Baş nazir vəzifəsini yerinə yetirən Nikol Paşinyan 2016-cı ilin Aprel savaşında işğalçı ölkənin çox sayda itki verməsinin əsas günahkarlarından hesab edilən Ermənistan Müdafiə Nazirliyi Baş Qərargahının kəşfiyyat idarəsinin sabiq rəhbəri, general-mayor Arşak Karapetyanı özünə məsləhətçi təyin edib.
Moderator.az xəbər verir ki, bu haqda işğalçı ölkə saytları məlumat yayıb. Arsak Karapetyan Ermənistanın o vaxtkı terrorçu prezidenti Serjik Sərkisyanın sərəncamı ilə 26 aprel 2016-cı ildə vəzifəsindən azad edilib.
Ermənistanın ictimai dairələrində bu günədək əmindirlər ki, 2016-cı ildə Arşak Karapetyan və onun rəhbərlik etdiyi idarə Azərbaycan Silahlı Qüvvələrinin gözlənilən hücumu barədə vaxtında xəbərdarlıq edə bilməyib. Bütün bunlarla belə, A.Karapetyanın Baş nazirin müşaviri vəzifəsinə təyin edilməsi erməni ictimaiyyəti tərəfindən ciddi şəkildə tənqid olunub və təşvişə səbəb olub.
Sultan Laçın