Xəbər lenti
22/03/2019 [22:40]:
Lütfi Zadənin xanımını qıcıqlandıran nişan üzüyü, universitetə geyilən yanlış ayaqqabılar - MARAQLI
22/03/2019 [22:38]:
I qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
22/03/2019 [22:15]:
Amerikalı rəssam 7 dəqiqəyə Rəşid Behbudovun portretini çəkdi - VİDEO
22/03/2019 [22:13]:
Akkumulyator bomba kimi partladı - VİDEO
22/03/2019 [21:46]:
AŞPA sədri Ermənistana səfər edəcək
22/03/2019 [21:43]:
Bəşəriyyət tarixində şok: İnsan 20 il cavanlaşdı - Video
22/03/2019 [21:38]:
Türkiyədəki zəlzələdən inanılmaz görüntülər - VİDEO
22/03/2019 [21:14]:
Moskvada Kamaz sərnişinlə dolu taksinin üstünə aşdı - VİDEO
22/03/2019 [20:58]:
Çində turistləri daşıyan avtobus yandı
22/03/2019 [20:37]:
Dünyanı heyrətə salan sözlər: "Trampı İsrail üçün Tanrı göndərib"
22/03/2019 [20:30]:
Kanada parlamentində  “Artsax dostları” qrupu yaradıldı…
22/03/2019 [20:19]:
"Əli İnsanov heç zaman Qərbi Azərbaycanlıların lideri olmayıb və olmayacaq!"
22/03/2019 [20:16]:
İƏT Zelandiyada 2 məscidə terror hadisəsi ilə bağlı iclas keçirib
22/03/2019 [19:52]:
"Rəhmətlik Heydər Əliyev bu büstü sona qədər qorudu, amma..."
22/03/2019 [19:42]:
Həbibin növbəti döyüşünün vaxtı məlum oldu
22/03/2019 [19:35]:
İraqdakı bərənin batma anları: Ölkədə matəm elan olundu - VİDEO
22/03/2019 [19:30]:
Qonşular arasında hasar davası “əbədi çılpaq şənlik”lə bitdi - FOTO
22/03/2019 [19:23]:
İsveç müsəlmanları qorumaq üçün elə bir üsulu əl atdı ki...
22/03/2019 [19:20]:
Həbib Nurməhəmmədovun növbəti döyüşünün tarixi bəlli oldu
22/03/2019 [19:15]:
Türkiyəli müğənninin rus gəlini onu məhkəməyə verdi
22/03/2019 [19:06]:
Türkiyəli aparıcı boşandı, 6 milyon təzminat aldı
22/03/2019 [19:03]:
BMT-dən İsrailə ağır zərbə
22/03/2019 [19:00]:
İran XİN başçısı Türkiyəyə getdi
22/03/2019 [18:55]:
İlk dəfə rastlaşdıqları balığa qorxudan yaxınlaşa bilmədilər - MARAQLI...+ FOTOLAR
22/03/2019 [18:41]:
Ukraynada diaspor sədrinə qarşı təxribat hazırlanır
22/03/2019 [18:39]:
Təhsil Nazirliyi 8 şagirdi ABŞ-a göndərir - ƏMR
22/03/2019 [18:38]:
İran XİN rəhbəri Türkiyəyə gedir- Rəsmi səfər
22/03/2019 [18:15]:
“Bu dövlət fors-major hallarda belə ölkəmizi dəstəkləyəcək” -PROQNOZ
22/03/2019 [18:13]:
Məşhur bank işçiləri oyun oynadaraq seçəcək - MARAQLI
22/03/2019 [17:32]:
İnternet televiziya xidmətləri beynəlxalq hüquqla tənzimlənəcək
22/03/2019 [17:31]:
“Astana” futbol klubunun da adı dəyişir? - Nazirdən açıqlama
22/03/2019 [17:30]:
Xalq artisti Lütfəli Abdullayevin anadan olmasından 105 il ötür
22/03/2019 [17:29]:
"MDB çərçivəsində dağlıq ərazilərin inkişafına dair qanunun bu il qəbul ediləcəyinə ümid edirik" -Rusiyalı nazir:
22/03/2019 [17:27]:
Kreml: "Trampın açıqlaması Yaxın Şərqdə vəziyyəti gərginləşdirə bilər"
22/03/2019 [17:25]:
Ağakərimin müalicədən sonra fotosu yayıldı
22/03/2019 [17:21]:
Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi
22/03/2019 [17:18]:
Gürcüstanda şəhər meri vəzifəsinə Mixeil Saakaşvilinin həyat yoldaşının namizədliyi irəli sürüldü
22/03/2019 [16:54]:
Kamil dünən azadlığa çıxdı, bu gün yenə söyüş söydü - Video
22/03/2019 [16:52]:
Komandamızın intizamlı oynaması Elxan Məmmədovu təəccübləndirib
22/03/2019 [16:50]:
Belindən güllələndi, “özüm etmişəm” dedi
22/03/2019 [16:37]:
Axtarışda olan şəxs saxlanıldı
22/03/2019 [16:01]:
Müxalifət lideri: “Hakimiyyətə gəlməyimizə sayılı günlər qalıb”
22/03/2019 [15:59]:
Maşını həddən artıq yükləyən insanların ürəkləri ağıza gətirən görüntüləri -FOTOLAR
22/03/2019 [15:47]:
Balakən sakininin evindən silah və narkotik tapıldı -FOTOLAR
22/03/2019 [15:34]:
“Xarici ölkələrdə soyqırım muzeylərinin yaradılması faydalı olar”
22/03/2019 [15:25]:
Azercell əmək sərgisində - FOTO
22/03/2019 [15:24]:
Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi
22/03/2019 [15:09]:
Nazarbayevin varisləri: Boşanmış qızı, general qardaşı oğlu, 52 yaşlı kürəkəni, yoxsa nəvəsi?
22/03/2019 [15:03]:
"KVN teatrının hərdən Hacıbala Abutalıbovu yamsılamaları da ürəyimdən idi..."
22/03/2019 [14:56]:
"Şou insanı deyiləm, özümə bir missiya yükləmişəm ki..."
22/03/2019 [14:13]:
Sabahın hava PROQNOZU
22/03/2019 [14:10]:
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezidentin təqaüdü veriləcək
22/03/2019 [14:09]:
Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı
22/03/2019 [14:07]:
Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi
22/03/2019 [13:11]:
Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir
22/03/2019 [13:10]:
Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ
22/03/2019 [13:08]:
İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”
22/03/2019 [13:08]:
“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırıldılar - Ankarada ödül alanlar arasında Adil Əliyevlə Aqil Ələsgər də var
22/03/2019 [13:06]:
Çexiyanın Karlova Universitetinin əməkdaşları BDU-da tədqiqat aparırlar
22/03/2019 [13:05]:
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
22/03/2019 [13:03]:
General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”
22/03/2019 [12:58]:
Kənan “Benimle kal” paylaşdı - Berenlə boşanmaq istəmir?
22/03/2019 [12:56]:
“Boeing” şirkətinə növbəti zərbə - Milyardlıq müqavilə ləğv edildi
22/03/2019 [12:55]:
Yeyib-içdiyi evdə öncə qadını, sonra özünü bıçaqladı
22/03/2019 [12:53]:
Türkiyədən Trampın açıqlamasına reaksiya - “Daha çox faciəyə səbəb olar”
22/03/2019 [12:15]:
Üzü qırışmasın deyə qırx ildir ki, gülümsəmir -MARAQLI...
22/03/2019 [12:13]:
“Atamla anam eyni gündə doğulub...” -Elçin Şıxlı...
22/03/2019 [12:06]:
Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı...
22/03/2019 [12:04]:
“Tarixi filmlər tarixi yaddaş və milli-mənəvi məfkurə deməkdir”
22/03/2019 [11:58]:
Beytulla Hüseynovun azadlıqda ilk açıqlaması: "Eldar Mahmudovdan təbrik almadım və buna ehtiyacım da yoxdur"
22/03/2019 [11:36]:
“Vətənpərvərlik mahnıları ilə bağlı müsabiqələrin keçiriməsi arzuedilən olardı”
22/03/2019 [11:08]:
"Türk əsgəri S-300-ə görə Azərbaycana gəlir" - Xatilev
22/03/2019 [11:04]:
“Bir sənətkar kimi çox fərəhlənirəm ki, bizdə də belə gənclər yetişir...”
22/03/2019 [10:58]:
"Bakı Qarabağda ciddi uğurlar əldə etdi" - Şahnazaryandan şok
22/03/2019 [10:43]:
General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”...
22/03/2019 [10:33]:
Azərbaycandan Gürcüstana sement ixracı azaldı
22/03/2019 [10:29]:
“Dedi ki, xəstə deyiləm, polad kimi canım var, amma...”
22/03/2019 [10:20]:
Maduro islamı qəbul edə bilər - Çavuşoğludan şok
22/03/2019 [10:13]:
Dünyanın hər yerində yaşayan azərbaycanlılar Novruzu Cocuq Mərcanlıda qarşıladı
22/03/2019 [10:12]:
“Bir də ayılacağıq ki, Tramp deyir: "Qarabağı Ermənistan ərazisi kimi tanımaq lazımdır"...”
Bütün arxiv bir sırada
08/12/2018 [22:28] - Köşə - ( 6843 dəfə baxılıb)

Putin Paşinyandan niyə çəkinir?

"Görünür Rusiya prezidenti özünü xilaskar Şelkunçik-şahzadə obrazında hiss edirmiş..."
İlham İsmayıl

Başlığı oxuyanın ilk ağlına gələn bu ola bilər ki, dünyanı qlobal təhlükə qarşısında qoyan Rusiya prezidenti kiçik Ermənistandan, legitimliyi təsdiq olunmamış rəhbərindən niyə çəkinsin. Bu ilk baxışdan belədir, reallıqda isə Putinin ehtiyatlılığı nəinki çəkingənliyə, hətta qorxuya daha yaxındır.  Bəli, Putin Kremlin razılığı olmadan hakimiyyətə gəlmiş Paşinyandan çox ehtiyat edir. İndiyədək Paşinyan öz iradəsini Rusiyaya, onun prezidentinə yeridib, Putin daim onun qarşısında geri çəkilib. Ona görə ki, Paşinyan Ermənistanın maraqları naminə Putinin üstünə gedə bilir, inadkarlıqla gedir, risk edir və qarşısındakına bunu hiss etdirir, sələflərindən fərqli olaraq şəxsi hakimiyyətini qorumaq üçün Putinin “bığının altından” keçmir. Putin də bunu qəbul etməyə məcbur olur.
 
Paşinyan hakimiyyətə gələndən sonra Rusiyanın adamlarını – Koçaryanı və Yuri Xaçaturovu həbs etdi. Lavrov göyə qalxsa da Xaçaturovu KTMT baş katibliyindən uzaqlaşdırdı. Üstəlik Xaçaturovun yerinə indiyədək başqa nümayəndənin təyin edilməsinə imkan vermir. Qazaxıstan, Belarus kimi dövlətlərin başçıları israr etsələr də Putinin Paşinyandan çəkingənliyi, ehtiyatlılığı belə bir addımın atılmasına imkan verməyib. Astana görüşündə də, Sankt-Petrburqda da Paşinyan deyən oldu. Belarusun prezidentini erməni mətbuatı açıq şəkildə “kloun” adlandırır, Putinin Ermənistanı dördəlli tutmağa məcbur olduğunu deyir və bu həqiqətən belə görünür. 
 
Sankt – Petrburq görüşü isə Paşinyanın istədiyi kimi alındı. Putin ən əziz adamını çoxdan gözləyirmiş kimi Paşinyanı bağrına basıb qarşıladı. (Əvvəlki görüşlərdə əl tutma da məsafəli olurdu). Avrasiya İqtisadi İttifaqının sədrliyi Ali Şurada təntənəli şəkildə Ermənistana verildi və Putin Paşinyana uğurlar arzuladı. Slavyan qardaşı Belarusa qazın qiymətini dəyişməyəcəyini elan edən Putin Ermənistana hər cür güzəştə getməyə hazır olduğunu nümayiş etdirir. Belarus qardaşı nümayəndəsini KTMT baş katibliyinə irəli sürsə də artıq ikinci dəfədir ki, Putin bundan imtina edir və Paşinyanın bəyanatlarından hiss olunur ki, Putin Ermənistan nümayəndəsinin baş katib olmasını istəyir. Belarus və türkdilli respublikaların istəklərinin əksinə olaraq Putin Ermənistanı, onun yeni liderini tutdu. Qərb qarşısında zəif düşmüş Putin öz gücünü postsovet ölkələrini təsir altında saxlamaqla göstərir. Qərbə çox yaxınlaşmış Ermənistanı isə təsir və təzyiqlə deyil, yalvarmaqla, vədlər verməklə ətrafında saxlamaq istəyir. “Lazarev klubu” Putinin xeyir-duası ilə İrəvana Bakını vurmaq, Naxçıvanı hədiyyə etmək vədləri verib.

Sankt-Petrburq görüşünün rəsmi hissəsindən sonra  Marinsk teatrında 13-cü sırada (?!) oturdulan qonaqlar “Şelkunçik”ə tamaşa etdilər. Niyə məhz “Şelkunçik”? Putin, ümumiyyətlə siyasət aləmi rəmzləri, sətiraltı mənaları nümayiş etdirməyi sevirlər. “ Şelkunçik” bir nağıldır. Siçanlar ordusunun kralı ilə oyuncaqları müdafiə edən Şelkunçikin mübarizəsindən danışır. Şelkunçik bu mübarizədə qalib gəlir və oyuncaqları xilas edir, oyuncaqlar da ona minnətdarlıq edir. Görünür Rusiya prezidenti özünü xilaskar Şelkunçik-şahzadə obrazında hiss edirmiş. Nəticəni özünüz çıxarın.
 
Bu, KTMT-yə üzv olan ölkələr üçün təhlükə hardan, hansı ölkədən gələ bilər? Burda Rusiya istisnadır. Rusiya özünü bəşəriyyətə qarşı qoyduğundan başda ABŞ olmaqla, az qala dünyanın yarısını özünə düşmən bilir. Bəs, qalanlar? Bu ölkələrə nə ABŞ, nə Avropa, nə Çin hücum edəsi deyil. Bu ölkələri təhdid edən, onlara təhlükə törədə bilən bir ölkə var, o da elə Rusiyanın özüdür. Bu təşkilata onlar Rusiyanın qorxusundan üzv olublar, onlara NATO hücum edəsi deyil. Azərbaycanı da KTMT-yə üzv etmək istəyənlər, Azərbaycana təhlükə hardan gələsidir? Azərbaycana təhlükə artıq KTMT-dən gəlib, bu təşkilatın üzvü Ermənistan, bu təşkilatın yaradıcısı Rusiyanın köməyi ilə torpaqlarımızı işğal edib. Bizə NATO-dan, Çindən təhlükə gözlənilmir. Bizə təhlükə elə KTMT-dir. 

P.S. Sabah Paşinyan daha da güclənəcək. Putin növbəti görüşündə yəqin Paşinyanı Brejnev kimi öpəcək.

İlham İsmayıl

İlk dəfə rastlaşdıqları balığa qorxudan yaxınlaşa bilmədilər - MARAQLI...+ FOTOLAR
Məşhur bank işçiləri oyun oynadaraq seçəcək - MARAQLI
“Vətən Naminə Xalq Hərəkatı”nın Cəlilabad mərkəzi yaradılıb - Açıqlama...
Çılpaq yatmanın faydası - Araşdırma...
Xüsusi Yay Olimpiya oyunları başa çatdı: Azərbaycan idmançıları 25 medal qazandı...
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Mədəniyyət
Lütfi Zadənin xanımını qıcıqlandıran nişan üzüyü, universitetə geyilən yanlış ayaqqabılar - MARAQLI
Cəmiyyət
Qonşular arasında hasar davası “əbədi çılpaq şənlik”lə bitdi - FOTO
Maraqlı
İsveç müsəlmanları qorumaq üçün elə bir üsulu əl atdı ki...
Dünya
Maşını həddən artıq yükləyən insanların ürəkləri ağıza gətirən görüntüləri -FOTOLAR
Şou-biznes
"Şou insanı deyiləm, özümə bir missiya yükləmişəm ki..."
Həftənin ən çox oxunanları
Putinə "ilişən" 35 yaşlı generalın məhvi – Rütbələrini soyub, 22 il həbs verdilər...
Baş məhbus azad olunmadı, O əfv gözləmir və heç kimi əfv etmir...
Uşaq pulunun bərpası ilə bağlı yayılan xəbərlərə - Nazirlikdən reaksiya
Mürəkkəbi qurumamış əfv sərəncamına görə Prezidentə məhbus atasından minnətdarlıq məktubu
“Gözləyirdim ki, həmin raketləri atacaqlar...” – Zakir Həsənov erməniləri təəccübləndirdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlər bunları görsün və dərk etsinlər ki..."
“İşıq və qaz limiti yaradıb əhalinin bu dərəcədə narazı salmaq düzgün deyil”
“Aprel döyüşlərini Rusiya Qarabağda qoşunlarını yerləşdirmək məqsədi ilə başladıb…”
"Ağıl öyrənmək istəsəydi, 15 il əvvəl məni dinləyərdi..." - Əli Nağıyevdən Əli İnsanova irad
“Rövşən Cavadov dedi ki, Qobl planının əleyhinə olduğumuzdan bizi məhv etmək istəyirlər...”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə