Əbdürrəhman Fətəlibəyli Düdənginski nə məqsədlə qətlə yetirildi? - ARAŞDIRMA...
Oxunub: 4769
20 Nov 2018 | 21:22
Əbdürrəhman Fətəlibəyli Düdənginski nə məqsədlə qətlə yetirildi?  - ARAŞDIRMA...
AZƏRBAYCAN LEGİONERLƏRİNİN KOMANDİRİ, “AZADLIQ”  RADİOSUNUN BAŞ  REDAKTORU NİYƏ  QƏTLƏ YETİRİLDİ?
(“DTK CASUSU  1954-CÜ İLDƏ NOYABRIN 20-DƏN 21-NƏ KEÇƏN GECƏ Ə. FƏTƏLIBƏYLI- DÜDƏNGİNSKİNİ  NƏ MƏQSƏDLƏ  ÖLDÜRDÜ?)

1954-cü ilin noyabrın 20-də “Azadlıq” radiosunun “Azərbaycan” redaksiyasının Baş redaktoru Əbdürrəhman Fətəlibəyli-Düdənginski Münhenin “Alpen-plate-6” meydanındakı bir mənzildə qətlə yetirildi.
Mayor Ə. Fətəlibəyli-Düdənginskinin qətli ilə bağlı Almaniyada nəşr edilən “Abendzeytung”, “Der Stern”, “Kuik” qəzetlərində geniş məlumatlar verildi. Münhendə nəşr edilən “Abendzeytung” qəzeti yazırdı: “1954-cü ilin noyabrın 22-də bazaar ertəsi günü Münhenin  Alpen-plate-6” meydanında Mikayıl İsmayılovun meyiti tapıldı. Meyit basdırıldıqdan sonra məlum oldu ki, əslində öldürülən - “Azadlıq” radiosunun nüfuzlu işçisi Fətəlibəyli imiş. Cani isə Mikayıl İsmayılovdur. Ancaq hələ noyabrın 26-da dəfn günü “Azadlıq” radiosuna belə bir xəbər çatdı ki, Fətəlibəyli  İsmayılovu özünümüdafiə zamanı öldürübmüş. Bu xəbərin kim tərəfindən verildiyi məlum olmadı. Ancaq şənbə günü noyabrın 28-də, bir həftədən bəri işə çıxmayan Fətəlibəylinin cani deyil, öldürülən olduğu məlum oldu. Bu, heç bir axtarışın nəticəsi deyildi. Sadəcə olaraq Azərbaycan redaksiyasının üzvləri bu xəbəri alman polisinə çatdırdılar. Təhqiqat nəticəsində 3 gün əvvəl İsmayılov adı ilə basdırılan meyidin Fətəlibəyli olduğu müəyyənləşdirildi. İsmayılovun – qatilin şəkli bir həftədən sonra, dekabrın 2-də qəzetlərin şənbə axşamı sayında dərc edildi”.
Bəs Ə.Fətəlibəyli-Düdənginski nə məqsədlə qətlə yetirildi?
Təbii ki, Ə. F. Düdənginskini “Azadlıq” radiosunda  Sovet rejiminə qarşı apardığı təbliğat işlərinə görə qətlə yetirdilər. Bundan əvvəl onun qardaşı Seyfulla da müəmmalı şəkildə motosiklet qəzasında həlak olmuşdu.
Ə. Fətəlibəyli-Düdənginskini, onu hələ müharibədən – legioner həyatı illərindən tanıyan azərbaycanlı Mikayıl İsmayilov qətlə yetirmişdi. Müharibədən sonra İtaliyada yaşayan, 1951-ci ildə Bakıya qayıtdıqdan sonra “DTK” tərəfindən ələ keçirilən M. İsmayılova Almaniyaya gedib Ə. Fətəlibəylini öldürmək tapşırığı verilir. Almaniyaya gəldikdə o, bu vəddən imtina etməyə çalışsa da, baş tutmur. Beləliklə, 1954-cü ilin noyabrın 20-dən 21-nə keçən gecə birlikdə yeyib-içdikdən sonra çəkic aləti ilə Ə. Fətəlibəylini vurub öldürmüşdü.
M.İsmayılov isə Sovet İttifaqına qayıtdıqdan sonra onu Bakıda, Şüvəlandakı bağında asıb öldürdülər. DTK onu asmaqla həm də izi itirmək istəyirdi.
Ə.F.Düdənginski Sovet rejiminin işğalı mahiyyətini açıqlayan yazıları və verilişləri ilə sovet dövlətini narahat edirdi. Mayor  Ə.F Düdənginskinin həm sovet hərbçiləri, həm də legionerlər arasında böyük nüfuzu var idi. O legionerlərdən Azərbaycana qayıdıb, onu xeyirxahlıqla xatırlayanlar da az deyildi. Ə.F.Düdənginski rus dilində təhsil almış və bu dildə də ideoloji təbliğat aparırdı. Onun Münhendə “SSRİ-ni Öyrənmə İnstitutu”ndakı çıxışları böyük maraqla qarşılanırdı. Onun bu fəallığı sovet dövlətini narahat etməyə bilməzdi.
Əbdürrəhman Əli oğlu Fətəlibəyli (Abo Düdənginski) 1908-ci ilin iyunun 12-də Naxçıvanın Şərur rayonunun Düdəngə kəndində anadan olub. Tiflisdəki hərbi-piyada məktəbini bitirib, sonra Azərbaycan diviziyasında xidmət edib. Moskvada Hərbi Akademiyada təhsil alıb. Minbaşı (mayor) rütbəsində olub. Sankt-Peterburq (Leninqrad) hərbi dairəsinin qərargahında xidmət etmiş, 6-cı şöbənin rəisi olmuşdur.
Sovet ordusunda bacarıqlı hərbi xidmətinə görə “Qızıl  Ulduz” ordeni ilə təltif edilib. İkinci Dünya müharibəsində Azərbaycan legionunun başçısı olub. ABŞ Konqresinin maliyyələşdirdiyi “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının, eyni zamanda, “Azərbaycan” jurnalının (C. Hacıbəyli ilə birlikdə) Baş redaktoru olub. 1954-cü ildə SSRİ DTK-sının (KQB) hərbi kəşfiyyatı tərəfindən qətlə yetirilib. Ə.Fətəlibəyli  Münhen yaxınlığında Noy-Ulm şəhərindəki qəbirstanlıqda qardaşı Seyfullanın məzarı yanında dəfn edilib. 
 “Azadlıq” radiosunda çıxışlarından (Azərbaycanlılara ilk müraciət, 1953-cü il, mart):  
1. “Biz azərbaycanlılar, Sovet İttifaqının başqa xalqları kimi, kommunist rejimini məhv edib, alınmış azadlığımızı qaytarmaqda qərarlıyıq. Harada olmağımızdan asılı olmayaraq, istər Sovet İttifaqında, istərsə də xaricdə – azad Qərbdə olaq, hamımız ürəkdən bir şeyi istəyirik: Kreml hakimiyyətinin yıxılmasını!
...Kommunist hakimiyyətinin ən ağır cinayətlərindən biri kimi, biz onun xalqın yaradıcı fəaliyyəti və ölkənin mədəni həyatı üzərindəki zülmünü qeyd edirik. Böyük Azərbaycan ədəbiyyatı, musiqisi, salnaməsi, elmi xalqın bütün yaradıcılıq fəaliyyətinin formaları Stalin tiranlığı ilə məhv edilmişdir”.
2. “Kremlə münasibətdə sərt siyasət” (Bülleten №109, 29 iyun, 1953-cü il):
“Vaşinqtonda Amerika senatının Xarici İşlər Komissiyasının sədri Aleksandr Uayl Amerika xalqına və onun müttəfiqlərinə çağırışla müraciət etdi. Sakitləşmə siyasəti – Uayt bildirirdi – dayandırılmalıdır. Sovetin Berlin bölməsində baş verən üsyan, Çexoslovakiyada, Polşada və Şərq blokunun digər ölkələrindəki qarışıqlıq Kreml hakimiyyətinin nüfuzlu olmadığını açıq sübut etdi. Qərbin azad dünyası Sovet hökumətindən təcavüzkar siyasətindən uzaqlaşmasını qətiyyətlə tələb etməlidir”.
3. “Danışır “Azadlıq” radiostansiyası!” (Bülleten N 2931).
“...Demokratiya  kommunizmə və sovet imperializminə ölüm hokum oxumuşdur.
Azad xalqların və əzilən xalqların barışmaz birgə mücadiləsi bu hökmü yerinə yetirəcək və inşallah Vahid Azad Dünya yaradılacaq!”
 Ə.F.Düdənginskinin Münhendə özünün redaktorluğu ilə iki dildə (Azərbaycan və rus) nəşr edilən “Azərbaycan” jurnalında Sovet dövlətinin siyasətini və kommunizm rejiminin bəşəriyyət üçün təhlükəliliyini tənqid edən yazıları da çap olunurdu.
ƏBDÜRRƏHMAN  FƏTƏLİBƏYLİ - DÜDƏNGİNSKİNİN 1946-cı  İLİN  23  MARTINDA  İNGİLTƏRƏNİN  BAŞ  NAZİRİ KLEMENT ETLİYƏ  YAZDIĞI  TARİXİ  MƏKTUB

Ə. Fətəlibəyli – Düdənginski  bu məktubunda SSRİ dövlətinin işğalçı mahiyyətini açıqlayır, ona qarşı bütün xalqların birləşib mübarizə aparması vacibliyini qeyd edir. Əslində bu məktub həm də SSRİ-yə qarşı soyuq mübarizə aparmağın güclü bir proqramıdır.
Həmin tarixi məktubdan:
“Bu gün İngiltərə və Amerikanın gücü bir də ondadır ki, bütün mütərəqqi və Vətənini sevən insanlar onların tərəfindədir. İngiltərə və Amerikanın ittifaqı, daha doğrusu Stalinlə, SSRİ və kommunizmlə bağlanmış qanunsuz müqavilədən imtina etmələri kifayətdir ki, bolşevizm tərəfindən əzilmiş bütün xalqlar öz azadlıqları və müstəqillikləri uğrunda müharibəyə başlasınlar. Biz hamıdan çox maraqlıyıq ki, bu müharibə daha çox siyasi olmalı və bolşevizmin əzdiyi xalqlar tərəfindən aparılmalıdır. Biz rus, ukraynalı, türk-müsəlman, qafqaz, polyak, yuqoslav, bolqar, macar, fin, baltikyanı və başqa xalqlardan ibarət xilaskar ordular təşkil edəcəyik.
Cənab Baş nazir, biz bunun üçün bolşevizmə qarşı vuruşurduq... Heç olmasa bir nəfər ingilis Stalini doğma ata, Beriya, Mikoyan, Tevosyan, Bela Kuna, Ku-Si-Nena və onlar kimi digər cinayətkarları rəhbər adlandırarmı? Əlbəttə, yox. Bəs onda niyə İngiltərə və Amerika bunu bizim xalqlardan tələb edir? Kim, harada, nə vaxt görüb, yaxud xahiş edib ki, rus, ukraynalı və türk müsəlmanların atalarının ad və soyadları Soso Cuqaşvili (İosif Stalin), Anastas Mikoyan, Mkırtç Tevosyan, Maliko Qoqlidze, Bela Kun və s. olsun. Həmin xalqlar belə quldur dəstəsini və SSRİ-ni dəyişmirlər, əksinə, onlara nifrət edir və ilk imkan düşən kimi bu beynəlmiləl quldur dəstəsini və onların yaratdıqları SSRİ-ni məhv etmək üçün yaşayırlar”.

Nəsiman Yaqublu, tarix elmləri doktoru
Oxşar xəbərlər
21:24, Bu gün
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
21:22, Bu gün
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
21:16, Bu gün
Kim Çen In lideri kədər içindədir...
21:14, Bu gün
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
21:07, Bu gün
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
20:56, Bu gün
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
20:55, Bu gün
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
20:21, Bu gün
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
19:54, Bu gün
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
19:52, Bu gün
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
19:51, Bu gün
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
19:41, Bu gün
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
19:39, Bu gün
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
19:30, Bu gün
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
19:17, Bu gün
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
19:14, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
18:59, Bu gün
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
18:48, Bu gün
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
18:37, Bu gün
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
18:35, Bu gün
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
18:35, Bu gün
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
18:21, Bu gün
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
18:06, Bu gün
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
18:04, Bu gün
İstidən sərinləmək üçün suya girdi
17:59, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
17:56, Bu gün
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
17:56, Bu gün
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
17:53, Bu gün
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
17:49, Bu gün
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
17:45, Bu gün
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
17:43, Bu gün
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
17:40, Bu gün
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
17:36, Bu gün
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
17:33, Bu gün
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
17:28, Bu gün
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
17:24, Bu gün
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
17:23, Bu gün
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
17:19, Bu gün
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
17:13, Bu gün
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
17:10, Bu gün
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
17:07, Bu gün
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
17:05, Bu gün
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
17:00, Bu gün
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
16:56, Bu gün
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
16:55, Bu gün
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
16:51, Bu gün
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
16:46, Bu gün
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
16:43, Bu gün
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
16:40, Bu gün
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
16:37, Bu gün
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16:35, Bu gün
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
16:32, Bu gün
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
16:26, Bu gün
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
16:21, Bu gün
Bu taksi şirkəti qiymətləri ARTIRDI
16:15, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
16:15, Bu gün
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
16:10, Bu gün
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
16:07, Bu gün
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:05, Bu gün
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
16:02, Bu gün
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
16:00, Bu gün
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
15:58, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:55, Bu gün
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
15:52, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
15:46, Bu gün
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:49, Bu gün
"Üçtərəfli bəyanat aktuallığını qoruyur" - Rusiya XİN-dən açıqlama
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
13:51, Bu gün
Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basdı - VİDEO
13:48, Bu gün
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO
13:44, Bu gün
Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”
13:40, Bu gün
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
13:36, Bu gün
Renat Dadaşovun çıxış etdiyi klubun stadionu dövlət tərəfindən müsadirə olunub
13:35, Bu gün
Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”
13:30, Bu gün
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
13:28, Bu gün
Prezident: “Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
GÜNLÜK
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır