Xəbər lenti
27/05/2019 [15:55]:
Narkotacirlərin növbəti əməli ifşa edildi - Göyərçin ələ keçdi...
27/05/2019 [15:53]:
Zelenski İlham Əliyevə məktub göndərdi
27/05/2019 [15:47]:
Erməni katolikosu Qarabağı Ermənistana birləşdirməyə çağırdı
27/05/2019 [15:45]:
Xalq şairi: "Vəzifədəkilər deyəcək ki, vay, prezident Vahid Əzizi çox istəyirmiş"
27/05/2019 [15:41]:
101 yaşın mübarək, Azərbaycan Respublikası!
27/05/2019 [15:30]:
Əbülfəs Qarayev Diri Baba türbəsindəki vəziyyətlə tanış olub -FOTOLAR
27/05/2019 [15:28]:
Dövlət Agentliyi Avropa Liqasının finalına görə xəbərdarlıq etdi – Nöqsanlar aradan qaldırılsın
27/05/2019 [15:20]:
Azercell şirkəti abunəçilərinə xəbərdarlıq etdi: “Xaricdən daxil olan...”
27/05/2019 [15:14]:
Fanatları Bakıdan Tbilisiyə aparmaq üçün əlavə qatar təyin edildi
27/05/2019 [15:05]:
“Avropada yayımlanan klipimdə Qarabağ mövzusuna müraciət etmişəm" -VİDEO
27/05/2019 [15:04]:
İbtidai sinif şagirdinin qorxulu yuxusu “sinifdə qalmaq” - Bu, hansı hallarda mümkündür?
27/05/2019 [15:02]:
"Həmin gün Vaqif Səmədoğlunun Musa Yaqub haqqında dediyi söz yadıma düşdü..."
27/05/2019 [14:49]:
Qətərdəki səfirimizin ölkənin nüfuzlu qəzetlərində geniş müsahibələri nəşr olunub
27/05/2019 [14:47]:
Ümumdünya Gömrük Təşkilatının ekspertləri Gömrük Akademiyasında olub
27/05/2019 [14:41]:
Ukraynada məhkumlar üsyan etdi, qaçanlar var - Fotolar
27/05/2019 [14:36]:
Bağlanmış banklarda dollar kreditlərinin restrukturizasiyası başlanır
27/05/2019 [14:12]:
Gömrükdə daxili orqanlarında narkotik vasitə keçirən şəxs saxlanıldı
27/05/2019 [14:06]:
Paşinyanın arvadı oğlunun Qarabağı tərk etdiyini TƏSDİQLƏDİ
27/05/2019 [14:04]:
“İki bölünməkdən elə qorxmuşam, çöpü də ikiyə bölmərəm daha...”
27/05/2019 [14:04]:
Facebook-da transgenderin şəklini yayan 3 AZAL əməkdaşı işdən çıxarıldı
27/05/2019 [14:03]:
Binəqədidə Respublika günü... -FOTOLAR
27/05/2019 [14:01]:
"Çoxlarına Nəcməddin Sadıkov kimi sərt və tələbkar ordu generalı, rəhbər sərf etmir..."
27/05/2019 [13:56]:
Amerikada yerləşən beynəlxalq kikboks mətbuatı Hafiz Baxşəliyevdən yazdı
27/05/2019 [13:52]:
ADNSU-da 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib
27/05/2019 [13:49]:
Regional İnsan Hüquqları və Media Mərkəzi icra etdiyi sessiyası keçirdi
27/05/2019 [13:43]:
Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşdü
27/05/2019 [13:42]:
İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ
27/05/2019 [13:40]:
Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı
27/05/2019 [13:37]:
Növbəti 3 gün ərzində yağış gözlənilir
27/05/2019 [13:35]:
“Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır
27/05/2019 [13:33]:
“Hercai”nin Reyyanına görə təhlükəsizlik gücləndirildi
27/05/2019 [13:31]:
Prezident xanımı ilə “Buta” sarayında...
27/05/2019 [13:24]:
Azərbaycan düşmənlərinə... canazyanların cavabı
27/05/2019 [13:07]:
ADPU-da yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti geniş müzakirə edilib
27/05/2019 [13:00]:
“Yerevandan soruşmamısız ki, onların oğulları hərbi xidməti harada keçirlər?”
27/05/2019 [12:56]:
“Rusiya yenə də bu ölkənin iqtisadiyyatında dominantdır” – “Qalibiyyət”in gətirdiyi əsarət...
27/05/2019 [12:50]:
“Qüdsün, Qarabağın azadlığına doğru” mövzusunda konfrans keçirilir
27/05/2019 [12:48]:
Misirdə Respublika günü qeyd edildi...
27/05/2019 [12:46]:
“Qadına qarşı cəmiyyətin münasibətini dəyişmək üçün təhsil və maariflənmə çox önəmlidir...”
27/05/2019 [12:42]:
BDU-da 28 May – Respublika Günü qeyd edilib
27/05/2019 [12:28]:
Vahid Əhmədov iftar süfrələri təşkil etdi -FOTOLAR
27/05/2019 [12:22]:
Rusiya müxalifət lideri  işğalçı ölkə baş nazirini alqışladı...-VİDEO
27/05/2019 [12:20]:
Bakı-Qəbələ qatarı nə vaxt açılacaq?
27/05/2019 [12:17]:
“Hamı ölümlə görüşməlidir…” - Rasim Balayev
27/05/2019 [12:14]:
Məktəblilərin Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binalarına ekskursiyası təşkil edildi
27/05/2019 [12:11]:
“Mənim kimi qızın sevgilisi olmasa yaxşıdır” -Röya
27/05/2019 [12:02]:
Daha 1787 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilir
27/05/2019 [12:01]:
Ölkədəki faktiki hava şəraiti açıqlandı
27/05/2019 [12:00]:
Səninlə fəxr edirik, Azərbaycan əsgəri!
27/05/2019 [11:59]:
Əli Əhmədovdan Əli İnsanova daha bir CAVAB: “Elə bilir ki, hamı xəyanətkardır”
27/05/2019 [11:56]:
Lüks avtomobilli rektordan cavab gəldi: “O maşın 2012-ci ildə alınıb”
27/05/2019 [11:52]:
Həmin gün Bakı metrosu gecə 4-ə qədər işləyəcək
27/05/2019 [11:48]:
Nail Əzizov həm də ADAU-nun idman tarixinə töhfələr verir
27/05/2019 [11:46]:
Mərdəkan Dendrarisində bataqlığı xatırladan hovuzlar - REPORTAJ
27/05/2019 [11:40]:
DOST xidmətlərindən 3 mindən çox vətəndaş faydalanıb
27/05/2019 [11:39]:
DİM qapalı və açıq tipli tapşırıqlar üzrə maksimal balın hesablanması qaydasını açıqladı
27/05/2019 [11:38]:
İyunun 2-də buraxılış imtahanları keçiriləcək
27/05/2019 [11:35]:
Yevlaxda qadının boğazını kəsib öldürən şəxs tutuldu
27/05/2019 [11:32]:
Bakıda ekstremal dərəcədə az çəki ilə doğulan körpə həyata qaytarılıb
27/05/2019 [11:31]:
“Çin dili körpüsü” müsabiqəsinin seçim turu keçirildi
27/05/2019 [11:30]:
Ermənistanda “Cin şüşədən çıxdı” - Paşinyan onu geri qaytara bilməyəcək
27/05/2019 [11:19]:
BDYP-nin təşəbbüsü ilə məktəblilərin stasionar postlara ekskursiyası təşkil edildi - FOTO
27/05/2019 [11:19]:
İran televiziyası sünni müsəlmanların təhqiri səbəbiylə 3 əməkdaşını qovdu
27/05/2019 [11:16]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: Mirzə Fətəli Axundzadə
27/05/2019 [11:13]:
Veteranlar təşəbbsə qoşulurlar...
27/05/2019 [11:11]:
Bakıda ekstremal dərəcədə az çəki ilə doğulan körpə həyata qaytarılıb
27/05/2019 [11:08]:
Yeniyetmə hovuzda boğularaq öldü
27/05/2019 [11:06]:
İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi - FOTO
27/05/2019 [11:03]:
“Arsenal”ın Bakıdakı ilk məşqindən - FOTOLAR
27/05/2019 [10:52]:
“Həmin vaxtdan “Qızıl Kəlmə” mükafatına görə heç bir əsər təqdim etmirəm...”
27/05/2019 [10:48]:
Çağdaş və qədim Özbəkistanda on gün... - FOTO
27/05/2019 [10:13]:
“O dağların ucalığını, vüqarını  həyat tərzində cəmləşdirən gözəl insan...”
27/05/2019 [09:58]:
“Çelsi”nin müdafiəçisi: “Bakıdakı finalda qələbə qazansaq...”
27/05/2019 [09:55]:
Xalq şairi Musa Yaqub xəstəxanadan evə buraxıldı
27/05/2019 [09:52]:
"Bank Standard"ın Kreditorlar Komitəsinin sədri istefa verir
27/05/2019 [09:49]:
Erməni silahlı bölmələri atəşkəsi 23 dəfə pozdu
27/05/2019 [09:38]:
Aygün Kazımovadan “18-”
27/05/2019 [09:35]:
Konqoda gəmi batdı - 30 nəfər öldü
27/05/2019 [09:34]:
Fitrə nə vaxtadək verilməlidir?
27/05/2019 [09:21]:
Riqanın sabiq meri Nil Uşakov Avropa Parlamentinə seçildi
Bütün arxiv bir sırada
06/12/2018 [13:47] - Siyasət - ( 1089 dəfə baxılıb)

Gömrük orqanlarında aparılan islahatlar: Müasir tələblər və çağırışlar...



ULU ÖNDƏR HEYDƏR ƏLİYEV TƏRƏFİNDƏN TƏMƏLİ QOYULMUŞ VƏ ÖLKƏ BAŞCISI CƏNAB İLHAM ƏLİYEVİN DAVAM ETDİRDİYİ MÜASİR GÖMRÜYÜN İNKİŞAF MODELLƏRİ

**
XX əsrin son otuz ili və XXI əsrin başlanğıcında Azərbaycana rəhbərlik bilavasitə görkəmli dövlət və siyasi xadim Heydər Əlirza oğlu Əliyevin adı ilə bağlıdır. O, kiçik fasilələrlə XX əsrin son otuz ilində Azərbaycan Sovet Sosialist Respublikasına rəhbərlik etmiş, ötən əsrin 1993-cü ilin iyunundan etibarən müstəqil Azərbaycan Respublikasının dövlət başçısı - prezidentidir. Tarixdə nadir hadisələrdəndir ki, Heydər Əliyev iki ictimai-siyasi quruluşda Azərbaycana rəhbərlik edib. Hər iki sistemdə görkəmli dövlət və siyasi xadim kimi Azərbaycanın iqtisadiyyatını möhkəmlətmiş, onun şöhrətini, nüfuzunu yüksəklərə qaldırmış, milli mənafeyini, milli mentalitetini, mədəniyyət və mənəviyyatını qorumuş və inkişaf etdirmişdir. Birinci dövrdə - Sovet hakimiyyəti dövründə respublikamızı keçmiş SSRİ-də bütün sahələrdə öncül yerlərdən birinə çıxartmış, social- iqtisadi və mədəni sahələrdə həyata keçirilən tədbirlər və uzaqgörən siyasət nəticəsində qazanılan nailiyyətlər ölkəmizin dövlət müstəqilliyi dövrü üçün mühüm sosial-iqtisadi və mədəni baza, təməl rolunu oynamışdır. İstər Sovetlər Birliyi, istərsə də müstəqil Azərbaycan Respublikası dövründə Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə xidmət Heydər Əliyevin mübarizə devizi və həyati dealı olmuşdur. O, əmək və ictimai fəaliyyətinin ilk dövrlərindən özünün şəxsi keyfiyyətləri ilə fərqlənmiş, ən yüksək rəhbərlik səviyyəsinə qalxmışdır. Dahi liderin bütün sahələrdə olduğu kimi, Azərbaycanın Gömrük sahəsində də əvəzedilməz əməyi olmuşdur.

“Biz elə bir gömrük orqanı yaratmalıyıq ki, o, xarici iqtisadi əlaqələrimizdə öz yerini tutsun, iqtisadiyyatımızın inkişafına xidmət etsin. Bütün hallarda müstəqil Azərbaycanın nüfuzunun yüksəldilməsinə öz töhfəsini versin”.
 
HeydərƏliyev

9 yanvar 1995-ci il

Bəli, Ulu öndər bu müdrik fikirlərini əbəs yerə söyləmədi…Dedi və yaratdı.! Bu günkü gömrük sistemimizin sütunları məhz Ulu öndərin uzaqgörənliyi sayəsində yüksək səviyyədə təkmilləşib yüksəlib. 
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğu sahəsində təxirəsalınmaz vəzifələrdən biri də ölkənin iqtisadi maraqlarının və mənafelərinin qorunması, səmərəli xarici-iqtisadi fəaliyyət və idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin yaradılması, sərhədlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi idi. Qısa zaman kəsiyində ölkənin milli gömrük xidmətinin yaradılması və formalaşdırılması bütün kəskinliyi ilə qarşıda dururdu. Həmin dövrdə Dövlət Gömrük Komitəsi yaradılsa da, lakin mürəkkəb ictimai-siyasi vəziyyət gömrük orqanlarının formalaşmasına imkan vermədi. Gömrük orqanları qarşısında duran vəzifələr, demək olar ki, icra olunmur, neqativ hallar baş alıb gedirdi. Gömrük sistemindəki bu vəziyyət beynəlxalq aləmdə kövrək addımlarını atan müstəqil Azərbaycan dövlətinin siyasi nüfuzuna da xələl gətirirdi.
1991-1993-cü illərdə ölkənin ictimai-siyasihəyatında hökm sürən qeyri-sabit və ziyyətə ümummillilider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə son qoyuldu. Məhz onun rəhbərliyi altında dövlət quruculuğunun bütün sahələrində iqtisadi inkişafa və sosial-siyasi gərginliyin aradan qaldırılmasına xidmət edən genişmiqyaslı islahatlar həyata keçirildi. Respublikanın ictimai-siyasi həyatında müsbət dəyişikliklər baş verdi, siyasi və iqtisadi sahələrdə ardıcıl şəkildə islahatlar aparıldı, dövlətin bütün ölkələrlə bərabərhüquqlu və qarşılıqlı iqtisadi əməkdaşlığını nəzərdə tutan vahid iqtisadi strategiya formalaşdırıldı. Eyni zamanda, həyata keçirilən fəal xarici siyasət beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəlməsinə, bir çox dövlətlərlə yüksək səviyyədə əlaqələrin qurulmasına, ölkənin siyasi imicinin dəyişməsinə səbəb olmuş, onun xarici-iqtisadi əlaqələrinin genişlənməsi və ölkəyə güclü investisiya axını üçün zəmin yaratmışdı.1995-ci ilin yanvarında Azərbaycan Prezidentinin yanında gömrük işinin təşkilinə həsr olunmuş müşavirə respublikada gömrük xidmətinin yenidən qurulması, inkişafının əsas istiqamətləri və prinsiplərini müəyyən etdi. Heydər Əliyev həmin müşavirədə Dövlət Gömrük Komitəsinin fəaliyyətini təhlil edərkən demişdi: 

“Gömrük orqanları Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra  yaranmışdır. Onlar fəaliyyət göstərir, ancaq mən ümumən deyə bilərəm ki, müstəqillik dövründə əldə etdiyimiz nailiyyətlərlə yanaşı, böyük nöqsanlarımız, çatışmazlıqlar da var. Bunların başlıcası iqtisadiyyatın belə vəziyyətə düşməsi, xarici ölkələrlə iqtisadi əlaqələrin sağlam, düzgün əsasda qurulmamasıdır. Bu çatışmazlıqların mövcud olmasının əsas səbəblərindən biri gömrük orqanlarının işindəki nöqsanlardır”.

Heydər Əliyev

1995-ci ilin əvvəllərindən etibarən, Dövlət Gömrük Komitəsi yeni rəhbərliyinin az müddətdə kadr potensialını yeniləşdirməsi, gömrük nəzarətinin səmərəsinin və xidməti intizamın gücləndirilməsi, struktur dəyişikliklərinin keçirilməsi, gömrük buraxılış məntəqələrinin texniki resurslarının möhkəmləndirilməsi və yeni gömrük postlarının yaradılması, avtomatlaşdırılmış idarəetmə sisteminə keçid, tarif-tənzimləmə sisteminin təkmilləşdirilməsi və s. tədbirləri nəticəsində respublikada gömrük işinin yenidən qurulmasına başlanıldı.

30 yanvar 1997-ci il. “ Həqiqətən, gömrük xidməti Azərbaycanın iqtisadi müstəqilliyinin qorunub saxlanması üçün çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycan sərbəst iqtisadiyyat yolu ilə gedir, Azərbaycan dünya iqtisadiyyatı ilə gündən-günə sıx inteqrasiya olmağa cəhdlər göstərir və bu sahədə artıq bizim nailiyyətlərimiz var”. 

Heydər Əliyev

Bu gün Azərbaycan Gömrük Xidməti ictimai-siyasi həyatımızın bütün digər sahələri kimi, yalnız ulu öndər Heydər Əliyevin ölkə hakimiyyətinə xilaskar qayıdışından sonra tamamilə yenidən qurularaq, həyata  keçirilən irimiqyaslı tədbirlər və geniş kadr islahatları nəticəsində, dahi rəhbərin öz təbirincə desək, sözün həqiqi mənasında dövlət müstəqilliyimizin əsas atributlarından birinə çevrilmiş oldu. Heydər Əliyevin dərin elmi əsaslara söykənən mükəmməl dövlətçilik konsepsiyası və uğurlu inkişaf strategiyası sayəsində öz müstəqilliyinin dönməzliyini və əbədiliyini təmin etməklə stabil tərəqqi yoluna qədəm qoyan müasir Azərbaycan Respublikası hazırda Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında iqtisadi artım sürətinə görə dünyanın qabaqcıl ölkələri sırasına yüksəlmişdir. Son illər ardıcıl olaraq dövlət proqramları çərçivəsində həyata keçirilən irimiqyaslı islahatlar, bütün ölkə ərazisini əhatə edən möhtəşəm quruculuq və abadlıq işləri, həmçinin təbii sərvətlərdən daxil olan gəlirlərin insan kapitalına, qeyri-neft sektorunun inkişafına yönəldilməsi istiqamətində atılan qətiyyətli addımlar bütövlükdə ölkə iqtisadiyyatının modern inkişafına, hər bir Azərbaycan vətəndaşının sosial səviyyəsinin yüksəldilməsinə müvəffəqiyyətlə xidmət etməkdədir.Ümummilli liderimizin zəngin dövlətçilik təcrübəsi və uzaqgörən siyasəti sayəsində tarixən qısa zaman kəsiyində respublikamızın iqtisadi suverenliyinin və təhlükəsizliyinin etibarlı təminatçısı kimi formalaşan Azərbaycan gömrüyü bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində dünya standartlarına cavab verən mükəmməl maddi-texniki və normativ-hüquqi bazaya, müasir infrastruktura və ən yeni informasiya-kommunikasiya texnologiyalarına malik modern bir dövlət təsisatı olaraq xarici-iqtisadi fəaliyyətin gömrük-tarif tənzimlənməsini daim təkmilləşdirməklə ölkəmizdə daxili bazarın qorunması və yerli istehsalın stimullaşdırılması, həmçinin ilbəil inkişaf etməkdə olan dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşdırılmasında öz rolunu getdikcə artırmaqdadır.
Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 1 fevral 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı”na əsasən, gömrük sisteminin inkişafı daha da sürətləndirilmiş, onun normativ-hüquqi və maddi-texniki təminatı yaxşılaşdırılmış, fəaliyyəti təkmilləşdirilmişdir. Eyni zamanda, Azərbaycan Prezidentinin 11 noyabr 2008-ci il tarixli “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” fərmanına əsasən, 2009-cu il yanvarın 1-dən dövlət sərhədinin buraxılış məntəqələrində “bir pəncərə” prinsipi tətbiq edilərək, sərhəd-keçid məntəqələrində nəzarət növlərini inteqrəedilmiş qaydada həyata keçirməklə sərhəd-keçid prosedurlarının daha da sadələşdirilməsi, nəqliyyat və mal axınına əlverişli şərait yaradılması, vaxt itkisinin minimuma endirilməsi və bu sahədə qabaqcıl dövlətlərdə olduğu kimi, minimum vaxt limitlərinə riayət edilməsinə nail olunmuşdur.Bundan başqa, Azərbaycan Prezidentinin 25 fevral 2011-ci il tarixli “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” fərmanına əsasən, gömrük orqanlarında müvafiq işlər həyata keçirilmişdir. Eyni zamanda, DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı üzrə gömrük nəzarəti zonasında quraşdırılan “e-Gömrük bəyannaməsi-elektron gömrük xidməti” informasiya köşkləri vasitəsilə vətəndaşlar gömrük rəsmiləşdirilməsi qaydaları, gömrük rüsum və tarif  dərəcələri, mal  nomenklaturası və digər zəruri məlumatlarla yanaşı, Sərnişin Bəyannaməsini doldurmaq yolu ilə gətirdikləri və apardıqları malları da elektron formada bəyan etmək imkanı əldə etmişlər.

Respublikamıza xarici ölkələrdən gizli yolla, yəni sərhədlərdən, gömrük məntəqələrindən keçən qaçaqmalçılıqla, ümumiyyətlə, qaçaqmalçılıqla mübarizə aparmaq lazımdır. Qaçaqmalçılıqla mübarizə gömrük təşkilatının əsas vəzifəsidir.

Heydər Əliyev

2015-ci il sentyabrın 7-də Bakı şəhərində Dünya Gömrük Təşkilatının Regional Kinoloji Mərkəzinin, sentyabrın 11-də isə Bakıda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin rəsmi açılışı olub. Son dövrlərdə Dövlət Gömrük Komitəsi qaçaqmalçılıqla, narkotiklə mübarizədə xüsusi fərqlənmə göstərib, bununla bağlı beynəlxalq qurumlardan təşəkkür məktubları alıb, eləcə də büdcə daxilolmalarını artıqlaması ilə yerinə yetirərək ölkə iqtisadiyyatına töhfəsini verib.

Hesab edirəm ki, sizin qarşınızda, Azərbaycan gömrük təşkilatının, Gömrük Komitəsinin qarşısında duran vəzifələr çox böyükdür və siz bu vəzifələri yerinə yetirməyə özünüzü səfərbər etməlisiniz.

Heydər Əliyev

Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanın da dediyi kimi Azərbaycan iqtisadi təhlükəsizliyin təmin olunmasına və ticarətin asanlaşdırılmasına böyük töhfə verir. Bu ölkə gömrük xidmətinin səviyyəsinə görə regionda liderdir.

Röya Bənənyarlı, İTV - nin aparıcısı

QEYD: ““Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar” mövzusunda yazı müsabiqəsinə təqdim olunur”.

loading...
loading...
Ağcaqanadlar hansı tip adamları daha tez-tez sancırlar? - Maraqlı araşdırma...
"Bakı-Tbilisi-Qarsla sərnişin daşınmasını bu ilin avqustunda mümkün olacaq"
Könüllü olaraq 10 min ağac əkən gözsüz və qolsuz dostlar - İBRƏTAMİZ...
10 aylıq uşağını amansızlıqla döydü - DƏHŞƏT...+ VİDEO
"Şeytan Tramp" deyən şübhəlinin vurulduğu görüntü ortaya çıxdı - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Narkotacirlərin növbəti əməli ifşa edildi - Göyərçin ələ keçdi...
Gündəm
“Rusiya yenə də bu ölkənin iqtisadiyyatında dominantdır” – “Qalibiyyət”in gətirdiyi əsarət...
Cəmiyyət
“Həmin vaxtdan “Qızıl Kəlmə” mükafatına görə heç bir əsər təqdim etmirəm...”
Cəmiyyət
“O dağların ucalığını, vüqarını  həyat tərzində cəmləşdirən gözəl insan...”
Kriminal
"El Çapo" ləqəbli narkobarona gəzintiyə çıxmaq qadağan edildi - Azadlıqlar ölkəsində...
Həftənin ən çox oxunanları
Prezidentdən sonra ən yüksək maaşı bu şəxs alır
Müəllimin şagirdinə qarşı əxlaqsızlığı gizli kameraya düşdü - VİDEO
Gəlin maşınında gəlinin etdiyi hərəkət qalmaqal yaratdı - Azərbaycanda / VİDEO
"Bir neçə gün öncə Bakının mərkəzində erməni tələbə yoldaşımı gördüm...”
Döyüşçü yoldaşından Nəcməddin Sadıkova özünəməxsus doğum günü TƏBRİKİ...
Bakıda daha bir "Galenvagen" dəhşəti: Maşından görün, neçə nəfər çıxdı + VİDEO
Ən ölümcül siqaret növünün adı açıqlandı - ARAŞDIRMA
Qəza dəhşəti: anası oğlunun öldüyünü bilmir - Foto
Şəhid akademikin qızından Prezidentə müraciət: "Bizi arxasız görüb başımıza bu oyunu açırlar"
Şüvəlanda "su qiyməti"nə dəbdəbəli villa satışa çıxarıldı - 10 milyon manat + VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)