Xəbər lenti
10/12/2018 [21:18]:
Naxçıvanda döyüş atışlı taktiki-xüsusi təlimlər keçirildi - FOTOLAR
10/12/2018 [21:17]:
Atatürk parkındakı ictimai iaşə obyektləri sökülür - VİDEO
10/12/2018 [21:11]:
Yeniyetmə söyüşə görə, tanımadığı şəxsi bıçaqladı...
10/12/2018 [20:48]:
Azərbaycan Su İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Səttar Mehbalıyevi təbrik etdi
10/12/2018 [20:44]:
Ramana körpüsünün üzərindəki qəza aeroport yolunda tıxac yaratdı
10/12/2018 [20:42]:
“Qarabağın komendantı dedi ki, ermənilər  Mikayıl Gözəlovu, ya da səni girov götürməyə çalışır...”
10/12/2018 [20:38]:
İşsizlərə müavinət ödənilməyəcək
10/12/2018 [20:33]:
Bu ölkədə hökumət yeni doğulan körpələri yataqla təmin edir -Maraqlı...
10/12/2018 [20:29]:
ABŞ-da təbii fəlakət - 276 min adam işıqsızdı
10/12/2018 [20:13]:
Məşhur ulduz başını böcəklərlə dolu şüşənin içinə saldı - MARAQLI
10/12/2018 [20:10]:
Dövlət Gömrük Komitəsinin Akademiyasında hazırlıq kurslarının dinləyiciləri ilə görüş oldu
10/12/2018 [20:08]:
Ölkəmiz beynəlxalq antikorrupsiya hərəkatının fəal üzvüdür
10/12/2018 [20:07]:
Ucuzlaşan və bahalaşan ərzaqların SIYAHISI
10/12/2018 [20:01]:
Həbib və Konorla bağlı iclas təxirə salındı
10/12/2018 [19:51]:
Heydər Əliyevin xatirəsi Qars şəhərində ehtiramla yad olundu
10/12/2018 [19:50]:
Məşhur iş adamının qızı cinayətə qurban getdi - FOTO
10/12/2018 [19:49]:
Aygün Kazımovanın yarımçıq qalan təhsili, baş tutmayan istək – Məktəb konsertindən “Altın Kələbək”ə
10/12/2018 [19:41]:
Azərbaycanda müəllim 7-ci sinif şagirdi ilə evləndi: "Ona dərs demişəm"
10/12/2018 [19:19]:
Alimlərdən şok: Tehran hər il 22 sm çökür…
10/12/2018 [19:18]:
Dövlət İmtahan Mərkəzi Gəncədə hazırlıq kursları təşkil edib
10/12/2018 [19:15]:
2018-ci ildə vəzifəyə təyin olunan jurnalistlər -SİYAHI
10/12/2018 [19:11]:
“Junior Eurovision” gələn il bu ölkədə keçiriləcək
10/12/2018 [19:07]:
Qaraçuxur və Əmircan susuz qalacaq
10/12/2018 [18:58]:
Qubada məktəbdə yanğın - İcra başçısı hadisə yerinə gəldi
10/12/2018 [18:44]:
Tahir İmanov “Bu şəhərdə”ni tənqid etdi - “İti satiraları yoxdur”
10/12/2018 [18:41]:
Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi -FOTOLAR
10/12/2018 [18:38]:
“O video saxtadır, tərbiyəm imkan verməz ki...” - Ziyafət Əsgərov
10/12/2018 [18:33]:
“Maşın”da onların iştirakı dəqiqləşdi -FOTOLAR
10/12/2018 [18:30]:
İstanbul Universitetində “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin nümayişi keçirildi
10/12/2018 [18:17]:
Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir - “Judo Club 2012” idman kulubunda
10/12/2018 [18:03]:
Ustadını minnətdarlıq əlaməti olaraq  odda yandırdı... 
10/12/2018 [18:01]:
Prezident övladlığagötürmə ilə bağlı fərman imzaladı
10/12/2018 [17:52]:
İlham Əliyev Burkina-Fasonun dövlət başçısını təbrik etdi
10/12/2018 [17:41]:
Azərbaycan Dillər Universitetində ümummilli lider Heydər Əliyev anılıb
10/12/2018 [17:39]:
Kanada azərbaycanlıları erməni təxribatına etiraz edir
10/12/2018 [17:37]:
Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM
10/12/2018 [17:35]:
İlham Əliyev onlara fəxri adlar verdi - SİYAHI
10/12/2018 [17:30]:
Zərgər mağazasına girən qadın çalışanlara böyük qorxu yaşatdı - VİDEO
10/12/2018 [17:30]:
ADP idarə heyətinin növbəti toplantısı keçirilib
10/12/2018 [17:23]:
Manat və dolların sabahkı MƏZƏNNƏSİ
10/12/2018 [17:19]:
ADPU-da "Milli-mənəvi, maddi-mədəni dəyərlərimiz və erməni qəsbkarlığı" adlı elmi-praktiki seminar keçirilib
10/12/2018 [17:11]:
Bakı meriyası “Qarabağ mitinqi”nə “YOX” dedi
10/12/2018 [17:07]:
“Bakutel 2018” təşkilatçıları “Bakcell”ə “Ən yaxşı təqdimat” sertifikatı verdi
10/12/2018 [17:04]:
Aksiyaya qoşulan əlil gənc polisin hücumuna məruz qaldı - VİDEO
10/12/2018 [17:03]:
“Nar” gənclərə karyera qurmaqda dəstək olur
10/12/2018 [17:00]:
Azərbaycanda şok hadisə: Evli kişi məktəbli qızı zorladı, daha sonra qaçırdı
10/12/2018 [16:59]:
Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir - “Judo Club 2012” idman kulubunda
10/12/2018 [16:55]:
Azercell könüllü gənclərlə həmrəy oldu
10/12/2018 [16:51]:
Siam əkziləri bir yaşını qeyd edəcək -FOTOLAR
10/12/2018 [16:50]:
AXC-nin yaranmasının 100 illiyi Bosniya və Herseqovinayada qeyd olundu - FOTOLAR
10/12/2018 [16:35]:
Bakıda qadından həmcinslərinə qarşı cinayət
10/12/2018 [16:30]:
“Çünki, onlar şərəfsizdirlər” - Ərdoğan Qərbin İÇ ÜZÜNÜ açdı - VİDEO
10/12/2018 [16:14]:
Qurban Qurbanov unutmasın ki... - “Xəzər-Lənkəran”ın rəsmisindən SƏRT AÇIQLAMA
10/12/2018 [16:06]:
Aİİ-də Qarabağla bağlı müzakirələr aparıldı
10/12/2018 [16:01]:
Ramil Usubov işdən çıxarılan rəis müavininə vəzifə verdi
10/12/2018 [15:55]:
"Bezdim" - Koçaryanın vəkili azərbaycanca danışdı - VİDEO
10/12/2018 [15:51]:
Gəncədə qızla oğlan dəm qazından zəhərləndi - Biri öldü
10/12/2018 [15:46]:
Aydın Mehdiyev: ”Kikboksinq idman növü ölkədə öz populyarlığı ilə seçilir”
10/12/2018 [15:43]:
Ermənistanda Paşinyanın heykəlini dağıtdılar -FOTOLAR
10/12/2018 [15:40]:
Ombudsman: "İnsan hüquqları sahəsində problemlərdən biri də gender bərabərliyinin pozulmasıdır"
10/12/2018 [15:34]:
Daha 110 dövlət əmlakı hərraca qoyuldu –Şəkidə istirahət mərkəzi satışa çıxarıldı
10/12/2018 [15:30]:
Xaşuqçinin son sözləri açıqlandı –Musiqi səsləri altında öldürülən jurnalist nə deyib?
10/12/2018 [15:22]:
Xarici ölkə səfirləri BSU-da...
10/12/2018 [15:15]:
Tramp üçün qorxunc ehtimal REALLAŞIR: 2019-cu ilin yanvarında...
10/12/2018 [15:14]:
ADPU-da Heydər Əliyevin anım mərasimi keçirildi -FOTOLAR
10/12/2018 [15:03]:
Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşdü
10/12/2018 [15:02]:
Bayram yarmarkalarına start verildi - 23 YERDƏ
10/12/2018 [14:58]:
Saakaşviliyə qarşı daha bir ittiham irəli sürüldü
10/12/2018 [14:57]:
Külli miqdarda pirotexniki vasitə aşkarlandı
10/12/2018 [14:57]:
Avtomobilin yanacaq çəninin içərisindən pirotexniki vasitələr tapıldı
10/12/2018 [14:56]:
Kremldən “sarı jiletli”lər haqda AÇIQLAMA: “Böhtandan başqa bir şey deyil”
10/12/2018 [14:56]:
Gömrük Komitəsinin sədri Hindistanın Azərbaycandakı səfiri ilə görüşdü
10/12/2018 [14:52]:
Respublika Veteranlar Təşkilatında Heydər Əliyeyin anım mərasimi keçirildi
10/12/2018 [14:42]:
Vitse-spiker: "Azərbaycanda siyasi fəaliyyətinə görə heç kim təqib olunmur"
10/12/2018 [14:39]:
“Ziyalılarımızı başqasının ailə məsələsinə burun soxmalarından çəkinməyə çağırıram...”
10/12/2018 [14:33]:
Milli Məclisin builki işi hansı məqamlarla parlament jurnalistlərinin yadında qaldı?..
10/12/2018 [14:33]:
Başı qırxılan qadının bacısı: "Bacımın ərinin birinci həyat yoldaşının əxlaqsız olduğunu deyirdilər"
10/12/2018 [14:27]:
Gəncədə məktəb direktoru icra başçısının müavini təyin edildi
10/12/2018 [14:18]:
Paşinyana AĞIR ZƏRBƏ: Ermənistan tarixində ilk dəfə...
10/12/2018 [14:11]:
Ermənistan rus silahı ilə yenə "xox gəldi": S-300 TƏHDİDİ...
Bütün arxiv bir sırada
21/11/2018 [16:56] - Cəmiyyət - ( 692 dəfə baxılıb)

Oqtay Əsədov İzmirdə Qarabağla bağlı çağırış etdi



Türkiyənin İzmir şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 8-ci Şura iclası keçirilib. İclasda Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti təmsil edib.

 

Milli Məclisdən Moderator.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlardan Hikmət Məmmədov, Nizami Cəfərov, İlham Əliyev, Sevinc Hüseynova, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

 

Şura iclasına TÜRKPA-nın baş katibi və təşkilata digər üzv ölkələrin - Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin nümayəndə heyətləri qatılıb.

 

İclasdakı çıxışında ötən on il ərzində TÜRKPA-nın ciddi siyasi çəkiyə malik olan beynəlxalq təşkilat kimi formalaşdığını diqqətə çatdıran Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, türkdilli ölkələrin ortaq parlament məclisinin fəaliyyəti dövlətlərimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə kömək göstərməyə yönəlib. Siyasi, iqtisadi, mədəni və digər əlaqələrimizin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə inkişafına TÜRKPA-nın verdiyi töhfənin ildən-ilə artması təşkilatın fəaliyyətinin səmərəli şəkildə qurulduğunu sübut edir. Təşkilatımız dünyanın 152 ölkəsinin üzv olduğu Parlamentlərarası İttifaqda, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə, Asiya Parlament Assambleyasında müşahidəçi statusu alıb, ATƏT-in Parlament Assambleyasının fəaliyyətində xüsusi qonaq kimi iştirak etməsi barədə razılıq əldə edilib. Coğrafi-siyasi cəhətdən çox önəmli bölgələri əhatə edən Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması türk dünyasının beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir. Üzv ölkələrin parlamentləri bu təşkilat çərçivəsində sıx əməkdaşlıq edərək bir sıra uğurlara imza atıblar. Azərbaycan parlamenti bu uğurlara sevinir və təşkilata ən yüksək səviyyədə dəstək verir. TÜRKPA-nın Beynəlxalq Katibliyinin Bakı şəhərində səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb.

 

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulin və Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cumabekov TÜRKPA-nın on illik şərəfli inkişaf yolundan, əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıblar.
Sonra baş katib Altınbek Mamayusupovun təşkilatın 2018-ci ildəki fəaliyyətinə dair hesabat məruzəsi dinlənilib. Assambleya Şurasının 8-ci iclasında təşkilata sədrlik QırğızıstandanTürkiyəyə keçib.

 

Daha sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının yaranmasının 10 illik yubileyi ilə əlaqədar "TÜRKPA-nın ilk 10 ili və parlamentlərarası əməkdaşlığın gələcəyi: əməkdaşlığa dair yeni yanaşmalar” mövzusunda üç paneldən ibarət konfrans keçirilib.
Konfransda rəsmi şəxslər, deputatlar, tanınmış elm və mədəniyyət xadimləri, türkoloq alimlər, beynəlxalq təşkilatların rəhbər şəxsləri iştirak ediblər.

 

Əvvəlcə TÜRKPA-nın yaranması və inkişaf yolunu əks etdirən film nümayiş olunub. Filmdə TÜRKPA-nın Bakı şəhərində yerləşən Mərkəzi Qərargahının təməlinin qoyulması, binanın açılışı, o cümlədən qurumun ölkəmizdə keçirdiyi tədbirlərdən, paytaxtımızın tarixi və müasir mənzərəli yerlərindən kadrlar əks olunub.


Konfransın açılışında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın, Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulinin, Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cumabekovun və Macarıstan Milli Assambleyasının sədri Laszlo Köverinin çıxışları dinlənilib.

Çıxışında türkdilli ölkələrin ortaq parlament məclisinin yaranmasının tarixi zərurətdən irəli gəldiyini söyləyən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, əsrlərboyu türk dünyasının mütəfəkkir insanlarını düşündürən türk birliyi ideyasının həyata keçməsi üçün real şərait yalnız XX əsrin sonlarında formalaşıb.

 

Sovetlər Birliyinin dağılması, dünyanın siyasi xəritəsinə Türkiyə Cümhuriyyəti ilə yanaşı, beş yeni türkdilli dövlətin əlavə olunması xalqlarımızın tarixi taleyinin öz məcrasına qayıtmasına təkan verib. Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərinin keçirilməyə başlanılması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması, Türkdilli Ölkələrin Parlament Assambleyasının, eləcə də TÜRKSOY-un, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Beynəlxalq Türk Akademiyasının və digər təşkilatların qurulması göstərdi ki, dost və qardaş xalqlarımız inteqrasiya üçün yaranan yeni imkanları lazımınca dəyərləndirə biliblər.

 

Türkdilli xalqları bir-birinə bağlayan dəyərləri böyük mənəvi sərvət kimi qiymətləndirən parlamentin sədri məmnunluqla qeyd edib ki, müstəqil dövlətlərimiz bütün sahələrdə uğurla əməkdaşlıq edir və bir-birinə dəstək olurlar. Şübhə yoxdur ki, möhkəm təməl üzərində qurulan iş birliyimiz ölkələrimizin yerləşdiyi bölgələrin tərəqqi və çiçəklənmə zonasına çevrilməsinə gətirib çıxaracaq.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional və beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olduğunu diqqətə çatdıran Milli Məclisin sədri əminliyini ifadə edib ki, dünyadakı bütün münaqişələr hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında tez bir zamanda həll edilməlidir. İnanıram ki, bölgədə möhkəm sülhün bərpa edilməsi burada yaşayan bütün xalqların mənafelərinə cavab verər.

 

İzmir bölgəsinin strateji imkanlara malik olduğunu söyləyən TBMM-in sədri Binəli Yıldırım diqqətə çatdırıb ki, bölgənin dəmir yolu şəbəkəsinin Bakı-Tbilisi-Qars yoluna birləşdirilməsi və bununla da Qafqaz ilə Orta Asiya arasında daha etibarlı nəqliyyat bağlantısının qurulması hədəflənir. TÜRKPA-nın on illik fəaliyyətini yüksək dəyərləndirən Türkiyə parlamentinin sədri vurğulayıb ki, türkdilli xalqlar tarixin heç bir dövründə indiki qədər yaxın münasibətdə və geniş əməkdaşlıq imkanında olmayıblar. O, əminliklə qeyd edib ki, türkdilli dövlətlərin gələcək inkişafına TÜRKPA daha böyük töhfələr verəcək.

 

TÜRKPA-nın yaranmasını və əldə etdiyi uğurları tarixi missiya kimi dəyərləndirən Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulin vurğulayıb ki, təşkilat ötən dövrdə üzərinə düşən vəzifələri uğurla həyata keçirib. Mədəni, humanitar, iqtisadi və digər sahələrdə üzv dövlətlər arasında əlaqələrin genişlənməsi və əməkdaşlığın yüksəlişi naminə köklü layihələr həyata keçirilib. Əməkdaşlıq, əlaqələrin genişlənməsi, sülhə və inkişafa töhfə vermək bütün tərəflərin maraqlarını təmin edir.

 

Ölkəsinin təşkilata sədrliyi dövründə TÜRKPA-nın qazandığı nailiyyətləri ortaq sərvət kimi dəyərləndirən Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cumabekov diqqətə çatdırıb ki, müasir dövrdə dünyada baş verən proseslər göstərir ki, xalqlarımızın və ölkələrimizin inkişafı və təhlükəsizliyi əməkdaşlığın genişləndirilməsindən, əlaqələrin daha da sıxlaşdırılmasından keçir. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə təsis olunan TÜRKPA-nın ötən dövrdə böyük inkişaf yolu keçdiyini xatırladan parlament sədri qurumun səmərəli fəaliyyəti üçün Bakıda yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

 

Macarıstan Milli Assambleyasının sədri Laszlo Köver ölkəsinin türkdilli dövlətlərlə əlaqələrə xüsusi diqqət verdiyini vurğulayıb. Tarixi proseslərə, türkdilli xalqların irsinə və digər mühüm məqamlara toxunan Assambleya sədri bildirib ki, Macarıstan TÜRKPA-ya üzv dövlətlərlə əməkdaşlığa, türkdilli xalqlarla münasibətlərin inkişafına böyük önəm verir.

 

Çıxışlarda TÜRKSOY, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Beynəlxalq Türk Akademiyası kimi təşkilatların fəaliyyətinin əhəmiyyəti qeyd edilib. Vurğulanıb ki, ölkələrimizin sürətli inkişafının təmin olunmasında qarşılıqlı faydalı əməkdaşlıq böyük gücə malik olduğu kimi, yüksək elm və təhsilin də mühüm əhəmiyyəti var. Odur ki, bir sıra sahələrdə, həmçinin elm və təhsildə standartların müəyyən olunması böyük əhəmiyyət daşıyır.

 

Sonra konfrans panellər üzrə davam etdirilib.


Məşhur ulduz başını böcəklərlə dolu şüşənin içinə saldı - MARAQLI
Məşhur iş adamının qızı cinayətə qurban getdi - FOTO
Aygün Kazımovanın yarımçıq qalan təhsili, baş tutmayan istək – Məktəb konsertindən “Altın Kələbək”ə
2018-ci ildə vəzifəyə təyin olunan jurnalistlər -SİYAHI
Zərgər mağazasına girən qadın çalışanlara böyük qorxu yaşatdı - VİDEO
Ədliyyə: 1918-2018
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Bu ölkədə hökumət yeni doğulan körpələri yataqla təmin edir -Maraqlı...
Cəmiyyət
“Ziyalılarımızı başqasının ailə məsələsinə burun soxmalarından çəkinməyə çağırıram...”
Dünya
Restoranda robot ofisiantların xidməti müştəriləri təəccübləndirdi -VİDEO
Cəmiyyət
“Onun yanında özümü azərbaycanlı qadın hiss edirdim” – Fərman Salmanovun xanımı
Cəmiyyət
Bakı kəndlərində qəbiristanlıqlar belə zəbt edilir -FOTOLAR
Həftənin ən çox oxunanları
"Əgər Prezident Leyla xanımı bu vəzifəni qəbul etməyə razı sala bilsə..." - TƏKLİF
Fitnəkar ruslar ermənilərə Naxçıvanı da vəd etdilər: Bəs bizimkilər niyə susur...?
Bu deputat Cəbrayılın kəndindəki erməni ailələrinin hər birinə 10 min dollar bağışlayıb...-VİDEO
Raket belə onu dayandırmaqda acizdir! - Putinin təkərli sığınacağı...
Putin Paşinyanın xeyir-duasını çoxdan verib – Biz Qarabağın gününə ağlayaq...
Putin Paşinyandan niyə çəkinir?
“Vəfa Quluzadə, Tofiq Zülfüqarov və mən istefa verməsəydik, böyük problemlər olacaqdı”
"Ermənilərin yaşadığı ərazi Hüseynqulu xanın torpaqlarıdır, oranı da geri almalıyıq...”
Gələcək intim necə olacaq? - Alimlərdən maraqlı açıqlama...
“Fağır” Ermənistan silahlanma sürətinə görə dünyada üçüncü, Avropada birinci oldu...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə