Xəbər lenti
19/07/2019 [18:30]:
İlham Əliyev bir hakimi işdən çıxardı, ikisinin yerini dəyişdi
19/07/2019 [18:27]:
Amerikada mətbuat tarixi
19/07/2019 [18:25]:
Mətbuat Şurası Elçin Əlibəylinin saytına xəbərdarlıq etdi
19/07/2019 [18:18]:
Mer qadınlar qarşısında şalvarını çıxardımı?
19/07/2019 [18:15]:
Azərbaycanın üç ali təhsil müəssisəsinin qəbul qaydalarına dəyişiklik edildi
19/07/2019 [18:13]:
Mərakeşdə turistləri öldürən İŞİD-çilər edam ediləcək
19/07/2019 [18:09]:
Rüşvətə görə tutulan polisə hökm oxundu
19/07/2019 [18:06]:
İlham Əliyev məhkəmə sədrinin yerini dəyişdi
19/07/2019 [17:59]:
28 min abituriyent arasında maksimum balı bu qız toplayıb - FOTOLAR
19/07/2019 [17:55]:
Əməkdar incəsənət xadimi Kəmalə Ağayeva vəfat etdi
19/07/2019 [17:53]:
Yeganə Cəfərova Toronto şəhərinin “ilin ən yaxşı müəllimi”adına layiq görülüb -FOTOLAR
19/07/2019 [17:47]:
Cəsur qadın avtomobilini oğurlayan şəxsləri ifşa etdi - FOTO
19/07/2019 [17:43]:
Qeyri-rəsmi arvadı Bakıda ingilisi döydü - Kişi polisə şikayət etdi
19/07/2019 [17:40]:
SOCAR Tümendə zavod işə salır
19/07/2019 [17:38]:
Yalçın Rzazədə Türkiyədə əməliyyat olundu
19/07/2019 [17:36]:
Merkel İranın tərəfini saxladı
19/07/2019 [17:34]:
DİM abituriyentlərə müraciət etdi
19/07/2019 [17:28]:
"Kiprlə bağlı söz söyləmə haqqları yoxdur" -Avropa İttifaqına etiraz
19/07/2019 [17:25]:
İstanbul hava limanında xeyli silah-sursat ələ keçirildi
19/07/2019 [17:23]:
Keçmiş baş prokurorun müavini həbs edildi
19/07/2019 [17:21]:
Ombudsman: "Bir sıra xəstəliklərin müalicəsinə ayrılan vəsait artırılmalıdır"
19/07/2019 [17:04]:
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək - SƏRƏNCAM
19/07/2019 [16:59]:
Gülüstan Əliyeva: “Qadınlar gözəlliyimə görə məni qısqanır”
19/07/2019 [16:41]:
II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlandı
19/07/2019 [16:35]:
Maşın nömrəsinə bizim pulla 1.1 milyon sayan kimdir... - maşının özünün qiyməti 22 milyon AZN-ə yaxındı
19/07/2019 [16:31]:
Bakıda mənzildən ər-arvadın meyiti tapıldı
19/07/2019 [16:29]:
Ardanın üç milyonluq yaxtada yay keyfi - FOTO
19/07/2019 [16:27]:
Yaponiyada 33 nəfərin ölümünə səbəb olan yanğını törədənin şəxsiyyəti açıqlandı
19/07/2019 [16:05]:
Ən çox milyarderin yaşadığı şəhərlər - SİYAHI
19/07/2019 [16:02]:
AQTA antisanitar şəraitdə alkoqolsuz içkilər istehsal edən sexlər aşkarlaı - FOTO
19/07/2019 [16:01]:
Seldən qaçaraq evə sığınan pələng həyəcan yaratdı - QORXUNC...
19/07/2019 [15:57]:
Zakir Həsənov: "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları qəsdən yubadır"
19/07/2019 [15:55]:
Siqaret qutusunun üstündə şikəst ayağının şəkilini görüb şoka düşdü - FOTO
19/07/2019 [15:53]:
“Çoxları Müdafiə Nazirinin beynəlxalq şəraitlə bağlı bəyanatını doğru anlamamışdı...”
19/07/2019 [15:48]:
Külli miqdarda balıq kürüsü aşkarlandı
19/07/2019 [15:46]:
Azərbaycanda 47 nəfəri ilan sancdı
19/07/2019 [15:44]:
ABŞ Azərbaycana yeni hərbi attaşe təyin etdi
19/07/2019 [15:41]:
Boksçumuz xuliqanlıq maddəsi ilə ittiham edildi
19/07/2019 [15:40]:
İş görüşlərində yeni tətbiq: Namizədlər bu üsulla seçiləcək...
19/07/2019 [15:40]:
Ermənilərin “Gülüstan” qalasını “mənimsəmək” cəhdinə imkan verilmədi
19/07/2019 [15:35]:
Rusiyalı tələbələr BSU-da...
19/07/2019 [15:31]:
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul eti
19/07/2019 [15:29]:
ADU-da media nümayəndələri mükafatlandırıldı -FOTOLAR
19/07/2019 [15:20]:
"Hər şeyin sahibi Allahdır" deyərək vergidən imtina etdilər - 1,4 milyon dollar cərimə ödəyəcəklər...
19/07/2019 [15:18]:
Azərbaycanlı məşhurun qızından Antalya küçələrində çılğın hərəkətlər - FOTO/VİDEO
19/07/2019 [15:11]:
“İndi torpaq yox, ancaq hökumətdən ev istəyirlər...”
19/07/2019 [15:11]:
Azərbaycana qanunsuz yolla dərman preparatlarının keçirilməsinin qarşısı alındı -FOTO
19/07/2019 [15:06]:
Azərbaycanda əhalinin siyahıyaalınması prosesinə 43 min insan cəlb olunacaq
19/07/2019 [14:48]:
Xəzərdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edildi
19/07/2019 [14:45]:
Rusiyada erməni saytı ilə bağlı təhqiqata başlanıldı
19/07/2019 [14:41]:
“Instagram”da tanış olub paytaxtda oğurluqlar etdilər - FOTO
19/07/2019 [14:35]:
Dünyada hər saat 40 nəfər suda boğulur - DƏHŞƏTLİ STATİSTİKA
19/07/2019 [14:30]:
Ermənistan silahlı qüvvələri Ağdamın Çıraqlı kəndini atəşə tutub
19/07/2019 [14:21]:
Jurnalistlər üçün tikilən 3-cü bina gələn il təhvil verilə bilər
19/07/2019 [14:18]:
XİN Kamal Abdullanı təltif etdi
19/07/2019 [14:09]:
Bərdə Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətində nöqsanlar aşkar edildi
19/07/2019 [14:03]:
“Ümumiyyətlə, Donald Trampın sanksiyalardan vaz keçməsi qeyri-mümkündür...”
19/07/2019 [14:01]:
Xanlar Vəliyev: “Azərbaycanda hərbi cinayətlərin sayı azalıb”
19/07/2019 [13:54]:
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu yekunlaşır
19/07/2019 [13:52]:
Musa Quliyevin Heydər Əliyev və Elçibəylə bağlı Leyla Yunusa-CAVABI: “BİR DAŞNAKIN SÖZÜNDƏN FƏRQİ YOXDUR”
19/07/2019 [13:48]:
Türkiyəni “ələ keçirmək” uğrunda savaş qızışdı, Trampa təzyiqlər artdı - Rusiya daha da irəli getməyə başladı
19/07/2019 [13:42]:
Ağstafada təkər təmiri sexində şin partladı - Usta gözsüz qaldı
19/07/2019 [13:36]:
Avtoxuliqan həbs olundu, vəsiqəsi əlindən alındı - FOTO
19/07/2019 [13:32]:
“Azərbaycan Ordusunun döyüş hazırlığı və təminatı yüksək səviyyədədir”
19/07/2019 [13:28]:
Kabil universitetinin qarşısında terror aktı törədildi - Onlarla tələbə öldü, çox sayda yaralı var -VİDEO
19/07/2019 [13:23]:
Azərbaycan mətbuatında neqativ hallar var - Prezident Administrasiyası
19/07/2019 [13:20]:
Millət vəkilindən AAYDA rəhbəri Saleh Məmmədova müraciət: "Bu, sizin əlinizdə su içimidi..."
19/07/2019 [13:04]:
Putinin 1650 manatlıq idman ayaqqabısı - FOTO
19/07/2019 [12:50]:
Bu il Azərbaycan Gürüstandan 9 minə yaxın avtomobil aldı
19/07/2019 [12:49]:
Mingəçevirdə avtoxuliqan sürücülük hüququndan məhrum edildi - FOTO
19/07/2019 [12:43]:
“Kitabda Mühüdün uşaqlıq və döyüş yolundan bəhs edilir...”
19/07/2019 [12:33]:
Azərbaycan Gürcüstandan siqaret idxalını kəskin azaldıb
19/07/2019 [12:31]:
Nişanlısından ayrıldı, intihar etdi
19/07/2019 [12:23]:
Qulu Novruzov: “Bizim əsas missiyamız yetkin şəxsiyyətlər yetişdirməkdir”
19/07/2019 [12:21]:
ADU-nun professor-müəllim heyəti müraciət etdi... -"Əl çəkin bu yoldan..."
19/07/2019 [12:20]:
Mədəniyyət Nazirliyi: “Keşikçidağ” kompleksi Azərbaycanın dövlət tarix-mədəniyyət qoruğudur
19/07/2019 [12:10]:
Dünyanı heyrətə salan “qardaşlıq ölkəsi” - Azərbaycanın tolerantlıq modeli
19/07/2019 [12:08]:
“Musiqini və musiqi alətini ancaq təbliğ edərək yaşatmaq olar...”
19/07/2019 [12:05]:
Nəsrin Cavadzadə: “7 uşaq istəyirəm”
19/07/2019 [12:04]:
“UNEC-dən dünyaya”: “Zamanı idarə etmək tələbənin əlindədir”
Bütün arxiv bir sırada
12/11/2018 [21:17] - Köşə - ( 3711 dəfə baxılıb)

“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”

Pis kişi – haqqı-hüququ tapdanandır, psi kişi –torpağı düşmən tapdağı altında qalandır...
Sultan Laçın

...Hər il 12 noyabr Konstitusiya günü gələndə yadıma Novruzəli kişi düşür... Naxçıvan yurdunun  qeyrətli və ziyalı oğlu rəhmətlik Mirzə Cəlilin Novruzəlisi... “Poçt qutusu”ndakı Novruzəli... 
Yadınızdadırsa, o gözəl və ibrətamiz hekayə bu cümlələrlə başlayır:” Noyabr ayının 12-ci günü idi. Hava çox soyuq idi...”  

Hekayədə təsvir edilən  olaylara görə, Vəli xan irəvanlı dostu Cəfər ağaya   məktubu məhz noyabrın 12-də yazmış və İtqapan kəndinin sakini Novruzəliyə verib poçt qutusuna salmağı tapşırmışdı...  
Mirzə Cəlil  sadə, səmimi, Allaha, Qurana, Peyğəmbərə(s) ürəkdən inanan, amma eyni zamanda  sadəlöhv, avam, savadsız, haqqını-hüququnu bilməyən, özünü ağalara, bəylərə daim borclu bilən, onların təəssübünü canla-başla çəkən Novruzəli obrazını 1903-cü ildə yaratmışdı... Hələ Azərbaycanın çar Rusiyasının müstəmləkəsi olduğu dövrdə... Bəy, xanlarımızın da tədricən kölələşərək rus naçalniklərin qarşısında yallanan, yalmanan, haram içkilərdən içərək dindən-dondan çıxıb meymunluq edən Qurbanəli bəylərə, yuxarılara xoş gəlmək üçün öz xalqına qənim kəsilən  kəndxuda Xudayar bəylərə döndüyü bir dönəmdə...     

Düz 92 il sonra -1995-ci il 12 noyabrında isə  4 il öncə müstəqilliyi(!) bərpa edilmiş Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu. Həmin 93 il ərzində bir dəfə özümüzə müstəqil dövlət qurduq... Novruzəliləri ayıltmağa, cəhalətdən, savadsızlıqdan, uzaqlaşdırmağa çalışdıq. Azda olsa, nail olduq buna... Nə yazıqlar ki, cəmi 23 ay sonra “mason-filan” adlanan sələmçi, dələduz dünya güclərinin  cildini dəyişərək bolşevik-kommunist qılafına bürüdüyü Rusiya imperiyası yenidən Vətənimizi işğal etdi... Bu dəfə guya Novruzəliləri xanların, bəylərin zülmündən  qurtaran “ədalətli” sovet hökuməti varlıların, ziyalıların, əsl din xadimlərinin çoxunu ağına-bozuna baxmadan sürgün etdirdi, güllələtdi. Kəndlilərə, muzdurlara, fəhlələrə isə savad, təhsil, elm verdirib işə-gücə qoydurtdu, partiyaya keçirtdi, onların arasından kolxoz sədrləri, zavod direktorları, hətta rayonların, respublikanın 1-ci katibləri də yetişdi... Fəqət, sovet hakimiyyəti eyni zamanda onları sözün əsl mənasında manqurtlaşdırdı, beyinlərini qondarma marksizm-leninizm, materializm, darvinizm ideyalarıyla doldurdu. Canlarına 1920-ci illərin vətəndaş qırğını, 1937-ci ilin repressiya xofunu yeritdi... Və ən başlıcası, Allahsızlar İttifaqına üzv edib, allahsızlaşdırdı, imansızlaşdırdı, dinsizləşdirdi, ateistləşdirdi... Aralarından xeyli cürətliləri, şəxsiyyətlilərini isə II Cahan savaşında qırğına verdirdi.   Sovetlərin “siyasi cəhətdən savadlı” briqadir, partkom, katib Novruzəliləri indi digər həmkəndlilərini, soydaşlarını, xüsusən bəy, xan, zadəgan  nəslindən olanları əmrləri altında işlətməyə, alçaltmağa başladı... Bununla belə, vəzifəli Novruzəli özü də özündən yuxarılardan, Mərkəzi Komitədən, Moskvadan qorxmağa başladı... Və hələ eramızdan əvvəldən bu coğrafiyanı işğal edən hər bir imperiyanın təlqin etdiyi, , qanımızla, genimizlə keçərək sovetlər dönəmində daha da güclənən həmin “ağa” “naçalnik” vəzifəli qorxusunu, vəzifə xəstəliyini öz övladlarının, qohum-əqrəbasının  da canına yeritdi... Onları “irəli çəkməyə” partiyaya, keçirtməyə, babat vəzifəyə qoymağa çalışdı. Eyni zamanda  “ağsaqqal” nəsihətləri verdi: “Bala, bir tikə çörəyini tapmısan, başını aşağı sal, xımır-xımır ye... Nəyinə lazım qonşunun, iş yoldaşının başına nə gəldi... Nə deyirlər –ud... Dinmə... Səsini çıxartma... Özünü pis kişi eləmə...” 
Yəqin ki, bu sətirləri oxuyan hər kəs böyüklərin, ata-anaların dilindən bu  cür ifadələri  eşidib və bu gün də eşidir... Dünən bizləri naçalniklər, pristavlar, partkomlarla, katiblərlə, “NKVD”, “KQB”  ilə qorxudanlar bu gün də hansısa rüşvətxor, savadsız bir vəzifəli ilə qorxudur... 

Bu minvalla xan, bəylərin az-çox qoruduğu ağsaqqallıq, ağbirçəklik institutu sovet dövründə, təəssüf ki, son müstəqillik dövründə də aşındı, deformasiyaya uğradı...  Ağsaqqal da öz övladını haqsızlığa baş əyməyə, mütiliyə, köləliyə sürükləyərmi? Məsələn, direktor, prokuror,  rəis olan oğlunun başqalarının, məzlumların haqqını tapdamasına göz yumaraq yalnız öz kreslosunu qorumağı nəsihət edərmi?.. 
Halbuki, keçmişlərdə əsl, müsəlman, türk dədələri oğullarına belə nəsihətlər verərdi: “ Oğul, Peyğəmbərimiz buyurub ki, ölüm qarşısında olduğunu bilsən də, haqqı de! Daim məzlumun, yoxsulun, zəifin haqqını qorumağa çalış!.. Hər zaman doğrunu söylə!.. Haqsıza, allahsıza baş əymə!..” 
Son iki əsrdə müsəlman, türk düşmənlərinin cəhdləri sayəsində inanc sistemimiz,  mənəvi dəyərlər sistemimiz büsbütün dəyişdi... İndiki Novruzəlilərin də keçmiş Novruzəlilərdən çox fərqi var... 
Mirzə Cəlilin Novruzəlisi avamlığından özünü haqlı hesab edib erməni, rus məmurlara dirəniş göstərdi, amma indiki savadlı novruzəlilər haqlı olduqlarını bilə-bilə onların haqqını tapdayanların qarşısında baş əydilər... İndiki Novruzəlilər xidmət etdiyi ağalarına səmimi xidmət etmədilər, ona kələk gəldilər... İndiki Novruzəlilər haqqını tapdayan ağalara sözünü deməyə cəsarət etməyib əvəzində biri-birilərinə kələk gəldi, biri-birisini çəkidə, qiymətdə, aldatdı, biri-birindən rüşvət tələb etdi...
Bir yandan Azərbaycan adlı bu məkanın tarixinə baxanda, bu xalqın əsrlərlə neçə-neçə imperiyanın tapdağı altında qaldığını, bir yandan özünün nəfsinə sahiblik edə bilməyən harınlarının zülmünə tuş gəldiyini təsəvvürümə gətirib qınamıram. Amma bir yandan da olan faktı deməyə məcburam: xüsusən XX əsrin ortalarından bəri əksər böyüklərimiz bizlərə mübarizə deyil, köləlik yolunu göstərdi... Bu da son 27 illik müstəqillik dövründə  də öz mənfi nəticələrini biruzə verdi... 

Müstəqil (!) dövlətin Ana Yasası varsa,  həmin ölkənin hər bir azad(!), müstəqil(!) vətəndaşı da öz  konstitusyon haqqını-hüququnu bilməli və buna riayət etməyi eyni ölkədə yaşadığı digər vətəndaşlardan, xüsusilə, bütün səviyyəli məmurlardan, iş adamlarından tələb etməlidir... 
Əgər vətəndaş hər hansı bir məmurun özbaşınalığını, dələduzluğunu, rüşvətxorluğunu, görürsə,  bilirsə, niyə ondan qorxmalıdır, niyə ona baş əyməlidir?  Məgər Quranımıza, Ana Yasamıza əl basaraq hər bir vətəndaşın haqqını-hüququnu qorumağa and içmiş ölkə prezidenti daim, xüsusən 2011-ci ildən bəri çıxışlarında korrupsiyaya, rüşvətxorluğa, məmur özbaşınalığına, kölgə iqtisadiyyatına qarşı mübarizədə hər bir vətəndaşın dövlətə dəstək olmasını istəməyib?  Neçə naziri, icra başçısını və s. işdən azad edib cəzalandırmayıb? Elə isə vətəndaş belələrinə qarşı mübarizədən niyə çəkinməlidir?.. Niyə rüşvətxorluğa, korrupsiyaya qarşı kütləvi mübarizə başlanıb bu bəlanın minimal səviyyəyə endirilməsinə nail olunmur? Ona görə ki, aşağılarda Novruzəli, yuxarılarda Qurbanəli bəy, Xudayar bəy xislətlilər hələ çoxdur və bu ölkəni daim özbaşınalıq, avamlıq, cahillik hökm sürən bir Danabaş kəndi kimi görmək istəyənlər var?.. Bu məmləkətdə nəinki məmura, məktəb direktoruna, rəisə, başçıya, adi avtobus sürücüsünə, süpürgəçiyə, kartof satana haqlı sözünü deməkdən çəkinənlər xeylidir.  Görürsən, bayram günləri rayona gedən bir avtobusda  gediş qiymətini,az qala, ikiqat qaldıran sürücüdən bir neçə nəfərdən başqa heç kəs bunun səbəbini soruşmur, gedib avtovağzal növbətçisinə, rəisinə şikayət  etmir.  Ata oğulu, arvad ərini, qardaş-qardaşı dümsükləyərək “nəyinə lazım, ağıllı çıxmısan”, “bir-iki manatdan ötrü özünü pis kişi eləmə”, “ağrımayan başına buz bağlama” kimi “nəsihətamiz” ifadələr işlədərək susurlar... Və yaxud birinin müəllimə qızı işlədiyi məktəbdə direktor hər müəllimdən ayda 20 manat pul yığır, özü qaydasıyla dərs keçmir, savadsız ərinin adına ixtisası olmayan fəndən əlavə dərs yazdırır və s. Üstəlik, soyuq aylarda sinif otaqlarının qızdırılmasını təmin etmir. Müəllimə evdə atasına bunları danışıb deyir:” Sabah o direktordan tələb edəcəm ki, siniflərə soba qoydursun, istiliyi təmin etsin, artıq mən soyuqlamışam...” Ağsaqqal(?) ata nə desə, yaxşıdır:” Qızım, nəyinə lazım, başını aşağı sal, bir təhər döz, əynini qalın elə, hamı necə, sən də elə, özünü pis kişi eləmə....”

Və yaxud bir gənc “Qarabağa azadlıq” şüarıyla keçirilən mitinqə getmək istəyir, evdə ata-anası, yaxud böyük qardaşı düşürlər üstünə ki, ayə, nə var, Qarabağı azad edən çıxmısan, nəyinə lazım, başçı-filan eşidər, xoşuna gəlməz, yanında pis kişi olarıq, qaxıl otur evində...

Bu, artıq bilirsiz, nə deməkdir? Bu o deməkdir ki, özünü pis kişi eləmə, dinmə- qoy haqqını tapdasınlar, səni mənən və cismən əzsinlər, başına kül qoysunlar... 

Amma bu müasir Novruzəlilər analamırlar ki,  haqqını, hüququnu tələb edən pis kişi deyil. Pis kişi aldadılıb qoyun yerinə qoyulandır, pis kişi zülm altında əzilən, alçaldılan amma cınqırını çıxarmayandır, pis kişi haqqı-hüququ tapdanandır,  pis kişi – torpağı düşmən tapdağı altında qalandır...

Sultan Laçın

loading...
loading...
Seldən qaçaraq evə sığınan pələng həyəcan yaratdı - QORXUNC...
İş görüşlərində yeni tətbiq: Namizədlər bu üsulla seçiləcək...
"Hər şeyin sahibi Allahdır" deyərək vergidən imtina etdilər - 1,4 milyon dollar cərimə ödəyəcəklər...
Otelin balkonunda cinsi əlaqədə oldular -RƏZALƏT...
O medalın görünməyən üzü...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Mer qadınlar qarşısında şalvarını çıxardımı?
Dünya
Cəsur qadın avtomobilini oğurlayan şəxsləri ifşa etdi - FOTO
Dünya
Siqaret qutusunun üstündə şikəst ayağının şəkilini görüb şoka düşdü - FOTO
Cəmiyyət
“Kitabda Mühüdün uşaqlıq və döyüş yolundan bəhs edilir...”
Siyasət
Eldar Həsənov Türkiyə Səfirliyini ziyarət etdi: Qətlə yetirilən Türk diplomat üçün başsağlığı...
Həftənin ən çox oxunanları
Çimərlikdə cinsi əlaqədə oldular - RƏZALƏT...
Taksi sürücüsü paytaxt yolunda sərnişini zorladı -Polis araşdırmaya başladı...
Roza Zərgərlinin şok videosu yayıldı: Arxasını masaj etdirir... -VİDEO
“Sarı işıqlı qapıların yanında duran bir adamı gördüm...” -Kliniki ölüm keçirən qadın o dünyada gördüklərini anlatdı...
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
Hərbi hissəyə bir milyon 400 min nəfərlik basqın: Pentaqon şokda...
"İndi Elmar Vəliyevin həmin villasının tikildiyi küçə qələbəliyi xatırladır..."
"Könül istərdi ki, istər Vilayət Eyvazov, istərsə də Əli Nağıyev cəmiyyətimizin onlara bəslədiyi etimadı doğrultsun"
Gürcülər Azərbaycan əsgərlərinə hücum etdilər, silahlarını əllərindən aldılar – VİDEO
O deputata medal yox, "pedal" vermək lazımdır...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)