Beynəlxalq Kosmik Stansiyanın astronavtlarını daşıyan “Soyuz” raketində meydana gələ 2 mm-lik dəlik “kosmik diversiya” ehtimalına yol açıb.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, raketdəki dəlik səbəbi ilə təzyiq aşağı düşüb, rusiyalı astronavtlar problemi ortadan qaldırmaq üçün riskli şərtlər altında 6 saat çalışmaq məcburiyyəti qarşısında qalıb. Uuzn sürən çalışmadan sonra dəlik qazlı bez və epoksi deyilən izolyasiya vasitəsi ilə qapadılıb.
Dəliyin meydana gəlmə səbəbi kimi göy daşları iddia edilsə də, sonradan dəliyim tam yuvarlaq formada olması bunun insan tərəfindən məqsədli şəkildə edilməsi ehtimalını aktuallaşdırdı. Rusiya Kosmik Agentliyinin rəhbəri Dmitri Roqozin tərəfindən ortaya atılan bu iddiada dəliyin kosmosda, yaxud yerdə açıldığı, sadəcə kosmosda fərq edildiyi ilə bağlı fikirlər yer alır.
Roqozinin bu iddiası “kosmik diversiyası” şübhəsini gündəmə gətirib. Cavabını gözləyən ən başlıca sual isə budur: səmadakı terrorçu kimdir?
Seymur ƏLİYEV