Allahşükür Paşazadənin Vazgen və Qareginlə danışıqlarının SSRİ-dən başlanan tarixi -“Ruhani diplomatiyası”
Oxunub: 1411
15 Dec 2018 | 22:46
Allahşükür Paşazadənin Vazgen və Qareginlə danışıqlarının SSRİ-dən başlanan tarixi -“Ruhani diplomatiyası”

Bu il Azərbaycanın ən ağrılı münaqişəsi olan Qarabağ probleminin 30 yaşı tamam olur. 1988-ci ildə başlayan və sürətlə SSRİ-də ən böyük etnik münaqişəyə çevrilən Qarabağ bu 30 ildə özünün ən ağır mirasını qoyub. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, ətorpaqlarımızın 20 faizinin itirilməsinə gətirib çıxarıb, 1 milyondan çox  insan öz evindən və doğma yurdundan didərgin düşməyə məcbur olub.

Münaqişə SSRİ dağıldıqdan sonra bu günə qədər müstəqil Azərbaycanın həlli üçün bütün hərbi, siyasi gücünü və kapitalını qoyduğu problem kimi qalmaqdadır.  Prezident İlham Əliyevin siyasi iradəsi ilə aparılan danışıqlar prosesi ATƏT-in Minsk Qrupu tərəfindən dəstəklənir. Bugünkü danışıqlar formatı nəticə verməsə də, münaqişənin həllində Bakı üçün əlverişi imkanların axtarışı baxımından mühümdür.

Azərbaycan eyni zamanda problemin düyün nöqtəsinin açılmasına yönəlik ictimai təşəbbüsləri də alqışlayır və bunu üçün lazımi platformaları yaradır.       

Hazırkı dünyada qeyri-hökumət təşkilatlarının, ictimai qurumların, nufuzlu dini şəxslərin  münaqişələrin sülh yolu ilə həllində, zorakılığın qarşısının alınmasında vacib faktor olması barədə tezis populyardır.

Bəs bu tezisə söykənən “ruhani diplomasiyası” Qarabağ münaqişəsində ümidləri doğrulda bilirmi?

Qarabağ münaqişəsi dini mahiyyət daşımasa da, zaman-zaman onu “müqəddəs müharibə”yə çevirməyə çalışıblar. “Binəsib xristian ermənilərinin qətli”, “İsa Məsih qullarına əzab verilməsi” kimi cəfəng iddialar siyasi dəllalara bölgədə öz çirkin niyyətlərinin həyata keçirilməsi üçün yaxşı fürsət hesab olunub. Lakin onların bu məqsədi baş tutmayıb. Burada ruhani missiyanın məsuliyyəti və hadisələrə yanaşmada emosional, millətçi sloqanlara deyil, Allahın buyurduğu bəşəri mesajlara sadiq olmaları böyük rol oynayıb. Məhz  ruhani liderlərin mövqeyi bu münaqişəyə dini don geyindirilməsinin qarşısını almaqda mühüm rol oynayaraq,  problemin dinc yolla həllində vacib rıçaqa çevrilə bilib.

Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və onun sədri Allahşükür Paşazadənin ötən illərdə apardığı iş münaqişəyə dini rəng verməyə cəhd edənlərin planları üçün əngəl olub.

Qarabağ probleminin ilk illərindən başlayaraq QMİ xalqlar arasında nifaqın, millətlərarası nifrətin dərinləşməməsi üçün bütün imkanlarını səfərbər edib. Bu baxımdan Şeyxülislam Allahşükür Paşazadə atdığı bütün addmlarında ardıcıl olub.

Onun erməni kilsəsinin rəhbəri ilə təmasları 30 il bundan əvvələ - münaqişənin başlandığı vaxtlara təsadüf edir. 1988-ci ilin fevral ayında SSRİ DTK-sının təxribatı və sovet rəhbərliyinin korəfəhimliyi üzündən Sumqayıtda baş vermiş faciəli hadisələrə QMİ tərəfindən reaksiya verilib.

Bunu tarixi münaqişənin sülh yolu ilə həlli üçün ilk başlanğıc saymaq olar. Bundan sonra Ermənistan katalikosu Vazgen ilə QMİ sədri Allahşükür Paşazadənin 4 may 1988-ci ildə görüşü baş tutub. Rostovda keçirilən bu görüşdə Şimali və Cənubi Qafqazın dini liderləri toplaşmışdı. Xrisitan və müsəlman liderləri görüşdə qəbul etdikləri birgə müraciətlərində  münaqişə tərəflərini dostluğa və sülhə çağırırdılar. 

SSRİ-nin son illərində aktiv hərbi qarşıdurmalar fazasına daxil olan Qarabağ davası artıq dünyanın ruhani liderlərinin ciddi narahatlığı ilə qarşılanırdı. Azərbaycan və Ermənistan dini liderlərinin növbəti görüşü 1993-cü ildə - SSRİ dağıldıqdan sonra baş tutub.

Görüşün təşəbbüskarları Ümumdünya Kilsələr İttifaqı və Avropa Kilsələr Konfransı (AAK) idi. Danışıqlar üzrə məsuliyyəti Ümumdünya Kilsələr Şurasının katibi Konrad Rayzer və AKK-ın katibi Jan Fişer üzərinə götürmüşdü. 1993-cü ilin fevralında İsveçrənin Montre şəhərində QMİ sədri Allahşükür Paşazadə və katalikos 1-ci Vazgen görüşüblər. Cəbhədə ağır döyüşlərin getdiyi o dönəmdə hər iki dini lider imzaladıqları birgə müraciətdə bir daha bəyan edirdilər ki, Qarabağ münaqişəsi dini motiv daşımır. 

Bundan sonra vasitəçilik missiyasını Rus Pravoslav Kilsəsi öz üzərinə götürdü. 1994-cü ildə 1-ci Vazgen və Şeyxüilsam Allahşükür Paşazadə münaqişə tərəflərinə müraciət edərək, qan axıdılmasını dərhal dayandırmağa çağırdılar. 


Allahşükür Paşazadənin katalikosla növbəti görüşü 1995-ci ilin yayında baş tutdu. Rusiya Patriarxı II Alekseyin təşəbbüsü ilə QMİ sədri 1-ci Qareginlə görüşdü. Bu üçtərəfli görüşdə Azərbaycan, Rusiya və Ermənistanın ruhani liderləri bəyanat qəbul edərək, bir daha Qarabağ münaqişəsinin dini mahiyyət daşımadığını bildirdilər.  

1995-ci ildə keçirilimiş görüş isə yeni təkliflər diqqət çəkir: Dini liderlər sülh konfransının çağırılması barədə təşəbbüslə çıxış edirlər. Həmçinin atəşkəsin imzalandığı o dövrdə qaçqınlar, girovlar və əsirlərlə bağlı problemin həll olunmasının mühümlüyünü bəyan edirlər. Onlar bunu sülh əldə edilməsinin vacib şərti saydıqlarını deyərək, münaqişə tərəflərinə əllərində olduğu bütün əsirləri azad etməyə çağırırlar.

“Ruhani diplomatiyası” 2000-ci illərdə də aparılıb. Bütün bu görüşlərdə hansısa razlıaşmalar əldə edilib və tarixi bəyanatlar səsləndirilib.

26 aprel 2010-cu ildə isə münaqişənin tarixində görünməmiş hadisə yaşandı: İlk dəfə olaraq erməni katalikosunun rəhbərlik etdiyi nümayəndə heyəti Yerevandan Bakıya gəldi. Şeyxülislam Allahşükür Paşazadə tərəfindən Azərbaycana dəvət edilən katalikos Qaregin Bakıda keçirlən dini liderlərin Ümumdünya sammitində iştirak etdi.

O zaman QMİ sədrinin münaqişənin həlli ilə bağlı ardıcıl mövqeyinin xrisitan və islam liderləri arasında böyük dəstək alması katalikos Qaregini Bakıya gəlməyə məcbur etmişdi. 
 

Sammitdə çıxış edən 2-ci Qaregin etnik münaqişələrin mövcudluğunun bir çox dini dəyərləri də təhlükə altına saldığını etiraf etdi. Katalikos dinlərarası dialoqun bəşər mədəniyyətinin xilasına xidmət etdiyini vurğuladı, azad və dinc həyata doğru getməyin vacib olduğunu bəyan etdi.  O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün səylərin davam etdiriləcəyini bildirirdi.

Sammit çərçivəsində katalikos Qaregin, şeyxülislam Allahşükür Paşazadə və Rusiya Patriarxı Kirill arasında üçtərəfli görüş keçirildi. Sonda yekun bəyanat  qəbul olundu. Dini liderlər sənəddə problemin sülh yolu ilə həllinin vacibliyini qeyd edir və bu istiqamətdə öz səylərini davam etdirəcəklərini açıqlayırdılar.

Bakıda olan Qaregin Prezident İlham Əliyevlə də görüşdü. Dövlət başçısı din xadimlərinin sülh təşəbbüslərini alqışlayır və bu işdə din xadimlərinin rolunu yüksək qiymətləndirirdi.

Daha sonra 28 noyabr 2011-ci ildə katalikos 2-ci Qareginin dəvəti ilə şeyxülislam Allahşükür Paşazadə MDB ölkələrinin Dinlərarası Şurasının iclasında iştirak etmək üçün Yerevana getdi.

İclasdan sonra Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin ənənəvi üçtərəfli görüşü baş tutdu. Burada qəbul olunmuş birgə bəyannamədə hərbi əsirlərin dəyişdirilməsi və həlak olanların cəsədlərinin qaytarılması alqışlanırdı: “Biz münaqişə tərəflərini regionda sülhə, sabitliyə sadiq qaldıqlarını nümayiş etdirməyə çağırırq”-deyə birgə bəyənnamədə vurğulanırdı.  

Yerevan görüşündə daha bir razılıq əldə olundu: Növbəti görüşü erməni-azərbaycanlı sərhəddində keçirmək!

2014-cü ilin avqustunda katalikos 2-ci Qaregin Şeyxülislama məktub göndərərək, sərhədboyu atəşkəsin pozulmasından narahatlığını ifadə edir və bunu “sülhə ciddi təhlükə” adlandırırdı. Qaregin yazırdı ki, “Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının alternativi yoxdur”.

Qareginə cavab məktubunda A.Paşazadə hərbi qulluqçuların həlak olması və sərhədyanı yaşayış məntəqələrində insanların dinc həyat şəraitinin pozulması ilə bağlı  narahatlığa şərik olduğunu yazır və əlavə edirdi ki, “Sizin bəhs etdiyiniz bu atəşlər və təxribatçı hərəkətlər Azərbaycan torpaqlarında baş verir”.

 

“Buna görə də təkcə bu cür təhrikçilik hərəkətlərinə deyil, ümumiyyətlə, çoxdan davam edən müharibəyə və bütövlükdə ərazi münaqişəsinə tezliklə son qoymaq lazımdır. Bunun üçün Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərindən öz qoşunlarını çıxarmalı, qaçqınlar və məcburi köçkünlər doğma yurdlarına qayıtmalıdırlar. Yalnız bu halda ölkələrimiz arasında gərginlik aradan qalxacaq, daimi sakitlik və çoxdan gözlənilən sülh bərqərar olacaq. Təəssüf ki, Ermənistan Azərbaycan dövlətinin və Azərbaycan ictimaiyyətinin sülhsevər çağırışlarını indiyə qədər eşitmir”.

2016-cı ilin aprel döyüşləri zamanı Rusiya Patriarxı dini liderlərə görüşmək və cəbhə xəttindəki hadisələrin müzakirəsini təklif etdi. QMİ sədri katalikosa görüşmək üçün müraciət etsə də,  Qaregin bundan imtina etdi.

Dini liderlərin son görüşü 2017-ci ilin sentyabrında Moskvada baş tutub.  Şeyxülislam Allahşükür Paşazadə Danil monastırında Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill və bütün ermənilərin katalikosu 2-ci Qareginlə görüşüb. 
Görüşdən əvvəl patriarx Kirillin  mətbuat xidmətinin yaydığı  bəyanatda vurğulanırdı ki, “bu görüş planlaşdırılmış xarakter daşıyır və son bir neçə ilin mövzusudur. Görüş Cənubi Qafqazda sülhün tezliklə bərpa edilməsinə yönəlib”.

Görüşdə əsas müzakirə mövzusunun Dağlıq Qarabağ münaqişəsi olacağı əvvəlcədən məlum idi. Bundan əlavə, görüşdə erməni əsirliyində olan kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin də məsələsi müzakirəyə çıxarıldı.
QMİ sədri Allahşükür Paşazadə çıxışı zamanı görüşün “bütün Qafqaz xalqları üçün bəhrə verəcəyinə” ümid etdiyini deyirdi: “Dağlıq Qarabağ münaqişəsinin həlli çox uzanıb. Buna kimi də görüşlərimiz olub, təəssüflər olsun ki, nəticəsiz qalıb. Təkcə Qarabağda deyil, Azərbaycan-Ermənistan sərhədində dinc insanlar həlak olurlar. Biz bu məsələyə bu cür yanaşsaq, çətin ki, həll yoluna gələk".

"Biz din xadimləriyik, hərbçi deyilik. Problemin elə həll yolunu tapmalıyıq ki, xalqlara ziyan gəlməsin. Dini liderlərin münaqişənin həllinə töhfə vermək imkanları var. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Müharibə də Azərbaycan ərazisində gedib. Azərbaycan torpaqları işğal olunub”- deyə Şeyxülislam Qareginlə görüşündə ona demişdi.

A.Paşazadə bildirirdi ki, sadəcə, görüşmək xatirinə görüşməməlidirlər.

Qarabağ münaqişəsinin həllində ruhani rəhbərlərin görüş tarixi belədir. Bu təmaslar problemin dünyaya təqdim olunmasında kömək etsə də, daha çox ictimai diplomatiyanın bir aləti kimi çıxış edib.

Bəs belə görüşlərin yekununu necə qiymətləndirmək olar?

Müasir dünyada baş verən münaqişələrdə din faktoru əsas rol oynayır. Dini inanclara görə, təqib olunanlar, etiqadı silaha çevrirərək cəmiyyəti parçalamağa can atanlar günümüzün reallığına çevrilib.

İlk olaraq qeyd etmək lazımdr ki, dini liderlərin belə təmasları Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin dünya platformasına təqdimda ciddi rol oynayır.

Burada əsas olaraq dini liderlərin rolunu və tarixi bəyanatlarını qiymətləndirmək lazımdır: Bütün deklorativliyinə baxmayaraq, ruhani xadimlər tərəfləri sülhə, dialoqa və dinc danışıqlara dəvət ediblər. Bu müddət ərzində dini liderlər əsirlərin azad olunmasında, həlak olanların nəşinin dəyişdirlməsində və digər məsələlərdə uğura nail ola biliblər.  Bu isə müharibənin ağrılarını az da olsa yüngülləşdirməyə kömək edib.

Əlbəttə, dini liderlərin səylərinin belə bir mürəkkəb münaqişəyə son qoyacağına ümid etmək həddən artıq sadəlöhvlük olardı. Amma uzun əsrlər boyu dini faktorun insan həyatının müxtəlif fəaliyyətlərindəki təsirini nəzərə alsaq, ruhani liderlərin problemin həlli üçün  səyləri vacib və həyati əhəmiyyət daşıyır. 

Bu görüşlər Qarabağa ədaləti sülhün gəlməsi üçün aparılan dövlət siyasətində vacib detaldır və xalqların gələcək tarixində öz müsbət izini qoyur. (modern.az)

Oxşar xəbərlər
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
07:22, Bu gün
Sumqayıtda ata-anasını qətlə yetirməkdə şübhəli bilinən gənc saxlanlıb
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
GÜNLÜK
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 09:32
Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
18 Apr 2024 | 09:43
Ərli qadınlar niyə xəyanət edir? - Ağlasığmaz səbəbləri şoka salacaq
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 09:57
Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 09:32
Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
18 Apr 2024 | 09:43
Ərli qadınlar niyə xəyanət edir? - Ağlasığmaz səbəbləri şoka salacaq
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 09:57
Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO