Millət vəkili Siyavuş Novruzov Moderator.az-a açıqlamasında başa çatmaqda olan 2018-ci ili dəyərləndirib. Cari ili bütün parametrlər üzrə uğrulu hesab edən millət vəkili, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artmasının da məmnunluq doğurduğunu qeyd edib:
“Bu il ölkəmiz üçün çox uğurlu il oldu. Bütün sahələrdə inkişafa şahid olduq. Ölkədə ictimai sabitlik qorunub saxlanıldı. Iqtisadi inkişafa nail olundu. Sosial poblemlər həll olunur. Kənd təsərrüfatı inkişaf edir, tikinti-quruculuq işləri davam edir. Kəndlərdə, şhərlərdə abadlıq işləri gedir, uşaq bağçalarının, məktəblərin, xəstəxanaların tikintisi davam edir. Beynəlxalq aləmdə Azərbaycanın nüfuzu artır. Azərbaycan bu il də bir çox tədbirlərə ev sahibliyi etdi. Hətta üzv olmadığı təşkilatların, qurumların tədbirlərinə belə qonaq kimi dəvət olundu. Bu da Azərbaycanın, Azəbaycan prezidentinin nüfuzunun göstəricisidir.
2018-ci ilin ən mühüm özəlliklərindən biri bu il keçirilən prezident seçkiləri oldu. Bu seçkilərdə xalq-iqtidar birliyi özünü aydın şəkildə büruzə verdi. Xalq yenidən Heydər Əliyev siyasətinə dəstək verdi. Bu, bir daha göstərdi ki, bu yol düzgün yoldur və xalq da bu yola inanır”.
Seymur Əliyev