Xəbər lenti
24/05/2019 [00:07]:
"Bakı etibarlı idman platformasıdır”
23/05/2019 [23:56]:
“Huawei” öz əməliyyat sistemini yaradacaq
23/05/2019 [23:54]:
Xədicə İsmayıl Ramil Səfərovu təhqir etdi - Cavab
23/05/2019 [23:50]:
Vəkili Fuad Abbasovla görüşdü və bu açıqlamaları verdi: "Qatı cinayətkarların kamerasında..."
23/05/2019 [23:48]:
Fuad Abbasovun azad olunması xəbəri təsdiqini tapmır - vəkili "belə bir şey yoxdur", dedi
23/05/2019 [23:41]:
Marketdə başlayan "qaymaq" davası qanla bitdi - VİDEO
23/05/2019 [23:38]:
Solovyov qorxdu, duelə getmədi...
23/05/2019 [23:20]:
Türkiyə-Rusiya hərbi əməkdaşlığının inkişafı Azərbaycana nə vəd edir?
23/05/2019 [23:18]:
102 yaşlı qadın 92 yaşlı otaq yoldaşını vəhşicəsinə öldürdü - DƏHŞƏT...
23/05/2019 [23:15]:
Kürdəmirdə qıza görə adam öldürən məhkuma yenidən cinayət işi açıldı
23/05/2019 [23:02]:
Məşhurlarımız rumın müğənninin klipinə çəkildilər - VİDEO
23/05/2019 [23:00]:
Bakı bulvarında qadın özünü dənizə atdı - VİDEO
23/05/2019 [22:54]:
Küçədən keçən qadınların sinəsinə yumruq ataraq yoluna davam etdi - VİDEO
23/05/2019 [22:52]:
Ermənistan Cənubi Qafqazın İsraili olacaq?- İrəvan yenə də xam xəyallar arzusunda...
23/05/2019 [22:46]:
Levan İzoria: “Gürcüstanda ABŞ hərbi bazasının olmasını alqışlayıram”
23/05/2019 [22:43]:
Everest zirvəsində iki alpinist ölüb
23/05/2019 [22:41]:
"Axtarış elanım 15 min dəfə bəyənilsə təslim olacağam" - AĞLASIĞMAZ RAZILIQ...
23/05/2019 [22:39]:
Donqhyun Park: "OPEC+ razılaşmasını uzatmağa ehtiyac yoxdur"
23/05/2019 [22:36]:
Kürdəmirdə 5 yeniyetməni it dişlədi
23/05/2019 [22:05]:
ABŞ prezidentinin köməkçisinin müavini: "Azərbaycanın ÜTT-yə üzv olmaq istiqamətində səylərini dəstəkləyirik"
23/05/2019 [22:03]:
"Bu uzunqulaq özünə kənd təssərüfatında maldarlıqla bağlı bir uyğun iş tapsa pis olmaz"
23/05/2019 [22:01]:
UEFA “Arsenal”a xəbərdarlıq etdi: "Bakıda etiraz olmasın!"
23/05/2019 [21:50]:
Şura “Məktəblilərin iştirakı ilə vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi”ni dəstəkləyir
23/05/2019 [21:42]:
Prezident Ramazan ayı münasibətilə ənənəvi iftar mərasimində iştirak etdi - FOTOLAR
23/05/2019 [21:27]:
Sümük iliyinin faydaları haqqında bilmədiklərimiz - Min bir dərdin dərmanı...
23/05/2019 [21:09]:
Anadolu agentliyinin itkin düşən müxbirinin cəsədi tapıldı - 14 gün sonra (FOTO)
23/05/2019 [20:23]:
Sumqayıtda sərnişin avtobusu qəza törətdi - VİDEO
23/05/2019 [20:11]:
Prezident bu şəxslərin pensiyasını artırdı
23/05/2019 [19:46]:
Romantik görüş üçün ən bahalı şəhər hansıdır?
23/05/2019 [19:35]:
Oqtay Əsədov: "Beynəlxalq birliyin məsələyə ədalətli və həssas yanaşacağına inanırıq"
23/05/2019 [19:33]:
Kosmosda spirtli və qazlı içki niyə qadağandır?
23/05/2019 [18:56]:
ADNSU-da İsrailli mütəxəssislər tərəfindən 10 aylıq İT kursları təşkil olunacaq
23/05/2019 [18:52]:
Müdafiə Nazirliyi Zakir Həsənovla bağlı ermənilərin iddiasını "sərsəm fikirlər" adlandırdı
23/05/2019 [18:40]:
AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu
23/05/2019 [18:39]:
“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur
23/05/2019 [18:33]:
Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi
23/05/2019 [18:32]:
Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi
23/05/2019 [18:30]:
Tanınmamış respublikanın “paytaxtı”nın keçmiş meri ölü tapıldı - Mafiya hesablaşması...
23/05/2019 [18:26]:
ADU-da “Səmavi dinlər” sərgisi -FOTOLAR
23/05/2019 [18:23]:
Millət vəkili Tovuzun Xatınlı, Qədirli, Düz Cırdaxan kəndlərində uşaq bağçalarını ziyarət edib
23/05/2019 [18:13]:
Boksçular küçələrdə oruc tutanlara su və xurma payladı-İbrətamiz...- VİDEO
23/05/2019 [18:02]:
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradıldı
23/05/2019 [17:54]:
Rəsmi Tbilisidən Azərbaycanın “Keşikçidağ”ına hərbi texnika yeritməsi xəbərinə reaksiya: "Emosional çıxışlar etməyin..."
23/05/2019 [17:46]:
Elmar Məmmədyarov çinli həmkarı ilə nələrdən danışdı?
23/05/2019 [17:39]:
““Aslan pəncəli İbad” albomu çox fərqli şəkildə olacaq...”
23/05/2019 [17:37]:
Oruc tutmayanların iftar süfrəsində nə işi var...? - Din xadimi aydınlıq gətirdi
23/05/2019 [17:35]:
Ekologiya Nazirliyinin əməkdaşları təltif olundu -FOTOLAR
23/05/2019 [17:30]:
“Son iclas” filmi Pirallahı gəncləri tərəfindən böyük maraqla qarşılandı
23/05/2019 [17:28]:
“Ermənilər uzun illər ərzində alban kilsələrini qriqoryanlaşdırıblar” – “Bu proses indi də davam edir”
23/05/2019 [17:27]:
Ən təhlükəli siqaretlər bunlar imiş
23/05/2019 [17:14]:
"Birgə fəaliyyət nəticəsində qanunsuz ticarət dövriyyəsindən təxminən 10 kq narkotik çıxarılıb"
23/05/2019 [17:09]:
Eldar Əzizov Ukraynada Milli Qəhrəmanla görüşdü –FOTOLAR
23/05/2019 [17:04]:
Baş nazir: “Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı bütün məsələlərin həll olunacağına əminəm”
23/05/2019 [16:54]:
Tofiq Tağızadənin “Mateo Falkone” filmi bərpa olundu -FOTOLAR
23/05/2019 [16:50]:
Nanə Ağamalıyeva "Porche"sində elə poz verdi ki... - FOTOLAR
23/05/2019 [16:38]:
“Qarabağ münaqişəsi  Ermənistanın inkişafına mane olmur...”
23/05/2019 [16:37]:
Dondurma mövsümü başladı - Zəhərlənməmək üçün bunları bilmək vacibdir
23/05/2019 [16:32]:
Özü-özünü əməliyyat edib tibb tarixinə adını yazdıran həkim -HEYRƏTAMİZ...
23/05/2019 [16:26]:
Qaçırdığı qadını vəhşicəsinə döyüb öldürmək istədi - 16 illik həbs edildi
23/05/2019 [16:24]:
"Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazisidir"
23/05/2019 [15:56]:
Rövşən Rzayev və müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
23/05/2019 [15:55]:
“Bu ölkənin hərbi uğurları bizi hər zaman sevindirib, çünki...”
23/05/2019 [15:51]:
“Bütün bunlar sübut etdi ki, xalq ancaq bayağı materiallara baxmaq həvəsində deyil...”
23/05/2019 [15:50]:
ADPU-dan gənc prorektorun işdən çıxarılmasına reaksiya: "Buna səbəb..."
23/05/2019 [15:46]:
Bu avtomobillərin Azərbaycana idxalı qadağan ediləcək - Nazirlikdən xəbərdarlıq...
23/05/2019 [15:43]:
Zurabişvilidən mübahisəli sərhədlə bağlı mesaj: “Prosesin bərpasını alqışlayıram"
23/05/2019 [15:36]:
Planet getdikcə "hallanır" - Təhlükə saçan dinamika...
23/05/2019 [15:35]:
“Tramp Türkiyəyə münasibətdə şantaj elementlərindən istifadə edir”
23/05/2019 [15:32]:
"Əvvəllər sürücü kişilərə qız verməzdilər, indi də sürücü qıza oğlan vermirlər..."
23/05/2019 [15:30]:
Ankara ABŞ-ın “ultimatum”una münasibət bildirdi
23/05/2019 [15:28]:
“Özümü kişi məclisində rahat hiss edirəm” - Səidə
23/05/2019 [15:28]:
Pakistan “Şahin-2” raketini sınaqdan keçirdi - VİDEO
23/05/2019 [15:23]:
Bakıdakı çempionata erməni bacı-qardaş da qatılacaq
23/05/2019 [15:15]:
Abituriyentləri intihara sürükləyən ÇƏTİN SUALLAR...
23/05/2019 [15:05]:
Respublika olimpiadalarında qalib gələnlər bu ixtisaslarda təhsil ala bilər
23/05/2019 [15:02]:
Çingiz geriləməsindən danışdı - “Mənim üçün fərqi yoxdur”
23/05/2019 [15:00]:
Dövlət qulluğunun B növü üçün qeydiyyat başlayıb
23/05/2019 [14:58]:
Rayonlarda leysan, dolu gözlənilir
23/05/2019 [14:44]:
“Azərbaycanda yüksək keyfiyyətli dondurma istehsal edən firmalar var...”
23/05/2019 [14:44]:
35 rayonda torpaqların elektron kadastr uçotu işləri tam olaraq yekunlaşdı
Bütün arxiv bir sırada
26/11/2018 [10:57] - Ədəbiyyat - ( 1298 dəfə baxılıb)

Aradakı məmurlar, susan ziyalılar və eşidilməyən səsimiz...



“Kitabi Dədə Qorqud”da “Dirsə xan oğlu Buğacın boyu” yadınızdadır? Dirsə xanın əlini-ətəyini öpən bəylər onu oğlu ilə düşmən etdi, iftira atıb səni öldürmək, yerini tutmaq istəyir-dedilər, xanı oğlunun  qatilinə çevirmək dərəcəsinə qədər gətirdilər...

“Nadir şah” faciəsi də yadınızdadır, həmin bənzər fitnə ilə oğlunun gözünü çıxartdırdılar atasına, ədalətli, humanist və xalqını sevən şahı həmin fitnəkarlar həm də xalqına qarşı çevirdi. Bəlkə və yəqin ki, qulağına : “Onlar sabitliyi pozmaq istəyir” - dedilər...

Belə misallar yüz minlərlədir dünya tarixində. Şahlar, krallar, imperatorlar, prezidentlər, MK katibləri ilə xalqın arasında duran bir məmur, vəzir-vəkil divarı olur ki, hakimiyyəti xalqdan, xalqı hakimiyyətdən həmişə ayırır. Halbuki, qanunlarla idarə olunan ölkələrdə bu qüvvə “divar” yox,  vasitə olur. İerarxik sistemdə elə bir təbəqə və zəruri vasitə ki, xalqın səsini, sözünü, məmləkət başçısına ədalətli şəkildə yetirə bilsin, cəmiyyətin durumunu düzgün analiz edib, ictimai-sosial sifarişləri ümumi inkişaf   naminə yuxarıda-imtiyazlı, səlahiyyətli mövqelərdə sivil qydada həll etsin.

Mən uzaq tarixə getmək istəmirəm və mövzu ilə bağlı günümüzdə baş verən tragikomik hadisələri  diqqətinizə çatdırmaq istəyirəm. İndi bizim ölkədə ziyalılar, həqiqi ziyalılar məhz bu cür “divar” manesi ucbatından hakimiyyət divanından, mövqeyindən sanki “iqnor” olunub.  Bəzən adama elə gəlir ki, bu xalqın, bu ölkənin tarixini, ədəbiyyatını, sosial, ictimai-siyasi problemlərini öyrənən, bu məmləkətin bir vətəndaş kimi qeyrət göstərib fədakarlıq edən adamları artıq lazımsız duruma gətirilib və hardasa, 5-ci kateqoriyalı bir zümrəyə çevrilib. Çünki, arada olan iftiraçı, şantajçı və mənfəətpərəst məmurlar onları sədd kimi qoruyub saxladıqları “divar”dan o tərəfə buraxmır. Və ən pisi isə odur ki, öz mövqelərini təhlükədən qorumaq üçün onları hakimiyyətə düşmən qüvvə kimi təqdim edir. Çünki artıq kənarda qalan o üçüncü tərəf  - “onlar” üçüncü, yad, təxribatçı qüvvələrtək səciyyələndirilir. “Onlar hakimiyyətə və sizə xəyanət etmək istəyir!”- mesajı ilə sadə, səmimi və vicdanlı adamları uzaqlaşdırır, lazımsız bir cəbhəyə atırlar... Əslində bu davranışla bilərəkdən narazılar qrupu yaratmaq istəyirlər. Çünki bu xalqını, dövlətini, dövlət başçısını və tarixini, mədəniyyətini qorumaq istəyən adamlar onlara daimi təhlükədir.

 Mətbuatda hər gün oxuduğumuz məmur çəkişmələri, özlərini prezidentə və dövlətə daha sədaqətli göstərib qarşı tərəfi “vuran” bu qüvvələr bizim müstəqilliyimiz üçün hər an təhlükə mənbəyi olduğu halda həm də öz kreslo rəqiblərindən başqa, haqq səsini çıxarmaq istəyən adamları da şərləməkdədirlər. Dil, ədəbiyyat, təhsil, səhiyyə problemlərini faktlarla və ürək ağrısı ilə diqqətə çəkmək istəyən adamlar haqqında  “Onlar sabitliyi pozmaq istəyirdilər” – iftirası ilə əslində özləri yeni oyunlar, təxribatlar hazırlığı aparır, əllərində olan mətbu orqanlar, tabeliklərində olan ələbaxan işçilər tərəfindən bu yalanı ictimailəşdirirlər.

Bəs bu “divar” keşikçiləri məmurlar kimdir? Onlar təkcə vergi, ədliyyə, bank, gömrük, sosial təminat və s. sahələrin hakim qüvvələri deyil. Bu sahənin “qəhrəmanları” artıq xəbər gündəmimizin dedektiv macaralar bölməsində baş obraz kimi dilləri dolaşır. “Məmur” kimi mədəni, etik bir ifadəyə “quldur” assosasiyası kimi kobud, qaba və barbar davranışlı adamlara xas səciyyə şamil edilir. Artıq rəsmi şəxslərin dilindən rəsmi tədbirlərdə ciddi şəkildə verilən məlumatlardan şoka düşməkdən usanmışıq: Filan məmur milyonları mənimsədi, filan qurum milyardları oğurladı və s.   Faciənin bir ağrılı tərəfi də ondan ibarətdir ki, bu “divar məmurlar”ın  böyük əksəriyyəti həm də elm fəzasında özünü ulduz kimi hiss edən, bir çox titul və səlahiyyətləri ələ keçirən bəzi elm və mədəniyyət, təhsil sahəsinin başçılarıdır.

Savadsızları dəstə-dəstə elmə gətirir, yaratdıqları bataqlıqda özlərini yeganə işıq saçan adam kimi mərkəzdə saxlayırlar.

Elə bir vəziyyət yaradıblar ki,  hansısa sənət, ədəbiyyat və dil məsələsi haqqında sivil qaydada, elmi məqalələr və faktlar əsasında yüzlərlə müəllimin və ziyalının, mütəxəssisin rəyina əsaslanaraq aidiyyəti qurumlara mədəni müraciəti də qaralayıb, şantaj faktına çevirirlər. Elə olmasaydı, “ziyalıları parçaladılar”, “aldadıb meydanlara, küçələrə tökmək istədilər”, “çaşqınlıq yaradıb sabitliyi pozmaq istədilər”, “sərt və radikal addımlar atmağa hazır idilər” və s. bu kimi ifadələrlə ziyalıların səsini batırmaq və elmi yanaşmaya siyasi rəng qatıb bizləri qorxulu qüvvə kimi mənalandırmaq halları ilə rastlaşmazdıq. Necə də 37-ci illər ifadələri ilə üst-üstə düşür...

Və ən pisi, bizim bu cür təmənnasız cəhdimizi “şəxsi maraq” sferasına gətirmək niyyətləridir.

Hörmətlıi, tribunlar, aliməqam ziyalılar! Sabitliyi pozmaq işinə bu ölkədə ancaq və ancaq dövlətin pullarını, milyonlarını mənimsəyən adamlar baxır. Çünki, onlara sərf edir ki, ara qarışsın, hesab-kitab soruşulmasın. Biz sadə peşə sahibləri, zəhmətkeş, maaşla dolanmağa cəhd edən alimlər sadəcə dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız və daima təhlükələr burulğanında müstəqilliyini qorumağa çalışan dövlətimiz üçün narahatıq. Hər şeyi əlimizdən almısınız, bu narahatlığı əlimizdən almağa isə  haqqınız yoxdur! Və bilin, bütün bu dəyərləri qorumaq üçün biz ziyalılar parçalama, pozma, dağıtma işinə yox, dövlət rəhbərinin ətrafında birləşməyə hazırıq! Amma “aramızdakı “məmur divarlar” buna imkan vermir...

 

İradə Musayeva

26 noyabr 2018

 

loading...
loading...
Marketdə başlayan "qaymaq" davası qanla bitdi - VİDEO
Solovyov qorxdu, duelə getmədi...
102 yaşlı qadın 92 yaşlı otaq yoldaşını vəhşicəsinə öldürdü - DƏHŞƏT...
Küçədən keçən qadınların sinəsinə yumruq ataraq yoluna davam etdi - VİDEO
"Axtarış elanım 15 min dəfə bəyənilsə təslim olacağam" - AĞLASIĞMAZ RAZILIQ...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Ermənistan Cənubi Qafqazın İsraili olacaq?- İrəvan yenə də xam xəyallar arzusunda...
Cəmiyyət
Tanınmamış respublikanın “paytaxtı”nın keçmiş meri ölü tapıldı - Mafiya hesablaşması...
Şou-biznes
““Aslan pəncəli İbad” albomu çox fərqli şəkildə olacaq...”
Dünya
Özü-özünü əməliyyat edib tibb tarixinə adını yazdıran həkim -HEYRƏTAMİZ...
Araşdırma
Planet getdikcə "hallanır" - Təhlükə saçan dinamika...
Həftənin ən çox oxunanları
"Emin 444" öldürən çempionun yaralı görüntüsü yayıldı - FOTO
DYP əməkdaşları "Gelendevagen" deyir, "Niva"nın sahibi isə daş atıb başını tutur ki...
Rusiya üçün “S-400”-ü yaratmış azərbaycanlı haqda yeni film çəkildi-VİDEO
Əhmədova Abdullayevin ifşa videosunu yaydı: "Tövbə edin və heç kimin haqqına girməyin"
İrana gündə 500 raket zərbəsi!
"Bir neçə gün öncə Bakının mərkəzində erməni tələbə yoldaşımı gördüm...”
“Şəmistana fəxri ad versələr, inciyərəm...”
“Şuşa və Laçının işğalı ilə bağlı sövdələşmə aparmış 3 nəfərdən biri Türkiyədə yaşayır…”
Gürcüstan müsəlmanları Saakaşvilinin üzr istəməsini tələb etdi
Şüvəlanda "su qiyməti"nə dəbdəbəli villa satışa çıxarıldı - 10 milyon manat + VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]