91 yaşlı jurnalist: “Ürəyimdə bir vətən nisgili var” - Əli İldırımoğlu kəndindən DANIŞIR + FOTOLAR
Oxunub: 1638
22 Nov 2018 | 09:09
91 yaşlı jurnalist: “Ürəyimdə bir vətən nisgili var” -  Əli İldırımoğlu kəndindən DANIŞIR + FOTOLAR

“Dünyanı anasız yaşamışam” 


“İnsanın ahıl yaşında öz uşaqlığını, böyüyüb, boya-başa çatdığı el-obasını xatırlaması çox qəribə duyğudur. Üstəlik, o obalar, o kəndlər düşmən tapdağındadırsa, ürəyindəki nisgili yox etmək üçün böyüdüyün yerləri ziyarət edə bilmirsənsə, xatirələr sənə bir az da əzab verir...”.

 

Ötən günlərdə 91 yaşını tamamlayan, tanınmış nasir, publisist, əməkdar jurnalist Əli İldırımoğlu Modern.az-da özünün doğulub-böyüdüyü Qubadlı rayonunun Əliquluuşağı kəndindən danışır. 


Kimdir Əli İldırımoğlu? 

Müsahibimizin uşaqlıq xatirələrinə keçmədən onun haqqında qısa bir məlumatı təqdim etməyi özümüzə borc bilirik. Əli İldırımoğlu (Məmişov) 1927-ci il noyabr ayının 17-də Qubadlı rayonunun Əliquluuşağı kəndində rəncbər ailəsində anadan olub. O, orta məktəbin VIII sinifdə oxuyarkən 1941-1945-ci illəri əhatə edən Böyük Vətən Müharibəsi başlayır. VIII-IX siniflərdə çoxluq təşkil edən və əsgərlik yaşına çatmış oğlanlar müharibəyə cəlb olunduğundan həmin siniflər tədris fəaliyyətini dayandırıb. Məktəbin direktorluğu onun fəal şagird olduğunu nəzərə alıb, birbaşa qızların çoxluq təşkil etdiyi və bu səbəbdən tədrisi davam etdirilən X sinfə keçirir. Beləliklə, Əli İldırımoğlu VIII sinfi başa vurub, IX sinifdə oxumadan, birbaşa X sinfə keçir və həmin orta məktəbi müvəffəqiyyətlə bitirir.

Müharibənin gedişi ilə əlaqədar olaraq, həmin illərdə kəndlərdə müəllim qıtlığı yaranır. Ona görə də elə həmin il Əli İldırımoğlu Şuşa şəhərində açılmış müəllim kadrları hazırlayan iki aylıq kursa göndərilib. Kursu bitirdikdən sonra 1941-1942-ci dərs ilində ilk dəfə olaraq müsahibimiz Məlikəhmədli kənd ibtidai məktəbində sinif müəllimi kimi əmək fəaliyyətinə başlayır. Ə.İldırımoğlu 1946-cı ilə qədər Qubadlının Xıdırlı, Novlu, Xəndək ibtidai, Teymurmüskanlı yeddiillik məktəblərində müəllim işləyib.


Qiyabi yolla Laçın Pedaqoji Texnikumunu, 1946-1948-ci illərdə isə Ağdam ikiillik Müəllimlər İnstitutunun Tarix fakültəsini bitirdikdən sonra yenidən pedaqoji fəaliyyətini davam etdirib. O, Əliquluuşağı, Dondarlı, Muradxanlı orta məktəblərində direktorun tədris işləri üzrə müavini vəzifəsini də icra edib. 1951-ci ildən rayon Maarif şöbəsinin inspektoru, Qubadlıda nəşr edilən "Avanqard" rayon qəzetinin məsul katibi, sonra isə redaktor vəzifələrində çalışıb. 1955-ci ilin yanvar ayından 1991-ci ilin sonuna qədər isə Ə.İldırımoğlu "Kommunist" qəzetinin xüsusi müxbiri kimi Naxçıvan, Qarabağ, Dağlıq Qarabağ, Mil-Muğan, Sumqayıt-Quba zonaları üzrə fəaliyyət göstərib. 

Ermənistana ən yaxın, ən çox təhlükədə olan kənd... 


Əli İldırımoğlu söhbətində xüsusi qeyd etdi ki, doğulduğu Qubadlı rayonunun Əliquluuşağı kəndi Ermənistanla həmsərhəd və ən ucqar kənd olub:

- Kəndimizin bir tərəfini yalçın qayalar, bir tərəfini meşələr, bir tərəfini isə çılpaq, kol-koslu təpələrlə örtülən dağlar tuturdu. Qubadlıdan iki çay axır: Bərgüşad və Həkəri çayları. Bərgüşad çayı kəndimizin düz yanından keçirdi. Biz – kənd camaatı yaz aylarında, istilər düşən kimi Obayazı adlananan yaylağa qalxardıq. İyul ayında əkin-biçin, heyvan saxlamaq üçün başlanan köçümüz 2 ay çəkərdi. 2 ay – bütün yayı Obayazıda qalar, oranın sərin havasında barlı-bağatlı torpağında təsərrüfatla məşğul olardıq. Obayazıda qalanda ən çox taxıl əkirdik, xırman döyürdük, taya qururduq. Uşaqlıqda dağın ətəyinə gedirdim, qayanın üstündə yuva salan qartala onun balası ilə rəftarına, çalağana baxırdım. Uşaq olsam da, qorxmurdum, İndi də bu quşlar mənə maraqlı gəlir, amma şəhərdə onlardan yoxdur.

Obayazıya köçəndə mənim günüm təbiətin qoynunda keçirdi. Bir dəfə gördüm Yazı bulağının aşağı hissəsindən əmim oğlu məni çağırır. Gəlib gördüm yanına xiyar, vedrədə bal qoyub, şırhaşır axan bulağın da başında oturub. Kənddə yamaclıq bir yerdə balaca hissəni hörüb, içərisinə kərə yağı, bələmum qoyub suvayırlar, arı beçəsi ora düşür, bal yığılır. Balı elə əldə edirdilər. Elə həmin günü də o dağın ətəyində, şırhaşır axan bulağın yanında oturub, şirin-şirin bal yedik. 

“Ermənilər o zamanlar da Azərbaycan kəndlərini dağıdıb, insanları didərgin salıblar”

- Kəndimiz Qubadlının ən böyük kəndidir. Əvvəllər kəndimizdə məktəb də yox idi. Sovet dövründə Əliquluuşağı kəndində də məktəb tikildi. Eyvazlı, BalaHəsənli, Noğullu və digər 10-15 kəndin uşaqları -kəndimizə oxumağa gəldilər. Ermənilər keçən əsrin əvvəllərində kəndimizi dörd dəfə dağıdıblar, amma əhali öz ata-baba torpaqlarından çıxmayıb.

Dediyim kimi, kəndimiz Ermənistanla həmsərhəddir. Ermənistanın Dığ, Xizirək, Goru, Muğancıq kəndləri Əliquluuşağı ilə az qala bitişik idi. Yaşlı insanların danışdıqlarından yadımdadır ki, ermənilər o zamanlar da Azərbaycan kəndlərini dağıdıb, insanları didərgin salıblar. Elə bu hadisələrin çoxuna şahidlik də etmişik. Xizirək kəndini düşmən 1917-1920-ci illərdə bir neçə dəfə dağıtmışdı. Sonralar insanlar yenidən evlərinə qayıdıb, məskunlaşdılar. Bizim kəndlə Ermənistanın Gorus şəhərinin arası piyada getsək, 3-4 saatlıq yoldur. Mənə görə, bütün Qafqazda Gorus kimi gözəl şəhər yoxdur. İndi bilmirəm necədir. Sovet dövründə hamı yay aylarında Gorusa dincəlməyə gedirdi. İmkanı olanlar bir müddət orada qalır, istirahət edirdi. Gorus ətraf şəhərlərdən böyük, gözəldir. Çox qəribədir ki, ermənilər necə millətçi idilərsə,  Gorusda bir nəfər də olsun azərbaycanlıya rast gəlməzdik. Yalnız ermənilər idi yaşayanlar. Ətraf rayonlarda - Zəngilan, Cəbrayıl, Qubadlı və s. bölgələrin hərəsində isə cəmi 30-40 erməni ailəsi yaşayırdı. Onlar vəzifələr tutur, ərazilərimizdə daha möhkəm məskunlaşmağa çalışırdılar. 

“Ulu babam varını-yoxunu satıb, kəndimizə bulaq çəkdirmişdi”

- O vaxtlar kəndimizdə Məşədi Allahverən adlı ağsaqqal yaşayıb. O mənim babam Məmmədbağır kişinin atasıdır. Həmin dövrdə Məşhədə, Kərbalaya gedib-gələn kişilər xeyirxah işlər görməyə çalışırdılar. Əhaliyə kömək edirdilər. İmkanı olan kəndlinin güzaranını yaxşılaşdırmaq istəyirdi. Məşədi Allahverən kişi isə Əliquluuşağı kəndində çəkdirdiyi bulaqla məşhurdur. Ondan əvvəl kəndi içməli su ilə təmin edən bulaq xeyli aralıda imiş. Ona görə, qız-gəlin xüsusilə hava qaralanda bulaqbaşına gedib, su gətirməyə çox çətinlik çəkirmiş. Məşədi Allahverən varını-yoxunu satır, kəndimizə təzə bulaq çəkdirir. Mən özüm də bunu sonralar öyrənmişəm. 1960-cı illərdə kəndə gedəndə atam dedi ki, sel gəlib bulağın mənbəyini yuyub. Atam məndən həmin bulağı yeniləməyi xahiş etdi. Çox istəyirdi, kənddə təmiz suyu olan bulağımız tikilsin. Mən 1965-ci ildə Ağdamda yaşayırdım, oradan birbaşa Əliquluuşağı kəndinə getdim. Bulağın çəkilişi üçün borular alıb, apardım. İki nəfər də qoçaq mühəndis tapdım və bu işi onlara həvalə etdim. Bulaq istədiyimiz kimi çəkilmişdi, kənd camaatının içməli su təminatını xeyli asanlaşdırmışdı. 

Kəndi ermənilərdən qoruyan igidlər... 

- Ermənilərin təhdidləri başladığı illərdə, 1918-ci il soyqırımından sonrakı dövrdə bizim kəndimizi də qorumağa çalışan həmvətənlərimiz var idi. Laçından olan varlı Sultan bəy əlinə keçən hər qəpiyi silah-sursata verib, sadə camaata paylayırmış ki, özlərini müdafiə etsinlər. Onun qardaşı da vardı, Xosrov bəy. O, Odessada Tibb Universitetini bitiribmiş. Xosrov bəy Qarabağda oturub, ermənilərin qırğın törətməyinə imkan vermirmiş. Süleyman Rəhimov və o dövrü xarakterizə edən digər yazıçılar Sultan bəyi tənqid edirdilər ki, varlı, zalım mülkədar olub. Əslində isə elə deyildi. Sultan bəy xeyirxah, sadə camaata yardım edən insan olub.

Bir gün Xosrov bəy mənim böyük əmimi – Əmrahı çağırıb, ona tapşırıq verir. Deyir, get Əliquluuşağı kəndinə, ətraf kəndlərdən də kömək al, ermənilərin kəndləri yandırmasına, dağıtmasına imkan vermə. Əmim bu tapşırığı boyuna götürür və Əliquluuşağını qorumağa tərpənir.

Xosrov bəy Zaqafqaziya Seyminin qurulmasına ilk qol çəkənlərdən biri olub. O, sonradan Laçına qayıdır, evinə-eşiyinə baxır, qohum-əqrəbası ilə görüşdükdən sonra, İrana çıxıb gedir. Bir müddət İranda yaşayır, sonra Türkiyəyə, oradan da Almaniyaya köçür. Orada ali məktəbdə dərs deyir, yaxşı müəllim olduğuna görə onu kafedra müdiri təyin edirlər. 1947-ci ildə Xosrov bəy xəstələnir və Türkiyəyə qayıdır, Trabzon şəhərində vəfat edir. Elə orada da dəfn edirlər.


Əmrah əmim Əliquluuşağıda yüzbaşı işlədiyi illərdə kənddə qırğın olmasına, ermənilərin insanlara ziyan vurmasına qarşı döyüşürmüş. Bir dəfə ermənilər, onların xislətində var, yaxınlıqdakı kəndi gecə ilə mühasirəyə alırlar. Kəndin camaatı təpədən dırnağa silahlanmış ermənilərin əlindən qurtarmaq üçün qiymətli nələri varsa, ata, eşşəyə yükləyib, qaçırlar. Mövlanverdi kişi adlı kənd sakini də gecə atla qaçdığı vaxt meşədə Əmrah əmimi tapır. Əmrah əmim yaralanıb, yerdə uzanıbmış. Əmim gözünü açıb güclə deyir ki, “məndən keçib, ölürəm. Sən arvad-uşağı kənddən çıxar, ermənilər qırmasın”. Mövlanverdi kişi qayıdır ki, “Əmrah, mən dünya malını aparıb, səni burda beləcə qoya bilmərəm”. Bıçağı çıxarıb, atına yüklədiyi mallarını doğrayır, yerə tökür. Əmimi isə ata aşırdıb, kənddən çıxmağa kömək edir. Əmim öləndə səsləndirdiyi bayatı sonralar kənd camaatının dilinə düşdü:

Dağlara qar qalandı 
Qar yağdı qar qalandı 
Qarğalar Laçın oldu 
Laçınlar qarğalandı. 

Əmrah əmimi Cəbrayıl rayonunun Horovlu kəndində dəfn ediblər.

Mən atam haqqında "Mənim rəncbər atam" adlı kitab yazmışam. Atamın böyük qardaşı Əmrah əmimdən də kitabda qısaca bəhs etmişdim. Təxmini bir il bundan əvvəl isə "Əmrahsız qalan dağlar" adında kitab yazmışam. Burada da əmim, onun igidlikləri və mərdlikləri haqqında danışmışam. 

“Mənim rəncbər atam


- İşin ən ağırına həmişə mənim atamı göndəriblər. Kənd camaatı kənddə əkin-biçinlə məşğul olurdu. Toxumluq taxılı insanlar ətəyinə yığıb, tarlalara səpirdilər.O zamanlar texnika olmadığına görə, hər şeyi əllə edirdilər. Mənim atam xeyirxah insan idi. 30-cu illərdə kəndimizdə riyaziyyat fənnindən dərs deyən Fərhad müəllim olub. Fərhad müəllim qonşu kənddən gəlmişdi, qalmağa yeri yox idi. Müəllimi atam bir evdə yerləşdirir, Fərhad müəllim evin kirayəsini ödəmək istəyir. Atam cavab verir ki, ayıb deyilmi, müəllim, sən bizim uşaqlarımıza təhsil verirsən, dərs keçirsən, bu bizim üçün hər şeydir.


Mən Ağdamın ikiillik Müəllimlər İnstitutunun Tarix fakültəsinə oxumaq üçün müraciət edəndə 1946-cı ilin sentyabr ayının 16-sı idi. Direktorun qəbuluna gedəndə məni institutda yerləşdirmək istəmədi. Çünki dərslər artıq yarım ay idi başlamışdı, imtahan da verməmişdim. Hansı rayondan olduğumu soruşdu. Dedim Qubadlıdanam, Əliquluuşağı kəndindən. Sual verdi ki, orada İldırım kişi yaşayır, tanıyırsanmı? Cavab verdim ki, mən onun oğluyam.Belə deyəndə, bayaqdan mənimlə qəzəblə danışan o direktorun məhrəm səsini eşitdim. Sən demə, o atamın yaxşılıq etdiyi Fərhad müəllimin qardaşı imiş. Məni yanındakı köməkçisinə tapşırdı ki, “Əli ucqar rayondan gəlib, oralarda müəllimə ehtiyac var, bu cavan oğlanı qrupların birinə yerləşdirin, təhsil alsın”. Mən bu hadisədən sonra anladım ki, atam təkcə taxıl əkmirmiş, həm də xətir-hörmət “əkirmiş”.

Atamla aramızda o qədər müqəddəs münasibət var idi ki, həmişə ony görəndə ağlayırdım. Ağdamda, Naxçıvanda işlədiyim illərdə hərdənbir kəndimizə baş çəkirdim. Camaatın gözünün qabağında həmişə atamla görüşürdüm, ağlayırdım. Özümdən asılı olmayaraq, gözümdən yaş axırdı. Atama qarşı içimdə təsəvvürə gəlməz dərəcədə böyük sevgi, istək, rəğbət var idi. 

“Dünyanı anasız başa vururam”


- Anamı mən azyaşlı olanda itirmişəm. Böyüklərdən eşitdiyim odur ki, anam namaz qılan, oruc tutan qadın olub. 24-25 yaşında bu dünyadan köçüb. O hələ 1920-30-cu illərdə deyirmiş ki, “elə zəmanə gələcək, “qalxozluq” olacaq, qadınlar və kişilər bir yerdə işləyəcək. Allah o günü mənə göstərməsin, məni tez aparsın”.


Hərənin bu dünyada bir dərd yanğısı var. Mənim dərdim odur ki, dünyanı anasız yaşamışam, anasız da başa vururam.

Xatirimdədir ki, xəstələnmişdim. Deyirdilər, qızılca çıxarıram. Başımı anamın dizinin üstünə qoymuşdum. Özümdə olmadan hiss etdim ki, üzümə damcılar düşür, sən demə, anam başımın üstündə durub, ağlayır. Anamla bağlı bircə o hissə mənim xatirimdədir. O, rəhmətə gedəndən sonra, məni ovutdular ki, anan ölməyib, həkimə gedib. Mən inanırdım, anam “doxdur”dan qayıdıb gələcək. Heç bir ay keçməmişdi onun ölümündən. Hər gün günorta, ya da axşamtərəfi kəndin ayağına gedirdim, orada dayanırdım, anamın “doxdur”dan qayıtmağını gözləyirdim. Bir dəfə uzaqdan bir qadın gördüm, mənə tərəf gəlirdi, elə bildim anamdır. Elə sevindim ki... Bir yerdə gizləndim ki, o yaxınlaşanda qəfil çıxıb anamı zarafatla qorxudum. Yaxınlaşanda gizləndiyim yerdən çıxıb, “ana” deyə səsləndim və o qadına tərəf qaçdım. Elə başımı qaldıranda gördüm ki, anam yox, yad bir qadın imiş. O elə bildi, mən ona sataşıram, çevrilib, tərs-tərs üzümə baxdı. Bir anlıq dondum qaldım, bu mənim anam deyil, özgələrin anasıdır. O qədər pis olmuşdum ki, başımı ordakı iki daşın arasına qoyub, o ki var, ağladım. Qadın gözdən itənə qədər arxasınca baxdım. Həmin hadisədən sonra əmin oldum ki, mənim anam heç vaxt qayıtmayacaq.


Məni anam öləndən sonra daha çox əmim arvadı Fatimə saxlayıb. Nəvəmə də onun adını qoymuşam. Çox yaxşı insan idi.


Uşaq ananın nəfəsindən nəfəs almalıdır, ananın qoynunda isinməlidir, anayla üşüyüb, anayla qızınmalıdır. İndi çox zaman qadınlar analıq etmək istəmirlər, hətta övladına baxması üçün yad qadını baxıcı tuturlar. Heç düzgün etmirlər, ana öz övladını başqa qadına əmanət etməməli, öyrətməməlidir.

“İndiyə qədər eşitməmişəm ki, azərbaycanlılar ermənilərə hücum etsinlər”

- Bir detalı deyim. Anamın böyüdüyü kənd Balahəsənli idi. Əvvəllər orada təxmini 300 ev olub. Ermənilər Balahəsənlini də dağıdıblar, daşı-daş üstündə qoymayıblar. Cəmi 19 ev qalıb. O evlərin qaldığı hissəyə Təzə Balahəsənli deyirlər. Ermənilərin dağıtdığı kəndin adı isə Köhnə Balahəsənli kimi yaddaşda qalmışdı.

Mən anadan olandan indiyə kimi eşitməmişəm ki, azərbaycanlılar ermənilərin kəndlərinə hücum etsinlər, dağıtsınlar, yandırsınlar. Erməni xisləti ta qədimdən belə idi. Neçə-neçə kəndlərimizi onlar darmadağın etmişdilər, əhalini didərgin salmışdılar. Amma yenə də camaat öz yurd-yuvasından dönə bilmirdi. Nə qədər təhdid altında yaşasalar da, öz el-obalarını atmaq istəmirdilər.

“Anbarı hissələrə bölüb, sinif otaqları düzəltmişdik”

- Dediyim kimi, kəndimizdə məktəb yox idi. Bir anbar var idi, onu 3-4 yerə kəsmişdilər, sinif otaqları düzəldib, orada dərs keçirdik. Mən müəllimi həmişə qeyri-adi, tamamilə normal insanlardan fər      qli bir varlıq kimi təsəvvür edirdim. Elə bil, müəllim çörək yemir, su içmirdi. Müəllim müqəddəs bir varlıq idi bizim gözümüzdə. Məndə bir az tənbəllik var idi, hərdən az oxuyurdum, amma xətrimə də dəymirdilər. Əslində heç istəməzdim ki, mənim nazımla oynasınlar. Məktəb kəndin ayağında idi. Həmişə atam məktəbə gedir, müəllimimdən məni soruşurdu. Atam heç vaxt məni döymürdü, amma “2”-“3” qiyməti alanda üzümə baxmırdı. O zamanlar ailəliklə süfrəyə oturub, yemək yeyirdik. Taxta qaşıqlarımız var idi. Bəzən bir qabda iki nəfər taxta qaşıqlarla yemək yeyirdik. Atamla mən də həmişə birlikdə yeyərdik. Atam inciyəndə mənimlə yemək yemirdi. Deyirdi, “qoy o yesin, sonra mən yeyərəm”. İncidiyini belə biruzə verirdi. Atam məndən inciyəndə sanki dağ uçur, mən altında qalırdım.

Məktəbdən nadir hallarda qaçıb, uşaqlarla oynamağa gedərdik. Çünki müəllimə o qədər hörmət edirdik ki, dərsdən qaçmağı, pis qiymət almağı, özümüzə qəbahət hesab edirdik. Məsuliyyətimiz var idi. 

Uşaqlığımızın oyunları

- Uşaq vaxtı ən çox “Dirədöymə” oynayardıq. Bir dairə çəkirdik, onun içərisində bir şey qoyurduq və başlayırdıq, yarışmağa ki, kim onu götürə bilər. Aşıq-aşıq, gizlənpaç da oynayırdıq. “Eşşəkbeli” dediyimiz oyunumuz da var idi. Birimiz aşağı yatırdıq, digərləri üzərindən hoppanırdı. “Çilingağac” isə ən çox sevdiyimiz oyunlar sırasında idi. Futbol da oynayırdıq, kənd yerində o vaxtlar futbol topu az-az rast gəlinən bir şey idi. Top tapmayanda özümüz əlimizə keçəni bükələyib, top düzəldirdik. Bir də “yumurta qatarı”dediyimiz oyunumuz yadımdadır. Yumurtanı boyayıb, qatarla düzürdük, onunla oynayırdıq. Yumurtaları korladığımıza görə, evdə danlayırdılar da.

Bəzən bir-birimizə qoşulurduq uşaqlarla, gilas, əncir, başqa mer-meyvə oğurlamağa gedirdik.

Evimiz “qiblə daşı” adlandırdığımız kiçik bir təpəyə baxırdı, mən həmişə səhər-axşam həyətimizdə oturub, “qiblə daşı”nı izləyirdim. Bir dəfə uşaq ağlımla düşündüm ki, mən gecə həmin “qiblə daşı”na çıxsam,  ulduzları göydən qopara bilərəm. Getdim ki, ulduzları qıram, cibimə yığam. Amma ulduz dərə bilmədim. Nənəmə danaışdım bu sərgüzəştlərimi, o da gülüb, “uşaq ki, uşaq” deyib keçdi. 

“Nənəm öldü, sonrakı həftənin həmin günü nənəmsizliyə dözməyib, babam da öldü” 

- Mənim ata babam dindar kişi idi, namaz qılırdı, oruc tuturdu. Mən balaca uşaq idim, həmişə onun namazına tamaşa edirdim. Babam qırmızı gəbəni sərir, üzərinə möhür qoyurdu, namazına başlayırdı. Onun dediyi sözləri mən öyrənirdim, öz-özümə təkrar edirdim.


İndi 91 yaxın yaşım var. Hələ də elə ailə tanımıram ki, babamla nənəm arasında olan ünsiyyət, hörmət, nəzakətli rəftar onların arasında olsun. Ata babama Məşədi Paşa deyirdilər. Nənəmə isə “qocam” deyirdik. Xatirimdədir, əvvəl Gövhər nənəm rəhmətə getdi. Yas yerində babam camaatın qabağına çıxdı, dedi - “ay camaat, gəlmisiniz, əziyyət çəkmisiniz, çox sağolun, amma sizə bir sözüm var:

Bağçada bar yaxşıdır, 
Heyvadan nar yaxşıdır.
Yığışıbdır, qohum-qardaş
Hamısından yar yaxşıdır”.

Bir köks ötürüb “ay gəlin, mənim yerimi sal, mən Gövhərdən sonra yaşaya bilmərəm” dedi. Düz bir həftə keçdi, gələn həftənin həmin günü babam da rəhmətə getdi. İndiki dövrdə belə məhəbbət hardadır?


“Mən kasıb qızla evlənəndə, dostlarım qarşı çıxırdı”

- Həyat yoldaşımla tanışlığımdan danışım. O, Qubadlının Qədili kəndindədir. Kəndləri kasıb kənd idi, elə yoldaşımın ailəsi də kasıb, sadə insanlar idi. Amma onunla evlənməzdən əvvəl başqa bir qızı sevirdim. Bir dəfə məktəbimizin direktoru məni kənara çəkib, məsləhət elədi ki, o qızı almayım. Sonralar bu sevdam baş tutmadı.

Rayon Maarif şöbəsinin inspektoru kimi Qədili kəndinə getmişdim. Həyat yoldaşımı da orada görüb, bəyənmişəm. Dostlarım mənə dedilər ki, “o qızla evlənmə, ailəsi kasıbdır, ali təhsilli deyil”. Biri hətta acıq verirmiş kimi, dedi “mən nazir müavininin qızı ilə evlənəcəm”. İllər sonra görüşdük dostlarla. Məlum oldu ki, o nazir müavininin qızı ilə evlənən dostumuz çox pis gündə yaşayır. Biz hamımız ona kömək etməyə çalışırdıq.

Açığını deyim, sevib evlənməmişik. Dediyim kimi, görüb, bəyənib, evlənmişəm. Əvvəllər kənd məktəbində Cəvahir adında gözəl bir qızdan xoşum gəlirdi. Hətta onun anası illər sonra bir dəfə məni görüb, demişdi ki, “belə bir söhbət eşitmişəm, sonradan səndən səs-səda çıxmadı”. Mən bilirdim ki, evlənən yaşım deyil, evim-eşiyim olmalıdır, normal şəraitim olmaldıı ki, evlənə bilim.Ona görə, evlilik məsələsində tələsməmişəm.

Sizə bir sirr açım. Mən həyatımda elə samballı, xanım-xatın qadın görməmişəm ki, özü səviyyəsində bir kişi ilə ailə qursun. Eləcə də, elə yaxşı kişi tapmamışam ki, onun mükəmməl, xanım-xatın həyat yoldaşı olsun. Səbəbini bilmirəm. 

Atamın ölümü

- Mən Ağdamda yaşadığım illərdə Bərdə rayon Partiya Komitəsinin birinci katibi Rüstəm Səfərəliyevlə yaxın idim. O, bir dəfə dedi ki, “gəl birlikdə Tiflisə gedək, orada təcrübə keçməliyəm”. Mən isə getmək istəmirdim. Sonradan razılaşdım, birlikdə Tiflisə getdik. Bizi orada yaxşı qarşıladılar. Qaldığımız yerdə gecə yatdığımız vaxt mənə iki dəfə ard-arda dedilər ki, “səni İsmayıl çağırır”. Bir neçə dəfə oyanıb, bayıra çıxsam da, heç kimi görmədim. İsmayıl mənim keçmiş müəllim yoldaşım idi. Hardasa 30 ilə yaxın idi, onu görmürdüm. Səhər qalxan kimi, Rüstəm müəllimə dedim ki, narahatam, qayıdaq. Həmin gün yola düzəldik və Ağdama, yaşadığımız evə qayıtdım. O zamanlar mən ailəmlə birlikdə Ağdamda, atam və digər qohumlarım isə Əliquluuşağı kəndində idi. Evə çatan kimi dedilər ki, keçmiş müəllim yoldaşın İsmayıl kişi səni axtarır, neçə gündür zəng edir, atan ağır xəstədir. İflic olubmuş. Tez həkim də götürüb, maşına mindim, yol alıb, kəndimizə getdim. Gələndə gördüm evimizin qarşısında çoxlu insanlar toplaşıb. İçəri girən kimi, atamı öz-özünə danışan tapdım: “Ey Əzrayıl, sən nə olursan ol, mənim oğlum qərib eldədir, nə qədər ki, o gəlməyib, mən onu görüşməmişəm, sənə can verə bilmərəm”. Atamdan böyük əmimin uşaqları ona “Əmi” dediyinə görə, mən də elə öyrənmişdim. Atama “əmi” deyirdim. Dedim: “Əmi, qorxma, gəlmişəm, bütün dünyanı gəzdirməkdirsə, səni sağaldacam”. 
Amma gec idi. Əzrayıl atında hazır yaraq dayanmışdı. Atamın gözləri güldü məni görəndə, elə o anda da bir şam kimi söndü. Atam dünyadan eləcə köçdü.

Sağlığında da mən atamın şəklini divarda görəndə ağlayırdım.Elə rəhmətə gedəndən sonra da, indiyə qədər atamın şəklinə baxanda ağlayıram.


Atam öləndən sonra kənddə qohumlarım, əmim uşaqları qalmışdı. Mən kəndlə gündəlik əlaqə saxlayırdım. Ermənilərin hücumları olan illərdə isə xüsusilə, hər gün qohumlarımızla danışırdım.


“Mən kəndin xeyirxahı idim”

- Atam sağ olanda da, o öləndən sonra da mənim Əliquluuşağı ilə bağlarım qopmadı. Həmişə kənd camaatına dəstək olmağa çalışırdım. Qubadlı rayon Maarif şöbəsinin inspektoru işləyirdim. Amma kəndimizdə elə bilirdilər ki, bu lap böyük bir vəzifədir. Kasıb insanların kimin dərdi-səri olurdu, mənim yanıma gəlirdi. Atam tapşırmışdı ki, “nə zaman kəndimizdən yanına gələn olsa, işini düzəlt, üzünə yaxşı bax”. Onun sözlərini heç vaxt unutmurdum. Yadımdadır, bir dəfə kəndimizin dəyirmançısı Famil kişi  yanıma gəldi ki, “məni prokuror çağırıb, görəsən nə işdir”. Mən maraqlandım, öyrəndim, məlum oldu ki, dəyirmanda üyüdülən unun miqdarında əskik var. Yoxlama vaxtı nəzərdə tutulandan hardasa 80 kiloqram az un olduğu aşkara çıxıb. Bu çox ağır maddə idi, yuxarıların ciddi qərarı var idi. Məsələ məhkəməyə qədər getməli idi, amma biraz vaxt da alsa, Famil kişinin işini düzəldə bildik.


Deyəsən, ermənilərin hücumlar edən vaxtları idi. Qohumlarım mənə xəbər göndərdi ki, kəndimizdəki həmin dəyirman işləmir, camaat məcbur olub, unu başqa kəndlərdən alır. Çörək, un qıtlığı yaranıb. Mən o vaxtlar bu məsələyə baxan qurumlara müraciət etdim ki, dəyirmanın işlədilməsinə yardım etsinlər. Sonralar da Qubadlı ermənilərin təcavüzü ilə üz-üzə qalırdı, çox ağır günlər idi. Neçə dəfə kənd sakinlərinə kömək etməyə çalışdım, onları erməni hücumundan qorumaq istəyirdim.

Əliquluuşağı kəndinin əhalisinin məşğuliyyəti 

- Kənd camaatı çəltik əkirdi, taxıl zəmiləri becərirdi. Günorta vaxtı çatanda bir balaca meh əsirdisə, deyirdik, xırman sovuruğa gələn vaxtıdır. Əvvəlcə iki öküzə iki vəl qoşub, taxılı döyürdük. Elə ki, küləşlə taxıl bir-birindən ayrıldı, saman yerdə qalırdı. Sonra bu buğdanı sovurmağa başlayırdıq. Bu zaman buğda ayrılıb tökülür, köçəli təmizlənirdi.

Kənddə camaat üzüm, gilas, ərik, şaftalı bağları salır, əncir ağacları da becərirdi. İnsanlar bağ-bağatla, əkin-biçinlə  məşğul olurdular.

Kənddə dəmir də döyərdilər. Mən uşaq olanda kürəyə necə kömür tökülür, dəmiri onun içərisinə salıb, qızdırırlar, mum kimi edirlər, qızardırlar, onu bir-bir izləyirdim. Kənddə keçirdiyim uşaqlığımı, xatirələrimi həmişə əsərlərimdə canlandırmağa çalışmışam.


“Dostluq mində bir olar, o da onqadır”

 - Dostluq çox çətin məsələdir. Mən Naxçıvanda işləyəndə işimi elə qururdum ki, hər gün günorta Nehrəm kəndinə baş çəkə bilim. Orada tarla düşərgəsində yaşlı Əli kişi yaşayırdı, heç kimi yox idi. Münasibətimiz yaxşı idi, mən ağsaqqal, müdrik insanların söhbətlərini xoşladığıma görə, Əli kişi ilə də söhbətimiz tuturdu. Ona ətdən, yağdan, taxıldan göndərir, kömək edirdim. Əli kişi bir dəfə mənə dostluqla bağlı çox müdrik kəlam dedi: “Dostluq mində bir olar, o da onqadır”. “Onqa” sözünün mənasını çox axtardım, sən demə, “onqa” Qaf dağında bir quş adıdır. Bax, Əli kişi əsl dostluğu belə nadir tapıntı bilirdi, bu qədər böyük dəyər verirdi.

Mənim dostlarım həmişə çox olub, indi də çoxdur. Elə Əliquluuşağı kəndindən də tanıdıqlarım var. Hələ də görüşürük, yanıma gəlirlər, məni ziyarət edirlər. Biz tərəfdə dombalan məşhurdur. Kartofa bənzəyən bitkidir. Azərbaycanda kiloqramı 2-3 manat olsa da, Fransada 500-600 manatdır. Kəndimizdən olan tanışlarım mənə çox zaman dombalan pay gətirir. 

Kəndin xoş keçən bayramları... 

- Kəndimizin bayramları çox şən keçirdi. Qadınlar bayram günlərində sacarası, əyirdək, kətə bişirirdilər. “Çöçə” adlı yeməyimiz də var idi. “Çöçə” yeməyi maşdan (xırda lobya) hazırlanırdı. Onu qaynadıb əzir, dağ olunmuş yağ-soğanda bişirirdilər. Həmin püreni yuxanın arasına qoyub, yeyirdik.

Bayram günlərində biz uşaqlar bir yerə yığışır, məktəbimizi bəzəyirdik. May bayramını da xüsusi qeyd edirdik. Bütün uşaqlar sıraya düzülür, kənd boyu mahnı oxuya-oxuya gəzirdik. 


“Toylarımızda səhərə qədər aşıqların dastanlarına qulaq asardıq”

- Kəndimizin toylarının da özünəməxsus sevinci, həyəcanı olardı. Bir neçə gün əvvəldən kiminsə evində toy idisə, bütün kənd hazırlaşardı. Toyda ən çox istifadə olunan çalğı alətlərindən biri zurna idi. Kənd camaatı onun səsini, ahəngini çox sevirdi. Qubadlıda ən çox muğamlarımız məşhur idi. Qarmon və digər çalğı alətlərində ifaları dinləyərdik.

Sazdan ötrü də ölürdük, amma Qubadlıda saz az idi. Bilmirəm nədəndir, biz tərəflərdə - Qarabağ zonasında saz, aşıq çox nadir hallarda tapılardı. Amma imkanı olan toyuna aşıq tapıb gətirirdi, səhərə qədər o aşıq dastanlar danışır, oxuyur, biz də qulaq asırdıq. İndi elə aşıqlar da çox azdır. 

 “Kənd camaatı səxavətli, halal insanlar idilər”

- Kəndimizdə heç vaxt oğurluq olmazdı. İnsanlar oğurluq nədir, bilməzdilər. Kimsə başqasının malına göz dikməzdi.  Qadınlar qatıra, ata oturub, bazara getməzdi. Abır-həya, ismət var idi.

Mən elmimi, təhsilimi təbiətdən almışam. Ona görə də kitablarımda kənd həyatından, kənddə yaşadıqlarımdan çox yazmışam. 


“İnsan  yüksəldikcə, aşağılar daha yaxşı görünür”

- Həmişə kəndimizə, oranın insanlarına bağlı olmuşam. Kəndə getdikdə, qohumlarıma pul verirdim, xahiş edirdim ki, heyvan kəsib, qonaqlıq düzəltsinlər. Bu yığıncaq atamın əkin-biçin yoldaşları üçün idi. Hər zaman onların, eləcə də bütün kənd camaatının qulluğunda dururdum.

O illərdə sovetin bir siyasəti də ruslaşdırma idi. Məsələn, Əliquluuşağına Varya adında rus müəllimə göndərmişdilər, dilaltı tapşırmışdılar ki, bu qızı orada evləndirin. Buna baxmayaraq, Varya müəlliməyə kəndimizdə hörmət böyük idi. O sakinlərlə qaynayıb qarışır, el məclislərində iştirak edirdi, istiqanlı insan idi deyə, onu da öz müəllimlərimizdən ayırmırdıq.

Amma həmin illərdə müəllimlərimizin əksəriyyəti kişi müəllimlər idi. 

 “Qubadlı işğaldan azad olunsa...”

- Əliquluuşağı kəndinin bir yanından Bərgüşad çayı axır. Çayın yanı uzunu geniş bağlarımız var idi, elə adına da “çay bağı” deyərdik. Məndən soruşsalar “cənnət haradır?”, deyərdim ki, Bərgüşadın ətrafı. Kitablarımda da belə qeyd etmişəm. Uşaq olanda yaz-yay aylarında, istilər düşən kimi səhər obaşdan çaya gedirdim. Axşama qədər çayda çimirdim. Həmişə atam danlayırdı ki, bu qədər də çimməkmi olar, ilan kimi qabıq qoymusan. Nə qədər danlansam da,  günüm çayda çimməklə keçirdi.

İllərdir, öz ata-baba torpaqlarıma gedə bilmirəm. Ona görə, ürəyimdə bir vətən nisgili var. Qubadlı işğaldan azad olunsa, kəndimizə gedib, dağı-daşı yoxlayaram, xatirələrimi təzələyərəm. Köhnə dostlarımı yadıma salaram. Kənddə başlayan münasibətlər illər keçsə də unudulmur.

Övladlarım da kənd mühitinə çox sevgiylə yanaşırlar. Kənddə yaşamazlar, hamısı vəzifəli adamlardır. Amma kəndin qədimliyini, gözəl təbiətini çox xoşlayırlar.

Oxşar xəbərlər
19:54, Bu gün
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
19:52, Bu gün
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
19:51, Bu gün
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
19:41, Bu gün
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
19:39, Bu gün
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
19:30, Bu gün
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
19:17, Bu gün
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
19:14, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
18:59, Bu gün
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
18:48, Bu gün
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
18:37, Bu gün
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
18:35, Bu gün
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
18:35, Bu gün
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
18:21, Bu gün
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
18:06, Bu gün
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
18:04, Bu gün
İstidən sərinləmək üçün suya girdi
17:59, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
17:56, Bu gün
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
17:56, Bu gün
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
17:53, Bu gün
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
17:49, Bu gün
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
17:45, Bu gün
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
17:43, Bu gün
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
17:40, Bu gün
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
17:36, Bu gün
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
17:33, Bu gün
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
17:28, Bu gün
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
17:24, Bu gün
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
17:23, Bu gün
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
17:19, Bu gün
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
17:13, Bu gün
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
17:10, Bu gün
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
17:07, Bu gün
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
17:05, Bu gün
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
17:00, Bu gün
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
16:56, Bu gün
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
16:55, Bu gün
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
16:51, Bu gün
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
16:46, Bu gün
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
16:43, Bu gün
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
16:40, Bu gün
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
16:37, Bu gün
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16:35, Bu gün
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
16:32, Bu gün
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
16:26, Bu gün
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
16:21, Bu gün
Bu taksi şirkəti qiymətləri ARTIRDI
16:15, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
16:15, Bu gün
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
16:10, Bu gün
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
16:07, Bu gün
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:05, Bu gün
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
16:02, Bu gün
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
16:00, Bu gün
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
15:58, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:55, Bu gün
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
15:52, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
15:46, Bu gün
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:49, Bu gün
"Üçtərəfli bəyanat aktuallığını qoruyur" - Rusiya XİN-dən açıqlama
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
13:51, Bu gün
Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basdı - VİDEO
13:48, Bu gün
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO
13:44, Bu gün
Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”
13:40, Bu gün
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
13:36, Bu gün
Renat Dadaşovun çıxış etdiyi klubun stadionu dövlət tərəfindən müsadirə olunub
13:35, Bu gün
Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”
13:30, Bu gün
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
13:28, Bu gün
Prezident: “Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:26, Bu gün
İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”
13:22, Bu gün
Sabah bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
13:17, Bu gün
Məhkəmə Anar Məmmədlinin vəsatətini təmin etmədi
13:13, Bu gün
Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalandı - YENİLƏNİB
13:05, Bu gün
Vidadi İsayev Bərdənin Qurdlar kəndində səyyar qəbul-görüş keçirdi - FOTO
13:00, Bu gün
Pensiya alanların NƏZƏRİNƏ: Bakı, Sumqayıt və Abşeron üzrə ödənişlər edildi
12:57, Bu gün
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
12:52, Bu gün
Taksi sürücüləri çarəsiz vəziyyətdə: Borclarını ödəyə bilmirlər - VİDEO
GÜNLÜK
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır