Xəbər lenti
18/02/2019 [10:55]:
“ASAN könüllüləri” deputatlarla görüşəcəklər - “Könüllülər Parlamenti-Azərbaycan, 2019”un açılşı oldu
18/02/2019 [10:54]:
Nohur balıqçılığı ilə bağlı müzakirə aparıldı
18/02/2019 [10:48]:
DİM-də cavabların yoxlanma prosesinin ən məxfi detalları
18/02/2019 [10:40]:
“Ən çətini oxucularımın məndən razı qalmasıdır...” Doğum günü təəssüratı...
18/02/2019 [10:39]:
Abxaziya erməniləri Yerevanın Tbilisiyə təsir rıçaqı kimi - Danışır FAKTLAR
18/02/2019 [10:26]:
124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb
18/02/2019 [10:25]:
Polis istirahət günlərində 68 nəfəri saxladı
18/02/2019 [10:22]:
Ermənistanda 100-dən artıq əsgərin ölümü araşdırılacaq
18/02/2019 [10:09]:
Bu gecədən hava şəraiti kəskin dəyişəcək
18/02/2019 [10:04]:
Üç ailənin olduğu mikroavtobus aşıb - 16 yaralı
18/02/2019 [10:01]:
Milli Məclisdən pensiyalarla bağlı qanuna dəyişiklik
18/02/2019 [09:58]:
İlham Əliyev Sumqayıta gedir
18/02/2019 [09:57]:
Ermənistan atəşkəsi 26 dəfə pozdu
18/02/2019 [09:55]:
Manatın bugünkü MƏZƏNNƏSİ
18/02/2019 [09:01]:
Amerikada "Azərbaycan Mərkəzi"nə rəhbərlik edən xanım...
18/02/2019 [09:00]:
Rokfellerlər işğalçı ölkə  prezidentini qəbul  etdi- FOTO
18/02/2019 [08:54]:
”Avropada TAP-a maraq böyükdür” - Əli Məsimli
18/02/2019 [08:15]:
10-cu sinif şagirdi uşağı quyuda boğulmaqdan xilas etdi-İbrətamiz
18/02/2019 [08:09]:
Ərdoğanın baş müşaviri İbad Hüseynliyə "Cəsarət və Şərəf" medialı təqdim etdi - FOTOLAR
18/02/2019 [07:57]:
"Xocalıların cəsədlərindən körpü düzəltmişdilər" - Ruhlar şəhərində soyqırım...
18/02/2019 [07:45]:
Yoxsulların əlindən tutmaqdan boyun qaçıran varlılar iqtisadi balansı pozar...
18/02/2019 [00:51]:
Belə etsəniz, vəhy qəbul edərsiniz – Elmi-lədun
18/02/2019 [00:43]:
Prezidentliyə namizəd seçki proqramını Hitlerin proqramı ilə qarışdırmaqla biabır oldu - VİDEO
18/02/2019 [00:35]:
Musa Yaqub, "Sevgilim" şərabı, yanında da keçi pendiri...
17/02/2019 [23:48]:
Müğənni Afət Fərmanqızı: “Nəsiminin daha bir qəzəlinə mahnı yazdırmışam”
17/02/2019 [23:48]:
Misir ABŞ-dan qədim kahin sarkofaqının qaytarılmasına nail oldu - FOTO
17/02/2019 [23:06]:
Çeçenistan müxalifətinin lideri Azərbaycana müraciət etdi: “Çeçenləri təxribata çəkirlər...”
17/02/2019 [23:03]:
"Neolit" davasına görə məşhur bloger həbs edildi
17/02/2019 [23:00]:
İbrahim Cəfərovdan ADAU tələbələrinə çağırış: "Xahiş edirəm yazdıqlaıma şərh yazmayın..."
17/02/2019 [22:58]:
Saakaşvili erməni olmadığını genetik testlə sübut etdi - FOTO
17/02/2019 [22:56]:
“Azərbaycanlıları məyus olmamağa çağırıram”- Nazirdən növbəti açıqlama
17/02/2019 [20:41]:
Uşağınız bunları etmirsə diqqətli olun - XƏBƏRDARLIQ...
17/02/2019 [20:28]:
“Belə təxribatların arxasında Azərbaycanı qəbul etməyən qüvvələrin maraqları var”
17/02/2019 [20:20]:
Rüstəm İbrahimbəyov uzun aradan sonra Bakıya gəldi və tanınmışları restorana topladı - FOTOLAR
17/02/2019 [20:15]:
Sabirabad sakini armaturların altında qalaraq ölüb
17/02/2019 [20:00]:
Sadiq və sədaqətli! – Deputat öz həmkarı haqda yazdı
17/02/2019 [19:00]:
Solsberi kilsəsindən nəhəng Rusiya bayrağı asıldı
17/02/2019 [18:57]:
Telefondan başını ayıra bilməyənlər üçün qoruyucu yastıq hazırlandı - MARAQLI
17/02/2019 [18:44]:
“Kalaşnikov”dan kamikadze PUA - VİDEO
17/02/2019 [18:43]:
ABŞ-dan Bəşər Əsədə ciddi mesaj
17/02/2019 [18:39]:
Avropa Liqasının finalına 100 gün qaldı!
17/02/2019 [18:34]:
21 yaşlı oğlan dəm qazından zəhərləndi
17/02/2019 [17:30]:
“Real” öz meydanında məğlub oldu
17/02/2019 [17:28]:
Rusiyadan Venesuelaya zərbə - Neft şirkətinin hesabını dondurdu
17/02/2019 [17:21]:
Bariyerlərə çırpılan motosiklet sürücüsü körpüdən aşağı düşdü - DƏHŞƏT...+ VİDEO
17/02/2019 [17:01]:
"İstanbula sevgilimi görməyə getdim" - Oksana
17/02/2019 [16:59]:
Azərbaycanlı qadınların pasportlarını alıb fahişəliyə cəlb etdilər -FOTOLAR
17/02/2019 [16:56]:
“İsraillə müharibə riski böyükdür” - İranın XİN başçısı
17/02/2019 [16:34]:
Paşinyanın arvadı ofisini hökumət binasına köçürdü - Erməni demokratiyası...
17/02/2019 [16:32]:
Hansı tip qadınlar kişiləri özünə yaxınlaşdırmır... -MARAQLI
17/02/2019 [16:27]:
"Qumarda 130 min uduzduğuna görə nazirlikdən çıxarıldı" -Dələduz qadının ilginc əməlləri
17/02/2019 [16:22]:
Rusiyada “şəhid kəməri” gəzdirənlərin saxlanılması xəbəri yalan çıxdı
17/02/2019 [16:17]:
Kubada tornadodan ölənlərin sayı artıb
17/02/2019 [16:16]:
NASA Ayda yaşamaq üçün baza tikməyə hazırlaşır - FOTO
17/02/2019 [15:44]:
“Qəribəsi o idi ki, Əfsanə ağlamırdı...” – Ər-arvad intiharının təfərrüatı
17/02/2019 [15:44]:
Türkiyədə sabahdan benzin və dizel yanacağının qiyməti qalxacaq –Mütəxəssislər hökumətə çağırış etdi
17/02/2019 [15:42]:
Hizer Noyert Trampın təklifindən imtina etdi –Ağ ev BMT-dəki səfir postuna yeni namizəd axtarır
17/02/2019 [15:38]:
Evdə köməksiz qalan 2 azyaşlı xilas edildi
17/02/2019 [15:34]:
Qadınların sayının kişilərdən çox olduğu ölkələr - SİYAHI
17/02/2019 [15:32]:
Məşhur generalın külli miqdarda borcu üzə çıxdı - Bankla şok qalmaqal
17/02/2019 [15:13]:
Almaniyada erməni təxribatının qarşısı alındı
17/02/2019 [15:09]:
Nazir təyyarədə narahat olan sərnişinə ilkin yardım göstərdi - FOTO
17/02/2019 [15:02]:
Rusiyada brakonyerlikdə şübhəli bilinən deputat saxlanılıb
17/02/2019 [15:01]:
Parisdə Dünya Müharibəsinə aid bombaya görə 1600 insan köçürüldü
17/02/2019 [14:59]:
“Çeçen xalqı bunu heç vaxt unutmayacaq...” - Nazirdən növbəti açıqlama
17/02/2019 [14:55]:
Firdovsi Umudovdan çeçenlərlə bağlı insidentə reaksiya
17/02/2019 [14:51]:
Dünyanın ən gözəl adaları açıqlandı - FOTO
17/02/2019 [14:51]:
Azərbaycan atleti Dünya Kubokunda gümüş medal qazandı
17/02/2019 [14:49]:
Əmanətlərlə bağlı mühüm dəyişiklik
17/02/2019 [14:48]:
Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdü
17/02/2019 [14:48]:
Müğənni Afət Fərmanqızı: “Nəsiminin daha bir qəzəlinə mahnı yazdırmışam”
17/02/2019 [14:47]:
Ramil Usubovdan kadr dəyişikliyi ilə bağlı - ƏMR
17/02/2019 [14:46]:
Rafael Ağayev yenə Bakıya əliboş gəlmir
17/02/2019 [14:44]:
Ukraynada “Lotu Quli”nin adamları saxlanıldı - 300 pasport və silahlarla
17/02/2019 [14:42]:
Noyert ABŞ-ın BMT-də daimi nümayəndəsi olmaqdan imtina etdi
17/02/2019 [12:51]:
Ramzan Kadırov azərbaycanlılarla çeçenlərin davasına belə reaksiya verdi – FOTO
17/02/2019 [12:38]:
Vergilər Nazirliyini "ağ gün"ə çıxardı, indi də əmanətləri sığortalayacaqmış...
17/02/2019 [12:27]:
“Ermənilər bacımın bütün ailə üzvlərini yer üzündən sildilər...” -Xocalı sakini...
17/02/2019 [12:21]:
Azərbaycanda bir ayda 3,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib
17/02/2019 [12:19]:
Bakıda 75 min manata ağac satılır - VİDEO
Bütün arxiv bir sırada
15/11/2018 [12:00] - Cəmiyyət - ( 1229 dəfə baxılıb)

Aqil Abbas: DUST BİPƏRVA, FƏLƏK BİRƏHM, DÖVRAN BİSÜKUN



Bu misranı düz 500 il əvvəl poeziyanın peyğəmbəri Füzuli yazıb. 500 il əvvəl. Görün dostlarının etibarsızlığı Füzulini nə təhər yandırıb-tökübsə, necə qəlbini sındırıbsa , şair bu mövzuya şeir həsr edib. Füzulidən 500 il sonra da Vaqif Bayatlı Odər (Cəbrayılzadə) də bu mövzuya qayıdıb:

Ax, zalım dostlar,
zalım qardaşlar
fələyin zülmünə düşəndən bəri
kimin nə vecinə ki,
anamın əziziyəm,
kimin nə vecinə ki,
anam yalvarır göyə.
O qarasaç Allahım,
o gödəkboy Allahım
susub,
qorumur məni.
Bir də baxıb
görürsən ki,
bir boynuyoğun,
bir yekəqarın
üzündə bir şillə yeri
durub gözləyir səni.
Amma
bir boynuyoğun,
bir yekəqarını
döymək
mənə bir az çətindi
bir şilləlik canım var.
Ax, zalım dostlar,
zalım qardaşlar.

Dostun və ya dostların etibarsızlığı kürəyə sancılmız xəncər kimidi. Düzdür, bu xəncər adamı öldürmür, amma bütün ömür boyu ürəyində onun ağrı-acısı qalır, başqalarına da inamını itirir.

Bu yazını hansısa incidiyim bir dosta görə qələmə almıram, incidilmiş dostlar və dostum olmayan incidilmiş insanlar üçün yazıram. Şükürlər olsun ki, məni tanıyanlar çox gözəl bilir ki, nə heç bir dostuma etibarsızlıq etmişəm, nə də heç bir dostumdan etibarsızlıq görmüşəm. Amma bir-birinə dost deyərək, hətta qardaş deyərək hər gün bir yerdə çörək yeyən, bir-birinin şəninə nəinki ayaq üstə, hətta təpəsi üstə sağlıq deyən insanların bircə günün içində Vaqif Bayatlının təbirincə desək, çat verdiklərinin tez-tez şahidi oluruq.

Evimizin divarındakı çatlar,
Çat verən dostları
Sıranıza düzə-düzə
Nə qədər günahları vardı
Bağışladım sizə.

Şair deyir ki, əgər daş çatlayırsa, heç insanları qınamağa dəyməz. Şair ürəyi kövrək olduğuna görə çat verən dostlarını bağışlayır. Amma nə qədər bağışlasa da, onun ağrı-acısını elə yaşayıb ki, belə şeir də yazıb.

Dostluğun rəmzi sayılan şair Zakir Fəxri də yanğı ilə yazır:

Ərk etdiyim dostlar da
üzümə durdular
Sevdiyim qızlar da
sevgimi üzümə vurdular
Körpə-körpə umudlarım
Bu yollarda əldən salıb
Məni yaman yordular
Ömrün cırhacırında
Qaldım üşüyə-üşüyə
Qaytar ana,
Qaytar məni beşiyə!

Üç cür dostluğu əbədi görmüşəm: orta məktəb dostluğu, əsgərlik dostluğu, bir də komsomol dostluğu. Ömürlərinin sonuna qədər o adamlar bir-birini axtarar, tapar, bir-birinə həyan olar. Kökündə nə dayanır? Çünki bu dostluqda heç bir təmənna olmur. Mən bir ara komsomolda baş girələmişəm. Böyük bir məktəb idi, çox səmimi bir təşkilat idi. Çünki həm də təmiz təşkilat idi. Və o təşkilatda çalışanlar əsgər dostları kimi, məktəb dostları kimi ömürlərinin axırına qədər bir-birini taparlar, bir-birilərinə həyan olarlar, bir-birilərini darda qoymazlar. Birinin əlinə bir balaca imkan düşən kimi hardasa işsiz və ya imkansız komsomol dostunu tapacaq, ona bir gün ağlamağa çalışacaq. Dəxli yoxdu onların biri Ağdamda işləyib, ya Ağcabədidə və ya Lənkəranda. İclaslarda görüşüblər, konfranslarda, qurultaylarda görüşüblər, tədbirlərdə bir yerdə təmiz komsomol çörəyi yeyiblər. Komsomol 27 ildi ləğv olub. Amma bir balaca araşdırma aparsanız, görərsiniz ki, 27 il, 30-35 il əvvəl bir yerdə təmiz komsomol çörəyi yeyənlər yenə bir yerdədilər, dostdurlar.

Əzrayılla bağlı qəribə rəvayətlər var. Bu rəvayətləri yazmaq fikrim yoxdu. Adətən belədi ki, Əzrayıl yol keçərkən ağacın altında süfrə açıb nahar edən bir yolçu onu yeməyə dəvət edir, bir qismət çörək kəsirlər. Əzrayıl qalxanda kimliyini bildirir və həmin o çörəyi kəsdiyi adama hansısa bir imtiyaz tanıyır. Təbii ki, Əzrayıl mələkdi, çörək yemir. Bu rəvayətləri yaradanlar hətta Əzrayılın bir tikə çörəkdən keçmədiyini vurğulamaqla insanlara nəyisə aşılamağa çalışırlar.

Amma baxırsan ki, bir nəfər kiminsə bir tikə yox ey, bir ton çörəyini yeyib və günlərin birində Əzrayıldan fərqli olaraq o bir ton çörəyi tapdalayır. Və bir ton çörəyini yediyi kişini kürəyindən xəncərləyir.

Çörəyi dizinin üstə olandan
Kişilik gözləmə, mərdlik gözləmə.

Çörəyi dizinin üstə olmağı cəhənnəm ey, heç demə çörəyi ayağının altına alıbmış!

Bu da əsasən məmur "dostluğunda" baş verir. Bir də görürsən ki, hansısa bir yüksək vəzifəli məmurun işləri dolaşığa düşür. Dünənəcən süfrəsində oturan, şəninə sağlıqlar deyən "dostlar" aradan çıxdılar. Heç telefonlarına da cavab vermədilər. Xeyirdə-şərdə rastlaşanda özlərini görməməzliyə qoydular.

Məmməd Araz deyir:

Qəfil düşdüm bəd taleyin kəməndinə mən,
Axır dönüb bu halımla barışan oldum.
Daha tənqid biçinində az itilənən,
Daha tərif xırmanında az daşan oldum.
Dib bucaqda beli bükük,
Lüləsi donuq, -
Hörümçəyə bağışladım ov tüfəngimi.
Günün çoxu yuxuludur ev telefonu,
Günün çoxu diksinməyir qapı zəngimiz.
Yox, ürəyim, daş qulazla ötəri dərdə,
Qəm üstünə sevincini hörməyi bacar.
Ön cərgədən son cərgəyə adlayıb hərdən
Görünməyən məqamları görməyi bacar.
Öz vaxtında ayırmadın şahini sardan,
Az qoşmadın boş xarallar şəninə dastan.
Qaranquşa, sığırçına meylimi sallam,
Ürəyimdə yuva qurmaz köçəri dostlar.
Bir də üzməm yalan vədlər cəzirəsinə,
Köpüklərə ip atmağın faydası nəymiş?
Bir vəzifə kürsüsünün cazibəsi nə,
Bir telefon dəstəyinin ədası nəymiş!
Mən bu hala gülə bildim,
Ağlaya bildim:
Əhd-ilqar da "baxarıq"lı, "görək"li imiş;
Mən ömrümün aşrımında anlaya bildim:
Nəçiliyim kimliyimdən gərəkli imiş...

Yəni həmin ayağı büdrəyən dostun vəzifəsi, nəçiliyi çat verən dostlar üçün onun insanlığından gərəkli imiş. Sevgi, o sağlıqlar, o təriflər onun özünə deyilmiş, kreslosuna, vəzifəsinəymiş.

Və dostlarını yarı yolda qoyub qaçan çat verənlər unudurlar ki, belə bir tale onları da gözləyir. Özləri çat verdikləri kimi günlərin bir günü böyür-başlarındakı da çat verib aradan çıxacaqlar.

Biz niyə beləyik, görəsən?
Doğrudanmı 500 il əvvəl də belə olub, bu gün də belədi?! Çox pis!
Füzulinin məlum şeirinin ikinci misrası lap müdhişdi:

Dərdi çox, həmdərdi yox,
düşmən qəvi tale zəbun.

P.S. Universitetdə oxuyanda görkəmli yazıçımız Mövlud Süleymanlı məni dəvət eləmişdi "Bulaq verilişinə, tez-tez bu veriliş üçün yazılar hazırlayırdım. Hər ay həmin verilişə bəlkə yüzlərlə məktub gəlirdi: nağıllar, rəvayətlər, hədislər, bayatılar, atalar sözləri və sair və ilaxır. Boş vaxtlarımda həmin məktubları oxuyardım. Orda dostluq haqqında qəribə bir rəvayət qarşıma çıxdı. Çox ibrətamiz rəvayət idi. Vaxt tapıb 48 il əvvəl oxuduğum həmin rəvayəti yazacam, qırdı-qaçdı dostlar üçün bir ibrət olsun.

Belə etsəniz, vəhy qəbul edərsiniz – Elmi-lədun
Uşağınız bunları etmirsə diqqətli olun - XƏBƏRDARLIQ...
Bariyerlərə çırpılan motosiklet sürücüsü körpüdən aşağı düşdü - DƏHŞƏT...+ VİDEO
Nazir təyyarədə narahat olan sərnişinə ilkin yardım göstərdi - FOTO
Qabırğadan yaranması qadınların xarakterinə təsir edir - MARAQLI
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Telefondan başını ayıra bilməyənlər üçün qoruyucu yastıq hazırlandı - MARAQLI
Dünya
Paşinyanın arvadı ofisini hökumət binasına köçürdü - Erməni demokratiyası...
Maraqlı
Hansı tip qadınlar kişiləri özünə yaxınlaşdırmır... -MARAQLI
Maraqlı
Qadınların sayının kişilərdən çox olduğu ölkələr - SİYAHI
Cəmiyyət
Məşhur generalın külli miqdarda borcu üzə çıxdı - Bankla şok qalmaqal
Həftənin ən çox oxunanları
“Ölkəyə un gətirəndə kömək etdiyim çeçenlər və dağıstanlılar mənə çox böyük dəstək oldular...”
“Vertolyotla Yevlağa kimi pul səpəcəm....- Başınız qarışacaq pul yığmağa..."
Çay sakinlərin gözü önündə yox oldu!..- “Qiyamətin başlanğıcıdır?!.”-VİDEO
Ramzan Kadırov azərbaycanlılarla çeçenlərin davasına belə reaksiya verdi – FOTO
Saakyan atası azərbaycanlı olan generalı  xüsusi nümayəndə təyin etdi...-FOTOLAR
Şuşa türməsində Dilqəm və Şahbazdan başqa türkmənşəli dustaq kimdir?..
"Əgər ANS yenidən açılarsa və fəaliyyət göstərdiyi ilk 15 ildəki ANS olarsa..."
“Fevralın 14-də həmin sənədi imzalasaydım, Xocalı faciəsi baş verməzdi...” - ETİRAF
Bakıda dəhşətli qəza: "Qaqaş, neylədin, nə içmişdin, nə vurmuşdun?" - VİDEO
"Çeçenlər qardaşlarımızdır və Çeçenistanda da xalqım haqda eyni fikirləri səsləndirirlər”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə