Xəbər lenti
27/05/2019 [15:05]:
“Avropada yayımlanan klipimdə Qarabağ mövzusuna müraciət etmişəm" -VİDEO
27/05/2019 [15:04]:
İbtidai sinif şagirdinin qorxulu yuxusu “sinifdə qalmaq” - Bu, hansı hallarda mümkündür?
27/05/2019 [15:02]:
"Həmin gün Vaqif Səmədoğlunun Musa Yaqub haqqında dediyi söz yadıma düşdü..."
27/05/2019 [14:49]:
Qətərdəki səfirimizin ölkənin nüfuzlu qəzetlərində geniş müsahibələri nəşr olunub
27/05/2019 [14:47]:
Ümumdünya Gömrük Təşkilatının ekspertləri Gömrük Akademiyasında olub
27/05/2019 [14:41]:
Ukraynada məhkumlar üsyan etdi, qaçanlar var - Fotolar
27/05/2019 [14:36]:
Bağlanmış banklarda dollar kreditlərinin restrukturizasiyası başlanır
27/05/2019 [14:12]:
Gömrükdə daxili orqanlarında narkotik vasitə keçirən şəxs saxlanıldı
27/05/2019 [14:06]:
Paşinyanın arvadı oğlunun Qarabağı tərk etdiyini TƏSDİQLƏDİ
27/05/2019 [14:04]:
“İki bölünməkdən elə qorxmuşam, çöpü də ikiyə bölmərəm daha...”
27/05/2019 [14:04]:
Facebook-da transgenderin şəklini yayan 3 AZAL əməkdaşı işdən çıxarıldı
27/05/2019 [14:03]:
Binəqədidə Respublika günü... -FOTOLAR
27/05/2019 [14:01]:
"Çoxlarına Nəcməddin Sadıkov kimi sərt və tələbkar ordu generalı, rəhbər sərf etmir..."
27/05/2019 [13:56]:
Amerikada yerləşən beynəlxalq kikboks mətbuatı Hafiz Baxşəliyevdən yazdı
27/05/2019 [13:52]:
ADNSU-da 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib
27/05/2019 [13:49]:
Regional İnsan Hüquqları və Media Mərkəzi icra etdiyi sessiyası keçirdi
27/05/2019 [13:43]:
Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşdü
27/05/2019 [13:42]:
İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ
27/05/2019 [13:40]:
Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı
27/05/2019 [13:37]:
Növbəti 3 gün ərzində yağış gözlənilir
27/05/2019 [13:35]:
“Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır
27/05/2019 [13:33]:
“Hercai”nin Reyyanına görə təhlükəsizlik gücləndirildi
27/05/2019 [13:31]:
Prezident xanımı ilə “Buta” sarayında...
27/05/2019 [13:24]:
Azərbaycan düşmənlərinə... canazyanların cavabı
27/05/2019 [13:07]:
ADPU-da yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti geniş müzakirə edilib
27/05/2019 [13:00]:
“Yerevandan soruşmamısız ki, onların oğulları hərbi xidməti harada keçirlər?”
27/05/2019 [12:56]:
“Rusiya yenə də bu ölkənin iqtisadiyyatında dominantdır” – “Qalibiyyət”in gətirdiyi əsarət...
27/05/2019 [12:50]:
“Qüdsün, Qarabağın azadlığına doğru” mövzusunda konfrans keçirilir
27/05/2019 [12:48]:
Misirdə Respublika günü qeyd edildi...
27/05/2019 [12:46]:
“Qadına qarşı cəmiyyətin münasibətini dəyişmək üçün təhsil və maariflənmə çox önəmlidir...”
27/05/2019 [12:42]:
BDU-da 28 May – Respublika Günü qeyd edilib
27/05/2019 [12:28]:
Vahid Əhmədov iftar süfrələri təşkil etdi -FOTOLAR
27/05/2019 [12:22]:
Rusiya müxalifət lideri  işğalçı ölkə baş nazirini alqışladı...-VİDEO
27/05/2019 [12:20]:
Bakı-Qəbələ qatarı nə vaxt açılacaq?
27/05/2019 [12:17]:
“Hamı ölümlə görüşməlidir…” - Rasim Balayev
27/05/2019 [12:14]:
Məktəblilərin Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binalarına ekskursiyası təşkil edildi
27/05/2019 [12:11]:
“Mənim kimi qızın sevgilisi olmasa yaxşıdır” -Röya
27/05/2019 [12:02]:
Daha 1787 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilir
27/05/2019 [12:01]:
Ölkədəki faktiki hava şəraiti açıqlandı
27/05/2019 [12:00]:
Səninlə fəxr edirik, Azərbaycan əsgəri!
27/05/2019 [11:59]:
Əli Əhmədovdan Əli İnsanova daha bir CAVAB: “Elə bilir ki, hamı xəyanətkardır”
27/05/2019 [11:56]:
Lüks avtomobilli rektordan cavab gəldi: “O maşın 2012-ci ildə alınıb”
27/05/2019 [11:52]:
Həmin gün Bakı metrosu gecə 4-ə qədər işləyəcək
27/05/2019 [11:48]:
Nail Əzizov həm də ADAU-nun idman tarixinə töhfələr verir
27/05/2019 [11:46]:
Mərdəkan Dendrarisində bataqlığı xatırladan hovuzlar - REPORTAJ
27/05/2019 [11:40]:
DOST xidmətlərindən 3 mindən çox vətəndaş faydalanıb
27/05/2019 [11:39]:
DİM qapalı və açıq tipli tapşırıqlar üzrə maksimal balın hesablanması qaydasını açıqladı
27/05/2019 [11:38]:
İyunun 2-də buraxılış imtahanları keçiriləcək
27/05/2019 [11:35]:
Yevlaxda qadının boğazını kəsib öldürən şəxs tutuldu
27/05/2019 [11:32]:
Bakıda ekstremal dərəcədə az çəki ilə doğulan körpə həyata qaytarılıb
27/05/2019 [11:31]:
“Çin dili körpüsü” müsabiqəsinin seçim turu keçirildi
27/05/2019 [11:30]:
Ermənistanda “Cin şüşədən çıxdı” - Paşinyan onu geri qaytara bilməyəcək
27/05/2019 [11:19]:
BDYP-nin təşəbbüsü ilə məktəblilərin stasionar postlara ekskursiyası təşkil edildi - FOTO
27/05/2019 [11:19]:
İran televiziyası sünni müsəlmanların təhqiri səbəbiylə 3 əməkdaşını qovdu
27/05/2019 [11:16]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: Mirzə Fətəli Axundzadə
27/05/2019 [11:13]:
“UNEC-in rektorunun cəbhəboyu bölgələrə səfəri biz veteranları hədsiz sevindirib”
27/05/2019 [11:11]:
Bakıda ekstremal dərəcədə az çəki ilə doğulan körpə həyata qaytarılıb
27/05/2019 [11:08]:
Yeniyetmə hovuzda boğularaq öldü
27/05/2019 [11:06]:
İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi - FOTO
27/05/2019 [11:03]:
“Arsenal”ın Bakıdakı ilk məşqindən - FOTOLAR
27/05/2019 [10:52]:
“Həmin vaxtdan “Qızıl Kəlmə” mükafatına görə heç bir əsər təqdim etmirəm...”
27/05/2019 [10:48]:
Çağdaş və qədim Özbəkistanda on gün... - FOTO
27/05/2019 [10:13]:
“O dağların ucalığını, vüqarını  həyat tərzində cəmləşdirən gözəl insan...”
27/05/2019 [09:58]:
“Çelsi”nin müdafiəçisi: “Bakıdakı finalda qələbə qazansaq...”
27/05/2019 [09:55]:
Xalq şairi Musa Yaqub xəstəxanadan evə buraxıldı
27/05/2019 [09:52]:
"Bank Standard"ın Kreditorlar Komitəsinin sədri istefa verir
27/05/2019 [09:49]:
Erməni silahlı bölmələri atəşkəsi 23 dəfə pozdu
27/05/2019 [09:38]:
Aygün Kazımovadan “18-”
27/05/2019 [09:35]:
Konqoda gəmi batdı - 30 nəfər öldü
27/05/2019 [09:34]:
Fitrə nə vaxtadək verilməlidir?
27/05/2019 [09:21]:
Riqanın sabiq meri Nil Uşakov Avropa Parlamentinə seçildi
27/05/2019 [09:19]:
Tramp Abenin vasitəçi missiyası ilə İrana səfər niyyətini dəstəklədi
27/05/2019 [09:01]:
Amerikanın F-35 qırıcıları “vəhşi rejimi”ində İran sərhədlərində göründü
27/05/2019 [08:53]:
Trampın Azərbaycana və Gürcüstana fərqli təbrikləri: “ərazi bütövlüyümüz” niyə unuduldu?
27/05/2019 [08:53]:
Keçmişin bərpası, qəhrəmanların dırnağa salınması... - VİDEO
27/05/2019 [08:45]:
Messi karyerasında 6-cı dəfə "Qızıl butsu" aldı
27/05/2019 [08:43]:
Şəkidə 7 yaşlı uşağı it dişlədi
27/05/2019 [08:30]:
"Rus ayısı" yeni qurbanlar axtarışında, əlaltıları "təkliflər çələngi" ilə yol gözləyir...
27/05/2019 [08:19]:
Rəsulzadənin “Amerikanın Səsi” radiosundan Azərbaycana ilk MÜRACİƏTİ...
27/05/2019 [08:02]:
Moskvada 200 müsəlman iftarı polisdə qarşıladı- Rəzalət
Bütün arxiv bir sırada
06/12/2018 [08:58] - Müsahibə - ( 2676 dəfə baxılıb)

Eks-nazir Hüseyn Bağırov: “Müəllimlik işini heç nəyə dəyişmərəm” - MÜSAHİBƏ



Modern.az saytı keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovla həmsöhbət olub. Eks-nazirlə söhbətimizdə bir sıra məqamlara toxunulub. Sabiq nazirlə müsahibəni təqdim edirik:

- Hüseyn müəllim, sizə də sirr deyil ki, vəzifədən ayrılmağınızın səbəbi hələ də ictimaiyyətin diqqətindədir. Amma bu suala keçməzdən öncə bir xeyli əvvələ qayıtmaq istərdim. Bir qisim insanlar düşünür ki, Hüseyn Bağırov vaxtilə birdən-birə nazir təyin olunub. Sizin belə düşünənlərə cavabınız nədir?

- O zaman lap əvvəldən başlayaq. Hələ sovetlər dövründə Azərbaycan Komsomol Təftiş Komissiyası Mərkəzinin sədri seçilmişdim. 1982-ci ildə ulu öndər Heydər Əliyev Moskvaya getməzdən əvvəl komsomolun qurultayında iştirak etdi. Düzü, mənim üçün çox qəfil oldu. Öncədən kimsə mənimlə bu barədə danışmamışdı. Həmin vaxt qurultayda Təftiş Komissiyasının sədri seçildim. İctimai əsaslarla olsa da, yetərincə yüksək vəzifə idi. Onu da deyim ki, o zamanlar da siyasi karyera arzusu ilə yaşamırdım və heç bir vəzifəyə iddialı deyildim.

1990-ci illər də çox ağır illər idi. Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərdə müəllim işləyirdim. 20 Yanvar qırğını insanların təfəkkürünə , həyata baxışlarına, ümumiyyətlə əhvali-ruhuna ciddi təsir göstərmişdi.
Yanvarın 20-də səhər 5-6 radələrində bir neçə şəxs, o cümlədən Rasim Müzəffərli (AMEA İqtisadiyyat İnstitunun direktoru - Nazim İmanovun qardaşı), Fəxrəddin Qurbanov (O zaman Komsomolun Mərkəzi Komitəsində çalışırdı. Son zamanlar ölkəmizin Kanadada, Böyük Britaniyada səfiri olub), Şirzad Əfəndiyev (Komsomolun Mərkəzi Komitəsində çalışırdı, sonra bizneslə məşğul oldu. Artıq rəhmətə gedib) və başqaları ilə birlikdə bir bəyanat hazırlayıb, imzaladıq (Mətnin əsas müəllifi də elə deyəsən Rasim Müzəffərli idi) .

Bu mətn Sovet İttifaqı Kommunist Partiyasının və Azərbaycan Kommunist Partiyasının Mərkəzi komitələrinin fəaliyyətini qəti şəkildə pisləyən bir bəyanat idi. O vaxtlar xariclə yeganə əlaqəsi olan “Sputnik” gənclər turizm təşkilatı vardı. Həmin vaxtlar internet də yox idi. Telefon əlaqəsi də kəsilmişdi. Heç kim Azərbaycanda nə baş verdiyini bilmirdi. Həmin müraciəti turizm şirkətlərinin vasitəsi ilə Polşanın turizm şirkətinə, o da BBC-yə ötürmüşdü. BBC bəyanatı səsləndirmişdi. Həmin adamların heç birinin siyasi iddiası yox idi. Sadəcə, hamımız Kommunist Partiyasından çıxaraq, biletlərimizi cırıb atdıq. Onda heç bir dövlət işi məni maraqlandırmırdı. Elə həmin vaxtlarda da sevdiyim müəllimlik işi ilə məşğul idim.  Demək istədiyim odur ki, 2000-ci ilə qədər ağlımda nazir olmaq, hər hansı vəzifəni tutmaq kimi bir şey olmayıb.


- Və 2000-ci ildən başlayaraq həyatınızda nazir səhifəsi açıldı. Siz nazir olmağı xəyal etməsəniz də, bu vəzifəyə həsrətlə baxanlar az deyildi. Maraqlıdır, vəzifənin müsbət tərəfləri varmı?

- Ulu öndərin qərarı ilə  nazir postuna təyin edildim. Bu təyinat mənim üçün gözlənilməz idi. Təbii ki, bu məqamda nizam-intizam da göstərmək lazımdır. Qaldı ki, nazir olmağın müsbət tərəflərinə, öz payıma danışacam. Çünki hər kəs öz həyatını yaşayır. Ola bilsin ki, nazir vəzifəsi kimlər üçünsə cazibədardır. Buna əlçatmaz arzu kimi yanaşanlar da çoxdur, haqqında mənfi obraz yaradanlar da az deyil. Onu deyə bilərəm ki, stresslə dolu həyatdır. Səhhətimdə problemlər yarandı. Ölkə rəhbərinə müraciət etdim, Cənab Prezident də məsələyə həssas yanaşdı. Buna görə ona dünya qədər minnətdaram. 
Cənab Prezidentin köməkçisi məni yeni nazirin təqdimatına dəvət etdi, nazirliyin ünvanına ölkə rəhbərliyinin adından xoş sözlər dedi. Mənə də söz verdi, ölkə rəhbərliyinə öz təşəkkürümü bildirdim, yeni nazirə uğurlar arzu etdim və sivil bir şəkildə kollektivlə vidalaşıb, getdim. Bu gün də səhhətimlə məşğulam. Deyəsən, sualınıza bir qədər uzun cavab verdim.

- Hər halda ətraflı cavab daha yaxşıdır...

- Ümumiyyətlə, dövlət qulluğuna münasibətim fərqlidir. Hiss edirəm ki, çoxları bunu anlamır. Bir hadisəni danışmaq istərdim. Bu yaxınlarda sosial şəbəkə vasitəsilə vaxtı ilə işə götürdüyüm bir gənc dövlət qulluqçusu mənə müraciət etmişdi. Anlatdığım odur ki, dövlət qulluğuna imtahan verib və keçib. Onu iddialı olduğu təsnifatdan bir az aşağı olan işə götürüblər. Soruşmuşam ki, “Tarix fakultəsini bitirmisən, ekologiyada nə işin var?!”. Güman ki, o da ürəyində düşünüb ki, “sən də “tarix”i bitirmisən. Bəs burda nə işin var?!”. Ona o zaman dedim ki, dünyada ən gözəl karyera vəzifə ilə ölçülməyən akademik karyeradır, müəllim karyerasıdır. Orada vacib deyil ki, sən dosent, professor olasan. Lütfi Zadənin hansısa dərəcələrinin olduğunu heç kəs bilmirdi. Lütfi Zadə adı özü belə elmi dərəcə kimi səslənirdi. Hətta, bu sözü də həmin gəncə demişəm. Təbii ki, həmin gənc dediklərimə etiraz etdi. Hətta rişxəndlə, “yenidən nazir olsaydınız, yenə də gənclərin yolunu kəsərdiniz?!” dedi. Hərbi xidmətdə olub-olmadığını soruşdum. Hələ ki “hərbi borcu”nu vermədiyini söylədi. 
Belə bir sual yaranır: necə olur ki, dövlətin hərbi qulluğu borc sayılır, mülki qulluğa isə mükafat kimi baxılır? İmtahan vermişəmsə, deməli mənə mükafat düşür?..

- Toxunduğunuz məqamlarla tez-tez rastlaşırıq. Söhbət bəzi məmurların özbaşınalığından gedir.

- Vicdanlı məmurlar da çoxdur. Təcrübəmdə elə hallar olub ki, insana şəxsi simpatiyam olmayıb, lakin görürdüm ki, işi bacarır və vəzifəyə təyin edirdim.

- Bəzi hallarda vəzifədə oturan məmurun böyük biznes şəbəkəsindən hamı xəbərdar olur. Elə ki vəzifəsi əlindən alındı, biznes şəbəkəsi ortaya qoyulur. 

- Buradakı münasibətdə əlavə tənzimləyici, dəqiqləşdirici məqamlar çoxalmalıdır. İllər boyu hansısa şəxs qanuni yollarla, əziyyətlə iş yaradır, vergisini ödəyir. Bir zaman onu dövlət işinə cəlb edirlər və o da vicdanla çalışır. Daha sonra ümumi dəryazla mətbuat, cəmiyyət onu da biçir. Bəzən ömründə vergi verməyən, yaxud da az vergi verən adamlar yüksək vergilərlə cəmiyyətin inşaatına dəstək verən, öz təşəbbüskarlığı ilə yaxşı işlər görən insanları da incidirlər. Halbuki, həmin insanların nə qədər vergi ödədiyi ilə maraqlanmırlar. Bu məqamlarda aydınlıq olmalı, cəmiyyət yetkinləşməlidir. Özümüzə kənardan baxmağı bacarmalıyıq. 

Ölkəmiz tarixi baxımdan yol ayrıcında yerləşir. Cənubdan-şimala, şimaldan-cənuba, şərqdən-qərbə, qərbdən-şərqə insanların tarixən axın etdiyi yol üstündə yerləşmişik. Hind-avropalılar, ərəblər və başqaları öz işğal siyasətini, ideologiyasını tətbiq etməyə çalışıb. Fikir vermisiniz: ən ucqar kəndlərdə evlərin içi həmişə təmiz saxlanılır. Amma ən ucqar kənddə belə, evdən çölə çıxanda məişət tullantılarının qalaq-qalaq yığıldığının şahidi olacaqsınız. Bu hal indi də müşahidə olunur. Bir növ insanlarda belə təsəvvür var ki, içəri mənimdir, çöl özgənin. Ola bilsin ki, bu, çoxsaylı işğallara öyrəşmədən irəli gəlir. Çölün özgənin nəzarətində olduğunu düşünüb, passiv bir mövqe sərgiləyirlər. Bəzən qanunlara da riayət olunmur. Ölkələr var ki, qanunun icra olunması üçün dövlət ciddi səy və güc tətbiq etmir. İnsanlar könüllü şəkildə buna riayət edir. Düzün və əyrinin aydın və hamı  tərəfindən qəbul edilən meyarı mövcuddur və hamı hər kəsi bu aydın meyarla dəyərləndirir. Bizdə vəziyyət bir az daha mürəkkəbdir. Dediyim odur ki,  kiminsə biznesi varsa, bu, ona qarşı nifrət üçün əsas olmamalıdır. Təbii ki, əgər o,  bu işi qanunlara hörmətlə, öz zəhməti bahasına və ictimai vəzifələrdən sui-istifadə etmədən görübsə. Deyəsən bir qədər mətləbdən uzaqlaşdıq.

- Hüseyn müəllim, ekologiya və təbii sərvətlər naziri olduğunuz dönəmlərdə təbiətə çox  həssas yanaşdığınız söylənilir. Bu həssaslıq indi də qalırmı?


- Azərbaycanda elə bir insan tapılmaz ki, “təbiəti sevirsən?!” sualına “yox” desin. Mütləq “bəli” deyəcək.

- Bəziləri təbiətin qoynunda kabab yeməyi də təbiətə sevgi hesab edir.

- Əksinə, bu sevgi deyil. Bu təbiəti istehlak etməyi sevməkdir. Hətta kabab bişirməsən belə, təbiətin vizual mənzərəsinə baxmaq da istismardır. Bu o deməkdir ki, təbiəti istismar etməyi sevirsən. Bir də var ki, təbiəti  ana məhəbbəti ilə sevirsən. Böyüdükcə, əksəriyyət anlamağa başlayır ki, ananı qayğı ilə, onun üçün nə isə etmək istəyi ilə sevmək gərəkdir. Ana təkcə ona görə sevilməli deyil ki, sənin uşaqlıqda qayğına qalıb. Sadəcə sevməlisən ki, ana var və o,  sənin qoruyucu mələyindir.  
Təbiətə də münasibətdə fərqli yanaşma hökm sürür. Böyük əksəriyyəti təbiəti istismar etməyi ona sevgi kimi başa düşür. 

- Hər halda, sırf kabab məsələsində bu sevginin azlığını demək istəyirsiniz.

- Əlbəttə. Kimsə ailəsini götürüb təbiət qoynuna gedirsə və dağların qoynunda ağacların budağını qoparıb tonqal qalayıb kabab bişirirsə, bu sevgi deyil. Təbiətə sevgi elədir ki, özünü məhdudlaşdırırsan. Məsələn, Milli parklarda, qoruqları yaradanda insanlar bəzən qəzəblə “indi həmin ərazilərə giriş tənzimlənəcək?” deyirdi. Baxın, bütün qorunan ərazilər insan ayağı dəyməyə icazəsi olmayan statuslu yerlərdir. Qoruqlar ölkə ərazisinin 4-5% -ni təşkil edir. Heç olmasa 4-5% ərazini digər canlılar üçün saxlayaq. Niyə onun qaldığı yerlərə getməlisən?! İndi bir çox insanlar zooparkların, sirklərin düzgün olmadığını düşünür. Təbiəti, heyvanları görmək istəyirsənsə, elə et ki, heyvanlar səndən qorxmasın. Çünki o canlıların da azad yaşamaq hüququ var. Azərbaycan deyəndə onun ceyranı yada düşür, Azərbaycan deyəndə onun bəbiri yada düşür. 1968-ci ilə qədər onun pələngi yada düşürdü. 1938-ci ilə qədər pələng ovuna lisenziya verilirdi. 1968-ci ildən ölkəmizə pələng yoxdur. Məgər, ölkə pələngsiz kasadlaşmadı?!. Artıq ölkənin pələngi olan  obrazı yoxdur. Ölkənin əsas hissəsinin adı Şirvandır, “şir, aslan” sözlərindəndir. XVII əsrdə sonuncu aslanlar yox oldu. Nəyin hesabına?! Kim onları sıxışdırdı?! İnsanlar onların yaşayış arealını daraldıb məhv etdi. 

- Təbiətin istismar edilməsi məqsədli şəkildə aparılır. Məsələn, hansısa xəz-dəri üçün qiymətli heyvanlar ovlanır.

- İnanmıram ki, Azərbaycanda 1938-ci ilə qədər heyvanları geyim üçün öldürürdülər. Düşünürəm ki, öldürən sadəcə həvəskar ovçudur. Bildiyiniz kimi, cənab prezidentin tapşırğı ilə rayonlarda qəbul keçirirdik. Müraciətlərin 30-35%-i  ovçular tərəfindən olurdu. Ov etməyin haqları olduğunu deyirdilər. 

- Bu cür məqamlarda hücumlar da istisna deyil. Hər halda, belə hallarla qarşılaşmısınız. Çünki vəzifənin bu üzü də var.

- Milli Park yaradılanda deyirdilər ki, “qəsdən yaradır ki, bizi ora buraxmasın”. Halbuki, belə deyildi.  Məsələn, Şahdağ Milli Parkının yaradılması barədə qərar 1998-ci ildə qəbul edilib. O zaman heç hökumət işində çalışmaq ağlımda belə, yox idi. Öz xoşbəxt müəllim həyatımı yaşayırdım.


- Tələbələrlə işləmək sizi çoxmu qane edib? Çünki nadir halda kimsə sadə müəllimliyi vəzifədən üstün tutsun. Tələbə auditoriyasından aldığınız zövqü bölüşmənizi istərdik.

- Bilirsiniz, auditoriyaya daxil olanda, fikirlərini sistemləşdirib onlara izah edəndə, tələbələrin gözündə boş ifadənin maraqla dəyişdiyinin şahidi olursan. Bu zaman tələbənin beynində suallar formalaşır, o düşünməyə başlayır. Tələbələrin gözləri beyinlərindən xəbər verir. İlk baxışdan bunları hiss edirsən. Bu təsəvvüredilməz dərəcədə mükafatdır.


- 18 il nazir postunda çalışmanıza baxmayaraq, etiraf edirsiz ki, pedaqoji sahədə özünüzü daha xoşbəxt hiss edirsiz. 

- Yenə deyirəm. Ölkən üçün nəsə etməlisən. İş tapşırılırsa, xalqın üçün, dövlətin üçün vicdanla yerinə yetirməlisən. Buna söz yoxdur. Buna qarşı olmaq istəmərəm. Bir çox işlərdə çalışmışam. Yeniyetmə yaşında da işləmişəm, tələbə olan dövrdə də çalışmışam. Ona görə də müəyyən qədər müqayisə etmək şansım var. Bu baxımdan deyə bilərəm ki, həyata ən çox işıq gətirən müəllim işığıdır.

- Etiraf etməyi həmişə bacarırsızmı?

- Təsadüfi deyil ki, bir çox dinlər iddia edir ki, ilahi insanın qəlbində yaşayır. Yaxşı və pisi, düz və əyrini, haqq və nahaqı ayırmağa kömək edən kamerton həmişə insanın içindədir. İstənilən hadisəyə, fakta, hər situasiyaya münasibətdə nəyin düzgün olmasını içində axtaranda tapa bilirsən. Axtarıb tapmaya da, yanıla da bilərsən. Amma diqqətlə axtaranda düzgün yanaşma tapacaqsan. Bu mütləq kimlərinsə, hətta sənin özünün maraqlarına uyğun gəlməyə bilər. 
İstənilən məsələyə münasibəti araşdırıb düzgün nəticəni tapmaq olur. Bəzən deyirik ki, insan təfəkkürlü olduğuna, ədalətli olmağı bacardığına görə insandır. Lakin, bu nisbi anlayışdır. Məsələn, təbiətdə qoca bir şir pusqu qurub nəsli kəsilməkdə olan cavan bir ceyranı tutub parçalayırsa, bu, ədalətsizlik deyil, adi işdir. Amma insanın insan olması üçün təkcə onun düzgünlüyü yetərli deyil. Bu azdır. Sən hətta özünə belə sərf etməyəndə düzgün mövqe qurmağı bacarırsansa, o zaman insan olursan.

- Siz həm də qubalısınız. Doğulduğunuz evə, yurda baş çəkirsinizmi?


- Əvvəllər gedə bilmirdim. Amma səhhətimdə problemlər yaşayandan sonra çalışıram ki, tez-tez gedim. Həmçinin, doğulduğum torpağa gedəndə bir rahatlıq tapıram. Dağlarda saatlarla gəzəndə özünü çox xoşbəxt hiss edirsən. Heç nə sənə mane olmur. Duyğularınla, təbiət mənzərələrinlə baş-başa olursan. 

- Keçmiş Baş nazir Artur müəllimlə də o vaxtdan bəri əlaqə saxlamamısınız?

- Yaxşı sualdı. Yəqin ki, əlaqə saxlayacam.

- Artur  müəllimlə 18 il bir hökumətin tərkibində çalışdınız. Necə xatırlayırsını Artur müəllimi?

- Çox yaxşı bir insan kimi...

- Bu yaxınlarda “NKVD-nin qəbiristanlığı” deyilən yerdə Mikayıl Müşfiqə aid olduğu iddia olunan sümüklər aşkarlandı... 

- Bir məqalədə oxudum ki, qohumu deyir ki, Mircəfər Bağırov gəlib tapança ilə vurub. O, ölkənin birinci katibi idi. O, tapança ilə kamera-kamera gəzən adam deyildi. Fakt da sübut edir ki, belə şey olmayıb. Bu qədər bəsit düşünmək olmaz. Bu, onu göstərir ki, biz öz tariximizi öyrənməyə hələ ehtiyac duymuruq, tariximizdən qidalanmırıq. Yanlış tarix bizə nə dərs verə bilər? Həqiqəti bilmək lazmdır ki, gərək tarixdən dərs çıxara biləsən.

loading...
loading...
Ağcaqanadlar hansı tip adamları daha tez-tez sancırlar? - Maraqlı araşdırma...
"Bakı-Tbilisi-Qarsla sərnişin daşınmasını bu ilin avqustunda mümkün olacaq"
Könüllü olaraq 10 min ağac əkən gözsüz və qolsuz dostlar - İBRƏTAMİZ...
10 aylıq uşağını amansızlıqla döydü - DƏHŞƏT...+ VİDEO
"Şeytan Tramp" deyən şübhəlinin vurulduğu görüntü ortaya çıxdı - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Rusiya yenə də bu ölkənin iqtisadiyyatında dominantdır” – “Qalibiyyət”in gətirdiyi əsarət...
Cəmiyyət
“Həmin vaxtdan “Qızıl Kəlmə” mükafatına görə heç bir əsər təqdim etmirəm...”
Cəmiyyət
“O dağların ucalığını, vüqarını  həyat tərzində cəmləşdirən gözəl insan...”
Kriminal
"El Çapo" ləqəbli narkobarona gəzintiyə çıxmaq qadağan edildi - Azadlıqlar ölkəsində...
Siyasət
“Sovet hakimiyyəti illərində soyqırım daha dəhşətli mərhələyə daxil oldu” - VİDEO
Həftənin ən çox oxunanları
Prezidentdən sonra ən yüksək maaşı bu şəxs alır
Müəllimin şagirdinə qarşı əxlaqsızlığı gizli kameraya düşdü - VİDEO
Gəlin maşınında gəlinin etdiyi hərəkət qalmaqal yaratdı - Azərbaycanda / VİDEO
"Bir neçə gün öncə Bakının mərkəzində erməni tələbə yoldaşımı gördüm...”
Döyüşçü yoldaşından Nəcməddin Sadıkova özünəməxsus doğum günü TƏBRİKİ...
Bakıda daha bir "Galenvagen" dəhşəti: Maşından görün, neçə nəfər çıxdı + VİDEO
Ən ölümcül siqaret növünün adı açıqlandı - ARAŞDIRMA
Qəza dəhşəti: anası oğlunun öldüyünü bilmir - Foto
Şəhid akademikin qızından Prezidentə müraciət: "Bizi arxasız görüb başımıza bu oyunu açırlar"
Şüvəlanda "su qiyməti"nə dəbdəbəli villa satışa çıxarıldı - 10 milyon manat + VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)