22 noyabr tarixindən etibarən Ermənistanda dövriyyəyə yeni pullar buraxılacaq. Modderator.az-ın verdiyi məlumata görə, yen pul vahidlərinin erməni “Dram”ının 25 illiyi münasibəti ilə buraxıldığı bildirilsə də, ekspertlər əsas səbəbin fərqli olduğu qənaətindədir. Mütəxəssislərin fikrincə, Ermənistndakı iqtisadi böhran rəsmi İrəvanı maliyyə siyasətində redaktələr etmək məcburiyyəti qarşısında qoyub.
Daha bir maraqlı məqam dövriyyə buraxılacaq 50.000-lik dramlarla bağlıdır. Belə ki, bu pullarn üzərində xristianlığın Ermənistanda qəbulunda əsas rol oynayan erməni katokilosu Qriqor Lusavoriçin təsviri yer alacaq ki, bu da erməni kilsəsinin rəsmi İrəvan üzərindəki zəfəri kimi dəyərləndirilir.
Yeni 2000 dramların üzərində isə erməni şahmatçısı tiqran petrosyanın təsviri əks olunub.