Xəbər lenti
20/01/2019 [14:44]:
Mahaçqaladan Sabirabada qədər uzanan qisasın təfərrüatları: xüsusi amansız qətl planı
20/01/2019 [14:40]:
Bakıda güclü külək mərasim evini uçurub - VİDEO
20/01/2019 [14:37]:
Məşhur milyarder 3 dollarlıq hamburger üçün sıra gözlədi - MARAQLI... +FOTO
20/01/2019 [14:18]:
Yoldan çıxan "Qazel" "06"nın üzərinə aşdı: ölən və yaralananlar var
20/01/2019 [13:57]:
“Qəlbimin sultanı” rus tamaşaçıların qəlbini fəth etdi - Kanal reytinqini yüksəltdi
20/01/2019 [13:55]:
Haşımova dəhşətli gecədən danışdı: "Yanımda adamlar olmasaydı, bəlkə mən də bu gün həyatda olmayacaqdım"
20/01/2019 [13:37]:
Ər tapa bilmələri üçün qızlara məcburən yemək yedizdirilir
20/01/2019 [13:19]:
“Mona Liza”nı dünyanın məşhur sənət əsəri edən nədir?
20/01/2019 [13:02]:
Göyərçin musiqi sədaları altında rəqs etdi - İNANILMAZ...+ VİDEO
20/01/2019 [13:00]:
Azərbaycanlı alimin 20 Yanvar faciəsi ilə bağlı məqaləsi İraq mətbuatında dərc olunub
20/01/2019 [12:59]:
Meyxanaçı Ağamirzə özünə qəbir qazdı - VİDEO
20/01/2019 [12:49]:
"İslahatların dərinləşməsi iqtidardakı iddialı adamların maraqlarına cavab vermir..."
20/01/2019 [12:48]:
20 Yanvarda doğulan və şəhid olan şəhidlərimiz - FOTOLAR
20/01/2019 [12:34]:
Bakıda avtobus qəzası: yaşlı qadın ağır yaralandı
20/01/2019 [12:08]:
Qara dənizdə içində azərbaycanlı kapitanın cəsədi olan qayıq tapıldı
20/01/2019 [11:59]:
Dedi ki, ata evinə qayıda bilmərəm...”- Fərizənin anası...
20/01/2019 [11:37]:
Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər
20/01/2019 [11:33]:
600 il 3 qitəyə hökmranlıq etmiş imperiya: Hansı ölkələri neçə il idarə edib + SİYAHI
20/01/2019 [11:30]:
Mübariz Qurbanlı: "Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər"
20/01/2019 [11:22]:
Səfir: "20 Yanvar təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür"
20/01/2019 [11:06]:
Eyni gündə doğulub, eyni gündə şəhid olan Yusif... - Şəhid bacısının XATİRƏLƏRİ
20/01/2019 [10:57]:
Azadlıq yolunda qalxan bir vuruş...
20/01/2019 [10:51]:
Sevgilisinin məktubunu saxladığım şəhid...
20/01/2019 [10:43]:
Atəşkəs 26 dəfə pozuldu
20/01/2019 [10:39]:
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər Xiyabanında - FOTO
20/01/2019 [10:20]:
Rusiya XİN-dən təzyiq - Ya anlamırlar, ya da Azərbaycanın imicinə zərbə vurmaq istəyirlər
20/01/2019 [10:01]:
İçki məclisində dava düşdü: bir nəfəri bıçaqladılar
20/01/2019 [09:50]:
ABŞ-da yaşayan azərbaycanlı işgüzar xanım...
20/01/2019 [09:43]:
Bakının bu küçələrində hərəkət TAM məhdudlaşdırılır
20/01/2019 [09:38]:
Azərbaycanda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunur
20/01/2019 [09:08]:
"Nənəm erməniyə ərə gedə bilməzdi..." - Həcərin nəticəsi
20/01/2019 [08:42]:
“Şəhidləri yumayın- Qiyamət günü hər qan damlası ətrafa müşk qoxusu saçar...”
20/01/2019 [01:30]:
“Atam “Nəsimi” filminin dünyaya çıxmasını istəyirdi” – İsa Muğannanın qızı
20/01/2019 [01:24]:
Dünyada robotlardan ən çox istifadə edən ölkələr – SİYAHI
20/01/2019 [00:56]:
Dünyanın ən maraqlı döymələri - FOTOLAR
20/01/2019 [00:15]:
Baş məşqçi: "Komandanı futbolçuların cinsi orqanının ölçüsünə uyğun qururam" - MARAQLI
19/01/2019 [23:49]:
Demokratik defisit - “Ah, Avropa”
19/01/2019 [23:11]:
2018-ci ildə Azərbaycanda ən çox qoyulan adlar açıqlandı: Yusif və Zəhra liderlik edib...
19/01/2019 [22:13]:
Yoldan keçən hicablı qadına yumruq atdı - Avropa mədəniyyətsizliyi = VİDEO
19/01/2019 [21:50]:
“20 Yanvarla bağlı sessiyada bəzi deputatlar  qorxudan zaldan qaçmaq istəyirdi...”
19/01/2019 [21:37]:
Ali məktəblərə tələbə qəbuluna dair... - RƏSMİ
19/01/2019 [21:30]:
Məşhur milyarder uşaqlarının atasını axtarır -Kim olduğunu söyləyənə 6 min dollar verəcək
19/01/2019 [21:15]:
Əli Əhmədov: “Səbəb müxalifətin sosial dayaqlarını itirməsidir”
19/01/2019 [21:14]:
Hərbi helikopter qəza təhlükəsi ilə üzləşdi
19/01/2019 [20:04]:
Serbiyada 20 yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirildi
19/01/2019 [19:59]:
ADU-da dəyirmi masa keçirildi - FOTO
19/01/2019 [19:54]:
"Dövlət vəsaitlərindən istifadə sahəsində israfçılıq baş alıb gedir" -Əli Məsimli
19/01/2019 [19:48]:
Qazaxda “Cəhənnəm sakinləri” nümayiş etdirildi -FOTOLAR
19/01/2019 [19:37]:
Naqif Həmzəyev: “Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər”
19/01/2019 [19:34]:
Dəfninə heç kimin qatılmadığı anasını velosipedlə 5 kilometr daşıyıb dəfn etdi
19/01/2019 [19:30]:
UFC rəhbəri Makqreqorun qayıtmasından danışdı
19/01/2019 [19:24]:
Ombudsman 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı silsilə tədbirlər təşkil edib
19/01/2019 [19:24]:
SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb
19/01/2019 [19:21]:
SHXÇDX-də 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
19/01/2019 [19:18]:
Salyanda 1 kq-a yaxın narkotik qanunsuz dövriyyədən çıxarıldı
19/01/2019 [19:07]:
“Muğamlarımız əcnəbiləri belə heyrətləndirir, onları məftun edir”
19/01/2019 [18:48]:
Parisdə etiraz aksiyası zamanı 12 nəfər saxlanıldı
19/01/2019 [18:11]:
“Microsoft” Ermənistan hökumətinin təhlükəsizliyini üzərinə götürdü...-FOTO
19/01/2019 [18:04]:
“Dinc əhaliyə divan tutuldu” – Rövşən Rzayev
19/01/2019 [18:02]:
Milli Şuranın mitinqində 2800 nəfər iştirak edib – RƏSMİ
19/01/2019 [17:59]:
“Onlar 20 Yanvar faciəsinin qarşısını ala bilərdilər” - Etibar Məmmədov
19/01/2019 [17:56]:
Paşinyanın Qarabağ fiaskosu - Erməni mətbuatı baş naziri yıxıb-sürüdü
19/01/2019 [17:23]:
"O, olmasaydı "Nəsimi" çəkilməzdi..." -Rasim Balayev
19/01/2019 [17:16]:
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi -FOTOLAR
19/01/2019 [17:11]:
Ötən il 51 mindən çox şəxs işlə təmin edilib
19/01/2019 [17:08]:
Zimbabve prezidentinin Azərbaycana səfəri başa çatdı
19/01/2019 [17:06]:
“Azərbaycanla ticarətin aparılacağı sahələri tədqiq etmək istəyirik” - Zimbabve prezidenti
19/01/2019 [16:53]:
Şamaxı və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərildi -FOTOLAR
19/01/2019 [16:40]:
Tramp Dağlıq Qarabağ haqqında danışdı
19/01/2019 [16:38]:
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” -Amerika ordusunun azərbaycanlı polkovniki
19/01/2019 [16:32]:
İnternetdə şəxsi məlumatları necə qorumaq olar?
19/01/2019 [16:29]:
Türkiyə 79 min suriyalıya vətəndaşlıq verib
19/01/2019 [16:15]:
Fotoqrafçı ananın obyektivində qızının heyvan sevgisi -FOTOLAR
19/01/2019 [16:05]:
Deputat və professor Nəsimi ilə bağlı addımı yüksək QİYMƏTLƏNDİRDİ
19/01/2019 [15:59]:
8 Olimpiya mükafatçısı Bakıda çıxış edəcək – İLK DƏFƏ
19/01/2019 [15:52]:
Soydaşlarımız Moskvada "Vı, pustoy narod" sözlərinə etiraza toplaşır - SON XƏBƏR... + VİDEO
19/01/2019 [15:47]:
UNEC-də hər bir tələbə müraciəti araşdırılır -FOTOLAR
19/01/2019 [15:37]:
Bakıda narkotacirlərə qarşı ƏMƏLİYYAT -Dəstə tutuldu
19/01/2019 [15:30]:
Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək
19/01/2019 [15:23]:
"Sırf kreslonu qorumaq naminə edilənlərə göz yumursansa, bu qorxaq həyatı yaşamağın nə mənası var?"
Bütün arxiv bir sırada
21/11/2018 [17:30] - Cəmiyyət - ( 3047 dəfə baxılıb)

“Tofiq İsmayılov da o siyahı haqda mənə heç nə demədi...” - AYAZ MÜTƏLLİBOV

Eks-prezident “Vikipediya”da 20 Noyabr teraktı haqda səslənmiş bir sıra məlumatlara aydınlıq gətirdi...


20 Noyabr- Qarakənd vertolyot faciəsindən 27 il ötsə də, faciənin  səbəbləri, həmin terror aktının konkret kimin və ya kimlərin sifarişi ilə törədilməsi və s. barədə müzakirə və mübahisələr səngimir. Bu haqda son informasiyaları araşdırarkən diqqətimizi  “Vikipediya” internet ensiklopediyasında –Azərbaycan dilində dərc olunmuş geniş məlumatdakı bəzi məqamlar cəlb etdi. Ayrıca məlumatda qeyd olunur ki, faciədən iki gün öncə - 1991-ci ll noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vurur və Azərbaycan Respublikasının Dağlıq Qarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin, çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur. Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur. Siyahıya Viktor Polyaniçko rəhbərlik etməli idi. Nümayəndələr, ancaq güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından ibarət olmalıydı.

Rayon komendantı Nikolay Jinkinin müavini, polkovnik Vladimir Kuşnarikin 1991-ci il noyabrın 18-də tərtib etdiyi və Bakı ilə razılaşdırılmış siyahısına "Aşanak" kolxozunun Heyvandarlıq Birliyinin sədri Emil Balayan, Vladimir Kuşnarikin özü, beynəlxalq erməni diasporu (əsasən Fransa və Kaliforniya erməni kilsələri) tərəfindən maliyyələşdirilən "Krunk" təşkilatının Dağlıq Qarabağdakı ideoloqlarından Oleq Yeseyan, "Yevkrapa" cəmiyyətinin maliyyə məsələlərinə baxan, onun Livan erməni diasporu ilə əlaqələndiricisi Leonard Petrosyan, zabit Tatavis Baqramyan və bir də qərara alınmışdı ki, Azərbaycan Xalq Cəbhəsinin Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Xocalı, Əsgəran rayon şöbələrinin liderləri və onların Bakı nümayəndəsi daxil olsun. Məşvərət lentə alınmalı və respublika televiziyasının "Günün ekranı" xəbərlər proqramında göstərilməli idi. Saat 13:40 dəqiqədə Ağdam hava limanına verilən xəbərdən sonra bu adamlar vertolyota minmirlər...

Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş edir. Bu xahişi isə məhz polkovnik Georgi Septa çatdırır. 1991-ci il noyabrın 19-u saat 19.05-də siyahı tərtib olunur. İlkin siyahı Tofiq İsmayılovun rəhbərliy ilə müzakirə edilir. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıdan çıxarılır. Onların yerinə güc nazirliklərinin, qoşun birləşmələrinin rütbəli məmurları salınır. Siyahıya Viktor Polyaniçkonun başçılıq etməsi qüvvədə qalır.
Ancaq 1991-ci il noyabrın 19-da gecədən xeyli keçmiş siyahı təzələnir. Viktor Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıya daxil salınır. Tofiq İsmayılov tərtib olunmuş siyahıya başçılıq etməli, Ağdamda Təhlükəsizlik Şurasının səyyar iclası keçirilməliydi. Yeni siyahını Ayaz Mütəllibov 1991-ci il noyabrın 19-u, saat 23:00-da təsdiqləyir. Siyahıdakıların bəzilərinə hazırlıq üçün telefon zəngləri olunur. Dağlıq Qarabağa gedəcək adamların siyahısı DQ rəhbərliyinə, Ağdam hava limanına, hərbi komendanta və Moskvaya göndərilir. Qrupun Dağlıq Qarabağ ərazisindəki fəaliyyətinə isə üçlük nəzarət edir — Dağlıq Qarabağ təhlükəsizlik rəisi, polkovnik Georgi Septa, hərbi komendantın müavini, polkovnik Vladimir Kuşnarik və Xocavənd milis rəisi, polkovnik Oleq Osenov...”

Göründüyü kimi, məlumatda ilk baxışdan kifayət qədər ciddi səslənən, amma ziddiyyətli faktlar təqdim edilir. Daha çox nəzərə çarpan məsələ isə 20 Noyabr faciəsindən cəmi bir neçə saat öncə Ağdamda keçiriləcək(belə çıxır ki, əvvəlcə həmin müşavirənin Xankəndində keçirilməsi nəzərdə tutulub)  müşavirədə  iştirak edəcək yüksək çinli dövlət xadimlərinin mərhum dövlət katibi Tofiq İsmayılovun rəhbərliyi ilə bir neçə dəfə dəyişdirilmiş siyahısı və konkret olaraq həmin siyahının sonda  o vaxtkı  prezident Ayaz Mütəllibov tərəfindən təsdiqlənməsi ilə bağlıdır. Amma  həmin məlumatlar rəsmi informasiya mənbələrinə və ya  həmin proseslərdə bilavasitə iştrirak etmiş rəsmi şəxslərə, məmurlara və ya hərbçilərə əsaslanmır.  Mənbə kimi yalnız Arzu Şirinova ad-soyadlı müəllifin  20 noyabr 2010-cu il tarixdə “Xalq Cəbhəsi” qəzetində dərc edilmiş “Qarakənd” düyünü adlı məqaləsi göstərilir. Jurnalist Sevinc Osmanqızının ötən illər  “ANS” telekanalında nümayiş etdirilmiş   "Sülh missiyası 2”  sənədli tele-araşdırmasına istinadla səslənən “Diplomat Vəfa Quluzadənin sözlərinə görə, Qarakənd faciəsində Ayaz Mütəllibovun rolu olub və faciə nəticəsində Azərbaycan müqavimət qabiliyyətini itirdi” cümləsini də əlavə etsək, “Vikipediya”dakı 20 Noyabr faciəsi haqda Azərbaycan dilində verilmiş məlumatların  həmin teraktın  törədilməsində bilavasitə respublikanın ilk prezidenti Ayaz Mütəllibovun günahlandırılması məqsədi ilə yerləşdirilməsi təsəvvürü yaranır...

Moderator.az-ın əməkdaşı məsələyə münasibətini öyrənmək üçün eks-prezident Ayaz Mütəllibova müraciət edib.  Sabiq ölkə rəhbəri “Vikipediya”da sözügedən siyahı haqda səslənən məlumatların hansısa “çoxbilən”lər tərəfindən məqsədyönlü şəkildə tərtib edilmiş rəqəm yığnağı olduğunu və özünün bilavasitə həmin siyahı haqda heç bir məlumatı olmadığını, belə bir siyahını görmədiyini və  təsdiqləmədiyini bildirib: 

“Məsələyə aydınlıq gətirmək üçün dəfələrlə nəql etdiyim bir epizodu bir daha təkrar etməyə məcburam.  Mən noyabrın 19-u  o vaxtkı ittifaq ökələrinin SSRİ-nin taleyi ilə bağlı Kiyevdə keçirilən  iclasından  qayıtdım. Gecə təxminən saat 23:00 radələrində hava limanında məni rəhmətlik dövlət katibi Tofiq İsmayılov qarşıladı. Nədənsə əhvalım yaxşı deyildi.  Çünki Kiyevdəki iclasda çıxış edərkən Qarabağ münaqişəsindən də söhbət getmişdi. Tofiq müəllimlə ayaqüstü söhbətdə ona qısaca iclasla bağlı məlumatları çatdırdım. Müzakirə edilmiş məsələlər haqda danışdım. Sonda dedim ki, sabah müşavirə çağıracam, həmin məsələləri müzakirə edərik”. 


Bunu deyib əyləşmək üçün maşına tərəf getdim. Bu məqamda rəhmətlik Tofiq İsmayılov qoluma  girib  “Ayaz, sabah Ağdama getmək istəyirəm” (Biz adətən bir-birimizə dostcasına adımızla müraciət edirdik)... Soruşdum ki,  nə ilə bağlı... Tofiq cavab verdi ki, orada Qarabağla bağlı iclas keçirmək istəyirəm.  Biz  o vaxt Ağdamda bir qurum yaratmışdıq. Bu, Dağlıq Qarabağətrafı rayonların qurumu idi. Dedim,  Tofiq, nə olar ki, gedə bilərsən. Amma rəhmətlik “eyni zamanda  vertolyotdan Qarabağa baxmaq istəyirəm” deyəndə, düzü, diksindim və hiddətlə dedim: “Nə, vertolyotla Qarabağa baxmaq? Bu fikri çıxart beynindən. Yoxsa, indicə, ümumiyyətlə, Qarabağa getməyini qadağan edərəm…” 
Tofiq İsmayılov gülümsədi və əlini çiynimə vuraraq: “Hər şey qaydasındadır. Narahat olma!” dedi. Mənimsə narahatlığıma səbəb o idi ki, 2-3 dəfə Qarabağda, Xankəndində  olmuşdum və yüksək vəzifəli dövlət adamının orada hərəkət etməsinin necə təhlükəli olduğunu yaxşı bilirdim. Hər şey ola bilərdi…
Xülasə. Tofiq İsmayılovla bu qısa dialoqun sonunda ona “Çox yorulmuşam, gedim, bir az dincəlim, səhər saatlarında görüşüb ətraflı danışarıq…”-deyərək  hava limanından birbaşa evə yollandım. Həmin vaxt da dediyim kimi, gecə saat 11-i ötmüşdü. Yəni, mənim “Vikipediyada”kı qondarma məlumatda deyildiyi kimi, saat 23:00-da hansısa siyahını guya kimlərinsə adının çıxarılıb və yaxud əlavə edilməsi ilə razılaşaraq təsdiqləməyim qeyri-mümkün idi. İkincisi də deyilən siyahı haqqında mənə nə Tofiq İsmayılov, nə də digər hökumət adamları bir kəlmə  deyiblər…”

“Həmin məlumatda adı çəkilən, mənim dövlət başçısı olduğum dövrdə də çalışmış mərhum diplomatın barəmdə söylədikləri isə digərləri kimi böhtandır... 

Düzü, artıq belə məlumatlara o  qədər qarşılıq vermişik ki, artıq “Vikipediya”ya da  nəsə rəsmi təkzib verməyi ehtiyac görmürəm. Onsuz da faydası yoxdur, o işləri təşkil edənlər yenə öz bildiklərini edəcəklər. Onları öz vicdanları və Allahla baş-başa buraxıram…” –deyə sabiq dövlət başçısı fikirlərini yekunlaşdırdı. 

Sultan Laçın

Məşhur milyarder 3 dollarlıq hamburger üçün sıra gözlədi - MARAQLI... +FOTO
600 il 3 qitəyə hökmranlıq etmiş imperiya: Hansı ölkələri neçə il idarə edib + SİYAHI
Azadlıq yolunda qalxan bir vuruş...
Dünyanın ən maraqlı döymələri - FOTOLAR
Baş məşqçi: "Komandanı futbolçuların cinsi orqanının ölçüsünə uyğun qururam" - MARAQLI
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Ər tapa bilmələri üçün qızlara məcburən yemək yedizdirilir
Maraqlı
“Mona Liza”nı dünyanın məşhur sənət əsəri edən nədir?
Hadisə
Sevgilisinin məktubunu saxladığım şəhid...
Ədəbiyyat
“Atam “Nəsimi” filminin dünyaya çıxmasını istəyirdi” – İsa Muğannanın qızı
Dünya
Fotoqrafçı ananın obyektivində qızının heyvan sevgisi -FOTOLAR
Həftənin ən çox oxunanları
Bakıda gözlənilən tornado Elman Rüstəmovla Əhməd Əhmədzadəni Londondan vurdu - FOTOLAR
Bakıda dəhşətli qəza: "Mazda" 2 ayın gəlinini vurub öldürdü - FOTOLAR 18+
Bu ölkədən idxal olunan 7 ərzağı başınıza silah dirəsələr də YEMƏK OLMAZ!!!
“Sabah ölkədə elə proseslər baş verə bilər ki, eşidəndə adamın tükləri biz-biz olar...”
Xalqı hansı sülhə hazırlayırlar? - Təhlükə başımızın üstündədir, yoxsa...?
Putin Paşinyanı qucaqlayır, Lukaşenko İrəvan yolçuluğunda... - Bəs biz nəyi gözləyirik?
"Bu ölkənin şeyxi hara baxır, Anar, Çingiz Abdullayev, Ramiz Rövşən və digərləri hara baxır?"
Azərbaycanda boşanma iddiası qaldıranların çoxu kişilərdir - Səbəb UTANCVERİCİDİR
Ucarda dəhşət: 16 yaşlı qız qaçırılıdı, zorlandı, sonra ailəsinə qaytarıldı - VİDEO
Şəhər meri 30 il kirayədə yaşayan süpürgəçiyə ev verdi-İbrətamiz- FOTOLAR  
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə