“Qarabağ”- “Arsenal” futbol oyununun son dəqiqələrində sinəsində beynəlxalq terrorçu Monte Melkonyanın əksi, əlində separatçı-terrorçu rejimin bayrağı olmaqla "Qarabağ" futbolçularının üzərinə yürüyən erməni azarkeşin adı bəlli olub.
Moderator.az xəbər verir ki, Ermənistan saytlarının verdiyi məlumata görə, həmin təxrubatçı erməninin adı Spartakdır. Bu haqda jurnalistlərə “FAF” erməni fan-hərəkatının yaradıcılarından biri Sergey Cancoyan məlumat verib. O, həmçinin istehza ilə bildirib ki, olaydan sonra erməni fanat sərbəst buraxılıb. S. Cancoyan onu da əlavə edib ki, Spartak adlı fanat futbol matçı zamanı törətdiyi əmələ görə inzibati cəzadan yayına bilər...
Erməni idman saytları, həmçinin, olay barədə erməni azarkeşlərin çəkdiyi yeni video da yayımlayıb. Videodan erməni separatçılarının Azərbaycan komandasına və bütövlükdə Azərbaycan dövlətinə qarşı bu təxribata görə necə sevindikləri bəlli olur...
P.S. Azərbaycan dövlətinin ərazi bütövlüyünə qarşı təxribat törətmiş Spartak adlı erməninin Londonda ən azı inzibati cəza alıb-almamasıyla maraqlanmaq yalnız adi vətəndaşların, jurnalistlərin işi deyil, bununla AFFA, XİN. Britaniyadakı səfirliyimiz, diasporumuz və s. ciddi məşğul olmalıdırlar...
Sultan Laçın