Bakıda ayrı-ayrı vaxtlarda iki qadına hücum edərək zərərçəkənlərin çantalarını soyğunçuluq yolu ilə ələ keçirən, azyaşlı qızlara hücum edən şəxs hakim qarşısına çıxarılıb.
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Amil Paşayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Naxçıvan şəhərində anadan olan Amil Paşayevin bir azyaşlı uşağı da var.
Məhkəmənin baxış iclası noyabrın 21-nə təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Amil Paşayev iyun ayı ərzində metronun “Əhmədli” starnsiyasının yaxınlığında təsadüfən gördüyü qadınları izləyərək münasib bildiyi şəraitdə onların çantalarını açıq talama yolu ilə alaraq hadisə yerindən qaçıb.
İstintaqın gedişi zamanı A.Paşayevin şübhəli davranışları polis əməkdaşlarında onun başqa cinayətlərdə əlinin olduğuna dair əsaslı şübhələr oyadıb. Bu səbəbdən A.Paşayevin ətrafında həyata keçirilən əlavə istintaq-əməliyyat tədbirləri ilə onun 2017-ci ilin dekadr ayından saxlanılan günə qədər Xətai rayonu ərazisində dörd azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi müəyyən edilib.
Əsasən 10-15 yaş arasında olan qızları izləyən A.Paşayev binaların girişində, mərtəbələr arasında yerləşən pilləkən sahələrində onlara hücum edərək, seksual xarakterli hərəkətlər edib.