Xəbər lenti
18/12/2018 [22:47]:
Qadın sürücü elektrik enerjisi ilə işləyən avtomobilinə benzin vurmaq istədi- MARAQLI...
18/12/2018 [22:42]:
Vladimir Putin: “ABŞ uydurduğu bəhanə ilə sazişlərdən qaçır”
18/12/2018 [22:18]:
ADU-da “masajçı skandalı”: o qadın kimdir? - Sensasiya
18/12/2018 [22:16]:
ANS Şirkətlər Qrupu təqdimat keçirdi: VMF... - Foto
18/12/2018 [22:12]:
KİVDF qəzetlərə 3 ay vaxt verdi – MÜSABİQƏ ŞƏRTLƏR DƏYİŞİR
18/12/2018 [21:57]:
Sumqayıt şəhərində əmək yarmarkası keçirilib
18/12/2018 [21:56]:
Oğru 1,5 milyon dollarlıq boyunbağını udub aradan çıxmağa çalışdı və... - İNANILMAZ
18/12/2018 [21:54]:
Azərbaycandan Türkiyə universitetlərinə attestatla qəbul dayandırılır - RƏSMİ SƏNƏD
18/12/2018 [21:38]:
Başqaları üçün yaşayanlar: Etimad Əsədova və bütün Qarabağ Qazilərinə...
18/12/2018 [21:34]:
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması əsas vəzifə olaraq qalacaq” - Məmmədyarov
18/12/2018 [21:22]:
Gülənin qardaşı oğluna 7,5 il müddətinə həbs cəzası verildi
18/12/2018 [21:19]:
Ermənistan-Azərbaycan: Savaşmı, barışmı...
18/12/2018 [21:14]:
Fərid hər cümə günü təqaüdçülərə pulsuz çörək paylayır - İBRƏTAMİZ+FOTO
18/12/2018 [21:01]:
Prezident sərəncam imzaladı
18/12/2018 [20:40]:
Messi 5-ci dəfə “Qızıl ayaqqabı”nı aldı
18/12/2018 [20:17]:
Əslində 5 rayonu Azərbaycana qaytarmaq gözə kül üfürmək olardı
18/12/2018 [20:09]:
Xırdalanda atışmaya görə həbs edilən şəxslərə hökm oxundu - 81 İL
18/12/2018 [19:54]:
"Azərbaycan xarici ölkələrlə yorulmadan işləyəcək" - Hikmət Hacıyev
18/12/2018 [19:35]:
Tanınmış sənətçi qəfil vəfat etdi
18/12/2018 [19:32]:
Polad Bülbüloğlu yenidən sədr seçildi
18/12/2018 [19:23]:
Bakıda daha bir əxlaqsızlıq yuvası aşkarlandı - Sahibi həbs olundu
18/12/2018 [19:22]:
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi Uluslararası simpoziumda...
18/12/2018 [19:08]:
Rusiya Ermənistana 100 milyon dollarlıq kredit ayırır -"Detalları söyləyə bilmərəm, bunlar gizli məsələlərdir"
18/12/2018 [19:07]:
Putin Qorbaçovun Reyqanla imzaladığı məşhur sazişi tənqid etdi: “Bu, axı SSRİ-nin birtərəfli tərksilah olunması demək idi...”
18/12/2018 [19:05]:
Müdafiə Nazirliyinin rəhbər heyəti toplandı -SƏBƏB
18/12/2018 [19:01]:
Keçmiş MTN polkovniki: "O məsələ açıq-aşkar "obnaliçka" idi"
18/12/2018 [18:47]:
Gözdən əlil qadına sürücülük vəsiqəsi verildi - MARAQLI
18/12/2018 [18:43]:
“Ümumbəşəri dəyərlərin cəmiyyətin inkişafında rolu” mövzusunda ictimai müzakirələr başa çatıb
18/12/2018 [18:30]:
Anasının alqışı ilə 14-cü mərtəbədən tullandı - DƏHŞƏT...+ VİDEO
18/12/2018 [18:17]:
Daha 263 şəhidin vərəsəsinə birdəfəlik ödəniş verildi
18/12/2018 [18:11]:
Səfir: "Moskva Əliyevlə Paşinyan arasında dialoq yaradılması üzərində iş aparır"
18/12/2018 [18:10]:
Yüzlərlə maral öldürən ovçuya ibrətamiz cəza - MARAQLI
18/12/2018 [18:10]:
Rövşən Rzayev köçkünləri qəbul etdi
18/12/2018 [18:09]:
Salatın Əsgərovanın şəxsi əşyalarını  faciə yerindən ilk götürən şəxs nələr danışdı...
18/12/2018 [18:09]:
Qənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görüldü -VİDEO
18/12/2018 [18:08]:
Makedoniyalı siyasətçi: "Şəhid Mübariz İbrahimov Balkan türklərinin qəhrəman oğludur"
18/12/2018 [18:03]:
Bakıda “Audi” məşhur hipermarketə girdi
18/12/2018 [18:02]:
Nə tökərsən aşına, o da çıxar qaşığına!
18/12/2018 [17:58]:
Deputatdan sosial şəbəkələrlə bağlı ÇAĞIRIŞ: “…dərhal ölçü götürülməlidir!”
18/12/2018 [17:49]:
İnsanda iki cür ruh var – ELMİ-LƏDUN
18/12/2018 [17:43]:
Bakıda qadın xəstə uşağını marketdə atıb qaçdı
18/12/2018 [17:42]:
“Anar Məmmədovla bağlı cinayət işinin açılması təəccübləndirmədi…” – Deputat açıqlama yaydı
18/12/2018 [17:40]:
Fransa prezidenti Paşinyanı təbrik etdi və...
18/12/2018 [17:29]:
Manatın sabahkı MƏZƏNNƏSİ
18/12/2018 [17:29]:
“Atamın bağışladığı kitabları toplayıram ki, onları yenidən çap edim” – Söhrab Tahirin qızı
18/12/2018 [17:24]:
İki yaşlı Nərgizin əməliyyatı üçün yığılan pullar oğurlandı
18/12/2018 [17:19]:
Bakıda qardaşı arvadını yandıraraq öldürənə 17 il həbs verildi
18/12/2018 [17:10]:
Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı
18/12/2018 [17:00]:
Kişiləri mübahisəyə çəkən gizli səbəblər...
18/12/2018 [16:57]:
2018-ci ilin ən yadda qalan HADİSƏLƏRİ
18/12/2018 [16:48]:
Novruz Məmmədov nazirə yeni səlahiyyət verdi
18/12/2018 [16:46]:
Ermənistandan Ukraynanın ərazi bütövlüyünə qarşı növbəti qəsd
18/12/2018 [16:30]:
Avtomobilin təkərlərində pirotexniki vasitə aşkarlandı
18/12/2018 [16:26]:
Abel Məhərrəmovun səfir oğluna fəxri ad verildi - FOTOLAR
18/12/2018 [16:15]:
Gülənin qardaşı oğluna 7,5 il həbs verildi
18/12/2018 [16:12]:
Koçaryan Avropa ölkələrinin birindən sığınacaq istəyəcək
18/12/2018 [16:06]:
Prezident: “5 milyondan çox vətəndaş hər il pulsuz tibbi müayinədən keçir”
18/12/2018 [15:46]:
“Dünya televiziyalarında elə kök aparıcılar var ki...” - Xalq artisti...
18/12/2018 [15:37]:
Binədəki dəhşətli qəzada ölən 13 yaşlı Yusifin anasına şok təklif - VİDEO
18/12/2018 [15:30]:
Deputat və tarixçidən Araz Əlizadəyə CAVAB: “Əhməd Cavadla bağlı bu müzakirə yersizdir!”
18/12/2018 [15:27]:
Ermənistan ordusunun zabiti əsgəri güllələdi
18/12/2018 [15:16]:
Sarayın itkin şahzadəsi: Camal Xaşuqcinin aqibəti ilə üzləşib
18/12/2018 [15:13]:
“Facebook” İsrail liderinin oğlunu cəzalandırdı -Gözlənilməz...
18/12/2018 [15:11]:
İnformasiya texnologiyaları sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə edildi
18/12/2018 [15:11]:
Gürcüstanda SOCAR-ın yanacağına "mız" qoyan “Magi LTD”nin saxtakarlığı üzə çıxdı
18/12/2018 [15:01]:
"Ali məktəbə qəbul olunanlardan barmaq sayı qədər tələbə var ki, repetitor yanına getməyib”
18/12/2018 [15:01]:
Sumqayıt şəhərində əmək yarmarkası keçirildi -FOTOLAR
18/12/2018 [14:59]:
Milli Preventiv Qrupun üzvləri tərəfindən başçəkmələr davam etdirilir
18/12/2018 [14:58]:
Səfirliyə açılan "atəş", gizli arayışlar və diplomatın etirazı - Kiyevdən reportaj
18/12/2018 [14:53]:
Paşinyan aprel döyüşlərində məğlub olan generalı müşavir təyin etdi
18/12/2018 [14:49]:
Azərbaycanlı cərrah əməliyyat etdiyi quyruqlu uşağın görüntülərini yaydı - VİDEO
18/12/2018 [14:41]:
“Mübariz Xocalının intiqamını almağa getmişdi...” - Erməni əsirliyində olmuş qadın...
18/12/2018 [14:40]:
Azərbaycan deyiləndə ayağa qalxmağı bacaran insan...
18/12/2018 [14:37]:
“Şagirdləri bu qədər yükləmək olmaz!” - Milli Məclisdə təhsil PROBLEMLƏRİ qaldırıldı
18/12/2018 [14:36]:
“Ümumi təhsil haqqında” qanun layihəsi birinci oxunuşdan keçdi
18/12/2018 [14:35]:
Beynəlxalq təşkilatdan əcaib statistika: Ermənistan 69, Azərbaycan 71-ci yerdə...
18/12/2018 [14:34]:
Səməd Seyidov Avropa Parlamentinin qətnaməsini şərh etdi
18/12/2018 [14:33]:
Ermənistandan “Rusiyadan qorxmuruq” açıqlaması: İt sahibini tanımaq istəmir...?
18/12/2018 [14:30]:
Qənirə Paşayeva himn müzakirələrinə etiraz etdi
18/12/2018 [14:25]:
Himnlə bağlı qanun layihəsi 1-ci oxunuşda təsdiqləndi
Bütün arxiv bir sırada
06/12/2018 [17:55] - Siyasət - ( 560 dəfə baxılıb)

Məmmədyarov: ATƏT məkanındakı münaqişələr sülhə və təhlükəsizliyə təhdid olaraq qalır



ATƏT məkanında mövcud münaqişələr sülhə və təhlükəsizliyə ən ciddi təhdid olaraq qalır.

Xarici İşlər Nazirliyindən Moderator.az-a verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında çıxışı zamanı deyib.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycanın prinsipial mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də, dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinə əsaslanır:

"Vyanada keçirilmiş Nazirlər Şurasının sonuncu sessiyasından bəri, indiyədək biz Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində heç bir konkret irəliləyiş görməmişik. Əfsuslar olsun ki, gücdən istifadə etməklə ərazilərin ilhaqının yolverilməzliyi, beynəlxalq hüququn ciddi pozulması ilə nəticələnmiş vəziyyətin tanınmaması öhdəliyi və bu vəziyyətin saxlanılmasına köməklik və ya yardım göstərilməsindən çəkinmək kimi fundamental prinsiplər vasitəçi ölkələr tərəfindən selektiv tətbiq olunur.

Eyni zamanda, biz danışıqlar formatının sual altına alınması ilə bağlı Ermənistanın davamlı cəhdlərini müşahidə etdik. Diasporunun fəal dəstəyi ilə Yerevan yüz minlərlə azərbaycanlı məcburi köçkünün, onların doğma yurd-yuvalarına qayıtmaq hüququ da daxil olmaqla insan hüquqlarının pozulması, Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki xarakterinin dəyişdirilməsi qeyri-qanuni təcrübəsini davam etdirir. 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobudcasına pozaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma və digər fəaliyyətlərini davam etdirməkdədir. İşğal olunmuş ərazilərdə qeyri-qanuni hərbi və mülki infrastrukturun yaradılması da daxil olmaqla Ermənistan tərəfinin qanunsuz fəaliyyəti onun işğalı möhkəmləndirmək və baş vermiş faktla (fait accompli) üz-üzə qoymaq məqsədi daşıyan niyyətini və sistemli siyasətini nümayiş etdirir. Bu addımlar, xüsusilə də Ermənistanın imtina etməsi səbəbindən Azərbaycanın işğal olunmuş ərazilərinə fakt araşdırıcı qiymətləndirmə missiyasının göndərilməsində uğursuzluq, sülh prosesində etimada xələl gətirir".

XİN rəhbəri əlavə edib ki, ATƏT-ə üzv dövlətlərin ərazilərinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı olan bu qanunsuz fəaliyyətlər üçün istifadə olunması tamamilə qəbuledilməzdir:

"Bu, müvafiq mandatlara, ATƏT-in əsas prinsiplərinə, öhdəliklərinə və qərarlarına ziddir. Biz müvafiq iştirakçı dövlətləri Ermənistan, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış Ermənistanın tabeliyində olan qanunsuz rejimin agentləri tərəfindən suveren torpaqlarının Azərbaycanın qanuni təhlükəsizlik maraqlarına qarşı istifadə olunmasının qarşısını almaq üçün təxirəsalınmaz effektiv addımlar atmağa çağırırıq.

BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktının prinsipləri və ATƏT-in qərarları və sənədləri münaqişənin həllinin və Minsk Konfransının həmsədrlərinin mandatının əsasını təşkil edir. BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələr işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını və qarşılıqlı addım kimi kommunikasiya və nəqliyyat əlaqələrinin açılmasına və məcburi köçkünlərin evlərinə qayıtmasına yardım göstərməyi tələb edir. Bu yanaşmanın əsas konsepsiyası münaqişənin nəticələrini aradan qaldırmağa, digər siyasi məsələlərin isə Minsk Konfransı çərçivəsində davam edən danışıqlar vasitəsilə həllinə əsaslanır".

E.Məmmədyarovun sözlərinə görə, Azərbaycan hesab edir ki, sülhə, sabitliyə və qarşılıqlı faydalı regional əməkdaşlığa alternativ yoxdur və o, münaqişənin qısa zamanda siyasi həllində ən maraqlı tərəfdir:

"Münaqişənin həlli yalnız beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür.

Azərbaycan torpaqlarının hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcəkdir.

Dünən ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə çox mühüm və faydalı məsləhətləşmələrin keçirildiyini sizə məlumat verməkdən şadam. İl ərzində ilk dəfədir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan və Azərbaycan xarici işlər nazirləri tərəfindən birgə bəyanatı razılaşdırmağa nail olduq. Ən vacib məqamlardan biri əlbəttə ki, intensiv və nəticəyə yönəlik, o cümlədən yüksək səviyyədə danışıqların aparılmasıdır. Hesab edirəm ki, Ermənistanda seçkilər yekunlaşdıqdan və yeni hökumət formalaşdıqdan sonra biz gələn il ciddi irəliləyiş əldə etməli və bölgəyə sülh, sabitlik və tərəqqinin gətirilməsi imkanını yaratmalıyıq".

Qadın sürücü elektrik enerjisi ilə işləyən avtomobilinə benzin vurmaq istədi- MARAQLI...
Tanınmış sənətçi qəfil vəfat etdi
Yüzlərlə maral öldürən ovçuya ibrətamiz cəza - MARAQLI
"Ali məktəbə qəbul olunanlardan barmaq sayı qədər tələbə var ki, repetitor yanına getməyib”
Azərbaycanda bu nazirlər vəzifəsi ilə vidalaşdı...
Dr. Günel Azayeva - Həkim kosmetoloq
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Ədəbiyyat
“Atamın bağışladığı kitabları toplayıram ki, onları yenidən çap edim” – Söhrab Tahirin qızı
Maraqlı
Kişiləri mübahisəyə çəkən gizli səbəblər...
Cəmiyyət
“Mübariz Xocalının intiqamını almağa getmişdi...” - Erməni əsirliyində olmuş qadın...
Siyasət
Ermənistandan “Rusiyadan qorxmuruq” açıqlaması: İt sahibini tanımaq istəmir...?
Cəmiyyət
“Hacı Mazan”ın işdən çıxarılan oğlunun 300 minlik MAŞINLARI...
Müasir Ədliyyə
Həftənin ən çox oxunanları
"Həyat yoldaşım əşyadır ki, onu gizlədəm?" - "O, elə bir yerdə işləyir ki..."
Qüdrətdən səngərli, qalalı dağlarda Vətən keşikçiləri ilə keçirilən 2 qürurlu gün...
Azərindən Mübarizi təhqir edən məxluqa cavab: "Şərəfsizə sənin ən gözəl cavabın..."
Sənin də döşünü kəssəydilər...
Qazax və Ağstafada döyüş postlarının DSX-ya təhvil verilməsi nə ilə bağlıdır?
“Anamın şəxsi əşyalarını şəhidliyindən 23 il sonra mənə çatdırdılar…”- Ceyhun Əsgərov-VİDEO…
Aparıcının “Bahalaşmaya etiraz edək” şərhi Ərdoğanı qəzəbləndirdi: "Ey əxlaqsız, bura Parisdirmi?"
Gürcüstan prezidenti ultimatum verdi: ”Rusiya Qafqazın qonşusu kimi başa düşməlidir ki..."
Prezidentin səhifəsindən Mübarizlə bağlı MÖHTƏŞƏM PAYLAŞIM
"Mübarizlə qeyri-bərabər döyüşdə düşmən 12 itki verir, 17-si ağır yaralanır..."
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə