Xəbər lenti
25/05/2019 [00:04]:
Boris Conson: “Oktyabrın 31-də Böyük Britaniya Avropa İttifaqı üzvlüyündən çıxacaq”
24/05/2019 [23:59]:
“Mercedes” su maşını ilə toqquşdu: Yaralılar var - FOTO
24/05/2019 [23:50]:
Bu gecə ilk Qədr gecəsidir
24/05/2019 [22:48]:
Şəhid akademikin qızından Prezidentə müraciət: "Bizi arxasız görüb başımıza bu oyunu açırlar"
24/05/2019 [22:23]:
Şəhid ailəsini yaşadığı mənzildən bayıra atmaq istəyənlər kimlərdir?
24/05/2019 [22:21]:
Aranda hava kəskin dəyişdi - “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi
24/05/2019 [22:20]:
Daşkəsənə dolu yağıb - FOTO
24/05/2019 [22:18]:
UEFA prezidenti Mxitaryanın Bakıya gəlməməsinə münasibət bildirib
24/05/2019 [22:17]:
Qarabağda rəqs məktəbləri açılır: Həm də Amerika ermənilərinin pulları hesabına...
24/05/2019 [22:17]:
Maliyyə naziri Samir Şərifova ağır itki
24/05/2019 [22:12]:
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirildi
24/05/2019 [22:07]:
Fransada partlayış törədildi
24/05/2019 [22:05]:
Nərimanovda YAP ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirildi
24/05/2019 [22:02]:
Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürdü
24/05/2019 [22:00]:
Nursultan Nazarbayev Fəxri prezident oldu
24/05/2019 [21:48]:
“Rusiya Qarabağ probleminin həllini ona görə istəmir ki...”
24/05/2019 [21:21]:
Dünyada 1,5 milyon kor, beş milyon zəif görən uşaq var
24/05/2019 [21:04]:
Prezidentdən sonra ən yüksək maaşı bu şəxs alır
24/05/2019 [21:03]:
Azərbaycanlı ailə Almaniyadan deportasiya olundu
24/05/2019 [20:45]:
Yaponiya İmperatoru Prezident İlham Əliyevi təbrik edib
24/05/2019 [20:38]:
Sürücülük etibarnaməsi ilə bağlı yenilik
24/05/2019 [20:36]:
Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürüb - FOTO
24/05/2019 [20:33]:
Belqrad Universitetində “Azərbaycanda musiqi mədəniyyətinin inkişaf tarixi” adlı tədbir keçirilib
24/05/2019 [20:28]:
"Ordumuzun Naxçıvan istiqamətində mövqelərini tərk etməsi barədə fikirlər yalandır" - RƏSMİ
24/05/2019 [20:07]:
Sumqayıt və Şabran yazarları sözün işığına yığışıb
24/05/2019 [20:04]:
Şabranda oğurluq edən şəxs tutulub
24/05/2019 [19:44]:
Zakir Fərəcov Hacı Zeynalabdin qəsəbəsində səyyar qəbul keçirdi - FOTOLAR
24/05/2019 [19:42]:
Türkiyənin Qars şəhərində Azərbaycan- Türkiyənin qardaşlıq yürüş keçirilib- FOTO
24/05/2019 [19:39]:
Metropolitenin könüllüləri Avropa Liqasının xidmətində 7 stansiyada iki növbədə...
24/05/2019 [19:35]:
Mahaçqala-Bakı sürət qatarının istifadəyə veriləcəyi tarix açıqlandı
24/05/2019 [19:34]:
Gürcüstan XİN: “Azərbaycanla danışıqların birinci raundu başa çatıb”
24/05/2019 [19:27]:
Yevlax dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi keçirilibb - FOTO
24/05/2019 [19:25]:
Məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır
24/05/2019 [19:21]:
Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR
24/05/2019 [19:20]:
“100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinin qonağı BDU-da... - FOTOLAR
24/05/2019 [19:08]:
Fuadın deportasiyası bizim itkimizdir...
24/05/2019 [19:04]:
Koçaryanı azadlığa buraxan hakim istefa verdi
24/05/2019 [19:01]:
DİM Nazirlər Kabinetinin ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı qərarını şərh edib
24/05/2019 [18:47]:
Donald Tramp İlham Əliyevə məktub göndərib
24/05/2019 [18:46]:
Fransanın keçmiş prezidenti Fransua Ollanda qarşı sui-qəsdin üstü açılıb
24/05/2019 [18:20]:
Rusiyanın Azərbaycan diasporunun lideri Prezident İlham Əliyevi təbrik edib
24/05/2019 [17:58]:
"Bəlkə Mxitaryanı iki dənə də F16 qırıcısı müşayiət eləsin, ya hərbi-dəniz maşını..?"
24/05/2019 [17:50]:
Azərbaycan Afrikaya alkoqolsuz şərab ixrac edəcək
24/05/2019 [17:42]:
Bakıda daha bir "Galenvagen" dəhşəti: Maşından görün, neçə nəfər çıxdı + VİDEO
24/05/2019 [17:41]:
Ağdamda qadın kafedə bıçaqlanıb - FOTO - YENİLƏNİB
24/05/2019 [17:35]:
Mənəvi Dəyərlərin Təbliği Fonduna 100 min manat ayrılıb
24/05/2019 [17:34]:
“Hər göydələnin həyətində bir ağac əkiləcək” – Cümhuriyyət qurucularının xatirəsinə...
24/05/2019 [17:21]:
“Bavariya” Leroy Sane üçün 80 milyon avro təklif edəcək
24/05/2019 [17:07]:
Həyatda polyarlıq yoxdur...
24/05/2019 [16:47]:
Məhəmməd Salah təyyarənin döşəməsində mürgülədi-FOTO+VİDEO
24/05/2019 [16:41]:
Tereza Mey istefası barədə bəyanatını göz yaşları ilə bitirib - VİDEO
24/05/2019 [16:37]:
Azərbaycan və Belarus arasında hərbi inspeksiya sahəsində əməkdaşlığa dair işçi görüşü keçirilib
24/05/2019 [16:24]:
“Şəmistanla bir kəndə getsək, bizim qarşısımıza çox adam çıxar, yoxsa dolayı yolla fəxri ad alanların?”
24/05/2019 [16:22]:
Qazaxıstan Azərbaycanın 54 milyardlıq dövlət istiqrazlarını satıb
24/05/2019 [16:22]:
“Rəhimə xanım” ziyarətgahında iftar süfrəsi təşkil edilib
24/05/2019 [16:21]:
Ziyafət Əsgərov: "Onlar əxlaqsızdırlar"
24/05/2019 [16:14]:
“Xırda insidentlər böyük müharibəyə çevrilə bilər” – XƏBƏRDARLIQ!
24/05/2019 [15:48]:
Luiş Fiqu Bakı finalı ilə bağlı müraciət yaydı - VİDEO
24/05/2019 [15:46]:
Azad Rəhimov: "30 min azarkeş Bakıya gələcək, böyük sınaqdır"
24/05/2019 [15:26]:
"Ermənilər “qarabağlı”lardan xilas olmaq üçün hakimiyyət dəyişikliyi etdi"
24/05/2019 [15:16]:
Sabah karatenin əlbəyaxa növü üzrə peşəkarların döyüşüdür - VİDEO
24/05/2019 [15:16]:
Paşinyanın oğlu Yerevana qaçdı
24/05/2019 [15:11]:
İlham Əliyev: "Qarabağ münaqişəsinin həllinin bir yolu var"
24/05/2019 [15:09]:
“Boykot çağırışı ermənilərin növbəti təxribatıdır”
24/05/2019 [14:42]:
Üzərindən ata və anasının bağırsaqları çıxdı - AĞLASIĞMAZ SƏBƏB...
24/05/2019 [14:41]:
“Üzləşdiyim erməni elitasına mənsub böyük iş adamları dedilər ki…”
24/05/2019 [14:21]:
“Onun haqqında heç nə danışmaq istəmirəm...” - Xalq artistinin həyat yoldaşı
24/05/2019 [14:16]:
“Arsenal”ın yarımmüdafiəçisi: “Mxitaryanın şərəfinə Bakıda qalib gələcəyik”
24/05/2019 [14:12]:
Vəkillərimiz artıq Böyük Britaniyan yurisdiksiyasında vəkilliyə qəbul ola biləcəklər
24/05/2019 [14:07]:
Valeh Ələsgərov: “Bu layihənin qarşısını almaq üçün 100 milyonlarla pul xərclədilər”
24/05/2019 [14:04]:
Sabahın HAVASI: 33 dərəcə isti olacaq, yağış yağacaq
24/05/2019 [14:03]:
Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq
24/05/2019 [14:02]:
“Nar”dan aztəminatlı ailələrdən olan uşaqlara dəstək
24/05/2019 [13:55]:
Sevinc Fətəliyeva: “Bu təşkilat hər zaman ölkəmizə qarşı qərəzli mövqe sərgiləyib”
24/05/2019 [13:52]:
Türkiyə Fələstinə 3,5 milyon dollar yardım edib
24/05/2019 [13:45]:
İran Prezidenti hökumətə yeni sözçü təyin edib
24/05/2019 [13:44]:
Milli Oftalmologiya Mərkəzində 10 ildə 82 468 xəstə əməliyyat olunub
24/05/2019 [13:37]:
Türkiyədə 2 ay öncə seçilmiş bələdiyyə sədri qətlə yetirildi
24/05/2019 [13:34]:
İran xarici işlər naziri İraqa səfər edəcək
24/05/2019 [13:29]:
Həkim: "2 yaşadək uşaqların planşet, telefon və televizorlardan istifadəsinə məhdudiyyət qoyulmalıdır”
Bütün arxiv bir sırada
15/11/2018 [10:09] - Gündəm - ( 1157 dəfə baxılıb)

Milli Məclisdə gərgin müzakirələr...



Fəzail Ağamalı: “Cahangir Hacıyevin, Fazil Məmmədovun və Rüfət Aslanlının mülkləri, obyektləri, maşın kolleksiyaları  satılıb şəhid ailələrinə verilsin”

Noyabrın 14-də Milli Məclisdə 2019-cu ilin büdcə müzakirələri spiker Oqtay Əsədovun sədrliyi ilə davam etdirildi. 

Komitə sədri Rafael Hüseynov mədəniyyətə, xüsusilə də kinoya vəsaitin artırılmasını təklif etdi: “Azərbaycanda asayişi yalnız Daxili İşlər Nazirliyi, yaxud təhlükəsizliyi Dövlət Təhlükəsizlik Xidməti və ya Müdafiə Nazirliyi təmin etmir. Ölkəmizdə asayişi bilikli, mədəni insanlar təmin edir”.

Deputat Sahib Alıyev seçildiyi Tərtər rayonunun 100 faiz qazlaşdırılan rayonların sırasında olduğuna görə dövlət başçısına təşəkkür etdi. Daha sonra cəbhə bölgəsində yaşayan seçicilərin problemlərindən danışdı.

Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə büdcədən qənaətlə istifadə etməyə çağırdı: “Mən bir çox deputatlardan fərqli olaraq, heç bir sahəyə əlavə vəsaitin ayrılmasını istəməyəcəyəm. Mən ayrılan vəsaitin daha səmərəli istifadə olunmasına diqqət çəkəcəyəm”.

Deputat Bəxtiyar Əliyev də elmə ayrılan vəsaitlərin artırılmasını xahiş etdi. 

“Azərbaycanın valyuta ehtiyatları 46 milyarda çatıb. Bu vəsaitlərdən səmərəli istifadə etsək, xeyli uğurlar əldə edə bilərik”. Bunu isə deputat Fazil Mustafa söylədi. O, uşaqlara qayğının artırılmasını zəruri saydı: “63 faiz əhalinin rəsmi gəliri yoxdur, həm atanın, həm də ananın. Ona görə də hökumət bu məsələni həll etməlidir. Başqa yerdə bu, var ya yoxdur, bunun bizim üçün elə bir əhəmiyyəti qalmır. Biz özümüz bu məsələni özümüz həll etməliyik. Həll etməliyik ki, uşaq xəstə olmasın, şikəst olmasın, əlil olmasın, sabah hansısa yardıma ehtiyac duymasın”. 

Mustafa Bakıdakı nəqliyyat probleminə də diqqət çəkdi. Bildirdi ki, burada ciddi problem yaşanır: “Bu problemi aradan qaldırmaq üçün metro çəkilməlidir. Bu gün milyonlarla adam metrodakı havasızlıqdan əziyyət çəkir. Hər dəfə metropoliten rəhbərliyi deyir ki, problem barədə məlumatımız var, həllinə çalışırıq. Bu yanaşma bilirsiniz nəyə oxşayır? Gərək 1 milyon havasızlıqdan boğulsun ki, bu sahəyə vəsait ayrılıb metro tikintisi sürətləndirilsin?! Bu sahəyə uzun zamandır ki, ciddi vəsait ayrılmır”.

 Müzakirələrdən sonra büdcə haqqında qanun layihəsi 105 lehinə, 2 əleyhinə olmaqla ilk oxunuşda qəbul edildi.

Spiker Oqtay Əsədov bildirdi ki, 23 noyabrda keçiriləcək iclasda layihə ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat, xərcləri 24 780,1 milyon manat proqnozlaşdırılır. Dövlət büdcəsində neftin bir barelinin qiyməti 60 dollar götürülüb.

 “2011-ci ildə ölkədə 176 mindən artıq uşaq doğulubsa, 2017-ci ildə bu rəqəm 144 min 41-ə enib”. Bu fikirləri Milli Məclisdəki çıxışında Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli dedi. Komitə sədri bildirdi ki, bu ilin göstəriciləri də narahatlıq doğurur: “Bu ilin ilk 9 ayının göstəricisi 103 min olub. Bu bölümə maliyyə vəsaitinin artmaması bizi narahat edir”. H.Rəcəbli 2019-cu ilin büdcəsində doğuma görə birdəfəlik müavinətin və 3 yaşınadək uşaqlara verilən müavinətin artırılmasını xahiş etdi.

 H.Rəcəbli dedi ki, pensiya islahatları ilə bağlı yeni qanunun tətbiq olunması hesabına əlillərin sayı 5 faiz azalıb: “Gələn il pensiyaçıların 30 faizini əlillər təşkil edəcək. Qanuna etdiyimiz dəyişikliklərə görə, II və III qrup əlillər güzəştli pensiyaya çıxmaq hüququndan məhrum olublar”.

Komitə sədri Siyavuş Novruzov əlil və veteranlarla bağlı mühüm çağırış etdi. “Qarabağa gedən yol Qarabağ veteranlarının, Qarabağ əlillərinin sosial müdafiəsinin möhkəmlənməsindən keçir”-deyən deputat bildirdi ki, əlillərin işə götürülməsi zamanı Qarabağ əlillərinə önəm verilməli, ilk növbədə onlar işlə təmin edilməlidir: “Əgər Qarabağ əlilləri hansısa qurumda çalışırsa, orada ixtisarlar olarsa, ən axırıncı həmin şəxslərə şamil olunmalıdır, birinci yox”. S.Novruzov Əfqanıstan müharibəsi iştirakçılarına da eyni münasibətin tətbiqinə çağırdı. “Müharibə veteranlarına 56 manat müavinət verilir. Mən onun çoxluğu-azlığından danışmıram. Amma veteran pensiyaya çıxanda 56 manatının böyük hissəsi kəsilir. Bu 56 manat onunkudur, bu məbləğin onun təqaüdünə nə aidiyyəti var? Onun cəmi 18 manatını əlavə edirlər. Məgər o, təqaüdə çıxanda veteranlıqdan çıxır?”

Deputat Elman Məmmədov hökumət üzvlərinin müzakirələrdə iştirak etməməsinə etirazını bildirdi: “Biz burada sözümüzü deyirik, təkliflərimizi səsləndiririk. Amma hökumət üzvləri küllü-külfətini yığışdırıb gediblər. Elə özümüz deyirik, özümüz eşidirik” - deyə, deputat narazılığını bildirdi. 

Deputat Vahid Əhmədov pensiya yaşının aşağı salınması zərurətindən danışdı: “Biz pensiya islahatları ilə bağlı çox ciddi qanun layihələri qəbul etdik. Pensiyaya çıxmağın yaş həddini dəyişdirdik. Kişilərin və qadınların pensiya yaşını 65 edib, eyniləşdirdik. Bəs bu, dövlət büdcəsinə nə verdi? Dövlət büdcəsinə əlavə vəsait gətirdimi? Ümumiyyətlə, bunu hesabladılarmı?”

Deputat dedi ki, aparılan pensiya islahatlarının hələ ki, müsbət nəticəsi yoxdur: “Ona görə də hesab edirəm ki, ”Pensiya sistemi haqqında" Qanuna yenidən baxmağa çox böyük ehtiyac var. Yeni nazir Sahil Babayevə təklif edirəm ki, pensiya yaşı ilə bağlı məsələyə ciddi şəkildə baxılsın. Elə ölkələr var ki, bir pensiyaçıya bir işləyən şəxs düşür. Azərbaycanda bir nəfər pensiyaçıya 3 nəfər işçi düşür. Amma biz buna baxmayaraq, pensiya yaşını artırdıq. Hətta qadınların 65 yaşında pensiyaya çıxarılmasının səbəbini başa düşə bilmirəm".

Deputat Qüdrət Həsənquliyev əhali artımının aşağı düşməsi ilə bağlı narahatlığını dilə gətirdi: “Əgər respublikada doğuşun sayı aşağı düşübsə, bu bizi ciddi şəkildə düşündürməlidir. Bir çox hallarda, sosial vəziyyət aşağı olduqda, gənclər uşaq dünyaya gətirmək istəmirlər. Bu baxımdan düşünürəm ki, ölkəmizdə uşaqlara müavinətin verilməsi ilə bağlı islahatlar həyata keçirilməlidir”. Deputat qeyd etdi ki, Avropa ölkələrində 18 yaşına qədər uşaqlara müəyyən müavinətlər verilir: “Bu müavinətlərin məbləği təxminən 200 avro təşkil edir. Adətən insanların sosial vəziyyəti aşağı olanda onlar ailə qurmaq, yaxud dünyaya uşaq gətirmək istəmirlər. Azərbaycanda da bu sahədə müəyyən islahatlara nail olmaq olar. Hər şeyi islahatlar həll edir. Biz islahatlara getməsək, bu problemləri həll edə bilməyəcəyik. Bu, hər birimizi ciddi şəkildə düşündürməlidir”.

Həsənquliyevin sözlərinə görə, islahatlardan biri dövlət büdcəsindən bəzi müəssisələrin maliyyələşməsinin azaldılmasıdır: “İslahatları başlamaq üçün ilk növbədə idarəetmə xərcləri azaldılmalıdır. Gələn Azərbaycanda büdcə vəsaitinin hesabına çalışanların 19 min 300 nəfər artırılması planlaşdırılır. Mətbuatdan oxudum ki, Ermənistanda gələn il büdcədən maliyyələşən insanların 150 min ixtisarı nəzərdə tutulur. Biz çalışmalıyıq ki, maksimum az sayda insanlarla daha çox iş görək və büdcə xərclərini maksimum azaldaq. Bir çox müəssisələr var, məsələn, ”Azrkosmos", “Azərişıq”, “Azərsu”, “Azəristilik”, “Azərqaz”, səhmləri dövlətə məxsus olan səhmdar cəmiyyətlər var, onları özəlləşdirməyin çoxdan vaxtı gəlib çatıb. Burdan həm büdcəyə böyük pullar daxil ola bilər, həm də həmin şirkətlər gələcəkdə büdcəyə vergi ödəyərlər. Gələn il energetika və sənayeyə 782,9 milyon manat vəsait ayrılacaq. Gəlin görək bu sektor büdcəyə nə qədər vergi verib? Ona görə də bu xidmət sahələrini mütləq özəlləşdirmək lazımdır. Yaxud uzun müddətə idarəetməyə verilməlidir. Bu halda 2-3 ildə biz büdcəmizi 40-50 milyard həddinə qaldıra bilərik. O halda pensiyaları da, uşaqpulunu da verə biləcəyik. Amma bu islahatları aparmadan, dövlətin yükünü azaltmadan bunları etmək çox çətin olacaq".

Deputat Elmira Axundova bildirdi ki, əhali ilə işləyən, pensiya, müavinətlər və sair ödənişlərə nəzarət edən insanların vəzifə maaşları daha yüksək olmalıdır: “Çünki hazırda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin xüsusən də rayonlarda işləyən əməkdaşlarının məvacibləri 250-300 manat civarındadır. Bu da istər-istəməz neqativ hallara, yəni rüşvətxorluq, korrupsiya və sairə gətirə bilən bir amildir. Ona görə bu çətin sahələrdə işləyən insanların vəzifə maaşlarının əhəmiyyətli dərəcədə yüksəldilməsini istərdim ki, həmin sahəyə bilikli, kreativ, sağlam cavanların axını güclənsin”. E.Axundova uşaqlara verilən müavinətlərin artırılmasının vacibliyini də qeyd etdi: “Gördüyümüz kimi, bu müavinət 2018-ci ilin səviyyəsindədir, bu bizi qətiyyən razı sala bilməz, çünki real tələbat o müavinətdən ən azı 10 dəfə çoxdur. Mən təklif edərdim ki, 2-ci, 3-cü və sonrakı doğuşa görə müavinətlər proqressiv şəkildə ödənilsin, yəni 1-ci uşağa görə müavinət 100 manatdırsa, 2-ci uşağa görə 200, 3-cü uşağa görə 300 və s. olsun”.

Deputat Fəzail Ağamalı şəhid ailələrinə ödənilməli olan 264 milyon manatın mənbəyini göstərdi: “Azərbaycanın ərazi bütövlüyü uğrunda 24 min nəfər qəhrəman vətəndaşlarımız şəhid olub. Mən bu döyüşlərdə iştirak edənlərdən biriyəm. Bunlar niyə yaddan çıxmalıdır? Niyə polis işçiləri yaddan çıxmalıdır? Əgər bunların hər birinə, 24 min nəfər şəhidin ailəsinə müavinət ayrılsa, bu, 264 milyon manat edər. Dövlət büdcəsinin müəyyən problemləri var, mən bunu başa düşürəm. Amma mən bu vəsaitlərin ödənilməsi mənbəyini deyirəm: Cahangir Hacıyevin Londondakı mülkləri satılsın, gətirilsin dövlət büdcəsinə! Fazil Məmmədovun, Rüfət Aslanlının mülkləri, obyektləri, maşın kolleksiyaları çıxarılsın hərraca, satılsın, vətən uğrunda döyüşən, şəhid olanların ailələrinə verilsin! O da xalqın puludur. Bu istiqamətdə ciddi addımlar atmağa ehtiyac var”.

Bundan sonra söz alan vitse-spiker Valeh Ələsgərov deputatları hansısa sahəyə vəsait ayrılmasını təklif edərkən mənbə göstərməyə çağırdı. Bu zaman F.Ağamalı “mənbəyini göstərdim” deyə, reaksiya verdi. Spikersə onu sakitliyə riayət etməyə çağırdı.

Milli Məclis “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsini müzakirəyə çıxardı. Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli qanun layihəsi haqqında deputatlara məlumat verərək bildirdi ki, 2019-cu ilin dövlət büdcəsinin 33,4 faizi sosial sahəyə ayrılıb. Onun sözlərinə görə, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi 3 milyard 928 milyon manat olacaq. Bu vəsaitin 61,5 faizi dövlət sosial sığorta yığımı hesabına toplanıb. 1,5 milyard manat isə qeyri-dövlət qurumlarından formalaşdırılıb.

Qeyd edək ki, növbəti ildə DSMF-nin gəlir və xərcləri 3 milyard 928,1 milyon manat nəzərdə tutulur.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirdi ki, ölkədə 15-64 yaş arasında olan əhali 71 faiz təşkil edir. 65 yaşdan yuxarı olan əhali isə növbəti ildə 6,3 faiz təşkil edəcək. Ölkədə əmək qabiliyyətli insanların çox olması pensiya sisteminin maliyyə dayanıqlığını daha möhkəm edir. Gələn il pensiyaçıların orta illik sayı 1 milyon 294 min təşkil edəcək. Bunun 58,3 faizi yaşa görə, 30,8 faizi əlilliyə görə, 10,9 faizi isə ailə başçısını itirməyə görə pensiya alanlardır. 2019-cu ildə pensiyaların orta məbləği 240 manatın üzərində olacaq, bu da 6,3 faiz artım deməkdir. Yaşa görə pensiyalar isə 273 manat səviyyəsində müəyyən olunur. Nazir bəyan edib ki, korrupsiya, sui-istifadəyə qarşı ciddi işlər aparılır.

Parlamentdə “İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi də müzakirə edildi. İşsizlikdən sığorta fondu üçün 83 milyon manat nəzərdə tutulub.

Müzakirələr bu gün davam etdiriləcək.

Elşad PAŞASOY,
Musavat.com

loading...
loading...
Üzərindən ata və anasının bağırsaqları çıxdı - AĞLASIĞMAZ SƏBƏB...
Tanrının 54 gün sonra göndərdiyi mükafat - FOTOLAR + VİDEO
"Qaliblərin imtahansız qəbulu ürəkbulandıran addımları daha da gücləndirərdi..."
"Kitabı varaqlamağa başladım və təpəmin ortasından tanış tüstü çıxmağa başladı..."
Solovyov qorxdu, duelə getmədi...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
“Rusiya Qarabağ probleminin həllini ona görə istəmir ki...”
Gündəm
“Xırda insidentlər böyük müharibəyə çevrilə bilər” – XƏBƏRDARLIQ!
Gündəm
“Boykot çağırışı ermənilərin növbəti təxribatıdır”
İqtisadiyyat
“Üzləşdiyim erməni elitasına mənsub böyük iş adamları dedilər ki…”
İdman
“Arsenal”ın yarımmüdafiəçisi: “Mxitaryanın şərəfinə Bakıda qalib gələcəyik”
Həftənin ən çox oxunanları
"Emin 444" öldürən çempionun yaralı görüntüsü yayıldı - FOTO
DYP əməkdaşları "Gelendevagen" deyir, "Niva"nın sahibi isə daş atıb başını tutur ki...
Əhmədova Abdullayevin ifşa videosunu yaydı: "Tövbə edin və heç kimin haqqına girməyin"
"Bir neçə gün öncə Bakının mərkəzində erməni tələbə yoldaşımı gördüm...”
“Şəmistana fəxri ad versələr, inciyərəm...”
Şüvəlanda "su qiyməti"nə dəbdəbəli villa satışa çıxarıldı - 10 milyon manat + VİDEO
“Şuşa və Laçının işğalı ilə bağlı sövdələşmə aparmış 3 nəfərdən biri Türkiyədə yaşayır…”
"İran ermənilərin qarşıdakı xəyanətinin hesabını indi deyil, daha sonra soracaq..."
Şəmkirin icra başçısından Dilqəm Əsgərovun oğluna KİŞİ SÖZÜ...
Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)