Bu Meydan - bu da Şeytan!.. - 30 ildir Şeytana uduzmaqdayıq, bəylər!..
Oxunub: 3660
17 Nov 2018 | 18:07
Bu Meydan - bu da Şeytan!.. - 30 ildir Şeytana uduzmaqdayıq, bəylər!..
Qarabağı ermənilərə, rifahımızı korrupsionerlərə, milli mənəviyyatımızı, qeyrətimizi nəfsimizə uduzuruq...

Düz 30 il öncə  Azərbaycan Respublikasının paytaxtı  Bakıda Meydan hərəkatı başlandı. Amma insan, müsəlman,  türk üçün Meydan yüz illər, min illər öncədən, dünya xəlq ediləndən  var, Şərlə Xeyirin, Şeytanla İnsannın, İnsanla öz nəfsinin savaş Meydanı...  

***

Min illərin mübarizələri ilə yanaşı,  işğalları,soyqırımları, repressiyaları, mütiliyindən, köləliyindən də keçib gəlirdik  17 Noyabr Meydanına... Azərbaycan, Türk, Müsəlman kimliyimizi qanımızda, genimizdə daşısaq da, əksəriyyətimiz hələ bunların mahiyyətini dərk etmədən girdik  bu Meydana... Amma xislətimizdə yüz illərdən bəri dədə-babalarımızın işlətdiyi  “Bu Meydan, bu da Şeytan” şüarıyla meydana daxil olduq... Bizi “İlin qəhrəman xalqı”, “dünyanın ən qeyrətli xalqı” adlandırıb aldadaraq öz taktiki və strateji planları naminə enerjimizdən yararlanmaq məqsədi güdənlər bizlərə təlqin etdilər ki, vuruşacağınız  Şeytanlar yalnız “Qırmızı şeytan” adlandırılan Sovet imperiyası, onun Azərbaycandakı “kommunist nökərləri” və Qarabağa göz dikmiş erməni işğalçılarıdır...

*** 

Biz Meydanda deyilən şeytanlara qarşı vuruşsaq da, içimizdəki və içimizdəki əsil Şeytanı unutduq. Amma o, bizləri unutmadı və elə içimizdən bizləri usta-usta, asta-asta gəmirib yeməyə başladı. Ta ki, biz taqətimizi itirib nə Bakıda Azadlıq meydanında, nə də Qarabağdakı səngərlərdə durmağa gücümüz qalmayanadək...  Meydanın 30 il öncəki o qızğın çağlarında Şeytanın minbir hiylə və oyunlarla “dünyanın ən qeyrətli xalqı”nın əlindən Qarabağı alıb ermənilərə verəcəyini heç təsəvvürümüzə gətirməzdik... Amma bu baş verdi. Və dünən bizi “ən qeyrətli xalq” adlandırıb  SSRİ-ni yıxmağa təhrik edənlər cəmi 3-4 il sonra ermənilər yıxdığımız imperiyanın dağıntıları arasında torpaqlarımızın açıq-açığına işğalına başlayanda, Azərbaycana qarşı misli görünməmiş soyqırımlar, vəhşiliklər törədəndə   arxamızda durmadılar... Çünki onların da məqsədi bizi bütövlükdə işğal etmək, ruhumuza, sərvətlərimizə yiyələnmək idi...

*** 

İçimizdəki Şeytan bizləri elə hiylələrlə uyutdu ki, pafoslu, hay-küylü çıxışlar edənlərə də aldandıq, özümüz də bəzən belə çıxışlar yapıb özümüzü lider sandıq... Lider sandıqlarımızı da elə bütləşdirdik ki, onların səhvlərini, bəzən hətta xəyanətlərini aşkar edənləri düşmən sandıq... Sonra ayrı-ayrı firqələrə bölündük və hər firqənin öz lideri oldu, eynən cahiliyyə dövründə hər tayfanın öz bütü olduğu kimi... Bu minvalla faktiki İslamdan çıxıb bütpərəstliyi qəbul etdik. Amma bu bütlərə sitayiş daha təhlükəli idi. Çünki onlar daşdan, tuncdan, taxtadan deyildi, canlı, şüurlu insanlar idi. Bu bütlər  dünən Meydanda, ən azı, fiziki baxımdan bütöv olan xalqı neçə-neçə  bütpərəst kütlələrə parçaladı.  O kütlələr biri-biri ilə ideoloji, psixoloji, bəzən hətta fiziki baxımdan toqquşdu, həbs olundu, güllələndi, zindanlarda çürüdü... Bu minvalla 30 il öncə 1 milyonu meydana toplaya bilən xalqın mübarizə gücü, potensialı, bölündü, parçalandı, tükəndi... Şeytana da elə bu lazım idi...

*** 

Lakin Şeytan bununla da kifayətlənib dayanmadı. İllərlə firqələrə bölünmüş bizləri daha kiçik birliklərə, təşkilatlara, sonradan fərdlərə parçalamağa başladı. Bunun üçün o, müxtəlif  alver, biznes mənbələrindən, eləcə də xaricdən, daxildən açılan qrant kranlarından yararlandı. Əksəriyyət para qazanmaq, dolanmaq məqsədi ilə o  mənbələri, o kranları ələ keçirmək uğrunda mübarizəyə başladı.  Qarabağ, türkçülük, millətçilik, mənəviyyat, vicdan, namus, qeyrət kimi dəyərlər yalnız dillərdə qaldı... Əməldə bunları yalnız ayrı-ayrı fədakar fərdlər daşıdı...Yerlilik, kəndçilik,  qohumluq, əqrəbalıq, dayılıq, əmilik, dostluq, əsgər, tələbə yoldaşlığı və s. kanalları işə düşdü. Bütün növ, qanuni, qanunsuz alver, ticarət, kredit, sələm növlərinə meydan verildi. Qarabağ, Vətən, millət, türkçülük, şəhidlik, insan haqlarl dəyərləri başda olmaqla  ailə, uşaq, toplum, daş, torpaq, ağac, heyvan və s. nə adda istəsən, qurumlar, birliklər meydana çıxdı. Amma heç biri də nə birliyə, nə türkçülüyə, nə xalqın rifah halının əsl mənada yüksəlməsinə, nə də Qarabağın azadlığına nail oldu. Əksinə, alver üstdə, pul üstdə, kredit, qrant üstdə başlar yarıldı... Hərə ağzını bir yana tutdu... Şeytana da elə bu lazım idi...

***

Meydana girəndə biz onu da bilmədik ki, bizi qızışdıran xarici və daxili güclər elə Şeytana bağlıdır. Onlar yüz minlərlə fərdin meydanda, səngərlərdə potensialını tükətdikdən, ən qeyrətlilərin canlarını aldıqdan sonra  yerdə salamat qalan əksəriyyəti loyal, liberal xislətli kütləni gələcək məqsədləri üçün “yenidən tərbiyə  etməyə” başladılar.... Bu “yenidən tərbiyə” ilk vaxtlar, elə Qarabağda müharibə gedən axtlarda da “sarı qəzetlər”, videoprikat zalları, xarici seriallar, videokliplər, müğənnilər vasitəsi ilə aparılırdı. Lakin Qarabağda “atəşkəs” əldə edildikdən və neftin, qazın Qərbə axınını təmin olunduqdan sonra isə demək olar ki, yeni açılan bütün özəl telekanallar, onlarda çıxış edən  aparıcı , aktyor və müğənnilər, bayağı, açıq-saçıq, biabırçı reklamlar, verilişlər, seriallar, elektron nəşrlər, saytlar, portallar və s. bu “yenidən tərbiyə”yə  qoşuldu. Dünən totalitar “qırmızı imperiya”nı yıxmaq üçün ayllarla, illərlə meydanlarda can qoymuş milyonlardan ibarət xalqa, onun milli-mənəvi dəyərlərinə qarşı bu gün “demokratik yaşıl dollar imperiyası” kütləvi və genişmiqyaslı hücuma keçdi... Nəticədə Şeytan ayaqların; ayaqlarının üstünə aşırıb çiynimizdə və içimizdə oturub əl çalıb qəh-qəh çəkməyə başladı...

*** 

Bir sözlə, hər şey göz önündədir. Gündüzlər telekanallara, gecələr otellərə, restoranlara, barlara, saunalara, gözəllik salonlarına baxmaq kifayətdir... 1988-ci ildə Meydanda öyündüyümüz ümummilli qeyrət, namus, mənəviyyatdan, abır-həyadan bu gün danışmaq yersizdir. 20 faiz torpaqlarımızla bərabər onlar da itirilməkdədir. Yəni, bu gün yenidən özümüzü lider sanaraq pafoslu çıxışlar yapsaq da, etiraf etmək lazımdır ki, son 30 ildə Şeytana uduza-uduza gəlmişik, bəylər. Bunun bir səbəbi də o idi ki, çoxumuz dinimizdən. Quranımızdan, Peyğəmbərimizin(s) yolundan bixəbər olduq,  səmimi, ixlaslı  mübarizə aparmadıq, birimiz şöhrətlənmək, o birimiz varlanmaq, vəzifəyə, kürsüyə, ev-eşiyə yiyələnmək yolunu tutduq.  Biri-birimizə təkəbbürlə yanaşdıq, biri-birimizi həzm etmədik... Allah rizazı üçün yox,  filan partiyanın, filan liderin, filan “demokratik ölkə”nin rizası üçün  çalışdıq.... 

***

Haramlara qurşandıq, halalları unutduq. Bu gün deyirik ki, filan nazir, filan rektor arağın, çaxırın güdazına getdi. Bu gün müsəlman, türk hesab etdiyimiz bu xalqın kişilərinin xeyli hissəsi  araq , çaxır, pivənin  “küpü”nə girməkdə rusu da, erməni də,  fransızı  da keçməkdədir... Nə yazıqlar ki, bu haramçılığa qoşulan qadınlarımızın, qızlarımızın da sayı artır... 

***

Xülasə, uzun-uzadı danışmağa dəyməz. Qarabağı ermənilərə, iqtisadiyyatımızı, rifahımızı korrupsionerlərə, milli  mənəviyyatımızı, qeyrətimizi nəfsimizə uduzduq... Bütövlükdə içimizdəki Şeytana uduzduq...

*** 

Şükür  ki, Meydan hərəkatı sayəsində qazandıqlarımız; hüquqi cəhətdən müstəqil dövlətimiz, orrdumuz, bayrağımız, himnimiz, bayrağımız, gerbimiz də var. Allahımız, Quranımız, ibadət etməyə məscidlərimiz var... Və  Qarabağın azadlığı da, korrupsioner şəbəkənin çöküşü də, mənəviyyatımızın tənəzzülünün durdurulması da  Allaha, dövlətə, bayrağa, Vətənə, xalqa bağlı qəlblərimizdən keçir... Yalnız imanlı, ixlaslı mübarizə ilə içimizdəki və içimizdəki Şeytanı məğlub edə bilərik...

Sultan Laçın
Oxşar xəbərlər
11:27, Bu gün
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
11:22, Bu gün
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini “Vaxtanqov Teatr Menecerləri Festivalında Azərbaycanı təmsil edəcək
11:20, Bu gün
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
11:16, Bu gün
Azərbaycanda sahibkarlıq inkişaf edibmi?
11:15, Bu gün
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
11:08, Bu gün
TikTok Yenilənmiş Platforma İcma Təlimatlarını açıqladı
11:05, Bu gün
Peter Siyarto: Azərbaycanla əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
11:03, Bu gün
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
11:01, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:59, Bu gün
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
10:58, Bu gün
Bu il 39 minə yaxın şəxsə sosial müavinət və təqaüd təyin olunub
10:56, Bu gün
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO
10:53, Bu gün
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
10:53, Bu gün
Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular
10:53, Bu gün
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
10:52, Bu gün
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:49, Bu gün
Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO
10:48, Bu gün
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
10:39, Bu gün
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
10:21, Bu gün
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
10:15, Bu gün
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
09:29, Bu gün
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
09:25, Bu gün
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
09:22, Bu gün
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
09:00, Bu gün
Süni spermatozoidlər yaradılacaq
09:00, Bu gün
Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri
08:58, Bu gün
Səhər yeməyində hansı qidalar zərərlidir?
08:56, Bu gün
İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
08:55, Bu gün
İçməli suda təhlükəli bakteriyalar aşkarlanıb
08:36, Bu gün
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
08:35, Bu gün
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
08:00, Bu gün
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
07:58, Bu gün
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
07:33, Bu gün
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
07:26, Bu gün
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
07:13, Bu gün
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
06:42, Bu gün
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
06:39, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:01
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:21
İraq Prezidenti COP29-a dəvət olunub
24 Apr 2024 | 21:12
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 20:45
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:38
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:30
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
24 Apr 2024 | 20:25
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
24 Apr 2024 | 20:20
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:08
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
24 Apr 2024 | 20:05
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
24 Apr 2024 | 20:02
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:59
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
24 Apr 2024 | 19:54
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
24 Apr 2024 | 19:51
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
24 Apr 2024 | 19:48
Əskiparaya gedən yol açıldı - VİDEO
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 19:43
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
24 Apr 2024 | 19:40
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
24 Apr 2024 | 19:37
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:30
Türkiyə XİN-dən 1915-ci il hadisələri ilə bağlı bəyanatlara REAKSİYA
24 Apr 2024 | 19:24
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
24 Apr 2024 | 19:21
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
24 Apr 2024 | 19:19
Ukrayna xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizədliyinə etiraz ediblər
24 Apr 2024 | 19:17
Müşviq qalmaqal yaşadığı aparıcının verilişinə qatıldı - VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:09
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı
24 Apr 2024 | 18:58
Krım körpüsü bağlanıb
24 Apr 2024 | 18:54
Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub
24 Apr 2024 | 18:48
Bu gün və sabahın ən maraqlı qarşılaşmaları - AFİŞA
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 12:57
50 yaşdan sonra bu meyvələrdən imtina etməlisiniz: TƏHLÜKƏLİDİR
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 14:34
Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...  
24 Apr 2024 | 12:23
24 aprelin xoşbəxt bürcü: Ulduzlar inanılmaz uğur vəd edir
24 Apr 2024 | 11:41
Hadrutdan ürəkaçan görüntülər - VİDEO
24 Apr 2024 | 12:51
Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO
24 Apr 2024 | 11:33
Dayısı oğlunun toy günü onların evinə girdi - FOTOLAR
HƏFTƏLİK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 12:57
50 yaşdan sonra bu meyvələrdən imtina etməlisiniz: TƏHLÜKƏLİDİR
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 14:34
Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...  
24 Apr 2024 | 12:23
24 aprelin xoşbəxt bürcü: Ulduzlar inanılmaz uğur vəd edir
24 Apr 2024 | 11:41
Hadrutdan ürəkaçan görüntülər - VİDEO
24 Apr 2024 | 12:51
Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO
24 Apr 2024 | 11:33
Dayısı oğlunun toy günü onların evinə girdi - FOTOLAR