Bu il dünyasını dəyişən TANINMIŞLAR
Oxunub: 1250
12 Dec 2018 | 16:57
Bu il dünyasını dəyişən  TANINMIŞLAR
Yola salmaqda olduğumuz 2018-ci il ölkəmizdə xeyli tanınmış şəxsin, sənət adamının dünyasını dəyişməsilə də yadda qalır.

Moderator.az Modern.az-a istinadən 2018-ci ildə dünyasını dəyişən tanınmışların siyahısını təqdim edir:

Qəflətən vəfat edən müdafiə sənayesi naziri Yavər Camalovun ölümü səs-küy yaratdı. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən nazir bu il iyunun 23-də haqq dünyasına qovuşub. O, 18 mart 2006 - cı il tarixli sərəncamla müdafiə sənayesi naziri təyin edilmişdi. Yavər Camalovun 44 yaşlı oğlu Rövşən Camalov isə ötən ilin sentyabrında Türkiyədəki özəl xəstəxanalardan birində xərçəng xəstəliyindən dünyasını dəyişmişdi.

Milli Məclisin üzvü Astan Şahverdiyev də yola saldığımız ildə vəfat edib. Aprel ayının 14-də Qusar rayonunda dünyasını dəyişən 71 yaşlı deputatın ölüm səbəbi ürək tutması olub. O, Bakıda – “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Bu il dünyasını dəyişən digər tanınmış şəxs isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov oldu. O, fevralın 18-də  81 yaşında vəfat edib. Abbas Ələsgərov 4 aprel 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində çalışırdı. 

Bu il aprelin 8-də səhiyyə nazirinin müavini Abbas Vəlibəyov da 71 yaşında vəfat etdi. Onun qəfildən dünyasını dəyişdiyi bildirilirdi. A.Vəlibəyov 1999-cu ildən səhiyyə nazirinin müavini - Azərbaycan Respublikası Baş Dövlət Sanitar Həkimi vəzifəsində çalışırdı.

Kənd təsərrüfatı nazirinin keçmiş müavini, Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanov da 2018-də dünyasını dəyişənlər sırasına daxil olub. Son illər ağır xəstəlikdən əziyyət çəkdiyi deyilən Aslan Aslanov avqustun 23-də vəfat edib. O, 1993-2005-ci illərdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olub. Daha sonra 2013-cü ilin oktyabrınadək kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb. 2013-cü ildən sonra heç bir rəsmi vəzifəyə təyin olunmamışdı, işsiz idi.

Azərbaycan Təhsil Şurasının fəxri sədri, tanınmış təhsil eksperti Əjdər Ağayev bu il 81 yaşında dünyasını dəyişdi. Ürəktutmasından vəfat edən Ə. Ağayev Mehdiabad qəbiristanlığında torpağa tapşırıldı.

"Xəzər Dəniz Gəmiçiliyi"nin sabiq sədr müavini Mübariz Mədətov da bu il dünyasını dəyişib. Mübariz Mədətovun oğlu Xalid Mədətov 4 il əvvəl sərxoş vəziyyətdə "Galendawagen" markalı avtomobillə qəza törətmiş, nəticədə tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi ölmüşdü. Həmin hadisədən sona mətbuatın məşhurlaşdığı Mübariz Mədətov vəzifəsindən kənarlaşdırılmışdı. Oğluna isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilmiş, 3 ildən sonra azadlığa buraxılmışdı.

2018-ci ildə Milli Məclisin bir neçə sabiq üzvü də haqq dünyasına qovuşdu. Bunlardan biri keçmiş deputat İbrahim Qafarov idi. O, 1995-ci ildə 83 saylı Sabirabad-Salyan seçki dairəsindən I çağırış Milli Məclisin deputatı seçilib.

Parlamentin digər sabiq üzvü Məryəm Həsənova isə 80 yaşında yaşadığı Siyəzən rayonunda dünyasını dəyişib. O, "İstiqlalçı deputatlar"dan biri olub. 

Bu il "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov da qəfildən vəfat etdi. Marlen Əsgərov 2005-ci ilin oktyabr ayından "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti idi.

Xərçəng xəstəliyindən əziyyət çəkən Tovuz rayon Polis İdarəsinin sabiq rəisi Novruz Həsənov isə sentyabrın 20-də dünyadan köçdü. N. Həsənov AXC hakimiyyəti dövründə - 1992-93-cü illərdə Tovuzda polis rəisi vəzifəsində çalışıb. 1994-cü ildə Türkiyəyə mühacirət edib, 2007-ci ildən vətənə qayıdıb.

Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev də bu il vəfat etdi. Azər Tağıyev 1995-2017-ci illərdə Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri vəzifəsində çalışıb, 26 iyun 1998-ci ildə Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib və vəfat edənədək MSK üzvü olub.

Dünyasını dəyişən tanınmışlardan biri də Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Vidadi Salahov oldu. Oktyabrın 14-də haqq dünyasına qovuşan Vidadi Salahovun cənazəsi Azərbaycana gətirildi və o, Bərdə şəhərində dəfn oldu.

Bu il ölümü ilə səs-küy yaradan həmvətənlərimizdən biri isə iş adamı Etimad İsmayılov oldu. İstanbulun Florya məhəlləsində yerləşən ofisində silahlı hücuma məruz qalan E. İsmayılovu digər azərbaycanlı – sabiq polis zabiti Gözəl Dəmirov güllələmişdi.  
Mərhum Etimad İsmayılov Azərbaycanın sabiq Baş prokuroru və Azərbaycan Respublikasının ilk ədliyyə naziri, eks-millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur. Etimad İsmayılov həmçinin məşhur jurnalist Sevil Nuriyevanın həyat yoldaşı idi.

2018-ci ildə tanınmış jurnalistlərdən də dünyasını dəyişənlər oldu. Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurasınının Ahıl Jurnalistlər Məclisinin sədri, 78 yaşlı Yusif Kərimov oktyabrın 15-də torpağa tapşırılıb.

Azərbaycanda nəşr olunan rusdilli "Exo" qəzetinin baş redaktoru, "Əməkdar jurnalist" Rauf Talışinski isə mayın 8-nə keçən gecə 62 yaşında vəfat edib. Onun ölüm səbəbi kimi qəfil ürəktutması göstərildi. R.Talışinski “Molodej Azerbaydjana" (1978-1981), “Vışka” qəzetlərində çalışıb. 1981-1989-cu illərdə “İzvestiya” qəzetinin Azərbaycan üzrə müxbiri, 1990-cı ildən “Zerkalo” qəzetinin baş redaktoru olub. 2001-ci ildən bu günə kimi isə “Exo” qəzetinin baş redaktoru postunda çalışıb.

Azərbaycan Dövlət Televiziyası və Radiosunun diktoru, professor Qara Tağızadə bu il 72 yaşında dünyasını dəyişdi. Q.Tağızadə AzTV-də diktor, bədii rəhbər, baş redaktor vəzifələrində çalışıb.

Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən jurnalist və hüquq müdafiəçisi, "Femida 007" qəzetinin baş redaktoru Əyyub Kərimovun isə meyiti yaşadığı evdən tapıldı. Baş redaktorun dəm qazından boğulmuşdu.

Vaxilə “Millət” qəzetində jurnalist və baş redaktor vəzifələrində işləmiş, Azərbaycan Milli İstiqlal partiyasınıın (AMİP) keçmiş mətbuat katibi Asəf Orucoğlu da bu il vəfat edib. Onun infarktan öldüyü bildirilib.

Tanınan idman jurnalisti 81 yaşlı Abbas Əzimov da bu il dünyasını dəyişdi.  Onu  futbol statistikası sahəsində hamının üz tutduğu ən dəqiq və etibarlı mənbə kimi tanıyırdılar. Özü də təkcə Azərbaycan futbolu yox, həm də dünya və Avropa çempionatları ilə əlaqadar statistika sahəsində… Ölkəmizin ən stajlı idman statisti kimi tanınan Abas Əzimov son vaxtlar AFFA-da fəaliyyət göstərən futbol muzeyinin direktoru idi.

Bu il dünyasını dəyişən bir tanınmış jurnalist də Məmməd Kazım oldu. Jurnalistika ilə bərabər şair, publisist kimi də tanından Məmməd Kazım 83 yaşında haqq dünyasına qovuşdu. O, "Hünər” və digər hərbi-vətənpərvərlik verilişləri ilə insanların dərin hörmətini qazanıb. Mərhum Böyük Vətən Müharibəsində itkin düşmüş minlərlə əsgərlərin yaxınları ilə qovuşmasında vasitəçi olub. 

Qarabağla, Ağdamla bağlı bir neçə kitabın, çoxsaylı publisistik yazıların müəllifi, tanınmış jurnalist Surxay Əlibəyli də bu il noyabrın 5-də 69 yaşında vəfat edib. 

Azərbaycanın məşhur fotojurnalisti, idman reportajları üzrə mahir fotoqraf Yaşar Xəlilov da 2018-də vəfat etdi. “Azərbaycan Gəncləri” qəzetinin idman şöbəsində iş fəaliyyətinə başlayan fotoqraf daha “Bakı” qəzetində, 1959-cu ildə isə “Azərtac” Dövlət İnformasiya Agentliyində çalışıb. 

Yenə bir tanınmış şəxs - hərbi teleoperator, Xocalı soyqırımını ilk lentə almış şəxs, Qarabağ müharibəsi əlili  Seyidağa Mövsümlü bu il aramızdan getdi. O iyunun 26-sı Mərdəkanda dəfn edildi. S.Mövsümlü uzun illər idi ki, Qarabağ döyüşündə aldığı yaradan əziyyət çəkirdi. 

Leykoz (qan xərçəngi) xəstəliyinin ağır formasından əziyyət çəkən həmkarımız tanınmış jurnalist Nigar İsmayılqızı isə gənc yaşında dünyadan köçdü. Sentyabrın 3-də Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilən Nigar İsmayılqızının müalicəsi üçün ölkənin bir çox ziyalıları dövlət rəhbərliyinə, iş adamlarına və ictimaiyyətə müraciət edərək, dəstək kampaniyası başlatmışdılar.

Tanınmış jurnalist Nicat Məlikov da bu il gənc yaşında dünyasını dəyişdi. Qəfil ürək tutması keçirən N.Məlikov 39 yaşında haqq dünyasına qovuşdu.  O, “APA Holdinq”ə daxil olan “Vesti.Az” saytında işləyirdi. Bundan öncə isə uzun müddət “Zerkalo” qəzetində çalışıb.

Təəssüf ki, bu il bədbəxt hadisə nəticəsində dünyasını dəyişən gənc həmkarlarımız da oldu. Jurnalist Ülviyyə Şamilqızını (Məmmədova) Rusiyanın Həştərxan şəhərində avtomobil vuraraq, öldürüb. Ülviyyə Şamilqızı bir sıra KİV-lərdə, o cümlədən “Xalq Cəbhəsi” qəzetində, “Report” İnformasiya Agentliyində çalışıb. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı.

“Qarabağ qaziləri” İctimai Birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi Etimad Əsədov da yola saldığımız il  vəfat etdi. Ağ ciyər xərçəngindən əziyyət çəkən qazi 1992-ci ildə erməni işğalına qarşı döyüşlərdə ağır yaralanaraq, bir ayağını itirmişdi. O, 1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri idi.

Azərbaycanın məşhur alimi, biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri Qara Mustafayev isə 86 yaşında dünyadan köçdü. O, Azərbaycanın dövlət televiziyasında yayımlanan “Təbiəti sevənlər” verilişinin aparıcısı kimi məşhur idi. 

2018-ci il sənət dünyası üçün də düşərli olmadı. Bu il bir neçə xalq artistimizin, tanınmış sənət adamlarının fəfatı ilə yadda qaldı. 
Xalq artisti Fuad Poladov da bu il vəfat etmiş sənətkarlarımızdandır. Azərbaycan kino və teatr sahəsində yetərincə sözünü demiş, 50-dən çox tamaşa və filmdə müxtəlif obrazlar yaratmış tanınmış aktyor mayın 5-i haqq dünyasına qovuşdu.

Noyabr ayında isə xalq artisti Amaliya Pənahovanın dünyasını dəyişməsinə üzüldük. 73 yaşlı tanınmış sənətkar 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar. Prezident təqaüdçüsü olan aktrisa 2000–2005-ci illərdə Milli Məclisin deputatı olub.

Azərbaycan Respublikasının xalq artisti, Azərbaycanın əməkdar incəsənət xadimi bəstəkar Xəyyam Mirzəzadə isə uzun sürən xəstəlikdən sonra iyul ayında vəfat edib. 83 yaşlı xalq artisti 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışıb. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.

Hamımızın yaxşı tanıdığı, Azərbaycanın xalq artisti, məşhur aktrisa Zərnigar Ağakişiyeva isə 72 yaşında  vəfat etdi. Tanınmış aktrisanın cəsədi Bakıda yaşadığı mənzildə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən aşkarlanmışdı.

Azərbaycanın xalq artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Yuri Baliyev isə 69 yaşında dünyasını dəyişib. Y.Baliyev bir neçə filmdə də çəkilib. "Ovsunçu", "Babək", "Salandar", "Tehran-43" və s. filmlərdə aktyor maraqlı, yaddaqalan rollar oynayıb.

Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər də bu il dünyasını dəyişdi. Beyin insultundan əziyyət çəkən 72 yaşlı bəstəkar Yasamal qəbiristanlığında dəfn olundu.

Bu il noyabrın 19-u gecə saatlarında isə tanınmış aktyor və müğənni Novruz Novruzlu dünyasını dəyişib. Novruz Novruzlu Azərbaycanda mistik musiqi qrupunun professional səviyyədə ilk qurucusudur. O. Akademik Opera və Balet Teatrında işləyirdi. N.Novruzlu “Savalan” qrupunu yaradıb və onun bədii rəhbəri idi.

2018-ci ildə dünyasını dəyişənlər sırasında əməkdar artist Rafiq Hüseynov da var. 77 yaşında vəfat edən aktyor uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. Qeyd edək ki, Rafiq Hüseynov 1972-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışıb. O, aktyorluqdan əlavə rejissor kimi də bir neçə tamaşaya quruluş verib. 1991-ci ildə "əməkdar artist" adına layiq görülüb.

Azərbaycanın xalq rəssamı, heykəltəraş Tokay Məmmədov da bu il dünyasını dəyişdi. 91 yaşlı heykəltəraş müalicə aldığı xəstəxanada vəfat edib. Onun anası Zivər Məmmədova Azərbaycanın ilk qadın heykəltəraşı olub.

Bu il aşıq sənətinə də ağır itkilər üz verdi. Tanınmış aşıq Vüqar Mahmudoğlu dünyasını dəyişdi. Ölümündən 2 gün öncə infakt keçirən görkəmli aşıq yanvarın 10-u haqq dünyasına qovuşub.  Aşıq V.Mahmudoğlu jurnalist Anar Niftəliyevin qardaşıdır.

Azərbaycanın aşıq sənəti növbəti itkisini mayın 12-si yaşayıb. Belə ki, qaraciyər çatışmazlığından əziyyət çəkən Aşıq Azər Xanlaroğlu 12 may 2018-ci ildə xəstəxanada vəfat edib. 

Tanınmış reper Anar Nağılbaz da bu il vəfat edib. Avqustun 4-ü tanınmış reper həyatla vidalaşıb. Anar 1991-ci ildə “Aysel” miniatür teatr studiyasını yaradıb. 1990-1992-ci illərdə “Kirpi” jurnalının, 1993-1995-ci illərdə “Naxçıvan” qəzetinin müxbiri olub. O, eks-deputat Rizvan Cəbiyevin oğludur.

Azərbaycanın əməkdar artisti və əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqov avqust ayında dünyasını dəyişib. 67 yaşlı sənətkar xərçəng xəstəliyindən əziyyət çəkirdi.

“Neftçi”nin və AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev də 2018-ci ildə rəhmətə gedən tanınmış simalar sırasına daxil oldu. Böyükağa Hacıyev ilk dəfə “Neftçi”ni Avropa Liqasının qrup mərhələsinə çıxarmaqla ölkə futbolunun tarixinə düşüb.  
Oxşar xəbərlər
12:27, Bu gün
FHN gücləndirilmiş iş rejimində çalışacaq
12:23, Bu gün
"Biz sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq" - Şarl Mişel
12:18, Bu gün
BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub - FOTO
12:14, Bu gün
Jurnalistin anasının ölümü ilə bağlı araşdırma başladı
12:09, Bu gün
Arif Əsədov: “İlin ilk oyunlarında qələbə qazanmaq istəyirik” – MÜSAHİBƏ
12:07, Bu gün
Aİ COP29-un uğurlu olması üçün Azərbaycanla əməkdaşlığa ümid edir
12:03, Bu gün
Paşinyanın başı dərddə: Beynəlxalq investorlar Ermənistanı məhkəməyə verirlər - ŞƏRH + FOTO
11:58, Bu gün
BAXCP ƏHD-də çevrildi - niyə indi?
11:55, Bu gün
Martın 20-də TOEFL iBT imtahanı keçiriləcək
11:49, Bu gün
"Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri yeni sahələri əhatə edəcək" - Kamaləddin Qafarov
11:45, Bu gün
RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
11:43, Bu gün
İranda daşqınlarla əlaqədar əhali təxliyə edilib - VİDEO
11:41, Bu gün
"WhatsApp" istifadəçiləri üçün MÖHTƏŞƏM XƏBƏR: Bundan sonra… - FOTO
11:40, Bu gün
Atasıyla fotosuna görə qınadılar - FOTO/VİDEO
11:37, Bu gün
Bir sahədə biznesmenlərə güzəşt ediləcək
11:33, Bu gün
Üç övladı, səkkiz nəvəsi olan Azərbaycanın ən yaşlı tələbəsi - VİDEO
11:28, Bu gün
Quba və Qusar İlaxır çərşənbəni qarla qarşıladı - FOTO/VİDEO
11:27, Bu gün
Yol kənarında faciəvi şəkildə ölən Rəşad və Yaşarın - FOTOSU
11:25, Bu gün
Metroda baş verən terror aktından 30 il ötür
11:25, Bu gün
Aeroport yolunda huşunu itirən sürücü belə xilas edildi - ANBAAN VİDEO
11:24, Bu gün
Putinin seçkisində ruslar seçki bülletenlərinin üzərlərinə nələr yazıblar?..- FOTOLAR
11:24, Bu gün
Qlobal iqlim dəyişmələrinə qarşı fəaliyyətin Azərbaycan modeli və onun bioloji əhəmiyyəti
11:21, Bu gün
Məmmədbağır Bağırzadənin oğlu: "Anam öldükdən sonra atam ağac kimi qurudu" - VİDEO
11:20, Bu gün
SON DƏQİQƏ!! İlahə Ağayeva faciəvi şəkildə VƏFAT ETDİ
11:17, Bu gün
Qaradağda 10 min manatlıq oğurluq olub
11:04, Bu gün
Hamilə vaxtı əri tərəfindən işgəncələrə məruz qalan qadın şikayətini geri götürdü
11:00, Bu gün
Bakıda qadın dəm qazından boğularaq ölüb
10:55, Bu gün
Bu meyvə pisixi sağlamlığı yaxşılaşdırır
10:54, Bu gün
AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur
10:47, Bu gün
Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib
10:44, Bu gün
"Bank of Baku"-dan narazılıq
10:39, Bu gün
DİN Xankəndi ilə bağlı məlumat yaydı
10:31, Bu gün
Aprelin bəxtəvər 3 bürcü- Şans ayaqlarına gələcək
10:25, Bu gün
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
10:20, Bu gün
“Zəfər qazandığımız indiki dövrdə NATO ilə qarşılıqlı faydalı münasibətlər qurmaq üçün daha böyük pəncərə açılıb...”
10:18, Bu gün
Bələdiyyə sədri bıçaqlanmadan danışdı: “Vuran 8-ci, vurulan 10-cu sinif şagirdidir”
10:09, Bu gün
FHN Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib
09:58, Bu gün
Gözlənilən proses başlayır - İlham Əliyev “çox yaxınıq” dedi
09:46, Bu gün
ADNSU-nun şəhid məzunlarının ailələri ziyarət olunub -FOTOLAR
09:41, Bu gün
İşaxtaranların NƏZƏRİNƏ: Vakansiyalarla bağlı yeni qayda hansı fürsətləri yaradacaq? - VİDEO 
09:37, Bu gün
Azay Quliyev Vyanada ATƏT PA-nın mənzil-qərargahında həmkarlarla görüşlər keçirib
09:36, Bu gün
Mehriban Əliyeva ilaxır çərşənbə münasibətilə paylaşım edib - FOTO 
09:29, Bu gün
Ronaldu Portuqaliya millisinin ilk oyununu buraxacaq
09:27, Bu gün
“Xankəndinin mərkəzi meydanının Zəfər meydanı adlandırılması bayramımıza bayram qatdı”
09:22, Bu gün
Paşinyan müdafiə nazirinin kəndlərin Azərbaycana qaytarılması haqdakı fikrinə qəzəbləndi...
09:18, Bu gün
Paytaxtda 600 manata səməni satılır? - VİDEO
09:07, Bu gün
Taksilərlə bağlı YENİ QAYDALAR - Bundan sonra... - VİDEO
09:01, Bu gün
UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub
08:58, Bu gün
Ruhi deputat olmaq istəyir? - VİDEO
08:44, Bu gün
Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR - Seksual tələbat çətin…
08:34, Bu gün
Dərsdən sonra məktəblilər dalaşdı - Biri digərini bıçaqladı - VİDEO
08:26, Bu gün
Uber-dən taksi sürücülərinə "178 milyon"luq TƏZMİNAT
08:10, Bu gün
“Qadınlar kişiləri passiv görməyə başlayıblar, çünki...” - Məşhur psixoloq
08:02, Bu gün
Novruz bayramının İlaxır çərşənbəsi qeyd olunur
07:54, Bu gün
Teleqram 330 milyon dollarlıq istiqraz buraxır
07:20, Bu gün
Bakıda yük maşını körpünün üzərindəki maneələrə çırpıldı - FOTO
07:03, Bu gün
Pakistanda güclü zəlzələ
05:58, Bu gün
Tanınmış amerikalı göz həkimi Ramazanda İslamı qəbul etdi...-FOTOLAR+VİDEO
00:04, Bu gün
"Consonun Ukraynaya yardım planı çoxlu suallar doğurur" - "The Hill"
18 Mar 2024 | 23:53
Almaniyanın müdafiə naziri Ukraynadakı münaqişənin dondurulmasının əleyhinə çıxış edib
18 Mar 2024 | 23:42
“Meta”ya cərimə kəsildi, hər gün 4,8 milyon
18 Mar 2024 | 23:35
Türkiyə insansız sualtı qayıqlar hazırlamağı planlaşdırır
18 Mar 2024 | 23:30
Ərdoğan Putini yenidən Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib
18 Mar 2024 | 23:30
Qərbi Azərbaycan Xronikası: “Gərnibasardakı 52 kənddə cəmi 150 erməni yaşayırdı” - VİDEO
18 Mar 2024 | 23:27
Pul və sevgidə bəxti gətirəcək 3 BÜRC
18 Mar 2024 | 23:24
Rəqqasə Renkanın avtomobili qəzaya uğrayıb - FOTO
18 Mar 2024 | 23:22
Şəkidə 13 yaşlı yeniyetmə xəstəxanada qanaxmadan ölüb
18 Mar 2024 | 23:21
Paşinyan Putini təbrik etmədi: - gözləyir…
18 Mar 2024 | 23:18
Krımda hərbi yük maşını Rusiyanın sabiq top-məmurunun avtomaşınını əzib
18 Mar 2024 | 22:50
Məşhur müğənnidən ŞOK açıqlama - Yadplanetlilər dişlərimi oğurladılar
18 Mar 2024 | 22:42
Stoltenberqdən etiraf: Ukrayna NATO-nun dəstəyi ilə Rusiya donanmasına zərər vurub
18 Mar 2024 | 22:35
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Bu şəxslər 5 il tez pensiyaya çıxacaq
18 Mar 2024 | 22:30
Lənkəranda yeni istifadəyə verilmiş penitensiar müəssisədən ƏN SON görüntülər - FOTOLAR
18 Mar 2024 | 22:27
İlahiyyatçıdan ŞOK TƏKLİF: Onlayn ehsana keçmək lazımdır 
18 Mar 2024 | 22:26
"Dublyor" filminin afişası yayımlandı - FOTO
18 Mar 2024 | 22:24
Finlandiyanın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib
18 Mar 2024 | 22:18
O, gah quldur, cani, gah cin-şəyətin, gah da xan-bəy olur...
18 Mar 2024 | 22:17
Uşaq maşının altında qaldı: Əsəbi zəif olanlar baxmasın! - VİDEO
18 Mar 2024 | 22:11
Qobuda itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti AÇIQLANDI - VİDEO
18 Mar 2024 | 22:09
Müəmmalı xəstəlik sürətlə yayılır: ölüm nisbəti 30 faizdir 
18 Mar 2024 | 22:05
Gömrük Akademiyasında Novruz şənliyi keçirilib - FOTOLAR
18 Mar 2024 | 22:01
Zamiq doğulduğu torpaqda konsert verdi
18 Mar 2024 | 22:00
Azərbaycanın ŞƏT ilə əməkdaşlığının hazırkı vəziyyəti müzakirə edilib
18 Mar 2024 | 22:00
"Putinin qələbəsindən sonra Rusiyanı nə gözləyir?" - CNN
18 Mar 2024 | 21:59
"Rusiya ərazisində könüllülərin reydinin məqsədi nədir?.."
18 Mar 2024 | 21:53
BMT-də Fransanın məsuliyyətsiz şəkildə dünyanı nüvə müharibəsinə sürüklədiyi açıqlanıb
18 Mar 2024 | 21:47
Bakı Bulvarında bayram ab-havası - FOTO
18 Mar 2024 | 21:47
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO
18 Mar 2024 | 21:39
Bakıda avtomobil keçiddən istifadə etməyən qadını vurub - FOTO
18 Mar 2024 | 21:30
“Qarabağ”ın baş məşqçisi cəzalandırıldı
18 Mar 2024 | 21:15
Niyaməddin Musayevin bu VİDEOsu gündəm oldu
18 Mar 2024 | 21:04
“Kurtlar Vadisi” Hakan Fidandan bəhs edir? – Özü danışdı
18 Mar 2024 | 20:59
“Uber” avstraliyalı taksi sürücülərinə fantastik məbləğ ödəyəcək
18 Mar 2024 | 20:53
NATO Baş katibi: Gələcəkdə Azərbaycanın Avropa üçün enerji təminatçısı kimi rolu artacaq
18 Mar 2024 | 20:47
Professordan oruc tutanlara XƏBƏRDARLIQ - 10 gün ərzində…
18 Mar 2024 | 20:45
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
18 Mar 2024 | 20:44
Möminə Xatun türbəsi ətrafında tikinti APARILMASI xəbərinə AYDINLIQ GƏTİRİLDİ – RƏSMİ
18 Mar 2024 | 20:43
“Qarabağ”ın səkkiz futbolçusu milli komandaların heyətinə çağırılıb
18 Mar 2024 | 20:40
Paşinyan elə bir etiraf etdi ki..., - Mirzoyan TƏSDİQLƏDİ: Sülh müqaviləsi bu  tarixdə İMZALANACAQ
18 Mar 2024 | 20:39
Stoltenberq: Azərbaycanın əməkdaşlıq və siyasi dialoqu gücləndirmək sahəsində oynadığı rolu alqışlayırıq
GÜNLÜK
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 15:02
Firəngiz Mütəllimova qızından danışdı: “Heç vaxt mənim şöhrətimdən, adımdan istifadə etməyib” - FOTO + ÖZƏL
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
18 Mar 2024 | 12:38
Füzulidə daha 34 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 13:14
"Azərbaycanla Gürcüstan yaşıl enerji sahəsində də uğurlu əməkdaşlıq həyata keçirir"
18 Mar 2024 | 15:15
Tanınmayan "Dnestryanı respublikası"nda hərbi hissəyə dronla hücum edilib
18 Mar 2024 | 15:22
İraq prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:48
Prezident Xankəndində Novruz tonqalını alovlandırdı, xalqı təbrik etdi - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 13:46
"Putin "seçkilərinin" nəticələri: rusiyalıların başlıca qorxusu" - " The New York Times" 
18 Mar 2024 | 13:08
BDU-nun professoru VƏFAT ETDİ - FOTO
HƏFTƏLİK
18 Mar 2024 | 10:41
Əhaliyə Novruz müjdəsi - Martın 19-dan...
17 Mar 2024 | 16:31
“Atamı KQB öldürdü...” - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
13 Mar 2024 | 18:44
“Qarabağ” qalib gəlsə, Qurbanovu təbrik edəcəksiniz?” –  Xabi Alonsonun CAVABI
15 Mar 2024 | 13:09
İTV -nin qalmaqallı müəllimi: "Ssenari belə olsaydı çəkilməzdim"
15 Mar 2024 | 09:20
“Bavariya” Qurban Qurbanova təklif göndərdi - RƏSMİ
14 Mar 2024 | 09:10
Rəşid Mahmudov ETİRAZ ETDİ: “Qohum evliliklərinin qadağan olunması boş şeydir, geni xarabdırsa...”
16 Mar 2024 | 09:37
Bakıda yeni hava limanı tikilir - VİDEO
16 Mar 2024 | 15:22
"Mən hər birinizi Putinə müqavimət göstərməyə çağırıram, o, quldurdur" - Bayden
15 Mar 2024 | 07:49
Qurbanovdan AÇIQLAMA: "Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik"
16 Mar 2024 | 16:52
Zaqatalada partlayış nəticəsində 18 yaşlı gənc öldü - YENİLƏNİB
AYLIQ
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 15:02
Firəngiz Mütəllimova qızından danışdı: “Heç vaxt mənim şöhrətimdən, adımdan istifadə etməyib” - FOTO + ÖZƏL
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
18 Mar 2024 | 12:38
Füzulidə daha 34 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 13:14
"Azərbaycanla Gürcüstan yaşıl enerji sahəsində də uğurlu əməkdaşlıq həyata keçirir"
18 Mar 2024 | 15:15
Tanınmayan "Dnestryanı respublikası"nda hərbi hissəyə dronla hücum edilib
18 Mar 2024 | 15:22
İraq prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:48
Prezident Xankəndində Novruz tonqalını alovlandırdı, xalqı təbrik etdi - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 13:46
"Putin "seçkilərinin" nəticələri: rusiyalıların başlıca qorxusu" - " The New York Times" 
18 Mar 2024 | 13:08
BDU-nun professoru VƏFAT ETDİ - FOTO