Xəbər lenti
19/06/2019 [19:17]:
Təhlükəsizlik kəmərini taxmayan sürücü pəncərədən çıxdı - QORXUNC... + VİDEO
19/06/2019 [19:02]:
Zakir Həsənov elan etdi: torpaqlar azad edilir - Analiz
19/06/2019 [18:47]:
Maliyyə Nazirliyi Belarusdan alınan vaqonlarla bağlı məsələyə münasibət bildirib
19/06/2019 [18:42]:
BMT Camal Qaşıqçının qətlində Səudiyyə Ərəbistanının təqsirli olduğunu təsdiqləyib
19/06/2019 [18:38]:
Messi Neymarı “Barselona”ya qaytarmağa çalışır
19/06/2019 [18:37]:
İlham Əliyev: "Müasir çağırışlar bəşəriyyət qarşısında ciddi vəzifələr qoyur"
19/06/2019 [18:28]:
Əkrəm İmamoğlunun oteldən müəmmalı görüntüləri yayıldı – VİDEO
19/06/2019 [18:21]:
Ərdoğandan iddia: "Mursi ölməyib, öldürülüb"
19/06/2019 [18:15]:
Mirabdulla Abbasov “Neftçi”ni məhkəməyə verir
19/06/2019 [18:02]:
DİM "Abituriyent" jurnalının 3-cü nömrəsini nəşr edib
19/06/2019 [17:56]:
Qənirə Paşayeva MM-in səhiyyə komitəsinin iclasında çıxış edib
19/06/2019 [17:54]:
Xocavəndin Tuğ kəndində  aviabomba bir dığanı ağır yaraladı
19/06/2019 [17:51]:
Rusiyalı ekspert: "Azərbaycan sosial müdafiəni gücləndirməkdə bizi üstələyib"
19/06/2019 [17:50]:
"İstəmirəm ki, “Aha, bax, Azərbaycanla Türkiyə arasında da problem çıxdı” desinlər"
19/06/2019 [17:47]:
Ümumqoşun poliqonunda döyüş atışları - FOTO/VİDEO
19/06/2019 [17:42]:
“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq
19/06/2019 [17:41]:
ADAU-da Mübariz İbrahimovla bağlı tədbir keçirilib
19/06/2019 [17:41]:
Pentaqon rəhbəri istefa verdi - İllər öncə arvadından şiddət görüb
19/06/2019 [17:39]:
Bakıda qız şirkətə CV verdi - Bu şəkli göndərdilər
19/06/2019 [17:34]:
Ermənistanda 28 yaşlı gənc nazir təyin olundu
19/06/2019 [17:32]:
Alim Nəbiyev növbəti döyüşünü Parisdə keçirəcək
19/06/2019 [17:31]:
ADU Fəxri Diploma layiq görüldü
19/06/2019 [17:29]:
Türkiyəli jurnalistlər Mətbuat Şurasına getdilər
19/06/2019 [17:27]:
“İnkişaf” yerli özünüidarəetmənin təşviqi ictimai birliyinin növbəti tədbir keçirildi
19/06/2019 [17:22]:
Qarpız-yemiş almaq təhlükəlidir! - XƏBƏRDARLIQ
19/06/2019 [16:35]:
Ölkənin ən varlı şəhəri: "yeriyən kapitallar", intellekt cəngavərləri və “sifarişli gələcək”...
19/06/2019 [16:25]:
“Azərsu” Bakıda su təchizatını yaxşılaşdırır
19/06/2019 [16:22]:
Nadir şah Əfşara həsr olunmuş beynəlxalq konfrans olacaq
19/06/2019 [16:21]:
"Azərbaycanda minimum əməkhaqqı Ermənistan və Gürcüstandan yüksək olacaq" -Hadi Rəcəbli
19/06/2019 [16:18]:
Qüdsdə 60 erməni iki yəhudini döydü
19/06/2019 [16:09]:
Gömrük İdarəsinin qarşısında hər hansı şəxsin özünü yandırma faktı qeydə alınmayıb - RƏSMİ
19/06/2019 [16:02]:
İnvestisiya müsabiqəsinin nəticəsi açıqlandı: Daha bir istehsal müəssisəsi yenidən qurulacaq
19/06/2019 [15:58]:
Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək
19/06/2019 [15:57]:
Deputat silah təmizləyərkən özünü güllələdi
19/06/2019 [15:49]:
Avropa dövlətləri Türkiyəyə qarşı birləşdi
19/06/2019 [15:42]:
Ermənistan körpü tikir: Avropanın pulu, İran şirkətinin icraçılığı hesabına...
19/06/2019 [15:41]:
Notariat kontoruna hücum: iki min manat oğurlandı
19/06/2019 [15:39]:
“Gürcüstan görəcək ki, 100 faiz torpaqları işğal altındadır”
19/06/2019 [15:32]:
Hərbi çağırışçılara xəbər var: İyunun 26-dan sonra hara düşdüyünü öyrənəcək
19/06/2019 [15:31]:
“Qobu Park”da qaçqınlarla bağlı festival keçirildi
19/06/2019 [15:28]:
Dünyanın zirvəsindəki Potala sarayı -FOTOLAR...
19/06/2019 [15:24]:
"Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır”
19/06/2019 [15:21]:
“Yox, bu dəfə Amerika Qarabağı Azərbaycana qaytaracaq...”
19/06/2019 [15:19]:
Yerevanın Rusiyanın xoşuna gəlmək cəhdi - Moskva Paşinyanın göz yaşlarına inanmır - ŞƏRH
19/06/2019 [15:19]:
“Türkiyəylə ABŞ arasında münasibətlərin gərginləşməsi təkcə “S-400” zenit-raketlərinə görə deyil...”
19/06/2019 [15:17]:
Zakir Qaralov qəbul keçirəcək
19/06/2019 [15:15]:
İmzanı Azercell ilə tanıt!
19/06/2019 [15:10]:
"Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir" -Baş Nazirin müavini
19/06/2019 [15:06]:
Bu dəfə Yusif Mustafayev canlı efirdə söyüş söydü VİDEO
19/06/2019 [15:05]:
Yerevanın Rusiyanın xoşuna gəlmək cəhdi -- Moskva Paşinyanın göz yaşlarına inanmır
19/06/2019 [15:02]:
Məktəbdəki öpüş ərəb dünyasında qalmaqal yaratdı
19/06/2019 [14:54]:
“Qarabağ alınana qədər qarabağlıyam” – Meyxana ustadından hər kəsə örnək yanaşma!
19/06/2019 [14:19]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ FƏTƏLİ AXUNDZADƏ
19/06/2019 [14:14]:
Müəllimlərin maaşı artımdan sonra necə hesablanacaq?
19/06/2019 [14:04]:
“Demək olar ki, tam sağalmışam...” -Onkoloji xəstəlikdən əziyyət çəkən jurnalistdən xoş xəbər...
19/06/2019 [14:03]:
Səfər Mehdiyevin vətəndaşlarla görüşü təxirə salınıb
19/06/2019 [14:02]:
Tanış olduqları gün ayrıldılar - Uşaq üstündə
19/06/2019 [13:59]:
Rusiyadan gələn “Mercedes”də qanunsuz mallar aşkarlandı - Foto
19/06/2019 [13:54]:
Azərbaycanlı sürücü generalı yarı yolda qoyub soydu
19/06/2019 [13:47]:
Prezident maaşları bir ildə 3 dəfə qaldırdı - İnfoqrafika
19/06/2019 [13:40]:
Yol polisində yeni - TƏYİNAT
19/06/2019 [13:39]:
Zakir Həsənov: "Hər bir zabit düşmənə nifrət hissi ilə xidmət etməlidir"
19/06/2019 [13:35]:
Elton Məmmədovun oğlu baş müşavir oldu... - SƏRƏNCAM
19/06/2019 [13:33]:
SOCAR daha iki yanacaqdoldurma məntəqəsi açacaq
19/06/2019 [13:31]:
"İlham Əliyev sözünün sahibi olan siyasətçilərdəndir"
19/06/2019 [13:29]:
Sabah əsl çimərlik havası olacaq
19/06/2019 [13:29]:
Ağzından güllələnən "kriminal avtoritet" məşhur şəxsin oğludur
19/06/2019 [13:28]:
Məmmədyarov Vaşinqtondadır: erməni həmkarı ilə görüşəcək
19/06/2019 [13:26]:
SOCAR Türkiyədə yeni şirkət yaratdı
19/06/2019 [13:25]:
Bu gün saat 2-də Kəlbəcərdə konsert  veriləcək...- Bizim başqatan manıslar da qatıla bilər...
19/06/2019 [13:00]:
ABŞ dolları Ukraynanı Rusiya təhlükəsindən xilas edə biləcəkmi?
19/06/2019 [12:53]:
"1 aydan çoxdur valideyn komitəsi yalvarır ki..." - Sumqayıt Təbiət Elmləri Gimnaziyası haqqında ilginc iddia
19/06/2019 [12:42]:
“Real Madrid” yeni rekorda imza atdı – 303 milyon avro xərcləyib
19/06/2019 [12:41]:
"Yalnız Rotşildlər deyil, bütün güclü maliyyə-bank qurumları dəvət olunmalıdır"
19/06/2019 [12:40]:
Müəllimlərin yerdəyişməsinin nəticələri AÇIQLANIB
19/06/2019 [12:35]:
“Bu gecə də istidən yatmamışam...” - Yazıçı “Samsung” mağazalarından şikayət etdi
19/06/2019 [12:33]:
"Dəfn edilməmiş ölülər" Sumqayıt Dövlət Dram Teatrında... - FOTOLAR
19/06/2019 [12:25]:
“Zəhmətim öz bəhrəsini verdi və iki tələbəm müsabiqədə qalib oldu…”
19/06/2019 [12:24]:
"Sərəncamlar insan amilinin dövlət başçısının uğurlu siyasətinin mərkəzində dayandığını təsdiq edir"
19/06/2019 [12:18]:
Azərbaycanda efirdə qızın nişanlı oğlanla WhatsApp yazışması hər kəsi qəzəbləndirdi - VİDEO
Bütün arxiv bir sırada
13/12/2018 [18:18] - Cəmiyyət - ( 1434 dəfə baxılıb)

"Dərd almısan, qəm almısan sən İrandan Azərbaycan..."



“İgidlərin İran üçün şəhid olub, əvəzində

Dərd almısan, qəm almısan sən İrandan Azərbaycan”. M.H.Şəhriyar

1945-cı ilin 12 dekabr günü Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış və xalqımızın yaddaşında dərin iz buraxan şanlı səhifələrindən biridir. Həmin gün uzun illərdən bəri İran despotizminin ağır iqtisadi-siyasi və mənəvi əsarət altında saxladığı, milli zülmə məruz qoyduğu Azərbaycan xalqının öz hüquqları uğrunda yenidən mübarizəyə qalxdığı və Cənubi Azərbaycan Milli Hökumətinin qurulduğu gündür.

Yetmiş ildən artıq vaxt keçməsinə baxmayaraq, Cənubi Azərbaycan Demokratik Respublikasının hansı siyasi şəraitdə meydana gəlməsi, qısa zaman kəsiyində ölkənin iqtisadi-siyasi və mədəni həyatında necə böyük dəyişiklərə nail olunması, eyni zamanda cəmi bir il siyasi ömür yaşayan demokratik respublikanın mürtəce İran rejimi ilə beynəlxalq imperializmin qurbanına çevrilməsi barədə araşdırmalar davam etməkdədir.

XX əsrin əvvəllərində Rza şah Pəhləvinin hakimiyyət başına gətirilməsiylə son türk sülaləsi olan Qacarlar dövlətinin 130 il davam edən İrandakı hökmranlığı başa çatmış və bu vaxtdan etibarən farslardan başqa İranda yaşayan bütün qeyri-xalqlar, fars rejiminin yeritdiyi milli ayrı-seçkilik siyasətinin misli görünməyən zülmü altında yaşamağa məcbur olmuşlar.

XX əsrin əvvəllərində ilk olaraq Səttar xan, az sonra isə Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə başlayan milli azadlıq hərəkatı məhz fars rejiminin milli zülmünə qarşı yönəlmiş hərəkat idi və çox keçmədən bu hərəkatlar bir sıra obyektiv səbəblər üzündən məğlubiyyətə uğradı.

Milli azadlıq hərəkatı dalğasının genişlənməsindən ciddi narahatçılıq keçirən İran rejimi xalqların azadlıq istəklərini yerində boğmaq üçün getdikcə daha aqressiv üsullara əl atır və feodal zülmü ilə yanaşı milli zülmü də gücləndirir.

İranda yaşayan qeyri farslara qarşı tətbiq edilən iqtisadi, mədəni və milli zülmün dairəsi sonradan hakimiyyət başına gətirilən Məhəmməd Rza şahın dövründə daha da genişlənməyə başlayır. İran əhalisinin böyük əksəriyyətini təşkil edən Azərbaycan türkləri ikiqat istismar altına düşərək, həm qan içən İran rejiminin

feodal və xanlarının sosial-iqtisadi zülmünə, həm də fars rejiminin milli zülmünə qarşı mübarizə aparmalı olurdular.

Fars rejimi bu gün olduğu kimi o zaman da Azərbaycan xalqının doağal haqlarını tanımaq istəmir, ona öz dilində danışmağa, ana dilində məktəblər açmağa yasalar qoyur, onun milli və mədəni muxtariyyət tələblərini süngü ilə qarşılayır və azad, müstəqil yaşamaq istəklərini amansızcasına boğurdu.

Məhəmməd Rza şahın başçılıqq etdiyi şovinist və irqçi İran rejimi ağılları çaşdıran belə bir fikir formalaşdırmağa çalışırdı ki, guya İranda iranlılardan başqa heç bir xalq yaşamır və ona görə də heç bir xalqın, o cümlədən də Azərbaycan türklərinin dil, mədəniyyət barədə qaldırdığı məsələlər cəfəngiyatdan başqa bir şey deyil.

Fars yönətimi, ümumiyyətlə, Azərbaycan dilinin bir dil kimi mövcud olmaması barədə həqiqətə söykənməyən fikir yaymaqla yanaşı, Azərbaycan dilinin guya fars dilinin bir ləhcəsi olması haqqında da cəfəng iddialar irəli sürürdü. İranda əsrlərlə hakimiyyətdə olduğu dövr ərzində bütün xalqların haqqına hörmətlə yanaşan, heç bir milli ayrı-seçkiliyə yol verməyən Azərbaycan türkü indi olduğu kimi, o zaman da ən adi hüquqlardan məhrum edilmişdir.

İkinci dünya müharibəsindən sonra dünya düzənində baş verən siyasi gəlişmələr xalqlar həbsxanasına çevrilən və içinə aldığı millətləri zülm və istibdad məngənəsində sıxan İran rejimində də ciddi təbəddülatlar yaratdı. Zülm altında inləyən xalqlar öz mədəni və siyasi hüquqları uğrunda demokratik mübarizəyə qoşuldu. Tarixi şəraitin yetişdiyini dərk edən Azərbaycan mücahidləri İranın mürtəce rejiminə qarşı mübarizəyə qalxaraq, geniş demokratik azadlıqların tələb kimi irəli sürüldüyü mitinq və nümayişlərə başladılar.

Lakin mürtəce mahiyyətli İran rejimi bu tələbləri yerinə yetirmək istəmir, əksinə, demokratik ideyaların qarşısını almaq üçün daha qəddar planlar cızırdı. Başda görkəmli siyasi xadim S.C.Pişəvəri olmaqla, Azərbaycanın tanınmış demokratik düşüncəli insanları mübarizəni mütəşəkkil formaya keçirmək üçün 1945-ci ilin yayında Azərbaycan Demokratik Partiyasını yaratdılar.

Milli qüvvələr mədəni və yerli idarəetmə sahəsində İranın hüdudları daxilində Azərbaycana muxtariyyət verilməsi, Azərbaycan dilinin rəsmi dil kimi istifadə olunması, yerli və vilayət məclislərinin yaradılması və başqa tələbləri özündə əks etdirən müraciət qəbul etdi ki, bu da xalq arasında geniş rəğbətlə qarşılandı.

Nə qədər müqavimət göstərilməsinə baxmayaraq, milli azadlıq hərəkatı tez bir zamanda Azərbaycanın bütün əyalətlərində yayılmağa başladı ki, bu da 1945-ci ilin noyabrında Təbrizdə ümumxalq toplantısı keçirilməsi və bu yığıncaqda İran daxilində Azərbaycana muxtariyyət verilməsi ilə bağlı bəyannamənin qəbul edilməsi ilə nəticələndi.

Ümumxalq toplantısı Milli komitə yaradaraq, komitəyə Azərbaycana muxtariyyət verilməsi məsələsinin sülh yolu ilə həll edilməsi üçün İran rejiminin hakimiyyət nümayəndələri ilə lazımi danışıqlar aparmaq səlahiyyəti verdi. 12-si dekabr 1945-ci ildə Azərbaycan Milli məclisinin ilk tarixi iclası keçirildi. Azərbaycan Demokratik partiyasının təşkilatçısı S.C.Pişəvəri məclisin tapşırığı əsasında Azərbaycanın Milli hökumətini formalaşdırdı.

Milli Məclis hökumətin Azərbaycan xalqının iqtisadi-siyasi və mədəni hüquqlarını özündə əks etdirən təqdim etdiyi proqramı təsdiq etdi. Proqramda Azərbaycanın muxtariyyətinin genişlənməsi və möhkəmlənməsi, fədailərdən ibarət xalq dəstələrinin təşkili, Azərbaycan dilinin rəsmi dil kimi istifadə edilməsi, ana dilində məktəblərin açılması, fabrik və zavodlar yaradılması hesabına yeni iş yerlərinin açılması, bütün vətəndaşlara vicdan və din azadlığının verilməsi, Azərbaycan ərazisində yaşayan bütün xalqlara eyni qaydada hüquq və azadlıqların şamil edilməsi və Azərbaycanın müstəqilliyinin inkişafını təmin etməyə yönəlmiş digər məsələlər geniş əks olunmuşdur. Azərbaycan Milli Məclisi fəaliyyətə başladığı gündən indiyə qədər fars rejiminin iqtisadi və milli zülmünə məruz qalan əhalinin zəhmətkeşlərinə onların güzəranını yaxşılaşdırmağa yönələn, sosial-iqtisadi həyatlarını köklü şəkildə dəyişmə gücündə olan bir sıra üstünlük verdi.

Milli hökumət Azərbaycan xalqının iqtisadi və mədəni tələblərinə uyğun və onun müstəqil dövlət tərkibində yaşayışını təmin edən bir sıra mütərəqqi addımlar atdı ki, bu da xalq tərəfindən geniş rəğbətlə qarşılandı. Azərbaycan Milli hökuməti qısa zamanda dövlətin müstəqilliyi, onun əsaslarının möhkəmlənməsi üçün hansı addımlar tələb olunursa o addımları cəsarətlə atdı. Milli, mədəni, siyasi, iqtisadi və hərbi sahədə atılan addımlar, milli kimliyin, milli özünütəsdiqin gerçəkləşməsinə xidmət edən islahatların həyata keçirilməsi geniş vüsət aldı. Dövlət dili haqqında qanun qəbul edildii və ilk dəfə olaraq türk dili rəsmi dil kimi dövriyyəyə daxil oldu. Azərbaycan İncəsənət və Rəssamlıq məktəbləri, Dövlət Teatrı teatrı, filarmoniya yaradıldı. Milli dildə böyük oxucu kütləsini özündə birləşdirən onlarla jurnal və qəzet və məcmuələr nəşr edilməyə başladı. Azərbaycanın fədailərdən ibarət milli

ordusu və digər güc strukturları yaradıldı ki, bunlar da dövlətin təhlükəsizliyini qorumaq baxımından çox əhəmiyyət daşıyırdı.

Ancaq Azərbaycan Milli hökumətinin həyata keçirdiyi bu islahatlar nəinki İran rejimini, həmçinin İranda böyük iqtisadi maraqları təmin olunan ABŞ və Böyük Britaniya dövlətlərini və eyni zamanda Azərbaycanı vahid dövlət kimi görməkdən ehtiyatlanan SSRI-ni narahat etməyə başladı. Bu gün Azərbaycanda olduğu kimi, o zaman Irana böyük yatırımlar qoymuş və Iranı müstəmləkəyə çevirmiş ABŞ və İngiltərə heç bir vəchlə Iranda milli və demokratik bir dövlətin qurulub, milli maraqlardan çıxış etməsini qəbul etmək istəmirdi.

Azərbaycanın muxtariyyət əldə etməsindən sonra İranda zülmə məruz qalan digər xalqların da milli azadlıq hərəkatına başlamasından təşviş keçirən Qəvvam əs-Səltənə hökuməti rejimi laxladan bu demokratik proseslərin qarşısını almaq məqsədi ilə və Azərbaycan Milli hökumətini tanımasın deyə, tez bir zamanda SSRI-ni razı salan iqtisadi müqavilələrin bağlanmasına qərar verdi.

Böyük dövlətlərin İrana olan merkantil maraqlarını təmin etdikdən və yeni yaranmış, hələ kifayət qədər oturuşmamış Azərbaycan Milli hökumətinə divan tutduğu halda heç bir dövlətin bu prosesə qarışmamasından tam arxayın olduqdan sonra İran rejimi sərbəstlik əldə etdi və ən iyrənc üsullara əl ataraq Azərbaycan Milli hökumətini devirməyə nail oldu.

Beynəlxalq imperializmdən dəstək alıb, məqsədinə çatan fars rejimi o gündən başlayaraq Azərbaycanın heç bir siyasi, mədəni hüquqlarını tanımaq istəmir və Güney Azərbaycanda yaşayan, say tərkibi İran əhalisinin yarısından çoxunu təşkil edən soydaşlarımızı molla əsarətində saxlamaqda davam edir.

Təəssüflər olsun ki, parçalanmış, vaxtı ilə böyük dövlətlərin “parçala, hökm sür” siyasəti nəticəsində ikiyə bölünmüş xalqlar yenidən birləşsə də, 50 milyon Azərbaycan xalqı öz tarixi haqqına sahib çıxa bilmir. Bu gün bu siyasət göz altına alınmalıdır. Buraxdığımız səhvlərin və bundan irəli gələn tarixi ədalətsizliyin aradan qaldırılması, Azərbaycan deyilən dünyanın vahidliyinin təmin edilməsi siyasəti.

25 mindən artıq soydaşımızın amansızcasına qətlə yetirilməsi, təndirdə diri-diri yandırılmaları, edamlar, fəryad qoparan uşaqların qurbanlıq quzu kimi başlarının kəsilməsi, qız-gəlinin irz-namusuna təcavüzlər, yüz minlərlə insanımızın sürgün və mühacirət həyatı ilə sonuclanan bu qanlı, eyni zamanda millətimizin azadlıq uğrunda mübarizəsinin şanlı səhifələrini özündə əks etdirən 21 Azər tarixi bizi

yaddaşlara səsləməli və biz Güney Azərbaycanımızın bu gün də yaşadığı acıları heç vaxt yaddan çıxarmamalıyıq.

Nurəddin İsmayıl

loading...
loading...
Təhlükəsizlik kəmərini taxmayan sürücü pəncərədən çıxdı - QORXUNC... + VİDEO
Səkkiz nəfərin güllələndiyi hadisənin yeni dəhşətli görüntüləri - VİDEO
“Əhalinin sosial müdafiəsini gücləndirəcək yeni qanun layihələri gəlir” - ŞAD XƏBƏR...
Bu qrupun üzvlərini qətlə yetirib orqanlarını satırlar - QANDONDURAN İDDİA
Boşanma uşaqların kilo almasına səbəb olur - MARAQLI ARAŞDIRMA
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
“Türkiyəylə ABŞ arasında münasibətlərin gərginləşməsi təkcə “S-400” zenit-raketlərinə görə deyil...”
Cəmiyyət
“Demək olar ki, tam sağalmışam...” -Onkoloji xəstəlikdən əziyyət çəkən jurnalistdən xoş xəbər...
Cəmiyyət
“Bu gecə də istidən yatmamışam...” - Yazıçı “Samsung” mağazalarından şikayət etdi
Mədəniyyət
“İkinci yerə layiq görülməyim mənim üçün çox sevindirici oldu…” -Gənc ifaçı…
Gündəm
Zakir Həsənovu təkzib cəhdi rüsvayçılıqla nəticələndi...
Həftənin ən çox oxunanları
"Erməni ordusundakı Rusiyaya bağlı qüvvələr 1-2 rayonu Azərbaycana verib, geri çəkilsə..."
Ailələrin gəldiyi çimərlikdə lüt gəzən kişini döydülər - VİDEO
Naxçıvanda yer yerindən oynadı, düşmənin başına od ələndi - VİDEO
Qarabağda xidmət keçmiş zabit Belarusda daxili işlər naziri oldu: Erməni mediası şokda...
Lamiyə həmin zabitlə 29-cu otaqda görüşüb hamilə qalmışdı
Keçmiş nazirin oğlu ilə eşq yaşayan müğənni: "Gör başqa qızların başına nə oyunlar açır..."
Azərbaycanlı müğənni təyyarədə stüardessa ilə cinsi əlaqədə oldu - ŞOK OLAY - FOTO
“Azərbaycanın təyyarələri qorxuludur, onlar sərhəddimizi keçsə...”
"Deyəsən, Azərbaycan sözdən əmələ keçməyə hazırlaşır...”
70-ci illərdə yaponlar nə üçün SSRİ-dən şüşə qırıqları alıb dənizə tökürdülər?
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)