Rusiyanın Şimal dənizində nüvə gəmilərinin və sualtı qayıqların iştirkaı ilə təşkil etdiyi təlimlər Qərbdə ciddi narahatlıqla müşahidə edilməkdədir.
Bu təlimlər Qərbin nüvə təhlükəsi ilə üz-üzə qalması, nüvə zərbələrinin ehtimal edilən hədəflərindən biri olması kimi dəyərləndirilə bilərmi?
Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə son illər dünyada hərbi-siyasi gərginliyin əhəmiyyətli dərəcədə artdığına diqqət çəkdi:
“Artıq bu kimi təlimlərlə heç kimi təəccübləndirmək mümkün deyil. Irimiqyaslı təlimlər həm NATO, həm də Rusiya tərəfindən tez-tez keçirilir. NATO son illərdə hərbi təlimlərin say və miqyasını artırıb. Baltikyanı ərazilərdə bu yaxınlarda keçirilən təlimlərin də coğrafiyası kifayət qədər geniş idi. Bu təlimlər Polşa, Almaniya, Pribaltikanın bir hissəsini və s. əhatə edirdi. Yəqin ki, indi Rusiya buna cavab olaraq bu təlimləri keçirir.
Təbii ki, təlimlərin artması hərbi-siyasi gərginliyin atmasından xəbər verir. Son illər ərzində NATO-Rusiya və ABŞ-Rusiya münasibətləri gərginləşib. Ona görə də tərəflər hərbi ssenarilərin gerçləşməsi ehtimalalrını məşq edirlər”.
Seymur ƏLİYEV