Xəbər lenti
20/01/2019 [22:09]:
20 Yanvar Şəhidləri Qətərdə anıldı - FOTOLAR
20/01/2019 [21:26]:
Kraliçanın 97 yaşlı əri cəzalandırıla bilər
20/01/2019 [20:49]:
İnkişaf etməməyin çox ciddi bir səbəbi
20/01/2019 [20:31]:
8 BMT sülhməramlısı öldürüldü
20/01/2019 [20:21]:
Ehtiyatlı olun, evdən çıxmayın - Tramp amerikalılara səsləndi
20/01/2019 [20:19]:
“Azərbaycanın ağrı-acısını heç vaxt unutmayacağıq”
20/01/2019 [20:07]:
Kişilər qalın qaşlı qadınları bəyənir -ARAŞDIRMA
20/01/2019 [19:56]:
Parisdə 20 Yanvar münasibəti ilə ADR nümayəndələrinin məzarları ziyarət edilib
20/01/2019 [19:55]:
Antalyada şəhidlərimiz anıldı - "Qəbələ"nin oyununda
20/01/2019 [19:53]:
DİN bu gün Şəhidlər xiyabanında baş vermiş insidentə münasibət bildirib
20/01/2019 [19:31]:
Üç ailənin yaşadığı ev yandı
20/01/2019 [19:24]:
“Xəbər gəldi ki, parlamentdəki deputatları  ya gülləbaran, ya da həbs edəcəklər...”
20/01/2019 [19:24]:
ABŞ-da öldürülən azərbaycanlının meyiti vətənə gətirildi
20/01/2019 [19:11]:
İbn Sinadan xərçəngin qarşısını alan möcüzəvi qarışım
20/01/2019 [19:09]:
Şirvanda 80 yaşlı kişi evində ölü tapıldı
20/01/2019 [18:58]:
20 yanvar...
20/01/2019 [18:24]:
İran bu məhsulların idxalını qadağan etdi
20/01/2019 [18:22]:
Əməkdar artist: "Heç üzümüz gülmədi"
20/01/2019 [18:20]:
Daşkənddə dəyəri 1 milyon dollardan çox olan qədim xəzinə tapıldı
20/01/2019 [18:11]:
Zaqatalada oğru dəstəsi tutuldu
20/01/2019 [18:06]:
Əfqanıstanda qubernatora bombalı hücum oldu
20/01/2019 [17:39]:
İlham və Fərizənin həyatlarının son anları: ailə üzvünün xatirələri
20/01/2019 [17:23]:
Rusiyalı deputat: "Təssüf ki, 20 Yanvar faciəsinə beynəlxalq ictimaiyyət tərəfindən yetərincə diqqət ayrılmayıb"
20/01/2019 [16:54]:
“Artıq 29 ildir ki, doğum günümü keçirmirəm...”
20/01/2019 [16:35]:
Ekspert: "Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu"
20/01/2019 [16:21]:
Afrində avtobusu partlatdılar: ölənlər və yaralananlar var
20/01/2019 [15:20]:
İlham cəsarəti vətənə şöhrət, Fərizə sevgisi eşqə yaraşıq!
20/01/2019 [15:10]:
20 Yanvar 1990 cı il… – NADİR FOTOLAR
20/01/2019 [15:00]:
Trampdan yeni həmlə: Divara qarşı “qaçqınlıq islahatı”...
20/01/2019 [14:44]:
Mahaçqaladan Sabirabada qədər uzanan qisasın təfərrüatları: xüsusi amansız qətl planı
20/01/2019 [14:40]:
Bakıda güclü külək mərasim evini uçurub - VİDEO
20/01/2019 [14:37]:
Məşhur milyarder 3 dollarlıq hamburger üçün sıra gözlədi - MARAQLI... +FOTO
20/01/2019 [14:18]:
Yoldan çıxan "Qazel" "06"nın üzərinə aşdı: ölən və yaralananlar var
20/01/2019 [13:57]:
“Qəlbimin sultanı” rus tamaşaçıların qəlbini fəth etdi - Telekanal reytinqini yüksəltdi...
20/01/2019 [13:55]:
Haşımova dəhşətli gecədən danışdı: "Yanımda adamlar olmasaydı, bəlkə mən də bu gün həyatda olmayacaqdım"
20/01/2019 [13:37]:
Ər tapa bilmələri üçün qızlara məcburən yemək yedizdirilir
20/01/2019 [13:19]:
“Mona Liza”nı dünyanın məşhur sənət əsəri edən nədir?
20/01/2019 [13:02]:
Göyərçin musiqi sədaları altında rəqs etdi - İNANILMAZ...+ VİDEO
20/01/2019 [13:00]:
Azərbaycanlı alimin 20 Yanvar faciəsi ilə bağlı məqaləsi İraq mətbuatında dərc olunub
20/01/2019 [12:59]:
Meyxanaçı Ağamirzə özünə qəbir qazdı - VİDEO
20/01/2019 [12:49]:
"İslahatların dərinləşməsi iqtidardakı iddialı adamların maraqlarına cavab vermir..."
20/01/2019 [12:48]:
20 Yanvarda doğulan və şəhid olan şəhidlərimiz - FOTOLAR
20/01/2019 [12:34]:
Bakıda avtobus qəzası: yaşlı qadın ağır yaralandı
20/01/2019 [12:08]:
Qara dənizdə içində azərbaycanlı kapitanın cəsədi olan qayıq tapıldı
20/01/2019 [11:59]:
"Dedi ki, ata evinə qayıda bilmərəm...”- Fərizənin anası...
20/01/2019 [11:37]:
Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər
20/01/2019 [11:33]:
600 il 3 qitəyə hökmranlıq etmiş imperiya: Hansı ölkələri neçə il idarə edib + SİYAHI
20/01/2019 [11:30]:
Mübariz Qurbanlı: "Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər"
20/01/2019 [11:22]:
Səfir: "20 Yanvar təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür"
20/01/2019 [11:06]:
Eyni gündə doğulub, eyni gündə şəhid olan Yusif... - Şəhid bacısının XATİRƏLƏRİ
20/01/2019 [10:57]:
Azadlıq yolunda qalxan bir vuruş...
20/01/2019 [10:51]:
Sevgilisinin məktubunu saxladığım şəhid...
20/01/2019 [10:43]:
Atəşkəs 26 dəfə pozuldu
20/01/2019 [10:39]:
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər Xiyabanında - FOTO
20/01/2019 [10:20]:
Rusiya XİN-dən təzyiq - Ya anlamırlar, ya da Azərbaycanın imicinə zərbə vurmaq istəyirlər
20/01/2019 [10:01]:
İçki məclisində dava düşdü: bir nəfəri bıçaqladılar
20/01/2019 [09:50]:
ABŞ-da yaşayan azərbaycanlı işgüzar xanım...
20/01/2019 [09:43]:
Bakının bu küçələrində hərəkət TAM məhdudlaşdırılır
20/01/2019 [09:38]:
Azərbaycanda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunur
20/01/2019 [09:08]:
"Nənəm erməniyə ərə gedə bilməzdi..." - Həcərin nəticəsi
20/01/2019 [08:42]:
“Şəhidləri yumayın- Qiyamət günü hər qan damlası ətrafa müşk qoxusu saçar...”
20/01/2019 [01:30]:
“Atam “Nəsimi” filminin dünyaya çıxmasını istəyirdi” – İsa Muğannanın qızı
20/01/2019 [01:24]:
Dünyada robotlardan ən çox istifadə edən ölkələr – SİYAHI
20/01/2019 [00:56]:
Dünyanın ən maraqlı döymələri - FOTOLAR
20/01/2019 [00:15]:
Baş məşqçi: "Komandanı futbolçuların cinsi orqanının ölçüsünə uyğun qururam" - MARAQLI
19/01/2019 [23:49]:
Demokratik defisit - “Ah, Avropa”
19/01/2019 [23:11]:
2018-ci ildə Azərbaycanda ən çox qoyulan adlar açıqlandı: Yusif və Zəhra liderlik edib...
19/01/2019 [22:13]:
Yoldan keçən hicablı qadına yumruq atdı - Avropa mədəniyyətsizliyi = VİDEO
19/01/2019 [21:50]:
“20 Yanvarla bağlı sessiyada bəzi deputatlar  qorxudan zaldan qaçmaq istəyirdi...”
19/01/2019 [21:37]:
Ali məktəblərə tələbə qəbuluna dair... - RƏSMİ
19/01/2019 [21:30]:
Məşhur milyarder uşaqlarının atasını axtarır -Kim olduğunu söyləyənə 6 min dollar verəcək
19/01/2019 [21:15]:
Əli Əhmədov: “Səbəb müxalifətin sosial dayaqlarını itirməsidir”
19/01/2019 [21:14]:
Hərbi helikopter qəza təhlükəsi ilə üzləşdi
19/01/2019 [20:04]:
Serbiyada 20 yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirildi
19/01/2019 [19:59]:
ADU-da dəyirmi masa keçirildi - FOTO
19/01/2019 [19:54]:
"Dövlət vəsaitlərindən istifadə sahəsində israfçılıq baş alıb gedir" -Əli Məsimli
19/01/2019 [19:48]:
Qazaxda “Cəhənnəm sakinləri” nümayiş etdirildi -FOTOLAR
19/01/2019 [19:37]:
Naqif Həmzəyev: “Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər”
19/01/2019 [19:34]:
Dəfninə heç kimin qatılmadığı anasını velosipedlə 5 kilometr daşıyıb dəfn etdi
19/01/2019 [19:30]:
UFC rəhbəri Makqreqorun qayıtmasından danışdı
Bütün arxiv bir sırada
15/12/2018 [22:30] - Müsahibə - ( 3933 dəfə baxılıb)

“Məni Salatın Əsgərova ilə birgə şəhid olmaqdan cəmi beş dəqiqəlik zaman ayırdı...”

Ramiz Cəbrayılov: “Salatın xanım kimi igid qadınlarımızı xatırlayanda  Nərmin Şahmarzadə kimi nanəciblərin varlığına lənət oxuyuram...”


Dekabrın 16-da Azərbaycanın Milli Qəhrəmanı, vətənpərvər, milli qeyrətli jurnalist Salatın Əsgərovanın doğum günüdür.  Bu haqsız dünyada yaşasaydı, 57 yaşı olacaqdı.  27 il öncə  30 yaşında namərd erməni gülləsindən şəhid olmuş bu igid xanımın Bakıdakı  rusca “Azərbaycan gəncləri”(“Molodyoj Azerbaydjana”) qəzetindəki müxbir işi və gündəlik ailə həyatı barədə iş yoldaşları, qohum-qonşuları  kifayət qədər danışa bilərlər. Amma onun Qarabağın qaynar nöqtələrindəki jurnalist fəaliyyəti haqda danışa bilən nadir insanlar var. Belə şəxslərdən biri də  o illərdə  Laçın rayon Gənclər Komitəsinin 1-ci katibi vəzifəsində çalışmış Ramiz Cəbrayılovdur. Ramiz müəllim  Moderator.az əməkdaşı ilə söhbətində qəhrəman qadın müxbirin ömrünün son günlərində həmin vaxtlar bir sıra kişi həmkarlarının ezamiyyətə getməyə cəsarət etmədiyi Laçın rayonundakı erməni terrorçularıyla üzbəüz ən qaynar nöqtələrdə jurnalist kimi fəaliyyətinin bilavasitə şahidi olduğu ən maraqlı anlarından bəhs edib...

 

“Rəhmətlik Salatın şəhid oğlu olan milisin avtomatını alıb erməni kəndinə tərəf bir sandıq güllə boşaltdı...”

 

-Ramiz müəllim, Salatın Əsgərova adını eşidəndə, görəndə yaddaşınızda hansı olaylar canlanır?

 

-Rəhmətlik Salatın Əsgərova həddindən artıq vətənpərvər, Azərbaycanın ərazi bütövlüyünə  təcavüz edən düşmənlərə hədsiz nifrət bəsləyən bir xanım idi. Bunlar boğazdan yuxarı deyilən sözlər deyil. Mən bu  qəhrəman jurnalistlə cəmi bir neçə günlük ünsiyyətim zamanı onun bu Xalqa, Vətənə, Torpağa qarşı hisslərinin gerçəkliyinin şahidi oldum...

 

1991-ci ilin o qarlı günləri yaddaşıma xüsusi həkk olunub. Səhv etmirəmsə, yanvarın 7-i axşam saatları idi. Kabinetdə işlərimi yekunlaşdırıb çıxmağa hazırlaşırdım. Bu dəm qapı açıldı və içəri duruşundan-yerişindən cəsarət yağan qıvraq geyinmiş bir xanım daxil oldu və salam verib özünü Salatın Əsgərova ad-soyadlı müxbir olaraq təqdim edən kimi diktafonu mənə tərəf uzadıb dərhal mətləbə keçdi: “Ramiz müəllim, bu erməni separatçıları barədə nə düşünürsüz?”

 

Mən də konkret cavab verdim: “Azərbaycanın ərazi bütövlüyünü təhdid edən, ölkə qanunlarına tabe olmayan, dinc insanları, qocaları, uşaqları, qadınları amansızlıqla qətlə yetirən separatçı,  terrorçu ermənilərin kökü bu torpaqlardan tamamilə kəsilməlidir... Bunun başqa yolu yoxdur...”

 

Hiss etdim ki, cavabım müxbir xanım  üçün gözlənilməz oldu. Dedi ki, mən adətən partiya, komsomol işçilərindən bu barədə soruşanda onlar beynəlmiləlçilikdən, xalqlar dostluğundan danışır – bu da məni hiddətləndirir. Amma deyəsən, sizinlə söhbətimiz tutacaq...  Sonra Laçının sərhəd və Qarabağın erməni kəndləri ilə qonşu kəndlərindəki vəziyyət, əhalinin əhvali-ruhiyyəsi haqda ətraflı danışdıq. Söhbət əsnasında  Salatın xanım çantasından bir cüt o qədər də bahalı görünməyən uşaq ayaqqabısı çıxardı və onları fərəhlə mənə göstərib dedi ki, bilirsiz, bunlar mənim üçün nə qədər dəyərlidir. “Yalnız ona görə yox ki, bunları oğlum Ceyhuna almışam. Əsas ona görə ki, bu bir cüt ayaqqabı Azərbaycanın Xankəndi şəhərindən alınıb. Ermənilərin qarışqa kimi qaynaşdığı mağazaya girib erməni satıcıdan aldım bunları.  Azərbaycanlı olduğumu biləndə  məni əhatəyə alıb hay-küy qopardılar.  Yaxınlıqdakı rus hərbçilər olmasaydı, bəlkə də məni öldürərdilər. Mən indiki vaxtda  ermənilərin çoxluq təşkil etdiyi  o şəhərimizə girməyin təhlükəli olduğunu bilə-bilə, bu şəhərin Azərbaycana məxsusluğunu təsdiqləmək üçün qəsdən bunu etdim... Mənə bu ləzzət elədi. Çünki o kinli ermənilərə sübut etdim ki, mən azərbaycanlıyam, Xankəndi də bizim şəhərimizdir və mən bu şəhərin küçələrini, dükanlarını sərbəst gəzirəm, alış-veriş edirəm...”

 

 Artıq hava qaralanda xanım qonağım soruşdu ki, ermənilərlə üzbəüz postlar haradadır, oraya gedə bilərik. Cavab verdim ki, Salatın xanım, indi gecdi yorğunsunuz, həm də oralara getmək sizin üçün təhlükəli olar, sabah gündüz gedərik.. Rəhmətlik razılaşdı. Onu qonaq evində yerləşdirib, özüm də evə yollandım. Səhər tezdən işə gələrkən postlardakı vəziyyətlə maraqlananda oradakı hərbçilər və milislər xəbər verdi ki, sizin jurnalist qonağınız gecə saat 1-2-dək bir neçə postda olub bizimlə ocaq ətrafında söhbət edib. Şəhərdə Salatın xanımla görüşəndə ona yarızarafat-yarıciddi dedim ki, xanım, bizim sözümüzü niyə dinləmədiniz. O da cavabında dedi ki, Ramiz müəllim, bu gecə elə rahat yatmışam. O postda duranlarla, könüllü gənclərimizlə görüşüb söhbət etmək qəlbimə bir dinclik gətirdi. Ancaq mən daha uzaq bir neçə sərhəd kəndinə getmək istəyirəm...

 

Salatın xanımla əvvəlcə erməni kəndləri ilə üzbəüz, erməni yaraqlıların birbaşa güllələri altında olan Cijimli kəndinə getdik. Sonra isə Şuşanın ermənilər yaşayan və terrorçuların bazasına çevrilmiş  Kirov və Qaladərəsi kəndləri ilə qonşu olan doğma kəndim Ağanusa  yollandıq. Salatın xanım sakinlərlə söhbət etdi, problemləri ilə maraqlandı.  Həmin vaxt kənddə milislər də keşik çəkirdi. Onlardan biri də kəndimizin ilk şəhidi, 1990-cı ilin oktyabrında  erməni terrorçuları tərəfindən qətlə yetirilmiş rəhmətlik Təvəkkül Məhərrəmovun oğlu Əbülfət Məhərrəmov  idi.  Kiçik qardaşı Zaur da yanında idi. Mən Salatın xanıma onları təqdim etdim. O, kövrələrək şəhid balalarının alnından öpdü və onlara ürək-dirək verdi ki, inşallah, atanızın qisası tezliklə alınacaq. Sonra da məndən erməni kəndinin hansı istiqamətdə olduğunu soruşdu. Göstərdim ki, filan dağın o üzü erməni kəndidir. Rəhmətlik  igid xanım jurnalistimiz, xahiş etdi ki, Ramiz müəllim, onsuz da ürəyimə damıb ki, bu şərəfsiz erməni quldurları məni də öldürəcək, elə bu şəhid oğlu olan milisimiz icazə versəydi, onun avtomatı ilə o erməni terrorçularının yuvasına tərəf bir atəş açardım, heç olmasa, ürəyim bir az soyuyardı. Düzdü, qanunu pozsaq da, mən milisdən xahiş etdim, silahını Salatın xanıma verdi. Rəhmətlik özü sərbəst şəkildə avtomatı ayağa verib erməni kəndinə tərəf bir sandıq güllə boşaltdı. Sonra dedi ki,  bilirəm güllələr düşmənlərə çatmadı, amma özümdə bir rahatlıq tapdım, yəni mən də terrorçulara tərəf güllə atdım... Daha sonra yaxınlıqdakı qayaya bir neçə nişana qoyub onları da vurdu...  Salatın xanım bax belə vətənpərvər qadın idi... Şəhid oğlunun avtomatından atəş açdı, ertəsi gün özü də şəhid oldu. Özü də maraqlıdır ki, Salatına atəş açanların başçısı da elə Təvəkkül kişini qətlə yetirən Arno Mkrtıçyan adlı erməni olmuşdu... Bu haqda maraqlı epizodu sonra danışaram...

 

-Siz müxtəlif vəzifələrdə çalışarkən çox jurnalistlərlə, qələm sahibləri ilə rastlaşmısız. Rəhmətlik  Salatın xanımda peşəsinə hörmət baxımından digərlərindən fərqli hansı cəhətləri gördünüz?

 

-Yadımdadır ki, ermənilərlə qarşıdurmalar başlayandan bəri bir neçəsi istisna olmaqla Laçına kişi jurnalistlərin çoxu gəlməkdən ehtiyat edərdi. Gələndə də dərhal ezamiyyə vərəqəsi ilə yanıma gəlib yalvarırdılar ki, bura bir möhür vurun, çıxaq gedək... Həm də  o vaxtın yazılmamış qanunlarına uyğun olaraq onları pay-püşlə yola salmalı idik. Amma Salatın Əsgərova qorxmaz, cəsarətli olmaqla yanaşı, həm də mərd, əyilməz, şəxsiyyətini qoruyan, əsl türk, müsəlman  xarakterinə malik bir xanım idi...

 

Rəhmətlik rayonda olanda, açığı deyəcəm, mən “Raypo”nun(rayon istehlak cəmiyyəti) müdirindən xahiş etdim ki, bir qonaq kimi bu xanım jurnalistə bir “hədiyyə” təşkil elə, əziyyət çəkib qadın xeylağı Bakıdan bu təhlükəli yerə gəlib.  Mən  kabinetdə Salatın xanımla söhbət edərkən həmin müdir gəlib çıxdı. Mən arada siqaret çəkmək adıyla bayıra çıxdım ki,  qonağıma “hədiyyə” verilərkən utanmasın. Amma iki dəqiqə sonra qapı açıldı və Salatın xanım bayıra çıxıb hiddətlə üzərimə yürüdü ki, heç sizdən gözləməzdim, mən buraya sizdən pul almağa gəlmişəm... Dedim, xanım, biz əvvəldən belə öyrəşmişik ki, bura gəlib-gedən həmkarlarınızın əksəriyyəti bizdən nəsə umub. Yenə qəzəblə cavab verdi ki, belə dırnaqarası jurnalistlərin umduqları gözlərinə girsin, bəs onların milli qeyrəti, şərəfi harda qalıb. Sizə-  düşmən əhatəsində olan rayonun sakinlərinə hamı kömək  etməlidir. Biz Laçına  gəlib sizlərə ürək-dirək verməliyik... Biz buraya gəlib sizlərdən nəsə umuruqsa, onda Azərbaycanın havası, suyu, çörəyi bizə haram olar... Özümdən asılı olmadan gözlərimdən yaş gəldi ki, Şükür sənə Allah, belə qeyrətli, qürurlu xanım jurnalistlər də varmış... Sonradan öyrəndim ki, rəhmətlik Salatın maddi cəhətdən çox ehtiyac içində yaşayırmış...

 

Bu gün Salatın xanımın o mərd, nəcib, kişiyana hərəkətlərini yada salıb bu günkü üzdəniraq Azərbaycan qadını hesab edilən şərəfsizlərin, o cümlədən hansısa bir ermənipərəst  qrup tərəfindən ortalığa atılmış Nərmin Şahmarzadə kimi nanəciblərin varlığına lənət oxuyuram... Belələri bilsinlər ki, onlar heç vaxt Mübariz İbrahimovları, Salatın Əsgərovaları, nə də onların uğrunda həlak olduğu Qarabağı Azərbaycan xalqının qəlbindən silməyə nail ola bilməyəcəklər...

 

Birdən torpağının 20 faizi işğal altında olan Azərbaycanımızın bəzi gerçəkliklərini görəndə, doğma yurd həsrəti ilə 27-ci ildir ki, qovrulduğumuzu düşünəndə deyirəm ki, ay Salatın xanım, kaş o beş dəqiqəlik zaman  məni də səninlə bərabər şəhid olmaqdan ayırmayaydı və mən bu günləri görməyəydim...

 

-Hansı beş dəqiqədən danışırsız Ramiz müəllim? Salatın Əsgərova şəhid olmamışdan öncə nə baş verdi ki?..

 

(Davamı var)

 

Söhbətləşdi: Sultan Laçın

 

  

 

 

 

 

 

Kişilər qalın qaşlı qadınları bəyənir -ARAŞDIRMA
Məşhur milyarder 3 dollarlıq hamburger üçün sıra gözlədi - MARAQLI... +FOTO
600 il 3 qitəyə hökmranlıq etmiş imperiya: Hansı ölkələri neçə il idarə edib + SİYAHI
Azadlıq yolunda qalxan bir vuruş...
Dünyanın ən maraqlı döymələri - FOTOLAR
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
20 yanvar...
Maraqlı
Ər tapa bilmələri üçün qızlara məcburən yemək yedizdirilir
Maraqlı
“Mona Liza”nı dünyanın məşhur sənət əsəri edən nədir?
Hadisə
Sevgilisinin məktubunu saxladığım şəhid...
Ədəbiyyat
“Atam “Nəsimi” filminin dünyaya çıxmasını istəyirdi” – İsa Muğannanın qızı
Həftənin ən çox oxunanları
Bakıda gözlənilən tornado Elman Rüstəmovla Əhməd Əhmədzadəni Londondan vurdu - FOTOLAR
Bakıda dəhşətli qəza: "Mazda" 2 ayın gəlinini vurub öldürdü - FOTOLAR 18+
Bu ölkədən idxal olunan 7 ərzağı başınıza silah dirəsələr də YEMƏK OLMAZ!!!
“Sabah ölkədə elə proseslər baş verə bilər ki, eşidəndə adamın tükləri biz-biz olar...”
Xalqı hansı sülhə hazırlayırlar? - Təhlükə başımızın üstündədir, yoxsa...?
Putin Paşinyanı qucaqlayır, Lukaşenko İrəvan yolçuluğunda... - Bəs biz nəyi gözləyirik?
Ucarda dəhşət: 16 yaşlı qız qaçırılıdı, zorlandı, sonra ailəsinə qaytarıldı - VİDEO
Soydaşlarımız Moskvada "Vı, pustoy narod" sözlərinə etiraza toplaşır - SON XƏBƏR... + VİDEO
Şəhər meri 30 il kirayədə yaşayan süpürgəçiyə ev verdi-İbrətamiz- FOTOLAR  
“Amerika genetikləri Gəncə yaxınlığındakı bu yer haqqında bizdən çox bilirlər...”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə