2018-ci il başa çatmaq üzrə olsa da, təəssüf ki, Qarabağ probleminin həlli bu il də reallaşmadı. Bəs 2019-cu ildə necə, vəziyyət müsbətə doğru dəyişə bilərmi? Qarabağla bağlı geosiyasi vəziyyətin dəyişməsi mümkündürmü?
Moderator.az-a açıqlama verən sabiq XİN rəhbəri Tofiq Zülfüqarov hər şeyin proseslərin gedişatından asılı olduğunu vurğuladı:
“Qarabağ probleminin bu vaxta qədər həllini tapmamasının əsas səbəbi bu olub ki, Ermənistan tərəfi öz mövqeyini radikallaşdırıb. Hər bir bəhanədən istifadə edəərk danışıqların baş tutmamasına çalışır.
Təəssüflər olsun ki, həmsədrlər də bu vəziyyətdə ortaya öz mövqelərini qoymurlar. Faktiki olaraq erməni bəhanələri üçün imkan yaradırlar.
2019-cu illə bağlı ehtimala gəlincə, Ermənistanda müxtəlif siyasi proseslərin getdiyi hər kəsə bəllidir. Bu proseslərin hansı məcrada yön alması Ermənistanın gələcəyinə, habelə Ermənistan-Azərbaycan münasibətlərinə öz təsirini göstərə bilər. Indiki məqamda bu barədə konkret nə isə söyləmək çətindir.
Biz görürük ki, Rusiya və Ermənistanın bir-birlərindən uzaqlaşması prosesi baş verir. Ermənistanda regional bölünmə prosesi dərinləşir. Biz bu prosesləri ciddi şəkildə izləməliyik və hər bir məqamda öz maraqlarımızı müdafiə etməyə hazır olmalıyıq”.
Seymur ƏLİYEV