Kirayədə yaşadıqları evin mebellərin satan ər-arvad məhkəmə qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Qadir Məmmədov və Sevgül Əmirxanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Hər iki şəxs əməlini etiraf edib və özünü təqsirli bilib.
Zərərçəkmiş şəxs qismində Nailə Məmmədova tanınıb. O, məhkəmədə ifadə verərkən deyib ki, dəymiş ziyan ödənilməyib.
Məhkəmə iclası noyabrın 22-dək təxirə salınıb.
İttihama görə, rəsmi nigahda olan Q.Məmmədov və S.Əmirxanova kirayə qaldığı Nailə Məmmədovaya məxsus mənzilin mebellərini satıblar. Onlar mebellərin və mənzilin özlərinə məxsus olduğunu iddia ediblər. Qonşular ev əşyalarının satıldığını görəndə mənzil sahibinə xəbər veriblər.
Bildirək ki, Q. Məmmədov həbsdədir. Lakin S.Əmirxanova barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
İlkin Muradov,
Musavat.com