Azərbaycan və Rusiyanın Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəislərinin görüşü keçirilib. Görüşdə iki ölkənin SQ-ləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, əməkdaşlığın mövcud durumu yüksək qiymətləndirilib.
Rusiya ilə hərbi əməkdaşlığın genişlənməsi Qarabağ məsələsində Rusiya amilini neytrallaşdıra bilərmi? Rusiya ilə hərbi əməkdaşlığ genişləndirməklə Qarabağ müharibəsi baş verəcəyi təqdirdə Kremlin bitərəf qalmasını təmin etmək mümkündürmü?
Moderator.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov Rusiya ilə əməkdaşlığın inkişafının mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:
“Bu, olduqca maraqlı sualdır. Rusiya bu gün Qarabağ məsələsində aparıcı dövlətlərdən biridir. Doğrudur, Minsk qrupunun daha iki həmsədri də var. Lakin biz Rusiyaya ABŞ və Fransadan daha çox üstünlük veririk. Çünki Rusiya SQ-nin kontungenti Ermənistandadır. Rusiya kredit formasında Ermənistanı silahlandırır. Çalışırlar ki, Ermənistanın güc potensialını müəyyən səviyyədə saxlasınlar.
Rusiya Azərbaycanın strateji tərəfdaşıdır. Rusiya ilə əlaqələrimiz kifayət qədər yaxşıdır. Rusiyanın silah bazarına daha çox müraciət edirik. Rusiya və Azərbaycanın ölkəə başçıları arasında da münasibətlər yüksk səviyyədədəir. Rusiyanın ölkə başçısı son illər bir neçə dəfə Azərbaycanda olub.
Azərbaycan və Rusiyanın SQ-nin Baş Qərargah rəislərinin görüşü də mühüm önəm kəsb edir. Bu görüş iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir.
Azərbaycanın Rusiya ilə dostluq münasibəti saxlamasının bir çox üstünlüyü var. Azərbaycan Ermənistan kimi monolit dövlət deyil. Azərbaycanda rus dilində orta və ali məktəblər var. Azərbaycanda rus xalqının nümayəndələri yaşayır. Hansı ki, onlar bütün ölkə vətəndaşları kimi eyni hüquqa malikdirlr.
Rusiya ilə nə qədər yaxın olsaq, onlar bizi bir o qədər daha yaxşı anlayarlar və biz Qarabağ məsləsində Rusiya riskini bir o qədər azaldarıq”.
Seymur ƏLİYEV