Xəbər lenti
25/05/2019 [00:04]:
Boris Conson: “Oktyabrın 31-də Böyük Britaniya Avropa İttifaqı üzvlüyündən çıxacaq”
24/05/2019 [23:59]:
“Mercedes” su maşını ilə toqquşdu: Yaralılar var - FOTO
24/05/2019 [23:50]:
Bu gecə ilk Qədr gecəsidir
24/05/2019 [22:48]:
Şəhid akademikin qızından Prezidentə müraciət: "Bizi arxasız görüb başımıza bu oyunu açırlar"
24/05/2019 [22:23]:
Şəhid ailəsini yaşadığı mənzildən bayıra atmaq istəyənlər kimlərdir?
24/05/2019 [22:21]:
Aranda hava kəskin dəyişdi - “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi
24/05/2019 [22:20]:
Daşkəsənə dolu yağıb - FOTO
24/05/2019 [22:18]:
UEFA prezidenti Mxitaryanın Bakıya gəlməməsinə münasibət bildirib
24/05/2019 [22:17]:
Qarabağda rəqs məktəbləri açılır: Həm də Amerika ermənilərinin pulları hesabına...
24/05/2019 [22:17]:
Maliyyə naziri Samir Şərifova ağır itki
24/05/2019 [22:12]:
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirildi
24/05/2019 [22:07]:
Fransada partlayış törədildi
24/05/2019 [22:05]:
Nərimanovda YAP ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirildi
24/05/2019 [22:02]:
Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürdü
24/05/2019 [22:00]:
Nursultan Nazarbayev Fəxri prezident oldu
24/05/2019 [21:48]:
“Rusiya Qarabağ probleminin həllini ona görə istəmir ki...”
24/05/2019 [21:21]:
Dünyada 1,5 milyon kor, beş milyon zəif görən uşaq var
24/05/2019 [21:04]:
Prezidentdən sonra ən yüksək maaşı bu şəxs alır
24/05/2019 [21:03]:
Azərbaycanlı ailə Almaniyadan deportasiya olundu
24/05/2019 [20:45]:
Yaponiya İmperatoru Prezident İlham Əliyevi təbrik edib
24/05/2019 [20:38]:
Sürücülük etibarnaməsi ilə bağlı yenilik
24/05/2019 [20:36]:
Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürüb - FOTO
24/05/2019 [20:33]:
Belqrad Universitetində “Azərbaycanda musiqi mədəniyyətinin inkişaf tarixi” adlı tədbir keçirilib
24/05/2019 [20:28]:
"Ordumuzun Naxçıvan istiqamətində mövqelərini tərk etməsi barədə fikirlər yalandır" - RƏSMİ
24/05/2019 [20:07]:
Sumqayıt və Şabran yazarları sözün işığına yığışıb
24/05/2019 [20:04]:
Şabranda oğurluq edən şəxs tutulub
24/05/2019 [19:44]:
Zakir Fərəcov Hacı Zeynalabdin qəsəbəsində səyyar qəbul keçirdi - FOTOLAR
24/05/2019 [19:42]:
Türkiyənin Qars şəhərində Azərbaycan- Türkiyənin qardaşlıq yürüş keçirilib- FOTO
24/05/2019 [19:39]:
Metropolitenin könüllüləri Avropa Liqasının xidmətində 7 stansiyada iki növbədə...
24/05/2019 [19:35]:
Mahaçqala-Bakı sürət qatarının istifadəyə veriləcəyi tarix açıqlandı
24/05/2019 [19:34]:
Gürcüstan XİN: “Azərbaycanla danışıqların birinci raundu başa çatıb”
24/05/2019 [19:27]:
Yevlax dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi keçirilibb - FOTO
24/05/2019 [19:25]:
Məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır
24/05/2019 [19:21]:
Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR
24/05/2019 [19:20]:
“100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinin qonağı BDU-da... - FOTOLAR
24/05/2019 [19:08]:
Fuadın deportasiyası bizim itkimizdir...
24/05/2019 [19:04]:
Koçaryanı azadlığa buraxan hakim istefa verdi
24/05/2019 [19:01]:
DİM Nazirlər Kabinetinin ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı qərarını şərh edib
24/05/2019 [18:47]:
Donald Tramp İlham Əliyevə məktub göndərib
24/05/2019 [18:46]:
Fransanın keçmiş prezidenti Fransua Ollanda qarşı sui-qəsdin üstü açılıb
24/05/2019 [18:20]:
Rusiyanın Azərbaycan diasporunun lideri Prezident İlham Əliyevi təbrik edib
24/05/2019 [17:58]:
"Bəlkə Mxitaryanı iki dənə də F16 qırıcısı müşayiət eləsin, ya hərbi-dəniz maşını..?"
24/05/2019 [17:50]:
Azərbaycan Afrikaya alkoqolsuz şərab ixrac edəcək
24/05/2019 [17:42]:
Bakıda daha bir "Galenvagen" dəhşəti: Maşından görün, neçə nəfər çıxdı + VİDEO
24/05/2019 [17:41]:
Ağdamda qadın kafedə bıçaqlanıb - FOTO - YENİLƏNİB
24/05/2019 [17:35]:
Mənəvi Dəyərlərin Təbliği Fonduna 100 min manat ayrılıb
24/05/2019 [17:34]:
“Hər göydələnin həyətində bir ağac əkiləcək” – Cümhuriyyət qurucularının xatirəsinə...
24/05/2019 [17:21]:
“Bavariya” Leroy Sane üçün 80 milyon avro təklif edəcək
24/05/2019 [17:07]:
Həyatda polyarlıq yoxdur...
24/05/2019 [16:47]:
Məhəmməd Salah təyyarənin döşəməsində mürgülədi-FOTO+VİDEO
24/05/2019 [16:41]:
Tereza Mey istefası barədə bəyanatını göz yaşları ilə bitirib - VİDEO
24/05/2019 [16:37]:
Azərbaycan və Belarus arasında hərbi inspeksiya sahəsində əməkdaşlığa dair işçi görüşü keçirilib
24/05/2019 [16:24]:
“Şəmistanla bir kəndə getsək, bizim qarşısımıza çox adam çıxar, yoxsa dolayı yolla fəxri ad alanların?”
24/05/2019 [16:22]:
Qazaxıstan Azərbaycanın 54 milyardlıq dövlət istiqrazlarını satıb
24/05/2019 [16:22]:
“Rəhimə xanım” ziyarətgahında iftar süfrəsi təşkil edilib
24/05/2019 [16:21]:
Ziyafət Əsgərov: "Onlar əxlaqsızdırlar"
24/05/2019 [16:14]:
“Xırda insidentlər böyük müharibəyə çevrilə bilər” – XƏBƏRDARLIQ!
24/05/2019 [15:48]:
Luiş Fiqu Bakı finalı ilə bağlı müraciət yaydı - VİDEO
24/05/2019 [15:46]:
Azad Rəhimov: "30 min azarkeş Bakıya gələcək, böyük sınaqdır"
24/05/2019 [15:26]:
"Ermənilər “qarabağlı”lardan xilas olmaq üçün hakimiyyət dəyişikliyi etdi"
24/05/2019 [15:16]:
Sabah karatenin əlbəyaxa növü üzrə peşəkarların döyüşüdür - VİDEO
24/05/2019 [15:16]:
Paşinyanın oğlu Yerevana qaçdı
24/05/2019 [15:11]:
İlham Əliyev: "Qarabağ münaqişəsinin həllinin bir yolu var"
24/05/2019 [15:09]:
“Boykot çağırışı ermənilərin növbəti təxribatıdır”
24/05/2019 [14:42]:
Üzərindən ata və anasının bağırsaqları çıxdı - AĞLASIĞMAZ SƏBƏB...
24/05/2019 [14:41]:
“Üzləşdiyim erməni elitasına mənsub böyük iş adamları dedilər ki…”
24/05/2019 [14:21]:
“Onun haqqında heç nə danışmaq istəmirəm...” - Xalq artistinin həyat yoldaşı
24/05/2019 [14:16]:
“Arsenal”ın yarımmüdafiəçisi: “Mxitaryanın şərəfinə Bakıda qalib gələcəyik”
24/05/2019 [14:12]:
Vəkillərimiz artıq Böyük Britaniyan yurisdiksiyasında vəkilliyə qəbul ola biləcəklər
24/05/2019 [14:07]:
Valeh Ələsgərov: “Bu layihənin qarşısını almaq üçün 100 milyonlarla pul xərclədilər”
24/05/2019 [14:04]:
Sabahın HAVASI: 33 dərəcə isti olacaq, yağış yağacaq
24/05/2019 [14:03]:
Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq
24/05/2019 [14:02]:
“Nar”dan aztəminatlı ailələrdən olan uşaqlara dəstək
24/05/2019 [13:55]:
Sevinc Fətəliyeva: “Bu təşkilat hər zaman ölkəmizə qarşı qərəzli mövqe sərgiləyib”
24/05/2019 [13:52]:
Türkiyə Fələstinə 3,5 milyon dollar yardım edib
24/05/2019 [13:45]:
İran Prezidenti hökumətə yeni sözçü təyin edib
24/05/2019 [13:44]:
Milli Oftalmologiya Mərkəzində 10 ildə 82 468 xəstə əməliyyat olunub
24/05/2019 [13:37]:
Türkiyədə 2 ay öncə seçilmiş bələdiyyə sədri qətlə yetirildi
24/05/2019 [13:34]:
İran xarici işlər naziri İraqa səfər edəcək
24/05/2019 [13:29]:
Həkim: "2 yaşadək uşaqların planşet, telefon və televizorlardan istifadəsinə məhdudiyyət qoyulmalıdır”
Bütün arxiv bir sırada
16/11/2018 [09:49] - Gündəm - ( 1561 dəfə baxılıb)

Abel Məhərrəmov erasının biabırçı sonluğu - rektor özünü necə yandırdı...



BDU-nun rektorunun işdən çıxarılmasının olduqca müdhiş səbəblərinin olduğu deyilir: “Abel Məhərrəmov Madrid şəhərindəki restoranlardan birində içib dava salıb”; “Bakıdan İspaniyaya və geriyə çaxır daşıyıb”; “Səfir olan oğlu diplomatik toxunulmazlığından biznes maraqları üçün istifadə edib”...

Noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla, geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb.  Musavat.com-a verilən məlumata görə, məqsəd bu ölkədə dini tolerantlıq mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək olub.

Nümayəndə heyətinin tərkibində olan və adının çəkilməsini istəməyən şəxslərdən birinin verdiyi məlumata görə, səfər başlanğıcdan sona qədər “maraqlı macəralar”la zəngin olub.

Əvvəlcə, Airbus-319A tipli təyyarə ilə uçmağa hazırlaşan nümayəndə heyəti öz yerini tutduqdan sonra təyyarə 2 saata qədər havaya qalxa bilməyib. Buna səbəb isə sərnişinlərdən birinin - nümayəndə heyətinin  tərkibində yer alan BDU-nun rektoru, akademik Abel Məhərrəmovun 2 tonluq baqajı olub. Səfər iştirakçıları noyabrın 10-da Madriddən qayıdanda da eyni hadisə ilə üzləşməyə məcbur olublar. Yalnız A.Məhərrrəmova və onun ölkəmizin İspaniya Krallığındakı səfir işləyən oğlu Anar Məhərrəmova məxsus 2 tona qədər yük boşaldıldıqdan sonra təyyarənin uçuşuna icazə verilib.

şərab çəlləyi ile ilgili görsel sonucu

Sual oluna bilər ki, bir nəfər bu qədər yüklə niyə səfərə çıxır. Mənbəmizin məlumatına görə, haqqında danışdığımız yük adi yol çemodanları yox, hörmətli akademikin və onun səfir oğlunun şərab biznesinə aid çəlləklər imiş. Sən demə, şərab dolu çəlləklər kontrabanda yolu ilə Azərbaycandan İspaniyaya aparılır və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılır. Sonra isə ispan şərabı adı ilə A.Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılır.

Burada bir arayış verək ki, diplomatik xidmətdə olan şəxslərin baqajları yoxlanmadığından və onların çəkisinə məhdudiyyət olmadığından istənilən çəkidə yük apara bilirlər. Üstəlik, diplomatik korpus nümayəndələrinin yükləri gömrük rüsumlarından azaddır. Görünür, ata-oğul Məhərrəmovlar dövlətin verdiyi səlahiyyətlərdən, beynəlxalq konvensiyaların yaratdığı şəraitdən bu cür barbarcasına yararlanırlar. Ölkədən xüsusi çəlləklərdə şərab daşıyırlar. Akademik və səfir tituluna yaraşmayan işlərlə məşğul olurlar. Bununla da təmsil etdikləri dövləti xaricdə əlverişsiz duruma salırlar. Axırda da o çəlləklər öz başlarında dağılır...

Lakin A. Məhərrəmovu “yandıran” səbəb onun diribaş biznesmen olması, hörmətli şeyxin təyyarəsini özünün yükdaşıma nəqliyyat vasitəsi hesab etməsi yox, Madridin “Eurostar Madrid” otelinin restoranında adını çəkmək istəmədiyimiz millət vəkillərindən biri ilə yeyib-içdiyi vaxt saldığı dava-dalaşdır. Əldə etdiyimiz məlumata görə, gətirdiyi şərablardan və cürbəcür ispan içkilərindən qəbul etdikdən sonra hörmətli akademik bəziləri ilə “haqq-hesab çürütmək” fikrinə düşüb. “Haqq-hesab” o qədər səs-küylü və aqressiv olub ki, nəinki restoran və oteldəkilər, hətta ətraf məhəllələrdə yaşayan sakinlər də narahat olublar. Yalnız ispan polisi işə qarışdıqdan sonra dava-dalaş dayanıb və bardakı hörmətli həmvətənlərimiz dağılışıblar.


İspaniyada keçirilən “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” tədbirindən fraqment

Bəs A.Məhərrəmovu özündən çıxaran o məşum səbəb nə imiş? Deyilənə görə, Azərbaycanın İspaniyadakı səfiri, hörmətli akademikin oğlu Anar Məhərrəmovla şeyxin qudası Əli Evsen adlı iş adamı arasında olan ixtilaflar ucbatından baş verən bəzi “hörmətsizlik”lər onu özündən çıxarıb. Abel müəllimin fikrincə, Əli Evsen ona və oğluna lazımi diqqət göstərməyib. Hətta Abel müəllim o gecə qeyzlənərək lovğa-lovğa söyləyirmiş: “BDU elə-belə yer deyil. Minlərlə gəncin, yüzlərlə ziyalının toplaşdığı bir müəssisədir. Əgər mən istəsəm onların gücü ilə bir anda ölkədəki sabitliyi poza bilərəm.” Mənbəmizin verdiyi məlumata görə, A.Məhərrəmov hətta şeyxi gecəyarı qaldığı nömrədən çıxararaq qudasına “tərbiyə” verməsi" tələbi ilə  restorana gətizdirib.

Səfər iştirakçılarından birinin dediyinə görə, o gecənin səhəri tədbirin keçirildiyi salonda da utandırıcı anlar yaşanıb. Hələ də özünə gələ bilməyən Abel müəllim, çıxış edərkən olduqca yayğın olub, məntiqsiz və rabitəsiz  sözlər səsləndirib. Mənbəmizin dediyinə görə, orada olan yerli və xarici jurnalistlər, ötən gecə baş verənlərdən xəbərdar olan konfrans iştirakçıları öz aralarında pıçıldaşaraq, onun hələ də ayılmadığını deyir və rişxəndlə gülürdülər.


İspaniyada keçirilən “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” tədbirindən daha bir fraqment

Bütün bunlardan sonra yəqin ki, A.Məhərrəmov özünün və oğlunun taleyini həll edib. Daha bundan sonra minlərlə tələbənin oxuduğu və çoxsaylı ziyalının işlədiyi BDU ona etibar edilməyəcək. Atalar demişkən, artıq tamah baş yarar. Abel müəllimin də tamahı özünün və oğlunun başını beləcə yardı.

Dünən bu mövzuda musavat.com yazı dərc etdikdən az sonra ölkə başçısı Abel Məhərrəmovu BDU-nun rektoru vəzifəsindən azad edilməsi haqda sərəncam imzaladı. Bax beləcə, Abel Məhərrəmov da vüsala qovuşdu. 20 ildən çox müddətdə BDU kimi nüfuzlu bir universitetdə rektor olmuş adamın karyerası bu cür biabırçılıqla yekunlaşdı.

Xatırladaq ki, hələ bu ilin may-iyun aylarında A.Məhərrəmovun səfir oğlu haqda yerli mətbuatda yazılar dərc olunub. Həmin yazılarda Anar Məhərrəmovun çaxır alverilə məşğul olduğu, bu məhsulları Azərbaycana diplomatik möhür altında göndərdiyi bildirilirdi.

Həmçinin İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının prezidenti Fərid Mustafayev Azərbaycan hökumətinə səfir Anar Məhərrəmovun Dağlıq Qarabağ məsələsində davranışları, bu mövzuda müzakirələri qadağan etməsindən şikayətləndiyi barədə Prezident Administrasiyasına, Azərbaycan XİN-ə və Milli Məclis rəhbərliyinə şikayət məktubu yazdığı bildirilirdi. Həmin məqalədə o da bildirilirdi ki, Fərid Mustafayevin məktubu parlament və Prezident Administrasiyasında müəyyən şəxslərə çatandan sonra Xarici İşlər Nazirliyinə araşdırma aparmaq tapşırılıb.

Sonda onu da xatırladaq ki, A.Məhərrəmovun oğlu Anar Məhərrəmov 5 aprel 2016-cı ildə səfir təyin olunub. Bu o ərəfə idi ki, hər gün Qarabağ cəbhəsindən şəhid xəbərləri və cənazələri gəlirdi.

loading...
loading...
Üzərindən ata və anasının bağırsaqları çıxdı - AĞLASIĞMAZ SƏBƏB...
Tanrının 54 gün sonra göndərdiyi mükafat - FOTOLAR + VİDEO
"Qaliblərin imtahansız qəbulu ürəkbulandıran addımları daha da gücləndirərdi..."
"Kitabı varaqlamağa başladım və təpəmin ortasından tanış tüstü çıxmağa başladı..."
Solovyov qorxdu, duelə getmədi...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
“Rusiya Qarabağ probleminin həllini ona görə istəmir ki...”
Gündəm
“Xırda insidentlər böyük müharibəyə çevrilə bilər” – XƏBƏRDARLIQ!
Gündəm
“Boykot çağırışı ermənilərin növbəti təxribatıdır”
İqtisadiyyat
“Üzləşdiyim erməni elitasına mənsub böyük iş adamları dedilər ki…”
İdman
“Arsenal”ın yarımmüdafiəçisi: “Mxitaryanın şərəfinə Bakıda qalib gələcəyik”
Həftənin ən çox oxunanları
"Emin 444" öldürən çempionun yaralı görüntüsü yayıldı - FOTO
DYP əməkdaşları "Gelendevagen" deyir, "Niva"nın sahibi isə daş atıb başını tutur ki...
Əhmədova Abdullayevin ifşa videosunu yaydı: "Tövbə edin və heç kimin haqqına girməyin"
"Bir neçə gün öncə Bakının mərkəzində erməni tələbə yoldaşımı gördüm...”
“Şəmistana fəxri ad versələr, inciyərəm...”
Şüvəlanda "su qiyməti"nə dəbdəbəli villa satışa çıxarıldı - 10 milyon manat + VİDEO
“Şuşa və Laçının işğalı ilə bağlı sövdələşmə aparmış 3 nəfərdən biri Türkiyədə yaşayır…”
"İran ermənilərin qarşıdakı xəyanətinin hesabını indi deyil, daha sonra soracaq..."
Şəmkirin icra başçısından Dilqəm Əsgərovun oğluna KİŞİ SÖZÜ...
Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)