Xəbər lenti
18/02/2019 [00:51]:
Belə etsəniz, vəhy qəbul edərsiniz – Elmi-lədun
18/02/2019 [00:43]:
Prezidentliyə namizəd seçki proqramını Hitlerin proqramı ilə qarışdırmaqla biabır oldu - VİDEO
18/02/2019 [00:35]:
Musa Yaqub, "Sevgilim" şərabı, yanında da keçi pendiri...
17/02/2019 [23:48]:
Müğənni Afət Fərmanqızı: “Nəsiminin daha bir qəzəlinə mahnı yazdırmışam”
17/02/2019 [23:48]:
Misir ABŞ-dan qədim kahin sarkofaqının qaytarılmasına nail oldu - FOTO
17/02/2019 [23:06]:
Çeçenistan müxalifətinin lideri Azərbaycana müraciət etdi: “Çeçenləri təxribata çəkirlər...”
17/02/2019 [23:03]:
"Neolit" davasına görə məşhur bloger həbs edildi
17/02/2019 [23:00]:
İbrahim Cəfərovdan ADAU tələbələrinə çağırış: "Xahiş edirəm yazdıqlaıma şərh yazmayın..."
17/02/2019 [22:58]:
Saakaşvili erməni olmadığını genetik testlə sübut etdi - FOTO
17/02/2019 [22:56]:
“Azərbaycanlıları məyus olmamağa çağırıram”- Nazirdən növbəti açıqlama
17/02/2019 [20:41]:
Uşağınız bunları etmirsə diqqətli olun - XƏBƏRDARLIQ...
17/02/2019 [20:28]:
“Belə təxribatların arxasında Azərbaycanı qəbul etməyən qüvvələrin maraqları var”
17/02/2019 [20:20]:
Rüstəm İbrahimbəyov uzun aradan sonra Bakıya gəldi və tanınmışları restorana topladı - FOTOLAR
17/02/2019 [20:15]:
Sabirabad sakini armaturların altında qalaraq ölüb
17/02/2019 [20:00]:
Sadiq və sədaqətli! – Deputat öz həmkarı haqda yazdı
17/02/2019 [19:00]:
Solsberi kilsəsindən nəhəng Rusiya bayrağı asıldı
17/02/2019 [18:57]:
Telefondan başını ayıra bilməyənlər üçün qoruyucu yastıq hazırlandı - MARAQLI
17/02/2019 [18:44]:
“Kalaşnikov”dan kamikadze PUA - VİDEO
17/02/2019 [18:43]:
ABŞ-dan Bəşər Əsədə ciddi mesaj
17/02/2019 [18:39]:
Avropa Liqasının finalına 100 gün qaldı!
17/02/2019 [18:34]:
21 yaşlı oğlan dəm qazından zəhərləndi
17/02/2019 [17:30]:
“Real” öz meydanında məğlub oldu
17/02/2019 [17:28]:
Rusiyadan Venesuelaya zərbə - Neft şirkətinin hesabını dondurdu
17/02/2019 [17:21]:
Bariyerlərə çırpılan motosiklet sürücüsü körpüdən aşağı düşdü - DƏHŞƏT...+ VİDEO
17/02/2019 [17:01]:
"İstanbula sevgilimi görməyə getdim" - Oksana
17/02/2019 [16:59]:
Azərbaycanlı qadınların pasportlarını alıb fahişəliyə cəlb etdilər -FOTOLAR
17/02/2019 [16:56]:
“İsraillə müharibə riski böyükdür” - İranın XİN başçısı
17/02/2019 [16:34]:
Anna Akopyan ofisini hökumət binasına köçürdü
17/02/2019 [16:32]:
Hansı tip qadınlar kişiləri özünə yaxınlaşdırmır... -MARAQLI
17/02/2019 [16:27]:
"Qumarda 130 min uduzduğuna görə nazirlikdən çıxarıldı" -Dələduz qadının ilginc əməlləri
17/02/2019 [16:22]:
Rusiyada “şəhid kəməri” gəzdirənlərin saxlanılması xəbəri yalan çıxdı
17/02/2019 [16:17]:
Kubada tornadodan ölənlərin sayı artıb
17/02/2019 [16:16]:
NASA Ayda yaşamaq üçün baza tikməyə hazırlaşır - FOTO
17/02/2019 [15:44]:
“Qəribəsi o idi ki, Əfsanə ağlamırdı...” – Ər-arvad intiharının təfərrüatı
17/02/2019 [15:44]:
Türkiyədə sabahdan benzin və dizel yanacağının qiyməti qalxacaq –Mütəxəssislər hökumətə çağırış etdi
17/02/2019 [15:42]:
Hizer Noyert Trampın təklifindən imtina etdi –Ağ ev BMT-dəki səfir postuna yeni namizəd axtarır
17/02/2019 [15:38]:
Evdə köməksiz qalan 2 azyaşlı xilas edildi
17/02/2019 [15:34]:
Qadınların sayının kişilərdən çox olduğu ölkələr - SİYAHI
17/02/2019 [15:32]:
Məşhur generalın külli miqdarda borcu üzə çıxdı - Bankla şok qalmaqal
17/02/2019 [15:13]:
Almaniyada erməni təxribatının qarşısı alındı
17/02/2019 [15:09]:
Nazir təyyarədə narahat olan sərnişinə ilkin yardım göstərdi - FOTO
17/02/2019 [15:02]:
Rusiyada brakonyerlikdə şübhəli bilinən deputat saxlanılıb
17/02/2019 [15:01]:
Parisdə Dünya Müharibəsinə aid bombaya görə 1600 insan köçürüldü
17/02/2019 [14:59]:
“Çeçen xalqı bunu heç vaxt unutmayacaq...” - Nazirdən növbəti açıqlama
17/02/2019 [14:55]:
Firdovsi Umudovdan çeçenlərlə bağlı insidentə reaksiya
17/02/2019 [14:51]:
Dünyanın ən gözəl adaları açıqlandı - FOTO
17/02/2019 [14:51]:
Azərbaycan atleti Dünya Kubokunda gümüş medal qazandı
17/02/2019 [14:49]:
Əmanətlərlə bağlı mühüm dəyişiklik
17/02/2019 [14:48]:
Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdü
17/02/2019 [14:48]:
Müğənni Afət Fərmanqızı: “Nəsiminin daha bir qəzəlinə mahnı yazdırmışam”
17/02/2019 [14:47]:
Ramil Usubovdan kadr dəyişikliyi ilə bağlı - ƏMR
17/02/2019 [14:46]:
Rafael Ağayev yenə Bakıya əliboş gəlmir
17/02/2019 [14:44]:
Ukraynada “Lotu Quli”nin adamları saxlanıldı - 300 pasport və silahlarla
17/02/2019 [14:42]:
Noyert ABŞ-ın BMT-də daimi nümayəndəsi olmaqdan imtina etdi
17/02/2019 [12:51]:
Ramzan Kadırov azərbaycanlılarla çeçenlərin davasına belə reaksiya verdi – FOTO
17/02/2019 [12:38]:
Vergilər Nazirliyini "ağ gün"ə çıxardı, indi də əmanətləri sığortalayacaqmış...
17/02/2019 [12:27]:
“Ermənilər bacımın bütün ailə üzvlərini yer üzündən sildilər...” -Xocalı sakini...
17/02/2019 [12:21]:
Azərbaycanda bir ayda 3,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib
17/02/2019 [12:19]:
Bakıda 75 min manata ağac satılır - VİDEO
17/02/2019 [12:18]:
KXDR lideri Vyetnama fevralın 25-də səfər edəcək
17/02/2019 [12:04]:
Şeirlərinə mahnılar bəstələnmiş Amerikadakı azərbaycanlı xanım...
17/02/2019 [11:51]:
Mehriban Əliyevanın adından Gəncənin “İmamzadə” dini kompleksində ehsan verildi -FOTOLAR
17/02/2019 [11:48]:
“Bəzən bu kəbini rəsmi din xadimləri yox, digərləri oxuyurlar” -İlahiyyatçı...
17/02/2019 [11:38]:
“Onun adıyla bağlı keçirilən yarışlar bizim üçün böyük təsəllidir...” -Aprel şəhidimizin atası...
17/02/2019 [11:03]:
Qobustanda zəncirvari qəza, xəsarət alan var
17/02/2019 [11:02]:
“Sarı jiletlilər” polis maşınına hücum edib, 26 nəfər saxlanılıb
17/02/2019 [11:00]:
ABŞ-da insanlar girov götürüldü, 4-ü öldürüldü
17/02/2019 [10:58]:
Tovuzda qəza baş verib, iki nəfər yaralanıb
17/02/2019 [10:56]:
Ermənistandan Rusiyaya ixracat 20 faiz artdı- Bəs deyirdilər?..
17/02/2019 [10:56]:
Fətullah Gülənin tutulub? - Türkiyə rəsmisindən açıqlama
17/02/2019 [10:46]:
Bakını bombalamağı təklif edən Yevseyev Azərbaycan jurnalistinin sualından qaçdı - VİDEO
17/02/2019 [10:42]:
24 il həbs, 50 milyon dollar cərimə –Trampın keçmiş müşavirinə hökm oxunacaq
17/02/2019 [10:40]:
Bakıda yağış və sulu qar gözlənilir –Qeyrı-sabit hava şəraiti fevralın 20-dək davam edəcək
17/02/2019 [10:34]:
Ermənistanın xarici işlər naziri: “Məmmədyarovla dəhlizdə salamlaşa bilərik...”
17/02/2019 [10:31]:
Ermənilər atəşkəsi 22 dəfə pozublar
17/02/2019 [10:24]:
Elmar Məmmədyarov Yan Hekerlə görüşüb –Fikir mübadiləsi aparılıb
17/02/2019 [10:17]:
"Rusiya ilə Avropanın iqtisadi əlaqələrinin kəsilməsinə qarşıyıq" -Angela Merkel
17/02/2019 [10:14]:
Bu gün “Qarabağ” və “Qəbələ” komandaları qarşılaşacaq –Hər iki kollektiv üçün qələbə vacib əhəmiyyət kəsb edir
17/02/2019 [10:14]:
"Sən demə, bu 50 ili boşu-boşuna yaşamamışam..."
17/02/2019 [10:04]:
Trampdan Avropaya gözlənilməz çağırış...
Bütün arxiv bir sırada
13/11/2018 [08:54] - Araşdırma - ( 934 dəfə baxılıb)

Niyə London - Avropanın maliyyə mərkəzini cəlbedici edən amillər



Britaniya paytaxtına dünyanın hər yerindən təkcə turistlər axışmır.

“Resonance” Beynəlxalq Məsləhət Şirkəti 2019-cu il üçün yaşayış şərtlərinə görə dünya şəhərlərinin reytinqini tərtib edib. Şirkət tərəfindən mənzil əldə etmək və işə düzəlmək imkanları, ətraf mühitin vəziyyəti, iqtisadiyyatın və mədəniyyətin səviyyəsi kimi cəmi 23 amil əsas götürməklə dünyanın 100 şəhəri təhlil olunub və birinci yerə London layiq görülüb. Sonrakı yerlərdə Paris, Nyu-York, Tokio, Barselona, Moskva, Çikaqo, Sinqapur, Dubay və San-Fransisko qərarlaşıb (Report).

Bəlkə də elə buna görə 2017-ci ildə Londona 19,8 milyon turist gəlib ki, bu da əvvəlki illə müqayisədə 1 milyon çoxdur.

Maraqlıdır ki, London, sadəcə, insanları turistik gəzinti üçün deyil, dünyanın hər yerindən olan sərvət sahiblərini də cəlb edir - yaşamaq və biznes üçün. Bu günlərdə Beynəlxalq Bankın sabiq rəhbərinin xanımı Zamirə Hacıyevanın başına gələnlər Londonu varlı insanların toplaşdığı bir məkan kimi ölkəmizdə  diqqət mərkəzinə gətirdi. Britaniya hüquq-mühafizə orqanlarına yaxın mənbələrə istinad edən xarici mətbuatın yazdığına görə, Z.Hacıyevanın taleyini yaşayanların sayı getdikcə artacaq - rəsmi Londonun tətbiq etdiyi yeni qanunun minlərlə şəxsə şamil olunacağı gözlənilir. Bəzi məlumatlara görə, Britaniyada təkcə postsovet ölkələrindən aparılan 4 milyard funtsterlinqə yaxın vəsait sahibləri ilə birlikdə “sığınacaq” alıb. Təsadüfi deyil ki, korrupsiyaya qarşı addım sayılan yeni qanunun qəbulundan sonra Rusiya əsilli milyarderlərin Britaniyadakı varidatı gündəmə gəlib. Rusiya mətbuatı indinin özündə də yeni qanunun əhatə dairəsinə düşəcək rusiyalıların mümkün siyahısını müzakirə etməkdədir.

Bəs Böyük Britaniyanı, onun paytaxtını dünyanın hər yeri üçün cəlbedici edən nədir? Niyə varlılar Britaniyaya axışır?

Suala cavab verməzdən öncə qeyd edək ki, yalnız ayrı-ayrı varlı şəxslər deyil, bütün dünyadan, hətta ABŞ və qonşu Avropa ölkələrindən olan nəhəng şirkətlərin sahibləri də Britaniyaya “köçürlər”. Onların məqsədi daha yumşaq qaydalar tətbiq edən Britaniya vergitutma qanunvericiliyindən bəhrələnməkdir. Lakin son onilliklərdə Britaniyaya gələnlər arasında belələrinin sayı çox azdır. Çünki gələnlərin böyük əksəriyyəti vətənində qanunsuz yollarla əldə etdiklərini leqallaşdırmaq, bir xeyli hissəsi isə öz ölkəsindəki rejimlərin təzyiqlərindən qurtulmaq məqsədi güdənlərdir.

London ile ilgili görsel sonucu

Bu prosesin əsası isə 200 il əvvəldən qoyulub. Onda ilk dəfə London Fransada inqilabdan qaçan varlılara sığınacaq verdi. Həmin dövrdən bəri öz ölkəsindəki vergi rejimindən narazı olan, yaxud daha az ödəniş etmək istəyən varlılar Britaniyaya axışmağa başladılar. Burada onlar pullarını London-Sitiyə yatırırdılar. Həmin pulların sayəsində London Avropanın maliyyə mərkəzinə çevrilə bilib. 20-ci əsrdə yunan gəmi sahibləri olan milyarderlərin seçdiyi yer oldu London. Onlar yalnız Britaniya ərazisində əldə etdikləri gəlirlərdən vergi ödəyirdilər. Bu isə kənarda yerləşən şirkətlərin milyardlarla qazancını vergidən kənarda saxlamağa imkan verirdi.

Yunanların ardınca London ərəb şeyxlərinin diqqətini cəlb etdi. Yüzlərlə ərəb şahzadələri, neft pullarının milyarderə çevirdiyi şəxslər Londonu yaşayış, təhsil və pullarını yatırtmaq üçün əlverişli məkan kimi seçməyə başladılar.

2000-ci illərin əvvəllərindən isə postsovet ərazisindən Britaniyaya axın başladı. Bu axında Rusiya əsilli milyarderlər xüsusi yer tuturdu. Bəzi məlumatlara görə, hazırda Britaniyada 700-dən yuxarı Rusiya əsilli varlı məskunlaşıb.

Asiyadan da Londona axın davam edir. Məsələn, Hindistandan olan polad kralı Lakşmi Mittal Londonda 30 milyon funtsterlinqə aldığı evdə yaşayır. Bu evə görə o, London bələdiyyəsinə ayda 2 min funtsterlinq ödəyir.

Bu qədər axının isə iki mühüm səbəbi var. Məsələ burasındadır ki, uzun illərdən bəridir Britaniya aşağı vergi ödənilən cənnət kimi dünyanın hər guşəsindən varlıları özünə cəlb edir. Burada qeyri-rezident kimi yaşayan, yəni daimi yaşayış yeri kimi Britaniyanı göstərməyən, amma vətəndaşlığı olan minlərlə milyarder demək olar ki, cüzi vergi ödəyir.

Londonda Britaniyada daimi yaşamaq istəyində olmayan varlıların malikanələrindən ibarət bütöv küçələr meydana gəlib. Hansı ki, bu şəhərdə 5 milyon funt strelinqdən ucuz malikanə əldə etmək mümkün deyil.

Britaniyanı cəlbedici edən ikinci məsələ asan vətəndaşlıq alınması, iqtisadi və siyasi mühafizə imkanlarıdır. Mütəxəssislər bildirirlər ki, sadəcə, Britaniya şirkəti deyil, məhz ofşorda yaradılmış şirkətin Britaniyadakı törəməsi olmaq daha sərfəlidir. Çünki Britaniyada qeydiyyatdan keçən şirkətlər barədə bütün məlumatlar - təsisçilər, direktorlar, benefisiarların kimliyinədək bütün vətəndaşlar üçün açıq olan reyestrə daxil edilir. Lakin offşorda qeydiyyatdan keçib Britaniyada törəmə yaradan şirkətlər üçün bu şəffaflaşma keçərli deyil. Eyni zamanda ikincilər birincilərdən fərqli olaraq yumşaq vergi rejimində işləyirlər.

Adətən ofşor şirkətlərin qeydiyyat yeri kimi Böyük Britaniyaya məxsus Virciniya və Seyşel adaları seçilir. Bu ofşorlarda yaradılan şirkətlərin sahibləri, benefisiarları və maliyyə göstəricilərinin açıqlanması tələb olunmur. Elə buna görədir ki, bu gün London fond birjasında kağızları ilə alver edilən hər yüz şirkətdən 65-70 faizinin qeydiyyat ünvanı ofşorlardır. Hətta dünyanın ən iri 500 şirkətinin 72 faizinin ofşorlarla sıx əməkdaşlıq etdiyi məlumdur.

London ile ilgili görsel sonucu

Yüzilliklər boyu Britaniya varlı insanlara vergi və vətəndaşlıq təminatı verərək onları özünə cəlb edib. Yaxın illərədək gələn adam özü ilə nə qədər pul gətirsə belə, yalnız Britaniya ərazisində qazandığı gəlirdən vergi ödəyirdi. İndi isə Birləşmiş Krallıq onların gətirdiklərinin mənşəyinin açıqlanmasını istəyir. Bəzi analitiklərin fikrincə, bu ilin yanvarından tətbiqinə başladılan yeni qanunun işləməsi üçün Britaniya özünün bütün qanunvericiliyini dəyişməli olacaq. Belə ki, mənşəyi naməlum qalan varidatın, habelə onun sahibinin taleyi sual altında qalmaqdadır. Açıqlanması mümkün olmayan varidata görə insanların hansı yolla cəzalandırılacağı da dəqiq müəyyənləşdirilməyib.

Hər bir halda, Britaniya getdikcə vergi cənnəti obrazını dəyişir. Aristokrat ingilislər belə alçaldıcı obrazdan qurtulmaq qərarında qəti görünürlər. Bu isə o deməkdir ki, dünyanın hər yerindən, elə Azərbaycandan başqalarının da bu ölkəyə daşınan sərvətlərə görə cavab verəcəyi gün uzaqda deyil. Çünki Z.Hacıyeva kimi Londonda mülk sahibi olan azərbaycanlılar çoxdur - işdən çıxarılan orta ranqlı məmurların belə Britaniyada şirkəti, malı-mülkü aşkarlanır. Bu baxımdan yaxın vaxtlarda məhkəmə önünə çıxarılanlar arasında azərbaycanlı görsək, təəccüblənməyəcəyik...(müsavat.com)

Belə etsəniz, vəhy qəbul edərsiniz – Elmi-lədun
Uşağınız bunları etmirsə diqqətli olun - XƏBƏRDARLIQ...
Bariyerlərə çırpılan motosiklet sürücüsü körpüdən aşağı düşdü - DƏHŞƏT...+ VİDEO
Nazir təyyarədə narahat olan sərnişinə ilkin yardım göstərdi - FOTO
Qabırğadan yaranması qadınların xarakterinə təsir edir - MARAQLI
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Anna Akopyan ofisini hökumət binasına köçürdü
Maraqlı
Hansı tip qadınlar kişiləri özünə yaxınlaşdırmır... -MARAQLI
Maraqlı
Qadınların sayının kişilərdən çox olduğu ölkələr - SİYAHI
Cəmiyyət
Məşhur generalın külli miqdarda borcu üzə çıxdı - Bankla şok qalmaqal
İqtisadiyyat
Ermənistandan Rusiyaya ixracat 20 faiz artdı- Bəs deyirdilər?..
Həftənin ən çox oxunanları
“Ölkəyə un gətirəndə kömək etdiyim çeçenlər və dağıstanlılar mənə çox böyük dəstək oldular...”
Çay sakinlərin gözü önündə yox oldu!..- “Qiyamətin başlanğıcıdır?!.”-VİDEO
“Vertolyotla Yevlağa kimi pul səpəcəm....- Başınız qarışacaq pul yığmağa..."
Saakyan atası azərbaycanlı olan generalı  xüsusi nümayəndə təyin etdi...-FOTOLAR
Ramzan Kadırov azərbaycanlılarla çeçenlərin davasına belə reaksiya verdi – FOTO
Şuşa türməsində Dilqəm və Şahbazdan başqa türkmənşəli dustaq kimdir?..
"Əgər ANS yenidən açılarsa və fəaliyyət göstərdiyi ilk 15 ildəki ANS olarsa..."
“Fevralın 14-də həmin sənədi imzalasaydım, Xocalı faciəsi baş verməzdi...” - ETİRAF
Bakıda dəhşətli qəza: "Qaqaş, neylədin, nə içmişdin, nə vurmuşdun?" - VİDEO
"Çeçenlər qardaşlarımızdır və Çeçenistanda da xalqım haqda eyni fikirləri səsləndirirlər”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə