Xəbər lenti
20/01/2019 [22:09]:
20 Yanvar Şəhidləri Qətərdə anıldı - FOTOLAR
20/01/2019 [21:26]:
Kraliçanın 97 yaşlı əri cəzalandırıla bilər
20/01/2019 [20:49]:
İnkişaf etməməyin çox ciddi bir səbəbi
20/01/2019 [20:31]:
8 BMT sülhməramlısı öldürüldü
20/01/2019 [20:21]:
Ehtiyatlı olun, evdən çıxmayın - Tramp amerikalılara səsləndi
20/01/2019 [20:19]:
“Azərbaycanın ağrı-acısını heç vaxt unutmayacağıq”
20/01/2019 [20:07]:
Kişilər qalın qaşlı qadınları bəyənir -ARAŞDIRMA
20/01/2019 [19:56]:
Parisdə 20 Yanvar münasibəti ilə ADR nümayəndələrinin məzarları ziyarət edilib
20/01/2019 [19:55]:
Antalyada şəhidlərimiz anıldı - "Qəbələ"nin oyununda
20/01/2019 [19:53]:
DİN bu gün Şəhidlər xiyabanında baş vermiş insidentə münasibət bildirib
20/01/2019 [19:31]:
Üç ailənin yaşadığı ev yandı
20/01/2019 [19:24]:
“Xəbər gəldi ki, parlamentdəki deputatları  ya gülləbaran, ya da həbs edəcəklər...”
20/01/2019 [19:24]:
ABŞ-da öldürülən azərbaycanlının meyiti vətənə gətirildi
20/01/2019 [19:11]:
İbn Sinadan xərçəngin qarşısını alan möcüzəvi qarışım
20/01/2019 [19:09]:
Şirvanda 80 yaşlı kişi evində ölü tapıldı
20/01/2019 [18:58]:
20 yanvar...
20/01/2019 [18:24]:
İran bu məhsulların idxalını qadağan etdi
20/01/2019 [18:22]:
Əməkdar artist: "Heç üzümüz gülmədi"
20/01/2019 [18:20]:
Daşkənddə dəyəri 1 milyon dollardan çox olan qədim xəzinə tapıldı
20/01/2019 [18:11]:
Zaqatalada oğru dəstəsi tutuldu
20/01/2019 [18:06]:
Əfqanıstanda qubernatora bombalı hücum oldu
20/01/2019 [17:39]:
İlham və Fərizənin həyatlarının son anları: ailə üzvünün xatirələri
20/01/2019 [17:23]:
Rusiyalı deputat: "Təssüf ki, 20 Yanvar faciəsinə beynəlxalq ictimaiyyət tərəfindən yetərincə diqqət ayrılmayıb"
20/01/2019 [16:54]:
“Artıq 29 ildir ki, doğum günümü keçirmirəm...”
20/01/2019 [16:35]:
Ekspert: "Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu"
20/01/2019 [16:21]:
Afrində avtobusu partlatdılar: ölənlər və yaralananlar var
20/01/2019 [15:20]:
İlham cəsarəti vətənə şöhrət, Fərizə sevgisi eşqə yaraşıq!
20/01/2019 [15:10]:
20 Yanvar 1990 cı il… – NADİR FOTOLAR
20/01/2019 [15:00]:
Trampdan yeni həmlə: Divara qarşı “qaçqınlıq islahatı”...
20/01/2019 [14:44]:
Mahaçqaladan Sabirabada qədər uzanan qisasın təfərrüatları: xüsusi amansız qətl planı
20/01/2019 [14:40]:
Bakıda güclü külək mərasim evini uçurub - VİDEO
20/01/2019 [14:37]:
Məşhur milyarder 3 dollarlıq hamburger üçün sıra gözlədi - MARAQLI... +FOTO
20/01/2019 [14:18]:
Yoldan çıxan "Qazel" "06"nın üzərinə aşdı: ölən və yaralananlar var
20/01/2019 [13:57]:
“Qəlbimin sultanı” rus tamaşaçıların qəlbini fəth etdi - Telekanal reytinqini yüksəltdi...
20/01/2019 [13:55]:
Haşımova dəhşətli gecədən danışdı: "Yanımda adamlar olmasaydı, bəlkə mən də bu gün həyatda olmayacaqdım"
20/01/2019 [13:37]:
Ər tapa bilmələri üçün qızlara məcburən yemək yedizdirilir
20/01/2019 [13:19]:
“Mona Liza”nı dünyanın məşhur sənət əsəri edən nədir?
20/01/2019 [13:02]:
Göyərçin musiqi sədaları altında rəqs etdi - İNANILMAZ...+ VİDEO
20/01/2019 [13:00]:
Azərbaycanlı alimin 20 Yanvar faciəsi ilə bağlı məqaləsi İraq mətbuatında dərc olunub
20/01/2019 [12:59]:
Meyxanaçı Ağamirzə özünə qəbir qazdı - VİDEO
20/01/2019 [12:49]:
"İslahatların dərinləşməsi iqtidardakı iddialı adamların maraqlarına cavab vermir..."
20/01/2019 [12:48]:
20 Yanvarda doğulan və şəhid olan şəhidlərimiz - FOTOLAR
20/01/2019 [12:34]:
Bakıda avtobus qəzası: yaşlı qadın ağır yaralandı
20/01/2019 [12:08]:
Qara dənizdə içində azərbaycanlı kapitanın cəsədi olan qayıq tapıldı
20/01/2019 [11:59]:
"Dedi ki, ata evinə qayıda bilmərəm...”- Fərizənin anası...
20/01/2019 [11:37]:
Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər
20/01/2019 [11:33]:
600 il 3 qitəyə hökmranlıq etmiş imperiya: Hansı ölkələri neçə il idarə edib + SİYAHI
20/01/2019 [11:30]:
Mübariz Qurbanlı: "Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər"
20/01/2019 [11:22]:
Səfir: "20 Yanvar təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür"
20/01/2019 [11:06]:
Eyni gündə doğulub, eyni gündə şəhid olan Yusif... - Şəhid bacısının XATİRƏLƏRİ
20/01/2019 [10:57]:
Azadlıq yolunda qalxan bir vuruş...
20/01/2019 [10:51]:
Sevgilisinin məktubunu saxladığım şəhid...
20/01/2019 [10:43]:
Atəşkəs 26 dəfə pozuldu
20/01/2019 [10:39]:
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər Xiyabanında - FOTO
20/01/2019 [10:20]:
Rusiya XİN-dən təzyiq - Ya anlamırlar, ya da Azərbaycanın imicinə zərbə vurmaq istəyirlər
20/01/2019 [10:01]:
İçki məclisində dava düşdü: bir nəfəri bıçaqladılar
20/01/2019 [09:50]:
ABŞ-da yaşayan azərbaycanlı işgüzar xanım...
20/01/2019 [09:43]:
Bakının bu küçələrində hərəkət TAM məhdudlaşdırılır
20/01/2019 [09:38]:
Azərbaycanda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunur
20/01/2019 [09:08]:
"Nənəm erməniyə ərə gedə bilməzdi..." - Həcərin nəticəsi
20/01/2019 [08:42]:
“Şəhidləri yumayın- Qiyamət günü hər qan damlası ətrafa müşk qoxusu saçar...”
20/01/2019 [01:30]:
“Atam “Nəsimi” filminin dünyaya çıxmasını istəyirdi” – İsa Muğannanın qızı
20/01/2019 [01:24]:
Dünyada robotlardan ən çox istifadə edən ölkələr – SİYAHI
20/01/2019 [00:56]:
Dünyanın ən maraqlı döymələri - FOTOLAR
20/01/2019 [00:15]:
Baş məşqçi: "Komandanı futbolçuların cinsi orqanının ölçüsünə uyğun qururam" - MARAQLI
19/01/2019 [23:49]:
Demokratik defisit - “Ah, Avropa”
19/01/2019 [23:11]:
2018-ci ildə Azərbaycanda ən çox qoyulan adlar açıqlandı: Yusif və Zəhra liderlik edib...
19/01/2019 [22:13]:
Yoldan keçən hicablı qadına yumruq atdı - Avropa mədəniyyətsizliyi = VİDEO
19/01/2019 [21:50]:
“20 Yanvarla bağlı sessiyada bəzi deputatlar  qorxudan zaldan qaçmaq istəyirdi...”
19/01/2019 [21:37]:
Ali məktəblərə tələbə qəbuluna dair... - RƏSMİ
19/01/2019 [21:30]:
Məşhur milyarder uşaqlarının atasını axtarır -Kim olduğunu söyləyənə 6 min dollar verəcək
19/01/2019 [21:15]:
Əli Əhmədov: “Səbəb müxalifətin sosial dayaqlarını itirməsidir”
19/01/2019 [21:14]:
Hərbi helikopter qəza təhlükəsi ilə üzləşdi
19/01/2019 [20:04]:
Serbiyada 20 yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirildi
19/01/2019 [19:59]:
ADU-da dəyirmi masa keçirildi - FOTO
19/01/2019 [19:54]:
"Dövlət vəsaitlərindən istifadə sahəsində israfçılıq baş alıb gedir" -Əli Məsimli
19/01/2019 [19:48]:
Qazaxda “Cəhənnəm sakinləri” nümayiş etdirildi -FOTOLAR
19/01/2019 [19:37]:
Naqif Həmzəyev: “Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər”
19/01/2019 [19:34]:
Dəfninə heç kimin qatılmadığı anasını velosipedlə 5 kilometr daşıyıb dəfn etdi
19/01/2019 [19:30]:
UFC rəhbəri Makqreqorun qayıtmasından danışdı
Bütün arxiv bir sırada
13/12/2018 [14:47] - Köşə - ( 2443 dəfə baxılıb)

"Forbes” ən çox günah qazanan yazarların siyahısını da verəcəkmi...?

Kütlələrin başını çox qatanlar daha çox məşhurlaşdırılır və qazanırlar... 
Sultan Laçın

 

...Vay, vay!.. Azərbaycan, türk dünyası nə böyük bədbəxtliyə düçar olub- “Forbes”in siyahısında heç bir yazıçımızın, şairimizin adı yoxdur... Görün, nə qədər bədbəxtik? Camaatın yazarları milyonlar qazanır, bizlər isə...


Bu cür düşüncələrə bir az ayıq başla, Qərbin maddiyyatla, şəhvətlə düşünən başı ilə yox, Şərqin mənəviyyatla düşünən, müsəlman, türk baxışıyla baxanda görürsən ki, doğrudan da “Forbes”ə görə təəssüflənənlərin timsalında biz bədbəxtik... Görün, hansı dəyərlərimizi, hansı ucalıqlarımızı, zirvələrimizi qoyub nələrə can atırıq... “Nobel”ə, “Forbes”ə əlimiz çatmırmış... Qardaş, burdan-bura Murova, Dəlidağa, Kirsə əlimiz çatmır e... Nədi bu Nobel, nədi bu “Forbes?” Nəyimizə lazımdı bunlar bizim?  Guya onların o “xoşbəxt” siyahısına düşəndə  bizə Qarabağı, qaytaracaqlar, Şuşanı, Laçını, Kəlbəcəri qaytaracaqlar, yoxsa korrupsioner, inhisarçı şəbəkədən canımızı qurtaracaqlar?..


Ay qardaşlar, bacılar, müsəlmana, türkə, əsl azərbaycanlıya öncə “Forbes”in, “Nobel”in yox, Allahın, Yaradanımızın siyahısına düşmək, onun razılığını qazanmaq gərəkdir.  Nə yazıqlar ki, bu düşüncələr çoxlarına çatmır. Əksinə, bizim kimi düşünənləri “findamentalist”, “fanat”, “geridəqalmış” adlandırırlar....


Gəlin görək, bu “Forbes” ən çox günah qazanan biznesmenlərin, iş adamlarının, o cümlədən yazarların, şairlərin, alimlərin siyahısını dərc edərmi? Xeyr. Heç ağıllarına da gəlməz, gəlsə də belə bir siyahı verməzlər. Əvvəla, bu siyahını dəqiq, dürüst şəkildə yalnız Allah-Təala verə bilər, biz insanların “günahölçən”i çox qüsurludur. Ona görə ki, hamımız qüsurluyuq.... İkincisi də, belə jurnalların reytinq göstəricilərinin əsasını qoyanlar, onların başında duranlar özləri ən çox günah qazananlardır. 1917-ci ildə super oliqarx sələmçi sülaləsi Rokfellerlərin razılığıyla yaranan “Forbes” jurnalınınn 1918-ci ildə tərtib etdiyi dünyanın aparıcı varlıları siyahısına 1,2 milyard dollarlıq sərmayə ilə  elə Con Rokfeller özü liderlik edib. Günahkarların ən böyüklərindən biri.... Bu gün artıq nə Rokfellerlərin, nə də Rotşildlərin adı həmin siyahılarda çəkilmir.. Çünki o transmilli oliqarxlar, artıq belə siyahılara sığmazlar. Bu gün “Forbes”in siyahısında olanlar  orta məktəbdə direktorun razılığı ilə adı “şərəf löhvəsi”nə düşən şagirdlərin siyahısına bənzəyir. Direktorlar isə həmin Rokfellerlər, Rotşildlərdir və ya  başqa adları bizlərə açıqlanmayanlardır ...  Belə “birinci”lərin başçılığı ilə insanlıq pul qazanmaq, ləzzət, şöhrət dalınca qaçmaq  üzrə yarışa sürüklənir. Amma burda dövlət və beynəlxalq qanunlar istisna(hərçənd,  bir sıra hallarda bunlar da tapdanır), heç bir mənəvi, dini, milli dəyər nəzərə alınmır. Yəni, nə qədər günah qazanırsan- qazan, təki pul çıxsın. Tutulmayan oğru - doğrudur. Amma super ağalar mikro-oliqarxlara müəyyən həddə qədər varlanmağa imkan verirlər... Sözügedən “möhtəşəm” siyahılara salınan yazarlar da eyni kriteriyalarla dəyərləndirirlər. Nə yazırsan, yaz. Millətin, xalqın, bəşəriyyətin əxlaqını  pozursan, poz, əslində pozsan, daha yaxşıdır.... Kitabların insanların nəfsini cəlb edib maraqla oxunursa və onların satışından çoxlu pul qazanırsansa, deməli, lider yazarsan... Eynən insanları tədricən xəsrəliklərə düçar edən zərərli “fastfud”, şaurma, pizza şirkətləri, “Makdonalds”lar. “KFC”lər kimi...


İndi baxaq görək, “Forbes”in lider yazarları nələr yazıb, insanlığa hansı faydası dəyib ki, siyahıda birinci yerdədirlər...


2018-ci ildə ən çox qazanan, 86 milyon dollarlıq gəlirlə 1-ci yeri tutan Ceyms Peterson... Əsasən detektiv romanlar müəllifidir. Yəni insanlara dolayısıyla oğurluğun, cinayətin, qətlin yollarını öyrədir. Üstəlik, pozğun, erotik səhnələr ustasıdır. Məsələn,  elə adından məqsədi bəlli olan “Qızları öpərək” adlı roman yazıb. Manyakların  qızları zorlayaraq öldürməsindən bəhs edir. 1997 –ci ildə eyniadlı Amerika trilleri çəkilib və populyarlıq qazanıb. Cavanların çoxu ləzzətlə ona baxıb....


2-ci yerdə isə  Coan Roullinq adlı qadın yazardır. Bunun da ən məşhur əsərləri uşaqların, gənclərin beynini yeyən, onları əsl həyati gerçəkliklərdən uzaqlaşdırıb qondarma, lüzumsuz düşüncələrə, sehrbazlığa, magiyaya, bir sözlə, yanlış düşüncə və həyat tərzinə alışdıran “Harri Poter” silsilə romanlarıdır. Onların əsasında filmlər və cizgi filmləri də çəkilib....


Göründüyü kimi,  hər iki qalibin “super” deyilən əsərləri insanlığa əsl bəşəri dəyərlərdən, İslamdan uzaq, yanlış, pozğun düşüncə və həyat tərzi aşılayır. Və ən əsası, kütələlərin başını qatıb super ağaların dünyada, kiçik ağaların ayrı-ayrı ölkələrdə  gördüyü çirkin işlərdən,  diqqətləri yayındıraraq onların iqtidarlıq dövrünü uzadır... İndi istər siyasətdə, istərsə də mədəniyyətdə, ədəbiyyatda, şouda  və s. əsas priinsiplərdən  biri budur: kim kütlələrin başını daha çox qatıb gerşəkliklərdən uzaqlaşdırırsa, o, daha çox məşhurlaşdırılır və daha çox qazanır... Əksinə, kim kütlələrə doğru yol göstərməyə çalışırsa, onu gözümçıxdıya salır, “cahil”, “ekstremist”, “yabançı ünsür” və s. ləkələr vurdurur, ən azı, onların məşhurlaşmasına, çox  pul qazanmasına əngəl olurlar...


Bu saat məşhurlaşdırılan “modernist”, “postmodernist”, nə bilim nə “ist” yazıçılar, şairlər, kimlərdir? Əksəriyyəti ateist ruhlu, Allahı, dini-imanı olmayan, ən azı, “vuran”, “yeyib-içən”, əyyaş qələm sahibləridir ki, kütlələrin nəfsinə uyğun əndrəbadi romantik, erotik, ən yaxşı halda dedektiv əsərlər yazmaqla məşğuldurlar. Həmin əsərlərin də cəmiyyətin mənəvi-əxlaqi inkişafı, milli dəyərlərin qorunması üçün heç bir faydası yoxdur... Uzaqbaşı, Qərbsayağı azadlıq, hürriyyət ideyaları yayırlar... Bir əsər ki, insanda, gəncdə şəhvət hisslərinin oyadaraq zinakarlığa və yaxud oğurluğa, qətlə, intihara  meylini gücləndirəcək, onun hansı faydasından danışmaq olar...  Görün bunlar bir ölkə miqyasında həmin ölkə vətəndaşlarını günaha təşqviq etməklə nə qədər günah qazanırlar. Təbii ki, dünya  çapına çıxıb “Forbes”in siyahısına düşsələr, günahları birə min artacaq...


Ümumiyyətlə, XX əsrin əvvəllərindən başlayaraq Qərb mədəniyyətinin, təfəkkür tərzinin təsiri ilə yazılan əsərlər, çəkilən filmlər, hətta cizgi filmləri, kiçik istisnalarla, insanların beyninə dünyanın super ağalarının strateji planlarına xidmət edən birbaşa və ya şüuraltı, subliminativ mesajlar ötürülməsinə xidmət edir....


14-15 yaşlarımda Drayzerin məşhur “Dahi” əsərini oxuyanda ləzzət alırdım, erotik səhnələr də vardı... 10-15 il sonra həyatın gerçək mahiyyətini, İslam düşüncə tərzini mənimsəyəndə anladım ki, bu cür əsərlər, onların əsasında çəkilən filmlər əslində gəncliyin əxlaq pozğunluğuna, zinakarlığa sürüklənməsini hədəfləyir... Amma Drayzer məşhurdur(!)... Elə Peterson, Roulinq kimi...


Bütün bunları düşünəndə sevinirəm ki, hələ Azərbaycanda “Forbes”in siyahısına düşən yazarlar yoxdur... Çünki o siyahıya düşməklə, onlar eyni zamanda  daha çox günah qazanan yazarların siyahısına da düşəcəklər... Həm də ona görə ki, sapı özümüzdən olan baltaların sayını artıracaqlar...


Bu yazını oxuyan əksər modern(!) yazıçı və şairlər nə dediyimi dərk etməyərək bəndənizi qınayacaq, ondan narazı qalacaq, “bu, nə danışır, e, “Forbes”ə düşmək –bilirsən, nə deməkdir” söyləyəcəklər...


 Eybi yox, təki Allah bizlərdən razı qalsın!.. Onun Məhşər günündə məşhurlarının siyahısına düşməyək...


Sultan Laçın  

Kişilər qalın qaşlı qadınları bəyənir -ARAŞDIRMA
Məşhur milyarder 3 dollarlıq hamburger üçün sıra gözlədi - MARAQLI... +FOTO
600 il 3 qitəyə hökmranlıq etmiş imperiya: Hansı ölkələri neçə il idarə edib + SİYAHI
Azadlıq yolunda qalxan bir vuruş...
Dünyanın ən maraqlı döymələri - FOTOLAR
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
20 yanvar...
Maraqlı
Ər tapa bilmələri üçün qızlara məcburən yemək yedizdirilir
Maraqlı
“Mona Liza”nı dünyanın məşhur sənət əsəri edən nədir?
Hadisə
Sevgilisinin məktubunu saxladığım şəhid...
Ədəbiyyat
“Atam “Nəsimi” filminin dünyaya çıxmasını istəyirdi” – İsa Muğannanın qızı
Həftənin ən çox oxunanları
Bakıda gözlənilən tornado Elman Rüstəmovla Əhməd Əhmədzadəni Londondan vurdu - FOTOLAR
Bakıda dəhşətli qəza: "Mazda" 2 ayın gəlinini vurub öldürdü - FOTOLAR 18+
Bu ölkədən idxal olunan 7 ərzağı başınıza silah dirəsələr də YEMƏK OLMAZ!!!
“Sabah ölkədə elə proseslər baş verə bilər ki, eşidəndə adamın tükləri biz-biz olar...”
Xalqı hansı sülhə hazırlayırlar? - Təhlükə başımızın üstündədir, yoxsa...?
Putin Paşinyanı qucaqlayır, Lukaşenko İrəvan yolçuluğunda... - Bəs biz nəyi gözləyirik?
Ucarda dəhşət: 16 yaşlı qız qaçırılıdı, zorlandı, sonra ailəsinə qaytarıldı - VİDEO
Soydaşlarımız Moskvada "Vı, pustoy narod" sözlərinə etiraza toplaşır - SON XƏBƏR... + VİDEO
Şəhər meri 30 il kirayədə yaşayan süpürgəçiyə ev verdi-İbrətamiz- FOTOLAR  
“Amerika genetikləri Gəncə yaxınlığındakı bu yer haqqında bizdən çox bilirlər...”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə