Xəbər lenti
18/12/2018 [22:47]:
Qadın sürücü elektrik enerjisi ilə işləyən avtomobilinə benzin vurmaq istədi- MARAQLI...
18/12/2018 [22:42]:
Vladimir Putin: “ABŞ uydurduğu bəhanə ilə sazişlərdən qaçır”
18/12/2018 [22:18]:
ADU-da “masajçı skandalı”: o qadın kimdir? - Sensasiya
18/12/2018 [22:16]:
ANS Şirkətlər Qrupu təqdimat keçirdi: VMF... - Foto
18/12/2018 [22:12]:
KİVDF qəzetlərə 3 ay vaxt verdi – MÜSABİQƏ ŞƏRTLƏR DƏYİŞİR
18/12/2018 [21:57]:
Sumqayıt şəhərində əmək yarmarkası keçirilib
18/12/2018 [21:56]:
Oğru 1,5 milyon dollarlıq boyunbağını udub aradan çıxmağa çalışdı və... - İNANILMAZ
18/12/2018 [21:54]:
Azərbaycandan Türkiyə universitetlərinə attestatla qəbul dayandırılır - RƏSMİ SƏNƏD
18/12/2018 [21:38]:
Başqaları üçün yaşayanlar: Etimad Əsədova və bütün Qarabağ Qazilərinə...
18/12/2018 [21:34]:
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması əsas vəzifə olaraq qalacaq” - Məmmədyarov
18/12/2018 [21:22]:
Gülənin qardaşı oğluna 7,5 il müddətinə həbs cəzası verildi
18/12/2018 [21:19]:
Ermənistan-Azərbaycan: Savaşmı, barışmı...
18/12/2018 [21:14]:
Fərid hər cümə günü təqaüdçülərə pulsuz çörək paylayır - İBRƏTAMİZ+FOTO
18/12/2018 [21:01]:
Prezident sərəncam imzaladı
18/12/2018 [20:40]:
Messi 5-ci dəfə “Qızıl ayaqqabı”nı aldı
18/12/2018 [20:17]:
Əslində 5 rayonu Azərbaycana qaytarmaq gözə kül üfürmək olardı
18/12/2018 [20:09]:
Xırdalanda atışmaya görə həbs edilən şəxslərə hökm oxundu - 81 İL
18/12/2018 [19:54]:
"Azərbaycan xarici ölkələrlə yorulmadan işləyəcək" - Hikmət Hacıyev
18/12/2018 [19:35]:
Tanınmış sənətçi qəfil vəfat etdi
18/12/2018 [19:32]:
Polad Bülbüloğlu yenidən sədr seçildi
18/12/2018 [19:23]:
Bakıda daha bir əxlaqsızlıq yuvası aşkarlandı - Sahibi həbs olundu
18/12/2018 [19:22]:
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi Uluslararası simpoziumda...
18/12/2018 [19:08]:
Rusiya Ermənistana 100 milyon dollarlıq kredit ayırır -"Detalları söyləyə bilmərəm, bunlar gizli məsələlərdir"
18/12/2018 [19:07]:
Putin Qorbaçovun Reyqanla imzaladığı məşhur sazişi tənqid etdi: “Bu, axı SSRİ-nin birtərəfli tərksilah olunması demək idi...”
18/12/2018 [19:05]:
Müdafiə Nazirliyinin rəhbər heyəti toplandı -SƏBƏB
18/12/2018 [19:01]:
Keçmiş MTN polkovniki: "O məsələ açıq-aşkar "obnaliçka" idi"
18/12/2018 [18:47]:
Gözdən əlil qadına sürücülük vəsiqəsi verildi - MARAQLI
18/12/2018 [18:43]:
“Ümumbəşəri dəyərlərin cəmiyyətin inkişafında rolu” mövzusunda ictimai müzakirələr başa çatıb
18/12/2018 [18:30]:
Anasının alqışı ilə 14-cü mərtəbədən tullandı - DƏHŞƏT...+ VİDEO
18/12/2018 [18:17]:
Daha 263 şəhidin vərəsəsinə birdəfəlik ödəniş verildi
18/12/2018 [18:11]:
Səfir: "Moskva Əliyevlə Paşinyan arasında dialoq yaradılması üzərində iş aparır"
18/12/2018 [18:10]:
Yüzlərlə maral öldürən ovçuya ibrətamiz cəza - MARAQLI
18/12/2018 [18:10]:
Rövşən Rzayev köçkünləri qəbul etdi
18/12/2018 [18:09]:
Salatın Əsgərovanın şəxsi əşyalarını  faciə yerindən ilk götürən şəxs nələr danışdı...
18/12/2018 [18:09]:
Qənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görüldü -VİDEO
18/12/2018 [18:08]:
Makedoniyalı siyasətçi: "Şəhid Mübariz İbrahimov Balkan türklərinin qəhrəman oğludur"
18/12/2018 [18:03]:
Bakıda “Audi” məşhur hipermarketə girdi
18/12/2018 [18:02]:
Nə tökərsən aşına, o da çıxar qaşığına!
18/12/2018 [17:58]:
Deputatdan sosial şəbəkələrlə bağlı ÇAĞIRIŞ: “…dərhal ölçü götürülməlidir!”
18/12/2018 [17:49]:
İnsanda iki cür ruh var – ELMİ-LƏDUN
18/12/2018 [17:43]:
Bakıda qadın xəstə uşağını marketdə atıb qaçdı
18/12/2018 [17:42]:
“Anar Məmmədovla bağlı cinayət işinin açılması təəccübləndirmədi…” – Deputat açıqlama yaydı
18/12/2018 [17:40]:
Fransa prezidenti Paşinyanı təbrik etdi və...
18/12/2018 [17:29]:
Manatın sabahkı MƏZƏNNƏSİ
18/12/2018 [17:29]:
“Atamın bağışladığı kitabları toplayıram ki, onları yenidən çap edim” – Söhrab Tahirin qızı
18/12/2018 [17:24]:
İki yaşlı Nərgizin əməliyyatı üçün yığılan pullar oğurlandı
18/12/2018 [17:19]:
Bakıda qardaşı arvadını yandıraraq öldürənə 17 il həbs verildi
18/12/2018 [17:10]:
Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı
18/12/2018 [17:00]:
Kişiləri mübahisəyə çəkən gizli səbəblər...
18/12/2018 [16:57]:
2018-ci ilin ən yadda qalan HADİSƏLƏRİ
18/12/2018 [16:48]:
Novruz Məmmədov nazirə yeni səlahiyyət verdi
18/12/2018 [16:46]:
Ermənistandan Ukraynanın ərazi bütövlüyünə qarşı növbəti qəsd
18/12/2018 [16:30]:
Avtomobilin təkərlərində pirotexniki vasitə aşkarlandı
18/12/2018 [16:26]:
Abel Məhərrəmovun səfir oğluna fəxri ad verildi - FOTOLAR
18/12/2018 [16:15]:
Gülənin qardaşı oğluna 7,5 il həbs verildi
18/12/2018 [16:12]:
Koçaryan Avropa ölkələrinin birindən sığınacaq istəyəcək
18/12/2018 [16:06]:
Prezident: “5 milyondan çox vətəndaş hər il pulsuz tibbi müayinədən keçir”
18/12/2018 [15:46]:
“Dünya televiziyalarında elə kök aparıcılar var ki...” - Xalq artisti...
18/12/2018 [15:37]:
Binədəki dəhşətli qəzada ölən 13 yaşlı Yusifin anasına şok təklif - VİDEO
18/12/2018 [15:30]:
Deputat və tarixçidən Araz Əlizadəyə CAVAB: “Əhməd Cavadla bağlı bu müzakirə yersizdir!”
18/12/2018 [15:27]:
Ermənistan ordusunun zabiti əsgəri güllələdi
18/12/2018 [15:16]:
Sarayın itkin şahzadəsi: Camal Xaşuqcinin aqibəti ilə üzləşib
18/12/2018 [15:13]:
“Facebook” İsrail liderinin oğlunu cəzalandırdı -Gözlənilməz...
18/12/2018 [15:11]:
İnformasiya texnologiyaları sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə edildi
18/12/2018 [15:11]:
Gürcüstanda SOCAR-ın yanacağına "mız" qoyan “Magi LTD”nin saxtakarlığı üzə çıxdı
18/12/2018 [15:01]:
"Ali məktəbə qəbul olunanlardan barmaq sayı qədər tələbə var ki, repetitor yanına getməyib”
18/12/2018 [15:01]:
Sumqayıt şəhərində əmək yarmarkası keçirildi -FOTOLAR
18/12/2018 [14:59]:
Milli Preventiv Qrupun üzvləri tərəfindən başçəkmələr davam etdirilir
18/12/2018 [14:58]:
Səfirliyə açılan "atəş", gizli arayışlar və diplomatın etirazı - Kiyevdən reportaj
18/12/2018 [14:53]:
Paşinyan aprel döyüşlərində məğlub olan generalı müşavir təyin etdi
18/12/2018 [14:49]:
Azərbaycanlı cərrah əməliyyat etdiyi quyruqlu uşağın görüntülərini yaydı - VİDEO
18/12/2018 [14:41]:
“Mübariz Xocalının intiqamını almağa getmişdi...” - Erməni əsirliyində olmuş qadın...
18/12/2018 [14:40]:
Azərbaycan deyiləndə ayağa qalxmağı bacaran insan...
18/12/2018 [14:37]:
“Şagirdləri bu qədər yükləmək olmaz!” - Milli Məclisdə təhsil PROBLEMLƏRİ qaldırıldı
18/12/2018 [14:36]:
“Ümumi təhsil haqqında” qanun layihəsi birinci oxunuşdan keçdi
18/12/2018 [14:35]:
Beynəlxalq təşkilatdan əcaib statistika: Ermənistan 69, Azərbaycan 71-ci yerdə...
18/12/2018 [14:34]:
Səməd Seyidov Avropa Parlamentinin qətnaməsini şərh etdi
18/12/2018 [14:33]:
Ermənistandan “Rusiyadan qorxmuruq” açıqlaması: İt sahibini tanımaq istəmir...?
18/12/2018 [14:30]:
Qənirə Paşayeva himn müzakirələrinə etiraz etdi
18/12/2018 [14:25]:
Himnlə bağlı qanun layihəsi 1-ci oxunuşda təsdiqləndi
Bütün arxiv bir sırada
06/12/2018 [10:29] - Gündəm - ( 2556 dəfə baxılıb)

Arvadının başını qırxan kişidən ŞOK SÖZLƏR: “Onun yad kişilərlə yataqda...”



Bir neçə gündür cəmiyyətdə ərinə xəyanət etdiyi üçün saçı qırxılan qadınla bağlı xəbərlər dolaşır. Demək olar ki, bütün tərəflər sıra ilə danışıblar – saçı qırxılan qadın, onun bacısı, qadının qayınanası.

Musavat.com-un əməkdaşı xəyanətə uğradığını iddia edən və bu səbəbdən də həyat yoldaşını bu formada cəzalandıran ərlə - Elnur Həsənovla danışıb. E.Həsənov söhbətində baş vermiş hadisə və onun pərdəarxası ilə bağlı öz iddialarını söyləyib.

-Bizim bu insanla rəsmi nikahımız olub, evli olmuşuq. Amma mən bunun xəyanətini tutdum. Gətirdim bura. Telefonunda tutdum ki, neçə adamla yazışıb, videosunu çəkib. Yataqda çəkilən videolar var, bunun hamısını mən görmüşəm. Nə etməliydim? Razılaşmalıydım? Yalandan deyir ki, guya mən onu döymüşəm. Döyən-zad olmayıb onu.

-Videoda görünür axı. Gözünün altı göydür... Fotoları var, bu gün biz də yaymışıq. Hər tərəfi göyərmiş, yaralı...

-Yalandır. Montajdır. Fotoşopdu hamısı. Necə ola bilər ki, mən bunu bu formada döyüm, amma 3 ay sonra üzə çıxsın bütün bunlar? Bu işgəncə söhbətini özləri düzüb-qoşublar, yalandır hamısı. Mən hər ay bunun pulunu, bazarlığını göndərirdim, özüm də aylarla gedib yanında qalırdım, ailəmə, qızıma baxırdım. Onun başını qırxmışam. Yaxşı eləmişəm. Xəyanətin cavabı elə olmalıdır. Mən xəyanəti qəbul edə bilmərəm. Həmişə demişəm, kasıb olsun, çirkin olsun, amma namuslu-əxlaqlı olsun. Onun anası bu haqq-hesab ortaya çıxanda Kislovodskiyə gəldi. Bütün səs yazılarını, videoları ona göstərdik, şəkillərə baxdı. Öz anası qızını döydü. Aparıb insan kimi onları yola saldım ki, çıxıb getsinlər Mingəçevirə. Anası qayıdıb mənə dedi ki, bunu öldür, sənin namusunu çirkləndirib. Dedim, mən insanam, qatil deyiləm. Mənim balam var, o balama görə də yaşayıram. Başını da niyə qırxdım, bilirsizmi? Gəzdiyi oğlanlarla videoları var. Onlarla birgə mənim atamı, anamı lağa qoyurmuş, öz aləmində guya biabır eləyirmiş sözləriylə. Onun da cavabını belə vermişəm. Demişəm, mənim atama-anama lağ eləyəni, mənə xəyanət edəni mən də belə biabır edərəm. Amma mən onu döyməmişəm, qadanız alım. Onu özləri ediblər. Düzüb-qoşublar ki, gələcəkdə özlərini haqlı çıxarsınlar.

-Siz o şəkilləri görmüsüz? Heç bir insan övladı özünə o cür işgəncə verdirərmi? Bıçaq, yanıq izləri, qançır olunmuş bədən... Bunu özü-özünə edə bilməz axı.

-Xanım, bir balam var, onun canına and içirəm ki, mən ona heç nə etməmişəm. Özləri düzüb-qoşublar. O şəkil fotoşopdu. Özlərini təmizə çıxarmaqdan ötrü bunu edir. Bu qadın dörd dənə gömrükdən keçib. Nə əcəb polis soruşmayıb ki, sənin üzün niyə bu gündədir? Bunun günahı o qədər böyükdü ki, bu formada aranı qatmaq istəyir. Mən bunu bizim yatağımızda başqa bir oğlanla yazışan yerdə tutmuşam. Telefonu əlindən almışam. Görmüşəm oğlan sonra buna yenə şəkil göndərib və yazıb ki, "həyatım, niyə setə girmirsən ki, danışaq?” Orda eləməyi bəs deyil, gəlib burda, yanımda da mənə xəyanət edir. Oğlana yazır ki, mən sərhədi keçəcəm anamla, ondan sonra piyada keçidini əl-ələ verib keçərik. Oğlana yazır e... Onun hamısını balaca bacısı bilirdi ilk gündən. Kimlərlə görüşüb, bacısı da bilirdi. Ona görə indi elə müsahibələr verir.

-Amma qarşı tərəf deyir ki, telefonda köhnədən bir nəfərin qalan fotosuna görə bu qalmaqal baş verib. Xalası oğlunun şəklinə görə dava düşüb?

-Yalan deyir. Mən onun bütün qohumlarını tanıyıram. Xalası oğlunu da. O deyil, başqa adamdı. Özü də bir adam deyil, bir neçə nəfərdir.

-Çox adam da belə fikir bildirir ki, gənc xanımını Bakıda təkbaşına qoyub getmək, aylarla onu axtarmamaq doğru addım deyildi. Bu halda xəyanətin olması da mümkün idi.

-Yalandır. Aylarla gəlib bunun yanında qalırdım. Bu da mənim yanıma gəlirdi.

-Niyə bir yerdə yaşamırdız?

-Ay bacım, bunlar hamısı bəhanədir. İllərlə Rusiyada yaşayan oğlanlar var, ailələri də Azərbaycanda. Belə çıxır ki, arvadları onlara xəyanət eləməlidi? Yalandan özünü təmizə çıxarmaq üçün söz-söhbət lazım deyil e. Aylarla yanında qalırdım, bayramlarda ailəmlə olurdum. İşləyirdim də burda. Kef sürmürdüm ki... Özü də mən onları yanıma gətirəcəkdim. Özünə də demişdim, qoy deportun qurtarsın, səni götürüb gələcəm bura. Quran haqqı deyirəm sizə.

-Deport edilmişdi eks yoldaşınız?

-Bəli, deport olunmuşdu. Özüm apardım gömrüyə qədər, yola saldım Mingəçevirə. Evə qayıdanda yolda o qədər ağladım ki, bunları niyə deport ediblər. Bax o Allah haqqı deyirəm sizə. Mən nə biləydim ki, buna "stop” qoyublar? Gəldim gətirəm, məlum oldu ki, qadağası var. Camaat illərlə arvadını burda qoyub, çörək dalınca Rusiyaya gedir. Gərək onda hamı xəyanət etsin? Qadın özünə görə namusunu saxlamalıdır, ərinə görə yox. Əgər ona bircə dəfə xəyanət etmişəmsə, Allah mənə qənim olsun. Mən öz alın tərimlə pulumu qazanan insanam. Ancaq ailəmi düşünmüşəm. Gəlin soruşun Kislovodskidə insanlardan, görün mən nətər insanam. Narkoman deyiləm, əclaf deyiləm, mərdimazar deyiləm. Xəyanəti qəbul etmirəm. Bütün normal kişilər kimi, mən də sevmirəm belə şeyi. O xəyanət etdiyi oğlanların yanında anamı-atamı alçaldır. Videosunu da çəkib e bunun, xanım. Videoda sübut var. Sən kimsən ki, həm mənə xəyanət edirsən, həm də mənim valideynlərimi alçaldırsan alçaq adamların yanında? Dayısı da bunu bilir.

-Keçmiş həyat yoldaşınız iddia edir ki, siz uşağı qaçırmısız. İndi də o, uşağı qaytarmaq üçün məhkəməyə müraciət edir. Necə qaçırmısız onu?

-Bu insan orda olanda mən ona üçlü etibarnamə vermişəm. Demişəm ki, deport müddətin qurtaran kimi sən mənim ata-anama qoşulub, gələrsən. Uşağı da gətirərsən. Mən necə uşaq oğurlamışam ki, 3-4 dənə sərhəd keçid məntəqəsindən keçmişəm? Gedib hamısını yoxlaya da bilərsiz. Uşağı oğurlamamışam. Atam-anam gətirib onu. Onlar yolda gələndə bu qız o sevgilisi ilə telefonla danışa-danışa gəlirmiş. Gədə də bunun arxasınca gəlirmiş.

-Sizin sentyabrda çəkdiyiniz və indi yayılan bu video barədə bir neçə versiya var. Qardaşınız və ananız iddia edir ki, videonu sizin tərəf yaymayıb. Qız tərəfi iddia edir ki, videonu sizin tərəf yayıb. Bu videonu kim yayıb?

-Mən də partlayıram indi hirsimdən. Kim onu yayıb, tutulsun. Əgər mən və ya bizimkilərdən kimsə bunu edibsə, qoy tutulsun. Bizimkilər bunu etməyib. Onu özününkülər edib. Videonu kim yayıbsa, onu araşdırıb tapsınlar. Mən də bu videonun yayıldığını görəndə havalandım.

-O zaman haqlı sual çıxır ortaya ki, bəs siz videonun əvvəlində niyə deyirsiz ki, "mən bu videonu instaqramda yayacam”? Hansı səbəbdən onu çəkirdiz? Məqsəd nə idi?

-Mən onu çəkmişəm, düz deyirsiz, amma onu dayısına yollamışam. Demişəm ki, gəlin qızınızı aparın. Gəlib aparmırdılar çünki. Amma mən o videonu çəkəndən sonra silmişəm. Öz tərəfindən kimsə yayıb onu. Mən indi əsəbdən ölürəm. Niyə bu video yayılsın axı? O söz də ağzımdan elə-belə çıxıb ki, instaqramda yayacam. Hirsli olmuşam, ay bacım. Əsəbi olmuşam. Amma onu mən yaymamışam, o Quran haqqı.

-Uşaq indi sizin yanınızdadırmı? Ailəsinin iddiasına görə, "siz o uşağı qaçırmısız və anasına da vermirsiz. Hətta anası uşağının həsrətindən bir dəfə intihara da cəhd edib”. Bunlardan xəbəriniz varmı?

-Necə olur ki, bu adam 3 aydır uşağını axtarmırdı, birdən maraqlandı? İndi intihar edir? Özləri yayır hamısını. Uşaq məndədi, ona xan kimi baxıram. Uşaq da anası ilə maraqlanmır. Uşaq hər şeyi bilir, gördüyünü görüb e o anadan. Gözünün qabağında nələr olub o uşağın. Uşağı evdə qoyub, oğlanlarla gəzməyə gedirmiş. Mən ona uşaq verməyəcəm. Əxlaqsız qadına uşaq düşmür. Xəyanət edən qadını qəbul etmirəm. Uşağı da özüm böyüdəcəm. Uşağını düşünən qadın belə hərəkət etməməliydi. Onun hərəkətlərini mənə uşaq danışıb, xəbəriniz varmı? O qadın artıq mənim üçün ölüdür.

-Qarşı tərəf sizdən polisə şikayət edib. Həbs olunma ehtimalınızdan narahatsız?

-Məni niyə həbs edirlər? Mənə xəyanət olunub e. Xəyanət edən qadını qanunlar müdafiə edir bəyəm? Adam öldürmüşəm, cinayət etmişəm bəlkə? Foto-video faktlar var e, ortada. Oğlanla haralarda gəzib, yataqda şəkilləri, videosu var. Bunu mən çəkməmişəm, özü çəkib. Polis demir ki, bu oğlan kimdir? Onu da çıxarsınlar ortaya, onu cəzalandırsınlar. Mən Rusiya vətəndaşıyam, versinlər məhkəməyə. Görək uşaq kimə düşəcək? Heç buranın qanunları da uşağı xəyanət edən anaya vermir. Qoy versinlər məhkəməyə, görək nə olacaq.

-Qarşi tərəfin iddialarında o da var ki, siz orda bir rusiyalı qadınla vətəndaş nikahında yaşamısız. Hətta buna görə keçmiş xanımınız da sizinlə bir neçə dəfə boşanmaq istəyib, amma siz razı olmamısız.

-Yalandır! Gəlib burda maraqlana da bilərsiz. Boş söhbətdir. Mən hər zaman ailəmin yanında olmuşam. Bunu da təzə çıxarıblar?

Qadın sürücü elektrik enerjisi ilə işləyən avtomobilinə benzin vurmaq istədi- MARAQLI...
Tanınmış sənətçi qəfil vəfat etdi
Yüzlərlə maral öldürən ovçuya ibrətamiz cəza - MARAQLI
"Ali məktəbə qəbul olunanlardan barmaq sayı qədər tələbə var ki, repetitor yanına getməyib”
Azərbaycanda bu nazirlər vəzifəsi ilə vidalaşdı...
Dr. Günel Azayeva - Həkim kosmetoloq
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Ədəbiyyat
“Atamın bağışladığı kitabları toplayıram ki, onları yenidən çap edim” – Söhrab Tahirin qızı
Maraqlı
Kişiləri mübahisəyə çəkən gizli səbəblər...
Cəmiyyət
“Mübariz Xocalının intiqamını almağa getmişdi...” - Erməni əsirliyində olmuş qadın...
Siyasət
Ermənistandan “Rusiyadan qorxmuruq” açıqlaması: İt sahibini tanımaq istəmir...?
Cəmiyyət
“Hacı Mazan”ın işdən çıxarılan oğlunun 300 minlik MAŞINLARI...
Müasir Ədliyyə
Həftənin ən çox oxunanları
"Həyat yoldaşım əşyadır ki, onu gizlədəm?" - "O, elə bir yerdə işləyir ki..."
Qüdrətdən səngərli, qalalı dağlarda Vətən keşikçiləri ilə keçirilən 2 qürurlu gün...
Azərindən Mübarizi təhqir edən məxluqa cavab: "Şərəfsizə sənin ən gözəl cavabın..."
Sənin də döşünü kəssəydilər...
Qazax və Ağstafada döyüş postlarının DSX-ya təhvil verilməsi nə ilə bağlıdır?
“Anamın şəxsi əşyalarını şəhidliyindən 23 il sonra mənə çatdırdılar…”- Ceyhun Əsgərov-VİDEO…
Aparıcının “Bahalaşmaya etiraz edək” şərhi Ərdoğanı qəzəbləndirdi: "Ey əxlaqsız, bura Parisdirmi?"
Gürcüstan prezidenti ultimatum verdi: ”Rusiya Qafqazın qonşusu kimi başa düşməlidir ki..."
Prezidentin səhifəsindən Mübarizlə bağlı MÖHTƏŞƏM PAYLAŞIM
"Mübarizlə qeyri-bərabər döyüşdə düşmən 12 itki verir, 17-si ağır yaralanır..."
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə