Xəbər lenti
11/12/2018 [00:03]:
Paşinyan sərhədlərin açılması ilə bağlı Türkiyəyə yalvardı: "Bir şərtlə ki..."
10/12/2018 [23:57]:
Xalq yazıçısının qızı müraciət etdi: “İsa Muğannanı dünya tanımalıdır, ona görə də...”
10/12/2018 [23:39]:
Ermənistan prezidentinin ailəsi də “soyqırım qurbanı” çıxdı - Növbəti erməni həyasızlığı...
10/12/2018 [23:18]:
“Bunları XX əsrdən XXI əsrə mütləq aparmalı idik” – Furidin Cəlilovun “əsrin nəsri” seçimi
10/12/2018 [23:15]:
Ermənistanda gözlənilən oldu
10/12/2018 [23:09]:
Ermənistanı yeni dövrdə nələr gözləyir?
10/12/2018 [23:06]:
“Qarabağ klanı” Paşinyanın qələbəsini həzm edəcəkmi?
10/12/2018 [23:03]:
Paşinyan növbəti 6 aya hazırlaşmalıdır!
10/12/2018 [23:00]:
Yeniyetmə söyüşə görə bıçağa əl atdı - BAKIDA ŞOK CİNAYƏT
10/12/2018 [22:46]:
““Fatehlərin divanı”nın bilinməyən 26 seriyası məndədir, onları...” – Xalq yazıçısı
10/12/2018 [22:29]:
Toydan qayıdarkən evindən oğurluq edildiyini görüb... - 2900 manat
10/12/2018 [22:15]:
Ermənistan müxalifəti seçkilərlə bağlı sərt bəyanat yaydı
10/12/2018 [22:02]:
Həyatınızı dəyişəcək 2019-cu il: Dəyişikliyə təhlükə deyil, yeni imkanlar kimi baxın...
10/12/2018 [21:59]:
Qar ABŞ-ı "dondurdu" - 276 min adam...
10/12/2018 [21:49]:
Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirildi -FOTOLAR
10/12/2018 [21:46]:
Amöb qadının beynini yedi - ŞOK
10/12/2018 [21:38]:
"Mənim imkanım yoxdur ki, gedib Türkiyədə, Almaniyada müalicə alam" - Sabiq nazir
10/12/2018 [21:34]:
"Yerevan hər vəchlə dünyaya sübut etmək istəyir ki, o, Rusiyanın forpostu deyil"
10/12/2018 [21:24]:
Uşağa hər gün bir yumurta yedizdirin
10/12/2018 [21:20]:
Mənzildə qadın meyiti aşkarlanıb
10/12/2018 [21:18]:
Naxçıvanda döyüş atışlı taktiki-xüsusi təlimlər keçirildi - FOTOLAR
10/12/2018 [21:17]:
Atatürk parkındakı ictimai iaşə obyektləri sökülür - VİDEO
10/12/2018 [21:11]:
Yeniyetmə söyüşə görə, tanımadığı şəxsi bıçaqladı...
10/12/2018 [20:48]:
Azərbaycan Su İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Səttar Mehbalıyevi təbrik etdi
10/12/2018 [20:44]:
Ramana körpüsünün üzərindəki qəza aeroport yolunda tıxac yaratdı
10/12/2018 [20:42]:
“Qarabağın komendantı dedi ki, ermənilər  Mikayıl Gözəlovu, ya da səni girov götürməyə çalışır...”
10/12/2018 [20:38]:
İşsizlərə müavinət ödənilməyəcək
10/12/2018 [20:33]:
Bu ölkədə hökumət yeni doğulan körpələri yataqla təmin edir -Maraqlı...
10/12/2018 [20:29]:
ABŞ-da təbii fəlakət - 276 min adam işıqsızdı
10/12/2018 [20:13]:
Məşhur ulduz başını böcəklərlə dolu şüşənin içinə saldı - MARAQLI
10/12/2018 [20:10]:
Dövlət Gömrük Komitəsinin Akademiyasında hazırlıq kurslarının dinləyiciləri ilə görüş oldu
10/12/2018 [20:08]:
Ölkəmiz beynəlxalq antikorrupsiya hərəkatının fəal üzvüdür
10/12/2018 [20:07]:
Ucuzlaşan və bahalaşan ərzaqların SIYAHISI
10/12/2018 [20:01]:
Həbib və Konorla bağlı iclas təxirə salındı
10/12/2018 [19:51]:
Heydər Əliyevin xatirəsi Qars şəhərində ehtiramla yad olundu
10/12/2018 [19:50]:
Məşhur iş adamının qızı cinayətə qurban getdi - FOTO
10/12/2018 [19:49]:
Aygün Kazımovanın yarımçıq qalan təhsili, baş tutmayan istək – Məktəb konsertindən “Altın Kələbək”ə
10/12/2018 [19:41]:
Azərbaycanda müəllim 7-ci sinif şagirdi ilə evləndi: "Ona dərs demişəm"
10/12/2018 [19:19]:
Alimlərdən şok: Tehran hər il 22 sm çökür…
10/12/2018 [19:18]:
Dövlət İmtahan Mərkəzi Gəncədə hazırlıq kursları təşkil edib
10/12/2018 [19:15]:
2018-ci ildə vəzifəyə təyin olunan jurnalistlər -SİYAHI
10/12/2018 [19:11]:
“Junior Eurovision” gələn il bu ölkədə keçiriləcək
10/12/2018 [19:07]:
Qaraçuxur və Əmircan susuz qalacaq
10/12/2018 [18:58]:
Qubada məktəbdə yanğın - İcra başçısı hadisə yerinə gəldi
10/12/2018 [18:44]:
Tahir İmanov “Bu şəhərdə”ni tənqid etdi - “İti satiraları yoxdur”
10/12/2018 [18:41]:
Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi -FOTOLAR
10/12/2018 [18:38]:
“O video saxtadır, tərbiyəm imkan verməz ki...” - Ziyafət Əsgərov
10/12/2018 [18:33]:
“Maşın”da onların iştirakı dəqiqləşdi -FOTOLAR
10/12/2018 [18:30]:
İstanbul Universitetində “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin nümayişi keçirildi
10/12/2018 [18:03]:
Ustadını minnətdarlıq əlaməti olaraq odda yandırdı - DƏHŞƏT...
10/12/2018 [18:01]:
Prezident övladlığagötürmə ilə bağlı fərman imzaladı
10/12/2018 [17:52]:
İlham Əliyev Burkina-Fasonun dövlət başçısını təbrik etdi
10/12/2018 [17:41]:
Azərbaycan Dillər Universitetində ümummilli lider Heydər Əliyev anılıb
10/12/2018 [17:39]:
Kanada azərbaycanlıları erməni təxribatına etiraz edir
10/12/2018 [17:37]:
Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM
10/12/2018 [17:35]:
İlham Əliyev onlara fəxri adlar verdi - SİYAHI
10/12/2018 [17:30]:
Zərgər mağazasına girən qadın çalışanlara böyük qorxu yaşatdı - VİDEO
10/12/2018 [17:30]:
ADP idarə heyətinin növbəti toplantısı keçirilib
10/12/2018 [17:23]:
Manat və dolların sabahkı MƏZƏNNƏSİ
10/12/2018 [17:19]:
ADPU-da "Milli-mənəvi, maddi-mədəni dəyərlərimiz və erməni qəsbkarlığı" adlı elmi-praktiki seminar keçirilib
10/12/2018 [17:11]:
Bakı meriyası “Qarabağ mitinqi”nə “YOX” dedi
10/12/2018 [17:07]:
“Bakutel 2018” təşkilatçıları “Bakcell”ə “Ən yaxşı təqdimat” sertifikatı verdi
10/12/2018 [17:04]:
Aksiyaya qoşulan əlil gənc polisin hücumuna məruz qaldı - VİDEO
10/12/2018 [17:03]:
“Nar” gənclərə karyera qurmaqda dəstək olur
10/12/2018 [17:00]:
Azərbaycanda şok hadisə: Evli kişi məktəbli qızı zorladı, daha sonra qaçırdı
10/12/2018 [16:59]:
Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir - “Judo Club 2012” idman kulubunda
10/12/2018 [16:55]:
Azercell könüllü gənclərlə həmrəy oldu
10/12/2018 [16:51]:
Siam əkziləri bir yaşını qeyd edəcək -FOTOLAR
10/12/2018 [16:50]:
AXC-nin yaranmasının 100 illiyi Bosniya və Herseqovinayada qeyd olundu - FOTOLAR
10/12/2018 [16:35]:
Bakıda qadından həmcinslərinə qarşı cinayət
10/12/2018 [16:30]:
“Çünki, onlar şərəfsizdirlər” - Ərdoğan Qərbin İÇ ÜZÜNÜ açdı - VİDEO
10/12/2018 [16:14]:
Qurban Qurbanov unutmasın ki... - “Xəzər-Lənkəran”ın rəsmisindən SƏRT AÇIQLAMA
10/12/2018 [16:06]:
Aİİ-də Qarabağla bağlı müzakirələr aparıldı
10/12/2018 [16:01]:
Ramil Usubov işdən çıxarılan rəis müavininə vəzifə verdi
10/12/2018 [15:55]:
"Bezdim" - Koçaryanın vəkili azərbaycanca danışdı - VİDEO
10/12/2018 [15:51]:
Gəncədə qızla oğlan dəm qazından zəhərləndi - Biri öldü
10/12/2018 [15:46]:
Aydın Mehdiyev: ”Kikboksinq idman növü ölkədə öz populyarlığı ilə seçilir”
10/12/2018 [15:43]:
Ermənistanda Paşinyanın heykəlini dağıtdılar -FOTOLAR
10/12/2018 [15:40]:
Ombudsman: "İnsan hüquqları sahəsində problemlərdən biri də gender bərabərliyinin pozulmasıdır"
10/12/2018 [15:34]:
Daha 110 dövlət əmlakı hərraca qoyuldu –Şəkidə istirahət mərkəzi satışa çıxarıldı
Bütün arxiv bir sırada
16/11/2018 [18:26] - Dünya - ( 930 dəfə baxılıb)

İsrail xüsusi təyinatlısı Qəzza bölgəsində necə fəaliyyət göstərir: Teraktlar, təxribatlar, adam oğurlamaq...



İsrail müdafiə nazirinin istefası ölkə üçün son dərəcə ağrılı başqa bir olayla – SAXAL-ın elit xüsusi təyinatlısı zabitinin həlakıyla şübhəli şəkildə üst-üstə düşüb. İstisna deyil ki, nazir İsrail xüsusi bölmələrinin bu böyük iflasına görə məsuliyyəti öz üzərinə götürə bilərdi. İsrail xüsusi təyinatlısı necə hərəkət edir, taktikasının səciyyəvi özəllikləri nədədir və əvvəlki oxşar iflası necə olub?

Ərəb sosial şəbəkələrinin məlumatına görə, bazar günü noyabrın 11-də İsrail xüsusi təyinatlısının əməliyyatının gedişində HƏMAS-ın bir neçə yüksəkməqamlı komandiri öldürülüb. HƏMAS-ın mətbuat təmsilçisi Fəvzi Bəhrum “ağciyər sionist hücumu” pisləyib və “qərhəmancasına Müqavimət”i öyüb.

Amma təkcə fələstinlilər itki verməyiblər. SAXAL-ın mətbuat xidməti təsdiqləyib ki, İsrail xüsusi təyinatlısının Qəzzya gecə reydinin gedişatında xüsusi təyinatlının elit bölməsinin komandiri, podpolkovnik M. öldürülüb. Bu, İsrail xüsusi təyinatlısı üçün ciddi itkidir, axı “Sarsılmaz qaya” əməliyyatının bitdiyi andan belə itkilər olmayıb. Habelə ad və soyadı elan edilməyən bir zabit də yaralanıb.

“Vzqlyad” qəzetinin məlumatına görə, bu hadisəyə aid hər şeyə ən ciddi məxfilik qrifi qoyulub. Və, bu, şübhəsiz, düzgündür. İsrail hökuməti əməliyyata qatılmış öz hərbçilərini, agenturanı ifşadan, əməliyyatın taktiki özəlliklərini isə yayılmadan bu qaydayla qoruyur.

Bütün bunlarla yanaşı başqa bir məsələ aydındır: xüsusi təyinatlı dəstə komandirinin həlakı İsrailin döyüşçülər dəstəsinin bir sıra qaçılmaz səhvlər buraxdığının əlamətidir. İkinci zabitin yaralanması isə səbəblərini təyin edilmiş komissiyanın üzə çıxaracağı səhvin dərəcəsini gücləndirir.

SAXAL-ın xüsusi təyinatlısı artıq yetərincə uzun müddət belə itki vermirdi. Deməli, istisna deyil ki, bu hadisə, ən azı, İsrail müdafiə naziri Avigdor Libermanın istefasının səbəblərindən biri ola bilərdi (amma, çox ehtimal ki, burada onun şəxsi günahı cüzidir).

Əməliyyatın ayrıntılarını və səhvlərin səbəblərini araşdırmağı komissiyaya həvalə edək. Lakin İsrail xüsusi təyinatlısının, adətən, necə fəaliyyət göstərdiyindən və belə səhvləri nə qədər tez-tez buraxdığından danışmaq tamamilə mümkündür.

Əslində, xüsusi xidmətlərin terrorçuların liderlərini aradan qaldırmağa yönəlmiş fəaliyyəti heç də yeni deyil. “Əski əhd”in (Bibliyanın birinci bölümü-red.) “göz əvəzinə göz” ehkamı nəzərə alınmaqla İsrail xüsusi təyinatlısı üçün isə tamamilə səciyyəvidir. İsraillilər üçün ölkələrinə və vətəndaşlarına qarşı yönəlmiş heç bir hücumu cəzasız qoymamaq xarakterikdir.

Budur, bir neçə örnək. 1995-də Maltada “İslam cihadı” təşkilatının başçısı Fəthi Şkəki İsrail xüsusi xidmətlərinin biri tərəfindən öldürülüb. 2001-in aprelində Cəninə şəhərində İsrail ordusundan həbsxanada gizlənən mühəndis Ayad Hərdan telefon budkasında partladılıb. 2001-in oktyabrında “Duvdevan” döyüşçülərinin həmləsi nəticəsində 2000-in oktyabrından 2001-in sentyabrınadək dövrdə Samariya bölgəsində onlarla terakta sorumlu olan iki başçı Uaəl Asəf və Əsəd Dəka məhv edilib.

İsarilin xüsusi bölmələri olduqca zirəkdir. Məsələn, sözügedən “Duvdevan” (“Albalı”) xüsusi təyinatlı dəstədə “mistaravim”, yəni hərfi mənada “ərəbə oxşar” bölməsi yaradılıb. Bölməyə səciyyəvi yəhudi görkəmi olmayan və aktyor kimi cildə girməyə qabil şəxsləri götürürlər. Onları ərəblər kimi geyinmək, danışmaq, yerimək, oturmağa öyrədirlər. Onların vəzifəsi kütləyə qarışmaq və diqqəti çəkməməkdir. Bu döyüşçülər ərəblərin kütləvi yaşadıqları rayonlarda fəaliyyət göstərirlər. Bölmənin  əsas vəzifələrindən biri kütləvi mitinq və yürüşlərə qarşı müqavimətdir. Aydındır ki, istənilən “yığıncaq” bacarıq məsələsidir. Təşkilatçılar tədbir uğurlu olsun deyə kütlənin içində yerləşən və hərəkətlərilə onu aparan bir neçə (20-ə qədər) adam hazırlayırlar. Əslində, “yığıncağın” uğurunu da onların fəallığı müəyyən edir. “Mistarav”lar kütləyə yayılır, fəalları üzə çıxarır, diqqət çəkmədən onlara yaxınlaşırlar. Obyektə yaxınlaşıb silahı kürəyinə dirəyir və sakitcə qırağa çəkilməyi təklif edirlər. Maşın təyin edilən yerə gəlir və fəalı sürətlə aparır. İğtişaş törədənlər kütlədən yox olandan sonra kütlə sakitləşir və dağılışır.

Amma SAXAL-ın başqa xsusi təyinatlı dəstələri də sonradan belə taktika işlətməyə başlayıb – o cümlədən döyüşçülərin liderlərini oğurlamaq və məhv etmək üçün. Deməli, məsələn, “Şeldaq” dəstəsi kəşfiyyat apararaq məhv obyektinin yaşayış yerini, maşınını müəyyən edir və imkan daxilində maşına və ya evə radiomayak quraşdırır. Aviasiya mayakın siqnalı üzrə raket zərbəsi endirir.


Bu əməliyyata birbaşa qatılanların sözlərilə İsrail xüsusi təyinatlısının fəaliyyətinin ayrıntılı təsviri də var. Budur, İsrailin əməkdar xüsusi təyinatlısının “mistaravim”in tərkibindəki ilk fəaliyyət təcrübəsi haqda xatirələrindən fraqment. Xatırladaq ki, SAXAL-da, o cümlədən ən elit bölmələrdə müddətlilər xidmət edirlər.

“Bizə belə əməliyyatların aparılmasında çox böyük təcrübəsi olan komandir başçılıq edirdi. Komandir günlərin birində dənizdən Qəzzaya çıxarılan yaraqlılar dəstəsilə görüşməyə vədələşdi… Biz bu düşərgədən olan fələstinlilərə yardıma çağırılmış fələstinlilərin rolunu oynayırdıq. Komandir yaraqlılara izah etdi ki, biz düşərgənin bu yaxınlarda ələ alınmış sakinləriyik və hələlik bizimlə söhbət etməyinə dəyməz. Bu bizə susmaq və bölgəni və dili bilməməyi gizlətmək imkanı verdi.

Biz yaraqlılarla günün oğlan çağı görüşdük, tonqal qaladıq və hansı tərəfdən zərbə gözləmək lazım gəldiyini və hansı yanlış hərəkətin məni ələ verəcəyini bilmədən qorxudan necə titrədiyim yadımdadır. Yaraqlılar yaxşı hazırlanmışdı və həddindən artıq ehtiyatlıydılar. Həm də biz ərəb geyimlərinin altında gizlətdiyimiz tapançalarla silahlansaq da, barıt çəlləyinin üstündə oturmaq duyumu heç vaxt keçmirdi. Yaraqlılar bizim komandirlə söhbətdən sonra gərəkən şeyləri əldə etmək və yeni adamlar ələ almaq üçün pul verdilər. Amma söhbət hər dəfə yüksək nota keçəndə biz tapanaçaları əlüstü çıxarmağa hazır idik.

Yalnız sonra, xeyli il keçəndə başa düşdüm ki, komandirin halı necəymiş. Axı biz ona güvənə bilirdiksə, o bizə həmişə güvənə bilmirdi. Hər şeydən şəklənən yaraqlılardan daha çox biz  öz qərarsızlığımızdan işi istənilən an korlaya bilərdik.

Günlərin birində gərəkən bütün məlumatlar toplananda və oyunu bitirmək lazım gələndə biz yeni görüş yerinə gəldik. Komandir bildirdi ki, yaraqlılar şübhələnib və bizi öldürməyə cəhd edə bilərlər. Biz pusqu qurmağı qət etdik. Düzdür, zəif silahlanmışdıq, amma qəfillik amili və qalib gəlməyə güclü motivasiya olan komandirimiz bizimləydi. Bir də hansısa hazırlıq.

 Biz ağaclarda mövqe tutduq, çünki başqa imkanımız yox idi. Tilov ipiylə əlaqə saxlayırdıq: bir hərəkət – “diqqət!”, ikisi – daha nəsə. Yadımdan çıxıb. Atəş açmaq və sürətlə aşağı düşmək imkanı verən mövqe quraşdırdıq. Amma gözlənilən dörd yaraqlının əvəzinə birdən onu gəldi. Birbaşa ağacın altında əyləşdilər və məşvərətə başladılar. Biz bu zaman onları görə və dinləyə bilirdik. Komandir hansısa bir anda yaraqlıların bizi aradan götürmək qərarına gəldiyini eşidərək tilov ipi vasitəsilə hücuma hazırlaşmaq əmri verdi. Tapançaları, bıçaqları və qumbaraları hazırladıq… Bir neçə dəqiqəqdən sonra hər şey bitmişdi. Onlar gözlənilməzlikdən müqavimətə hətta macal da tapmadılar. Yeddisini öldürdük, üçünü əsir götürdük”.

Budur, maskalanma hərəkətiylə bağlı başqa bir örnək.

2007-nin 8 sentyabrında İsrail ordusunun bölməsi HƏMAS-ın səhra komandirlərindən biri, Əbu-Xalid ayamasıyla ad çıxarmış Muavəş əl-Kadini oğurladı. KİV-lər məlumat verdilər ki, əl-Kadinin HƏMAS yaraqlılarının əlində olan İsrail əsgəri Gilad Şalitin oğurlanmasında əli var. əl-Kadi cümə günü axşam ailəsi və daha bir adamla cümə namazından evə dönərkən yerli qəbiristanlıq bölgəsində oğurlandı. Dörd yol ağzında açıq kapotlu mikroavtobus yolu kəsmişdi. əl-Kadi yanaşı yola çıxdı. Qəflətən qıraqda yerə çökməyə başlayan bir qoca göründü. əl-Kadi maşını saxladı və nə baş verdiyini öyrənməyə çıxdı. Bu zaman HƏMAS-ın “a-Koah a-Bitsui” deyilən xüsusi bölməsinin libaslarında bir neçə silahlı adam ona sarı sıçradı (yeri gəmişkən, əl-Kadi rəsmən ora məxsus idi). Onlardan biri özəl vasitədən istifadə etməklə yaraqlını neytrallaşdırdı, başqaları isə ailəni çıxartdı və maşında axtarış apardı. əl-Kadini bundan sonra öz maşınına əyləşdirib tezliklə helikopterin endiyi və ələ keçirilən yaraqlıyla əməliyyat iştirakçılarını götürdüyü Dəhaniyə aeroprtuna sarı yollandılar.

Artıq belə gətirir ki, xüsusi təyinatlının fəaliyyəti haqda əsasən tez-tez olmasa da, yenə də baş verən iflaslardan sonra məlum olur. İsrail xüsusi təyinatlısının bütün tarixi ərzində ən ağrılı belələrindən biri 1997-ci il sentyabrın 5-də gecə baş verib.

16 döyüşçüdən ibarət dəstə podpolkovnik İosi Kurakinin başçılığı altında Livan sahillərinə çıxarılıb. Döyüşçülər Əntsariyə kəndinə sarı yollanıblar. Hansı məqsədlə – geniş ictimaiyyətə indiyədək məlum deyil. İsrailin bildirdiyi kimi, dəstə təsadüfən “Hizbullah” və “Amal” döyüşçülərinin pusqusuna və onların qurduğu minaya düşüb. Sonuncuların törətdiyi partlayışdan döyüşçülərin apardıqları partladıcı maddələr işə düşüb. Partlayış, habelə yaraqlıların atəşi nəticəsində dəstə komandiri başda olmaqla 11 döyüşçü, həmçinin xilas komandasının həkimi həlak olub. Yaralanmış döyüşçülər uzun müddət ərzində onlarda yaraqlıyla və Livan ordusunun əsgərlərilə döyüş aparıb. Onlar “Hizbullah”ın dörd döyüşçüsünü maşınla birgə məhv etməyi bacarıb və meyidlərin  çoxunun təxliyəsinə yardım ediblər. Amma baş serjant İtamar İliyanın cəsədi yaraqlılarda qalıb… Sonradan xüsusi təyinatlının əməliyyatı nəticəsində “Hizbullah”ın döyüş qrupu məhv edilib. Təşkilat rəhbərinin  oğlu Hadi Nəsrullah da dəstələrin birində olub. Sonralar onun cəsədi və başqa yaraqlıların cəsədləri xüsusi təyinatlının cəsədinə dəyişdirilib.

Əntsariyə rayonunda o vaxt gerçəkdə nə baş verdiyi indiyə qədər məlum deyil. Hər necə olsa da, etiraf etməmək olmaz ki, İsrail xüsusi təyinatlısı planlaşdırma və əməliyyat keçirilən zaman səhv edib.

İsraildə bu günlərdə baş vermiş hadisə 1997-dən bəri bu səviyyədə mahiyyətcə ilk b elə itkidir. İsrail xüsusi təyinatlısının Qəzzadakı fəaliyyətinin iflasının məhz buna görə belə böyuk önəmi var və ölkənin müdafiə nazirinin istefasını törətməsə də, tamamilə təsir edə bilərdi.(Strateq.az)

Həyatınızı dəyişəcək 2019-cu il: Dəyişikliyə təhlükə deyil, yeni imkanlar kimi baxın...
Məşhur ulduz başını böcəklərlə dolu şüşənin içinə saldı - MARAQLI
Məşhur iş adamının qızı cinayətə qurban getdi - FOTO
Aygün Kazımovanın yarımçıq qalan təhsili, baş tutmayan istək – Məktəb konsertindən “Altın Kələbək”ə
2018-ci ildə vəzifəyə təyin olunan jurnalistlər -SİYAHI
Ədliyyə: 1918-2018
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Ermənistan prezidentinin ailəsi də “soyqırım qurbanı” çıxdı - Növbəti erməni həyasızlığı...
Ədəbiyyat
““Fatehlərin divanı”nın bilinməyən 26 seriyası məndədir, onları...” – Xalq yazıçısı
Dünya
Bu ölkədə hökumət yeni doğulan körpələri yataqla təmin edir -Maraqlı...
Cəmiyyət
“Ziyalılarımızı başqasının ailə məsələsinə burun soxmalarından çəkinməyə çağırıram...”
Dünya
Restoranda robot ofisiantların xidməti müştəriləri təəccübləndirdi -VİDEO
Həftənin ən çox oxunanları
"Əgər Prezident Leyla xanımı bu vəzifəni qəbul etməyə razı sala bilsə..." - TƏKLİF
Fitnəkar ruslar ermənilərə Naxçıvanı da vəd etdilər: Bəs bizimkilər niyə susur...?
Bu deputat Cəbrayılın kəndindəki erməni ailələrinin hər birinə 10 min dollar bağışlayıb...-VİDEO
Putin Paşinyanın xeyir-duasını çoxdan verib – Biz Qarabağın gününə ağlayaq...
Putin Paşinyandan niyə çəkinir?
“Vəfa Quluzadə, Tofiq Zülfüqarov və mən istefa verməsəydik, böyük problemlər olacaqdı”
"Ermənilərin yaşadığı ərazi Hüseynqulu xanın torpaqlarıdır, oranı da geri almalıyıq...”
Gələcək intim necə olacaq? - Alimlərdən maraqlı açıqlama...
“Fağır” Ermənistan silahlanma sürətinə görə dünyada üçüncü, Avropada birinci oldu...
Tramp ata Buşun dəfnində yarıməsrlik ənənəni pozdu - FOTO+VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə