Biz heç Gürcüstan, Rusiya, Türkiyənin ədəbi məkanlarına lazımi səviyyədə girə bilmirik, o ki qaldı “Forbes””
13/12/2018 [19:02]:
“Novruz Novruzluya ithaf olunan tamaşada onun görüntüləri və səsindən istifadə ediləcək” – Aktyorun sonuncu rejissoru
13/12/2018 [18:56]:
Tamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilib
13/12/2018 [18:54]:
Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib
13/12/2018 [18:28]:
Yasamalın sabiq icra başçısı: “Canımla əlləşirəm, nə şirkət, nə tikinti...”
13/12/2018 [18:23]:
UEFA-dan “Qarabağ”a 1 milyon 140 min avro
13/12/2018 [18:18]:
"Dərd almısan, qəm almısan sən İrandan Azərbaycan..."
13/12/2018 [18:11]:
LDU-da Şeyx Zahid Gilaninin 800 illik yubileyi ilə bağlı Beynəlxalq simpozium keçirilib
13/12/2018 [18:07]:
Özəldəki həkimlərin fantastik qazancı - Günə 3-5 min manat...
13/12/2018 [17:43]:
ADU-nun xəlifə-rektoru Venesuelanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili ilə görüşüb
13/12/2018 [17:41]:
İlham Əliyev: "Siyasətimiz Ermənistandakı kriminal xunta rejiminin çökməsində öz rolunu oynadı"
13/12/2018 [17:32]:
Ağasəlim Mircavadov: "Prezidentimizin sayəsində"... - AÇIQLAMA
13/12/2018 [17:24]:
İntihar edən şəxsi xilas etmək üçün 13 TIR yan-yana düzüldü - İBRƏTAMİZ...
13/12/2018 [17:20]:
Yüz yaşını keçmiş insanların gənclik və indiki görüntüləri - Təkcə dəyişməyən şəxsiyyətdir...
13/12/2018 [17:09]:
Prezidentin mənzillə mükafatlandırdığı idman xadimlərinin adları müəyyənləşib - SİYAHI
13/12/2018 [17:04]:
Manat sabah bu MƏZƏNNƏDƏ olacaq
13/12/2018 [16:53]:
Kremlin Qarabağdakı baş agenti  “Qərbin adamı” Paşinyanın hüzuruna getdi...-Foto
13/12/2018 [16:45]:
Nura Suri: "Aygün Kazımovanı belə təqdim etməməliydilər"
13/12/2018 [16:34]:
Nazənin Təranə Qumralı susdurdu:"Çaşma" - QALMAQAL
13/12/2018 [16:30]:
XİN sabahkı beynəlxalq tədbirlə bağlı məlumat yaydı
13/12/2018 [16:25]:
İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE
13/12/2018 [16:18]:
Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif edib - SİYAHI
13/12/2018 [16:11]:
Xətai rayonunun icra başçısı vəzifəsindən azad edilib
13/12/2018 [16:10]:
“DaimOnline” kampaniyası daha iki universitetdə
13/12/2018 [16:10]:
ETSN neftlə çirklənmiş ərazilərin təmizlənməsinə təcrübəli xarici şirkətləri cəlb edib
13/12/2018 [15:47]:
Ermənistanda ETİRAF: “Belə ordu ilə qalib gələ bilmərik”
13/12/2018 [15:45]:
Avropa parlamentində Azərbaycanın maraqlarına tam cavab verən qətnamə qəbul edildi
13/12/2018 [15:31]:
İlham Əliyev Ərdoğana başsağlığı verdi
13/12/2018 [15:28]:
“Bu əməliyyatın razılaşdırılmadan həyata keçirilməsi riskli olar”
13/12/2018 [15:22]:
Diplomatların davası, müəmmalı məktublar və çat verən səfirlik – Kiyevdən reportaj - FOTOLAR
13/12/2018 [15:10]:
ADAU-nun rektoru valideynlərlə görüşüb
13/12/2018 [15:08]:
Azərbaycanın xarici ölkələrdə rəsmi turizm nümayəndəlikləri açıldı
13/12/2018 [14:49]:
“Nar MiFi” paketini al, 6 aya qədər pulsuz internet əldə et!
13/12/2018 [14:47]:
"Forbes” ən çox günah qazanan yazarların siyahısını da verəcəkmi?..- Replika...
13/12/2018 [14:47]:
İlham Rəhimov: “ÜAK-ın ləğvindən ən çox narahat olan prezident Əliyevdir”
13/12/2018 [14:42]:
"İndidən qırılıb ölürük, bəlkə heç 65 yaşa çıxmadıq..."
13/12/2018 [14:41]:
“Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının növbəti sayları çap olunub
13/12/2018 [14:36]:
“SÖNMƏZDİR, ƏBƏDİDİR HEYDƏR ƏLİYEV!” adlı anım mərasimi keçirilib
13/12/2018 [14:34]:
"İndi toylarda söyüşlə deyilənlər meyxana deyil, bir-birilərinin valideynlərini təhqir edirlər..."
13/12/2018 [14:29]:
Pornoulduz Trampa böyük məbləğ ödəməli olacaq - Ağ evin rəhbərinə "ilişməyin" bədəli...
13/12/2018 [14:24]:
Şəhid ailələrinə, 20 Yanvar və Qarabağ əlillərinə mənzillər verildi
13/12/2018 [14:14]:
100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazır olduğunu bəyan etdi...
13/12/2018 [14:13]:
Bakı merinin qardaşına yüksək vəzifə verildi
13/12/2018 [14:09]:
İsraildə niyə xərçəng yoxdur? - Yəhudi həkimdən xərçəng və qriplə bağlı maraqlı açıqlama...
13/12/2018 [13:53]:
Hansı kommunal xidmətə borclular çoxdur?..
13/12/2018 [13:42]:
Ofisiant yeməyi Kral Akademiyası prezidentinin üstünə tökdü - VİDEO
13/12/2018 [13:41]:
Əməkdaşlıq münasibətləri vergi nəzarətinin zəifləməsi demək deyil
13/12/2018 [13:37]:
Tünd rənglər daha çox ciddiyyəti, soyuqluğu simvolizə edir? - Məşhur xanımların rəyi...
13/12/2018 [13:34]:
2018-ci ilin iqtisadi HADİSƏLƏRİ - Uğurlar, problemlər və təkliflər...
13/12/2018 [13:21]:
Bakıda evə qənim kəsilən Gürcüstan vətəndaşı tutuldu
13/12/2018 [13:16]:
Bakının priotexniki vasitələr satılan Yeni il yarmarkaları - REPORTAJ
13/12/2018 [13:08]:
“Maşın Şou”nun yayımlanacağı vaxt açıqlandı
13/12/2018 [13:08]:
Türkiyədə daha bir polis məmuru ölü tapıldı - İntihar?
13/12/2018 [13:04]:
Aysel Türkiyə şou-biznesinə qatıldı
13/12/2018 [12:56]:
Sabahın havası...
13/12/2018 [12:55]:
Aİİ-də “Azərbaycanda sufilik” mövzusunda “dəyirmi masa” keçirilib
13/12/2018 [12:51]:
Avropa Parlamentindən erməniləri pərt edən qətnamə: Qurum ikili yanaşmalardan imtina edir...
13/12/2018 [12:48]:
Azərbaycan və Ermənistan dövlət sərhədində monitorinq keçirilib
13/12/2018 [12:47]:
Ermənistanın RÜSVAYÇI ÜZÜ: həbsxanalarda...
13/12/2018 [12:45]:
Rusiya Ermənistana satdığı qazın qiymətini artıracaq
13/12/2018 [12:43]:
Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıb
13/12/2018 [12:38]:
Şirvanda oğurluq edən şəxslər saxlnılıb
13/12/2018 [12:36]:
Səbinə Mirzəyevanın kitabı satışa çıxarıldı - Xeyriyyə aksiyası
13/12/2018 [12:36]:
Bu dövlət bizə ulu öndərimizin əmanətidir...
13/12/2018 [12:33]:
Quldurluq edən tutuldu
13/12/2018 [12:29]:
Sərkərdə Teymurun ABŞ-da yaşayan adaşı...
13/12/2018 [12:28]:
Sərxoş vəziyyətdə polisə zəng edib “3 bomba qoyulub” dedi - AZƏRBAYCANDA
13/12/2018 [12:25]:
Partiya sədrindən Qarabağla bağlı ümidsiz PROQNOZ
13/12/2018 [12:19]:
Sabunçu rayonunda kobud qayda pozuntuları törədən sürücülərə qarşı reyd keçirilib
13/12/2018 [12:07]:
Kapital Bank-da “Könüllülər”in məzun günü keçirilib
13/12/2018 [12:04]:
Bakıda quldurluq – Küt alətlə vurub pulunu aldılar
13/12/2018 [12:01]:
Növbəti günlərin havası...
13/12/2018 [11:58]:
Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
13/12/2018 [11:54]:
Daşqınlar 14 nəfərin ölümünə səbəb olub - VİDEO
13/12/2018 [11:49]:
Beynəlxalq Əmək Təşkilatı ilə birgə təlim kursu keçirilib
13/12/2018 [11:43]:
“Ermənilər ağıllı və zəhmətkeş insanlardır...” - Bunu ABŞ prezidenti söylədi?..
13/12/2018 [11:41]:
Bakıda vaxtı keçmiş nəm salfetlər satılır - FOTOLAR
13/12/2018 [11:32]:
“UNEC-dən dünyaya” – tələbələr danışır...
Bütün arxiv bir sırada
12/11/2018 [12:39] - Cəmiyyət - ( 884 dəfə baxılıb)

Səreyndəki güneyli qardaşlarımızdan bu taya çağırış...

Savalan dağındakı möcüzəli su mənbələri “min bir dərdin dərmanı”dır



Beş min ildən artıq yaşı olan Ərdəbilin 20 km-liyində, başı qarlı Savalan dağının döşündə bir şəhərcik var - Səreyn deyirlər onun adına. 1,5 milyonluq Ərdəbil ostanına daxil olan bu şəhərciyin əhalisinin sayı o qədər də çox deyil. Burada əsasən turistlər olur. Yerli əhalinin əksəriyyəti Tehran və digər şəhərlərə köçüb. Kəsəsi, bura “otellər şəhəri”dir.

Səreyndə olarkən yerli sakinlərdən öyrəndik ki, ümumilikdə 8 min nəfərlik əhalinin yarıya qədəri qalıb bu məkanda. Nisbətən imkanlı şəxslər Tehrana və İranın digər şəhərlərinə köç edib, şirkətlər qurub. Digər bir qisim isə Səreyndə otel, restoran tikib və turizmdən gəlir əldə edir.

Vüqarlı Savalan dağı ilin əksər aylarında yerli və əcnəbi alpinistlər üçün cəlbedici olduğundan Səreynin qonaqları çox olur. Amma turistlər təkcə Savalanın seyrinə çıxmaq, yaxud dağ xizəkçiliyi ilə məşğul olmaq üçün buraya gəlmir. Buradakı sirli-sehirli su mənbələridir insanları özünə çəkən. Səreyn yaşayış məntəqəsi müalicəvi əhəmiyyətə malik olan isti, kükürdlü suları ilə şöhrət qazanıb. Səreynin tanınmış istisuları arasında Qarasu, Sarısu, Gamışgölü, Qəhvəsuyu var. Üstəlik, Səreyn yaxınlığında yerləşən Vilədərə kəndində  qazlı, müalicəvi mineral su mənbələri var. Səreyn - “Bulaq başı”, yaxud “bulaqların başı” kimi tərcümə olunur. İnternet mənbələrində isə bildirilir ki,  bölgənin Azərbaycan türkcəsindəki keçmiş adı Sarıqayadır...

Bu kiçik şəhər hər il milyonlarla turisti qəbul edir. Odur ki, infrastruktur xeyli inkişaf edib. Elə bizim qaldığımız dördulduzlu oteldə də xidmət kifayət qədər normal idi.

“Cənnətməkan” deyirlər buralara. Yayda buranın ab-havası çox sərin olur, temperatur hətta 8-10 dərəcəyədək enir. Odur ki, axın çox olur. Başı qarlı Savalan dağının ətəyində yerləşməsi buranı turistlər üçün daha cazibəli edir. Səreyndən Savalan dağına 28 km-dir. Amma dağın yüksəkliklərinə qalxmaq asan məsələ deyil. Savalan dağına çıxmaq üçünsə dağ idman növünə bələd olmaq gərəkdir. Əslən Səreyndən olan həmsöhbətim deyir ki, dağın ətəyində yerləşən Alvaris kəndində Savalana qaldırmaq üçün xüsusi maşınlar olur. Qışda isə xizəklərdən istifadə olunur.

Dağın başında Savalan gölü var. Orada həmişə su olur. Daşların üzərində qərarlaşmış bu füsunkar mənzərəli göl özü də çox dərin və sərin olur. Yay boyunca zirvəsində qar olan Savalanı görməkdən ötrü minlərlə ziyarətçi axın edir buralara. Ona görə də Səreyndə hotellər insanlarla dolub-daşır. Qiymətləri isə dövlət tənzimləyir.

Söhbətləşdiyim hotel əməkdaşı deyir ki, bu məsələ İrandakı müvafiq qurumun nəzarətində olur. Qiymətlər ulduz hesabı ilə tənzimlənir. Qiymətlər açıq şəkildə vurulur ki, turistlərin gözünün qarşısında olsun. Məsələn, bizim qaldığımız otel “dörd ulduzlu” idi. Yay mövsümündə burada 1 nəfər üçün qiymət 18 min tümən - (1 manat 7500-8 min tümən arasında dəyişir - E.P.) olur. Bu da Azərbaycan pulu ilə 24 manat deməkdir. Bu sıraya sübh (səhər) yeməyi də daxildir. Eyni zamanda müalicəvi sulardan endirimlə yararlanır. Üstəlik, maşınla gələn turist qarajdan müftə istifadə etmək imkanı qazanır.

Otel haqqı, həmçinin isti və kükürdlü suların vannasından istifadə qiymətləri də ilboyu dəyişir. Belə ki, yay fəsli ilə müqayisədə payızda və qışda 50 faiz endirim olur. Bu hesabla yayda 18 min tümənlik otel qiyməti havalar soyuyanda daha da aşağı salınır. Deməli, hazırda Səreyndə səhər yeməyi daxil dördulduzlu oteldə cəmi 10 manata gecələmək mümkündür. Sulardan gündəlik istifadə haqqı isə yayda 3 manat olursa, hazırda 1,5-2 manata olur. Onu da deyir ki, hələ indi bahalıqdır,  əvvəl lap ucuzluq imiş.

“İran camaatı qonaqpərvərdir. Bura həmdə ucuzluqdur” - deyə, başqa bir həmsöhbətim əlevə edir. Ancaq sanksiyaların bütün sahələrdə olduğu kimi, otelçiliyə də təsir etdiyini bildirir: “Məsələn, bu sanksiyalar bizim xarici qonaqların gəlişinə təsir göstərib. Düzdür, indi də gəlirlər, amma o qədər də yox. Əvvəllər bizim avropalı qonaqlar çox olurdu. Ancaq bu sanksiyalar bahalaşmaya və xidmətlərin zəifləməsinə bais olur. Təbiidir ki, ucuzluq olsa, biz daha gözəl xidmət göstərəcəyik, qonaqlarımız razı qalacaq. Həmçinin ucuzluq olsa, qonaq çox gələcək. 3-4 ay bundan qabaq vəziyyət daha yaxşı idi. Ancaq son aylarda vəziyyət nizamdan çıxdı. İran pulunun dəyərdən düşməsi turizmin də belini sındırdı”.

Qeyd edək ki, əvvələr İranda 1 dollar 6-7 min tümən idisə, qəfildən 18-19 minə qalxıb. İndi isə müəyyən qədər sabitlik yaranıb. Belə ki, dövlət dolları 12 min tüməndən alır. Əvvəlki aylara baxanda dollar ucuz olsa da, yenə vətəndaşları razı salmır. Azərbaycan milli valyutası da İran pulu ilə müqayisədə çox qiymətlidir. Bir ara bir manat 11 min tümənə qədər qalxsa da, bu kursun ömrü çox uzun çəkməyib. Hazırda min tümən 7500-8 min arasında dəyişir.

Dördulduzlu otelin inzibatçısı Əkbər Səməd oğlu Nasiri deyir ki, Səreynə işə 1 saatlıq məsafədə yerləşən Sərabdan gəlir: “Bizim rayonumuz Təbrizdir. Burdan gedirsən Nir şəhərinə, sonra Sərab gəlir, daha sonra Təbrizə yetişirsən. Mən Sərab Universitetində ingiliscə oxumuşam. 70-80 ildir babalarımız Sərabda yaşayır. Amma dədə-babamız Muğandandır. Bayramdan-bayrama ora gedirik. Muğan Sərandan 3 saat yarımlıq məsafədədir. Ərdəbildənsə 2,5 saata çatmaq olar. Sizin də Muğan var. Babalarımız xan olublar. Rəhmətlik atam deyirdi ki, bizim o tayda yerimiz var idi, gedib-gələrdik, mülklərimizə baş çəkərdik, orda qoyun saxlayardıq. Meşkindən aşıb ora gedərmişlər”.

Əkbər deyir ki, 4 qardaşı, 2 bacısı var. Özü yeni evlənib. Qız övladı Səna isə 7 aylığındadır. Həmsöhbətim olan bu gənc deyir ki, artıq 7 ildir burda işləyir: “İndiki dövrlə müqayisədə əvvəllər burada turistlər üçün elə də yaxşı şərait yox idi. Getdikcə şərait yaxşılaşır.

38 yaşlı Əkbər farsca ədəbiyyat üzrə oxuyub. Daha sonra isə ingiliscə təhsilini davam etdirib. Deyir ki, ailə qurduğu üçün Avropaya getmək istəyini reallaşdıra bilməyib. Maaşı ilə maraqlanıram. Deyir ki, İranda dövlətinin qaydalarına əsasən, maaşlar müxtəlif kateqoriyalar üzrə verilir: “Məsələn, mənin stajım çox olduğu üçün daha çox alıram, 150 dollara yaxın”. Amma etiraf edir ki, indiki qiymətlərlə müqayisədə elə də böyük məbləğ deyil.

Otelin müdiri əslən Səreyndəndir. Bunu söhbət etdiyim orta yaşlı otel əməkdaşı deyir. “Səreyn şəhəri ”dərman turizmi" üçün unikal məkandır. Belə bir yer dünyanın heç yerində yoxdur. İranda da ancaq Səreyndədir. Özü də ucuzluqdur. Həkimə gedirsən, növbəyə yazılırsa, əsəblərin korlanır, pulun gedir. Amma burada çox aşağı xərclərlə həm zövq alırsan, həm istirahət edirsən, Allahın nemətlərindən də istifadə edirsən".

Əkbər Nasiri deyir burada yeməklər də yüksək keyfiyyətlidir: “Tehrandan gələnlər deyirlər ki, Ərdəbildə ət ucuzdur. Həm də buralarda bolluqdur. Bizim Muğana Allah bərəkət verib, torpağı qızıldır. Burada alma, armud, Meşkində üzüm, Muğanda çuğundur, nar, Sulduzda qoz olur. Sarabın balı bütün İranda məşhurdur. Bu məhsullar adla deyilir. Təəssüf ki, bu yerlərin, bu məhsulların təbliğatı aparılmır. Məsələn, avropalı gəlir bura, baxır və çox təəccüb edir. Deyir İranda belə yer varmış, bəs, biz niyə indiyə kimi bilməmişik?”

Bu istiqanlı qardaşımız əlavə edir ki, Azərbaycan Respublikasından buraya nə qədər çox gələnlər olsa, bu məkanların təbliğinə kömək edərlər, həm də öz qan qardaşları üçün vəsait xərcləyərlər. Azərbaycan və Türkiyədən gələnlər də çox istiqanlı, mehribandırlar, eynilə bizim kimi. Qonağımız gələndə soruşmarıq haralısan? Oteldə yer olmasa, evimizə də apararıq. Bizdə deyərlər ki, qonaq Allahın həbibidir, dostudur".

Həmsöhbətim deyir ki, bu günədək Bakıda olmayıb: “Mənim bir dayım oğlu Belorusdadır, o biri dayım oğlu isə Bakıda həkimliyi oxuyur. Özümə hələ gəlib oraları görmək qismət olmayıb”.

Otelin daxili qaydaları da var. Məsələn, qadın və kişi gəlirsə, onların ailə üzvləri olması barədə sənəd tələb olunur: “Biz pasporta baxırıq, ailə olsalar, qalmağa icazə veririk, amma ailə olmasa, üzr istəyirik, deyirik qəbul edə bilmərik”.

Səreynin Atəşgah kəndindən olan həmsöhbətim Mirmövsüm Qəmbəri deyir ki, universitet bitirib. Ərdəbil Universitetinin menecment ixtisasına yiyələnib. 8 ildir iş tapa bimədiyindən burada çalışır. O da yenicə evlənib. Əslən Səreyindən olan xanımı ilə yaşayır. Azərbaycan Respublikasından olan turistlər haqda soruşuram, razılıq edir: “Yaxşı gəlirlər” söyləyir. Deyir daha çox payızda səfər edirlər. Sonra isə bu taya salamlarını yollayır, həmçinin Səreynə dəvət edir: “Gəlsinlər, istirahət etsinlər. Sizinkilər Avropaya, digər ölkələrə gedir. Amma xoşbəxtlikdən İranda hər 4 fəsildə istirahət etmək olar. Məsələn, burda qışdır, amma İranın cənubuna gedirsən, görürsən orda bahardır. Siz də bizdənsiz, bizim dinimiz, dilimiz, qanımız birdir. Qoy qardaşlarımız gəlsinlər, görsünlər. Bizi də dəvət etsinlər, biz də gələk, görək. Biz xoşhal oluruq sizləri görəndə”.

Otelin xidmətləri sırasına daxil olan ünvana da baş çəkirik. Hovuzlar, qaynar suların “qaynadığı” vannalar adama “gəl-gəl” deyir. Həm hpvuzda, həm də ayrı-ayrı vannalarda, cakuzilərdə orta yaşlı kişilər, həmçinin uşaqlar çimir. Xüsusilə də hər kəsin azərbaycanca danışması qürurvericidir. Skamyada oturub dincələn 50-55 yaşlı kişi ilə hal-əhval tutandan sonra öyrənirəm ki, Tehrandan gəlib. Həsən bəy İran-İraq müharibəsinin könüllü iştirakçılarındandır. Elə savaşdan sonra Tehranda qalıb, orda pərdə ticarəti ilə məşğuldur. Səreynə isə daim gəlir: “10-15 gün dincəlmək bəs edir ki, il ərzində rahat yaşayasan. Möcüzəli sudur”.  Deyir ki, Səreyndəki qaynar sular yerin altından qaynayıb çıxır. Bu sular hovuzlara doldurulub və istirahət mərkəzlərinə verilir: “Bu sular şəfa mənbəyi sayılır. Zəngin minerallara malik sular bel, ayaq ağrılarını götürür, revmatizm xəstələri üçün faydalıdır, damarların fəaliyyətini yaxşılaşdırır. Amma ürəyi xəstə olanlar gərək bu sularda çox qalmasınlar”. Həmsöhbətim deyir ki, gərək bu suda üzməyəsən, sadəcə, yeriyəsən: “Üzsən, tez yorulacaqsan”.

Məlum olur ki, eyni tərkibli sulardan Meşkin şəhərində də var. Amma deyirlər ki, suların “gözü” Səreyndədir. Həsən bəy “Səreyn” sözünü isə belə izah edir: “sər” baş, eyn bulaq. Yəni bulaqların gözü, başı.

Söhbətimizi yekunlaşdırıb biz də bu möcüzəli suya giririk. Qaynar suda nəfəs kəsilir. Amma  bir azdan “qaynar qazan”ın vahiməsi unudulur, adamın canına rahatlıq gəlir. Səfər yoldaşlarım da bu möcüzədən daddılar. Amma “bir güllə bahar olmadığı” kimi, bu suya bir dəfə girməyin də faydası yoxdur təbii ki. Qismət olsa, bir daha buradan yolumuzu salacağımızı deyirik. Amma kimin imkanı varsa, yolunu Ərdəbil mahalının Səreyn şəhərciyindən salsın, möcüzəli, şəfalı suların faydasından dadsın. Azərbaycan Respublikasından gedən turistlər həm də o taydakı qardaşlarımıza bu dar günlərdə əl tutmuş olar...(musavat.com)


Oğurluq üçün girdiyi binada 48 saat bu şəkildə qaldı - FOTO
İsraildə niyə xərçəng yoxdur? - Yəhudi həkimdən xərçəng və qriplə bağlı maraqlı açıqlama...
Avropa Parlamentindən erməniləri pərt edən qətnamə: Qurum ikili yanaşmalardan imtina edir...
Ağrı kəsici verilərək kameraya göndərilən məhkum təkbaşına doğuş keçirdi - FOTO
1 ton şokolad yola dağıldı - FOTO
Dr. Günel Azayeva - Həkim kosmetoloq
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Mədəniyyət
“Novruz Novruzluya ithaf olunan tamaşada onun görüntüləri və səsindən istifadə ediləcək” – Aktyorun sonuncu rejissoru
Cəmiyyət
İntihar edən şəxsi xilas etmək üçün 13 TIR yan-yana düzüldü - İBRƏTAMİZ...
Dünya
“Bu əməliyyatın razılaşdırılmadan həyata keçirilməsi riskli olar”
Hadisə
Pornoulduz Trampa böyük məbləğ ödəməli olacaq - Ağ evin rəhbərinə "ilişməyin" bədəli...
Maraqlı
“Kosmik diversiya”: Səmadakı terrorçu kimdir?
Həftənin ən çox oxunanları
Paşinyan sərhədlərin açılması ilə bağlı Türkiyəyə yalvardı: "Bir şərtlə ki..."
"Həyat yoldaşım əşyadır ki, onu gizlədəm?" - "O, elə bir yerdə işləyir ki..."
“Təki, erməni ordusu güclü olsun -  pensiyamızın qalxması vacib deyil...”-Xankəndindəki erməni qarı-
Putin Paşinyanın xeyir-duasını çoxdan verib – Biz Qarabağın gününə ağlayaq...
Putin Paşinyandan niyə çəkinir?
"Ermənilərin yaşadığı ərazi Hüseynqulu xanın torpaqlarıdır, oranı da geri almalıyıq...”
"Bacı bacının balasını bu günə qoyarmı?" deyən baldızının Arif Əsgərova deyəcəkləri var...
Arif Əsgərov hardan biləydi ki, baldızı oğlu təhlükəli sularda üzür: Bir həbsin izi ilə...
"Bunu edən adam öz namussuzluğunu ictimailəşdirdi"
"Lotu Quli"nin azadlığa çıxdığı anın görüntüləri yayıldı - VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə