Film kimi OLAY: 10 məhbus həbsxana tualetinin dəliyindən qaçdı -FOTO/VİDEO
1232
17 May 2025 | 20:25

Film kimi OLAY: 10 məhbus həbsxana tualetinin dəliyindən qaçdı -FOTO/VİDEO

ABŞ həbsxanasından 10 məhbus tualetin dəliyindən qaçıblar.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, qaçış gecə saatlarında baş verib. Bir qrup məhbus kameranın qapılarını sındırıb və tualeti montaj yerlərindən qoparıb və beləliklə də divardan keçid ediblər.

Məhbuslar getməzdən əvvəl divara “Biz günahsızıq” və “Çox asan idi” mesajları yazıblar.

Qaçanlardan artıq iki məhbus tapılaraq həbs olunub, qalanlarını polis FTB ilə birlikdə axtarır.



Bizim.Media

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər