Xəbər lenti
16/02/2019 [17:43]:
DYP 50-dən çox piyadaya xəbərdarlıq etdi - FOTOLAR
16/02/2019 [17:36]:
2024-cü ildən sonra Putin öz gələcəyini necə düşünür
16/02/2019 [17:16]:
Astarada 5 uşaq atası intihar etdi
16/02/2019 [17:04]:
Azərbaycanlılarla çeçenlər arasında insidentin videoyazısı təxribatdır - BƏYANAT
16/02/2019 [17:02]:
Nəriman Həsənzadənin 88 yaşına...
16/02/2019 [16:53]:
Nyu-Yorkda “ermənilərin Bakı soyqırımı” qeyd ediləcək: Böhtan kampaniyası davam edir!
16/02/2019 [16:39]:
“Ölkəyə un gətirəndə kömək etdiyim çeçenlər və dağıstanlılar mənə çox böyük dəstək oldular...”
16/02/2019 [16:16]:
Bakıda “Seyid” ləqəbli narkobaron saxlanıldı
16/02/2019 [15:59]:
Yol polisi avtobus sürücüsün yerinə tələbəyə cərimə yazdı - RƏSMİ
16/02/2019 [15:44]:
“Bu, bizim üçün qürurvericidir” – Çingiz Mehdiyev
16/02/2019 [15:23]:
Ekspert: "Çeçen və azərbaycanlıları küsdürməyə çalışan bəzi qüvvələrin səyləri uğursuzluğa məhkumdur"
16/02/2019 [15:12]:
Prezident Siyavuş Novruzovla bağlı sərəncam verdi
16/02/2019 [14:54]:
Elməddin polislə hədələdi - VİDEO
16/02/2019 [14:42]:
“Türkan Şoraya zəng vurdum, o, köhnə tanışları kimi mehribanlıqla danışdı...”
16/02/2019 [14:39]:
İmişli və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilmişdir
16/02/2019 [14:27]:
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirildi
16/02/2019 [14:26]:
“Artsax” futbol klubu Tiflisdə yoldaşlıq görüşlərinə başladı...- FOTOLAR
16/02/2019 [14:22]:
Paşinyanın həyat yoldaşının ofisi hökumət binasına köçürüldü
16/02/2019 [14:14]:
Robotlar evlənmək üçün namizəd seçdi - MARAQLI
16/02/2019 [14:05]:
Xəbərdarlıq : 2 gün yağış, qar yağacaq
16/02/2019 [14:01]:
Yaponiyadakı qardaşını görmək üçün velosipedlə 15 min kilometr yol gedəcək - MARAQLI
16/02/2019 [13:46]:
İsmayıllıda 16 min 500 manatlıq oğurluq edənlər tutuldu
16/02/2019 [13:44]:
Banan qutularından 540 paket kokain çıxdı: 17 milyon 820 dollar dəyərində...
16/02/2019 [13:32]:
"3 il onu özümə həsrət qoymuşam, yenə qaşınır" - Zauru biabır etdi
16/02/2019 [13:27]:
“Növbəti tarixin anların şahidləriyik ki...” – ELDƏNİZ SƏLİMOV
16/02/2019 [13:26]:
Təqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşlarına olan insani münasibətinin nəticəsidir
16/02/2019 [13:19]:
“O, böyük insan, gözəl pedaqoq, istedadlı bəstəkar olub”
16/02/2019 [13:18]:
Azərbaycanın ən varlı rayonu hansıdır? - RƏSMİ RƏQƏMLƏR
16/02/2019 [13:07]:
“Fuad Poladovdan müsahibə götürəcəm, o, həmişə var...”
16/02/2019 [12:47]:
"Elməddin də bu çirkaba bulaşdı"
16/02/2019 [12:41]:
"Tariximizi öyrənək və təbliğ edək !"
16/02/2019 [12:24]:
Yeni işıqforlar Bakının hansı ərazilərində quraşdırılacaq? - BNA açıqladı
16/02/2019 [12:18]:
Qondarma “respublika”nın idmançıları Gürcüstandakı yarışlarda iştirak edib
16/02/2019 [12:10]:
“Xocalı faciəsinin tanınması ilə bağlı görülən işlər təqdirəlayiqdir...”- Xalq artisti...
16/02/2019 [12:06]:
Vüsalə Mahirqızı: "ONA yeni brenddir, heç bir başqa qurumun davamçısı deyil"
16/02/2019 [12:00]:
"Qırmızı Körpü"də növbəti siqaret əməliyyatı - VİDEO
16/02/2019 [11:51]:
Baş redaktora ağır itki üz verdi
16/02/2019 [11:48]:
Konqress Trampa qarşı yeni istintaq başlatdı
16/02/2019 [11:38]:
Azərbaycana xeyli qızıl gətirilməsinin qarşısı alındı
16/02/2019 [11:31]:
Axtarışda olan 29 nəfər saxlanıldı
16/02/2019 [11:25]:
İsmayıllıda marşrut avtobusu 25 yaşlı qızı vurub öldürdü
16/02/2019 [11:17]:
“O cür gözəl balalarını şəhid verən ana gərək öləydi...”- Bütün ailəsi Xocalıda qətlə yetirilən qadın....
16/02/2019 [11:16]:
ABŞ-da yaşayan beynəlmiləl ailənin istadadlı qızları... - FOTOLAR
16/02/2019 [11:03]:
Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO
16/02/2019 [11:02]:
“Elmi Qarabağ” jurnalının təqdimatı keçirildi- Bakıda yox a!..-FOTOLAR
16/02/2019 [10:59]:
Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi
16/02/2019 [10:53]:
Rutgers Universitetinin professorundan Təhsil Nazirliyinə 7 TƏKLİF
16/02/2019 [10:53]:
Ceyhun Əli: “Mənə “Səndə bu alınmayacaq” söyləyənlər də olmuşdu” - FOTOLAR
16/02/2019 [10:36]:
Qərbi Kaspi Universiteti Türkiyənin daha bir universiteti ilə əməkdaşlığa başlayır
16/02/2019 [10:21]:
Şəmkirdə 26 yaşlı gənc bıçaqlandı
16/02/2019 [10:15]:
Alimlərimizdən yeni tədqiqat: Yarımadada banan, manqo yetişdirdilər...
16/02/2019 [10:13]:
ABŞ-dan Rusiyaya yeni sanksiya dalğası - şimal qonşumuz çətin durumda...
16/02/2019 [10:10]:
Avtobus gənc qadını vuraraq öldürdü - VİDEO
16/02/2019 [10:05]:
Cəbhədə erməni təxribatı - kəndlərimi atəşə tutuldu
16/02/2019 [10:01]:
Azərbaycan çaylarında son durum...
16/02/2019 [09:58]:
Tramp Türkiyəyə yeni səfir təyin etdi
16/02/2019 [09:43]:
Molla dustaqlarla görüş keçirdi- Onlara sovqat payladı-İbrətamiz...
16/02/2019 [08:44]:
Donuz əti yeyən  adamda qeyrətsizlik artar və  o, namusunu qorumaz...
16/02/2019 [00:26]:
Döyüşdən sonra dava Həbibə 250 min dollara başa gəldi
15/02/2019 [23:51]:
Tramp fövqəladə vəziyyət rejimini tətbiq etdi - YENİLƏNİB
15/02/2019 [23:43]:
Mərkəzi Bankın keçmiş əməkdaşından Prezidentə müraciət: "Məsələni Sizdən başqa heç kəs həll etmək iqtidarında deyil"
15/02/2019 [23:39]:
"Hər şey apreldə İrana qarşı sanksiyaların nə qədər güclü olmasından asılı olacaq"
15/02/2019 [23:29]:
Çılpaq ofisiantlar 100 yaşındakı qadının doğum gününə gəldi - FOTOLAR
15/02/2019 [23:27]:
“İctimai Şura”nın üzvləri Dövlət Pedoqoji Kollecində imtahan sessiyasını müşahidə edib
15/02/2019 [23:26]:
Putindən gözlənilməz bəyanat: "Dünyada tam müstəqil dövlət yoxdur"
15/02/2019 [22:58]:
Terrorçunun abidəsi və Azərbaycana qurulan tələ...
15/02/2019 [22:47]:
“Ölüm vaxtı insan çəkisinin 21 qramını itirir - Deməli,  ruhun çəkisi cəmi 21 qramdır?..”
15/02/2019 [22:44]:
Ermənilərdən Ərdoğana qarşı təxribatda iştirak etdikləri ilə bağlı ETİRAF...
15/02/2019 [22:33]:
Kanallar niyə Röyanı çəkməyə gəlmədi?
15/02/2019 [22:28]:
Gülnarə Kərimovanın oğlu prezidentdən kömək istədi: "Bacımla birlikdə bizi eşitməyini xahiş edirəm"
15/02/2019 [21:57]:
Leyla Əliyeva psixonevroloji müəssisənin açılışında -FOTOLAR
15/02/2019 [21:39]:
Ötən il ən böyük hərbi büdcəyə malik ölkələr bəlli olub –SİYAHI
15/02/2019 [21:37]:
Azərbaycan vətəndaşları Türkiyədə şəxsiyyət vəsiqəsi ala biləcək
15/02/2019 [21:28]:
Erməni əsgər yerlibazlığın qurbanı olub
15/02/2019 [20:47]:
ABŞ Venesuelanın neft nazirinə sanksiya qoydu
15/02/2019 [20:47]:
“Nəsimini bəzi dövlətlər oxusa da, anlamır, çünki...” - Araşdırmaçı
15/02/2019 [20:38]:
Ərdoğanın seçki mahnısı seçdiyi əsərin bəstəkarı: ”Buna çox sevinirəm”
15/02/2019 [20:26]:
"Əgər ANS yenidən açılarsa və fəaliyyət göstərdiyi ilk 15 ildəki ANS olarsa..."
15/02/2019 [20:21]:
Əli Həsənovdan “Neolit” kafesindəki insidentlə bağlı - Açıqlama
15/02/2019 [20:11]:
Putin zədəsindən danışdı
Bütün arxiv bir sırada
06/12/2018 [17:04] - Cəmiyyət - ( 679 dəfə baxılıb)

Jurnalistlər hansı qurumun mətbuat xidmətindən razıdır? - Prokurorluq birinci oldu



İnternet media cəmiyyətin informasiya ehtiyacını ödəyən əsas informasiya mənbəyinə çevrilib. Artıq qəzetlər yerini onlayn mediaya verir. Onlayn media isə qəzetdən daha çox operativ işləməyi tələb edir. Dolayısı ilə onlayn medianın jurnalisti yalnız xəbəri dəqiq, düzgün hazırlamamalı, həm də bu məsələdə rəqiblərindən hər zaman bir addım öndə olmağı bacarmalıdır. Bu işdə onun ən yaxın köməkçisi aidiyyəti dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləridir.

Bəs yola saldığımız ildə hansı qurumun mətbuat xidmətinin rəhbəri jurnalistləri rəqibləri ilə yarışda qalib olmasında kömək edib?

Publika.az ölkənin aparıcı media qurumlarının müxbirlərinin bu mövzuda fikirlərini öyrənib.

Trend İnformasiya Agentliyinin əməkdaşı Samir Güləliyev hesab edir ki, jurnalistlərlə ən yaxşı işləyən Baş Prokurorluğun mətbuat xidmətidir:

"Bu qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov xidmətin bütün əməkdaşlarını media ilə əməkdaşlığa cəlb edib. Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov başda olmaqla, xidmətin əməkdaşları Kənan Zeynalov, Çingiz Əlizadə jurnalistlərin suallarını operativ cavablandırmaqla onlara lazımi məlumatları vaxtında çatdırmağa çalışır. Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da jurnalistlərə lazım olan məlumatları dəqiqləşdirmək üçün operativliyi ilə seçilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bu vəzifəyə təyin edilənə qədər qurumda media ilə əməkdaşlıq bərbad vəziyyətdə idi. Amma Anar Nəcəfli qısa müddətdə jurnalistlərin dostuna çevrildi və media ilə təmsil etdiyi qurumun əməkdaşlıq səviyyəsini qat-qat artırdı və hazırda jurnalistlərlə normal əməkdaşlıq edir. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da təmsil etdiyi qurumun fəaliyyətində əsl dönüş yaradan şəxsdir. Anar Cəbrayıllı “Azərsu” Açıq Səhmdar Cəmiyyətində bu vəzifəyə gətirilənə qədər xidmətin fəaliyyəti sıfıra bərabər idi. Amma jurnalistikadan bu vəzifəyə gələn Anar Cəbrayıllı Azərsu ASC-ni mətbuatla əlaqələrini yüksək səviyyəyə qaldırdı və bu gün də jurnalistlərə lazım olan məlumatları vaxtında çatdırır".

Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı bildirib ki, bir sıra dövlət qurumlarının, xüsusi ilə yeni təşkil edilmiş, rəhbərliyi dəyişdirilmiş nazirlik və komitələrin mətbuat xidmətləri kifayət qədər yaxşı işləyirlər, jurnalistlərə açıqdırlar:

“Bundan başqa, sosial şəbəkələrdən aktiv istifadə edən qurumlar da var. Bu baxımdan Daxili İşlər Nazirliyini xüsusi qeyd edə bilərəm. Dövlət Gömrük Komitəsi də sosial şəbəkələrdən aktivdir, gün ərzində məlumatlar paylaşırlar və bu da jurnalistlərin işinə böyük köməkdir. Lakin narazı olduğum nazirliklər də var. Belə ki, Səhiyyə Nazirliyinin mətbuat katibi dəyişdirilsə də, onlarla əlaqə saxlayıb məlumat almaq yenə də çətindir”.

Modern.az-ın əməkdaşı Namidə Bingöl zamanında jurnalistin sualına cavab verilməyin hər bir mətbuat xidmətinin əsas vəzifələrindən olduğunu deyir:

“Artıq 2018-ci ili yola salmağımıza sayılı günlər qalır. Adətən, ilin sonu hər bir sahədə çalışan insanlar üçün hesabat xarakterli olur. Media sahəsində çalışdığımızdan üzləşdiyimiz problemlərin çoxu da bu sahə ilə bağlı olur. Jurnalistlər adətən müxtəlif qurumların mətbuat katibləri ilə daha sıx işləmək məcburiyyətində qalırlar. Ona görə də mətbuat katibləri jurnalistlərin yaralı yeridir desəm, yanılmaram. Çünki gün ərzində o qədər mövzular olur ki, rəsmi cavabın verilməsi çox önəmlidir. Rəsmi cavab verilməyəndə jurnalistin hər hansı informasiyası qeyri-ciddi qarşılanır. Düşünürəm ki, bu məqamlarda mətbuat katibləri üzərlərinə düşən işin məsuliyyətini dərk etməlidirlər. Bir çox məqamlarda isə jurnalistlərin dayanmadan mətbuat katiblərinə zəng etməsini elə mətbuat katibləri qınayırlar. Unudurlar ki, çoxsaylı zənglərlə onları narahat edənlər işlərinin məsuliyyətini dərk edirlər. Bu il narazı qaldığım mətbuat katibi olmayıb. Bir çoxlarının işini qənaətbəxş hesab etmək olar. Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xarici İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə mütəmadi olaraq çalışıram. Deyə bilərəm ki, yola salmaqda olduğumuz il ərzində adını çəkdiyim nazirliklərlə problem yaşamamışam. Razı qaldığım mətbuat katibləri isə əvvəlki illərə baxanda çoxdur. Görünür, mətbuatda yazılanlardan nəticə çıxarırlar”.

Report İnformasiya Agentliyinin müxbiri İlkin Pirəli hesab edir ki, Mərkəzi Seçki Komissiyasının, Bakı Şəhər İcra Hakimiyyətinin, Nazirlər Kabinetinin, Bakı Nəqliyyat Agentliyinin, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətləri mətbuatla sıx ünsiyyətdədirlər.

“Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimova və Mərkəzi Seçki Komissiyasının Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədliyə günün istənilən saatında zəng edə bilərsən. Seçki vaxtı səsvermə günü Şahin müəllim bir zəngi belə, geri çevirmir, hamısını cavablandırır. İsrafil Kərimovun fəaliyyəti xüsusi qeyd olunmalıdır. İsrafil müəllim Bakı şəhər icra hakimiyyətinin mətbuatla işində necə canlanma yaratdığı hər kəsə məlumdur, eləcə də bu sahədə operativlik son dərəcə yüksəlib. Azərbaycanın rayonlarının və Bakının bəzi rayon icra hakimiyyətlərinin mətbuat xidmətləri istisna olmaqla, fəaliyyəti mənfi qiymətləndirilən mətbuat xidmətinin rəhbəri yoxdur. Bəzi dövlət qurumlarının rəhbərləri bundan sui-istifadə edirlər, mətbuat xidmətinin rəhbərlərini önə çıxarırlar, özləri gizlənirlər. Əvvəllər isə əksinə idi. Yəni bir tərəf düzəlibsə, digər tərəf geri gedib”.

Axar.az saytının müxbiri Nigar İxtiyarqızı bu il ərzində razı və narazı qaldığı mətbuat xidməti rəhbərlərinin adını belə sıraladı:

“Ekologiya və Təbii Sərvətlər Naziriyinin mətbuat katibi İradə İbrahimova media üçün bütün illərin ən yaxşı mətbuat xidməti rəhbəridir. Hətta hər hansı şikayət olanda belə zəng etmişəm və dərhal həmin əraziyə əməkdaş göndərib ətraflı cavab verib. Bu sıraya “Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədovu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli, “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı, “Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevi də bu sıraya əlavə edə bilərəm. Sadaladıqlarım jurnalistin suallarını ətraflı və operativ şəkildə cavab verən mətbuat xidmətlərinin rəhbərləridir. Onlar heç vaxt “maraqlanım cavab verərəm”, “araşdırım sonra”, “bu barədə məlumatımız yoxdu”, “deyirəm, amma yazma”, “bunları yazmaq üçün demirəm” kimi bəhanələr gətirmirlər. Bakı Şəhər Təhsil İdarəsi Bəşarət Məmmədov da media ilə yaxşı işləyənlərdəndir. Ümumiyyətlə suala sonuna qədər qulaq asmayan, çox nadir hallarda bir cümləlik cavab verən, hemişe "sorğu göndər" deyen Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə təkcə mənim deyil, əksər media əhli üçün cavaba "ən xəsis" olan mətbuat katibidir. Səhiyyə Nazirliyinin sözçüsü Səfayə Əhmədovanın işini isə 10 ballıq şkala ilə 7 vermək olar. Ancaq yaxşı ki, elə Səfayə xanım var. Mətbuat katibi Pərviz Abubəkirova qalsa media nümayəndələri suallarına cavab öyrənə bilməyəcək. Pərviz Abubəkirov bu vəzifəyə təyin ediləndən cəmi bir dəfə açıqlama ala bimişəm. Adətən, o jurnalistləri Səfayə xanıma yönləndirir. Mətbuat xidməti təmsil etdiyi qurumun güzgüsüdür. Qurum normal işləyirsə, onu təmsil edən nümayəndə də operativ olur”.

Open.az saytının müxbiri Səlcuq Elçin ən çox Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin işindən razı qaldığını deyir:

“Daha çox bu qurumlarla işləyirəm və fəaliyyətlərindən çox razıyam. Digər mətbuat xidmətləri ilə işləmədiyim üçün onların fəaliyyətlərinə qiymət verə bilmərəm. Bundan başqa Fövqəladə Hallar Nazirliyinin saytının operativ işlədiyini deyə bilərəm. Son vaxtlar Gömrük Komitəsinin mətbuat xidməti də çox aktiv fəaliyyət göstərir, jurnalistlərin səfərlərini təşkil edir, həmçinin sosial şəbəkələrdə aktivlik nümayiş etdirirlər".

Oxu.az saytının əməkdaşı Etibar Məmmədov bəzi mətbuat xidmətlərinin jurnalistlər arasında fərq qoymasından narazıdır:

“Bəzi qurumların mətbuat xidmətlərində belə bir fikir formalaşıb ki, “ yalnız bizimlə əməkdaşlıq edən jurnalistlərin sualları cavablandırılacaq". Məsələn, jurnalist əgər səhiyyə sahəsindən yazmırsa, əməkdaşlıq etmirsə, onun sualına cavab ya verilməyəcək, ya da qaneedici olmayacaq. Sanki bəzi mətbuat xidməti rəhbərlərinə konkret tapşırıq verilib ki, sizinlə əməkdaşlıq edən jurnalistləri narazı salamayın, onları müəyyən səfərlərə, müsabiqələrə dəvət edin, o biri sahələrdən yazan jurnalistlərə isə cavab verməsəniz də olar. Bu çox absurddur. Məsələn, əgər mən jurnalist kimi kriminal sahədən yazıramsa, mənim zəngimə ancaq Daxili İşlər Nazirliyinin mətbuat xidməti cavab verə bilər, Təhsil Nazirliyi yox. Təhsil Nazirliyindən məlumat almaq üçün sosial sahədən yazan jurnalistlərə müraciət etmək lazımdır. Bununla yanaşı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun, "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının, “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevin fəliyyətindın çox razıyam. Hər zaman jurnalistlərə dəstək olub, qaranlıq qalan məsələləri, yaranan çətinlikləri dərhal aradan qaldırıblar. Narazı qaldığım mətbuat xidmətiləri isə Təhsil, Səhiyyə və Ədliyyə nazirlikləridir”.

Teleqraf.com saytının müxbiri Hacı Zeynalov da narazı qaldığı media qurumlarından danışıb:

“Pentesiar Xidmətin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Mehman Sadıqovdan, onun köməkçisi Rövşəndən çox razıyam. Çünki yazılı və şifahi sorğularımıza opreativ cavab verirlər. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da sorğularımıza vaxtında cavab verir. Gömrük Komitəsindəki dəyişiklik də mətbuatla işin keyfiyyəti baxımından müsbət mənada böyük dönüş yaratdı. Ədliyyə Nazirliyinin mətbuat xidmətinin varlığı ilə yoxluğu bəlli deyil. Son vaxtlar əvvəlki illərə nisbətən dövlət qurumlarının mətbuat xidmətlərilə işləmək daha rahat olub. Bəlkə də, illərin təcrübəsi, ünsiyyət qurmaq bacarığı artdıqda əvvəlki illərdə çəkdiyim əziyyəti çəkmirəm. Bəlkə də, əksinə, indi mətbuat katibləri peşəkarlaşıb və əlçatan olub”.

Baku.ws saytının əməkdaşı Ziya Babayev rahat əlaqə quracaq mətbuat katiblərinin sayı artıb.

“Ən çox Daxili İşlər Nazirliyindən Ehsan Zahidov, Orxan Mansurzadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İradə İbrahimova və digər əməkdaşlar, Baş Prokurorluqdan Eldar Sultanov, Çingiz Əlizadə, Kənan Zeynalov, Bakı Metropolitenindən Bəxtiyar Məmmədov, Bakı Nəqliyyat Agentliyindən Mais Ağayev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Anar Nəcəfli, İqtisadiyyat Nazirliyindən Abbas Əliyev, Vüsalə Quliyeva və digər əməkdaşlar, Energetika Nazirliyindən Zəminə Əliyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı, Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Nuridə Allahyarova, “Azərsu”ASC-dən Anar Cəbrayıllı, Kənd Təsərrüfatı Nazirliyindən Anar Hüseynov, Bulvar İdarəsi mənim üçün daha rahat danışa bildiyim dostlardır. Mən sadaladığım şəxsləri jurnalistlərin dostu sayıram. Bu siyahıda Bakı şəhəd Dövlət Yol Polisi İdarəsindən Vaqif Əsədov və Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev də birinci yerlərdədir. Ola bilər birgə işlədiyim özəl və dövlət qurumlarının sözçülərinin adlarını unutmuşam. Ümumilikdə 2018-ci ildə xəbər hazırlayarkən mənə çətinlik yaradan mətbuat katibi olmayıb. Lakin ümumilikdə Bakı Meriyası və digər rayon icra hakimiyyətlərilə əlaqə yaratmaq hələ də çətin proses olaraq qalıb”.

Robotlar evlənmək üçün namizəd seçdi - MARAQLI
Yaponiyadakı qardaşını görmək üçün velosipedlə 15 min kilometr yol gedəcək - MARAQLI
Mərkəzi Bankın keçmiş əməkdaşından Prezidentə müraciət: "Məsələni Sizdən başqa heç kəs həll etmək iqtidarında deyil"
Çılpaq ofisiantlar 100 yaşındakı qadının doğum gününə gəldi - FOTOLAR
“İctimai Şura”nın üzvləri Dövlət Pedoqoji Kollecində imtahan sessiyasını müşahidə edib
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Fuad Poladovdan müsahibə götürəcəm, o, həmişə var...”
Cəmiyyət
Donuz əti yeyən  adamda qeyrətsizlik artar və  o, namusunu qorumaz...
Araşdırma
“Ölüm vaxtı insan çəkisinin 21 qramını itirir - Deməli,  ruhun çəkisi cəmi 21 qramdır?..”
Hadisə
Erməni separatçıları şəhərimizdə yeni özəl klinika açdı - FOTOLAR
Müsahibə
"Qız-gəlini düşmən əlində olan bir ölkənin partiyalara bölünməyə haqqı yoxdur!"
Həftənin ən çox oxunanları
Çay sakinlərin gözü önündə yox oldu!..- “Qiyamətin başlanğıcıdır?!.”-VİDEO
Saakyan atası azərbaycanlı olan generalı  xüsusi nümayəndə təyin etdi...-FOTOLAR
“Fevralın 14-də həmin sənədi imzalasaydım, Xocalı faciəsi baş verməzdi...” - ETİRAF
Şuşa türməsində Dilqəm və Şahbazdan başqa türkmənşəli dustaq kimdir?..
Bu dəfə 52-si birdən gəldi: Rusiyada fövqəladə vəziyyət elan edildi...
Şəmistan Əlizamanlının ifa etdiyi “Bismillah” mahnısı AKP-nin seçki marşı oldu - VİDEO
Ruzigar elə dəyişər ki,  siz bu sayil qocaya möhtac olarsız…
Bakıda dəhşətli qəza: "Qaqaş, neylədin, nə içmişdin, nə vurmuşdun?" - VİDEO
“Qızım, bax, sən də Röya kimi olsan - sənin də dördmərtəbəli villan olar...”
“Qarabağda vəziyyət yenidən gərginləşib” - "Nezavisimaya Qazeta"nın "timsah göz yaşları"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə