Ermənistanın Astana məğlubiyyəti - Azərbaycan üçün şans pəncərəsi
Oxunub: 1300
13 Nov 2018 | 09:01
Ermənistanın Astana məğlubiyyəti -  Azərbaycan üçün şans pəncərəsi

İşğalçı ölkənin “Rus NATO-su” rəhbərliyindən “nakam” uzaqlaşması İrəvanda əsas müzakirə mövzusudur; erməni baş nazir əvəzi seçkiqabağı xalqın diqqətini yayındırmaq üçün yenidən sərt ritorikaya üstünlük verir...

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) liderlərinin Qazaxıstanda keçirilən sammitində Ermənistanın öz istəyini reallaşdıra bilməməsi seçkiqabağı “iynə üstündə oturan” Nikol Paşinyan hakimiyyətini çətin duruma salıb.

Astana toplantısı ərəfəsində İrəvanda ümid var idi ki, Rusiyanın dəstəyi nəticəsində keçmiş baş katib Yuri Xaçaturovun əvəzində başqa bir erməni hərbçini KTMT rəhbərliyində oturtmaq mümkün olacaq. Paşinyan xal toplamaq üçün Astanada “zəfər” qazanmağı çox istəyirdi.

KTMT-nin baş katibi postuna namizədlik haqqında qərar dekabrın 6-da Sankt-Peterburqda qəbul ediləcək. Sammitin nəticəsinə görə, növbəti baş katib Belarusun nümayəndəsi təyin ediləcək. Qərb və Rusiya arasında oyunlar oynayan, faktiki olaraq “haça-paça” vəziyyətində qalan mövcud hökumət Rusiyadan gələn xəbərdarlıqlara məhəl qoymamasının cavabını aldı. Bu isə dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində çox ciddi zərbədir. Üstəlik, keçmiş prezident Serj Sərkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyasının rəhbərliyinə sabiq müdafiə naziri Viqen Sərkisyanın gətirilməsi və onun rəhbərliyi ilə namizədlərin siyahısının hazırlanması Paşinyana sərt mesajdır. Orduda dayaqları olan bu şəxslərin revanş əldə etməsi mövcud hökumətin parlament çoxluğunu qazanmasına əngəl ola bilər. O da istisna deyil ki, Ermənistan daxilindəki qüvvələri hərəkətə gətirən qüvvə ölkə xaricindədir. Bu məqamda KTMT-dən aldığı zərbə Paşinyanın reputasiyasına da ciddi zərbədir. Hələlik baş katibin kimliyi konkretləşdirilməyib. Lakin onun Belarus təmsilçisi olacağı şübhə doğurmur. 

KTMT-dəki uğursuzluqlardan sonra Ermənistanda Belarusla bağlı müzakirələr xeyli çoxalıb. Mövcud hökumət uğursuzluğunu ört-basdır etməkdən ötrü mətbuata dezolar ötürür. Belə ki, bəzi erməni saytları yazıb ki, KTMT-də Azərbaycanın müşahidəçi kimi iştirakına “Paşinyanın vetosu” mane olub. Ancaq bəllidir ki, bu, kökündən yanlış iddiadır. Azərbaycan hələ ki bununla bağlı istəyini bəyan etməyib. Ermənistan mediasının müzakirəyə çıxartdığı digər məsələlər isə Azərbaycanın Belarusdan aldığı və “İsgəndər” raketlərini “susdurmaq” gücündə olan “Polonez”lərdir. Düşmən Belarus-Azərbaycan əlaqələrindən açıq şəkildə rəncidə olub. Üstəlik, belə bir durumda Azərbaycan prezidenti İlham Əliyevin Minskə səfərə hazırlaşması işğalçı ölkənin yuxusunu qaçıran məlumatdır. Belarus mətbuatının yazdığına görə, Azərbaycan prezidenti bir həftə sonra Belarusa səfər edəcək. Bu barədə prezident Aleksandr Lukaşenko ilə Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilovun görüşü zamanı məlumat verilib.

Lukaşenko söhbət zamanı diplomatla görüşünün əsas səbəbinin Azərbaycan dövlət başçısının səfəri ilə əlaqəli olduğunu vurğulayıb: “Bizim danışılası çoxlu mövzumuz var”. Erməni mediası Lukaşenkonun “Azərbaycan üçün bizim qapılarımız açıqdır. Bizim İlham Əliyevlə razılaşmamız müqəddəsdir və razılığa gəlmişik ki, onlara əməl edəcəyik. Belarusla Azərbaycanın qapalı mövzusu yoxdur” sözlərini tirajlamaqla narahatlıqlarını büruzə veriblər.

 Virtualaz.org Belarus rəsmi KİV-lərinə istinadən xəbər verir ki, görüşdə Lukaşenko Azərbaycanın Minskdəki səfiri Lətif Qəndilovla görüşündə ötən həftə keçirilən KTMT sammitindən danışıb. Bildirib ki, mətbuatda yazılanların əksinə olaraq Astana sammitində KTMT baş katibinin təyinatı məsələsi heç də əsas müzakirə mövzusu olmayıb. Lukaşenko deyib ki, onu həmin görüşdə müzakirə edilən əsas məsələlər barədə bəzi uydurmalar təəcübləndirir. “Hər şeyi buna yönəldirlər ki, guya biz KTMT-nin gələcək rəhbərinin namizədliyini müzakirə etmişik. Bəli, biz bu məsələni müzakirə etmişik, amma məsələ bizim təxminən 15 dəqiqəmizi alıb” - Belarus prezidenti deyib. Lukaşenko Azərbaycan səfirinə onu da deyib ki, Minsk KTMT baş katibi vəzifəsinə üç namizəd təklif etməyə hazırdır. O, Belarusun Ermənistandan sonra əlifba sırası ilə KTMT-də ikinci ölkə olduğunu xatırladıb və deyib ki, Minsk kimisə bu posta irəli sürməyə hazır olmalıdır. “KTMT aparatının rəhbərinin təyinatına gəldikdə...Təbii ki, variantlar çox idi, amma bu, o demək deyil ki, biz Ermənistanın maraqlarını tapdamışıq, orada kimsə udub, kimsə uduzub” - Lukaşenko belə deyib.

Bu, İrəvana tutarlı cavabdır. Yeri gəlmişkən, Qazaxıstan və Belarus liderləri aprel döyüşlərindən sonra İrəvanın ev sahibliyi ilə keçirilən KTMT toplantısına qatılmamaqla da işğalçı ölkəyə dərs vermişdilər, həmçinin Azərbaycanın yanında olduqlarını isbatlamışdılar. 

Qeyd edək ki, ermənişünas alim, politoloq Qafar Çaxmaqlı bundan əvvəl “Yeni Müsavat”a açıqlamasında Ermənistanın Astanada uğursuzluğa düçar olacağı barədə proqnoz vermişdi. Qəzetimizə bu barədə danışarkən ekspert özü də bildirdi ki, Ermənistanın korrupsiyaya uğramış nümayəndəsini yenisi əvəz edə bilməzdi: “Gözləntilərimiz özünü doğrultdu. KTMT nizamnaməsinə görə, qurumun baş katibi əlifba sırası ilə təyin olunur, ilk imkan Ermənistana verilmişdi. General Xaçaturov faktiki olaraq quldur olduğundan bu qurumdan biabırçı şəkildə çıxarıldı və bu, Azərbaycanın daha öncələr KTMT-yə müşahidəçi sifəti ilə qatılmasına imkan yaratdı. Ermənistan buna etiraz edirdi, bu quldurdan sonra onların sözü keçmədi”.

Qafar

Q.Çaxmaqlı Azərbaycanın KTMT-də hansısa şəkildə iştirak etməsi perspektivinə də toxundu:“Zənnimcə, Azərbaycan bölgədə gedən bütün proseslərdən ən azından xəbərdar olmaq üçün bütün beynəlxalq və regional qurumlarda iştirak etməlidir. Çünki bizim həll etmək istədiyimiz məsələ bu qurumlarda bu və başqa şəkildə müzakirə predmeti olur. Biz özümüzü bu proseslərdən təcrid etsək, müdaxilə imkanlarımızı məhdudlaşdıra bilərik. Rusiya əslində cızığından çıxmaq istəyən Ermənistanı ram etmək üçün manevr edir. Qoy olsun. Amma bu, bizim xeyrimizə işləyəcəksə, nədən bundan imtina edək? Mən, əlbəttə, KTMT-yə üzv olmağın tərəfdarı deyiləm. Bu qurumun başını imperiya təfəkkürlü bir ölkə çəkir, buraya üzv olan ölkələri də özündən asılı vəziyyətə gətirib, orada işğalçı Ermənistan var, onunla bir sırada olmaq milli maraqlarımızı çeynəmək demək olardı. Amma bununla belə, müşahidəçi statusunda iştirak edə bilərik və bu da reallaşıb. Sabah Ermənistanla hər hansı hərbi münaqişə zamanı səs hüququmuz olmasa da, bu qurumun içində bir çox məsələlərə müdaxilə imkanlarımız ola bilər. Azərbaycan eyni zamanda başqa hərbi alyanslarda da müəyyən statuslarla iştirak etməlidir, var olduğunu bildirməlidir”.

Bəs Azərbaycanın KTMT-də olması Qarabağ məsələsi üçün nə vəd edir? Q.Çaxmaqlı:“Proseslərin içində olmaq o demək deyil ki, dərhal həmin problemləri həll edə bilərik. Amma məsələnin həm sülh yolu ilə, həm də hərbi yolla həlli variantlarında bu, bizə bəzi şanslar verir. Mən yenə o fikirdə deyiləm ki, biz KTMT üzvü olaq. Üzv olsaq, əl-qolumuz bağlanar. Belə yaxşıdır. Həm də Rusiyanın istəyinə uyğundur və bizi bəzi təhlükələrdən də qoruya bilər. Onu da nəzərə almalıyıq ki, bu qurumda Qazaxıstan, Qırğızıstan, Belarus var, onlar isə Azərbaycanın torpaqlarının işğal edildiyini dilə gətirirlər”.

Bu arada hətta öz müttəfiqlərindən zərbə alan Ermənistan rəhbərliyi uğursuzluğunu arxa plana keçirməkdən ötrü Düşənbə anlaşmasını unudaraq yenidən sərt ritorikaya üstünlük verib. Belə ki, Nikol Paşinyan Paris forumundakı çıxışı zamanı Qarabağla bağlı absurd iddialar səsləndirib, “öz müqəddəratını təyinetmə” haqqından dəm vurub.  Artıq Bakıdan ona reaksiya verilib...

Azərbaycan həm prezident, həm də XİN rəhbəri səviyyəsində hələ ki Ermənistan rəhbərliyinə tövsiyələr verir, ona özünü və ölkəsini fəlakətlərə sürükləməməyi məsləhət görür. Paşinyanın bu tövsiyələrə nə dərəcədə əməl edəcəyini tezliklə görəcəyik...(müsavat.com)

Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası