2019-cu ilin Ay tutulmaları mafiyaların süqut edəcəyini xəbər verir
Oxunub: 3703
11 Dec 2018 | 22:02
2019-cu ilin Ay tutulmaları  mafiyaların süqut edəcəyini xəbər verir
Əziz oxucular, tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqub yeni kitabını nəşrə hazırlayıb. “HƏYATINIZI DƏYİŞƏCƏK – 2019” adlanan bu kitabda müəllif, üzümüzə gələn 2019-cu ilin astronomik hadisələrini təhlil edərək, növbəti il üçün proqnozlar verib. Kitabda həmçinin, kimya, fizika, biologiya və tibb sahəsində bugünədək elmə məlum olmayan bəzi sirlər açıqlanır. 
Hazırda nəşrdə olan və geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabı hissə-hissə oxucularımıza təqdim edirik. 
 

 2019-cu İLİN AY  TUTULMALARI MAFİYALARIN SÜQUT EDƏCƏYİNİ GÖSTƏRİR

“Allah Kainatı riyazi dillə yaratmışdır”. 
Qalileo Qaliley

Öncə qeyd edək ki, 2019-cu  ildə iki dəfə - 21 yanvar və 17 iyul tarixlərdə Ay tutulması baş verəcək.  
Elmi-lədun araşdırmalarımız göstərir ki,  Ay tutulmaları bir-biri ilə “Quran”ın səhifələrinin (286) üç misli olan 858 (!) ədədi ilə bağlanır.
Bildiyimiz kimi, “Quran”ın orjinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələrində İslama baxış dəyişənə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün “Quran” kitabları 286 səhifəyə yerləşdirilib. Odur ki, bu ədədin hikmətlərinə qısaca nəzər salmağı lazım bilirik:

1)“Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı  Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq (Qurban bayramından sayılmaqla) 286 gündür.

2)Araşdırmalarımız göstərir ki,  insan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır.


3)İnsanlar Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür.

4) Quranın 2-ci surəsi olan “İnək” surəsinin də 286 ayədən ibarət olması təsadüfi deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir.
“Quran”ın əsas mahiyyəti günahlara görə insanın TÖVBƏ etməsidir ki, bu da üç dəfə deyilir. Bunu riyazi dilə çevirsək: 286; 286; 286 (müqəddəs kitaba and içəndə də üç dəfə təkrarlanır). Bunları topladıqda isə, 858 ədədi alınır:

286 + 286 + 286 = 858

Bu və digər hesablamalarımız sübut edir ki, 286 ədədi Allahın kodlaşdırılmış möhürü olaraq bütün elmlərin və böyük hadisələrin üzərinə “vurulmuşdur”. O cümlədən astronomik hadisələrin də üzərində 286 ədədinin üç misli olan 858 ədədini görmək üçün tərtib etdiyimiz aşağıdakı cədvələ diqqət etməyiniz kifayətdir:


Cədvəldən göründüyü kimi, baş verən Ay tutlmaları əslində bəşəriyyətin diqqətini “Quran”a yönəltmək, doğru yola dönmək (tövbə etmək) üçün, Yaradan tərəfindən göndərilmiş kodlaşdırılmış mesajdır.

Ay tutulmaları niyə 14 ədədi altında baş verir?

Onu da qeyd edək ki, Ay tutulmalarının ötürdüyü kodlaşdırılmış mesajlar bununla bitmir.  Elmi-ladun araşdırmalarımız göstərir ki, bütün Ay tutulmaları bir qayda olaraq Hicri-qəməri təqvimi ilə  ayın 14-də  baş verir. Bununla Yerə hansı kodlaşdırılmış informasiyanın ötürüldüyünü bilmək üçün   14 ədədinin hikmətlərinə nəzər salmaq kifayətdir. Öncə, Ay tutulmalarının cədvəlini hər iki təqvimlə diqqətinizə çatdırırıq:
Cədvəldən göründüyü kimi, elm əsrinin bütün Ay tutulmaları 14 ədədi altında baş verir.  Sual yaranır ki, hər ayda 30 (29) gün olmasına baxmayaraq, niyə məhz 14-cü günləri Ay tutulub? 

Xatırladaq ki, 14 ədədi Quranda  “İbrahim” surəsinin sıra nömrəsi olmaqla, tarazlıq, balans rəmzi sayılır. Allah-təala bu surədə İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun zülmə qarşı apardığı mübarizəni önə çəkir. Onun mübarizəsi o vaxta təsadüf edirdi ki, Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissəlamın vasitəsi ilə bərpa etdi. 
Hesablamalarımız göstərir ki, 14 ədədi Allahın Öz adına olan “Rəhimli Allah” surəsinə bağlanır və “Quran”da tarazlıq (balans) rəmzi sayılır. Bunu sübut etmək üçün bir düsturu  diqqətinizə çatdıraq:
"Rəhimli Allah" surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi “Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi qırx bir surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı əlli beşdən azdır).

Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda əlli beş dəfə keçir (“Quran”ın cəmi əlli beş surəsində 41-ci ayə var).
Beləliklə, “Quran”da 55-ci ayə 41 dəfə, 41-ci ayə isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi “İbrahim”� surəsinin sıra nömrəsini (kodunu) göstərir:

55 - 41 = 14

Bu düstur bir daha “Quran”ın düzülüşünün insan beyninin məhsulu olmadığını, fövqəladə bir elmlə düzüldüyünü təsdiq edir. 

Ay tutulmalarının da 14 ədədi altında baş verməsinin sirri bu düsturda açılır. Belə ki,   xeyirlə şər arasında tarazlığı pozan və zülmə üstünlük verən iqtidarlara Allah tərəfindən mesaj ötürülür ki, hədlərini aşmasınlar və Yerdə tarazlığı pozmasınlar. Əvvəlki yazılarımızda ortaya qoyduğumuz faktlardan da  görünürdü ki, Yerdə baş verən bütün böyük zəlzələ və təyyarə qəzaları bir qayda olaraq riyazi şəkildə Ay tutulmalarına bağlanır. Bu da sübut edir ki, Ay tutlmaları əslində tarazlığı pozanlara gələcək  bəlaların siqnalıdır. 

Zülm edənlərdən və 14 ədədindən söhbət düşmüşkən, maraqlı bir tarixi faktı diqqətinizə çatdırım ki, Məhəmməd Əleyhissəlam dünyaya təşrif gətirən gecəsi zalım şah olan fars hökmdarı Nuşirəvanın sarayından 14  sütun uçdu. Hadisəni şərh etmək üçün saraya çağrılan münəccimlər və bilicilər uzun müzakirələrdən sonra belə qərara gəldilər ki, səmavi kitablar vasitəsi ilə xəbəri qabaqcadan verilən Peyğəmbər artıq dünyadadır. Onu da bildirdilər ki,  Nuşirəvanın hakimiyyəti süqut edəcək və 14 padşah dəyişdikdən sonra, Sasanilər dövləti dağılacaq. Çox keçmədi ki, verilən proqnoz özünü doğrultdu və Sasanilər dövləti dağıldı. Bu müddətdə 14 dəfə saray çevrilişi oldu ki, hər bir padşahın hakimiyyəti cəmi bir neçə ay çəkdi.

Məlumdur ki, bəşər yaranandan, xeyirlə şər arasında həmişə balans olmuşdur. Tarixin elə mərhələləri də olmuşdur ki, xeyirlə şər arasında mövcud balans (birincinin ziyanına) pozulmuşdur. Peyğəmbərlər tarixini araşdırdıqda, məlum olur ki, onların zühuru da məhz belə məqamlarda  baş verir. Yəni, Allah-təala xeyirlə şər arasında pozulmuş tarazlığı peyğəmbərlər vasitəsi ilə bərpa edir. Bu gün də Yerdə xeyirlə şər arasında tarazlığın pozulması göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb. Yerdəki bu vəziyyət Yaradanın qəzəbinə səbəb olmuşdur! Elmi-lədun araşdırmalarımız göstərir ki, son vaxtlar baş verən təbii fəlakətlər, müəmmalı təyyarə qəzaları... məhz bu qəzəbin təzahürüdür. Astronomik hadisələrin elmi-lədun təhlili pozulmuş balansı bərpa edəcək şəxsin də artıq aramızda olduğunu sübut etməkdədir. 

Bütün bu və ya digər (açıqlanması məqsədəuyğun olmayan) məlumatları təhlil edərək, insanlara tövsiyyə edərdik ki, özlərindən aşağılara zülm etməkdən, əziyyət verməkdən, pozğun həyat tərzi keçirməkdən çəkinsinlər.

“Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir (Allahın əzabı ilə) qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” “Süfrə” surəsi, 19-cu ayə.

Ayın üzərindəki “ləkə” əslində hansı
materikin xəritəsidir?

Aydan söz düşmüşkən, Yerin orbiti olan bu göy cisiminin bir sirrini də açmaq istəyirəm. Bu sir, Ayın üzərində görünən “ləkə”lərlə bağlıdır. Bu “ləkə”lərin nəyə işarə olduğu inndiyədək elmə məlum olmadığından, bu barədə dillərdə daim əfsanələr, miflər dolaşmışdır. Araşdırmalarımız zamanı məlum oldu ki, bu “ləkə”lər əslində, bir vaxtlar mövcud olmuş Pangeya adlı materikin xəritəsidir. Coğrafiya elmindən bilindiyi kimi, ilk yaranışda Yer kürrəsi cəmi bir materikdən ibarət olub ki, onun da adı Pangeya olub. Həmin materiki əhatə edən okean isə Pantalas adlanıb. 


Zaman keçdikcə, həmin Pangeya materiki əvvəlcə iki hissəyə, sonra isə, altı hissəyə bölünüb. 
“Pangeoist” sözünün mənşəyi,  “Pan os” -  “tam”, “bütöv”, “kök” (özül); “geo” - “Yer” mənası verməklə, “bütöv Yer” mənasını bildirir. Bu ideyanın daşıyıcıları pangeyistlər adlanır. 

Göründüyü kimi, ilk yaranışda Yer kürrəsi bütöv olmuş, əsrlər keçdikcə, parçalanaraq, indiki halına gəlmişdir. Necə ki, insanlar əvvəlcə bir atadan, bir anadan doğulduqdan sonra, millətlərə, xalqlara parçalandılar; daha sonra irqlərə, dinlərə, təriqətlərə...  bölündülər və indiki hallarına gəldilər. 
Həmin eyni atanın və ananın övladları artıq biri-birlərinə düşmən kəsilərək, bir xalq digərinin, bir din o birinin, bir təriqət digər təriqətin qanını içməyə hazırdır və içirlər də!

Bütün bunların qarşısın almaq, insanları din və digər mafiyaların əsarətindən qurtarmaq üçün 2019-cu ildən Pangeyizm ideyası yenidən doğularaq, dünyaya yayılacaq və insanlara elmlənməyi, Kainatı və yaradılışı dərk etməyi tövsiyyə edəcək. İl ərzində pangeyistlərin  təbliğatı bütün dünyaya yayılacaq və insanlar öz əvvəlki hallarına - birlik və sülh hallarına qayıdacaqlar. Bu barədə növbəti fəsildə bəhs edəcəyik. 

(ardı var)

Oxşar xəbərlər
21:07, Bu gün
Qüdrət Həsənquliyev: "Vəziyyəti dəyişmək isə birbaşa hakim partiyadan asılıdır"
21:04, Bu gün
Türkiyədə “Threads” sosial şəbəkəsinə giriş bağlandı
21:03, Bu gün
Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə paktı bağlamağa yaxındır
20:41, Bu gün
"ABŞ-ın Ukraynaya yardımı və Rusiyanın dondurulmuş aktivləri 2028-ci ilədək yetərli olacaq" - "Reuters"
20:39, Bu gün
NATO müdafiə nazirləri Ukraynaya dəstək məsələsini müzakirə edəcək
20:36, Bu gün
“Türk Hava Yolları” “Airbus” və “Boeing”dən 235 təyyarə alacaq
20:33, Bu gün
Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
20:22, Bu gün
Türkiyədə “TikTok” qadağan oluna bilər
20:18, Bu gün
Hindistanda aeroport bomba xəbərinə görə döyüş hazırlığı vəziyyətinə gətirilib
20:13, Bu gün
Azərbaycanda körpə ölümlərinin əsas səbəbi nədir?
20:04, Bu gün
Vüqar Əhmədov Qazaxda vətəndaşları qəbul edib
19:54, Bu gün
Heydər Əliyev Fondu və Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əməkdaşlıq müzakirə olunub
19:48, Bu gün
Sabah Yardımlı və Masallının bəzi ərazilərində qaz kəsiləcək
19:45, Bu gün
Kəlbəcərdə usta dördüncü mərtəbədən yıxılıb
19:27, Bu gün
Cavanşir Məmmədovun ailəsi ilə son FOTOsu
19:22, Bu gün
Ukraynanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycan XİN-ə təqdim edib - YENİLƏNİB
19:21, Bu gün
Xarabalığı xatırladan sağlamlıq mərkəzi: 10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
19:20, Bu gün
Pakistanda kömür mədənində partlayış baş verib
19:17, Bu gün
Azərbaycanda azyaşlı məktəbdən sonra yoxa çıxdı
19:12, Bu gün
AK-nın qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Cənubi Qafqaza gəlir
19:02, Bu gün
Gürcüstan Parlamentinin Hüquq Komissiyası “xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib
18:59, Bu gün
İran əlaqələri normallaşdırmaq istəyirsə, bu addımlardan əl çəkməlidir - Fazil Mustafa
18:53, Bu gün
“Evdar xanımlar estetik etdirməsin”
18:52, Bu gün
“Azərbaycanda toxunulmaz şəxs yoxdur və bundan sonra da olmayacaq”
18:51, Bu gün
Müdafiə Nazirliyindən 143 milyonluq oğurluqda Nəcməddin Sadıkovun adı çəkildi - ŞOK DETALLAR
18:45, Bu gün
Azərbaycan dünyada qızılcaya ən çox yoluxma olan ölkələr  sırasındadır - RƏSMİ
18:39, Bu gün
Siçanlarla genlərimiz eynidir? Tibbi araşdırmalarda niyə onlardan daha çox istifadə olunur?
18:31, Bu gün
Lənkəranda iki ay əvvəl yol qəzası nəticəsində komaya düşən şəxs xəstəxanada vəfat edib
18:19, Bu gün
Paşinyan Putinin andiçmə mərasiminə getməyəcək
18:15, Bu gün
Xəritələrə əsasən, 4 kənd Azərbaycana məxsus olub - Ermənistan Ədliyyə Nazirliyi
18:11, Bu gün
Şotlandiyanın baş naziri istefa verdi
18:10, Bu gün
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
18:00, Bu gün
Bakı və İrəvan arasında vasitəçilik cəhdi: sülh Azərbaycanın səylərini dəstəkləməklə mümkündür - ŞƏRH + FOTO
17:55, Bu gün
DİQQƏT! Bu şəxslər evsiz qala bilər - Mühüm XƏBƏRDARLIQ
17:50, Bu gün
Məktəbdən çıxıb itkin düşdü
17:47, Bu gün
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
17:45, Bu gün
Azərbaycan və BMT COP29 çərçivəsində yaşıl enerji keçidi üzrə fəaliyyəti müzakirə etdi - FOTO
17:43, Bu gün
Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiqləndi
17:39, Bu gün
Penitensiar Xidmətdə əməliyyat müşavirəsi keçirildi - FOTOLAR
17:35, Bu gün
Bayden Netanyahuya Rafaha hücumla bağlı öz mövqeyini ifadə edib
17:30, Bu gün
BDU-da yeni antimikrob təbiətli birləşmələrə dair tədqiqatlar aparılır - FOTO
17:25, Bu gün
Abşeronda narkokuryerlərə qarşı əməliyyat keçirildi - FOTO/VİDEO
17:21, Bu gün
Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - FOTO
17:17, Bu gün
Bakıda avtoxuliqanlıq edən sürücü saxlanıldı
17:14, Bu gün
İngiltərə klubundan Arda Gülər üçün 50 milyonluq təklif
17:12, Bu gün
Narkomanların yuvası nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunanlar var - YENİLƏNİB + FOTOREPORTAJ
17:10, Bu gün
Dövlət Neft Fondu bu il üç tona yaxın qızıl alıb
17:07, Bu gün
İspaniyanın baş naziri gözlənilən istefası ilə bağlı qərarını açıqladı - FOTO
17:03, Bu gün
"Nədən Putin nüvə silahını tətbiq etməyəcək?" - Polşa XİN rəhbəri
16:59, Bu gün
Azərbaycanda bu il ilk dəfə “Meta” platformasının səhmlərinə 179 milyon sərmayə qoyulub
16:58, Bu gün
BDU-nun adı 7 dəfə dəyişdirilib - Araşdırma
16:56, Bu gün
Mikayıl Cabbarov Əbdülhəmid Əlxəlifə ilə görüşdü - FOTO
16:52, Bu gün
Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
16:50, Bu gün
Hakan Fidanla Antoni Blinken arasında görüş olub - FOTO
16:48, Bu gün
Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO
16:45, Bu gün
Temperatur iqlim normasından 12 dərəcə yuxarı olub
16:42, Bu gün
ABŞ-də şəhəri viran qoyan tornadonun qorxunc nəticələri: Ölənlər var - VİDEO
16:39, Bu gün
Təbrizdə kanalizasiya borusu partladı: Yaralılar var - FOTO/VİDEO
16:37, Bu gün
Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə görüşdü - FOTO
16:35, Bu gün
ADP İdarə Heyəti ABŞ-dan gələn zəngə münasibət bildirdi
16:33, Bu gün
ABŞ səfiri Qırmızı Qəsəbədə oldu - FOTO
16:31, Bu gün
Almaniya və Azərbaycan əlaqələrindəki inkişaf...
16:27, Bu gün
V “Raquf Orucov kuboku” beynəlxalq turniri keçiriləcək
16:24, Bu gün
Qadınlardan ibarət voleybol millimiz Qızıl Avropa Liqasının hazırlığına başlayıb - FOTO
16:22, Bu gün
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - TARİXDƏ İLK
16:20, Bu gün
"Bakı ilə İrəvan arasında danışıqlarda vasitəçi olmayacağıq" - Qazaxıstan XİN
16:16, Bu gün
“PashaPay” - fintex dünyasında ikiillik innovasiya
16:12, Bu gün
Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət olundu
16:07, Bu gün
Bakıda bazarda ciddi nöqsanlar aşkarlandı, bəzi məhsulların satışı dayandırıldı - FOTO
15:58, Bu gün
Azad edilmiş ərazilərdə 159 mina aşkarlandı
15:54, Bu gün
Salam Sarvanın son vəziyyəti açıqlandı
15:49, Bu gün
"Ailəmizin birlikdə olduğu son məclis" - FOTO
15:46, Bu gün
Anar Məmmədli saxlanıldı
15:43, Bu gün
İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu
15:38, Bu gün
Lənkəranda kollecdə 17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi həbs edildi
15:33, Bu gün
Urmiya gölü altı aya quruyacaq - FOTO
15:27, Bu gün
Qırmızı dənizdə daha bir gəmiyə hücum olub - FOTO
15:22, Bu gün
DSMF Britaniyada 2024-cü ilin Mükəmməllik Mükafatına layiq görülüb
15:17, Bu gün
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
15:12, Bu gün
"Cəbhədə vəziyyət ağırdır, lakin hələlik nəzarət altındadır" - Sırski
15:07, Bu gün
Bakıda piyada özünün və sürücünün həyatını təhlükəyə atdı - ANBAAN VİDEO
15:02, Bu gün
Tavuşda UAZ markalı avtomobilin nümayişçilərin üzərinə sürülməsi ilə bağlı beş nəfər həbs edildi - VİDEO
14:57, Bu gün
Azərbaycanın Əməkdar jurnalisti VƏFAT ETDİ
14:52, Bu gün
Ermənistanda “avanqard müxalifət” boşluğu - Paşinyan cəmiyyəti necə “oyadacaq?”
14:47, Bu gün
“Volkswagen” brendinin Yenilənmiş Touareg avtomobili təqdim olundu - FOTOLAR
14:43, Bu gün
Blinkendən Əliyevə edilən zəngin “səsi” - TƏHLİL
14:38, Bu gün
Günel Zeynalova: "Qorxaq kişi sevməyin" - FOTO
14:34, Bu gün
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul etdi - YENİLƏNİB + FOTO
14:30, Bu gün
Yayda keçiriləcək imtahanlarla bağlı YENİLİK
14:26, Bu gün
Bakıda üç uşaq anasının iki sevgilisi də varmış: "Anası da bilirdi..." – ŞOK TƏFƏRRÜAT
14:25, Bu gün
“Bu, işğaldan azad edilən ərazilərin enerji ilə fasiləsiz təminatına imkan verəcək”
14:20, Bu gün
Əvvəl ananın, sonra nənənin küçəyə atdığı bacılar sığınacağa YERLƏŞDİRİLDİ
14:16, Bu gün
Ermənistanda Robert Koçaryanın əmlakının müsadirə olunması tələb edilir
14:14, Bu gün
Qadından hədə-qorxu ilə pul tələb edən Lənkəran sakini saxlanıldı
14:09, Bu gün
Ceyhun Bayramov Qətərə getdi
14:05, Bu gün
Britaniya Rusiyanın Ukraynaya qarşı müharibədə itkilərini AÇIQLADI
13:55, Bu gün
FHN metroda təlim keçirdi - VİDEO
13:50, Bu gün
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı, açarlar təqdim olundu - YENİLƏNİB + FOTO
13:46, Bu gün
Prezident Yan Vanmini qəbul etdi - YENİLƏNİB + FOTO
13:42, Bu gün
FHN bu müəssisələrin lisenziyalarını ləğv etdi
GÜNLÜK
07:21, Bu gün
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 23:00
Sədərəkdəki partlayışda həlak olan mülki şəxslərin FOTOLARI - YENİLƏNİB + VİDEO
28 Apr 2024 | 22:49
May ayında maqnit qasırğaları və 7 təhlükəli gün...
06:37, Bu gün
Azərbaycanda ən çox və ən az çörək yeyilən  REGİONLAR - SİYAHI
28 Apr 2024 | 21:15
“Hər dərdə, təhqirə dözərəm, amma boyuma sataşanın cavabını verərəm”
28 Apr 2024 | 21:55
“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
28 Apr 2024 | 22:54
Əməkdar artistin dayanacaqlarla bağlı şikayətinə RƏSMİ CAVAB - YENİLƏNİB + VİDEO
28 Apr 2024 | 23:05
Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO
28 Apr 2024 | 22:00
Makron "Avropanı müdafiə etmək üçün" radikal addım atmağa hazırdır
28 Apr 2024 | 21:48
DGKA və BMU-nun təşkilatçılığı ilə “Gənc tədqiqatçıların VIII beynəlxalq elmi konfransı” keçirilib
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
07:21, Bu gün
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 23:00
Sədərəkdəki partlayışda həlak olan mülki şəxslərin FOTOLARI - YENİLƏNİB + VİDEO
28 Apr 2024 | 22:49
May ayında maqnit qasırğaları və 7 təhlükəli gün...
06:37, Bu gün
Azərbaycanda ən çox və ən az çörək yeyilən  REGİONLAR - SİYAHI
28 Apr 2024 | 21:15
“Hər dərdə, təhqirə dözərəm, amma boyuma sataşanın cavabını verərəm”
28 Apr 2024 | 21:55
“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
28 Apr 2024 | 22:54
Əməkdar artistin dayanacaqlarla bağlı şikayətinə RƏSMİ CAVAB - YENİLƏNİB + VİDEO
28 Apr 2024 | 23:05
Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO
28 Apr 2024 | 22:00
Makron "Avropanı müdafiə etmək üçün" radikal addım atmağa hazırdır
28 Apr 2024 | 21:48
DGKA və BMU-nun təşkilatçılığı ilə “Gənc tədqiqatçıların VIII beynəlxalq elmi konfransı” keçirilib