Xəbər lenti
13/12/2018 [00:42]:
Türkdilli yazarların “Forbes” əlçaztmazlığı – “Dilimiz hələlik böyük auditoriyaya nüfuz edə bilmir”
13/12/2018 [00:18]:
“İllərdir ki, bu arzu ilə yaşayıram, məndən onu soruşun” – Ənvər Həsənov
12/12/2018 [23:48]:
ADAU-nun startapları Ümumrespublika müsabiqəsində mükafat qazandı
12/12/2018 [23:45]:
“Rafiq Hüseynovun barelyefi yaşadığı binada qoyulacaq” – Diktorun xanımı
12/12/2018 [23:24]:
Aydan götürülən süxur nümunələri ilə bağlı AÇIQLAMA
12/12/2018 [23:11]:
Trampın keçmiş vəkili həbs edildi
12/12/2018 [22:58]:
Fransa çempionatında daha iki oyun etirazlara görə təxirə salınıb
12/12/2018 [22:46]:
Məmmədov və Əliyev Gürcüstanda ən çox yayılmış soyadların ilk üçlüyünə daxil olub
12/12/2018 [22:42]:
Ağrı kəsici verilərək kameraya göndərilən məhkum təkbaşına doğuş keçirdi - FOTO
12/12/2018 [22:35]:
Bakı-Quba yolunda piyada öldü - QƏZA
12/12/2018 [22:16]:
İndoneziya səfiri: "Bu işğala son qoyulmalıdır"
12/12/2018 [22:14]:
2019-ci ilin Günəş tutulmaları ədalətin bərqərar olacağını xəbər verir – ELMI-LƏDUN
12/12/2018 [22:11]:
Bakıda əhaliyə göstərilən xidmətlərin dəyəri 4 milyard manatdan çox olub
12/12/2018 [21:51]:
1 ton şokolad yola dağıldı - FOTO
12/12/2018 [21:39]:
CNN: "Bakı-Tbilisi-Qars dəmir yolu səyahətlər haqqında təsəvvürləri dəyişəcək"
12/12/2018 [21:37]:
5 yaşlı uşağa əməliyyat zamanı oksigen əvəzinə azot verildi - DƏHŞƏT...
12/12/2018 [21:32]:
Alkasarın Azərbaycandakı diplomatik missiyası başa çatdı
12/12/2018 [21:16]:
Ermənistanın yeni parlamenti nə vaxt toplaşacaq?
12/12/2018 [21:03]:
Bədəninə 30 santimetr uzunluğunda polad çubuq sancıldı - DƏHŞƏT...
12/12/2018 [20:58]:
DÇ-2020: millimizin rəqibləri bəlli oldu
12/12/2018 [20:40]:
"Düşündük ki, bu qəhrəmanlığı əks etdirən xatirə kitabı və qısametrajlı bir film çəkək"
12/12/2018 [20:34]:
Bakıda metrosunda dava - Saxlanılanlar var
12/12/2018 [20:31]:
Ədliyyə işçiləri Heydər Əliyevin xatirəsini yad ediblər
12/12/2018 [20:28]:
İbrahim Mehdiyev danışdı - “Cinayət işi xəbərinin əsası yoxdur”
12/12/2018 [20:26]:
Sənət əbədidir, ömür əmanət...
12/12/2018 [20:20]:
Sumqayıtda Heydər Əliyevin anım mərasimi keçirilib - FOTOLAR
12/12/2018 [20:09]:
Həştərxan şəhərində Heydər Əliyevin xatirəsi anıldı -FOTOLAR
12/12/2018 [20:04]:
Əsgəran erməniləri Ağdamda payızlıq taxıl əkir...
12/12/2018 [20:01]:
ADNSU-nun rektoru vyetnamlı məzunlarla görüşdü
12/12/2018 [19:53]:
Dövlət Komitəsində ulu öndərin xatirəsi anıldı -FOTOLAR
12/12/2018 [19:44]:
Qüdrətdən səngərli, qalalı dağlarda Vətən keşikçiləri ilə keçirilən 2 qürurlu gün...
12/12/2018 [19:30]:
"Ədəbiyyat bu dünyanın maddi hadisələrinə biganəlikdir, amma bu o demək deyil ki..."
12/12/2018 [19:27]:
Dövlət Komitəsinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR
12/12/2018 [19:23]:
Heydər Əliyev Qars şəhərində ehtiramla yad olunub - FOTOLAR
12/12/2018 [19:16]:
Nazirlikdə Heydər Əliyevin xatirəsi yad edildi - FOTO
12/12/2018 [19:13]:
“İstefam ölkənin gələcəyini təhlükə altında qoyacaq” - Baş nazir
12/12/2018 [19:10]:
Heydər Əliyev 1967-c ildə 39 erməni daşnaqını necə həbs etdirib? — FAKTLAR
12/12/2018 [18:56]:
Heydər Əliyev Belqradda anıldı...
12/12/2018 [18:46]:
İrəvandan məyusluq dolu Türkiyə etirafı: “Sanki təkbaşına tanqo oynayırıq”
12/12/2018 [18:42]:
Özbəkistandan idxal edilən 31 ton kişmiş zərərsizləşdirildi
12/12/2018 [18:37]:
Oqtay Əsədov Zurabişvilinin andiçməsində iştirak edəcək
12/12/2018 [18:36]:
Nəcməddin Sadıkov Gerasimovla hərbi əməkdaşlığı müzakirə etdi
12/12/2018 [18:34]:
Balakəndə evdən 1400 manat pul oğurlayan yeniyetmə saxlanıldı
12/12/2018 [18:31]:
Sərhədi saxta sənədlərlə keçmək istəyənlər tutuldu
12/12/2018 [18:18]:
“Nar”dan Yeni il ərəfəsində sərfəli rominq təklifləri
12/12/2018 [18:16]:
Bakcell qalib məktəbliləri mükafatlandırdı
12/12/2018 [17:53]:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində anım mərasimi keçirilib
12/12/2018 [17:40]:
“Qarabağ məsləsində Rusiyaya ABŞ və Fransadan ona görə çox üstünlük veririk ki...”
12/12/2018 [17:36]:
"Xalqımız dahi rəhbərin əziz xatirəsini unutmur" -Səfər Mehdiyev
12/12/2018 [17:27]:
“Kişini hansı qadınla tutsalar, onunla da evləndirirlər...” - Qədim qəbilənin bağışlanmayan adətləri...
12/12/2018 [17:26]:
Heydər Əliyevin xatirəsi “Azərxalça”nın filiallarında etiramla yad edildi
12/12/2018 [17:21]:
ADPU-da “İngilis dili müəllimliyi” ixtisası üzrə yeni tədris planı layihəsi hazırlanır
12/12/2018 [17:15]:
Türkiyənin məşhur jurnalisti kikboksinq federasiyasının idarə heyətinin üzvü oldu
12/12/2018 [17:14]:
Polis rəisi Rəqsanənin EVİNİ ƏLİNDƏN ALIR - 419 min manat borc alıbmış
12/12/2018 [17:10]:
Əflatun Amaşov: "Ulu öndər Heydər Əliyev mətbuata böyük dəyər verirdi"
12/12/2018 [16:57]:
Bu il dünyasını dəyişən TANINMIŞLAR
12/12/2018 [16:45]:
Fransa müxalifətinin parlamentdən TƏLƏBİ
12/12/2018 [16:35]:
Xəzər Universitəsində “Elm və Sənət Məclisi”nin 68-ci məşğələsi keçirilib
12/12/2018 [16:32]:
ABŞ Ermənistana gedən vətəndaşlarına xəbərdarlıq etdi
12/12/2018 [16:20]:
Vergi Məcəlləsinə son dəyişikliklərdə sahibkarlıq üçün bu güzəştlər nəzərdə tutulub - SİYAHI
12/12/2018 [16:11]:
Yanvarın 1-dən bərbərlər, ofisiantlar və dərzilər vergi ödəyəcək
12/12/2018 [16:03]:
Hikmət Hacıyev: "Azərbaycan strateji dialoq və qarşılıqlı etimad mühitinin formalaşmasına öz töhfəsini verir"
12/12/2018 [16:00]:
“Yerli müəlliflərdən ilin favoriti olan kitab olmayıb...”
12/12/2018 [15:51]:
Bakıda vəzifəli şəxsin törətdiyi dəhşətli qətllə bağlı HƏKİM DANIŞDI - "Bu narkotik..."
12/12/2018 [15:50]:
Berdımuhammədov məmurları məzəmmət etdi və boulinq üzrə master-klass keçdi - VİDEO
12/12/2018 [15:40]:
İlham Əliyev Rusiya və NATO generallarının Bakı görüşündən danışdı
12/12/2018 [15:37]:
Laçınlı keçmiş döyüşçülər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTOLAR
12/12/2018 [15:34]:
Polşanın "sarı jiletlər"i yolu bağladı
12/12/2018 [15:33]:
"Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini o xilas etdi"
12/12/2018 [15:29]:
Vergilər Nazirliyi: “Son dəyişiklik əməkhaqqının artması anlamına gəlməməlidir” - MÜSAHİBƏ
12/12/2018 [15:15]:
Dillər Universitetində maraqlı layihə - tələbələr əməkhaqqı alacaq
12/12/2018 [15:13]:
Banklarda nağd satılan xarici valyutanın həcmi artıb - Kimlər alıb?
12/12/2018 [15:11]:
Rusiya yağlarında DONUZ PİYİ AŞKAR EDİLDİ...
12/12/2018 [15:11]:
"21 Azər" Hərəkatına 73 il sonra baxış - Rüfət Muradlı
12/12/2018 [15:07]:
Bakı Meriyası Atatürk parkındakı bəzi obyektlərə dəyməyəcək - AÇIQLAMA
12/12/2018 [15:00]:
“O, əlimdən tutub “Alagöz” mahnısını mənimlə birlikdə sona qədər oxudu...”
12/12/2018 [14:56]:
Leyla Əliyeva babasını belə yad etdi - VİDEO
12/12/2018 [14:53]:
"Nə qədər Heydər Əliyev var..." - Əli Həsənov
12/12/2018 [14:46]:
Gömrük Komitəsinin kollektivi Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi
12/12/2018 [14:44]:
Sumqayıtda oğurluq edənlər saxlanıldı
Bütün arxiv bir sırada
15/11/2018 [12:25] - Cəmiyyət - ( 1044 dəfə baxılıb)

Ağdam nə qədər şəhid verib?



Qələm dostumuz Asəf Quliyev yaman sinirlənib və sosial şəbəkədə AzTV-nin siyasi şərhçisi və "Günün nəbzi" proqramının aparıcısı Rövşən Məmmədov və ağdamlı deputatları "S-300" raketləri ilə atəşə tutub. Onu ürəyi Qarabağ eşqilə çırpınan, Ağdamın uğrunda canından keçməyə hazır olan bir ağdamlı kimi yaxşı tanıdığımdan, yazdıqlarını anlayışla qarşılayardım, amma...

... Amması qalsın sonraya, əvvəlcə Asəf bəyin sosial şəbəkədə paylaşdığı statusa baxaq.

"AzTV yenə qatıqladı.

Rövşənə kimsə yazıb verib ki, bunu oxu. O da oxuyub. Ağdamın müdafiəsində 983 nəfər şəhid verib.

Çox uzağa getmək lazım deyildi. AzTV-nin arxivində Heydər Əliyevin dediklərinə baxmaq lazım idi. Amma Rövşən Heydər Əliyevin dediklərinə baxmağı lazım bilməyib.

Hardasınız ayrı vaxt ağzından "Dolu" tökən duptatlar di verin AzTV-nin cavabını... Duxunuz çatırsa. Cavab verə bilməyəcəksizsə səsinizi kəsin və oturun sizi harda oturdublar orda.

Əgər Ağdam və Ağdamlılar haqqında Heydər Əliyevin nə dediyini bilmək istəyirsinizsə buyurun baxın..."

Və sonra həmin çıxışın yutubda yerini göstərib.

Ağdamlı deputatlara bu qədər kin, nifrət, hirs, hikkə hardandı bilmirəm. Ağdam deputatları "duptat", "duxunuz çatırsa", "səsinizi kəsin", "oturun" və sairə ilaxır ifadələrlə təhqir etmək deyəsən özünə çox ləzzət eləyib, ağzı şirin olsun.

İndi gələk ammaya...

Əvvəla Rövşən müəllim bunu hansısa bir məqsədlə və ya qəsdən, bilərəkdən etməyib, bu bir mexaniki səhvdir, hamımız belə mexaniki səhvlərə yol veririk. Və Rövşən müəllimin bunu mexaniki olaraq səhv etdiyini aşağıda sübut edəcəm.

İndi gələk Asəf bəyin asıb-kəsdiyi, təhqir elədiyi ağdamlı deputatlara.

Bəxtiyar Sadıqov Qarabağ müharibəsi zamanı "Azərbaycan" qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri idi, qərargahı da Ağdamda yerləşirdi. Bütün günü odun-alovun içindəydi, səngərlərdəydi, qəzetə döyüş meydanından ən son xəbərləri çatdırırdı. Qələmiylə, yazılarıyla, qəhrəmanlar haqqında yazdığı sənədli kitablarıyla düşmənlə döyüşürdü. Azərbaycanın ən görkəmli publisistlərindən biridir. Onun səsini heç kim kəsməyib və sənin sözünlə də heç kim kəsə bilməz. Və onu da Milli Məclisdə oturtmayıb, Ağdam camaatı seçib.

Bəxtiyar Əliyev qaçqınlıq zamanı yüzlərlə ağdamlı ailənin Bakıdakı yataqxanalarda, mənzillərdə yerləşdirilməsində müstəsna rol oynayan, Ağdamın sayılıb-seçilən ağsaqqallarından biri Həmzə müəllimin oğludur. Görkəmli alimdir, professordur, Akademiyanın müxbir üzvüdür və Azərbaycanın elm məbədi BDU-nun kafedra müdiridir. Onu da heç kim Milli Məclisdə oturtmayıb, Ağdam camaatı deputat seçib. Səsini də heç kim kəsməyib və sənin sözünlə də heç kim kəsə bilməz.

Qaldı mənə... Əvvəla, mən ağdamlı deyiləm, Ağcabədinin Bayat kəndindənəm. Daha dəqiq bilmək istəyirsənsə, Bayat obasının Kolanlı köyündən və soyundanam. 10 yaşıma qədər də həmin kənddə yaşamışam. Sonra Ağdama köçmüşük. Amma özümü ağdamlı sayıram. Nə qədər Ağdam azad olunmayıb, ağdamlıyam. İnşallah Ağdamı azad edək, sonra Ağcabədi durur, mən dururam, olaram ağcabədili.

Bir çağırış Ağdam və Ağcabədidən deputat seçilmişəm, iki çağırış Ağcabədi və Füzulidən. Bütün Qarabağ mənimdir, mən də bütün Qarabağın. Və Qarabağ haqqında ən gözəl əsərlərin müəlliflərindən biriyəm və bəlkə də bir az da artıq: "Batmanqılınc", "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", "Qiyamət gecəsi", "Qar üstündə qan çiçəyi" və sənin ironiya elədiyin "Dolu", eləcə də Qarabağa həsr olunmuş minə yaxın məqalə, köşə yazısı və sair və ilaxır.

Və mənim sənin təhqiramiz ifadənlə desək, ağzımdan tökülən "Dolu" da oddu-alovdu. Sənin lağ elədiyin bu əsər Qarabağ müharibəsi haqqında yazılan ən ağrılı və ən gözəl əsərdir ki, tənqidçilər, yazarlar, oxucular, döyüşçülər onun haqqında mətbuatda yüzdən çox məqalə ilə çıxış ediblər. "Dolu" filmi də ki, göz qabağındadır.

Qətiyyən narahat olma, mənə səsi Tanrı verib, Tanrının verdiyi səsi də Tanrı kəsə bilər. Qaldı Milli Məclisdə oturdulmağa, Ağdamdakı qohum-əqrəbandan, dost-tanışından soruş gör o vaxt mənə səs verəndə onlardan kiməsə bir xahiş edən, ya məcbur edən olub, yox, özləri gəlib mənə sevgiylə səs veriblər.

Keçək məsələnin şəhid sayısı tərəfinə. Əvvəla, bilirsən ki, bütün rayonlarda Şəhidlər Xiyabanı var və bu Xiyabanda şəhidlərin adları qeyd olunub. Ağdamdakı, daha dəqiq desək Quzanlıdakı Şəhidlər Xiyabanı isə tam fərqlidir. Bu fərqlilik də şəxsən mənim ideyamdır. Nizami Sadıqovun vaxtında bu Xiyaban salınanda məsələ qaldırdım ki, abidədə təkcə ağdamlı şəhidlərin deyil, Azərbaycanın müxtəlif bölgələrindən gəlib Ağdamda şəhid olanların da adları yazılmalıdır, onlar hamısı ağdamlıdır. Belə də etdik. Bütün rayonların İcra hakimiyyətlərinə məktubla müraciət etdik bu barədə. Təəssüf ki, müraciətimizə laqeyd yanaşdılar. Sağ olsun Ağdam Məscidinin axundu Barat kişini, O Barat kişini ki, minlərlə şəhidi yuyub kəfənləyib, köməyi ilə müəyyən qədərini özümüz tapıb üzə çıxara bildik.

Ağdam nə qədər şəhid verib?! Bəli, Ulu Öndər Heydər Əliyev mənim də iştirak elədiyim bir görüşdə bildirdi ki, Ağdam 5500-dən artıq şəhid verib. Heç kim cəsarət edib Heydər Əliyevə düzgün olmayan məlumat verə bilməzdi. Və sonralar da Ulu Öndər bir neçə dəfə bu rəqəmi səsləndirib. Və heç kim də bunu inkar etməyib. Ağdamda şəhid olanların sayı 6 minə yaxındır. Və təbii ki, bunların hamısı ağdamlı deyil, müxtəlif bölgələrdən könüllü gəlib vuruşub qəhrəmancasına şəhid olanlar da yüzlərcədir. Və onlar hamısı AĞDAMLIDIR!

Onu da vurğulayım ki, Qarabağda nə qədər şəhid verdiyimiz haqqında dəqiq məlumat yoxdur, eləcə də Ağdamda. Və heç dəqiqləşdirmə aparan da yoxdur. Yüzlərlə şəhidin nəşini götürmək də mümkün olmayıb, qalıb işğal altındakı torpaqlarda və itkin düşmüş sayılırlar.

Və onu da qeyd edim ki, ağdamlılar təkcə Ağdamda deyil, bütün Qarabağ boyu vuruşublar və şəhid veriblər.

Ağdam şəhidlərinin sayının belə bir statistikası da var: 4983. Bu, əlində silah vuruşub ölənlərin statistikasıdır, bombarduman altında qırılan dinc əhali bura daxil edilməyib.

Nə isə...

Gələk yenidən sənin statusuna. Nədənsə ürəyin ağdamlı deputatları söydürmək istəyib. İndi deputatları söydürmək dəbdi axı. Amma alınmayıb, şərhlərdə heç kim bizi qınamayıb və söyməyib. Dilxor olma, bir də cəhd elə, bəlkə alındı. Əksinə, Qulu Məhərrəmli də, İlqar Rəsul da səni qınayıblar. Ağsaqqaldılar və heç sən də onlardan incimə.

Qaldı Rövşən müəllimin səhvinə... İnternetdə AzTV-nin "Günün nəbzi" proqramının 6 noyabrda efirə getmiş verilişini tap və bax. Gör orda Rövşən müəllim hansı rəqəmi səsləndirir və mən hansı cavabı verirəm. Bütün verilişi izləmək lazım deyil, 1 dəqiqə 30-cu saniyədən 4 dəqiqəyə qədər izləmək kifayətdir. Hörmətli oxucular, həmin hissəni "adalet.az" saytında izləyə bilərsiniz.

P.S. Cavab yazmaya bilərdim. Amma bəzən bəziləri ucundan tutub ucuzluğa gedirlər, ona görə yazdım.

Aqil Abbas
Millət vəkili

Ağrı kəsici verilərək kameraya göndərilən məhkum təkbaşına doğuş keçirdi - FOTO
1 ton şokolad yola dağıldı - FOTO
5 yaşlı uşağa əməliyyat zamanı oksigen əvəzinə azot verildi - DƏHŞƏT...
Bədəninə 30 santimetr uzunluğunda polad çubuq sancıldı - DƏHŞƏT...
Sənət əbədidir, ömür əmanət...
Dr. Günel Azayeva - Həkim kosmetoloq
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Mədəniyyət
“Rafiq Hüseynovun barelyefi yaşadığı binada qoyulacaq” – Diktorun xanımı
Cəmiyyət
"Ədəbiyyat bu dünyanın maddi hadisələrinə biganəlikdir, amma bu o demək deyil ki..."
Dünya
“Kişini hansı qadınla tutsalar, onunla da evləndirirlər...” - Qədim qəbilənin bağışlanmayan adətləri...
Cəmiyyət
“Onun tapşırığından bir gün sonra mənə xalq artisti adı verdilər...” - Heydər Əliyevlə bağlı xatirə...
Köşə
Zırramanın biridir, amma özünü alim kimi göstərir...
Həftənin ən çox oxunanları
Paşinyan sərhədlərin açılması ilə bağlı Türkiyəyə yalvardı: "Bir şərtlə ki..."
“Təki, erməni ordusu güclü olsun -  pensiyamızın qalxması vacib deyil...”-Xankəndindəki erməni qarı-
Putin Paşinyanın xeyir-duasını çoxdan verib – Biz Qarabağın gününə ağlayaq...
"Həyat yoldaşım əşyadır ki, onu gizlədəm?" - "O, elə bir yerdə işləyir ki..."
Putin Paşinyandan niyə çəkinir?
"Ermənilərin yaşadığı ərazi Hüseynqulu xanın torpaqlarıdır, oranı da geri almalıyıq...”
Gələcək intim necə olacaq? - Alimlərdən maraqlı açıqlama...
Tramp ata Buşun dəfnində yarıməsrlik ənənəni pozdu - FOTO+VİDEO
"Bacı bacının balasını bu günə qoyarmı?" deyən baldızının Arif Əsgərova deyəcəkləri var...
Arif Əsgərov hardan biləydi ki, baldızı oğlu təhlükəli sularda üzür: Bir həbsin izi ilə...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə