DİQQƏT: Sabah bu ərazidə qaz olmayacaq
3355
26 May 2025 | 18:57

DİQQƏT: Sabah bu ərazidə qaz olmayacaq

Mayın 26-da Bakının Yasamal rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
 

Məlumata görə, Yasamal rayonu, Kənar Dairəvi küçəsindəki qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb.


İşlərin yekunlaşdırılması məqsədi ilə mayın 27-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə MİDA yaşayış kompleksində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər