Azərbaycan musiqisinin ABŞ-dakı yorulmaz təmsilçisi... - FOTOLAR
Oxunub: 2242
19 Dec 2018 | 10:01
Azərbaycan musiqisinin ABŞ-dakı yorulmaz təmsilçisi...  - FOTOLAR

Amerika, soydaşlarıma verdiyin imkanlara görə səni çox sevirəm...


Vaxt az olduğundan ehtiramımı göstərməkdən ötrü onu qonaq dəvət edib, xidmətində durmaqdan başqa əlimdən heç nə gəlmədi. Kaş biləydiz, bu xanımın Azərbaycan musiqisinin təbliğində nə boyda xidmətləri var…

Bir başqa aləmdir, Aida xanım. Duyğusal, romantik. Bir o qədər də əzmkar, iradəli…
Deyir ki, ailədə ilk və yeganə musiqiçidir. Atası Nemət Hüseynov mikroelektronika üzrə ölkənin aparıcı mütəxəssislərindən biri olub, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatıdır. Məşhur Azon zavodunun yaradıcılarından biridir, ötən əsrin 70-80-ci illərində həmin zavodun baş mühəndisi vəzifəsində çalışıb. Anası Natella Kazımova kimya elmləri doktoru olub, bütün ömrünü Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda çalışıb. 2012-ci ildə dünyasını dəyişib.

Qardaşı Emin Hüseynov isə texnika üzrə fəlsəfə doktorudur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti, bir sıra kitabların və dərslikərin müəllifi, çalışdığı təhsil ocağının beynəlxalq əlaqələrinin inkişafında əhəmiyyətli payı olan alim və müəllimdir…

Aida Hüseynova 1964-cü ildə Bakıda doğulub. 1982-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirib. Konservatoriyada tarixi-nəzəriyyə və fortepiano ixtisasları üzrə təhsil aldığı zaman nüfuzlu Lenin təqaüdünə layiq görülüb. 

1992-ci ildə Sankt- Peterburq Dövlət Konservatoriyasında bəstəkar Müslüm Maqomayevə həsr olunmuş namizədlik dissertasiyanı uğurla müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə soktoru elmi ad alıb. Bir neçə il Bakı Musiqi Akademiyasında müəllimlik edib...

2000-ci ildən elmi və tədris fəaliyyəti Amerika Birləşmiş Ştatlarının İndiana Universiteti ilə bağlıdır. Daha dəqiqi həmin universitetinin nəzdində olan Ceykobs Musiqi Məktəbində çalışır. Həmin məktəb ABŞ-nın, eləcə də bütün dünyanın ən nüfuzlu ali musiqi təhsil ocaqlarından biridir. Beş kitab və 200-dən çox məqalələrin müəllifidir…

Özünü şanslı adam sayır. Söyləyir ki, tale onu çox gözəl müəllimlərlə rastlaşdırıb. 8 nömrəli musiqi məktəbinin direktoru, mərhum Rəna Rəhimova onun ilk musiqi müəllimi olub. Sonradan 16 nömrəli məktəbdə təhsil alıb, burada o, Zemfira İsmayılzadənin sinfində oxuyub. Tezliklə Azərbaycanın gənc pianoçular müsabiqəsinin laureatı olub və Bülbül adına orta ixtisas musiqi məktəbində təhsilini davam etdirib. Dediyinə görə, həmin vaxtlar 16 nömrəli musiqi məktəbinin direktoru vəzifəsində çalışan, Azərbaycan musiqisinin canlı əfsanəsi, pianoçu Çingiz Sadıxovun onun haəyatında əvəzsiz rolu olub…


Nəsibinə bir çox ali musiqi məktəblərində olmaq düşüb, dünyanın ən nüfuzlu universitetlərində, o cümlədən ABŞ-nın Harvard, Prinston, Berkli, Stanford, Kolumbiya universitetlərində, Böyük Britaniyanın Kembric Universitetində mühazirələrlə çıxış edib, müxtəlif konfransların iştirakçısı olub...

Deyir ki, elmi və pedaqoji fəaliyyətində üç ali təhsil ocağının xüsusi rolu var və bunlardan ilki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasıdır. Bu tədris ocağında o, həm musiqişünas, həm də pianoçu kimi püxtələşib və uzun illər müəllimlik etdib…

Sankt Peterburq Konservatoriyasının da onun həyatında az rolu olmayıb. 1992-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə orada yiyələniib…

Hazırda çalışdığı kafedranın müdiri professor Konstans Qlen o vaxt ona elmi təcrübəsi ilə əlaqəli fənnlərin yaradılması təklifi ilə müraciət edib. Nəticədə “İpək Yolu xalqlarının musiqisi” və “Musiqidə Şərq ilə Qərbin Rastlaşması” fənnləri yaradılıb və 2000-ci ildən bu günədək həmin kursları tədris etməklə məşğuldur…

Deyir ki, çox maraqlı təcrübədir. Canlı ifaya böyük önəm verir və İpək Yolu musiqi ənənələrini təmsil edən musiqiçiləri tez-tez auditoriyaya dəvət edir. Bəzən "Skype" və digər internet vasitələrinin yardımı ilə də görkəmli musiqiçi və alimlərlə əlaqə qurub, onları tələbələri ilə görüşdürür. Həmin fənnləri tədris edərkən Azərbaycan musiqisinə böyük önəm verir və həm ənənəvi musiqimiz, həm də bəstəkar yaradıcılığımız, eləcə də milli caz haqqında bilgilərini tələbələrinə çatdırmağa çalışır. Ümumiyyətlə, gənc amerikalıların musiqimizə göstərdikləri maraq və bu sahədə biliklərinin artması iş prosesinin ən sevindirici cəhətlərindən biridir…

Elmi işinin əsas obyekti, Azərbaycan musiqisində baş verən inqilabi dönüş, musiqi ənənələrimizin Qərb musiqisinin formaları ilə sintezidir... 


1997-ci və 2003-cü illərdə görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayev haqqında iki kitab yazıb, onlardan biri bəstəkarın nəvəsi, böyük müğənni Müslüm Maqomayevin yubileyinə hazırlanmış hədiyyə kimi nəşr olunub. Azərbaycan piano məktəbinin inkişafı haqqında da yazıları var. Müəllimi Elmira Nəzirovanın ifaçılıq və pedaqoji fəaliyyətini araşdırıb, görkəmli pianoçumuz Fərhad Bədəlbəylinin 50 illik yubileyinə həsr olunmuş kitabın tərtibçilərindən biridir...

Deyir ki, 2001-cü ildə Ayna Mətbu Evindən Ekson şirkətinin Uşaq Ensiklopediyası layihəsi çərçivəsində ərsəyə gələn kitabların musiqiyə həsr olunmuş cildini yazmaq təklifini alıb və yazdığı “Musiqi: Səmimiyyət Məbədi” adlı musiqi ensiklopediyası Azərbaycanda latın qrafikası ilə dərc olunan ilk ensiklopediyadır. Həmin nəşr əvvəlcə qaçqın uşaqlara pulsuz paylanılıb. Layihə böyük əks-səda doğurduğundan 2004-cı ildə ensiklopediyanın təkrar nəşri işıq üzü görüb. Həmin nəşrə Təhsil Nazirliyi tərəfindən orta məktəb dərsliyi statusu verilib…

Elmi məqalələri Azərbaycanda, ABŞ-da, Almaniyada, Hollandiyada, Bolqarıstanda, Fransada və Rusiyada işıq üzü görüb. Bunların arasında Alman Musiqi Ensiklopediyası, Hollandiyada dərc olunan “İslam mədəniyyətlərində qadınlar” musiqi ensiklopediyası, ABŞ-nın Kəmbric Xor Ensiklopediyası üçün yazdığı məqalələri xüsusilə qeyd edir. Bu yaxında ABŞ-da işıq üzü görmüş “Orta Asiyanın Musiqisi” adlı sanballı nəşrin tərtibçi redaktorlardan biri olub.

ABŞ-ın tanınmış musiqişünas alimi, professor Ted Levin dərc olunacaq yeni kitabda ona Azərbaycan musiqisinə dair bir fəsil yazmağı həvalə edib. Dəvəti məmnuniyyətlə qəbul etdən Aidə xanım həmin kitabda “İyirminci əsrdə Azərbaycan muğamının yeni təzahür formaları” adlı fəsili ərsəyə gətirib. Kitab dərslik kimi nəzərdə tutulub və bu o deməkdir ki, Azərbaycan musiqisi haqqında bilgilər ABŞ-ın ali musiqi məktəblərində çalışan yüzlərlə tələbə və müəllimlər tərəfindən öyrəniləcək….


“Azərbaycan musicisi: muğamdan operaya doğru” kitabına gəldikdə isə o deyir:

- Adını çəkdiyiniz kitabım müasir Azərbaycan musiqisi haqda ingilis dilində yazılan və sanballı akademik nəşriyyatında işıq üzü görən ilk nəşrdir. Bu iri miqyaslı layihəni ərisəyə gətirməyim on ildən çox vaxt apardı. Çox şadam ki, kitabımın sayəsində Azərbaycan bəstəkarları, ifaçıları və caz sənəti, ümumiyyətlə Azərbaycan musiqisinin XX əsrdəki nailiyyətləri ilə dünyanın hər bir yerində ingilis dilini bilən oxuyucular tanış ola bilərlər…

ABŞ-nın müxtəlif şəhərlərində keçirilən bir çox tədbirlərdə iştirak edib. 2005-ci ildə San Fransiskoda keçirilən Dünya musiqisi festivalının məsləhətçilər şürasının üzvü olub, Azərbaycan musiqisinin həmin nüfuzlu tədbirdə ləyaqətlə təmsil olunması üçün əlindən gələni əsirgəməyib. 2006-cı ildə isə görkəmli bəstəkarımız Firəngiz Əlizadə ilə bərabər Sietldə keçirilən “Buzları yararaq” müasir musiqi festivalında iştirak edib. Çağdaş azərbaycan musiqisi haqda mühazirə oxuyub. 2017-ci ilin may aynda çalışdığı İndiana Universitetində “Musiqi, biznes və sülh” mövzusunda dünya şöhrətli alimlərin iştirakı ilə keçirilən böyük bir tədbirin təşkilat komitəsinin üzvü olub və s..

2006-cı ildən başlayaraq həm Yo-Yo Manın idarəçiliyi ilə fəaliyyət göstərən İpək Yolu Ansamblının, həm də Kronos kvartetinin Azərbaycan musiqisinə aid olan layihələrində elmi məsləhətçi kimi çalışır. Konsertlərdən öncə mühazirələrlə çıxış edir, konsertlər üçün hazırlanan proqram və broşurlara materiallar tərtib edir, tamaşaçıların suallarını cavablandırır. Azərbaycan musiqisi, muğam haqqında, bəstəkarlarımız, ifaçılarımız barəsində məlumatlar veririr...

Deyir ki, bir iri miqyaslı, sözün əsl mənasında tarixi layihə haqqında söhbət açmaq istəyir:

“Bu, iki dünya şöhrətli musiqiçinin - Azərbaycanın böyük muğam ustası Alim Qasımovun və ABŞ-nın məşhur violonçelçalanı Yo-Yo Manın iştirakı ilə həyata keçirilən “Leyli və Məcnun” layihəsidir. Həmin layihədə iştirakımı yaradıcı və elmi işimin ən dəyərli, ən yaddaqalan sahələrindən biri hesab edirəm. Hamımıza bəllidir ki, Üzeyir Hacıbəylinin 1908-ci ildə Məhəmməd Füzulinin poeması əsasında yazdığı “Leyli və Məcnun” operasın Azərbaycan musiqisinin tarixində yeni səhifə açmiş, indiyədək ölkəmizdə mütəmadi olaraq ifa olunan və sevilən əsərdir. Amma Qərbdə bu opera haqda təsəvvür olduqca məhdud idi. Bunun da obyektiv səbəbləri var: operanın çox məxsusi estetikası var, bundan əlavə, onun səhnələşdirilməsində muğam ustaları iştirak etməlidir və bu səbəbdən ölkə xaricində operanı tam şəkildə ifa etmək, demək olar ki, qeyri mümkündür. 
2006-cı ildə Alim Qasımov Yo-Yo Maya “Leyli və Məcnun” operasının yeni, yığcam versiyasını yaratmaq təklifi ilə müraciət etdi. Bu təklif Yo-Yo Ma tərəfindən böyük maraqla qarşılandı və tezliklə operanın yeni variantının məşqləri başlandı. Həmin operada Alim Qasımov Məcnunun partiyasını, qızı və tələbəsi olan, artıq muğam sənətində öz sözünü demiş Fərqanə Qasımova isə Leylinin partiyasını ifa ediblər. Bizim istedadlı xanəndələrimiz, ansamblın digər üzvləri, o cümlədən kamançaçalan Rauf İslamov, tarzən Zəki Vəliyev də İpək yolu ansamblının musiqiçiləri və təbii ki, Yo-Yo Ma ilə birlikdə oldular. Onlar “Leyli və Məcnun”u Amerikanın, Avropanın və Asiyanın ən mötəbər səhnələrində inanılmaz səviyydə təqdim etdilər…”.


Söyləyir ki, Nyu Yorkdakı Linkoln Mərkəzinin 50 illiyinə həsr olunmuş silsilə konsertlərin sırasında “Leyli və Məcnun” da var idi. Əsər həmçinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleya Zalında, bu təşkilatın baş katibi Ban-Ki-Munun və dünya ölkələrinin diplomatik missiyalarının nümayəndələrinin önündə ifa olundu. 
“Unudulmaz bir gün idi! Hamı bir nəfər kimi, ayağa durub, musiqiçilərimizi salamlayır və 10-15 dəqiqə ərzində onları səhnəni tərk etməyə imkan vermirdilər...”.

Bostonda, Vaşınqtonda, Ənn Arborda, Providensdə, Kanadanın Toronto şəhərində, Qətərin Doha şəhrində, Fransanın Villekroz şəhərindəki ifalar da böyük əks-səda doğurub..

Bu günlərdə - noyabrın 13-dən 17-sinədək İngiltərədə səfərdə olublar. "Leyli və Məcnun" operası orada da çox uğurla nümaiş etdirilib…

ABŞ-da yaşamaq çəyin deyil ki, sualıma:

-Təbii ki, vətəndən uzaq qalmaq, ailədən, uşaqlıq dostlarından ayrılmaq heç də asan deyil. Amma dünyanın ən nüfuzlu musiqi məktəblərinin birində dərs demək, ABŞ kimi nəhəng ölkədə Azərbaycan musiqisini tanıtmaq, elmi araşdırmalar aparmaq və onların bəhrəsini görmək, dünya şöhrətli musiqiçilərin iştirakı ilə iri həcmli layihələrdə iştirak etmək, bunlar hamısı qürur vericidir. Azərbaycan musiqisini tanıtmaq üçün əlimdən gələni edirəm…

Bəli, bir gözəl soydaşımız haqqında da söhbəti yekunlaşdırdım...

Amerika, soydaşlarıma verdiyin imkanlara görə səni çox sevirəm!..


Elman Eldaroğlu,

ABŞ, Miçiqan

Oxşar xəbərlər
12:30, Bu gün
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? – AÇIQLAMA
12:27, Bu gün
DYP: “Əlilliyi olan şəxsin sürücülük hüququ olmadığı müəyyən edildi” - VİDEO
12:25, Bu gün
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO
12:23, Bu gün
Bu tibb işçilərin maaşlarına əlavənin verilmə müddəti uzadıldı
12:21, Bu gün
Onkologiya, “Rehabus”, yoqa, rəqs terapiyası: Departament müdiri bərpada yeniliklərdən danışdı-MÜSAHİBƏ+FOTO
12:20, Bu gün
Tokayevin İrəvandakı bəyanatının doğurduğu üç sual - TƏHLİL
12:18, Bu gün
Qarabağ Universitetində doktorantura təhsili də olacaq - YENİLİK
12:15, Bu gün
Avropa Birliyindən 8 kəndlə bağlı açıqlama – “Ermənilərin yerləşdiyi bu ərazilər...”
12:12, Bu gün
Van Dammın azərbaycanlı gəlini həyat yoldaşı ilə FOTOLAR paylaşdı
12:08, Bu gün
“Gümrü bazası Qarabağa köçürüləcək” iddiasının sirri
12:05, Bu gün
İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb
12:02, Bu gün
Bu şəxslər daha diqqətli olmalıdır - Kardioloqla MÜSAHİBƏ + FOTO
11:59, Bu gün
Azərbaycan millisinin üzvü: "Parisdəki hədəfimiz də uğur qazanmaq olacaq"
11:56, Bu gün
Azərbaycan və Türkiyə hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıb - FOTO
11:53, Bu gün
BDU-nun SABAH qruplarının tələbələri Fiziologiya İnstitutunda infosessiyada - FOTO
11:49, Bu gün
Gəncədə 37 yaşlı kişi itkin düşüb - FOTO
11:48, Bu gün
UNEC doktoranturaya və dissertanturaya qəbul elan edir
11:45, Bu gün
Narkotikdən yaranan davranış pozuntularına görə dispanser nəzarətində olanların sayı açıqlanıb
11:44, Bu gün
Azərbaycanda doktoranturaya sənəd qəbulu başlayıb - YENİLƏNİB
11:40, Bu gün
İmtahan nəticələri ilə bağlı DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək
11:37, Bu gün
Bakıda 12 yaşlı qızcığazı paltar almaq adı ilə qaçırıb evləndilər - Ülkərlə bağlı DƏHŞƏTLİ FAKTLAR - VİDEO
11:33, Bu gün
“WhatsApp”da başqasının “onlayn” olub-olmadığını yoxlamağa gərək qalmayacaq - YENİLİK - FOTO
11:29, Bu gün
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti Azərbaycan vətəndaşları üçün qəbul elan edib
11:22, Bu gün
AMB-nin sədri: "Insurtech"lərin fəailiyyətinə təkan verəcəyik"
11:13, Bu gün
Azərbaycanda istehlakçılara qaytarılan vəsait 5 dəfə artıb
11:10, Bu gün
İcma beynəlxalq təşkilatları radikal erməni millətçi dairələrinə qarşı mübarizə aparmağa çağırıb
11:07, Bu gün
İranla İsrail arasında gərginlik davam edir: TƏFƏRRÜATLAR
11:00, Bu gün
Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcək
10:56, Bu gün
Masazırda evdən 85 min manatlıq qızıl oğurlandı
10:54, Bu gün
Bakıda 10 yaşlı oğlan itkin düşüb
10:53, Bu gün
Taleh Kazımov: "Azərbaycanda sığorta sektoru son 3 ildə 34 % böyüyüb"
10:36, Bu gün
Bakıda kişi yataq otağının pəncərəsindən özünü atdı
10:35, Bu gün
Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub
10:34, Bu gün
Naxçıvanda I rübdə 2 mindən çox daşınmaz əmlaka çıxarış verilib
10:28, Bu gün
"İqtisadiyyat uzunmüddətli şou qəbul eləmir"- İQTİSADÇI EKSPERT 
10:25, Bu gün
Bayram günlərində 32 avtoqəza olub, 9 nəfər ölüb
10:18, Bu gün
Kriştianu Ronaldu 2 oyunluq diskvalifikasiya ediləcək
10:11, Bu gün
Türkiyə HƏMAS ilə danışıqlar aparacaq
10:00, Bu gün
MÜTƏXƏSSİSDƏN XƏBƏRDARLIQ: "Avtomobillərimiz buna görə tez-tez xarab olur"
09:52, Bu gün
Yerin dərinliyində nəhəng okean tapıldı: Bu nəzəriyyə dağıldı, aimlər çaş-baş qalıb
09:44, Bu gün
Çempionlar Liqası: bu gün “Barselona” ev, “Atletiko” səfər oyununa çıxacaq
09:42, Bu gün
Qobudakı qəzalı hamamla bağlı rəsmi açıqlama: “Biz də maraqlıyıq...”
09:34, Bu gün
 Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."
09:29, Bu gün
Şəkərin yeni təhlükəsi aşkarlanıb
09:25, Bu gün
Cəfəri və şüyüd xərçəngə qarşı- Yeni kəşf
09:19, Bu gün
Bu gecə Ukrayna ordusu ölkə ərazisinə atılmış bütün İran dronlarını məhv etdi...-RƏSMİ
09:15, Bu gün
Cəbrayılda minalar aşkarlanıb
09:11, Bu gün
Bu BÜRCLƏR ciddi sağlamlıq problemləri ilə üzləşəcək
08:58, Bu gün
İran bütün Yaxın Şərqi təhdid edir - Netanyahu
08:49, Bu gün
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?
08:39, Bu gün
İran İsrailə raket atdı, öz şəhərini vurdu
08:29, Bu gün
Yaşıl bananın faydaları nələrdir?
08:20, Bu gün
Rusiya irəliləyə bilər, özümüzü müdafiə etməliyik
08:12, Bu gün
“Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız...”
08:04, Bu gün
ABŞ Ukraynaya dəstəyi DAYANDIRIR?
07:50, Bu gün
Çətir şimşəkdən qoruyurmu?
07:38, Bu gün
KİV: ABŞ İsrailin İrana hərbi cavabının “miqyas baxımından məhdud” olacağını gözləyir
07:32, Bu gün
Bu ölkə Tehrandakı konsulluğunu bağladı
07:25, Bu gün
Limon suyu və yumurtanın möcüzəvi təsiri - Mütləq sınayın
07:22, Bu gün
İran İsrailin hava hücumundan hansı müdafiə sistemləri ilə qoruna bilər?..-ARAŞDIRMA
07:14, Bu gün
Zibil sanıb atdığınız - Dərdlərə dərman
07:03, Bu gün
"Hər ay isə 15 min manat paket alırdım" - Sabiq nazirin məhkəməsi 
06:48, Bu gün
Smartfon istehsalçılarının reytinqində lider dəyişdi
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
00:05, Bu gün
Semih Kılıçsoy üçün transfer təklifləri gəlməyə başladı
00:03, Bu gün
Niyə qadınlara nisbətən kişilərdə keçəlləşmə daha çox yayılıb? - MARAQLI FAKT
15 Apr 2024 | 23:58
Mətanət Əsədova: “Bacım gəlin gedəndə fikirdən sarılıq olmuşdum”
15 Apr 2024 | 23:52
Gürcüstanda "xarici agentlər" haqqında qanuna qarşı kütləvi etirazlar baş verib
15 Apr 2024 | 23:47
Əfsanəvi müğənni Alla Puqaçovanın 75 yaşı tamam olur
15 Apr 2024 | 23:42
Səyyad Ağbabalı: “Soydaşlarımız İslam fundamentalizminə qarşı mübarizə adı altında təqib olunurdular” - VİDEO
15 Apr 2024 | 23:33
DİN: Tbilisidə aksiyada təxribat törətmək istəyənlər var  
15 Apr 2024 | 23:31
Gürcüstan parlamentinin binası yaxınlığında vəziyyət gərginləşir, saxlanılanlar var
15 Apr 2024 | 23:29
91 yaşlı ana Kəlbəcərdə oğlunun şəhid olduğu ərazidə: Göz yaşlarını saxlaya bilmədi - VİDEO
15 Apr 2024 | 23:27
Amerikada yaşayan məşhur aparıcı pişik kafeyə gedib, VİDEO hazırladı-MARAQLI
15 Apr 2024 | 23:22
ABŞ Belarusa qarşı sanksiyalar siyahısını genişləndirib
15 Apr 2024 | 23:04
Bakıda çoxmərtəbəli binanın lifti işləmir: “Bələdçi rəhmətə gedib” - VİDEO
15 Apr 2024 | 22:58
Miller: ABŞ İrana qarşı sanksiyaların sərtləşdirilməsi variantlarını araşdırır
15 Apr 2024 | 22:52
Gürcüstan Prezidenti aksiyaçılara dəstək verib
15 Apr 2024 | 22:48
Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - VİDEO
15 Apr 2024 | 22:45
Polşada məcburi ev tapşırığı LƏĞV OLUNDU
15 Apr 2024 | 22:39
Tikinti şirkəti məhkəyə verildi
15 Apr 2024 | 22:37
Bir neçə ölkənin XİN-i İranın səfirlərini İsrailə hücumlarla bağlı çağırıb
15 Apr 2024 | 22:32
Müntəzəm qarabaşaq yarması yemək üçün 5 səbəb
15 Apr 2024 | 22:31
Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO
15 Apr 2024 | 22:25
Qırğız Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb
15 Apr 2024 | 22:23
Naxçıvanın keçmiş maliyyə naziri və DGK-sinin sabiq şöbə rəisinin məhkəmə prosesi keçirilib
15 Apr 2024 | 22:23
“Şuşa sadəcə elmi və tarixi deyil, həm də dini mədəniyyətimizin ən parlaq nümunəsidir”
15 Apr 2024 | 22:20
Xalq artisti Tünzalə Ağayeva “Beynəlxalq mədəniyyət günü”ndə iştirak edib
15 Apr 2024 | 22:15
Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdi
15 Apr 2024 | 22:12
Gürcüstan DİN aksiyaçıları ifadə azadlığı hüdudlarından kənara çıxmamağa çağırıb
15 Apr 2024 | 22:03
2024-cü ilin ən dəbli şalvar modeli
15 Apr 2024 | 22:02
Türkiyədə sərnişin şüşə butulkanı qıraraq avtobus bələdçisini girov götürüb
15 Apr 2024 | 21:55
100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - VİDEO
15 Apr 2024 | 21:48
Ərdoğan: İslam dünyası birlik üçün səylərini artırmalıdır
15 Apr 2024 | 21:43
Bakıda məşhur həkim telefon nömrəsini şok qiymətə SATIR – FOTO
15 Apr 2024 | 21:42
“Azəralüminium”la şüşə zavodu arasında alqı-satqı qalmaqalı
15 Apr 2024 | 21:33
Polşa Avropanın raketdən müdafiə sisteminə qoşulmağı planlaşdırır
15 Apr 2024 | 21:22
"Krım körpüsü Ukraynanın hədəfidir və o, məhv ediləcək..."
15 Apr 2024 | 21:20
“Mançester Siti”nin oyunçusu qiymətli malikanəsinə sauna quraşdırdı
15 Apr 2024 | 21:17
Fahriye və Burakın oğlunun 5 yaşı tamam oldu - FOTO
GÜNLÜK
15 Apr 2024 | 14:30
Evli qadın dəniz kənarında görüşə getdi: "Oğlu zəng edib tapşırdı ki..." – ŞOK
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 15:47
"Şah dili-dalğalar və fırçalar" adlı yaradıcılıq turu keçirildi - FOTOLAR
15 Apr 2024 | 14:18
Xırdalanda məktəbli dünyasını dəyişib: “Xilas etmək mümkün olmadı”
15 Apr 2024 | 19:53
Qadın muxtardan bələdiyyənin qarşısında qəribə etiraz – VİDEO
15 Apr 2024 | 17:40
Bülbül prospektində təhlükə yaradan yol nişanına düzəliş edildi - YENİLƏNİB + FOTO/VİDEO
15 Apr 2024 | 13:23
Maaş və pensiyalarda yeni artımlar olacaq? - VACİB AÇIQLAMA - VİDEO
15 Apr 2024 | 13:48
"İranın İsrailə zərbəsi ABŞ-ın strateji səriştəsizliyini nümayiş etdirib" - "Business İnsider"
15 Apr 2024 | 20:18
Qadınları ən böyük ombaya malik olan ölkələrin adları açıqlanıb
15 Apr 2024 | 14:57
“Kimin evinin bünövrəsi varsa bərpa olunur, Xocalıya da ilk onlar köçəcək”-FOTO + ÖZƏL
HƏFTƏLİK
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
09 Apr 2024 | 13:44
Pensiya alanların DİQQƏTİNƏ: "Yaxın günlərdə..." - RƏSMİ
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
09 Apr 2024 | 15:13
“Ceyhun Mirzəyevin qızını axtarırıq, onu aldadıb, əlindən pulunu alıblar”-ÖZƏL+FOTO
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
10 Apr 2024 | 10:59
DİQQƏT: Aprelin 15-dən sonra DOLLAR bu qiymətə SATILACAQ- Rəsmi
AYLIQ
15 Apr 2024 | 14:30
Evli qadın dəniz kənarında görüşə getdi: "Oğlu zəng edib tapşırdı ki..." – ŞOK
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 15:47
"Şah dili-dalğalar və fırçalar" adlı yaradıcılıq turu keçirildi - FOTOLAR
15 Apr 2024 | 14:18
Xırdalanda məktəbli dünyasını dəyişib: “Xilas etmək mümkün olmadı”
15 Apr 2024 | 19:53
Qadın muxtardan bələdiyyənin qarşısında qəribə etiraz – VİDEO
15 Apr 2024 | 17:40
Bülbül prospektində təhlükə yaradan yol nişanına düzəliş edildi - YENİLƏNİB + FOTO/VİDEO
15 Apr 2024 | 13:23
Maaş və pensiyalarda yeni artımlar olacaq? - VACİB AÇIQLAMA - VİDEO
15 Apr 2024 | 13:48
"İranın İsrailə zərbəsi ABŞ-ın strateji səriştəsizliyini nümayiş etdirib" - "Business İnsider"
15 Apr 2024 | 20:18
Qadınları ən böyük ombaya malik olan ölkələrin adları açıqlanıb
15 Apr 2024 | 14:57
“Kimin evinin bünövrəsi varsa bərpa olunur, Xocalıya da ilk onlar köçəcək”-FOTO + ÖZƏL