“Deputatların çoxunun şəxsi biznesi var, heç maaşa ehtiyacları da yoxdur...”
Oxunub: 2507
20 Nov 2018 | 10:23
“Deputatların çoxunun şəxsi biznesi var, heç maaşa ehtiyacları da yoxdur...”
“İndiki şərtlərlə Azərbaycan insanı inanmır ki, 65 yaşına qədər yaşayacaq"

Yeni Azərbaycan Partiyasının qurucularından sayılan sabiq deputat, iqtisadçı professor Əli Əlirzayev “Yeni Müsavat”a geniş müsahibə verib. Onunla son günlər əsas müzakirə mövzusuna çevrilən BDU-nun rektoru Abel Məhərrəmovun vəzifəsindən azad edilməsi və eləcə də gündəmdə olan digər məsələlərlə bağlı söhbət etdik.

- Əli müəllim, hazırda nə işlə məşğulsunuz?

- İqtisad Universitetində professoram. Elmi məqalələr, dissertasiyalar yazıram. Yaxşı tələbələrim var. Kitablar da yazıram. Hələ elə bir yaşım yoxdur, qarşıda görəcəyim çox işlər var.

- Əli bəy, partiyadaşınız, YAP-ın Siyasi Şurası və İdarə Heyətinin üzvü olan Abel Məhərrəmovla bağlı son günlərdə baş verənləri necə dəyərləndirirsiniz?

- Bir şəxsin başına bu cür işlər gələndə onun haqqında danışmaq nə şəxsiyyətimə, nə xarakterimə, nə də nəslimə yaraşır. Hətta məndən kiminsə xoşu gəlməsə də, onun haqqında da danışmaram. Abel müəllimi çoxdan tanıyıram. YAP-ın yarandığı ilk illərdə onu tanımırdım. Universitetə gedəndə bizi yüksək səviyyədə qarşılayırdı. Heydər Əliyevin siyasətini çox bəyənir, onu sevirdi. Bunun əsasında o, millət vəkili seçildi. Rektor da olmağı təsadüfi deyildi. İnsan hər zaman səhv edə, yıxıla bilər. Onunla çox yaxın olmamışam. Heç Milli Məclisdə belə yaxınlığımız olmayıb. Onunla bağlı baş verən hadisələrdən xəbərsiz idim. Kənar şəxslər bu barədə mənə məlumat verdilər. Hesab edirəm ki, Abel Məhərrəmovla bağlı baş verənlər olmamalı idi. İndi onun harada hansı səhvləri etdiyini bilmirəm. Mən də xarici ölkələrə az səfər etməmişəm. Düşmənlərlə belə üz-üzə oturmuşam. Ermənilərə açıq şəkildə sözümü demişəm. Hər birimiz dövlətimizi və millətimizi qorumalıyıq. Abel müəllim sahəsi üzrə elmimizə töhfələrini verib. Bir faktı deyəcəm. 1998-ci ildə rəhmətlik Heydər Əliyev məni yanına çağırıb dedi ki, sizin universitetə kimi rektor qoyaq. Açıq şəkildə məni qoymayacağını dedi. O zaman İqtisad Universitetində münaqişələr var idi. Sonralar gördüm ki, tam doğru qərar imiş. Abel müəllim Qərbi Azərbaycanda doğulub. O yerlərin insanları möhkəm adamlardır. Amma siyasət elə bir şeydir ki, gərək səhv etməyəsən. Səhv etdiyin zaman başına çox işlər gəlir. Abel Məhərrəmovun qardaşlarını tanıyıram. Yaxşı ailədirlər. 

- Qurucusu olduğunuz bir partiyanın funksionerinin bu cür hallara yol verməsi sizi təəssüfləndirirmi?

- YAP şəxslərdən ibarət deyil. Hər zaman bu partiyanın yaradıcılarından biri kimi o partiya ilə fəxr etmişəm. Bu partiyadan heç zaman imtina etməyəcəm, məni lap çıxarsalar belə. YAP-ın Siyasi Şurasından çıxsam da, Səbayel rayon təşkilatında Siyasi Şura üzvüyəm. Biz bu partiyanı yaradıb, Heydər Əliyevin başına yığışdıq. Düşünmürdük ki, nə zamansa hakimiyyətə gələrik. Biz bir dəyər ətrafında yığışmışdıq və bu dəyəri heç zaman ucuz tutmaram. Yeri gələndə YAP yolunda sona qədər gedərəm. Nələrsə bu gün unudula bilər, yaxud keçmişi unuda bilərlər. Amma kimliyindən asılı olmayaraq keçmişə hər zaman nəzər salmaq lazımdır. Baxıb demək lazımdır ki, bunun da xidmətləri olub, ona da hörmət etmək lazımdır. Görürsən ki, sadə bir adam, polis və ya qeyrisi olsun, insanın üstünə elə qışqırır ki, sadəcə, dəhşətə gəlirsən. Belə şeylər olmamalıdır. Bu, millətin çatışmazlığıdır.

- Hazırkı YAP rəhbərliyindən kimlərlə əlaqələriniz qalıb? Sizi xatırlayanlar varmı?

- Açığı, əlaqəm olanların çoxu rəhmətə gedib. Amma Maksim Musayev, Eldar İbrahimov, Siyavuş Novruzov kimi şəxsləri görmüşəm. Köhnələr bunlardır. Çoxları isə  Heydər Əliyev hakimiyyətə gələndən sonra partiyaya gəliblər.

- Parlamentin son iclaslarında büdcə müzakirələri getdi. İclasları izlədinizmi və dövlət büdcəsi barədə nə deyə bilərsiniz?

- Büdcədə inkişaf var. Artım müşahidə olunur. Dünyada gedən iqtisadi münaqişələrə baxanda az dirçəliş var. Amma üstün tərəflər odur ki, qeyri-neft sektorunda ciddi artım var. Sosial sahələrdə də inkişaf nəzərə çarpır. Təbii ki, problemlər də az deyil. Pensiyada yaş hədlərində müəyyən dəyişikliklər edilməlidir. Sosial-müdafiə məsələlərində islahatlar ola bilər. Elə etmək lazımdır ki, insanların kənd yerlərindən şəhərə axınlarının qarşısı alınsın. Buna potensialımız da var. Turizmin inkişafına diqqət daha çox artırılmalı, sahibkarlığa daha ciddi önəm verilməlidir. Sovet dövründə yoxsulluq yox idi. Amma indi yoxsulluqdan danışırıq. Yoxsulluq aradan qaldırılmalıdır. Deputat olduğumuz vaxtlarda da bu cür fikirlərimi daim səsləndirmişəm. Mən Heydər Əliyevin iqtisadi siyasətini o zaman yazmışdım. Kitabımı da ona vermişəm. Milli Məclisdə əyləşənlər proqnozları, hesabları bilməlidirlər. Büdcə proqnozdur, statistika deyil. O elə olmalıdır ki, passiv olmasın. Yəni iqtisadiyyatın strukturlarını dəyişmək qabiliyyəti olsun.


- Parlamentin son iclasında deputat Vahid Əhmədov pensiyalardakı yaş həddini tənqid etdi. Nazir Sahil Babayev isə yaş hədlərinin normal olduğunu söylədi. Siz necə düşünürsünüz?

- Bu yaralı yerimdir. Pensiyalarda yaş həddi mütləq aşağı olmalıdır. Bunu alim kimi deyirəm. 65 yaş indiki şəraitdə çoxdur. Bunu müzakirə etmək lazımdır. Kəndlərdə görürsən ki, 50-55 yaşı var, amma işləyə bilmir. Nəticədə dolanışığı çox ağırlaşır. 60-65 yaşında bir insan harada işləyəcək? İndiki şərtlərlə Azərbaycan insanı istəmir ki, Sosial Müdafiə Fonduna pul keçirsin. Deyir ki, 65 yaşına qədər yaşayacağımı bilmirəm. Bu yöndə müəyyən işlər görmək lazımdır. Orta yaşam dövrünün neçə yaş olduğunu deyə bilmərəm. Bunu necə hesablayıb deyirlərsə, bu onların öz işidir. Azərbaycan əhalisi bu günü üçün çalışır. İnsanlar istəmir ki, bu gün qazandıqları pulu 65 yaşından sonra alacağı pensiya üçün Sosial Müdafiə Fonduna keçirsin.

- Milli Məclisin son iclaslarında deputatlar maaşlarının azlığından gileyləndilər. Sizcə, onların maaşları artırılmalıdır?

- Mən də deputat pensiyası alıram. Təbii ki, maaşlar artırılanda mənimki də artırılacaq. Amma onların maaşları artırılsa, ölkədə digər əmək haqları da artırılmalıdır. İstənilən halda bu, narazılığa səbəb olmamalıdır. Belə fikirlər olmamalıdır ki, niyə filankəsin maaşı artır, amma mənimki yox. Əgər inkişaf varsa, hansı istiqamətlərdə maaşların verilməsindən asılı olmayaraq, uyğun faizlərlə artımlar edilməlidir. Amma bir şeyi nəzərə almaq lazımdır ki, 20-25 il deputat olanlar var. Lakin ölkənin  problemlərinin həllinə imkanları daxilində kömək etmirlər. Özlərinin şəxsi biznesləri var və bunu böyütməklə məşğuldurlar. Həmin deputatların heç maaşlarına ehtiyacları da yoxdur. Qanunla deputat bizneslə məşğul olmamalıdır. Mən də deputat olmuşam, amma bir su köşküm də yoxdur ki, gedib su içim. 4-5 universitetdə işləmişəm. İndi də yaşımın bu vaxtında iş dalınca ora-bura qaçıram. Çünki yaşamaq üçün ehtiyaclarımı ödəyə bilmirəm. Pensiyam da təbii ki, buna çatmır. Hamı bu vəziyyətdədir. Maaşlarda artımlar bütün sahələri əhatə etməlidir. İndiki vaxtda ehtiyaclarımız çoxalıb. Deputatların aldıqları maaşlarla dolana bilməmələri normaldır. Bir şeyi nəzərə almaq lazımdır ki, onların xərcləri özlərinə uyğun şəkildədir. Şəxsən mən həyat yoldaşımla özümün müalicəsi üçün ayda min manat dərmana verirəm. Deputatlar maaşlarının artırılmasını istəyirlər, qoyun istəsinlər, amma unutmasınlar ki, səmərəli işləmək lazımdır. Deputat statusu çox gözəl bir şeydir. Mən deputat dadını görmüşəm. Hara getmişəmsə, yolum açılıb. Vaxtilə nazirlər məni qəbul edirdi, deputatlıqdan düşdükdən sonra mühafizəçi belə qəbul etmir. Deyir ki, deputat olmusan, nə olsun ki. Bax belə hallar insana pis təsir edir. Əgər deputata beş min insan səs veribsə, bunu doğrultmaq lazımdır. Bir rayon təsəvvür edin ki, ona səs verib. O, məhsuldar çalışarsa, bir rayonun problemlərinin həllinə ciddi köməyi dəyər. İnsanların haqları uğrunda həmin şəxslər mübarizə aparmalıdırlar. İstənilən halda deputatlara hörmət etmək lazımdır, deputatlıqdan gedənlərə də bu hörmət qoyulmalıdır. Türkiyədə olduğu kimi onların nüfuzlarını qorumaq lazımdır. Niyə mən deputatlıqdan gedəndən sonra bəzi yerlər tərəfindən qəbul olunmuram? Belə halları görən deputat deyir ki, niyə məhsuldar çalışmalıyam, onsuz da səhəri gün başqasının gününə düşəcəm. (Gülür).

- Parlamentin buraxılacağı, növbədənkənar seçkilərin keçiriləcəyi barədə söhbətlər dolaşır...

- İndiki parlamentin 2020-ci ilə qədər vaxtı var. İki il müddəti qalan parlamenti buraxmağın nə mənası var? Mənə elə gəlir ki, parlamenti buraxmağa ehtiyac yoxdur. Sadəcə, Milli Məclis məhsuldarlığı artırmalı, sosial ədaləti bərqərar etməlidirlər. Guya parlament buraxılsa, yeni deputat olsalar, indikindən yaxşı olacaqlar? İndi deputatlar var ki, onların çoxları ilə zamanında birlikdə çalışmışam, məni görəndə deyirlər ki, yerin görünür. Düşünürəm ki, hazırda parlamentdə olan bəzi deputatlar dəyişdirilməməlidir.

- Əgər parlament buraxılıb yeni seçkilər keçirilsə, yaxud 2020-ci ildə seçkilər olsa, iştirak edəcəksiniz?

- 2020-ci ilə iki il var. O müddətdə sağ olsam, yaxud görsəm ki, mənə qarşı münasibət yaxşıdır, arxamda dayananlar var, o zaman fikrimi deyərəm. Namizəd olmaq üçün 450 min imza yığmağın özü də çətindir. İndi elə də ciddi qüvvəm də yoxdur. Partiyam da mövcud deyil ki, insanları imza yığmağa cəlb edə bilim. İndidən nəsə bir söz deyə bilmərəm.

- Azərbaycan dili ilə bağlı müzakirələr son aylarda daha da aktuallaşıb. Rusdillilərin artması qınaq obyektinə çevrilib...

- Dil bilmək yaxşı şeydir. Dərs dediyim tələbələrim var ki, onlar ingilis dili öyrənirlər. Səbəbini soruşuram, deyir ki, magistraturaya hazırlaşıram, yaxud da haradasa işləyəcəyini deyir. Mən də rus dilini əla bilirəm. Hətta danışanda deyirlər ki, bunu harada öyrənmisən. Amma öz dilini unudub, ailədə, küçədə xarici dildə danışmaq düzgün deyil. Dil bilməyi qadağan etmək lazım deyil. Lakin Azərbaycan dilini hər yerdə birinci sıraya qoymaq lazımdır. Məktəblərdə əsas dil də ana dilimiz olmalıdır. Ailədə uşaqları rus dilini öyrənməyə məcbur etmək, rus dilində danışmağa təhrik etmək yolverilməzdir. Azərbaycan dili sevimli dilimizdir. Onu qorumaq və inkişaf etdirmək lazımdır.

- Ana dilimizdə bərbad danışıq da son günlərin əsas müzakirəsinə çevrilib. Xarici işlər naziri Elmar Məmmədyarovun Türkiyədəki çıxışı bu istiqamətdə tənqidləri daha da artırdı...

- Başqa şəxslərin dilimizdə necə danışdıqları barədə onlara yönəlik heç nə deməyəcəm. Kim nə cür danışır, özü yaxşı bilir, cəmiyyət də görür. Prezident İlham Əliyev Azərbaycan dilində də, ingilis və rus dillərində də danışanda hamı ləzzət alır. Hansı dildə danışırsansa, gərək təmiz danışasan. Rusdilliləri müəyyən mənada qınaya bilmirəm. Çünki onlar orta məktəbi bu dildə oxuyublar, yaxud xaricdə təhsil alıblar. Amma həmin şəxslər ana dilimizdə təmiz danışmağı öyrənməlidirlər. Bunun üçün hətta müəllim də tutmalıdırlar. Bir insan kimi Elmar Məmmədyarova böyük hörmətim var. Savadlı diplomatdır. Öz işini mükəmməl bilir.
Oxşar xəbərlər
20:48, Bu gün
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
20:47, Bu gün
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
20:22, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
20:14, Bu gün
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:09, Bu gün
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
20:01, Bu gün
Azərbaycanda sayt rəhbəri həbs olundu
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
GÜNLÜK
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR