Ermənistanda keçirilmiş erkən parlament seçkilərini işıqlandırmaq üçün İrəvanda olan "T24" telekanalının jurnalisti Şirin Payzin işğalçı ölkənin baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla qısa müsahibə götürüb.
Moderator.az xəbər verir ki, bu haqda “T24” kanalının “Ermenihaber” agentliyi məlumat yayıb.
Seçkilərdən gözləntilərinə dair Türkiyə jurnalistinin ingiliscə sualına Paşinyan: "Seçkilərin azad, şəffaf və demokratik olacağını gözləyirik" cavabını verib.
Payzin Paşinyandan onun prioritetlərinin nə olduğunu və Ermənistanda nələrin dəyişəcəyini soruşub. "Bizim əsas hədəfimiz demokratiyadır və mənim fikrimcə, hazırda biz bunu əldə etmişik", - deyə baş nazir əvəzi bildirib.
Türk jurnalistin Ermənistanın Türkiyə və Rusiya ilə münasibətlərinin necə inkişaf edəcəyi haqda sualına cavabında isə Paşinyan “Bu barədə daha sonra danışacağam” söyləyib.
Sultan Laçın