Xəbər lenti
24/05/2019 [00:07]:
"Bakı etibarlı idman platformasıdır”
23/05/2019 [23:56]:
“Huawei” öz əməliyyat sistemini yaradacaq
23/05/2019 [23:54]:
Xədicə İsmayıl Ramil Səfərovu təhqir etdi - Cavab
23/05/2019 [23:50]:
Vəkili Fuad Abbasovla görüşdü və bu açıqlamaları verdi: "Qatı cinayətkarların kamerasında..."
23/05/2019 [23:48]:
Fuad Abbasovun azad olunması xəbəri təsdiqini tapmır - vəkili "belə bir şey yoxdur", dedi
23/05/2019 [23:41]:
Marketdə başlayan "qaymaq" davası qanla bitdi - VİDEO
23/05/2019 [23:38]:
Solovyov qorxdu, duelə getmədi...
23/05/2019 [23:20]:
Türkiyə-Rusiya hərbi əməkdaşlığının inkişafı Azərbaycana nə vəd edir?
23/05/2019 [23:18]:
102 yaşlı qadın 92 yaşlı otaq yoldaşını vəhşicəsinə öldürdü - DƏHŞƏT...
23/05/2019 [23:15]:
Kürdəmirdə qıza görə adam öldürən məhkuma yenidən cinayət işi açıldı
23/05/2019 [23:02]:
Məşhurlarımız rumın müğənninin klipinə çəkildilər - VİDEO
23/05/2019 [23:00]:
Bakı bulvarında qadın özünü dənizə atdı - VİDEO
23/05/2019 [22:54]:
Küçədən keçən qadınların sinəsinə yumruq ataraq yoluna davam etdi - VİDEO
23/05/2019 [22:52]:
Ermənistan Cənubi Qafqazın İsraili olacaq?- İrəvan yenə də xam xəyallar arzusunda...
23/05/2019 [22:46]:
Levan İzoria: “Gürcüstanda ABŞ hərbi bazasının olmasını alqışlayıram”
23/05/2019 [22:43]:
Everest zirvəsində iki alpinist ölüb
23/05/2019 [22:41]:
"Axtarış elanım 15 min dəfə bəyənilsə təslim olacağam" - AĞLASIĞMAZ RAZILIQ...
23/05/2019 [22:39]:
Donqhyun Park: "OPEC+ razılaşmasını uzatmağa ehtiyac yoxdur"
23/05/2019 [22:36]:
Kürdəmirdə 5 yeniyetməni it dişlədi
23/05/2019 [22:05]:
ABŞ prezidentinin köməkçisinin müavini: "Azərbaycanın ÜTT-yə üzv olmaq istiqamətində səylərini dəstəkləyirik"
23/05/2019 [22:03]:
"Bu uzunqulaq özünə kənd təssərüfatında maldarlıqla bağlı bir uyğun iş tapsa pis olmaz"
23/05/2019 [22:01]:
UEFA “Arsenal”a xəbərdarlıq etdi: "Bakıda etiraz olmasın!"
23/05/2019 [21:50]:
Şura “Məktəblilərin iştirakı ilə vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi”ni dəstəkləyir
23/05/2019 [21:42]:
Prezident Ramazan ayı münasibətilə ənənəvi iftar mərasimində iştirak etdi - FOTOLAR
23/05/2019 [21:27]:
Sümük iliyinin faydaları haqqında bilmədiklərimiz - Min bir dərdin dərmanı...
23/05/2019 [21:09]:
Anadolu agentliyinin itkin düşən müxbirinin cəsədi tapıldı - 14 gün sonra (FOTO)
23/05/2019 [20:23]:
Sumqayıtda sərnişin avtobusu qəza törətdi - VİDEO
23/05/2019 [20:11]:
Prezident bu şəxslərin pensiyasını artırdı
23/05/2019 [19:46]:
Romantik görüş üçün ən bahalı şəhər hansıdır?
23/05/2019 [19:35]:
Oqtay Əsədov: "Beynəlxalq birliyin məsələyə ədalətli və həssas yanaşacağına inanırıq"
23/05/2019 [19:33]:
Kosmosda spirtli və qazlı içki niyə qadağandır?
23/05/2019 [18:56]:
ADNSU-da İsrailli mütəxəssislər tərəfindən 10 aylıq İT kursları təşkil olunacaq
23/05/2019 [18:52]:
Müdafiə Nazirliyi Zakir Həsənovla bağlı ermənilərin iddiasını "sərsəm fikirlər" adlandırdı
23/05/2019 [18:40]:
AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu
23/05/2019 [18:39]:
“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur
23/05/2019 [18:33]:
Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi
23/05/2019 [18:32]:
Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi
23/05/2019 [18:30]:
Tanınmamış respublikanın “paytaxtı”nın keçmiş meri ölü tapıldı - Mafiya hesablaşması...
23/05/2019 [18:26]:
ADU-da “Səmavi dinlər” sərgisi -FOTOLAR
23/05/2019 [18:23]:
Millət vəkili Tovuzun Xatınlı, Qədirli, Düz Cırdaxan kəndlərində uşaq bağçalarını ziyarət edib
23/05/2019 [18:13]:
Boksçular küçələrdə oruc tutanlara su və xurma payladı-İbrətamiz...- VİDEO
23/05/2019 [18:02]:
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradıldı
23/05/2019 [17:54]:
Rəsmi Tbilisidən Azərbaycanın “Keşikçidağ”ına hərbi texnika yeritməsi xəbərinə reaksiya: "Emosional çıxışlar etməyin..."
23/05/2019 [17:46]:
Elmar Məmmədyarov çinli həmkarı ilə nələrdən danışdı?
23/05/2019 [17:39]:
““Aslan pəncəli İbad” albomu çox fərqli şəkildə olacaq...”
23/05/2019 [17:37]:
Oruc tutmayanların iftar süfrəsində nə işi var...? - Din xadimi aydınlıq gətirdi
23/05/2019 [17:35]:
Ekologiya Nazirliyinin əməkdaşları təltif olundu -FOTOLAR
23/05/2019 [17:30]:
“Son iclas” filmi Pirallahı gəncləri tərəfindən böyük maraqla qarşılandı
23/05/2019 [17:28]:
“Ermənilər uzun illər ərzində alban kilsələrini qriqoryanlaşdırıblar” – “Bu proses indi də davam edir”
23/05/2019 [17:27]:
Ən təhlükəli siqaretlər bunlar imiş
23/05/2019 [17:14]:
"Birgə fəaliyyət nəticəsində qanunsuz ticarət dövriyyəsindən təxminən 10 kq narkotik çıxarılıb"
23/05/2019 [17:09]:
Eldar Əzizov Ukraynada Milli Qəhrəmanla görüşdü –FOTOLAR
23/05/2019 [17:04]:
Baş nazir: “Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı bütün məsələlərin həll olunacağına əminəm”
23/05/2019 [16:54]:
Tofiq Tağızadənin “Mateo Falkone” filmi bərpa olundu -FOTOLAR
23/05/2019 [16:50]:
Nanə Ağamalıyeva "Porche"sində elə poz verdi ki... - FOTOLAR
23/05/2019 [16:38]:
“Qarabağ münaqişəsi  Ermənistanın inkişafına mane olmur...”
23/05/2019 [16:37]:
Dondurma mövsümü başladı - Zəhərlənməmək üçün bunları bilmək vacibdir
23/05/2019 [16:32]:
Özü-özünü əməliyyat edib tibb tarixinə adını yazdıran həkim -HEYRƏTAMİZ...
23/05/2019 [16:26]:
Qaçırdığı qadını vəhşicəsinə döyüb öldürmək istədi - 16 illik həbs edildi
23/05/2019 [16:24]:
"Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazisidir"
23/05/2019 [15:56]:
Rövşən Rzayev və müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
23/05/2019 [15:55]:
“Bu ölkənin hərbi uğurları bizi hər zaman sevindirib, çünki...”
23/05/2019 [15:51]:
“Bütün bunlar sübut etdi ki, xalq ancaq bayağı materiallara baxmaq həvəsində deyil...”
23/05/2019 [15:50]:
ADPU-dan gənc prorektorun işdən çıxarılmasına reaksiya: "Buna səbəb..."
23/05/2019 [15:46]:
Bu avtomobillərin Azərbaycana idxalı qadağan ediləcək - Nazirlikdən xəbərdarlıq...
23/05/2019 [15:43]:
Zurabişvilidən mübahisəli sərhədlə bağlı mesaj: “Prosesin bərpasını alqışlayıram"
23/05/2019 [15:36]:
Planet getdikcə "hallanır" - Təhlükə saçan dinamika...
23/05/2019 [15:35]:
“Tramp Türkiyəyə münasibətdə şantaj elementlərindən istifadə edir”
23/05/2019 [15:32]:
"Əvvəllər sürücü kişilərə qız verməzdilər, indi də sürücü qıza oğlan vermirlər..."
23/05/2019 [15:30]:
Ankara ABŞ-ın “ultimatum”una münasibət bildirdi
23/05/2019 [15:28]:
“Özümü kişi məclisində rahat hiss edirəm” - Səidə
23/05/2019 [15:28]:
Pakistan “Şahin-2” raketini sınaqdan keçirdi - VİDEO
23/05/2019 [15:23]:
Bakıdakı çempionata erməni bacı-qardaş da qatılacaq
23/05/2019 [15:15]:
Abituriyentləri intihara sürükləyən ÇƏTİN SUALLAR...
23/05/2019 [15:05]:
Respublika olimpiadalarında qalib gələnlər bu ixtisaslarda təhsil ala bilər
23/05/2019 [15:02]:
Çingiz geriləməsindən danışdı - “Mənim üçün fərqi yoxdur”
23/05/2019 [15:00]:
Dövlət qulluğunun B növü üçün qeydiyyat başlayıb
23/05/2019 [14:58]:
Rayonlarda leysan, dolu gözlənilir
23/05/2019 [14:44]:
“Azərbaycanda yüksək keyfiyyətli dondurma istehsal edən firmalar var...”
23/05/2019 [14:44]:
35 rayonda torpaqların elektron kadastr uçotu işləri tam olaraq yekunlaşdı
Bütün arxiv bir sırada
06/12/2018 [18:34] - Cəmiyyət - ( 687 dəfə baxılıb)

“Azərxalça”nın Quba filialının fəaliyyətə başlamasından bir il ötür



Quba qədim ticarət yollarının, o cümlədən Böyük İpək Yolunun kəsişməsində yerləşdiyi üçün tarix boyu ticarət və sənətkarlıq mərkəzi olub. Etnoqrafik cəhətdən çox zəngin olan Quba xalçaçılıq ənənələrinin də yarandığı və inkişaf etdiyi bölgələrdəndir. Burada ayrı-ayrı kəndlərdə xalçaçılıq sənəti uğurla davam etdirilərək nəsildən-nəslə ötürülüb. Zərif və parlaq yunlu, yüksək sıxlığı olan, orijinal bədii tərtibatlı xovlu və xovsuz xalçalar yerli əhalinin məişət həyatının ayrılmaz hissəsinə çevrilib. Tarixən dünya alimlərinin, səyyahların diqqətini cəlb etmiş Quba xalçaları sarayların, şəxsi kolleksiyaların, məşhur muzeylərin bəzəyi olub. Quba bölgəsində toxunan xalçaların üzərində öz əksini tapan müxtəlif formalı butalar, damğalar, gül, ağac, quş, əjdaha, nəzərlik, ulduz, ox kimi elementlər yerli əhalinin dünyagörüşünün, inanclarının təzahürü, bu yurdun tarixi keçmişinin yadigarıdır. Azərbaycan xalçalarının bütün qrupları üçün səciyyəvi olan ağ, qara, qırmızı, sürməyi, sarı, mavi, yaşıl və s. kimi rənglərin Quba qrupu xalçalarında yaratdığı rəng ahəngi xalça və xalça məmulatlarına təkrarsız gözəllik bəxş edir.

Bütün bunlar nəzərə alınaraq, "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin ilk filiallarından biri də məhz Quba şəhərində açılıb. Qubadakı xalça istehsalı emalatxanası ötən il dekabr ayının 7-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Filialda 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb. Xalça istehsalı emalatxanası zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə, çeşnilərlə təmin edilib. Burada əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərinə xas olan tarixi və orijinal çeşnilər əsasında xalçaların toxunmasına üstünlük verilir. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında "Azərxalça"nın rəssamları tərəfindən hazırlanıb. Fəaliyyət göstərdiyi dövrdə Quba filialında qədim zamanlardan bu ərazidə yaradılmış Zeyvə, Pirəbədil, Qonaqkənd, Zeyxur, Çiçi, Qaraqaşlı, Şahnəzərli və başqa tarixi çeşnilər əsasında xalçalar toxunub. 

İndiyədək filialda ümumi ölçüsü 365 kvadratmetr olan 130 ədəd xalça toxunub. Hazırda bu filialda ərsəyə gətirilən ən böyük xalçanın toxunması davam etdirlir. Bu, qədim Şirvan çeşnisi əsasında toxunan, 24 kvadratmetrlik xalçadır.  

70-ə yaxın toxucunun fəaliyyət göstərdiyi filialın işçiləri  Quba şəhərinin, rayonun Aşağı Atuc, Əlibəyqışlaq, İkinci Nügədi, Ağbil, Mirzəmməd və Dağlı kəndlərinin sakinləridir.

Gənclərin xalçaçılıq sənətinə yönləndirilməsi dövlət başçısının qarşıya qoyduğu mühüm vəzifələrdən biridir. Çünki məhz bununla varislik təmin olunur, xalçaçılıq sənəti yaşadılır. Ölkə rəhbəri Quba filialının açılışında bu məsələnin əhəmiyyətindən danışaraq demişdi: "Mən burada gəncləri də görürəm. Buna da çox sevinirəm. Yəni, bu sənətə çox böyük maraq var. Ölkəmizin dünyada təbliği işində xalçaçılıq bəlkə də ən öndə gedən sənətlərdən biridir".

"Azərxalça"nın digər filialları kimi, Qubada da çalışanların əksəriyyəti gənclərdir. Onların sayı hər gün artır. Son günlər filiala 10-dan çox gənc qız müraciət edib. Həmin gənclər tədris-hazırlıq kursuna cəlb olunublar. Təcrübəli toxucular tərəfindən onlara xalçaçılıq sənəti öyrədilir. Tədris-hazırlıq kursunu uğurla başa vuranlar sertifikatla və filialda işlə təmin ediləcəklər.

Respublikamızın bölgələrində "Azərxalça"nın filiallarının yaradılması ömrünü xalçaçılığa bağlayan insanların yenidən bu sənətə qayıtmasına imkan verib. Ötən əsrin 90-cı illərinin əvvəllərində Qubanın təcrübəli toxucuları da müəyyən səbəblərdən ölkəmizin ayrı-ayrı bölgələrində, xüsusən paytaxt Bakıda məskunlaşmağa məcbur olmuşdu. İndi həmin toxucular Qubaya qayıdaraq "Azərxalça"nın filialında çalışırlar. Onlardan biri də Quba şəhər sakini Şəfiqə Seydayevadır. O, 90-cı illərin əvvəllərində Bakı şəhərinə gəlib, xalçaçılıqdan ayrılaraq başqa sahədə işləməyə başlayıb: "Qubada xalça fabrikinin açıldığını eşidəndə çox sevindik. Mən əvvəllər buradakı fabrikdə xalça toxumuşam. Lakin məlum hadisələrdən sonra işlədiyimiz fabrikin fəaliyyəti dayandırıldı. Biz də Bakı şəhərinə köçdük. Qubada belə gözəl, müasir fabrik yaratdığına görə Prezidentimizə minnətdarıq. Biz indi qızımla dədə-baba yurdumuzda yaşayır, bu fabrikdə işləyir, gözəl xalçalar toxuyuruq".

Rayonun Dağlı kənd sakini, toxucu Şirincan Bədəlova da xalçaçılar üçün yaradılmış şəraitdən razılıqla danışır. Deyir ki, uzun illər heç bir şəraiti olmayan, qaranlıq otaqlarda xalça toxumuşuq. Ancaq bu sənətdən ayrılmamışıq. Çünki bu sənət bizə nənələrimizdən miras kimi ötürülüb, xalçaçılıq bizim milli dəyərimizdir: "Bu gün isə vəziyyət tamamilə başqadır. İndi müasir, işıqlı emalatxanada xalça toxuyuruq. Dövlətimiz işə gedib-gəlməyimizin də qayğısına qalıb. Filialımıza verilən avtobus bizim nəqliyyat problemimizi aradan qaldırıb. Bütün bunlara görə hörmətli Prezidentimizə minnətdarıq".

Toxucu Simnarə Seyidməmmədova rayonun Qımıl kəndindəndir. O, Qubanın qədim xalçaçılıq ənənəsi oduğunu deyir, fabrikdə tarixi Quba xalçalarının toxunmasına üstünlük verilməsini məmnunluqla qeyd edir: "Doğrudur, yaxşı toxucu üçün çeşninin fərqi yoxdur. Ancaq toxucuya daha doğma olan, özününküləşdirdiyi çeşnilər var. Məsələn, biz Quba çeşnilərini toxuyanda daha gözəl xalçalar ərsəyə gətiririk".

"Azərxalça"nın Quba filialı öz fəaliyyətini günü-gündən genişləndirir. Filialda peşəkar toxucular tərəfindən keyfiyyətli xalçalar toxunur. Toxucular işə həvəslə, maraqla yanaşırlar. Hər kəs daha tez və daha yaxşı xalça toxumaq üçün çalışır, öz işinə yaradıcı yanaşır.

Dövlət başçısının Quba filialının açılışında dediyi kimi, Quba həmişə xalçaçılıq mərkəzlərindən biri olub. Qubanın xalçaları həm ölkəmizin, həm də xarici ölkələrin muzeylərində nümayiş etdirilir.

"Azərxalça"nın Quba filialının yaradılması imkan verəcək ki, Quba xalçaları yaşadılsın,  yenə də dünya muzeylərinin bəzəyinə çevrilsin. Yaxın vaxtlarda biz beynəlxalq xalça bazarında yüksək keyfiyyətlə toxunan Azərbaycan xalçalarına, eləcə də Quba xalçalarına artan tələbatın şahidi olacağıq.

loading...
loading...
Marketdə başlayan "qaymaq" davası qanla bitdi - VİDEO
Solovyov qorxdu, duelə getmədi...
102 yaşlı qadın 92 yaşlı otaq yoldaşını vəhşicəsinə öldürdü - DƏHŞƏT...
Küçədən keçən qadınların sinəsinə yumruq ataraq yoluna davam etdi - VİDEO
"Axtarış elanım 15 min dəfə bəyənilsə təslim olacağam" - AĞLASIĞMAZ RAZILIQ...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Ermənistan Cənubi Qafqazın İsraili olacaq?- İrəvan yenə də xam xəyallar arzusunda...
Cəmiyyət
Tanınmamış respublikanın “paytaxtı”nın keçmiş meri ölü tapıldı - Mafiya hesablaşması...
Şou-biznes
““Aslan pəncəli İbad” albomu çox fərqli şəkildə olacaq...”
Dünya
Özü-özünü əməliyyat edib tibb tarixinə adını yazdıran həkim -HEYRƏTAMİZ...
Araşdırma
Planet getdikcə "hallanır" - Təhlükə saçan dinamika...
Həftənin ən çox oxunanları
"Emin 444" öldürən çempionun yaralı görüntüsü yayıldı - FOTO
DYP əməkdaşları "Gelendevagen" deyir, "Niva"nın sahibi isə daş atıb başını tutur ki...
Rusiya üçün “S-400”-ü yaratmış azərbaycanlı haqda yeni film çəkildi-VİDEO
Əhmədova Abdullayevin ifşa videosunu yaydı: "Tövbə edin və heç kimin haqqına girməyin"
İrana gündə 500 raket zərbəsi!
"Bir neçə gün öncə Bakının mərkəzində erməni tələbə yoldaşımı gördüm...”
“Şəmistana fəxri ad versələr, inciyərəm...”
“Şuşa və Laçının işğalı ilə bağlı sövdələşmə aparmış 3 nəfərdən biri Türkiyədə yaşayır…”
Gürcüstan müsəlmanları Saakaşvilinin üzr istəməsini tələb etdi
Şüvəlanda "su qiyməti"nə dəbdəbəli villa satışa çıxarıldı - 10 milyon manat + VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]