Xəbər lenti
22/05/2019 [01:33]:
Azərbaycanlı müğənni İstanbulda yarım milyona ev aldı - VİDEO
21/05/2019 [23:23]:
Rusiyada quduz porsuq magazaya soxularaq, üç nəfəri yaralayıb
21/05/2019 [23:15]:
XİN: "Ermənistan Mxitaryanı öz təxribatçı məqsədləri üçün istifadə edir"
21/05/2019 [23:00]:
“Azərbaycanlılar türklərin əsirlikdən və sürgündən qurtulmasında mühüm rol oynayıb”
21/05/2019 [22:32]:
Səfər Mehdiyev Qulam İshaqzai ilə görüşdü
21/05/2019 [22:29]:
Bakıda MDB dövlətlərinin 19-cu iclası keçiriləcək -FOTOLAR
21/05/2019 [22:23]:
"Təsnifat, mənşə və qiymətləndirmə üzrə ilkin qərar sisteminin inkişafı" mövzusunda seminar başladı
21/05/2019 [22:15]:
“Səhiyyə sahəsinə vəsait ayrılır, lakin çalışanların əmək haqqısı aşağıdır"
21/05/2019 [21:53]:
Mxitaryan desəydi ki, Qarabağ Azərbaycanındır...
21/05/2019 [21:40]:
Azərbaycan millisi italiyalı mütəxəssisin rəhbərliyi altında ilk matçı heç-heçə oynayıb
21/05/2019 [21:38]:
Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izləyib - VİDEO
21/05/2019 [21:16]:
AFFA: Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək
21/05/2019 [21:11]:
"İndi bir KİŞİ tapılacaq ki, mənə desin ki, niyə bu günə düşdük?"
21/05/2019 [21:03]:
Deputat: "Elmi dərəcəsini necə aldığı məlum olmayanlar ağzına gələni danışırlar"
21/05/2019 [20:55]:
"Özüm Moskvaya gedib Jirinovski ilə məsələnin aydınlaşdırılmasına cəhd edəcəm...”
21/05/2019 [20:41]:
ABŞ-da Konqres tarixində ilk dəfə iftar təşkil edildi
21/05/2019 [20:36]:
ABŞ-da erməni silah baronu həbs olunub
21/05/2019 [20:33]:
45 il saxta ittihamla həbsdə qaldı: Hökumət 1,5 milyon dollar təzminat ödəyəcək...
21/05/2019 [20:30]:
Əflatun Amaşov Moskvada həbs olunan azərbaycanlı jurnalistdən yazdı
21/05/2019 [20:29]:
Avropalı səyyahlar Azərbaycanda - VİDEO
21/05/2019 [20:27]:
Bakı-Sumqayıt yolunda zəncirvari qəza: Yaralılar var - VİDEO
21/05/2019 [20:00]:
“Şuşa və Laçının işğalı ilə bağlı sövdələşmə aparmış 3 nəfərdən biri Türkiyədə yaşayır…”
21/05/2019 [19:57]:
“Dedi ki, ərinin iş yerində də cadu var, təmizləməsək infarkt keçirib öləcək...”
21/05/2019 [19:12]:
Azərbaycan Texnologiya Universitetinin sabiq prorektoru vəfat edib
21/05/2019 [19:03]:
Azərbaycan diaspor nümayəndələri Ukraynada Avropa Günləri tədbirlərində - FOTOLAR
21/05/2019 [18:54]:
Poroşenkoya cinayət işi açıldı
21/05/2019 [18:52]:
Sumqayıt hadisələri ilə bağlı sənədli film çəkən Davud İmanov kim olub?
21/05/2019 [18:48]:
Nazir müavini Məhəbbət Vəliyeva təhsil şöbələrinin müdirləri ilə görüşdü
21/05/2019 [18:46]:
Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi
21/05/2019 [18:42]:
"Gənclərimiz İlham Əliyevin siyasətini dəstəkləyir"
21/05/2019 [18:40]:
“Asiya nəhəngləri” üçün Cənubi Qafqazda əsas önəm kəsb edən ölkə Azərbaycandır”
21/05/2019 [18:22]:
"İngilisi "Tarqovı"da tutub yeyəsi deyilik ki?" - Hafiz Hacıyev
21/05/2019 [18:08]:
Maduro Bakıya gələcək
21/05/2019 [18:06]:
Ölü heyvanın ətini satmaq istədilər, qarşısı alındı
21/05/2019 [18:00]:
Skarlet Yohanson növbəti dəfə evlənir
21/05/2019 [17:53]:
Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı
21/05/2019 [17:53]:
Maduro Bakıya gələcək
21/05/2019 [17:50]:
Nazirlik: "Şəhərin mərkəzi küçələrinə giriş qadağası yoxdur"
21/05/2019 [17:15]:
"Yeri gələndə mən səndən də abırsızam..." - FOTOLAR
21/05/2019 [17:08]:
“Yalan danışırlar, Allah cəzalarını verəcək..”
21/05/2019 [17:07]:
“Hamının hamıya” prinsipi ilə dəyişdirilməsi məsələsinə dair açıqlama yayıldı
21/05/2019 [16:57]:
Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ
21/05/2019 [16:56]:
Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə təsdiqləndi - FƏRMAN
21/05/2019 [16:50]:
AMİP-dən Fuad Abbasovla bağlı çağırış: "Hamımız ona sahib çıxmalıyıq"
21/05/2019 [16:48]:
Azərbaycanın maliyyə sektoru Fransanın məşhur bankını qarşılamağa hazırlaşır - ARAŞDIRMA
21/05/2019 [16:41]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ FƏTƏLİ AXUNDZADƏ
21/05/2019 [16:17]:
Yazıçımız Rusiyada təltif olunacaq
21/05/2019 [16:15]:
Erməni əsgərlər qəzaya düşdü: ölən və yaralananlar var
21/05/2019 [16:13]:
ADPU-da “Solğun çiçəklər” tamaşası nümayiş etdirildi
21/05/2019 [16:05]:
Zelenskinin inaqurasiyasında diqqətçəkən 4 MƏQAM
21/05/2019 [16:02]:
Rövşən Rzayev problemləri dinlədi
21/05/2019 [15:58]:
“Formula-1”in əfsanəvi pilotu öldü
21/05/2019 [15:52]:
Həmsədrlər Məmmədyarov və Mnatsakanyanın görüşməsini istəyir
21/05/2019 [15:38]:
Birinci vitse-prezident Kürdəxanıya getdi, göstəriş verdi - FOTOLAR
21/05/2019 [15:22]:
Deputatlar Fuad Abbasovun müdafiəsinə qalxdılar: “XİN münasibət bildirməlidir!”
21/05/2019 [15:19]:
“Onların məqsədi problemin həllinə töhfə vermək deyil” – “İmitasiyadır!”
21/05/2019 [15:18]:
“Müvafiq qurumlarımız Fuad Abbasovun həbsinə özünün münasibətini bildirməlidir...”
21/05/2019 [15:13]:
Mxitaryan Bakıya gəlmir - “Arsenal” rəsmi açıqladı
21/05/2019 [15:07]:
“Falçı mənə sarı su içirirdi, nə pulum var idi ona verirdim”
21/05/2019 [15:01]:
Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?
21/05/2019 [14:53]:
Qara dənizdə Türkiyənin gəmisi atəşə tutuldu –Yaralılar var
21/05/2019 [14:44]:
Sumqayıtda Vəkillər Kollegiyasının ilk regional vəkil qurumunun açılışı oldu
21/05/2019 [14:34]:
Dəniz səviyyəsi sürətlə qalxır - Yüz milyonlarla insan yurdundan olacaq
21/05/2019 [14:24]:
QAT Fuad Abbasovla bağlı bəyanat verdi
21/05/2019 [14:17]:
Buraxılış imtahanlarının nəticələri açıqlandı - RƏSMİ
21/05/2019 [14:14]:
Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə müraciət etdi - Diqqətli olun!
21/05/2019 [14:05]:
Xınalıq məktəbinin direktoru- “İclası çəmənlikdə keçiririk”
21/05/2019 [14:01]:
İyunda keçiriləcək vacib imtahanların dəqiq təqvimi – Abituriyentlərin diqqətinə
21/05/2019 [13:57]:
Mayın 25-dən 31-dək “Tarqovı”ya giriş məhdudlaşdırılır
21/05/2019 [13:55]:
5000 manatadək cərimə - Sanksiyalar sərtləşdirilir
21/05/2019 [13:54]:
Sinoptiklər 32 dərəcə isti vəd edirlər
21/05/2019 [13:53]:
"Azərbaycan məmurları Zelenskinin dediyi o keyfiyyətlərdən tamamilə uzaqdırlar"
21/05/2019 [13:48]:
““Bakıdakı ermənipərəstlərin üzünə tüpürün!” desəm, məni tutarlar?..”
21/05/2019 [13:47]:
"Danışanda da elə danışmaq lazımdır ki, inandırıcı olsun” -Millət vəkili
21/05/2019 [13:43]:
Sumqayıtda Regional Vəkil Bürosunun açılışı olacaq - FOTOLAR
21/05/2019 [13:40]:
“Nigeriyaya baxsaq, bizdən çox neft hasil edirlər, amma əhalinin 30-40 faizi yoxsuldur"
21/05/2019 [13:40]:
Günay keçmiş sevgilisini bıçaqladı -FOTOLAR
21/05/2019 [13:37]:
Bu Eyyubun yox, Mədəniyyət Nazirliyinin ayıbıdır...”
21/05/2019 [13:27]:
Lisey və gimnaziyalara qəbulla bağlı müsahibə başlayıb
21/05/2019 [13:23]:
Səfirdən Mxitaryana mesaj - “Futbolçusan, get futbolunu oyna”
Bütün arxiv bir sırada
15/11/2018 [23:13] - Hadisə - ( 2789 dəfə baxılıb)

Azərbaycanda ilk mitinqlər: MEYDAN HƏRƏKATI - 30



(19 FEVRAL, 1988)

Bakıda ilk mitinq cəhdlərinə 1988-ci ilin fevralın 18-də başlanıldı. Həftənin dördüncü günü günortaya yaxın Azərbaycan Elmlər Akademiyasının qarşısına xeyli adam toplaşdı. Bakı  Dövlət Universitetinin müəllimləri və ətrafdakı institutların tələbələri də burada idi. Camaat çoxaldığı üçün yolun əks tərəfinə – H. Cavid bağına keçdilər. Çox da davam etməyən toplantıda əsas söhbət Dağlıq Qarabağdan, ermənilərin bu torpağı Azərbaycandan almaq istəyindən danışıldı. Bir neçə qısa çıxışdan sonra qərara alındı ki, iki gün sonra − həftənin şənbə günü hamı Lenin (indiki Azadlıq − N. Y.) Meydanına toplaşsın.
Lakin 20-nə nəzərdə tutulan mitinq fevralın 19-da başladı. Universitet yataqxanalarından dərsə gedən tələbələr mitinqin məhz bu gün olacağını bildirirdilər. Nümayişçi tələbələr Akademiyanın qarşısından N.Nərimanov (indiki H.Cavid) prospektinə çıxdılar və burada onlara İnşaat Mühəndisləri və Politexnik İnstitutunun çox sayda tələbələri də qoşuldular. Prospektlə hərəkət edən tələbələr “Qa-ra-bağ!” “A-zər-bay-can!”  – deyə qışqırırdılar. M. Əzizbəyovun heykəlinin yanında 1000-1500-ə qədər nümayişçi var idi. İran konsulluğunun yanında isə nümayişçilər “Təb-riz!”, “Təb-riz!” deyərək qışqırırdılar. 
Nümayişçilərin Mərkəzi Komitənin binasına doğru getmək istədiyini hiss edən milislər yolu bağladılar və iştirakçılar Kommunist (indiki İstiqlaliyyət) küçəsi ilə aşağıya – Sabir bağına endilər. Yolboyu nümayişçilərə Iqtisad Universitetinin (o zaman Xalq Təsərrüfatı İnstitutu − N. Y.) tələbələri və yeni insanlar qoşulurdu.
Nümayişçilər Nizami Muzeyinin yanından sağa dönüb, “Azərbaycan”  kinoteatrının yanı ilə (köhnə Univermaq və Natəvanın heykəlinin yanından) Neftçilər prospektinə çıxdılar. Sayca 3-4 mindən çox olan nümayişçilər Lenin Meydanına çatdılar.
Mitinqdə ilk çıxışa başlayan Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi işçisi Mənsur Əliyev oldu. O, Qarabağ, onun tarixi, oranın heç vaxt ermənilərə mənsub olmaması və onlara verilməyəcəyi haqqında danışdı. Mənsur Əliyev çıxışında ermənilərin tarixi cinayətlərindən danışaraq, Muxtar Vilayəti adi bir rayona çevirmək təklifini irəli sürdü. 
Gənc şair Rüstəm Behrudi  “Vətən” şeirini oxudu:

Bir əlçim buluddu,
Bir ömür umuddu,
Bir içim sudu.
Yandıqca odlanan ocaqdı,
Daddıqca dadlanan arzudu,
Bir dərə bahar leysanıdı,
21 Azərin qanıdı,
Cavad xanın qətl yeridi,
Sabirin “Fəxriyyə” şeiridi.
Dağları dumanda itən – 
Vətən!.. Vətən!.


 Bir neçə nəfər də sonradan çıxış etdi.
Yazıçılardan Anar və Elçin də çıxış etdilər. Yazıçı Anar bu sözləri söylədi: “Bu gün xalqımızın bayramıdır, Milli Birlik bayramı, özünü dərketmə bayramıdır!”
Sonra təklif olundu ki, respublika rəhbərliyinin eşitməsi üçün mitinq Mərkəzi Komitənin qarşısında keçirilsin. MK qarşısına toplaşan on minə qədər adamın olduğu mitinqdə ilk olaraq Mənsur Əliyev danışdı. Sonra Xalq yazıçısı Mirzə İbrahimov xalqlar dostluğu mövzusunda çıxış etdi. Onun çıxışını camaat fitə basdı. Anar və Elçin burada da çıxış etdilər. Şair Süleyman Rüstəmin “dağılmaq” təklifi də etirazla qarşılandı. Azərbaycan KP MK-nın İnzibati orqanlar şöbəsinin müdiri Məhəmməd Əsədov da cəsarətli bir çıxış etdi. Günortadan az keçmiş camaat ümumi razılaşma ilə nizamla dağılışmağa başladı. 

 (24 FEVRAL, 1988-Cİ İL)

1988-ci il, Fevralın 24-də Azərbaycan Elmlər Akademiyasının dairəvi zalında növbəti bir mitinqi xatırladan toplantı oldu. Zalda çox sayda insan var idi. Akademik Ziya Bünyadov ermənilərin fitnələrini, məkrli planlarını açıqlayan cəsarətli bir çıxış etdi. Mənsur Əliyev isə respublika rəhbərliyini fərasətsizlikdə, maymaqlıqda günahlandırdı, ermənilərə tutarlı cavab olan tarixi materialların nəşrinə kömək edilmədiyinə görə onları təqsirləndirdi. 
Qeyd edək ki, bir neçə gün sonra Sumqayıtda hadisələr başladı. Hadisələrin ilk günündən başlayaraq həftədə bir, bəzən iki dəfədən az olmayaraq Elmlər Akademiyasının dairəvi zalında toplantılar davam edirdi. Buraya Bakı Dövlət Universitetinin müəllimləri, tələbələri toplaşır, alimlər isə tutarlı dəlillərlə çıxış edirdilər.

MAY  MİTİNQLƏRİ (18 MAY, 1988- Cİ İL)

Azərbaycan rəhbərliyinin gördüyü tədbirlərə baxmayaraq, səhər vaxtı Bakıdakı tədris müəssisələrinin böyük qrupları küçələrə çıxıb Lenin adına meydana(Azadliq meydanı) doğru istiqamətləndilər.
Saat 10:00-dan 14:30-a qədər mitinq oldu. Mitinqdə 30 mindən çox adam iştirak edirdi. Mitinqdə hökumət təmsilçilərindən S.Tatlıyev, H.Seyidov, V.Konovalov, R.Mehdiyev, F.Musayev iştirak edirdilər. Nümayişçilərin əllərində aşağıdakı şüarlar var idi: “Azərbaycan xalqına eşq olsun!” “Bizim səbrimiz tükəndi!”, DQMV ətrafında demaqoqiyaya son qoyulsun!”, “Azərbaycan xalqına qarşı istehzaya son qoyulsun!”, “Qarabağ bizim olub və bizim olacaq!”, “Vətəni heç kimə vermərik!”, “Sumqayıtın həqiqi günahkarlarının cəzalandırılmasını tələb edirik!”.
Mitinqdə 48 adam çıxış etdi. Onların arasında aşağıdakılar var idi: S.Tatlıyev, B.Vahabzadə, Z.Xanlarova, Müharibə və əmək veteranları, alimlər, artistlər, yazıçılar, jurnalistlər, tələbələr, DQMV-nin azərbaycanlı əhalisinin nümayəndələri. Bütün çıxışlar müsbət xarakterli idi. Çıxışlarda təmkin və sakitliyə çağırış, təxribata uymamaq, qanunazidd hərəkətə yol verməmək fikirləri səslənirdi.
Saat 16:00-dan 17:30-a qədər MK binası qarşısında az məsafə ilə iki gənclər qrupu toplaşdı (bir qrup 2000 nəfər, digər qrup 500 nəfər). Onlar qışqırırdı: “Dağlıq Qarabağ!”, “Müslümzadə!”  
Şüarlar qaldırırdılar: “Stepanakertdəki qanunsuzluğa son qoyulsun!”, “Azərbaycan dili milli dil olmalıdır!”, “Şuşa – Qarabağın Mərkəzi!”, “Vremya”, bizi göstərin!”, “Pravda”, bizim haqqımızda yazın!”. Toplaşanlarla B. Vahabzadə, Anar söhbət edirdilər.
Eyni zamanda,  Azərbaycan Dövlət Universitetində (3 min nəfər) mitinq oldu və  yazıçı Anar çıxış etdi. Mingəçevirdə isə 2000-ə qədər adamın iştirakı ilə mitinq keçirildi. Axşam Televiziya Azərinformun məlumatını verdi və sabahı gün qəzetlərdə yayıldı.
19 may, 1988-ci il:
Respublikada vəziyyət gərgin olaraq qalır. Mingəçevirdə, Kirovabadda (Gəncə), Şuşada çoxminli mitinqlər keçirilir və iştirakçılar Bakıdakı mitinqin tələblərini irəli sürür.
22 mayda mitinq keçirilməsi ilə bağlı Stepanakertdə 4 müəssisə (800 nəfər iştirakçı) şəhər İcraiyyə Komitəsinə müraciət etdi.
Ağdam rayon İcraiyyə Komitəsinə isə 18 müəssisə (7.750 insanı əhatə etməklə) 21 mayda mitinq keçirməklə bağlı müraciət etdi. Hər iki müraciət qəbul edilmədi. Muxtar Vilayət Partiya Komitəsi Bürosunun qərarı ilə Stepanakertdə özünümüdafiə postları ləğv edildi.
20 may, 1988-ci il:
Respublikada gərginlik azalmır. Naxçıvanda, Mingəçevirdə, Qubadlıda məlum tələblərlə icazəsiz mitinqlər keçirilir.
Gündüz Siyasi Büro üzvü, Sov İKP MK katibi E.Liqaçev, Siyasi Büro üzvlüyünə namizəd Q. Razumovski Bakıya gəldilər. Saat 17:00-da MK Büro iclasını keçirib, 21 mayda Azərbaycan KP MK-nın plenumunu keçirməyi razılaşdılar.
21 may, 1988-ci il:
Saat 11:00-da Azərbaycan KP MK-nın plenumu açıldı. Plenum təşkilati məsələyə baxdı. Plenum, səhhəti ilə bağlı təqaüdə çıxdığı üçün K. Bağırovu Azərbaycan KP MK-nın Birinci katibi vəzifəsindən və Büro üzvlüyündən azad etdi. Ə. X. Vəzirov Birinci katib və Azərbaycan KP MK-nın Büro üzvü seçildi.

NOYABR  MİTİNQLƏRİ
(17 noyabr – 5 dekabr 1988-ci il)

1988-ci ilin noyabr mitinqlərinin başlanması və təşkili ilə bağlı müxtəlif fikirlər söylənilir. Qeyd olunur ki, bu mitinqlərin təşkilində Azərbaycan hakimiyyətinin (Ə.Vəzirovun maraqları var idi. Belə ki, mitinqlərdən əvvəl “Kommunist” qəzetində (redaktoru Ə.Vəzirovun yaxın dostu Cəmil Əlibəyov idi) “Topxana harayı” adlı məqalə çap edib ictimaiyyəti qızışdırmaq məqsədi güdmüşdü.  Mitinqlərin başlanmasında Moskvanın marağı bu idi ki, Bakıda qarışıqlıq yaransın və ordu şəhərə girsin. Ermənilər isə ciddi təsir altında saxladıqları M.S.Qorbaçovun vasitəsi ilə azərbaycanlıları Ermənistandan qovub çıxarmağı planlaşdırırdılar və və həmin mitinq günlərində bu işi həyata keçirdilər: yəni 300 (üç yüz) minə qədər azərbaycanlını Ermənistandan qovdular. Rus hərbçiləri isə bu məsələdə ermənilərə dəstək oldu. Onlar Sovet ordusuna məxsus hərbi yük maşınları ilə azərbaycanlıları kəndlərdən yığaraq Ermənistandan çıxarırdılar.
Lakin necə yanaşmadan və hansı faktların mövcudluğundan asılı olmayaraq noyabr mitinqləri Azərbaycan xalqının yaşadığı şərəfli bir tarix idi. Məhz bu mitiqlərdə insanlara üçrəngli Bayrağımız haqqında, Müsəlman Şərqində yaradılmış ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında, onun qurucusu M.Ə.Rəsulzadə haqqında geniş bilgilər verildi. Noyabr mitinqləri insanlarda güclü milli ruh yaratdı Vətən sevgisini gücləndirdi. Azərbaycanın ayrı-ayrı bölgələrindən gəlmiş insanlar burada daha da doğmalaşdı və bir-birinə bağlandı. 
Bu gün həmin mitinqləri Ənvər Əliyevin başlaması, Nemət Pənahlının orada liderə çevrilməsi, tələbə təşkilatlarının mitinqə insanları toplaması (xüsusən “Yurd”u) haqqında, hətta hökumətin belə bir mitinqin keçirilməsində maraqlı olması ilə bağlı önəmli fikirlər söylənilir. Hər halda, 1988-ci ilin 17 noyabr – 5 dekabrda keçirilən mitinqlərinin xalqımızda milli ruhun oyanmasındakı rolu inkaredilməzdir.

1988-Cİ İLİN  NOYABR  MİTİNQLƏRİNİN  TƏLƏBLƏRİ

1.Sovet hakimiyyətinin DQMV-də bərpasını, ciddi və qanun çərçivəsində vilayət rəhbərliyinin cəzalandırılmasını tələb edirik.
2.Millətlərarası ayrı-seçkilik salan Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya və sovet rəhbərliyinin buraxılmasını tələb edirik.
3.Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsi dayandırılsın.
4.Mərkəzi ittifaq informasiya vasitələrindən Azərbaycanda və DQMV-dəki hadisələri birtərəfli və ermənipərəstcəsinə işıqlandırılmasını dayandırmağı tələb edirik.
5.Zaqafqaziya xalqları arasında millətlərarası düşmənçilik yayan katalikos Vazgenin  “Xalqlar  Dostluğu” ordeni ilə təltif olunmasından narazılığımızı bildiririk”.
6.DQMV-də və Sumqayıtda  öldürülənlərin bu günədək aşkarlanıb cəzalandırılmamasına cavab tələb edirik.
7.Ermənistanda yaşayan azərbaycanlıların həyatının və əmlakının təhlükəsizliyinin təminatını, erməni ekstremistləri tərəfindən yandırılmış evlərinin bərpasını, azərbaycanlılara vurulan ziyanın ödənilməsini və onların doğma yurdlarına qayıtmasına şərait yaradılmasını tələb edirik. DQMV ərazisində yerləşən, Azərbaycanın milli-tarixi abidəsi olan Topxananın cinayətkarcasına dağıdılmasında bütün iştirakı olanların ciddi cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirik. 
8.Əsas qızışdırıcı və millətlərarası nifaq salan DQMV-nin Vilayət Komitəsinin Katibi Poqosyanın və onun başçılıq etdiyi ekstremist qrupun fəaliyyətinin cinayət məsuliyyətinə cəlb edilib ciddi partiya cəzası verilməsini tələb edirik”.

Nəsiman Yaqublu, tarix elmləri doktoru

loading...
loading...
“Dedi ki, ərinin iş yerində də cadu var, təmizləməsək infarkt keçirib öləcək...”
Bu Eyyubun yox, Mədəniyyət Nazirliyinin ayıbıdır...”
“Qanımız başqa millətə qarışmamalıdır, yəhudi oğlan mütləq yəhudi qızla evlənməlidir”
"Artıq nəğmənin bizə nə vaxt gərək olduğunu bilirik!"
Floridada yaşayan azərbaycanlı göz həkimi - FOTOLAR
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
İqtisadiyyat
“Asiya nəhəngləri” üçün Cənubi Qafqazda əsas önəm kəsb edən ölkə Azərbaycandır”
Dünya
"Yeri gələndə mən səndən də abırsızam..." - FOTOLAR
Cəmiyyət
“Yalan danışırlar, Allah cəzalarını verəcək..”
Siyasət
“Onun fəaliyyətinə qiymət vermək üçün bir qədər gözləmək lazım gələcək...”
Cəmiyyət
Nazirlik bu kənddə yeni məktəb binasının tikintisinə başladı - FOTOLAR
Həftənin ən çox oxunanları
"Emin 444" öldürən çempionun yaralı görüntüsü yayıldı - FOTO
Rusiya üçün “S-400”-ü yaratmış azərbaycanlı haqda yeni film çəkildi-VİDEO
DYP əməkdaşları "Gelendevagen" deyir, "Niva"nın sahibi isə daş atıb başını tutur ki...
"Fahişə belə, bu hərəkəti eləməz, amma bizim "zapravka"lar edir, müvafiq qurumlarsa..."
İrana gündə 500 raket zərbəsi!
Əhmədova Abdullayevin ifşa videosunu yaydı: "Tövbə edin və heç kimin haqqına girməyin"
“Şəmistana fəxri ad versələr, inciyərəm...”
İcra başçısına zərfdə güllə göndərdilər: "Çox yaxşı bilirəm ki..."
Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI
Bakıda tələbələr arasında qanlı davanın görüntüsü yayıldı - ŞOK VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]